Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-381/2022 02.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Rusiya Federasiyasının İrkutsk vilayətində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Ağdam rayonu, Seyidli kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanda yerləşən Səhiyyə Nazirliyinin 6 saylı X2rşısında taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 idarə edib orada saxladığı “Mersedes Benz A 160 minik” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri gözləməsini və onun idarə etdiyi avtomobilə yol verməməsini bəhanə edərək idarə etdiyi “Toyota Prius minik” markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili həmin avtomobilin qarşısında saxlamış, daha sonra sonuncunun ünvanına nalayıq sözlər deyib əsaslı səbəb olmadan çoxlu sayda adamın gözləri qarşısında ümumi birgə davranış qaydalarına zidd olaraq idarə etdiyi avtomobilin içərisindən götürdüyü silah qismində istifadə olunan, istintaqa məlum olmayan vintaçanla qəsdən Zərərçəkmiş şəxs1 sol bud nahiyəsinə 3 zərbə endirərək sol budun üçdə birinin arxa səthinin, sol diz oynağının ön səthinin cərrahi tikişə ehtiyacı olan, deşilmiş yaraları, sol budun aşağı üçdə birinin iç səthinin səthi deşilmiş yarası kimi ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə silah qismində əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 10 dəqiqə ərzində davam etdirərək ətrafda dayanan və həmin ərazidən keçib gedən şəxslərin rahatlığını və dincliyini pozmaqla xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə saat 23:50 radələrində ünvan 3 ünvanda yerləşən “Gilavar” restoranının yaxınlığında alkoqol sərxoşluğu vəziyyətində qonşusu Zərərçəkmiş şəxs2 avtomobil yolunda idarə etdiyi “Kia Sportage minik” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına heç bir səbəb olmadan çıxıb sonuncunun hərəkət etməsinə maneə törədərək ünvanına nalayıq sözlər dedikdən sonra əsaslı səbəb olmadan çoxlu sayda adamın gözləri qarşısında ümumi birgə davranış qaydalarına zidd olaraq qəsdən sağ əlinin arxası ilə onun hərəkətlərinin səbəbinin aydınlaşdırmaq üçün idarə etdiyi avtomobilin şüşəsinin aşağı endirən Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə bir zərbə endirərək sol gözaltı nahiyənin yumşaq toxumalarının şişkinlik halında əzilməsihematoması ilə müşayiət olunan sol gözün ağlı qişası altına qansızma, burun belinin qançırı kimi ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 10 dəqiqə ərzində davam etdirərək ətrafda olan və yoldan keçən şəxslərin rahatlığını və dincliyini pozmaqla təkrarən xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə saat 01 radələrində alkoqol sərxoşluğu vəziyyətində qonşusu Zərərçəkmiş şəxs2 onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyini bəhanə edərək yaşadığı ünvan 4 ünvandan çıxıb Zərərçəkmiş şəxs2 ilə şikayət etməsinin səbəbinin aydınlaşdırmaq məqsədi ilə sonuncunun yaşadığı ünvana getmək istəyərkən yaşadığı evin yaxınlığında onun səsküyünə toplaşan şəxslər tərəfindən saxlanılan zaman heç bir səbəb olmadan çoxlu sayda adamın gözləri qarşısında ümumi birgə davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi 2-də yerləşən 198 saylı mənzilin qarşısında saxladığı, özünə məxsus “Mersedes Benz C180 minik” markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik örtüyünə qəsdən 3 yumruq zərbəsi vurub avtomobili zədələyərək Zərərçəkmiş şəxs3 200 manat maddi ziyan vurmuş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 5-10 dəqiqə ərzində davam etdirərək ətrafda olan şəxslərin rahatlığını və dincliyini pozmaqla təkrarən xuliqanlıq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 221.2.1 və 221.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2019-cu ildə onunla eyni orta məktəbdə təhsil almış və qonşuluqda yaşayan, hazırda istintaqı aparılan cinayət işi üzrə Zərərçəkmiş şəxs2 bacısı X3 müraciəti əsasında barəsində Azərbaycan Respublikası CMnin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və Nərimanov Rayon Məhkəməsində proses vaxtı Arzu Əhmədova ilə barışdığından cinayət işinə xitam verilmişdir. O, əvvəllər Zərərçəkmiş şəxs1 tanımamış və onunla hər hansısa şəxsi qərəzliyi olmamışdır. Belə ki, 14 fevral 2022-ci il tarixdə saat təxminən 02 radələrində o, əvvəllər taksi fəaliyyəti ilə məşğul olduğu “Toyota Prius” markalı ** UX *** nömrə nişanlı avtomobillə yaşadığı ünvandan onunla qonşuluqda yaşayan Elgün adlı şəxslə birlikdə çıxaraq ara küçə ilə Koroğlu Rəhimov küçəsi istiqamətinə getmək istəyərkən K.Rəhimov küçəsi 2 saylı ünvanda binanın yan tərəfində Mersedes markalı avtomobilin dayandığını və onun yanında isə qonşuluqda yaşayan xanımın olduğunu görmüşdür. Həmin vaxt sürücü avtomobili geriyə idarə edərkən idarə etdiyi avtomobillə keçib getmək istəmişdir. Lakin həmin avtomobilin ön hissəsi maneçilik etdiyindən keçib gedə bilməmişdir. Ona görədə həmin sürücü sükan arxasından ona bildirmişdir ki, avtomobili geriyə versin. O isə həmin şəxsə demişdir ki, o geriyə verə bilər. Həmin sürücü yəni Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobillə geriyə hərəkət edə bilmədiyindən o, irad bildirmişdir ki, “sənin bu məhəllədə nə işin var.”. Zərərçəkmiş şəxs1 də ona demişdir ki, taksi sürücüsüdür. Bu barədə sözlə mübahisələri olsa da, daha sonra o, avtomobilini geriyə hərəkət etdirib yol vermiş və Zərərçəkmiş şəxs1 hərəkətinə davam etmişdir. O isə idarə etdiyi avtomobillə onun arxasınca gedərək avtomobilinin uzaq vuran işığı ilə işarə etmişdir ki, saxlasın. Belə ki, ünvan 5 ünvanda əsas küçədə 6 saylı X2rşısında ona saxlaması üçün işarə etdiyindən Zərərçəkmiş şəxs1 avtomobili saxlamış, o idarə etdiyi avtomobili onun avtomobilinin arxasında saxlayıb sükan arxasından düşmüşdür. Bundan sonra həmin sürücü, yəni Zərərçəkmiş şəxs1 də avtomobilindən düşmüşdür. O Zərərçəkmiş şəxs1 demişdir ki, “yalan danışırsan taksi sürücüsü deyilsən.”. Bu vaxt həmin avtomobildə olan qonşuluqda yaşayan üzdən tanıdığı xanım da avtomobildən düşüb üstünə qışqırmışdır ki, “mən də bu məhlədə qalıram, sənin nə işinə qalıbdır”. Həmçinin həmin vaxt Elgündə avtomobildən düşmüşdür. Bir neçə dəqiqə ərzində mübahisə olsada Elgün Zərərçəkmiş şəxs1 öz avtomobilinə aparmışdır ki, əyləşib getsin. O həmin vaxt təpiklə Zərərçəkmiş şəxs1 qol nahiyyəsinə vurmuş, Zərərçəkmiş şəxs1 isə ona tərəf çevrilmişdir. Daha sonra isə o, öz idarə etdiyi avtomobilinə tərəf gedib, əyləşdiyi tərəfdə qapıda saxlamış olduğu vintaçanı götürüb yenidən Zərərçəkmiş şəxs1 tərəf gəlib sağ əlində olan vintaçanla 3 dəfə ard-arda onun sol bud nahiyyəsindən vurmuşdur. Bundan sonra Zərərçəkmiş şəxs1 avtomobilinə əyləşərək çıxıb getmişdir. O isə Elgünlə avtomobilinə əyləşib idarə edərək gəldiyi yolla geriyə qayıtmışdır. Daha sonra isə məlum olmuşdur ki, onun barəsində polisə şikayət etmişdir və o, da Nərimanov RPl-nin 18-ci PŞ-də izahat yazmışdır. Bundan başqa 24 fevral 2022-ci il tarixdə saat təxminən 23.50 radələrində o, atası Əlislan Sarıyev ilə birlikdə yaşadıqları evə gələrkən “Gilavar” restoranına yaxın yerdə qonşuluqda yaşayan Zərərçəkmiş şəxs2 idarə etdiyi Kia Sportace markalı avtomobili ilə küçədə hərəkət etmişdir. O isə atası ilə hadisədən az əvvəl birgə yemək yeyərkən pivə qəbul etdiyindən deyib gülə gülə gələrkən Xəyalə avtomobili saxlayıb, sürücü tərəfdən şüşəni aşağı endirib onlara demişdir ki, “başınız xarab olub, yoldan niyə çıxmırsan.”. O isə ona yaxınlaşıb sağ əlinin arxası ilə Xəyalənin sükan arxasında əyləşdiyi yerdə sifət nahiyyəsindən bir dəfə yumruğu ilə vurmuşdur. Lakin atası isə onu geriyə çəkərək aralaşdırıb yaşadıqları evə aparmışdır. Zərərçəkmiş şəxs2 isə avtomobili sürərək getmişdir. Xəyalənin Hüseynovanın avtomobilində bir nəfər qadın olduğunu, lakin qaranlıq olduğundan həmin şəxsi tanımamışdır. Daha sonra isə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 onun barəsində polisə şikayət etmişdir. Həmçinin yaşadıqları evdə atası onu danlamışdır ki, niyə görə Xəyaləni vurdun. O da atasının onu danlamasından əsəbləşərək Xəyalənin yaşadığı evə getmək istəmişdir ki, onunla söhbət etsin ki, “sənə görə məni atam danlamışdır.”. O bundan sonra 25 fevral 2022-ci il tarixdə saat 01 radələrində evdən çıxaraq Zərərçəkmiş şəxs2 evinə tərəf gedərkən atası onun qarşısını kəsmişdir. O əsəbləşdiyindən Xəyalənin ünvanına sərxoş olduğundan xoşagəlməz sözlər işlədərkən qonşuluqda yaşayan şəxslər səsə çıxmış və onu Xəyalənin evinə getməyinin arşısını almışdırlar. O isə orada qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 evinin qarşısında saxlamış olduğu Mesedes markalı avtomobilinin mühərrik hissəsinin örtüyünə 3 dəfə sağ əlinin yumruğu ilə bərk vurmuşdur ki, hirsi soyusun. Daha sonra isə oraya yığışan qonşular və atası onu evə aparmışdırlar. Sonrakı gündə isə atası Ramilin avtomobilinin təmir xərclərini ödəmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 ilə barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını qeyd edərək bunların nəzərə alınmasını və barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2022-ci ilin yanvar ayından hazıra kimi işi olmadığından “Mersedes” minik markalı ** DH *** nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. Belə ki, 14 fevral 2022-ci il tarixdə saat təxminən 01.30 radələrində Nizami rayonu ərazisində yerləşən Heydər Əliyev adına olan parkın qarşısından keçərkən yol kənarında dayanmış təxminən 30-35 yaşlarında olan xanım avtomobilinin üzərində taksi işarəsini gördüyündən əl etmiş və o da avtomobili saxlamışdır. Həmin qadın ona demişdir ki, Gənclik metrostansiyası yaxınlığında yerləşən ABU Arenanın yanına getmək və yenidən həmin ünvana qayıtmaq istəyir. O həmin xanımla yol pulu olaraq 7 manata razılaşmış və bundan sonra xanım avtomobilin arxa oturacağna əyləşib onun sifariş etdiyi ünvana doğru hərəkətə başlamışdır. Həmin ünvanda qadın ona demişdir ki, 5 dəqiqə saxlasın evə çıxıb gəlir. Bundan sonra o, avtomobildə sükan arxasında həmin qadını gözləmiş və həmin qadın gəldikdən sonra o avtomobillə geriyə dönmə əməliyyatını edərkən bir neçə dəfə avtomobili irəli geri etmişdir ki, digər dayanmış avtomobillərə toxunmasın. Bu vaxt həmin küçədə düzünə hərəkətdə olan Toyota Pirus markalı avtomobili idarə edən şəxs avtomobilinin qarşısında dayandığından o avtomobili idarə edə bilməmişdir, çünkü avtomobillər toqquşa bilərdi. Ona görədə o, öz tərəfindən şüşəni aşağı endirərək sürücüdən xahiş etmişdir ki, avtomobilini geriyə hərəkət etdirsin ki, dönmə etsin və sonra hərəkətə başlayar. Lakin həmin şəxs qəsdən avtomobili qarşısında saxlamışdır. Birdə həmin şəxsdən xahiş etmişdir ki, geriyə avtomobili versə digər avtomobillərə dəyəcəkdir, ona görə də geriyə hərəkət etsin. Bu vaxt həmin sürücü ona demişdir ki, “bura mənim məhləmdir, geriyə vermirəm, sən burda nə gəzirsən”? O isə ona izah etmişdir ki, taksi sürücüsüdür, müştəri gətirmişdir. Bir qədər onunla mübahisə etsə də o, avtomobili geriyə hərəkət etdirmişdir. O isə dönərək yoluna davam etmişdir. Həmin sürücü isə ardınca gələrək, küçədə dayanmadan uzaqvuran işıqlardan istifadə etmişdir ki, saxlasın. Lakin o, həmin şəxsə əhəmiyyət vermədən artıq K.Rəhimov küçəsinə çıxmış və hərəkət etmək istəyərkən həmin sürücü idarə etdiyi avtomobili ilə qarşısına keçib saxlatdırmaq istəmişdir. O görmüşdür ki, Təqsirləndirilən şəxs qəza şəraiti yaradır və bundan sonra yolun sağında avtomobili saxlamışdır. Təqsirləndirilən şəxs isə arxada saxlayaraq avtomobildən düşdüyündən və ona tərəf gəldiyindən o da avtomobildən düşmüşdür. Həmin vaxt İlkin ona demişdir ki, “Sumqayıtdan bura gəlmisən məhlədə nə gəzirsən.”. O isə ona demişdir ki, “maşınımın nömrəsi nə olsun ki, Sumqayıta aidir taksi sürücüsüyəm”. Onların mübahisələrinə avtomobildə əyləşən müştəri xanım düşərək ilk əvvəl ona getməyi desə də, Təqsirləndirilən şəxs demişdir ki, “sənin nə işinə qalıb, mən gündə 5-6 taksidən istifadə edirəm.”. Lakin həmin şəxs, yəni sürücü qadına demişdir ki, məhləni əxlaqsız yuvasına çevirmisiniz. Qadında ona demişdir ki, “ged öz ana bacının dərdini çək, siz bezdirmisiniz.”. O qadına təklif etmişdir ki, avtomobilə əyləşin getsinlər, bundan sonra qadın avtomobilə əyləşmiş və oda sükan arxasına əyləşmişdir. O avtomobilin qapısını bağlayan zaman gözləmədiyi anda həmin şəxs onun sifət nahiyyəsindən diz zərbəsi ilə vurmuşdur. O bundan sonra Təqsirləndirilən şəxs onu nə səbəbə vurmasını soruşmaq üçün avtomobildən düşən zaman İlkinin yanında olan tanımadığı şəxs geriyə çəkmişdir ki, çıxıb getsinlər. Yenidən həmin şəxs yəni Təqsirləndirilən şəxs uca səslə qışqır bağır etmişdir ki, o bu məhəlləyə niyə gəlir. Həmin vaxt mübahisə daha da böyüyəcəyindən və avtomobildə müştəri qadın tələsdiyindən İlkinin onu vurmasına əhəmiyyət verməyib, yenidən avtomobilinə əyləşmək istəyərkən İlkin öz avtomobilindən nə isə götürüb qaçaraq yenə ona tərəf gəlib gözləmədiyi anda əlindəki dəmir alətlə ard-arda 3 dəfə sol bud nahiyyəsindən vurmuşdur. Xanım müştəri yenidən düşərək bildirmişdir ki, polis çağırır. Bu vaxt, həmin şəxs və onun yanında olan şəxs avtomobilə əyləşib, yenidən avtomobili geriyə hərəkətə gətizdirib dar küçə ilə gəldiyi yolla bərk sürərək qaçıb getmişlər. Daha sonra isə o baxmışdır ki, sol bud nahiyyəsindən qan gəlir, qan ləkələri şalvarının üzərinə çıxmışdır. O bundan sonra müştərini qeyd edilən ünvanda düşürtsə də işləri ilə bağlı getmiş və daha sonra yaşadığı evdə bud nahiyəsini silib təmizləmiş və səhəri gün DİN-in 102 xidmətinə müraciət etmişdir. Sonda Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı bir mülki iddia, şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 24 fevral 2022-ci il tarixdə axşam saatlarında işdən çıxıb evinə gələrkən Nərimanov rayonu K.Rəhimov küçəsində yerləşən “Qrand” marketdən alış veriş etməkdən ötrü mağazaya daxil olmuş, mağazaya əldə olan çantalar buraxılmadığından əlində olan digər alış veriş etdiyi çantasını mağazanın girişində qoyulmuş qutuya qoyub açarıda özü ilə götürmüşdür. Bundan sonra alış veriş edib evinə gəlmişdir. Lakin həmin gün saat 23.50 radələrində xatırlamışdır ki, çantanı mağazada unutmuş və ona görədə çantanı götürməkdən ötrü mağazaya getmək istəmişdir. Gecə vaxtı olduğundan uşaqları evdə qorxmaması üçün onları da özü ilə birlikdə idarə etdiyi özünə məxsus “KİA SPORTACE” minik markalı avtomobilin arxa oturacağında əyləşdirmişdir. O avtomobili hərəkətə gətirərkən qonşuluqda yaşayan İlkanəni görmüş və onunla salamlaşarkən İlkanə ondan gecə vaxtı hara getdiyini soruşduqda demişdir ki, çantanı mağazada unutmuş ona görədə mağazaya götürməyə gedir, İlkanə də demişdir ki, yaxşı oldu onunla gedər maşınla aldığı ərzaqları evə gətirər. O etiraz etməmiş və bundan sonra İlkanə avtomobildə qarşıda əyləşib birlikdə Gilavar restoranı tərəfə avtomobili ilə hərəkətə başlamışdır. Küçədə gedərkən çoxsaylı insanlar Tofiq Bəhramov adına stadionda futbol oyunu keçirilib bitdiyindən getmişdirlər. O yolla avtomobili ilə getdiyi zaman qonşuluqda yaşayan İlkin yolun ortasında atası ilə gəlmiş və yolu kəsmişdir. İlkin yolda dayandığından o, avtomobili saxlamış və özü tərəfdən avtomobilin şüşəsini aşağı endirib İlkinə demişdir ki, “niyə yolu kəsirsən”. Bu vaxt İlkin üstünə qışqıraraq küçə söyüşü ilə nə dedin deyərək onu təhqir etmişdir. O İlkindən soruşmüşdür ki, “kimə deyirsən, başın xarab olub"? Bu vaxt İlkin qəfildən onun sifətinə yumruğunun ardı ilə bərk vuraraq avtomobilinin qapısının tutacağını dartmışdır ki, onu çəkib içəridən çıxartsın. İlkanə isə ona demişdir ki, “piyandır sür gedək maşınını əzəcəkdir.”. O görmüşdür ki, İlkin qəzəbidir daha da ona ağır xəsarətlər yetirəcək ona görədə avtomobiliin şüşəsini qaldırmışdır. Uşaqları isə avtomobilin içərisində qorxudan qışqırmışdırlar. Uşaqların qışqırmağından və İlkinin onu zərbə ilə vurmağından həyəcanlanmış və özünü itirmişdir. Lakin İlkinin qəzəbi soyumamış və o, yerdən daş götürüb avtomobinin qapısının şüşəsinə vurmuşdur ki, qapını açsın. Bu vaxt İlkinin atası və yolla keçən tanımadığı cavan oğlanlar İlkini tutub dartmışdırlar ki, “sən nə edirsən.”. Həmçinin kənardan İlkinin onu vurmağını görənlər qaçaraq onlara tərəf gəlmişdirlər. Ona görədə o, avtomobilini hərəkətə gətirib getmək istədikdə həyəcanlandığından avtomobili idarə edə bilməmiş və təxminən 50-60 metr qarşıda Gilavar restoranının qarşısında saxlamışdır. Kənardan görən tanımadığı şəxslər ona yaxınlaşıb su vermiş, əl üzünü yuyub su içmişdir. Bundan sonra o, DİN-in 102 ximətinə müraciət etmiş və müraciəti üzrə Nərimanov RPİ-in 18-ci Polis Şöbəsindən təhqiqatçı Şöbəyə dəvət etmişdir. O şöbəyə gedəcəyindən İlkanə daha onunla getməmiş, evinə qayıtmış və o, isə ərizə ilə müraciət etmişdir. O izahat yazarkən, təhqiqatçı bildikdəki, onu İlkin adlı şəxs vurub demişdir ki, “o, İlkindirsə onu biz axtarırıq bir həftə əvvəl də bir nəfər şəxsə vintaçanla buduna vuraraq xəsarət yetirmişdir.”. Bundan sonra o, ərizə ilə müraciət edib evinə qayıdarkən artıq İlkini polislər şöbəyə gətirmiş və onu şöbənin həyətində gördükdə İlkin onu şikayət etiyi üçün sifətinə kislata töküb yandırcağı ilə hədələmişdir. Daha sonra o, evinə qayıtmış, avtomobilini evinin qarşısında saxlamamışdır ki, İlkin bilməsin ki, o evdədir. Həmin gecə sifətində və burun nahiyyəsində ağrılar olduğundan o, 1 saylı X8 xəstəxanaya müraciət etmiş, orada ona ambulator tibbi yardım göstərilmiş və daha sonra səhəri gün almış olduğu xəsarətlə bağlı Məhkəmə Tibbi Ekspertizasından keçmişdir. Lakin gözündə qansızma olmuş, gözünün altı qaralmışdır. Buna görədə o 3-4 gün işə getməmişdir. Bundan başqa daha sonra ona məlum olmuşdur ki, həmin gecə İlkin onun evinə hücum etmək istiyərkən qonşular onun qarşısını kəsmiş və bu zaman o, qonşu Raminin idarə etdiyi Mersedes markalı avtomobilini də bıçaqla vurub əzmişdir. Sonda Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs ilə barışdığını, ona vurulmuş maddi və mənəvi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı hər hansı bir mülki iddia, şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barəsində qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Zərərçəkmiş şəxs3 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Həmçinin, Zərərçəkmiş şəxs3 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayır və arabir bir-biri ilə rastlaşırlar. Belə ki, 14 fevral 2022-ci il tarixdə saat təxminən 02 radələrində o, məhəllədə olduğu zaman təsadüfən İlkinlə rastlaşmış və daha sonra onunla birlikdə mağazaya getmək üçün İlkinin idarə etdiyi “Toyota Prius” markalı avtomobilə qarşıda əyləşərək hərəkət etmişlər. Avtomobili İlkin idarə etmiş və belə ki, K.Rəhimov küçəsi 2 də yerləşən binanın yaxınlığında gecə vaxtı olduğundan çoxsaylı avtomobillər dayanmış və orada olan Mersedes markalı avtomobili idarə edən şəxs isə avtomobilində qonşuluqda yaşayan adını təxmini Çinarə bildiyi şəxslə gedərkən avtomobili geriyə hərəkət etdirmişdir. Lakin arxada avtomobillər olduğundan tam geriyə idarə edə bilməmişdir. İlkin isə keçib getmək istəmişdir. Lakin ara məsafəsi qısa olduğundan keçə bilməmiş və bu zaman İlkin həmin sürücüyə sükan arxasından demişdir ki, geriyə hərəkət etdirsin. Həmçinin İlkin həmin sürücüyə demişdir ki, “sənin bu məhəllədə nə işin vardır.”. Mersedes markalı avtomobilin sürücüsü də demişdir ki, “mən taksi sürücüsüyəm”. Bundan sonra İlkin avtomobili geriyə hərəkət etdirib həmin “Mercedes” markalı avtomobili idarə edən şəxsə yol vermişdir. İlkin isə həmin sürücünü saxlatdırmaq istəmişdir. Daha sonra isə 6 saylı X2rşısında “Mercedes” markalı avtomobili idarə edən şəxs saxlamış, bu zaman İlkin avtomobildən düşərək sürücüyə yaxınlaşarkən həmin “Mercedes” markalı avtomobili idarə edən sürücüdə düşərək biri birinə yaxınlaşmışlar. Bu zaman o və həmin avtomobildə olan Çinarə adlı şəxsdə düşərək oraya yığışmışdırlar. Həmin avtomobili idarə edən şəxs demişdir ki, o taksi sürücüsüdür. Xanım isə İlkinə demişdir ki, “sənin əlindən yığılmışıq boğaza nə istəyirəsən”. O həmin sürücüyə çıxıb getməyi demiş, qoluna girərək aralaşdırıb getməsini bildirərək sükan arxasına tərəf getmişlər. Həmin vaxt İlkin idarə etdiyi avtomobilə tərəf gedib, yenidən qayıdaraq anidən əlində olan vintaçanla həmin şəxsin bud nahiyyəsindən bir neçə dəfə vurmuşdur. Daha sonra həmin şəxs avtomobilinə qadınla əyləşib getmiş və da İlkinlə geriyə evlərinə tərəf getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, İlkin onun oğludur və birlikdə yaşayır. 14 fevral 2022-ci il tarixdə gecə saatlarında oğlu İlkinlə sonradan adı ona Zərərçəkmiş şəxs1 kimi məlum olan şəxs arasında mübahisə baş vermiş və oğlu İlkin sonuncuya xəsarət yetirmişdir. Lakin həmin hadisənin şahidi olmamışdır. Daha sonrakı günlərdə o, Əli ilə görüşərək dəymiş ziyanı ödəmişdir. Bundan başqa 24 fevral 2022-ci il tarixdə axşam saat təxminən 23.50 radələrində oğlu İlkinlə Gilavar restoranı yaxınlığından yaşadıqları evə gələrkən həmin küçədə hərəkətdə olan Kia markalı avtomobili idarə edən xanım şüşəni aşağı endirərək oğlu İlkinə demişdir ki, “yekəbaş yekəlmisən". O, hiss etmişdir ki, xanım oğlu İlkini tanıdığından demişdir. O isə oğlu İlkini geri çəksə də, İlkin isə əlinin ardı ilə Zərərçəkmiş şəxs2 sifətindən vurmuşdur. O, oğlunu aralayaraq yaşadığı evə aparmış, evdə İlkini danlamış və irad bildirmişdir ki, qadına əl vurmaq olmaz. Oğlu İlkini danladığından İlkin əsəbləşib yaşadıqları evdən məhəlləyə çıxmışdır. O da oğlunun ardınca küçəyə çıxmışdır. Oğlu İlkini evə gətirmək istəyərkən qonşulardan da səs-küyə çıxmış və o anda İlkin əsəbindən qonşuluqda yaşayan Ramilin avtomobilinə bir dəfə zərbə vurmuşdur. Daha sonra isə Ramilin avtomobilinə dəymiş zərəri ödəmiş və Ramil də şikayətini geri götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs3 və Təqsirləndirilən şəxs və onların ailələri onun qonşularıdır. Təqsirləndirilən şəxs evinin arası ilə Zərərçəkmiş şəxs3 evinin arasında onun bir mərtəbəli evi yerləşir. Belə ki, 25 fevral 2022-ci il tarixdə saat təxminən 01 radələrində o, yaşadığı evdə ailəsi ilə birlikdə olduğu zaman küçədə səs küy eşitdiyindən məhəlləyə çıxmışdır. Məhəlləyə çıxdıqda görmüşdür ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxsdir. Daha sonra isə ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs3 avtomobilini yaşadığı evin qarşısında əzmişdir. Lakin o həmin hadisənin şahidi olmamışdır. Eşitdiyinə görə də həmin vaxtdan az əvvəl İlkin digər xeyli aralıda yaşayan Xəyalə adlı qadını vurmuş və Xəyalə də onun barəsində polisə şikayət etdiyindən İlkin əsəbiləşərək onun üzərinə getmək istədikdə atası və orada olan şəxslər saxlamışdırlar. İlkində Ramilin maşınını əzmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid1 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin İ cildinin 13-14-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 17 fevral 2022-ci il tarixli, 141 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlər - sol budun yuxarı üçdə birinin arxa səthinin, sol diz oynağının ön səthinin cərrahi tikişə ehtiyacı olan deşilmiş yaraları, sol budun aşağı üçdə birinin iç səthinin səthi deşilmiş yarası deşici alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Cinayət işinin İ cildinin 47-48-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 15 aprel 2022-ci il tarixli, 16/141 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlərlər - sol budun yuxarı üçdə birinin arxa səthinin, sol diz oynağının ön səthinin cərrahi tikişə ehtiyacı olan deşilmiş yaraları, sol budun aşağı üçdə birinin iç səthinin səthi deşilmiş yarası deşici alətin (alətlərin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixdə vintaçanın tiyəsinin ucunun təsirindən əmələ gələ bilər. Qeyd olunan xəsarətlərdən sol budun yuxarı üçdə birininn arxa səthinin, sol diz oynağının ön səthinin cərrahi tikişə ehtiyacı olan deşilmiş yaraları dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər, sol budun aşağı üçdə birinin iç səthinin səthi deşilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin İ cildinin 74-cü vərəqində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 09 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 87-88-ci vərəqələrində olan “Cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 09 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin ********* nömrəli cinayət işinə birləşdiirlməsi və eyni icraatda birləşdirilmiş cinayət işinin ********* nömrəsi altında ibtidai istintaqının davam etdirilməsi, ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən, həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 104-105-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X7 11 mart 2022-ci il tarixli, 193 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlər - sol gözaltı nahiyyənin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması ilə müşayət olunan sol gözün ağlı qişası altıa qansızma, burun belinin qançırı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdi, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs2 Ehiram qızında aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyasına görə şəxsin özü-özünə yetirilməsi və öz boyu hündürlüyündən yıxılması nəticəsindən əmələ gəlməsi inandırıcı deyil. Cinayət işinin İ cildinin 141-142-ci vərəqələrində olan Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli təlabnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İ cildinin 154-cü vərəqində olan “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 6 ünvanıdır. Boz rəngli “Mercedes” markalı ** KC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sağ kapot hissəsi əzilmişdir. Cinayət işinin İ cildinin 192-194-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 aprel 2022-ci il tarixli, 9/2583 nömrəli rəyindən görünür ki, 1996-cı il buraxılışlı, “Mercedes Benz C180” markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 160,0 manat müəyyən edilir. Cinayət işinin İİ cildinin 1-7-ci vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(005)-538/2022 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işinin məhkəməyədək icraat zamanı həbsdə saxlama müddətinin 2 ay 15 gün, yəni 24 iyul 2022-ci il tarixədək müəyyən edilməsi, həbsetmənin əvvəlinin 09 may 2022-ci il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İİ cildinin 47-63-cü vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və maddi sübut kimi tanıma haqqında” 26 may 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 idarə etdiyi 1996-cı il buraxılışlı “Mersedes Benz C 180” markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması qərara alınmışdır. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı hər hansı bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi və mənəvi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı hər hansı bir mülki iddia, şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş maddi ziyan tam ödənilmiş, təqsirləndirilən şəxsə qarşı hər hansı bir mülki iddia, şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus SX seriyalı ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 112 nömrəli h/h-nin tərkibində Tərtər-Fizuli rayonu istiqamətlərində gedən döyüşlərdə iştirak etmişdir. Məhkəməyə təqdim edilərək digər sübutlarla birlikdə tədqiq edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi 112 nömrəli Hərbi Hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xidmət yeri üzrə müsbət xarakterizə olunmuşdur. Hazırki işə baxılması zamanı dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamdan rəqəmlə ifadədə həmin Məcəllənin 221.2.1-ci maddəsinin xaric edilməsini və onun barəsində CM-nin 221.3-cü maddəsi ilə ittihamın müdafiəsinin davam etdirilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, dövlət ittihamçısının ittihamın bir hissəsindən bu cür imtinası qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1 və 43.1.1 maddələrinə görə, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə. Eyni Məcəllənin 314.2-ci maddəsinə görə, məhkəmə baxışı zamanı dövlət ittihamçısı qanunun tələblərini və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanan öz daxili inamını rəhbər tutur. Məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsə elan edilmiş ittiham məhkəmə baxışı zamanı təsdiq edilmədikdə, o, həmin ittihamdan imtina etməyə haqlıdır. Məhkəmə baxışı zamanı dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən imtina etdikləri halda (yekun məhkəmə qərarının çıxarılması üçün məhkəmənin müşavirə otağına getməsindən əvvəl) məhkəmə bu Məcəllənin 43.1-ci maddəsinin müddəalarına əsasən cinayət təqibinə xitam verilməlidir. “Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarında qeyd olunur: “məhkəmə istintaqında tədqiq edilmiş sübutlar və daxili inam dövlət ittihamçısının ittihamla bağlı mövqeyinin formalaşmasının əsasını təşkil edir. Buna görə də dövlət ittihamçısı daxili inamına əsasən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın tədqiq edilmiş sübutlarla qismən təsdiq olunmadığı qənaətinə gələrsə, ondan qismən imtina etməyə də haqlıdır. Əks təqdirdə bu, bir tərəfdən onun obyektivliyinin şübhə altına alınmasına gətirib çıxarar, digər tərəfdən isə təqsirləndirilən şəxsin əsassız təqsirləndirilərək cəzalanmasına imkan yaratmış olardı. CPM-in 43.1.1 və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən (o cümlədən, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində ittiham elan edildikdə, məhkəmə baxışında ittihamdan bir və ya bir neçə maddə üzrə) imtina edilməsini ehtiva edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir.”. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsnin 221.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan ittiham ona görə verilmişdir ki, o, 14 fevral 2022-ci il tarixdə saat 02 radələrində ünvan 2 ünvanda yerləşən Səhiyyə Nazirliyinin 6 saylı X2rşısında taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs1 idarə edib orada saxladığı “Mersedes Benz A 160 minik” markalı, ** DH *** dövlət qeydiyyat nişanlı avtomobillə müştəri gözləməsini və onun idarə etdiyi avtomobilə yol verməməsini bəhanə edərək idarə etdiyi “Toyota Prius minik” markalı ** UX *** dövlət qeydiyyat nişanlı avtomobili həmin avtomobilin qarşısında saxlamış, daha sonra sonuncunun ünvanına nalayıq sözlər deyib əsaslı səbəb olmadan çoxlu sayda adamın gözləri qarşısında ümumi birgə davranış qaydalarına zidd olaraq idarə etdiyi avtomobilin içərisindən götürdüyü silah qismində istifadə olunan, istintaqa məlum olmayan vintaçanla qəsdən Zərərçəkmiş şəxs1 sol bud nahiyəsinə 3 zərbə endirərək sol budun üçdə birinin arxa səthinin, sol diz oynağının ön səthinin cərrahi tikişə ehtiyacı olan, deşilmiş yaraları, sol budun aşağı üçdə birinin iç səthinin səthi deşilmiş yarası kimi ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə silah qismində əşyadan istifadə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 10 dəqiqə ərzində davam etdirərək ətrafda dayanan və həmin ərazidən keçib gedən şəxslərin rahatlığını və dincliyini pozmaqla xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 24 fevral 2022-ci il tarixdə saat 23:50 radələrində ünvan 3 ünvanda yerləşən “Gilavar” restoranının yaxınlığında alkoqol sərxoşluğu vəziyyətində qonşusu Zərərçəkmiş şəxs2 avtomobil yolunda idarə etdiyi “Kia Sportage minik” markalı ** UM *** dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına heç bir səbəb olmadan çıxıb sonuncunun hərəkət etməsinə maneə törədərək ünvanına nalayıq sözlər dedikdən sonra əsaslı səbəb olmadan çoxlu sayda adamın gözləri qarşısında ümumi birgə davranış qaydalarına zidd olaraq qəsdən sağ əlinin arxası ilə onun hərəkətlərinin səbəbinin aydınlaşdırmaq üçün idarə etdiyi avtomobilin şüşəsinin aşağı endirən Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə bir zərbə endirərək sol gözaltı nahiyənin yumşaq toxumalarının şişkinlik halında əzilməsi-hematoması ilə müşayiət olunan sol gözün ağlı qişası altına qansızma, burun belinin qançırı kimi ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb yüngül dərəcəli bədən xəsarətləri yetirmiş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 10 dəqiqə ərzində davam etdirərək ətrafda olan və yoldan keçən şəxslərin rahatlığını və dincliyini pozmaqla təkrarən xuliqanlıq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 25 fevral 2022-ci il tarixdə saat 01 radələrində alkoqol sərxoşluğu vəziyyətində qonşusu Zərərçəkmiş şəxs2 onun barəsində hüquq-mühafizə orqanlarına şikayət etdiyini bəhanə edərək yaşadığı ünvan 4 ünvandan çıxıb Zərərçəkmiş şəxs2 ilə şikayət etməsinin səbəbinin aydınlaşdırmaq məqsədi ilə sonuncunun yaşadığı ünvana getmək istəyərkən yaşadığı evin yaxınlığında onun səs-küyünə toplaşan şəxslər tərəfindən saxlanılan zaman heç bir səbəb olmadan çoxlu sayda adamın gözləri qarşısında ümumi birgə davranış qaydalarına zidd olaraq Zərərçəkmiş şəxs3 yaşadığı Bakı şəhəri Nərimanov rayonu Koroğlu Rəhimov küçəsi 2-də yerləşən 198 saylı mənzilin qarşısında saxladığı, özünə məxsus “Mersedes Benz C180 minik” markalı ** KC *** dövlət qeydiyyat nişanlı avtomobilin mühərrik örtüyünə qəsdən 3 yumruq zərbəsi vurub avtomobili zədələyərək Zərərçəkmiş şəxs3 200 manat maddi ziyan vurmuş, bu hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verib həmin hərəkətləri 5-10 dəqiqə ərzində davam etdirərək ətrafda olan şəxslərin rahatlığını və dincliyini pozmaqla təkrarən xuliqanlıq etmişdir. Yuxarıda qeyd edildiyi kimi, məhkəmə, dövlət ittihamçısının Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin xaric edilməsinə dair imtinasını qəbul etdiyindən, hazırda həmin imtinanın əsaslılığını aşağıdakı kimi şərh edir: Əvvəla qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin CM-nin 221.3-cü maddəsi ilə məsuliyyətə cəlb edilməli olması haqqında nəticəyə gəlmək, yəni törədilmiş əməlin göstərilən maddə ilə tövsif edilməsi üçün aşağıdakı üç halın birgə mövcudluğu müəyyən edilməlidir: - əməlin xuliqanlıq cinayətinin əlamətlərini özündə ehtiva etməsi (CM-nin 221.1-ci maddəsi), yaxud xuliqanlığın tövsifedici əlamətlərlə törədilməsi (CM-nin 221.2-ci maddəsi, o cümlədən təkrarlıq əlaməti ilə); - belə əməllərin törədilməsi zamanı silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməsi; - şəxsin 2-ci bənddə göstərilən əşyalardan istifadə etməklə zərər çəkmiş şəxsə zor tətbiq etməsi, yaxud özgənin əmlakını məhv etməsi və ya zədələməsi. CM-nin 221.1-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi gedişində zor tətbiq etmə dedikdə, zərər çəkmiş şəxslə təmasda olmaqla ona fiziki ağrının yetirilməsi və ya onun döyülməsi, yaxud sağlamlığına dərəcəsi təyin edilməyən xəsarətlərin yetirilməsi və ya sağlamlığına yüngül zərərin vurulması başa düşülür. CM-nin 221.3-ci maddəsinin mənasına görə, xuliqanlığın törədilməsi zamanı silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə bu maddədə nəzərdə tutulmuş nəticələrin baş verməsi – zərər çəkmişə qarşı fiziki zorun tətbiq edilməsi və ya əmlakın zədələnməsi və ya məhv edilməsi ilə müşaiyət olunmalıdır. Bu o deməkdir ki, belə hallarda silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etmə nəticəsində zərər çəkmiş şəxsə fiziki ağrı və ya onun sağlamlığına dərəcəsi təyin olunmayan xəsarətlər, və ya müxtəlif dərəcəli zərər yetirilməli, yaxud o, həyatdan məhrum edilməli, habelə onun əmlakı zədələnməli və ya məhv edilməlidir ki, əməlin CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət kimi qiymətləndirilməsi və bu maddə ilə tövsif edilməsi üçün nəticəyə gəlmək olsun. Əks təqdirdə, yəni yuxarıda göstərilən üç haldan birinin müəyyən edilməməsi törədilmiş əməlin CM-nin 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas vermir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx.xx.2004-cü il tarixli 1 saylı Qərarının 2-3-cü bəndlərində göstərilir ki, «Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilməlidir. İzah edilməlidir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən, zərər çəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər.». Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir: «Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilən ittiham üzrə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair müddəa ümumi ittihamdan xaric edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olmasını, gənc olmasını, 44 X6 iştirakçısı olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, dəymiş ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Bu baxımdan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqalar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, lakin onun cəza çəkmədən islah olunması mümkün hesab edilərək barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona sınaq müddəti verilməli və təyin olunmuş cəza şərti hesab olunmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablanmalıdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 70.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, onun üzərinə, onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs verilmiş ittihamdan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin xaric edilməsi ilə bağlı Dövlət ittihamçısı imtinası qəbul edilsin və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsinə dair müddəa ümumi ittihamdan xaric edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 3 (üç) ay 24 (iyirmi dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərində saxlanılan 2 (iki) il 8 (səkkiz) ay 6 (altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 2 (iki) il 6 (altı) ay müddətinə sınaq müddəti ilə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes Benz C 180” minik markalı **-KC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 50,00 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 40 (qırx) iş saatına görə 240 (iki yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-381/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-381/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver