Məhkəmə qərarları › İş №1(005)-386/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-386/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-386/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X11 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs kifayət qədər sübutların məcmusu olduğundan təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib özündə saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda olmaqla 01 ədəd bükümdə təmiz çəkisi 0,220 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla ünvan 2 ünvanına daşımış və 14 may 2024-cü il tarixdə saat 01:25 radələrində ünvan 2 ünvanın qarşısında olarkən, Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilmiş, xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın arxa hissəsindən çıxararaq təqdim etdiyi üzərində “Winston” yazısı olan siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellefon bükümdə təmiz çəkisi 0,220 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən bir il olar ki, o, narkotik vasitədən istifadə edir. Narkotik vasitəni əldə etmək üçün instagram sosial şəbəkəsində tanış olduğu İran İslam Respublikasının Süsən adlı vətəndaşından pulsuz olaraq narkotik vasitə alaraq özündə saxlamış, 14 may 2024-cü il tarixdə gecə saat 01:25 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 10 nömrəli ünvanın yaxınlığında olarkən sonradan tanıdığı Nərimanov rayon polis əməkdaşları X3 və Şahid1 ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra 16-cı Polis Şöbəsinə dəvət etmişlər. Polis Şöbəsində üzərinə baxış keçirilərkən üzərində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən “Samsung markalı mobil telefonu, “Winston” yazılmış siqaret qutusundan 1 ədəd şəffaf bükülmüş şəffaf rəngli, kristal şəkili psixotrop maddə “Patı” adlanan metamfetamini və siqaretin gümüşü kağızına bükülmüş “kakos” adlanan qəhvəyi rəngli maddəni aşkar etdikdən sonra təqdim etmişdir. O, ifadəsini davam etdirərək göstərdi ki, narkotik vasitələri heç vaxt satmamış, yalnız öz tələbatını ödəmək üçün əldə etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu bildirərək, himayəsində bir azyaşlı uşağı və yaşlı valideynlərinin olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə verən Nərimanov Rayon Polis İdarəsinin 16-cı polis şöbəsinin əməkdaşı X3 ifadəsində göstərdi ki, o, 14 may 2024-cü il tarixdə gecə saat 01:25 radələrində digər əməkdaş Şahid1 ilə birlikdə inzibati ərazidə xidmətdə apararkən ünvan 7 ünvanın qarşısında dayanmış 1 nəfər şəxsin hərəkətlərindən özünü şübhəli aparmasını görüb ona yaxınlaşaraq, özlərini təqdim etdikdən sonra şəxsin yayınmasını və getməyə çalışdığını gördüyündən həmin şəxsi 16-cı Polis Şöbəsinə dəvət edərək özləri ilə polis bölməsinə gətirmişlər. Şöbədə dərhal raportla məruzə etdikdən sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı telefon və “Winston” yazılmış siqaret qutusu, həmin qutunun içərisində bir ədəd şəffaf sellefon bükümü və bir ədəd gümüşü rəngli kağız bükümü aşkar edərək götürmüşlər. İstintaq orqanı tərəfindən dindirilmiş Şahid1 məhkəmədə elan olunmuş ifadəsindən görünür ki, 14 may 2024-cü il tarixdə saat 01:25 radələrində əməkdaş X3 ilə birlikdə inzibati ərazidə olarkən ünvan 7 ünvanın qarşısında dayanmış 1 nəfər şəxsin hərəkətlərindən özünü şübhəli aparmasını görmüş ona yaxınlaşarkən şəxsin yayınmasını və getməyə çalışdığını gördüyündən həmin şəxsi 16-cı Polis Şöbəsinə dəvət etmişlər. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən “Samsung” markalı telefon və “Winston” yazılmış siqaret qutusu, həmin qutunun içərisində bir ədəd şəffaf sellefon bükümü və bir ədəd gümüşü rəngli kağız bükümü aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxs kimi tutulma haqqında” 14 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(Cild 1 i.v 16-17) “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 14 may 2024-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş 01 ədəd diskdən görünür ki, Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasındakı xidməti otaqlardan birində Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Nərimanov RPİ-nin 16-cı PŞ-nin baş təhqiqatçısı, polis polkovnikleytenantı X5 tərəfindən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs baş təhqiqatçı Asif Qubadov tərəfindən təklif edilmişdir ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və sənədləri təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, bel nahiyyəsinin sağ tərəfindən üzəri yapışqanlı lentlə sarılmış bir ədəd üzərində “Winston” yazəsə olan siqaret qutusunu çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi davam etdirildikdə başqa hər hansı bir əşya, maddə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusu açıldıqda içərisindən bir şeffof sellofan bükümü v bir ədəd gümüşü rəngli kağız bükümü aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəffaf rəngli bükümün içərisindəki ağ rəngli kristalik kütlənin “patı” adı ilə tanınan psixotrop maddə metamfetamin, olduğunu gümüşü rəngli bükümün içərisindən aşkar edilmiş qəhvəyi rəngli kütlənin isə “kakos” adı ilə tanınan narkotik vasitə olduğunu, özünü İran islam Respublikası vətəndaşı və Süsən adı ilə tanıtmış şəxsdən özünün istifadəsi üçün onlayn olaraq, onu bildirən yerdən götürməklə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş birinin içərisində ağ rəngli kütlə, digərinin içərisində qəhvəyi rəngli kütlə olan iki ədəd büküm təhqiqatçı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri Təqsirləndirilən şəxs, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalandıqdan sonra möhürlənmişdir. (Cild 1 i.v 25-26,27,61) Azərbaycan respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 may 2024-cü il tarixli, 3-16- 16/2-6/2729 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN zərflər üçün “№218” dairəvi möhür əksi olan “Şübhəli şəxs Bəşirov Sultan” imza və “digər ad, soyad, imzalar qeyd edilmiş zərfdəki -01 ədəd bükümdə təmiz çəkisi-0, 582 qram olan qəhvəyi rəngli maddə narkotik vasitələrə, psixotrop, güclü təsi edən və zəhərli maddələrə aid deyildir. -01 ədəd bükümdə təmiz çəkisi-0,220 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi-0,220 qram, tədqiqata sərf edildi-0,50qram, qalıq-0,170. Qəhvəyi rəngli maddənin təmiz çəkisi-,582 qram, tədqiqata sərf edildi-0, 150 qram, qalıq-0,432 qram. (Cild 1 i.v 37-40) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 dair 16 may 2024-cü il tarixli, 3354nömrəli rəydən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v 89, 92-94) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsdən verilmiş xx.xx.2024-cü il tarixli, 7087 nömrəli sorğuya cavabdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs arxiv məlunatına əsasən həmin xəstəxanada müalicə olmayıb. (Cild 1 i.v 107) Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. (Cild 1 i.v 115) Təqsirləndirilən şəxs qismində cəlb etmə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1 i.v: 64) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsinin imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 15 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Şahmar Qurbanovun 15 may 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v: 68-69) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 14 may 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,220 qram olan psixotrop maddə ekspertiza tədqiqatından sonra təmiz çəkisi 0,170 qram metamfetamin, təmiz çəkisi 0,582 qram narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid olmayan, ekspertiza tədqiqatına sərf edilmiş kütlələr çıxılmaqla qalıq qalmış 0,432 qram kütlə və şəxsi axtarışın gedişatının videogörüntüləri ilə olan 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, ailəli olmaqla ailənin yeganə maddi təminatçısı olmasını, himayəsində bir azyaşlı uşağının olmasını və əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə metamfetamin və digər maddə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,170 qram olan narkotik vasitə metamfetamin və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 0,432 qram olan kütlə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X13

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar