Məhkəmə qərarları › İş №1(005)-387/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-387/2025

03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-387/2025 03.12.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Arbitrium” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, İİİ qrup əlil, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-408/2025 saylı 14 oktyabr 2025-ci il tarixli hökmü ilə qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş (qəti olaraq 02 il 11 ay 26 gün), Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-2169/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 27 mart 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni 01 ədəd bükümdə, təmiz çəkisi 0,258 qram ağ rəngli kristal maddə şəkilində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla həmin tarixdə ünvan 2 ünvanının yaxınlığına daşımış, 27 mart 2025-cü il tarixdə, saat 00:45 radələrində ünvan 2 ünvanının yaxınlığında Nərimanov RPİ-nin PPXB- nin əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-nin inzibati binasına gətirilmiş və orada onun üzərində şəxsi axtarış aparılan zaman əynindəki yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0.258 qram olan ağ rəngli kristal maddə şəkilində, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək qeyd etmişdir ki, 2024cü ilin payız aylarından etibarən narkotik vasitə və psixotrop maddələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə “razin” kimi tanınan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində olduğu zaman üzdən tanıdığı, lakin adım bilmədiyi narkotik vasitə istifadəçisi ilə rastlaşdığını və həmin şəxsdən özünün istifadə etməsi üçün narkotik vasitə verməsini istədiyini, həmin şəxs üzərində “şüşə” kimi tanınan metamfetamin olduğunu və bir bükümünü 10 manata satdığını bildirdiyini, o da həmin şəxsə 10 manat məbləğində pul verib ondan bir bükümdə psixotrop maddə metamfetamin alıb cibinə qoyduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə, saat 00:45 radələrində Nərimanov rayonu, K.Rəhimov küçəsində olduğu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Nərimanov RPİ-nin PPXB-nin əməkdaşları olduqlarını demişlər. Həmin vaxt üzərində psixotrop maddə olduğundan həyəcanlanmış və onların suallarına cavab verməkdən yayınıb oradan getmək istədiyini bildirmişdir. Bu zaman onlar onu saxlayaraq araşdırma aparılması üçün Nərimanov RPİ-nin 16-cı PŞ-yə dəvət etdikdə etiraz etməyərək polis əməkdaşları ilə birlikdə şöbəyə getmiş, şöbədə ona üzərində narkotik vasitə və psixotrop maddə olmasında şübhələndiklərinə görə şəxsi axtarış və götürmə aparacaqlarını bildirmişlər. Ona görə də hüquqlarını izah edib istədiyi vəkili hüquqlarının müdafiəsi üçün seçməyə şərait yaradıldıqda ona vəkillərin siyahısını təqdim edilmişdir. O da təqdim olunmuş siyahıdan vəkil Telman Nağdəliyevi hüquqlarının müdafiəsi üçün seçmişdir. Vəkil gəldikdən sonra onun və polis əməkdaşlarının iştirakları ilə üzərində şəxsi axtarış və götürmə aparmağa başlanılmışdır. Polis əməkdaşı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməsini təklif etmişdir. O da əynindəki yaşıl rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdəki psixotrop maddə metamfetamini və əynindəki həmin gödəkcəsinin sol cibindən “Samsung” markalı mobil telefonunu təqdim etmişdir, daha sonra polis əməkdaşları tərəfindən onun təqdim etdiyi bükülü qablaşdırılaraq götürülmüşdür. O, narkotik istifadəçisi olduğunu, onun satışı ilə məşğul olmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş psixotrop maddə 01 ədəd büküm halında olduğunu, psixotrop maddə metamfetamini özünün istifadəsi üçün əldə etdiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən, polis şöbəsinə gətirilərkən və eləcə də polis şöbəsində olarkən ona qarşı heç bir zorakılıq, təzyiq, xəsarət və psixi təsir edilmədiyini qeyd etmişdir. Əməlindən peşmandır və sonda məhkəmədən barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etmişdir. Əlavə olaraq, 6 aydır ki, narkotik vasitə istifadə etmədiyini, reabilitasiya mərkəzində digər asılılığı olan şəxslərə köməklik etdiyini, 2 azyaşlı uşağı olduğunu, xəstə olduğunu, əməlindən peşman olduğunu, bir daha bu kimi hallara yol verməyəcəyini, bu səbəbdən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin PPXB-nin polis serjantı Şahid1 ifadəsində göstərmişdir ki, 27 mart 2025-ci il tarixdə gecə saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsində RPİ-nin PPXB-nin polis serjantı Şahid2 ilə birlikdə xidmətdə olarkən, həmin gün saat 00:45 radələrində Koroğlu Rəhimov küçəsi 3 ünvanında əvvəllər tanımadıqları bir nəfər şəxsi özünü şübhəli aparmasının şahidi olduqlarını və dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etdiklərini, onun həyəcanlı, rabitəsiz danışığı onlarda onun narkotik vasitə təsiri altında olması eləcə də onda narkotik vasitə olma ehtimalı müəyyən şübhələr yaratdığından onu Nərimanov RPİ-nin 16-cı polis şöbəsinə dəvət etdiklərini, o da onların təklifini qəbul etdikdən sonra onu şöbəyə gətirdiklərini, onu gətirilən şəxslərin qeydiyyatı jurnalında müvafiq qeydiyyatın aparıldığını və bu barədə PŞ-nin rəhbərliyinə raportla məlumat verdiklərini bildirmişdir. Bundan sonra, onunla bağlı araşdırmanın aparılması PŞ-nin baş təhqiqatçısı polis kapitanı Emin Səfərova həvalə edilmişdir. Təhqiqatçı tərəfindən həmin şəxsin şəxsiyyəti müəyyənləşdirilmiş, onun Bakı şəhər sakini Təqsirləndirilən şəxs olduğu müəyyən edildikdən sonra, o, şübhəli şəxs qismində tutulmuşdur. Onun hüquqlarının müdafiəsi ilə bağlı onun istəyi ilə müdafiəçi təyin olunmuş və bundan sonra təhqiqatçı tərəfindən onun üzərinə videoçəkilişlə şəxsi axtarışın aparılmasına dair qərar qəbul edilmişdir. Qərar elan edildikdən sonra şəxsi axtarışa başlanılmış, şəxsi-axtarış zamanı Təqsirləndirilən şəxs vəkili və digər polis əməkdaşları iştirak etmişlər. Şəxsi-axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı əşya və maddə varsa onu könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən ağ rəngli kağıza bükülmüş 01 ədəd büküm təqdim etmiş və həmin büküm açıldıqda içərisində ağ rəngli, kristal şəkilli maddə aşkarlanmışdır. Daha sonra o, şəxsiyyət vəsiqəsini Samsung markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisindəki maddənin “patı” adı ilə tanınan psixotrop maddə olduğunu, həmin maddəni 27 mart 2025-ci il tarixdə günorta saatlarında Sabunçu rayonu “razin” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata almışdır. Həmin bükümü əynindəki yaşıl rəngli gödəkcəsinin sağ cibinə qoyaraq özünün istifadəsi üçün saxladığını, bu gün yəni 27 mart 2025-ci il tarixdə saat 00-45 dəqiqədə Koroğlu Rəhimov küçəsində saxlanıldığını bildirdiyini, həmin bükümün qablaşdırılaraq möhürləndiyini demişdir. Təqsirləndirilən şəxs saxlanılarkən, polis şöbəsinə gətirilərkən və polis şöbəsində olarkən ona qarşı hər hansı bir təzyiq, zorakılıq və psixi təsir göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş və sonuncunun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Məmmədov X2 Mustafa Fuad oğlu və Şahid3 göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında” 27 mart 2025-ci il tarixli protokoldan və tədqiq DVD diskdə olan videogörüntülərdən görünür ki, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan yaşıl rəngli gödəkcəsinin sağ yan cibindən ağ rəngli, kristal şəkilli maddə olan ağ rəngli kağıza bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs kağız kəsiyinin içərisində ağ rəngli, kristal şəkilli maddənin “patı” olduğunu və tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Aşkar edilmiş maddə qablaşdırılaraq 278 saylı möhürlə möhürlənmişdir. Məhkəmə kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 27 mart 2025-ci il tarixli, 3-16/16/2-6/1192/2025 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 218” dairəvi möhür əksi olan, “Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,258 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Aparılmış tədqiqatın dəyəri 114 manat təşkil edir. 28 mart 2025-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi barədə” və “qətimkan tədbiri seçilməsi barədə” qərarlardan görünür ki, Nərimanov rayon prokuroru, ədliyyə müşaviri Hidayət Nurəlibəyov tərəfindən təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə qərar qəbul edilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin 29 mart 2025-ci il tarixli, 1762 nömrəli ambulator məcburi məhkəmə-narkoloji ekspertizasının rəyində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınması məsləhət görülür. Respublika Psixiatriya Xəstəxanası PHŞ-nin 25 aprel 2025-ci il tarixli məktubundan görünür ki. Təqsirləndirilən şəxs xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə həmin xəstəxanada müalicədə olub. Diaqnoz: “şizofrenəbənzər pozuntu”. Respublika Narkoloji Mərkəzdən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-xx.xx.2017, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə yuxarıda göstərilən mərkəzdə “opioid qəbulu nəticəsində yaranan asılılıq sindromu” diaqnozu ilə könüllü surətdə stasionar müalicədə olmuşdur. xx.xx.2025, xx.xx.2025-ci il tarixlərdə məcburi narkoloji tibbi yoxlamadan keçmiş, “opioid və psixostimulyatorun qəbulu nəticəsində asılılıq sindromu” diaqnozu ilə narkoloji dispanser – illik) qeydiyyatdadır. Azərbaycan Respublikası DİN “Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin” 14 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 20 may 2025-ci il tarixli, 1625 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda “şizofreniya paranoid forma, remissiya vəziyyəti” müəyyən edilir. Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməllər dövründə yuxarıda göstərilən psixi xəstəliyin remissiya mərhələsində olmuşdur. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməli barəsində anlaqlı hesab olunmalıdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək-iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməllər barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Bununla yanaşı nəzərə alınmalıdır ki, Təqsirləndirilən şəxs qeyd olunan xroniki psixi xəstəlik onu törətdiyi əməl zamanı öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1- ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs aşkar edilən şizofreniya xəstəliyi remissiya mərhələsində olduğundan və hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs bu iş üzrə prosessual fəaliyyət qabiliyyətli hesab edilir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 4(005)- 692/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza mərkəzinin stasionar şöbəsinə yerləşdirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 25 iyul 2025-ci il tarixli, 80 saylı “kompleks məhkəmə psixiatrik, məhkəməpsixoloji” rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən “paranoid şizofreniya” formasında xroniki psixi xəstəlikdən əziyyət çəkmişdir. Qəhrəmanov ona ittiham elan olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. R.Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlinə münasibətdə anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs paranoid şizofreniya xəstəliyindən əziyyət çəksə də, hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacının olmadığı müəyyən edilir. Onun barəsində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsinə ehtiyac olmasa da, onda müəyyən edilən paranoid şizofreniya xəstəliyinin kəskinləşməməsi, həmçinin digər arzuolunmaz dəyişikliklərin baş verməməsi üçün preventiv (qabaqlayıcı) tədbir kimi onun nəzarət altında saxlanması və zərurət yarandığı təqdirdə həkim-psixiatrın müşahidəsi altına verilməsi tövsiyə edilir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də R.Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməli barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Həmçinin qeyd edilməlidir ki, R.Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törədərkən əziyyət çəkdiyi “Paranoid şizofreniya» formasında xroniki psixi xəstəlik nəticəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onları tam həcmdə idarə etmək iqtidarında olmamışdır. Buna görə də R.Təqsirləndirilən şəxs əməli anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Rəyin giriş hissəsindən görünür ki, stasionar ekspertiza xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək keçirilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 21 avqust 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,258 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalan 0,208 qram metamfetamin saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Eyni zamanda şəxsi axtarış və götürmənin videogörüntülərin əks olunduğu bir ədəd DVD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-408/2025 saylı xx.xx.2025-ci il tarixli hökmünün nəticə hissəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının 1(103)-2169/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-408/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Respublika Narkoloji Mərkəzi PHŞ-nin “narkotik vasitələrin və psixotrop maddələrin istehlak hallarının təyin edilməsi üçün müayinə aparılması haqqında” 1/3053 saylı, xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istehlakı aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 22.1 və 22.2: Anlaqlı vəziyyətdə olan, lakin cinayət törətdiyi zaman psixikanın pozulması nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməyən və ya həmin əməli idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilir. Anlaqlılığı istisna etməyən psixi pozuntu məhkəmə tərəfindən cəza təyin edilərkən nəzərə alınır və bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün əsas ola bilər. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 52-1: Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Maddə 234.1: Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.2.3. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanunu: Metamfetaminin 0,15 qramdan artıq miqdarı xeyli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu Maddə 1.0.8. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.9. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Maddə 1.0.10. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin presedent hüququ: “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Şenk İsveçrəyə qarşı (Schenk v. Switzerland, 12 iyul 1988-ci il, § 45-46): Sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir. Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Polis əməkdaşlarının ifadələri, digər sübutlar kimi, milli qanunvericiliyə uyğun əldə edildiyi və müdafiə tərəfinə onlara etiraz etmək və onların etibarlılığını şübhə altına almaq üçün kifayət qədər imkan verildiyi təqdirdə, AİHM tərəfindən qəbul edilən sübut hesab oluna bilər. AİHM-in Edwards və X3rşı (27 oktyabr 2004-cü il, ərizə № 39647/98 və 40461/98, §§ 55-57) işi üzrə qərarında, narkotiklərlə bağlı işlərdə polis əməliyyatları və onların ifadələrinin rolu müzakirə olunarkən, əsas diqqət əməliyyatın və sonrakı məhkəmə prosesinin ümumi ədalətliliyinə yönəlmişdir. Əgər polis ifadələri digər sübutlarla (məsələn, maddi sübutlar, ekspert rəyləri, təqsirləndirilən şəxsin öz etirafları) dəstəklənirsə və müdafiə tərəfi bu ifadələri effektiv şəkildə sorğulaya bilibsə, onların sübut kimi nəzərə alınması Konvensiyanın 6-cı maddəsinin pozuntusu hesab edilmir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusu ilə tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Məhkəmənin bu qənaəti, təqsirləndirilən şəxsin öz təqsirini tam etiraf etməsi ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə istintaqı zamanı yoxlanılmış aşağıdakı mötəbər, aidiyyəti olan və mümkün sübutların məcmusu ilə əsaslandırılır: Cinayət hadisəsinin baş verməsi və təqsirləndirilən şəxsin bu hadisədə iştirakı 27 mart 2025-ci il tarixli "şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında" protokol və həmin prosessual hərəkətin gedişatını əks etdirən videoçəkiliş materialları ilə sübuta yetirilir. CPM-in 236 və 246-cı maddələrinin tələblərinə riayət edilməklə həyata keçirilmiş həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən, ekspertiza rəyi ilə təsdiqini tapmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Videogörüntülərin tədqiqi zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs psixotrop maddəni könüllü təqdim etmiş, onun üzərində hər hansı zorakılıq və ya təzyiq əlamətləri müşahidə olunmamış, o, öz hərəkətlərini sərbəst idarə edərək törətdiyi əməli etiraf etmişdir. Məhkəmə kimyəvi ekspertizasının 27 mart 2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir və onun təmiz çəkisi 0,258 qram təşkil edir. "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, metamfetamin üçün 0,15 qramdan çox miqdarı "xeyli miqdar" hesab edildiyindən, təqsirləndirilən şəxsin əməli CMin 234.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş tövsifedici əlaməti (“xeyli miqdar”) tam ehtiva edir. Şahidlər Şahid1 və Şahid3 məhkəmə iclasında verdiyi, eləcə də Şahid2 CPM-in 329-cu maddəsinə əsasən elan edilmiş ifadələri bir-biri ilə və işin digər materialları ilə uzlaşaraq təsdiq edir ki, təqsirləndirilən şəxs saxlanılarkən onun davranışı şübhə doğurmuş, sonrakı prosessual hərəkətlər zamanı isə o, psixotrop maddəni şəxsi istehlakı üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxsin anlaqlılıq vəziyyəti ilə bağlı məhkəmə xüsusi olaraq qeyd edir ki, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin 25 iyul 2025-ci il tarixli kompleks rəyinə əsasən, Təqsirləndirilən şəxs cinayət törədərkən "paranoid şizofreniya" xəstəliyindən əziyyət çəksə də, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuş, lakin bu qabiliyyəti tam həcmdə olmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs CM-in 21-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilə bilməz, lakin onun vəziyyəti CM-in 22-ci maddəsinin (anlaqlılığı istisna etməyən psixi pozuntu) təsir dairəsinə düşür. Həmin normaya müvafiq olaraq, bu hal şəxsin cinayət məsuliyyətindən azad edilməsinə əsas verməsə də, cəza təyini zamanı nəzərə alınmalı olan yüngülləşdirici hal kimi qiymətləndirilir. İş üzrə toplanmış sübutlar, o cümlədən təqsirləndirilən şəxsin səmimi etirafı, ekspert rəyləri və şahid ifadələri məntiqi ardıcıllıqla bir-birini tamamlayaraq, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibinin bütün elementlərinin – obyektin, obyektiv cəhətin, subyektin və subyektiv cəhətin mövcudluğunu şübhə doğurmayan tərzdə (ultra omnem dubitationem) sübuta yetirir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsini qanunauyğun və düzgün hesab edir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası CM-nin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallara xüsusi diqqət yetirir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşmandır, sonuncu narkoloji müayinə aktı ilə narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etmədiyi müəyyən edilmişdir və İİİ qrup əlildir. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi onun törətdiyi əməldən səmimi peşmançılığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və anlaqlılığı istisna etməyən psixi pozuntu vəziyyətində olmasını nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların mövcud olmadığını müəyyən edir. Bütün göstərilən halları – bir tərəfdən, törədilmiş əməlin ictimai təhlükəliliyinin yüksək olmamasını və cəzanı yüngülləşdirən halın mövcudluğunu, təqsirləndirilən şəxsin islah olunmağa meylli olmasını nəzərə alaraq, məhkəmə onun islah olunmasının cəmiyyətdən tam təcrid olunmadan mümkün olduğu qənaətinə gəlir. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmiş, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil. Habelə, bu fundamental prinsiplər olan ədalət və humanizm prinsiplərinin tələblərinə ziddir. Bu səbəbdən, məhkəmə ona CM-nin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun və ədalətli hesab edir. Azadlıqdan məhrum etmə cəzasının təyini bu konkret halda CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərinə nail olmaq üçün həddən artıq sərt tədbir olardı. Azadlığın məhdudlaşdırılması cəzasının müddəti və onun icrası ilə bağlı məhdudiyyətlər CM-nin 52-1-ci maddəsinin tələblərinə uyğun olaraq müəyyən edilir. Məhkəmə, CM-nin tələblərini nəzərə alaraq, təqsirləndirilən şəxsin islah olunmasının təmin edilməsi üçün onun üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələr qoyulmasını zəruri hesab edir. Bu səbəbdən, məhkəmə ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş və azadlıqdan məhrum etməyə alternativ olan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli, mütənasib və qanunauyğun hesab edir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət əməllərini Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 1(010)-408/2025 saylı xx.xx.2025-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Bu səbəbdən, onun barəsində cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilməlidir. Həmin normaya əsasən, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydalarına uyğun cəza təyin edilir və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Bundan əlavə, məhkəmə qeyd edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından CM-nin 69.3.3cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 02 gün (xx.xx.2025-xx.xx.2025ci il tarixlər) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza mərkəzinin stasionar şöbəsində saxlanıldığı 18 gün (xx.xx.2025-xx.xx.2025-ci il tarixlər), eyni zamanda Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hökmü ilə nəzərdə tutulmuş 02 gün şübhəli şəxs qismində tutma müddəti də nəzərə alınmalı və təyin olunmuş cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: tutulduğu və həbsdə saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət. Bundan əlavə, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi” haqqında Ali Məhkəmə Plenum qərarının 2-ci bəndinə uyğun olaraq, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilmişdirsə və əgər cinayətlər birinci və ikinci hökmlərdə CM-nin eyni maddəsi ilə (məsələn, CM-nin 120.2.1- 120.2.12-ci, 126.2.1-126.2.5, 126.3-cü maddələri) ilə tövsif olunmuşdursa, qəti cəza CM-nin 66.5-ci maddəsinə əsasən təyin olunur, lakin bu zaman təyin olunan qəti cəza CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə müəyyən edilmiş azadlıqdan məhrumetmə cəzasının yuxarı həddindən çox ola bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hərçənd istinad edilən Plenum qərarının mətnində konkret olaraq “azadlıqdan məhrum etmə” cəzasının yuxarı həddindən bəhs edilsə də, həmin müddəanın hüquqi mahiyyəti və tətbiq dairəsi analoji olaraq “azadlığın məhdudlaşdırılması” cəzasına da şamil edilməlidir. Belə ki, “azadlığın məhdudlaşdırılması” cəza növü Azərbaycan Respublikası Cinayət Məcəlləsinə 2017-ci il 1 dekabr tarixli Qanunla əlavə edildiyindən, 2003-cü il tarixli Plenum Qərarında bu cəza növünün adının birbaşa çəkilməməsi obyektiv qanunvericilik xronologiyası ilə izah olunur və bu boşluq təqsirləndirilən şəxsin vəziyyətini ağırlaşdıran hal kimi təfsir edilə bilməz. Məhkəmənin bu hüquqi mövqeyi onunla əsaslandırılır ki, CM-in 66.5-ci maddəsinin tətbiqinin prosessual-hüquqi məqsədi, şəxsin vaxtında aşkar edilməyən cinayətlərə görə ayrı-ayrı icraatlarda mühakimə olunması səbəbindən, həmin cinayətlərin eyni vaxtda və bir icraatda baxılacağı təqdirdə düşəcəyi hüquqi vəziyyətdən daha ağır vəziyyətə salınmasının qarşısını almaqdan ibarətdir. Əgər Təqsirləndirilən şəxs hər iki əməli vaxtında aşkar edilərək vahid icraat çərçivəsində baxılsaydı, ona CM-in 234.1-ci maddəsinin sanksiyası daxilində, yəni maksimum 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilə bilərdi. Hazırkı mərhələdə cəzaların mexaniki toplanması yolu ilə sanksiyanın yuxarı həddini aşan (3 ildən artıq) cəzanın təyin edilməsi, CM-in 8-ci maddəsində təsbit edilmiş ədalət prinsipinə zidd olmaqla yanaşı, şəxsin cinayət-prosessual qanunvericiliyin tətbiqindəki zaman fərqinə görə əsassız olaraq daha ağır cəzaya məruz qalması ilə nəticələnərdi. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsə CM-in 66.5-ci maddəsi ilə qəti cəza təyin edilərkən, CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının yuxarı həddi aşıla bilməz. Buna görə də, məhkəmə, təqsirləndirilən şəxsə hazırkı hökmlə təyin edilən cəza ilə əvvəlki hökm üzrə təyin edilmiş cəzanı CM-in 66.1 və 66.4-cü maddələrində nəzərdə tutulmuş “az ciddi cəzanın daha ciddi cəza ilə əhatə edilməsi” prinsipi əsasında birləşdirərək, qəti olaraq cəza təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, 27 mart 2025-ci il tarixdən 28 mart 2025-ci il tarixədək, cəmi 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulduğu vaxt, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza mərkəzinin stasionar şöbəsində saxlanıldığı 18 gün (xx.xx.2025-xx.xx.2025-ci il tarixlər), Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hökmü ilə nəzərdə tutulmuş 02 gün şübhəli şəxs qismində tutma müddəti CM-nin 69.3-cü maddəsinə uyğun olaraq, həbsdə saxlamanın hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla təyin ediləcək cəzadan çıxılmalı (cəza müddətinə hesablanmalı), islah olunmasının təmin edilməsi və üzərində effektiv nəzarətin həyata keçirilməsi məqsədilə, CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş mütləq vəzifələr – yaşadığı Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, (51-2.1.) barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üçüncü qrup əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə təyin edilməsinin mümkün olmaması nəzərə alınmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır (Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubu bax: cild 1 səhifə 112). Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində X1 saxlanılan psixotrop maddənin qalığı – 0,208 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 114 manat təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə vəkilin təqdim etdiyi hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 40 iş saatı üçün cəmi 440 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin 14 oktyabr 2025ci il tarixli, 1(010)-408/2025 saylı hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, hazırkı hökmlə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə cinayətlərin məcmusu qaydasında az ciddi cəzanın daha ciddi cəza ilə əhatə edilməsi yolu ilə əhatə edilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza mərkəzinin stasionar şöbəsində prosessual məcburiyyət tədbiri kimi məhkəmə qərarı əsasında saxlanıldığı 18 gün, eyni zamanda Bakı şəhər Suraxanı Rayon Məhkəməsinin hökmü ilə nəzərdə tutulmuş şübhəli şəxs qismində tutulduğu 02 gün müddətin hər günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla (cəmi 22 gün), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın (təyin edilmiş cəzadan çıxılsın) və üzərində qəti olaraq 02 il 10 ay 16 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azərbaycan Respublikası CM-nin 52-1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə cəza çəkdiyi müddət ərzində aşağıdakı vəzifələr qoyulsun: yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməmək; gün ərzində saat 23:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək; cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Cəzanın icrası müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üçüncü qrup əlil olması ilə əlaqədar narkomaniyadan məcburi müalicə təyin edilməsinin mümkün olmaması və ərazi narkoloji dispanserdə qeydiyyata olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin X1 saxlanılan psixotrop maddənin qalığı – 0,208 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 114 manat vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak olmaması və mülki iddia olmaması nəzərə alınsın. “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 40 iş saatı üçün cəmi 440 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar