Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-385/2025 30.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyit qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - «De Fendo» Vəkil Bürosunun vəkili Nümayəndə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Müşviqabad qəsəbəsi, nömrəsiz fərdi evdə yaşayan, 23 iyul 2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 iyul 2024-cü il tarixdə, saat 04 radələrində ünvan 3 ünvanının qarşısında Zərərçəkmiş şəxs məxsus **-EL-*** dövlət qeydiyyat nişanlı “Volksvagcn Passal” markalı minik avtomabilinin pəncərələrinin açıq vəziyyətdə olduğundan istifadə edərək, avtomabilin sürət qutusunun üstündə olan saxlanc yerinin üzərindin dəyəri 890 (səkkiz yüz doxsan) manat olan 8675-9306-9005-565 və 8675-9306-9040-570 İMHİ kodlu “Honor 90 Lite” markalı mobil telefonu, həmin mobil telefonun üzərində olmuş 230 (iki yüz otuz) manat dəyərində olan ***-***-**-** və 1800 (min səkkiz yüz) manat dəyərində olan ***-***- **-** saylı mobil telefon nömrələrini və avtomobilin sürət qutusunun üstündə olan 1100 (min vüz) manat pulu gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4020 (dört min iyirmi) manat dəyərində əmlakını gizli talayaraq oğurlamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələrin və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, təxminən saat 04 radələrində ünvan 4 ünvanını qarşısında piyada hərəkətdə olduğu zaman gözünə yolun hərəkət hissəsinin kənarında dayanmış vəziyyətdə olan ağ rəngli **-EL-*** dövlət qeydiyyat nişanlı "Volswagen Passat" markalı minik avtomabilini görmüşdür. Həmin avtomabilə yaxınlaşaraq kənardan baxdıqda avtomabilin ön işığının yanılı vəziyyətdə və pəncərələrin açıq olduğunu görmüşdür. Bundan sonra avtomabilin içərisində sürətlər qutusunun üzərində olan saxlanc yerinin üstündə nəzarətsiz qalmış gümüşü rəngli "Honor 90 Lite'' markalı mobil telefonunu avtomabilə sağ tərəfdən əlini uzadaraq götürüb dərhal ordan uzaqlaşmışdır. Bundan sonra həmin mobil telefonu özü istifadə etmiş. Bir müddət keçdikdən sonra isə işləmədiyi səbəbindən hal-hazırda xatırlamadığı yerə qoymuşdur. Yəni həmin mobil telefonu heç kimə satmamışdır. Avtomabildən başqa heçnə götürməmişdir. Məhkəmənin sualına cavab olaraq o, bildirmişdir ki, avtomabildən ancaq mobil telefonu götürmüşdür. Mobil telefonun yanında pul olmamışdır. Telefon nömrəsini bilməmişdir, telefonu da işlədə bilmədiyindən tullamışdır. Başqa heçnə götürməmişdir. İçkili olmasını, oğurluq etmək məcburiyyətində qalmasını, ailənin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasını və barəsində yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 11 iyul 2024-cü il tarixdə, təxminən saat 02 radələrində özünə məxsus **- EL-*** dövlət qeydiyyat nişanlı "Volswagen Passat" markalı minik avtomabilini Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi ilə hərəkətdə olduğu zaman səhətində narahatlıq hiss etdiyindən, avtomabili yolun kənarında təhlükəsiz yer olan, yəni dəqiq olaraq ünvan 3 ünvanına verərək saxlamış, avtomabilin pəncərələrini açıq qoymuşdur ki, biraz yatsın. Qeyd etmişdir ki. o həmin ünvanda 11 iyul 2024-cü il tarixdə, saat 02 radələrindn 06 radələrinədək olan müddət ərzində yatmışdır, yəni təxminən saat 06 radələrində yuxudan durduqda, idarə etdiyi avtomabilin pəncərələrini açıq vəziyyətdə saxladığı üçün avtomabildə olan "Honor 90 Lite" markalı mobil telefonunu və sürət qutusunun üstünə qoyduğu 1100 manat pulun naməlum şəxs(lər) tərəfindən oğurlanmışdır. Bu oğurluq hadisəsi onun yatdığı zamanı baş vermişdir. Əlavə qeyd elmişdir ki, həmin oğurluq səbəbindən dəyəri 890 manat ödədiyi "Honor 90 Lite” markalı mobil telefonu, həmin mobil telefonun üzərində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələri olmuş, nömrələtin sürətlərinin çıxarılması üçün 3 manat xərci olmuşdur və sürət qutusunun üstünə qoyduğu 1100 manat pulun oğurlanması səbəbindən ümumilikdə ona ümumilikdə 1993 manat ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Hazırda şikayətçidir. Həmçinin qeyd etmişdir ki, ittiham aktında qeyd olunan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin dəyəri 230 manat və 1800 manat qeyd edilsə də, daha sonradan həmin nömrələrin dublikatını aidiyyəti telefon şəbəkələrindən 3 manat rüsum ödəməklə əldə etmişdir. Ona yalnız oğurlanmış "Honor 90 Lite” markalı mobil telefonun dəyəri 890 manat və telefonun yanında olan 1100 manat pulunun oğurlanması və telefon nömrələri üçün ödədiyi əlavə 3 manat olmaqla, nəticədə ümumi 1993 manat ziyan dəymişdir. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur. Öz adına olan və özü aldığı ***-***-**-** saylı mobil nömrəni halhazırda xatırlamadığı tarixdə və yerdə bibisi oğlu Təqsirləndirilən şəxs istifadəsinə onun istəməsi ilə vermişdir. Onunla münasibəti ancaq qohumluq münasibəti formasında olmuşdur. Polis əməkdaşları tərəfindən müəyyən olunmuşdur ki, onun adına olan və alıb Təqsirləndirilən şəxs verdiyi ***-***-**-** saylı mobil nömrə ilə oğurluq edilmişdir. Qeyd etmişdir ki, onun hal-hazırda Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi yoxdur. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Nərimamov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi18A ünvanında oğurluq olması faktı ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2024-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, hadisə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi18 A ünvanında baş vermişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 sentyabr 2024-cü il tarixli 9/6614 saylı rəyindən görünür ki. ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd “Honor 90 Lite” markalı mobil telefonun satış üçün komplektləşdirilməsiııə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq hadisə baş verən tarixə, yəni 2024-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 320.00 manat müəyyən olunur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Yasamal rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il müddətinə azadlığın məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 02 ay 08 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmədə tədqiq edilən “Axtarışda olan şəxsin tutulması” haqqında 21 iyul 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 iyul 2025-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən “DVD diskə baxış keçirilməsi haqqında” 2xx.xx.2025-ci il tarixli protokoldan görünür ki. ünvan 4 ünvanının qarşısı ilə bir nəfər hərəkətdə olmuşdur. Baxış zamanı görüntülərdə görsənir ki, həmin şəxs ünvan 3 ünvanın qarşısında **-EL-*** dövlət qeydiyyat nişanlı “Volswagen Passat” markalı minik avtomabilinin pəncərələrinin açıq vəziyyətdə olduğundan istifadə edərək avtomobilə əlini salaraq ordan nəisə götürərək ordan dərhal uzaqlaşır. Axşam saatları olduğu üçün avtomobillərin sıxlığı görünmür. Görüntünün 04 radələrində başlaması müşahidə olunur və hadisənin törənmə vaxtı həmin saatlar kimi qiymətləndirilir. Məhkəmədə tədqiq edilən “Qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “Polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin Qərarın 18-ci bəndində qeyd olunmuşdur ki, əgər şəxs Cinayət Məcəlləsinin müvafiq olaraq, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 177.3.1, 177.3.2, 177.4 və ya 180.2.1, 180.2.2, 180.2.3, 180.2.4, 180.2.5, 180.3.1, 180.3.2, 180.4 yaxud da 181.2.1, 181.2.2, 181.2.3, 181.2.4, 181.2.5, 181.3.1, 181.3.2, 181.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin real məcmusunu yaratmayan, ağırlaşdırıcı hallarda oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmişsə, o zaman onun əməli CM-in daha ağır cəza nəzərdə tutan müvafiq maddəsi ilə tövsif edilməli, hökmün təsviri-əsaslandırıcı hissəsində isə bütün tövsifedici əlamətlər sadalanmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən şəxsin "Volswagen Passat” markalı minik avtomabildən ancaq gümüşü rəngli "Honor 90 Lite'' markalı mobil telefonunu götürərək oradan uzaqlaşması və avtomabildən başqa heçnə götürməməsi ilə bağlı vermiş olduğu ifadələrini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir. Həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin mövqeyi nəinki iş materialları ilə öz təsdiqini tapmır, əksinə məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zəzərçəkmiş şəxsin ifadəsi və məhkəmədə tədqiq edilən vido görüntüdən və istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilir. Bununla belə, məhkəmə Təqsirləndirilən şəxs elan olunmuş ittihamını həcminin yenidən müəyyən olunmasını qanuni və əsaslı hesab edir. Belə ki, ittihamın məzmunundan göründüyü kimi, avtomabilin sürət qutusunun üstündə olan saxlanc yerinin üzərindin dəyəri 890 (səkkiz yüz doxsan) manat olan 8675- 9306-9005-565 və 8675-9306-9040-570 İMHİ kodlu “Honor 90 Lite” markalı mobil telefonu, həmin mobil telefonun üzərində olmuş 230 (iki yüz otuz) manat dəyərində olan ***-***-**-** və 1800 (min səkkiz yüz) manat dəyərində olan ***-***-**-** saylı mobil telefon nömrələrini və avtomobilin sürət qutusunun üstündə olan 1100 (min yüz) manat pulu gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4020 (dört min iyirmi) manat dəyərində əmlakını gizli talamışdır. Lakin məhkəmə iclasında zərərçəkmiş şəxs tərəfindən bildirilmişdir ki, ittiham aktında göstərilən ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin dəyəri 230 manat və 1800 manat qeyd edilsə də, daha sonradan həmin nömrələrin dublikatını aidiyyəti telefon şəbəkələrindən 3 manat rüsum ödəməklə əldə etmişdir. Ona telefon nömrələrinə görə yalnız 3 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutların məcmusuna əsasən belə yekun nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 1993 (min doqquz yüz doxsan üç) manat məbləğində ziyan vurulmaqla həmin həcmdə təqsirinin təsdiq edildiyi barədə yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsi ilə bağlı belə yekun nəticəyə gələrək hesab edir ki, onun ittihamının həcminin azadılması ittihamın rəqəm ifadəsi olaraq Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif edilməsinə təsir etmir, əməlin tövsifinin dəyişdirilməsi üçün əsaslar yaranmır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ilə bağlı cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qanunvericiliyə əsasən cəzanı ağırlaşdıran hallar olmasa da onun əvvəllər məhkum olunması, yenidən cinayət əməli törətməsi onun islah yoluna qədəm qoymaması kimi qiymətləndirilməli və şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir k, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin edilməli cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, bundan başqa ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (21 iyul - 23 iyul 2025-ci il) müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılmalı, cəza çəkmə müddətinin əvvəli hökmün çıxarıldığı vaxtdan yəni 30 oktyabr 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri dəyişdirilməklə “həbs” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, üzərinə həbs qoyulmuş əmlak yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Nümayəndə dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə «De Fendo» Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatı üçün 275 (iki yüz yetmiş beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «De Fendo» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (21 iyul - 23 iyul 2025-ci il) müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli 30 oktyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Nümayəndə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, ümumilikdə 25 (iyirmi beş) iş saatı üçün 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-385/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-385/2025
30.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver