Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-38/2023 31.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçisi “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olan, Laçın rayonu, Bozlu ərazi dairəsi, Bozlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan “Əli” adlı İran İslam Respublikasının vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq ayrıayrılıqda təmiz çəkiləri 0,921 qram, 0,452 qram, 0,330 qram, 0,281 qram olmaqla ümumi təmiz çəkiləri 1,984 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, 22 yanvar 2022-ci il tarixdə Nərimanov rayon polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin və Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında şübhəli şəxs qismində saxlanılıb Nərimanov Rayon Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman, əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd boz rəngli elektron tərəzi və əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd şəffaf sellofana yığılmış halda ayrı-ayrılıqda təmiz çəkiləri 0,921 qram, 0,452 qram, 0,330 qram, 0,281 qram olmaqla ümumi təmiz çəkiləri 1,984 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisi olsada onun satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 8-9 radələrində Səma adlı şəxslə “Secret” oteldə orarkən dostu Rövşənin ona zəng vurduğunu və bu zaman ona açar vermək üçün otelin qarşısına çıxdığını, bu vaxt ünvan 4 ünvanın yaxınlığında təxminən 5-6 nəfər mülki geyimli şəxs (adları Vüsal, Fariz, Məzahir, Əli, Samir) onu saxlamış, özlərini təqdim etmiş, daha sonra onu “Secret” oteldəki 5-ci mərtəbəyə qaldırmışlar. Bundan sonra polis əməkdaşları onu stolun üzərində olan narkotik vasitələrin ona aid olub-olmamasını soruşmuşlar. Həmin narkotik vasitələrin ona aid olmadığını bildirsə də onu döydüklərini, ona qarşı işgəncələr verdiklərini bildirmişdir. Qeyd etdiyinə görə polis əməkdaşlarının onu tutmaqda məqsədi ondan pul almaq olmuşdur. Üzərində aşkar edilmiş tərəzinin də ona aid olmadığını bildirmiş və həmin tərəzinin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu söyləmişdir. Daha sonra Nərimanov Rayon Polis İdarəsinə aparılmışdır. İşgəncəyə məruz qaldığı üçün üzərinə qoyulmuş narkotik vasitənin və tərəzinin özünə məxsus olduğunu bildirəcəyi ilə bağlı razılaşmışdır. Bundan sonra ora tanımadığı 1 mülki geyimli şəxs gəlmiş, özünü təhqiqatçı kimi təqdim edən polis əməkdaşı həmin şəxsin vəkil olduğunu bildirərək ona hüquq və vəzifələrini izah etmiş, video çəkiliş ilə üzərinə baxış keçirilmiş, ona üzərində olan əşyaları çıxarıb stolun üzərinə qoymağını təklif edəndə, o, artıq hər bir şeyin polis əməkdaşlarına aydın olduğunu dərk etdiyindən və başqa çıxış yolu görmədiyindən, ilkin olaraq əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı içərisində 4 ədəd şəffaf rəngli sellofana bükülmüş 1 ədəd şəffaf sellofan torbanı könüllü olaraq təqdim etmiş, bundan başqa əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli Samsung J6 markalı mobil telefon aparatını və 1 AZN əskinası təqdim etmiş, gödəkçəsinin sol yan cibindən 1 ədəd boz rəngli elektron tərəzini polis əməkdaşı aşkar edərək götürmüş, narkotik maddələr və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Həmin narkotik vasitəni “Əli” adlı İran İslam Respublikasının vətəndaşından istifadəsi üçün aldığını bildirmişdir. Satış məqsədi olmadığını qeyd etmişdir. Protokol tərtib edilərək iştirakçılar tərəfindən və özü tərəfindən imzalanmışdır. Həmçinin məhkəmədə bildirmişdir ki, narkotik vasitələri otelə Səma gətirmişdir, sonuncu dəfə həmin gün narkotik vasitədən istifadə etmişdir. Mobil telefonundan çıxarılmış sms mətnləri ona məxsus deyil, Səma adlı qadın tərəfindən yazılmışdır. Üzərində nə narkotik vasitə nə də tərəzi olmamışdır. Yekun olaraq o, döyüldüyünü və işgəncəyə məruz qaldığını, himayəsində azyaşlı övladının olmasını, xəstə anasının olmasını nəzərə alınmasını və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, o, Nərimanov Rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. Təqsirləndirilən şəxs sonradan tanımaqla, onunla hər hansı münasibəti olmamışdır. Sonuncunun üzərindən narkotik vasitə heroin aşkar olunması ilə əlaqədar qeyd edir ki, xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində xidməti zərurətlə əlaqədar olaraq ünvan 5 ünvanın yaxınlığında olduqları zaman bir nəfər şəxsin hərəkətləri və davranışları ilə özünü şübhəli aparmasını görmüş, həmin şəxsə yaxınlaşaraq ona özlərini polis əməkdaşı kimi təqdim edib özünü təqdim etməsini istəmiş, lakin o, yayınmaq istəməsi və verilən suallara qeyri-müəyyən cavablar verməsi ilə şübhəli davranışlar sərgiləmişdir, bundan sonra həmin şəxsə Nərimanov RPİnə gəlməsini təklif etmiş və rəhbərliyə bu barədə raportla məruzə etmişlər. Sonra İdarənin təhqiqatçısı polis baş leytenantı Toğrul Məmmədova prosessual hərəkətləri keçirməsi həvalə edilmiş, təhqiqatçı, polis baş leytenantı Toğrul Məmmədovun qərarı ilə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X12 dəvət olunmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq onun narkotik vasitə əldə edib saxlamasında şübhəli bilindiyi izah olunaraq üzərində olan əşyaları çıxarıb stolun üstündə qoymağını təklif edəndə, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı içərisində 4 ədəd şəffaf rəngli sellofana bükülmüş 1 ədəd şəffaf sellofan torbanı könüllü olaraq təqdim etmiş, bundan başqa əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli Samsung J6 markalı mobil telefon aparatını və 1 AZN əskinası təqdim etmişdir, dəqiq xatırlanadığını qeyd etsə də təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd boz rəngli elektron tərəzi də aşkar edilərək götürülmüşdür. Təhqiqatçı orada iştirak edən şəxslərin və onun iştirakı ilə protokol tərtib etmiş və imzalanmışdır. Sonradan isə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş maddələr təhqiqatçı tərəfindən məhkəməkimyəvi ekspertizasına təqdim olunmuş və müəyyən edilmişdir ki, həmin maddələr narkotik vasitə heroindir. Təqsirləndirilən şəxs öz ifadəsində tərəzinin və narkotik vasitənin ona məxsus olmadığını, şiddətə təzyiqə məruz qaldığını, döyüldüyü üçün məcbur qalıb boynuna almasını, yanında Səma adlı xanımın olmasını bildirməsi barədə suala cavab olaraq qeyd etmişdir ki, Onlar İlqara yaxınlaşdıqları zaman onun yanında heç kim olmayıb. Həmçinin heç bir şiddət və təzyiq göstərilməmişdir. Tərəzinin onun üzərinə heç kim qoymamışdır, video görüntüdən də göründüyü kimi cibindən aşkar edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş və müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək cinayət işi ilə bağlı qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 2 ilə yaxındır ki, tanıyır. İlk dəfə İlqarla 2022-ci yanvar ayının 9-da və ya 10-da İlqarla öz yaşadığı ünvan 6 ünvanında görüşdüyünü bildirmişdir. İlqarla ilk görüşündən sonra bir neçə dəfə yaşadığı ünvanda görüşdüyünü qeyd etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması barədə məlumatlı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsla heç bir oteldə görüşmədiyini, İlqar saxlanılarkən onun yanında olmadığını, Təqsirləndirilən şəxs heç bir narkotik vasitə gətirmədiyini, yaxud da İlqara heç bir narkotik vasitənin alınmasında köməklik göstərmədiyini qeyd etmişdir. Həmçinin Təqsirləndirilən şəxs yalan danışdığını, Təqsirləndirilən şəxs telefonundan istifadə etmədiyini heç kimə sms yazmadığını bildirmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı X5 bildirmişdir ki, 22 yanvar 2022-ci il tarixdə saat 07:00 radələrində Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları Şahid1, Şahid2 və “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə video çəkilişlə həyata keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan olunmuş əşyalar və sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı içərisində 4 ədəd şəffaf rəngli sellofana bükülmüş 1 ədəd şəffaf sellofan torbanı könüllü olaraq təqdim etmiş, bundan başqa əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli Samsung J6 markalı mobil telefon aparatını və 1 AZN əskinası təqdim etmişdir, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sol yan cibindən 1 ədəd boz rəngli elektron tərəzi də aşkar edilərək götürülmüşdür. xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” protokolda 1 ədəd boz rəngli elektron tərəzinin Təqsirləndirilən şəxs özünün təqdim etməsi ilə bağlı məqamın aydınlaşdırılmasına dair suala münasibətdə qeyd etmişdir ki, protokolda texniki yanlışlığa yol verilmişdir. Ümumilikdə şübhəli şəxsə üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunur, o təqdim etdikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə baxış keçirilir. İşə əlavə edilmiş DVD diskdən də aydın göründüyü kimi, ilk növbədə Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim edir, daha sonra üzərinə baxış keçirilərkə tərəzi aşkar edilir. Bundan başqa qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilərkən onun üzərində hər hansı xəsarət müəyyən edilməmiş, hər hansı şiddətə və təzyiqə məruz qalması barədə məlumat verməmişdir. Məhkəmədə əlavə şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X7 bildirmişdir ki, 10 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ibtidai istintaq aparılması məqsədilə icraatına qəbul edilmişdir. Tərəfindən müvafiq istintaq hərəkətləri aparılaraq ittiham aktı tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq bildirmişdir ki, tərəfindən aparılan istintaq zamanı Təqsirləndirilən şəxs hər hansı şiddətə və təzyiqə məruz qalması barədə ona məlumat verilməmişdir. Bu müddət ərzində səhətində hər hansı problemin olmasını eşitməmişdir. Bundan başqa ittiham aktında təqsirləndirilən şəxsin ifadəsində, eləcə də şahid ifadəsində 1 ədəd boz rəngli elektron tərəzinin Təqsirləndirilən şəxs özünün təqdim etməsi ilə bağlı məqamın aydınlaşdırılmasına dair suala münasibətdə qeyd etmişdir ki, “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” protokolda texniki yanlışlığa yol verildiyindən ittiham aktında da həmin cür qeyd olunmuşdur. İşə əlavə edilmiş DVD diskdən də aydın göründüyü kimi şübhəli şəxsə üzərində olan qanunsuz əşyaları təqdim etməsi təklif olunur, o təqdim etdikdən sonra təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə baxış keçirilir, ilk növbədə Təqsirləndirilən şəxs üzərindəki əşyaları təqdim edir, daha sonra üzərinə baxış keçirilərkən tərəzi aşkar edilir. Təqsirləndirilən şəxs aşkar edilən əşyanın nə olduğu soruşulduqda tərəzi olduğu qeyd olunmuşdur. Məhkəmədə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və DVD diskdən aydın olur ki, şəxsi axtarış və götürmə başlamamışdan əvvəl xx.xx.2022-ci il tarixdə saat 07:00 radələrində ünvan 7 ünvanın yaxınlığmda Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq Nərimanov RPİ-nə gətirilmiş Təqsirləndirilən şəxs təklif edildi ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən içərisində 04 (dörd) ədəd şəffaf rəngli seİlofan bükümü olan 01 ədəd şəffaf rəngli sellofan torbanı təqdim etdi. Sorğu zamanı Äİışov İlqar Rəşid oğlu bildirdi ki, təqdim etdiyi 04 (dörd) ədəd şəffaf rəngli sellofan bükümün içərisində spesifik qoxuya malik, qəhvəyi rəngli maddə narkotik vasitə olan heroindir. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən 01(bir) ədəd qara rəngli “Samsung” telefon aparatını və 01 (bir) ədəd üzərində Bİ0712262 saylı 1 AZN pul əskinasını könüllü təqdim etdi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs gödəkçəsinin sol yan cibindən 01 (bir) ədəd boz rəngli elektron tərəzini aşkar edilərək götürüldü. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 04 (dörd) ədəd şəffat rəngli sellofan bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik maddə iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülərək tərəfimdən qablaşdırıldı və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 44 nömrəli möhürü ilə möhürləndi. Məhkəmədə tədqiq olunan “İfadənin yerində yoxlanılması” haqqında 23 may 2022-ci il tarixli protokoldan və şəkillərdən görünür ki, hadisə yeri olan, yəni Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 86 ünvanında yerləşən “Secret” otelə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən həmin oteldə Səma ilə qeydiyyatdan keçməklə görüşdüyü otağı göstərə bilməmişdir. Məhkəmədə tədqiq olunan “Sənədə baxış keçirilməsi haqqında” 23 may 2022-ci il tarixli protokoldan aydın olur ki, “Secret” otelin “LG” markalı kompüterində müştərilərin qeydiyyatının aparıldığı exel cədvəldə Təqsirləndirilən şəxs və “Səma” adlı şəxsin qeydiyyatına dair hər hansı məlumat aşkar edilməmişdir. Bundan başqa “Secret” otelin təhlükəsizlik kameralarına baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edəcək sübut aşkar olunmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 22 yanvar 2022-ci il tarixli 6/408 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nərimanov RPl-nin TŞ-nə Zərflər üçün №...” möhür əksi, “ Şübhəli şəxs.. .Təqsirləndirilən şəxs...” və s. yazılar, imzalar olan kağız paketdəki 04 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,921 qram, 0,452qram; 0,330 qram; 0.281 qram; ümumi təmiz çəkiləri 1,984 qram qəhvəyi rəngli maddə kütlələri Kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 04 bükümdəki heroin kütlələri kimyəvi spirtlərinə görə öz aralarında eynilik təşkil edirlər, elektron tərəzinin səthində heroin izləri müəyyən edildi. Təqdim olunmuş elektron tərəzinin səthində heroin iz şəklində olduğundan təmiz çəkisinin müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqata aparılması mümkün olmadı. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2022-ci il tarixli 756 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X11 X17 məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli, 344 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, Təqsirləndirilən şəxs həmçinin ona ittiham elan olunan əməl dövrundə hər hansı bir psixi xəstəlik və ya ya psixi fəaliyyətinin müvəqqəti pozulması kəmağıllıq və sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövürdə o, öz hərkətlərini, faktini xarakertini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona ittiham olunan əməl barədə soruşulduqda saxlanılarkən üzərində narkotik vasitə olduğunu səmimi etiraf edir. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 5(005)- 247/2022-ci il tarixli telefon məlumatlarının götürülməsi barədə 17 fevral 2022-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ilə bağlı təqsirləndirilən şəxsin istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məlumatların götürülməsi ilə bağlı qərar qəbul edilmişdir. Məhkəmədə tədqiq olunan "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zəngləri, sms mətnləri barədə məlumatları əks etdirən 01 ədəd CD diskə baxış zamanı ***-***-**-** saylı Təqsirləndirilən şəxs istifadəsində olduğunu bildirdiyi nömrəsindən “irana pul vurarm” “indi kola götürdüm patıya pul gəzirəm uşaqlarla danış gör kim istəyir verək 100 manat lazımdır” “indi kola götürdüm əla koladı harda istəyirsən oturaq mala bax 20-dən sənə verəcəm” kimi sms-lər müxtəlif mobil nömrələrə göndərilmişdir. Məhkəmədə tədqiq olunan “Maddi sübut kimi tanıma haqqında” 25 yanvar 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspetiza təqdiqatı zamanı 0,12 qram çəkidə sərf edildikdən sonra qalıq qalmış 1,864 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon Polis İdarəsində saxlanc yerinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı videogörüntünün əks olunduğu 1 ədəd DVD disk və "xxxx" MMC-dən əldə edilmiş və sms mətnlərinin əks olunduğu 1 ədəd disk iş materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq olunan Nərimanov Rayon İcra Hakimiyyəti Mənzil Kommunal X3 xx.xx.2022-ci il tarixli 289 nömrəli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs Laçın rayonunun məcburi köçkünüdür, ailəli olmaqla ailəsi – həyat yoldaşı, 2017-ci ildə anadan olmuş bir övladından ibarətdir. Məhkəmədə tədqiq olunan Nərimanov Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Sahəsinin verdiyi xasiyyətnamədə göstərilmişdir ki, 1994-cü il təvəllüdlü, Laçın rayonundan olan məcburi köçkün Alışov X9 rayonu, 80/6-da yaşamış, yaşadığı müddət ərzində onun barəsində Nərimanov rayon 55-saylı MKİS-ə heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq olunan 036329 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü X13 adlı bir övladı vardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində 01 il, 08 ay, 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 07:35 radələrində Alışov X8 Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-78/2022 saylı qərarından aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində istintaq müddəti həddində, yəni 22 aprel 2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəli 24 yanvar 2022-ci ildən hesablanmışdır. Həmçinin Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-420/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətinə, xx.xx.2022-ci il tarixli 4(005)-549/2022 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti ibtidai istintaq müddətinin sonunadək uzadılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(005)-37/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 8 noyabr-Zəfər Günü münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarın 5-ci bəndi tətbiq edilməklə barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 mart 2021-ci il tarixli, 1(001)-164/2021 nömrəli hökmü ilə təyin edilmiş 01 il, 08 ay, 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Məhkəmədə tədqiq olunan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-164/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 7(005)-37/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi "8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci hissəsi tətbiq edilərək 01 il azaldılmışdır. Bakı Şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-4220/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində AR İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 20 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs cəzasından 04 ay 08 gün çəkmiş və onun 05(beş) ay 04(dörd) gün çəkilməmiş cəzası qalmışdır. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 mart 2022-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından aydın olur ki, Təqsirləndirilən şəxs Nərimanov Rayon Polis İdarəsinin polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə və işgəncələrə məruz qalması yoxlama zamanı öz təsdiqini tapmadığından Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai isintaqda verdiyi ifadəsindən fərqli olaraq məhkəmə istintaqında polis əməkdaşları tərəfindən şiddət və təzyiqə dözə bilmədiyi üçün video çəkilişdə ona aid olmayan narkotik vasitənin və 01 ədəd tərəzinin özününmüş kimi etiraf etməsinə dair ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmə istintaqı zamanı verdiyi ifadəsi arasında yaranmış ziddiyyətlər araşdırılmış, şəxsin istifədəsində olan mobil telefondan çıxarılmış sms danışqlarından göründüyü kimi dəfələrlə narkotik vasitəni satışı ilə bağlı müxtəlif şəxslərlə danışması və onlara narkotik vasitəsi təqdim etməsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri, məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Bununla yanaşı məhkəmə istintaqı zamanı məlum olunmuşdur ki, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-164/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş 1(bir) il, 8(səkkiz) ay, 22(iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzasından 05(beş) ay 04(dörd) gün müddətinə çəkilməmiş cəzası qalmışdır Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-164/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş lakin, ica edilməmiş 05(beş) ay 04(dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Bakı Şəhər Binəqədı Rayon Məhkəməsinin 1(001)-164/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 05(beş) ay 04(dörd) gün müddətində hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 02(iki) ay 17(on yeddi) gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilməklə qəti cəza təyin edilməli və cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Bundan başqa, məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında 22 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 07:35 radələrində Alışov X8 Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur, 24 yanvar 2022-ci il tarixli şübhəli şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında qərar qəbul olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin faktiki olaraq azad edilmədiyi müəyyən edilmiş və 24 yanvar 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan tədbiri seçilmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs barəsində təyin edilən azadlıqdan məhrumetmə cəzasının əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbir təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Nərimanov rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,864 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması ilə bağlı videogörüntünün əks olunduğu 1 ədəd DVD disk və "xxxx" MMC-dən əldə edilmiş və sms mətnlərinin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 110(yüz on) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 50(əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 04(dörd) il 06(altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddələri tətbiq edilməklə, Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-164/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünə ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 05(beş) ay 04(dörd) gün müddətində hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq, 2(iki) ay 17(on yeddi) gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün 04(dörd) il 7(yeddi) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 sayı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-in Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 1,864 qram narkotik vasitə heroin və 01 ədəd elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk və sms mətnlərinin əks olunduğu 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110(yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X4, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6(altı) manat hesab edilməklə, 50(əlli) saata görə 300 (üç yüz) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-38/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-38/2023
31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver