Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-386/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2 Zərərçərmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Müdafiəçi – Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2000-ci ildə Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, natamam ali təhsilli, "xxxx" MMC-də baş direktor işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid ilə olan yaxın münasibətlərindən və sonuncunun anası Zərərçəkmiş şəxs2 onların gələcəkdə ailə qurmaları ilə bağlı Şahid anasına verdiyi məlumatdan istifadə edib, Zərərçəkmiş şəxs2 və sonuncunun qohumu Zərərçəkmiş şəxs1 inam və etibarını qazandıqdan sonra, 2023-cü ilin sentyabr ayında ona olan etibardan sui-istifadə edərək, Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyalarını alıb istifadə edib qaytaracağına dair yalan vədlər verib aldadaraq, həmin tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsi, 55 saylı evin 285 saylı mənzilində Zərərçəkmiş şəxs2 məxsus 585 əyarlı, «Pandora» modelli 300 manat dəyərində qızıl sırğanı və xalis çəkisi 6 qram olan 750 əyarlı İtaliya istehsallı 1400 manat dəyərində qızıl qol saatını və Zərərçəkmiş şəxs1 məxsus 14,73 qram çəkidə 750 əyarlı, 1100 manat dəyərində qızıl boyunbağını Zərərçəkmiş şəxs2 alıb, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2800 manat dəyərində əmlakı ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Şahid ilə olan yaxın münasibətlərindən və sonuncunun anası Zərərçəkmiş şəxs2 onların gələcəkdə ailə qurmaları ilə bağlı məlumatlı olmasından istifadə edib, Zərərçəkmiş şəxs2 inam və etibarını qazandıqdan sonra, 2024-cü ilin fevral ayının birinci ongünlüyündə Zərərçəkmiş şəxs2 ona olan etibarından sui-istifadə edərək, sonuncuya magistr təhsili aldığı Azərbaycan Turizm və Menecment Universitetində təhsil haqqını ödəməli olduğuna dair yalan məlumatlar verib, aldadaraq 2024-cü ilin fevral ayının birinci on günlüyündə Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsi, 55 saylı evin 285 saylı mənzilində Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə 3500 manat məbləğində pulunu alıb ələ keçirərək, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs1 ona olan etibarından sui istifadə edərək 2024-cü ilin may ayında bankdan 15.000 manat kredit götürəcəyi barədə yalan məlumat verib, həmin müddətədək pula olan ehtiyacının ödənilməsi üçün borca pul verilməsi adı ilə xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsi, 55 saylı evin 285 saylı mənzilində 1800 manat pulu etibardan suiistifadə etmə və ya aldatma yolu ilə alıb ələ keçirərək vədinə əməl etməyib, dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 qızma "xxxx" MMC-də aşbaz köməkçisi işinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, bu niyyətlə 30 mart 2024-cü il tarixdən 14 aprel 2024-cü il tarixədək olan müddətdə ünvan 3 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs1 3000 manat məbləğində pulu etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə alıb ələ keçirərək, dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxslərdən yalnız Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs1 ümumiyyətlə tanımır. Zərərçəkmiş şəxs2 oğlu ilə 1 ilə yaxın münasibəti olmuşdur. Deyilənlərdən yalnız biri ilə razılaşır. Vəfanın oğlu ona cəmi 1000 manat pul vermişdir. Həmin pulu da hər dəfə 200 manat olmaqla geri qaytarmışdır. Onun Zərərçəkmiş şəxs1 ilə heç bir danışığı, yaxud pul alış-verişi olmamışdır. Zərərçəkmiş şəxslərin ona qarşı belə ittihamlar irəli sürmələrində məqsədlərinin onun atasının əmlaklarında gözlərinin olmasını güman edir. Ona görə də ona qarşı belə bir ittihamlar irəli sürürlər ki, ondan pul alsınlar. Vəfagildən aldığı 1000 manat pulu zərərçəkmiş şəxsə onlayn şəkildə ödəmişdir. O, ittihamda qeyd edilən qalan məbləğləri zərərçəkmiş şəxslərdən almamışdır. Doğrudur, 2023-cü ilin sentyabr ayında Vəfanın qızıl qol saatı və digər qızıl əşyaları lombarda qoyulub onun üçün kredit pul götürülmüşdür, həmin pulu da vaxtında tam şəkildə ödəmişdir. Vəfagil ikinci və üçüncü dəfə isə lombarddan kredit götürərəkən ona heç bir manat pul verilməmişdir. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, zərərçəkmiş şəxslər tərəfindən məhkəməyə təqdim edilən diskdə əks olunmuş səslər ona aid olsa da, onun ifadələri tamam başqa mənada olmuşdur. Belə ki, həmin səs yazıları 24 iyun 2024cü ildə Vəfa ilə telefonda danışığı zamanı yazılmışdır, həmin vaxt onun pulu qaytarmaq üçün vaxt istəməkdə məqsədi 2 gün sonra, yəni 26 iyun tarixində atasının ad günü olduğundan zərərçəkmiş şəxsləri “yola vermək” olmuşdur. O, almadığı pulu qaytarmaq istəmir. Sadəcə zərərçəkmiş şəxslər onu bezdirməsin deyə onları “yola verərək” faizi ilə Vəfaya qaytaracam demişdir. Orada isə faiz dedikdə bir günün faizini nəzərdə tutmuşdur. 2024-cü ilin may ayının 30-da onun Turalla münasibətləri bitmiş, sonradan Tural bir neçə dəfə onunla barışmaq istsə də, razı olmamışdır. Bundan sonra Turalın anası Vəfa onlara gələrək və zəng edərək ona demişdir ki, oğlu Aytənə 3000 manat pul xərcləyib onu qaytarsın. O, Turalgildən 3000 manat pul almamışdır və bu məsələni böyütməmək üçün Vəfaya yalandan telefonda vəd etmişdir ki, guya ona pulu qaytaracaq. Vəfa demişdir ki, əgər pulu dərhal ödəyə bilmirsənsə o zaman lombardın pulunu bağla. Telefon danışığındakı səslərdə dediyi “rəsmi maaş almıram, avans alanda qaytaracam” sözləri onun özü tərəfindən deyilən yalanlardır. O, qəsdən Vəfaya yalan danışaraq söhbəti uzatmağa çalışırmışdır ki, 26 iyunda atasının ad günündən sonra bu məsələni evdəkilərə danışsın. Zərərçəkmiş şəxslərə dəymiş zərəri ödəmək fikri yoxdur. O, heç kimdən pul almamışdır. O, Vəfanın evində də olmamışdır. Vəfanın bu barədə dedikləri ilə də razı deyil. O, təhsil aldığı universitetdə təhsilini dondurmuşdur. Buna görə də təhsil haqqını ödəməyə zərurət olmamışdır. Buna görə də, Vəfanın təhsil haqqı adı ilə onlardan pul alması barədə söylədikləri də düzgün deyil, yalandır. Nəzakəti isə ilk dəfə Nərimanov rayonu 18-ci Polis Şöbəsində izahatı alınarkən görmüşdür, Nəzəkəti tanımamış və ondan heç vaxt, heç bir məbləğdə pul almamışdır. Sonda Təqsirləndirilən şəxs məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 Kamran qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayının 8-də tanımışdır. Qohumu Zərərçəkmiş şəxs2 ona oğlunun sevdiyi qızı, yəni Aytəni qonaq çağırdığını demiş və onu da evinə qonaq dəvət etmişdir. Həmin vaxt söhbət zamanı Aytən çoxlu borcunın olduğunu, lakin atasına bu barədə bildirmədiyini söyləmişdir. Söhbət zamanı Aytən ondan və Turalgildən pul istəmişdir. Həmən vaxt Tural da Vəfa da orda olmuşlar. Vəfa onu mətbəxə çağırıb Aytənə pul lazım olduğunu demiş, o da Aytənə inanıb 2 gün sonra, yəni 10 mart tarixində ABB bankomatdan öz kartından pul cıxarıb gətirib Vəfagilin evində 1800 manat pulu Aytənə vermişdir. 1800 manat pulu ona verəndən sonra Aytən ona demişdir ki, may ayında kredit götürüb onun pulunu qaytaracaq. 2024-cü ilin Novruz bayramından sonra martın 30-u ilə Aprelin 2-si aralığında yenidən Vəfagilin evində olarkən iş barədə söhbət olmuş, həmin vaxt onlarda olan Aytən onu işə düzəldəcəyinə söz vermiş və bundan ötrü isə Aytən ondan 3000 manat pul vermək lazım olduğunu bildirmişdir. Vəfa ilə birlikdə 2024-cü ilin mart ayının sonu aprel ayının 14-ü aralığında (dəqiq tarixi xatırlamır) Aytəngilin evinin yanına getmişlər. Pulu da orada Aytənə vermişdir. Hətta Aytənin pulu almaq üçün ev paltarında gəldiyi də onun yadındadır. Aytəngilin evi Bakıda Nərimanov rayonunda DİN-in “İnterpol” adlı idarəsinin inzibati binzasının yaxınlığında yerləşir. Aytən onu "xxxx" MMC-də aşbaz köməkçisi kimi işə düzəldəcəyinə söz vermişdir. Aytən ona may ayının 5-dən işə çıxacağını demişdir, lakin Aytən onu aldatmışdır. Bir müddət sonra Tural ilə Aytənin münasibətləri pozulmuşdur. Ondan sonra Aytən ondan borc adı ilə aldığı həm 1800 manat, həm də işə düzəltmək adı ilə 3000 manat pulu danmağa başlamışdır. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayətçidir və ona dəymiş zərər ödənilməmişdir. Verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs1 Kamran qızı bildirmişdir ki, Vəfagildə saxladığı ona aid qızıl sepi Vəfa ondan xəbərsiz öz qızılları ilə birlikdə 2023-cü ildə lombarda qoyub Aytən üçün pul götürmüşdür. Bu barədə Vəfa ona sonradan 2024-cü ildə demişdir. Bundan başqa o, bildirmişdir ki, onun mobil telefonu həmişə evində xəstə olan qızında olmuş, işlətdiyi nömrə isə (***)*******-dür. Onun Aytənlə heç vaxt telefon əlaqəsi olmamışdır. Getdiyi yerə telefon aparmır, telefonu qızına verir. Aytənlə ancaq Vəfa vasitəsi ilə əlaqə saxlamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, oğlu Şahid ilə birlikdə yaşayır. Oğlu Tural 2022-ci ilin iyul ayından 2023-cü ilin yay aylarınadək "xxxx" MMC-də mühasib köməkçisi kimi işləmiş və həmin ərəfədə şirkətdə mühasib işləyən Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonra onların arasında sevgili münasibəti yaranmış və onların məqsədi gələcəkdə ailə həyatı qurmaq olmuşdur. Buna görə Tural onu Aytənlə tanış etmiş və sonuncu mütəmadi Xırdalan şəhərində yerləşən yaşadığı evə gəlib getmişdir. Oğlu Turalla münasibətdə olduğu müddətdə Aytənin 2023-cü ilin mart ayında pula ehtiyacı yaranmış və buna görə oğlu Turaldan ona köməklik etməyini xahiş etmişdir. Tural ondan xahiş etmişdir ki, banka girov qoymaq üçün ona qızıl əşyaları versin. O, dəstək olmaq məqsədilə evdə olan qohumu Nəzakətə məxsus olan 01 ədəd qızıl boyunbağını və özünə məxsus 01 ədəd qızıl sırğanı girov qoyub pul götürmək üçün oğlu Turala vermişdir. Tural həmin qızılları Aytənə vermişdir ki, sonuncu həmin qızılları lombarda girov qoyub kredit pulu götürüb borclarını qaytarsın. Aytən həmin qızıl əşyaları Turaldan alıb Xırdalan şəhərində yerləşən «İnternational» adlanan qeyri bank təşkilatına girov qoyub pul götürərək borclarına vermişdir. Bundan sonra Aytən 2023-cü ilin sentyabr ayınadək kredit götürdüyü pulu tam ödəyib girov qoyulan qızılları girovdan çıxarmışdır. Qohumu Nəzakətə onda olan ona məxsus qızıl boyunbağını girov qoyub kredit pulu götürməyi barədə bildirməmişdir. 2023cü ilin sentyabr ayında Aytənin yenidən pula ehtiyacı olduğundan Turaldan xahiş etmişdir ki, bankdan kredit pulu götürmək üçün qızıl əşyaları ona versin. O, bu dəfə qohumu Nəzakətə onda olan ona məxsus qızıl boyunbağım banka girov qoyub kredit pulun götürmək üçün bildirib ondan razılıq verməsini xahiş etmişdir. Nəzakət onun xahişinə imtina etməmiş və sonra o təkrar olaraq 2023-cü ilin sentyabr ayında Nəzakətə məxsus 01 ədəd qızıl boyunbağını və özümə məxsus 01 ədəd qızıl sırğanı banka girov qoyub kredit pulu götürmək üçün Turala vermiş, Tural isə Aytənə vermişdir. Aytən həmin qızılları Xırdalan şəhərində yerləşən «İnternational» adlanan qeyri bank təşkilatına girov qoyub pul götürmüşdür. Aytən həmin krediti öz adına götürmüş və 2024-cü ilin fevral ayına kimi həmin kredit pulunu tam ödəmişdir. 2024-cü ilin fevral ayının əvvəli dəqiq xatırlamadığı tarixdə Aytən oğlu Turaldan magistr təhsili aldığı ali məktəbdə təhsil haqqını ödəmək üçün 3500 manat pul istəmişdir. Oğlu Tural ona bu barədə dedikdə onların gələcəkdə ailə quracağına görə ehtiyatında olan puldan oğlu Turala 3500 manat pul vermiş, sonuncu həmin pulu ondan alıb Aytənə vermiş və Aytən dediyinə görə həmin pulu Turaldan aldıqdan sonra təhsil haqqı olaraq məktəbə köçürdüyünü bildirmişdir. Bundan sonra Aytən 2023-cü ilin sentyabr ayında götürülmüş kredit pulunu 2024-cü ilin fevral ayına kimi tam ödədikdən sonra yenidən pula ehtiyacı olduğunu bildirib oğlu Turala qızıl boyunbağından istifadə etməklə yenidən lombarddan kredit pulu götürmək istədiyini bildirmişdir. Tural sonuncunun təklifinə imtina etməmiş, həmin vaxt Aytənə çox pul lazım olduğundan 14 fevral 2024-cü il tarixdə qohumu Nəzakətə məxsus 1100 manat dəyərində qızıl boyunbağını, özünə məxsus 300 manat dəyərində «Pandora» modelli qızıl sırğanı və əlavə olaraq oğlu Turala məxsus 1400 manat dəyərində İtaliya istehsallı qızıl qol saatını Xırdalan şəhərində yerləşən «İnternational» bankında girov qoyaraq 1811 manat kredit pulu götürmüşdür. 08 mart 2024-cü il tarixdə qohumu Nəzakət yaşadığı evdə qonaq olan zaman Aytəndə yaşadığı evə gəlmişdir. Həmin vaxt Aytən qohumu Nəzakətlə tanış olub onunla söhbət edən zaman danışıq zamanı Aytən qohumu Nəzakətə bildirmişdir ki, şəxsi işlərini görmək üçün onun 1800 manat pula ehtiyacı vardır. Nəzakət sonuncuya bildirmişdir ki, onda ancaq xəstə qızı X1 müalicəsi üçün topladığı pul var və həmin puldan ona müvəqqəti işini görmək üçün istədiyi məbləğdə pulu verə bilər. Aytən qohumu Nəzakətə demişdir ki, may ayında 15.000 manat kredit pulu götürəcək və həmin pulu götürdükdən sonra Nəzakətdən aldığı pulu qaytaracaqdır. Nəzakət Aytənin sözlərinə inandığı üçün 10 mart 2024-cü il tarixdə içərisində xəstə qızının müalicə pulu olan Beynəlxalq Banka məxsus kartdan 1800 manat pulu çıxarıb sonra Aytənə vermək üçün onun yaşadığı Abşeron rayonu, Xırdalan şohəri, M.Hüseyn küçəsi ev 55, 285 saylı mənzilə gəlmişdir. Həmin gün Aytən və Tural nahar etmək üçün yaşadığı evə gəlmişlər. Evdə qohumu Nəzakət Aytənlə görüşüb qeyd olunan tarixdə 1800 manat pulu yaşadığı evdə Aytənə vermiş və Aytən həmin pulu Nəzakətdən alıb demişdir ki, may ayında 15.000 manat kredit pulunu alan kimi həmin pulu Nəzakətə qaytaracaqdır. 2024-cü il mart ayında “Novruz Bayramı” ərəfəsində qohumu Nəzakət yaşadığı evə gəlmişdir. Evdə oğlu Turalla söhbət edib iş barəsində danışarkən Tural ona demişdir ki, yaxın vaxtlarda Aytən böyük şirkətdə yüksək vəzifəyə gedəcək və ona iş tapılmasında köməklik edəcəkdir. Bundan sonra 2024cü ilin mart ayının sonlarında dəqiq xatırlamadığı tarixdə Aytən onunla danışan zaman bildirmişdir ki, "xxxx" MMC-də aylığı 800 manat maaş olmaqla aşbaz köməkçisi işi vardır və qohumu Nəzakəti həmin işə düzəltmək üçün Aytənin hansısa tanışına 3000 manat pul vermək lazımdır. O, bu barədə qohumu Nəzakətə demiş və sonuncu Aytənin təklifi ilə razı olmuşdur. Bir neçə gün sonra qohumu Nəzakət ona zəng vurub bildirmişdir ki, tələb olunan 3000 manat pulu hazırlayıb və pulu Aytənə vermək üçün onunla harada görüşmək lazımdır. O, Aytənlə danışıb ondan harada görüşəcəklərini soruşmuşdur. Aytən ona bildirmişdir ki, pulu vermək üçün onun yaşadığı evin yaxınlığına gəlib orada görüşmək lazımdır. Bundan sonra 30 mart 2024-cü il tarixdən 14 aprel 2024-cü il tarixədək olan müddətdə dəqiq xatırlamadığı tarixdə qohumu Nəzakətlə birlikdə Aytənin yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi 8 ünvanında yerləşən evinin yaxınlığına getmiş və DİN-nin İnterpol MMB-nin binasının yaxınlığında görüşmək üçün Aytəni gözləmişlər. Həmin gün ünvan 3 ünvanın yaxınlığında Aytənlə görüşmüş və görüş zamanı Nəzakət 3000 manat pulu Aytənə vermişdir. Aytən həmin pulu ondan alıb sonuncuya may ayınadək işinin düzələcəyini və Nəzakətin "xxxx" MMC-də aşbaz köməkçisi kimi işə düzələcəyini bildirmişdir. Bundan sonra 2024-cü ilin aprel ayında Aytən ona demişdir ki, bank ona 15.000 manat kredit pulunu vermək üçün adında başqa bankda hər hansı kreditin olmamasını tələb etmişdir. Buna görə Aytən ondan xahiş etmişdir ki, 15.000 manat kredit pulunu götürmək üçün o, 14 fevral 2024-cü il tarixdə Xırdalan şəhərində yerləşən «İnternational» bankından götürülmüş 1811 manat pulun ödəniş müqaviləsini onun adından öz adına keçirsin. O, razılıq verdikdən sonra Aytən «İnternational» bankında ərizə verərək kredit müqaviləsinin onun adına keçirilməsini bildirmişdir. Tərəflərin razılığına görə həmin bank kredit müqaviləsini onun adma keçirdiyindən həmin kredit pulunu ödəmək onun üzərində qalmışdır. 2024-cü ilin ilin aprel ayının sonları oğlu Tural Aytənin başqa oğlanlarla sevgi mövzusunda mesajlaşdığını və Turala xəyanət etməsini görmüşdür. Bundan sonra oğlu Tural Aytənlə olan əlaqələri dayandırmış və Aytəndən aldığı pulları və götürdüyü kredit pulunu ödəməyi tələb etmişdir. Aytən isə Turalın zənglərinə cavab verməyərək onunla görüşdən qaçmışdır. Aytənin qohumu Nəzakəti aşbaz köməkçisi işinə düzəltmək üçün vəd verdiyi vaxt tamam olsada o, həmin işi düzəltməmişdir. Məlum olmuşdur ki, Aytən Nəzakəti işə düzəltmək adı ilə aldadıb 3000 manat pulu aldıqdan sonra həmin pulu şəxsi tələbatlarına xərcləmişdir. Belə ki, o dəfələrlə Aytənə zəng vurub ona Nəzakətin işini həll etməsini və ya aldığı pulu qaytarmasını tələb etsə də, Aytən nə işi həll etməmiş, nə də ki, bu adla aldığı pulu qaytarmamışdır. Bir müddət gözlədikdən sonra Aytənin onları aldatdığını tam anlayıb qohumu Nəzakət 03 sentyabr 2024-cü il tarixdə Nərimanov rayonu 18-ci Polis Şöbəsinə gedərək Aytənin barəsində şikayət ərizəsi yazmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş (videokonfrans vasitəsilə) Şahid ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs Hövsan Qida şirkətindən tanımış, aralarında sevgi münasibəti olmuşdur. Şahid bildirmişdir ki, Aytən ondan 3500 manatı magistr təhsil haqqı üçün alıb, həmin pul anası Vəfanın pulu idi. 1800 manat Nəzakətlə bağlı pul idi, həmin pulun verilməsi söhbəti onların evdə 10 mart 2024 tarixində olub. Lakin pulu Nəzakət özü Aytənə şəxsən verib. Nəzakət pulu Aytənə Zirədə işə düzəlmək üçün vermişdir. Nəzakət Novruz bayramı ərəfələrində Aytənin evinin yanında ona 3000 manat pul verib. Bundan başqa Aytənə vermək üçün lombarddan pul götürülmüşdür, Aytən demişdir ki həmin pulu özü ödəyəcək, lakin heç bir ödəniş olmamışdır. Aytən onların Xırdalandakı evlərində çox olub. 2-3 dəfə də o, Aytəngilin evində olmuşdur. Aytənlə aralarında sevgi münasibəti olub. Aytəni 2022-ci ilin iyun ayında tanıyır. Aytənlə o, münasibətdə olanda Aytən ona təhsili haqqında danışıb, qiyabi oxuduğunu demişdir. 3500 manatı onlardan universitetə görə istəmişdir. Pulu maşında Xırdalan ərazısində vermişlər, maşında o, Aytən və anası Vəfa olmuşdur. Nəzakət onların evinə 8 mart ərəfəsində gəlmişdir. 1800 manat 10 mart tarixində verilib. Nəzakətə Aytən aşpaz işinə düzəltmək adı ilə pul almışdır. Aytən Nəzakətdən 3000 manat pulu 2024-cü ilin Novruz bayramından sonra alıb, həmən vaxt o, orada olmamışdır. Nəzakət May ayında işə çıxmalı idi. Aytənlə aralarında narazılıq 2024cü ilin may ayının axırları yaranmağa başlamış və ayrılmışdırlar. Bundan sonra Aytən onlardan və Nəzakətdən aldığı pulları geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 03 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 Kamran qızının müraciəti əsasında toplanmış material üzrə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri ünvan 3 binanın yaxınlığı yolun kənarıdır. Yolun kənarında DİN-in interpolun inzibati binası yerləşir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o, BOKT İNTERNATİONAL rəhbərliyinə müraciət edərək xx.xx.2024-cü il tarixində 1811 azn krediti anası Zərərçəkmiş şəxs2 adına keçirilməsini xahiş edir. 03 mart 2023-cü il tarixli Kredit və girov müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs BOKT İNTERNATİONAL ilə kredit girov müqaviləsi bağlayaraq 1172 manat pul götürmüşdür. 30 sentyabr 2023-cü il tarixli Kredit və girov müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs BOKT İNTERNATİONAL ilə kredit girov müqaviləsi bağlayaraq 1711 manat pul götürmüşdür. 14 fevral 2024-cü il tarixli Kredit və girov müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs BOKT İNTERNATİONAL ilə kredit girov müqaviləsi bağlayaraq 1811 manat pul götürmüşdür. “Şübhəli şəxsin tutulması haqqında” 02 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(005)-415/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalından dərhal azad edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 19 may 2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim olunmuş səs yazılarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs səslərdə Zərərçəkmiş şəxs2 hazırda imkanının olmamasını, pulu faizi ilə birlikdə qaytaracağını və səbrli olmasını bildirir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “Füzuli Rayon Mərkəzi Xəstəxanası” X7in xx.xx.2025-ci il tarixli, 18-1-36/2-V-31-2644/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsinin həkim ginekoloqu Bayramova Xədicəyə müraciət etmiş və ona hamiləliyin erkən dövründə qanaxma. 6-7 həftəlik hamiləlik diaqnozu qoyulmuşdur. AZ-İİ 689917 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs X6 ilə nikaha daxil olmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməməsi barədə ifadələrinə tənqidi yanaşır və həmin ifadələrin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, həmçinin məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinə əsasən, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə— dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamın birinci epizodu, yəni Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2023-cü ilin sentyabr ayında ona olan etibardan sui-istifadə edərək, Zərərçəkmiş şəxs2 qızıl-zinət əşyalarını alıb istifadə edib qaytaracağına dair yalan vədlər verib aldadaraq, həmin tarixdə Zərərçəkmiş şəxs2 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseyn küçəsi, 55 saylı evin 285 saylı mənzilində Zərərçəkmiş şəxs2 məxsus 585 əyarlı, «Pandora» modelli 300 manat dəyərində qızıl sırğanı və xalis çəkisi 6 qram olan 750 əyarlı İtaliya istehsallı 1400 manat dəyərində qızıl qol saatını və Zərərçəkmiş şəxs1 məxsus 14,73 qram çəkidə 750 əyarlı, 1100 manat dəyərində qızıl boyunbağını Zərərçəkmiş şəxs2 alıb, vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 məxsus ümumilikdə 2800 manat dəyərində əmlakı ələ keçirərək dələduzluq etməsi epizodu üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Lakin həmin epizod üzrə də təqsirləndirilən şəxs özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, hamilə olmasını, cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, tutma altında saxlanıldığı 02 gün (02 aprel – 04 aprel 2025-ci il), həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. (CPM-132) Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 (gün) gün, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11(on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-386/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-386/2025
22.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver