Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-382/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:00 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçisi «Arbitrium» Vəkil Bürosunun vəkili – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 10 oktyabr 1983-cü il tarixdə Ermənistan Respublikası, Çəmbərək rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 02 (iki) azyaşlı övladı olan, əvvəllər məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, işləməyən, ünvan 1 ünvanında barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və halhazırda Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 09 may 2024-cü il tarixdə saat 20 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 1969-cu məhəllə, ev 26 ünvanının yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,346 qram olan psixotrop maddə metamfetamin əldə edib saxlamaqla üzərində daşımış, 10 may 2024-cü il tarixdə saat 01:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsi 1969-cu məhəllə, ev 26 ünvanının qarşısında Nərimanov RPİ-nin NMB-nin və Nərimanov RPİ-nin 17-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə, təmiz çəkisi 0,346 qram, ağ rəngli, kristallik maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı, eləcə də məhkəmə baxışında verdiyi qismən etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 4 ildir ki, narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. 19 iyul 2023-cü il tarxidə polis əməkdaşarı tərəfindən saxlanılarkən üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları tərəfindən idarəyə gətirilərkən onlardan qorxub çəkinməsi səbəbilə verilmiş psixotrop maddə metamfetaminin videoçəkiliş zamanı özününmüş kimi təqdim etmişdir. Məhkəmənin sualına cavab olaraq bildirilmişdir ki, polis əməkdaşları tərəfindən şiddət və təzyiqə məruz qalmamışdır. Son olaraq himayəsində 02 azyaşlı övladının, ailəsinin olmasını nəzərə alaraq ədalətli qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. Üzərində narkotik vasitə və ya psixotrop maddə olmasında şübhəli bilinərək Nərimanov RPİ-nin NMB-nin və Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 26 saylı ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ-nin 17-ci PŞ-ə gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman xidməti tapşırığa uyğun olaraq o da həmin istintaq hərəkətində iştirak etmişdir. Belə ki, Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin 17-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Fazil Osmanov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək, onun hüquqlarının müdafiəsi üçün müdafiəçi dəvət edilərək təmin edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması istintaq hərəkəti videoçəkiliş aparılmaqla qeydə alınmışdır. Təqsirləndirilən şəxs əynində olan şalvarının cibindən 01 ədəd şəffaf rəngli büküm çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra həmin bükümə baxış keçirilmiş və bükümdə ağ rəngli kristal şəkilli kütlə olduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə olan kütlə “patı” adlanan psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş kütləni tanımadığı şəxsdən 10 manata öz istifadəsi üçün əldə etdiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən müqavimət göstərməmişdir, ona tərəflərindən heç bir təzyiq göstərilməmişdir. Saxlanılarkən də üzərində narkotik vasitə olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 01:30 radələrində Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ilə birlikdə inzibati ərazidə olarkən Bakı şəhəri, Nərimanov rayonu, X10 küçəsi 26 saylı ünvanın qarşısında 1 nəfər şəxsin hərəkətlərindən özünü şübhəli aparmasını görüb, bu səbəbdən ona yaxınlaşaraq özlərini təqdim edib, xidməti vəsiqələrini göstərərək Nərimanov RPİ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Həmin şəxs danışarkən suallarından yayınmağa və oradan getməyə çalışmışdır. Həmin şəxsin rabitəsiz danışığından, narkotik vasitələrin təsiri altında olmasından və üzərində narkotik vasitə daşımasından şübhələnib Nərimanov RPİ-nin 17-ci PŞ-yə dəvət etmişlər. Polis Şöbəsində məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Bu barədə raportla PŞ-nin rəhbərliyinə məruzə etmişlər. Həmin vaxt başqa xidməti tapşırıq aldığından Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsində iştirak edə bilməmişdir. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid2 iş üzrə dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd edilən faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi məhkəmə iclasında elan edilmişdir. İfadəsi iş üzrə digər Şahid3 ilə eyni məzmunlu olmuş və qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 10 may 2024-cü tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, y alarında və ya bədənlərində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan elmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə mafik ola biləcək digər əşyaları və ya sənədləri təqdim c İməsi təklif edildi. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ sı cibindən bir ədəd şəffaf rəngli büküm çıxarıb masanın üzərinə qoydu, həmin bükümün içərisində atı adlanan maddənin olduğunu bildirdi. Həmin bükümə baxış zamanı içərisində ağ rəngli kristal akilli kütlə aşkar olundu. Daha sonra Təqsirləndirilən şəxs üzərində tərəfimdən şəxsi Ktarış aparıldı, axtarış zamanı onun əynində olan həmin idman şalvarının sağ yan cibindən bir ədəd “Vinston” markalı siqaret qutusu və bir ədəd alışqan, həmin şalvarın sol yan cibindən isə bir ədəd honor” markalı mobil telefon aşkar edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd içərisində ağ rəngli kristal şəkilli kütlə şəffaf rəngli büküm içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırıldı, DİN-in 219 saylı möhürü ilə, üzəri şübhəli şəxs, müdafiəçi, iştirakçılar və tərəfimdən imzalandı. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı ünvanın yaxınlığında tanımadığı şəxsdən əldə etdiyini, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı psixi və ya fiziki n s tətbiq edilmədiyini bildirmişdir. Şəxsi axtarış və götürmə Nərimanov RPİ-nin 17-ci PŞ-nin inzibati binasında xidməti otaqlardan birində süni işıqlandırma şəraitində keçirildi. Şəxsi axtarış və götürmə zamanı «iphone» mobil telefonun video kamerasından istifadə etməklə Nərimanov RPİ-nin 17-ci PŞ-nin sahə jecoru, polis baş leytenantı Şahid2 tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2024-cü il tarixli, 3-16-16/2-6/2621 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №219” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,346 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 şəxsi Ambulator X1 xx.xx.2024-cü il tarixli, 4897 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X6 X7 Ambulator məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-ci il tarixli, 1359 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəl psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmayıb. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərir faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmə-iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barədə ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyi-əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tib: xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikas CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Belə qənaətə gəlinir ki, Təqsirləndirilən şəxs özünümüdafiə etmək məqsədi ilə yalan danışa bilər. Təqsirləndirilən şəxs törətdiyi əməl zamanı fizioloji affekt vəziyyətində olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bakı Şəhər Narkoloji Mərkəzi” X9 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada qeydiyyatda yoxdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “2 X5 Xəstəxanası” X9 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada son 10 ildə müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan “Mobil telefon cihazına baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 01 ədəd “Honor” markalı mobil telefona baxış keçirilmiş və cinayət işi üzrə əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixl hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 1500 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməklə, 1500 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 08 ay, 29 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatması səbəbilə icra şöbəsinin qeydiyyatından çıxarılmışdır. xx.xx.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş cərimə cəzasını tam şəkildə ödəmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-27/2022 hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 234.1-ci, 66.2-ci maddələri ilə təqsirli bilinərək 02 il, 08 ay, 26 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-27/2022 hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 26 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmışdır. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 01:30 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(005)-382/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görə də barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan AZ-İİİ № 601512 nömrəli və AZ-İİİ № 207038 nömrəli X3 görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü Bahadır Kazımov adlı və xx.xx.2013-cü il təvəllüdlü Səma Kazımova adlı 02 azyaşlı övladı vardır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Binəqədi RPİ-nin İŞ-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin istintaqı aparılır. Cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. xx.xx.2024-cü il tarixdə Binəqədi rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman üzərində narkotik vasitə olmaması, polis idarəsinə gətirildikdən sonra üzərində olan psixotrop maddə metamfetaminin onlar tərəfindən verilməsi, polis əməkdaşlarından çəkinməsi səbəbilə psixotrop maddənin özünün olması barədə etirafedici ifadələr verdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, həmçinin Təqsirləndirilən şəxs 10 may 2024-cü il tarixdə şübhəli şəxsi qismində tutulmuş və 11 may 2024-cü il tarixdə barəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilməklə azad edilmişdir. Məhkəmə hesab edir ki, əgər həqiqətən də təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyi təqdirdə qorxduğundan müvafiq narkotik vasitənin ona aid olduğunu bildirmişdirsə, onun polis idarəsinin müvəqqəti saxlama yerindən azad edildiyi vaxtdan bu barədə müvafiq dövlət orqanlarına müraciət etmək, ona göstərilmiş təzyiqlər və məruz qaldığı qanunsuzluqlar barədə məlumat vermək imkanı olmuşdur. Lakin, Təqsirləndirilən şəxs hər hansı səlahiyyətli dövlət orqanına bu məzmunda şikayəti və ya digər müraciəti müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında təzyiqin nədən ibarət olması barədə konkret məlumat verə bilməmiş, həmçinin uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyini də etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Beləliklə, təqsirləndirilən şəxsin ifadəsində yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahid ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 10 may 2024-cü il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD” diskə baxış keçirilərkən, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 02 azyaşlı övladının və ailəsinin olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı məhkəmə qeyd edir Təqsirləndirilən şəxs cinayət törətməkdə davam etməsi və islah yoluna qədəm qoymaması, məhkəmə çağırışlarına gəlməyərək istintaqdan yayınması onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur . “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmçinin, yeni qəsdən cinayət törədilən anda şəxsin üzərində ödənilməmiş və ya götürülməmiş məhkumluğun olması, cinayət prosesinin sonrakı mərhələsində məhkumluğun ödənilib-ödənilməməsindən asılı olmayaraq, həmin şəxsə qanunla müəyyən olunmuş hallarda residivə görə cəza təyin edilməsinə mane olmur. Təqsirləndirilən Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-27/2022 hökmü ilə təyin edilmiş 02 il, 08 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzası üzrə məhkumluğu hazırki cinayət əməlini törədərkən ödənilməmişdir ki, bu da öz növbəsində onun əməlində cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs ibtiadi istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (10-11 may 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalıdır. Ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut kimi götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış Nərimanov Rayon Polisinin Saxlanc yerinə saxlanılması üçün təhvil verilmiş 0,296 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilməlidir. İş üzrə maddi sübut – Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 01 (bir) ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Arbitrium» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «Arbitrium» Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (10-11 may 2024-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 29 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məcburi müalicə təyin edilsin və o yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 0,296 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Arbitrium»Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-382/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-382/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver