Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-380/2024 10.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1986-cı ildə Naxçıvan MR anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, sürücü işləyən, ünvan 1 ünvanında qeydiyatda olan ünvan 2ində «başqa yerə getməmək barədə» iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarım pozaraq ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə verilmiş BC kateqoriyalı, AE 013264 nömrəli sürücülük vəsiqəsi əsasında, 05 fevral 2024-cü il tarixdə, saat 03:48 dəqiqədə texniki cəhətdən saz olan, etibarnamə əsasında idarə etdiyi «Opel» markalı «Astra» modelli, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə Azadlıq prospekti istiqamətindən K.Rəhimov küçəsi istiqamətində sağdan birinci hərəkət zolağı ilə 55 km\saat surətlə idarə edərək M.Qaşqay küçəsinin kəsişməsində qırmızı işığında dayanmadan yolayrıcına hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətli) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə sfetofor qarşısında dayanmasını təmin etməli və kəsişən yolla svetoforun yaşıl işığında yolayrıcına daxil olan «İstiqlal» markalı, 99 D 375 dövlət qeydiyyat nişanlı motosikletin hərəkətinə üstünlük verərək onu buraxmalı olduğu halda, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq qeyd olunan tələblərə əməl etməmiş və yol hərəkəti qaydalarını pozaraq avtomobilin qabaq sağ hissəsi ilə hərəkətdə olan motosikletlə toqquşması nəticəsində ehtiyatsızlıqdan həmin motosikletin sürücüsü Zərərçəkmiş şəxs sağlamlığına - sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları ilə müşayiət olunan sol baldırın diz altı nahiyədən amputasiyası ilə nəticələnən, həyat üçün təhlükəli olan və ümumi əmək qabiliyətinin 1/3-dən daimi dayanıqlı itirilməsinə səbəb olan və sağlamlığa AĞİR zərər vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, 05 fevral 2024-cü il tarixdən etibarnamə əsasında «Opel Astra» markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 05 fevral 2024-cü il tarixdə saat 03:48 radələrində qonşusu Eminin 7 yaşlı uşağı şəkər xəstəsi olduğundan və vəziyyəti ağırlaşdığından idarə etdiyi avtomobillə Bakı şəhəri, Nərimanov rayonu. Ak.H.Əliyev küçəsi ilə Azadlıq prospekti istiqamətində üzü Atatürk prospekti istiqamətində 2 zolaqdan ibarət avtomobil yolunda sağdan 1-ci zolaqla saatda 55 km. sürətlə düzünə hərəkət edərkən Ak.H.Əliyev küçəsi ilə Qaşqay küçələrinin kəsişməsinə çatan zaman nizamlayıcının hərəkəti qadağan edən qırmızı işığının yanıb söndüyünü görüb, kecə biləcəyini güman edib, hərəkəti davam etdirdiyindən, M.Qaşqay küçəsindən Azadlıq prospektinə hərəkətə icazə verən yaşıl işıqda dönən «İstiqlal» markalı markalı 99 D 375 dövlət qeydiyyat nişanlı motosiklet ilə toqquşmuş və nəticədə motosikletin sürücüsü müqavimətini itirib avtomobili yolunun üzərinə yıxılaraq sol ayağından xəsarət almış və sonradan bilmişdir ki, motosikletin sürücüsü Zərərçəkmiş şəxsdur. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehyiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 10 iyun 2023-cü il tarixdə BD059187 nömrəli xxxxxxx seriyalı motosiklet idarə edilməsi üçün sürücülük vəsiqəsi almış və özünə məxsus «Tufan İstiqlal» markalı, 99 D 375 dövlət qeydiyyat nişanlı motosikleti idarə edir. 05 fevral 2024-cü il tarixdə «Tufan İstiqlal» markalı, 99 D 375 dövlət qeydiyyat nişanlı motosikletlə Bakı şəhəri, Nəsimi rayonu, M.Qaşqay küçəsi ilə Ak.H.Əliyev küçəsi istiqamətində saatda 10-15 km hərəkətdə olarkən kəsişməyə çatan zaman yaşıl işığının yandığını görüb sola verərək dayanmış, Bu zaman Ak.H.Əliyev küçəsi ilə Azadlıq prospekti istiqamətindən üzü Atatürk prospekti istiqamətində sfetoforun qırmızı işığı yandıqdan sonra «Opel Astra» markalı, ** HK *** dövlət qeydiyyat nişanlı avtomobilin sonradan tanıdığı sürücüsü X4 idarə etdiyi avtomobili saxlamadan hərəkət etmiş və idarə etdiyi motosikletin sol yan hissəsindən vuraraq onu yerə yıxaraq sol ayağından xəsarət almışdır. Bu səbəbdən TTYS-sı briqadası onu xəstəxanaya aparmışlar. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid göstərmişdir ki, ailəlidir və bir az yaşlı uşağı var. Az-yaşlı uşağı ağır şəkər xəstəsidir. 05 fevral 2024-cü il tarixdə uşağının vəziyəli ağır olduğundan qonşuluqda yaşayan Təqsirləndirilən şəxs xahiş etmişdir ki, onları Bakı şəhərində yerləşən xəstəxanaya aparsın. Ona görə də Təqsirləndirilən şəxs idarə etdiyi «Opel Astra», ** HK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onu həyat yoldaşı və 7 yaşlı uşağı ilə birlikdə Bakı şəhərində yerləşən xəstəxanaya aparmasını xahiş etmiş və Təqsirləndirilən şəxs razılaşaraq onları idarəetdiyi avtomobillə Bakı şəhərinə apararkən yol kəsişməsində hərəkət edərkən «İstiqlal» markalı markalı 99 D 375 dövlət qeydiyyat nişanlı motosiklet ilə toqquşmuş və zərbənin nəticəsində motosikletin sürücüsü müqavimətini itirərək avtomobili yolunun üzərinə yıxılmışdır. Bu səbəbdən Oruc Tağıvev dərhal avtomobili saxlamış və motosikletin sürücüsünə göməklik göstərmişdir. Təxminən 3 dəqiqə keçmiş polis əməkdaşları hadisə yerinə gəlmiş və onlarda TTYS-na zəıık edərək həkim briqadası çağırmışlar. Həkim briqadası gəldikdən sonra sonradan tanıdığı Zərərçəkmiş şəxs xəstəxanaya aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxışı keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə M.Qaşqay küçəsinin kəsişməsində baş vermişdir. “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 05 fevral 2024-cü il tarixli, 2/6552 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, “Opel” markalı «Astra» modelli, **-NK-*** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən verilmiş AE 013264 nömrəli, xx.xx.2014-cü il tarixli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürücüdür; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və X2 publik hüquqi şəxsin canlı şəxsin ekspertizasının 23 fevral 2024-cü il tarixli 47-M nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət-sol baldır sümüklərinin açıq yerdəyişən sınıqları ilə müşayiət oluknan sol baldırın diz altı nahiyədən amputasiyası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi; dərəcəsinə görə həyat üçün təhlükəli olan və ya ümumi əmək qabiliyyətinin 1\3-də çox (60%) daimi dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/851 saylı məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “Opel Astra” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/1534 saylı məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən verilmiş məlumatlara əsasən “Opel Astra” markalı, **-HK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən göstərilən şəraitdə “İstiqlal” markalı, 99-D-375 dhövlət qeydiyyat nişanlı motosikletin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyul 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə təqsirləndirilən səxs Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək barədə» iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan notarial qaydada təsdiq edilmiş “Dəymiş zərərin ödənilməsi barədə” xx.xx.2024-cü il tarixli sazişdən görünür ki, Əhmədli X3 Oruc Nağı oğlu ilə barışmışdır, Zərərçəkmiş şəxs dəyən zərər ödənilmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən zərər ödənilmişdir. Ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri ödəmişdir, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyət müəyyən edildiyindən onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməlidir. Belə ki, CM-in 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri 213 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdikləri hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (bir yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatlarının dəyəri 213 (iki yüz on üç) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut – “Təhlükəsiz şəhər” sistemindən alınmış 01 ədəd “DVD R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 iş saatı üçün cəmi 180 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına ödənilsin. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-380/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-380/2024
10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver