Məhkəmə qərarları › İş №1(005)-383/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-383/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-383/2022 13.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü ildə Ucar rayonu. Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Ucar rayonu Boyat kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu. Tramvay yolu küçəsi, ev 009-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni metamfetamini əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq, bir ədəd bükümdə təmiz çəkisi 0.377 qram şəxsi istehlak miqdarından artıq miqdarda ağ kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış və 12 mart 2022-ci il tarixdə saat 16:30-da ünvan 1 ünvanın qarşısında Nərimanov RPİ-nin əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Nərimanov RPİ-nin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,377 qram şəxsi istehlak miqdarından artıq miqdarda ağ kristallik maddə olan kustar üsulla hazırlanmış psixotrop ınaddəmetamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2 aya yaxm müddətdir ki, metamfetamin psixotrop maddəsindən istifadə etdiyini, 1-2 həftə öncə qiyabi tanış olduğu şəxsin narkotik vasitələrin satışı ilə məşğul olduğunu öyrəndiyini, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanlmamışdan 1-2 gün əvvəl o, yuxarıda qeyd etdiyi, adını bilmədiyi şəxslə Bakı şəhəri, Nərimanov rayonu ərazisində ünvanını bilmədiyi yerdə görüşüb, sonuncudan 10 manat müqabilində bir büküm metamfetamin maddəsini əldə etdiyini, həmin maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını qeyd edərək, 12 mart 2022-ci il tarixdə saat 16:30-da o, ünvan 6 ünvanın yaxınlığında piyada hərəkət edən zaman üç nəfər tanımadığı mülki geyimli şəxsin ona diqqətlə baxdıqlarını görmüşdür. Həmin zaman üzərində narkotik vasitə olduğundan o, şəxslərin polis əməkdaşları olduqlarından şübhələnib, həmin ünvandan yayınmağa cəhd etmiş, bu zaman həmin şəxslər yaxınlaşaraq, özlərini təqdim edib, polis əməkdaşları olduqlarını bildirib, özünü təqdim etməyini xahiş etmiş, özünü şübhəli apardığı üçün həmin polislər onun narkotik maddələrdən istifadə etməyindən şübhələndiklərini deyərək onlarla Nərimanov RPİ-yə getməyini xahiş etmişlər. Həmin şəxslərlə Nərimanov RPİ-yə getdiyini, idarədə ona üzərində narkotik maddə olmasından şübhələndiklərinə görə üzərində axtarış və götürmə aparacaqlarını bildirmələrini, ona görə də hüquqlarını izah edib vəkil dəvət etdiklərini qeyd edərək, vəkil gəldikdən sonra sonuncunun və onu Nərimanov RPİ-yə gətirmiş əməkdaşların iştirakları ilə üzərində axtarış və götürmə aparmağa başladıqlarını bildirmişdir. Polis əməkdaşı ona əgər üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyi təklif etmişdir. O da üzərində olan əşyaları və içərisində metamfetamin maddəsi olan bir bükümü təqdim etmiş, polis əməkdaşı təqdim etdiyi içərisində metamfetamin maddəsi olan 01 (bir) ədəd bükümü, qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. O, hüquqlarını müdafiə edən vəkil, eyni zamanda iştirakçılar tərtib edilmiş protokolu imzalamışdır. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, xidməti vəzifəsini icra edən zaman həmin küçə ilə piyada hərəkat edən bir nəfər şəxsin qeyri-adekvat hərəkətlər etdiyini və özünü şübhəli apardığını müşahidə etmişlər. Bununla əlaqədar Ceyhun Hacıbəyli küçəsi 14 ünvanının qarşısında narkotik vasitə istifadəçilərinə bənzəyən həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan şəxsiyyətini təsdiq edən sənəd təqdim etməsini tələb etmişlər. Bu zaman həmin şəxs rabitəsiz danışaraq ərazidən uzaqlaşmağa çalışdığından onun üzərində narkotik vasitə olmasından şübhələnərək müvafiq yoxlama aparılması üçün onu Nərimanov rayon polis idarəsinə gətirmişlər. Nərimanov rayon polis idarəsində həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilərək onun xx.xx.1993-cü ildə Ucar rayonu. Boyat kəndində anadan olmuş Ucar rayonu Boyat kəndində qeydiyyatda olmaqla ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edildikdən sonra barəsində müvafiq araşdırma aparılması üçün idarə rəisinə raportla məruzə etmişdir. Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı polis kapitanı Orxan Məmmədov tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində narkotik vasitə, habelə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs buna cavab olaraq əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon, şalvarının sağ yan cibindən isə bir ədəd sellofan kəsivi bükümündə ağ kristallik maddə çıxarıb təqdim elmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan kəsiyi bükümünə baxış keçirilərkən bükümün içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş həmin ağ rəngli kristallardan ibarət maddə kütləsi barədə Təqsirləndirilən şəxs soruşduqda o, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, təxminən iki aydır ki. metamfetamin istifadə etdiyini və həmin maddəni 10 (on) manat müqabilində tanımadığı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd sellofan kəsiyi bükümündə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə oxşar kütlə baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs, onun müdafiəçisi Telman Nağdəliyevin, axtarışda iştirak edən digər polis əməkdaşları Şahid2, Şahid3 və onun iştirakı ilə zərfə qoyulub qablaşdmlmaqla “Azərbaycan Respublikası DİN Zərllər üçün №44" dairəvi möhür əksi ilə möhürlənərək götürülmüşdür. Həmçinin şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuş, iştirakçılar həmin protokolu və zərfi imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Nərimanov RPİ-nin cinayət axtarış şöbəsinin cinayət axtarış üzrə kiçik imspektoru, polis serjantı vəzifəsində işləyir. 12 mart 2022-ci il tarixdə saat 18 radələrində Nərimanov RPİ-də əməliyyat qrupunun tərkibində xidməti vəzifəsini icra edərkən həmin gün saat 16 radələrində Nərimanov RPİ-yə gətirilmiş narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Təqsirləndirilən şəxs üzərində təhqiqat şöbəsində şəxsi axtarış aparılacağına dair növbətçi hissədən məlumat alıb rəhbərliyin göstərişinə əsasən videoçəkiliş aparmaq üçün həmin prosesdə iştirak etmişdir. Belə ki, Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis kapitanı Orxan Məmmədov tərəfindən müdafiə hüququ təmin edilməklə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə müvafiq qərar qəbul edildikdən sonra onun tərəfindən videoçəkiliş aparılmaqla cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Nərimanov RPİ-nin 17-ci polis şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid3 və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs, habelə digər iştirakçılara hüquq və vəzifələri izah olunmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman ona üzərində narkotik vasitə, habelə qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bu zaman əynində olan göy rəngli cins şalvarının sol yan cibindən bir ədəd “Samsung" markalı mobil telefon, şalvarının sağ yan cibindən isə bir ədəd sellofan kəsiyi bükümündə ağ kristallik maddə çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan kəsiyi bükümünə baxış keçirilərkən bükümün içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə melamfetamiııə oxşar kütlə aşkar olunmuşdur. Aşkar olunmuş həmin ağ rəngli kristallardan ibarət maddə kütləsi barədə Təqsirləndirilən şəxs soruşduqda o, həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, təxminən iki aydır ki. metamfelamin istifadə etdiyini və həmin maddəni 10 (on) manat müqabilində tanımadığı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş bir ədəd sellofan kəsiyi bükümündə ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə oxşar kütlə baş təhqiqatçı Orxan Məmmədov tərəfindən Təqsirləndirilən şəxs, onun müdafiəçisi Telman Nağdəliyevin, axtarışda iştirak edən digər polis əməkdaşları Şahid2, Şahid3 və onun iştirakı ilə zərfə qoyulub qablaşdmlmaqla “Azərbaycan Respublikası DİN Zərllər üçün №44" dairəvi möhür əksi ilə möhürlənərək götürülmüşdür. Həmçinin şəxsi axtarış və götürmə aparılmasına dair müvafiq protokol tərtib olunmuş, iştirakçılar həmin protokolu və zərfi imzalamışdır. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid1 və Şahid2 məhkəmə iclasına gəlməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə onların məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət əməlini törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:35-da şübhəli şəxs qismində tutulmuşdur; Nərimanov RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı Orxan Məmmədov tərəfindən tərəfindən tərtib edilmiş “şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması haqqında" protokoldan görünür ki, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd sellofan kəsiyi bükümündə ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Şəxsi axtarış və götürmə prosesinə dair videogörüntünün əks olunduğu bir ədəd CD disk protokola əlavə olunmuşdur. Şəxsi axtarış və götürmə protokoluna əlavə olunmuş CD diskə tərəfimdən xx.xx.2022-ci il tarixdə baxış keçirilərək nəticəsi prolokollaşdırılmışdır. Baxış zamanı həmin diskdə Nərimanov RPİ-nin təhqiqat şöbəsinin baş təhqiqatçısı. polis kapitanı Orxan Məmmədov tərəfindən 12 mart 2022-ci il tarixdə saat 18:00- dan 18:20-dək həmin şöbədə yerləşən xidməti otağında Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili X2. Nərimanov RPİ-nin cinayət axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1. Nərimanov RPİ-nin narkotiklərlə mübarizə bölməsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Nərimanov RPİ- nin 17-ci polis şöbəsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis serjantı Şahid3 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılaraq nəticəsinin protokollaşdınlması və sonuncudan aşkar olunmuş bir ədəd sellofan kəsiyi bükümündə ağ rəngli kristal hissəciklərdən ibarət psixotrop maddə metamfetaminə oxşar kütlənin götürülməsinə dair videgörüntünün olması müəyyən edilmişdir. Baxışın nəticələrinə dair müvafiq protokol cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə-kimyəvi ekspertizasının 13 mart 2022ci il tarixli 6/144" nömrəli rəyindən görünür ki tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs aşkar olunmuş maddə» sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,377 qram olan ağ kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir.Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına» (Siyahı İ) daxildir. Xalis çəkisi 0,377 qr, Tədqiqata sərf edildi 0,05 qr, qalıq 0,327 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manatdır; “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində cəb edilmiş, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxsin MSY-dən azad etmə və qətimkan tədbirinin seçilməsi barədə 14.03. 2022ci il tarixli qərardan görünür ki, Gülalıyev X3 RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsin Ambulalor məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 2274 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş qalıq çəkisi 0,327 qram Metamfetamin maddi sübüt kimi tanınmış və saxlanılması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi”haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alinmış videonun əks olunduğu 1 ədəd CD diski maddi sübut kimi tanınaraq iş materiallarına əlavə olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən psixotrop maddə sayılan 0,15 qram metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təmiz çəkisi 0,377 qram təşkil etmişdir. Qeyd olunan siyahıya əsasən, psixotrop maddə olan metamfetaminin həmin miqdarı Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cinayəti etiraf etməsi və əməlindən peşman olmasını yüngülləşdirən hallar kimi nəzərə alır: İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 2 (iki) gün (12- 14 mart 2022-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş psixotrop maddə metamfetamiin qalıq çəkisi məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş 25 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 iş saatı üçün cəmi 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (iki) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 2 (iki) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Nərimanov RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş və çəkisi 0,327 qram kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - şəxsi axtarış və götürmə aparılmasına dair video görüntünü əks etdirən 1 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 iş saatı üçün cəmi 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 25 saylı vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar