Məhkəmə qərarları › İş №1(005)-388/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-388/2022

22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-388/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin nümayəndəsi Şahid1, Müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs X3 oglunun iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yerləşən İnzibati Binada qeydiyyatda olan, Abşeron rayonu Xırdalan şəhəri, Sarı Aşıq küçəsi ev 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol hərəkəti qaydalarını pozub ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 01:52-də “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 8-ci hissəsinin tələbinə riayət etməməklə alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Chevrolet Cruze” minik markalı **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti istiqamətindən Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olarkən həmin Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələbini pozmuş, yəni svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar kimi tələblərinə riayət etməyib, Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 140 ünvanında yerləşən “İstanbul NS” adı ilə fəaliyyət göstərən klinikanın qarşısına düşən qeyd olunan prospektlərin kəsişməsindəki svetoforun qırmızı işığında yolayrıcına daxil olaraq hərəkət istiqamətinin solundan yolayrıcına svetoforun yaşıl işığında daxil olaraq Ziya Bünyadov prospekti ilə Bakı Metropoliteninin “Koroğlu” stansiyası istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius (Hibrid)” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs müştərək kraniofasial travma, baş beynin əzilməsi, sağ alın-gicgah-təpə nahiyəsinin lövhəvari subdural hematoması, bazal toxumalara qansızma əngin Lefor-İİ tipli sınığı, orbita ətrafı toxumaların qansızması ilə müşayiət olunan ağır dərəcəli bədən xəsarəti almasına səbəb olmuş, bundan sonra o, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 37-ci maddəsinin 4cü hissəsinin tələblərini yəni, yol nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini tərpətməməli, zərərçəkənlərə ilk tibbi yardım göstərməli, təcili yardım maşını çağırmalı, zərərçəkəni xəstəxanaya aparıb yenidən hadisə yerinə qayıtmalı, hadisə barəsində müvafiq icra hakimiyyəti orqanına məlumat verməli olduğunu bildiyi halda buna riayət etməməklə pozaraq, yol nəqliyyat hadisəsi törətdikdən sonra yol nəqliyyat hadisəsi yerindən qaçmış, bundan başqa hadisə nəticəsində “Toyota Prius (Hibrid)” minik markalı **-CY-*** dövlət qeydiyyat nişanlı əzilərək zədələnməsindən mülkiyyətçisi Zərərçəkmiş şəxs 12.410 manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da, Qırxlarov Eİşən Mövsüm oğlu həmin hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2 və 264-cii maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ittiham edildiyi əməldə özünü özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, sonuncu dəfə 2019-cu ildə soyğunçuluq cinayəti törətdiyi üçün məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə azadlığa çıxmışdır. xx.xx.2021-ci il tarixdə imtahan verərək “BC” kateqoriyalı sürücülük vəsiqəsi almışdır. Avtomobili sərbəst şəkildə idarə edə bilir. Hadisə baş verənədək “Baksol” yolunda yerləşən "xxxx" MMC adı altında fəaliyyət göstərən mərmər sexində sürücü işləmişdir. **-RE-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avtomobil qeydiyyat şəhadətnaməsi ilə ona məxsudur. xx.xx.2021-ci il tarixdə, təxminən saat 01:30 radələrində idarə etdiyi **-EE-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avtomobillə işlədiyi sexin müdiri Həmid adlı şəxsi götürərək yaşadığı Nərimanov rayonunda yerləşən saatlı binanın yaxınlığındakı evinə düşürmüşdür. Avtomobil yollarını dəqiq tanımadığından yaşadığı evə getmək üçün mobil telefonunda olan naviqatoru işə salmış və naviqator onu Xırdalan şəhəri, Sarı Aşıq küçəsi 9 saylı ünvanda yerləşən evinə doğru gedən avtomobil yolunu göstərmişdir. O, idarə etdiyi avtomobillə naviqatorun göstərdiyi yol əsasında Nərimanov rayonu, Atatürk prospektinə daxil olaraq həmin prospekt ilə Ziya Bünyadov prospektinin kəsişməsi istiqamətinə hərəkətini davam etdirmişdir. Həmin prospektlərin kəsişməsinə daxil olarkən başı istifadəsində olan telefona qarışdığından işıqforun olmasını, həmçinin işıqforun qırmızı işığının yanmasına fikir verməmiş və saatda 50 kilometr surətlə idarə etdiyi avtomobil ilə orta zolaqda həmin prospektlərin kəsişməsinə daxil olaraq “İstanbul NS” klinikasının qarşısına düşən yolayrıcının demək olar ki, mərkəzində qəza törətmişdir. Belə ki, idarə etdiyi avtomobilin ön hissə araşdırma zamanı şəxsiyyəti ona sonradan məlum olan Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius” markalı avtomobilin sağ yan hissəsinə dəyərək qəza baş vermişdir. O, hadisənin qarşısını almaq üçün heç bir təhlükəsizlik tədbiri görə bilməmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı qeyd etmək istəyir ki, yuxarıda göstərdiyi tarixdə gecə radələrində avtomobili ilə yaxma vuran işıqla, süni işıqlandırılmış yolla, quru havada hərəkət edirdi. Həmin vaxt ondan başqa avtomobildə heç kim olmamışdır. Eyni zamanda qeyd edir ki, nəqliyyat vasitəsində hər hansı yük də olmamışdır. Avtomobil saz vəziyyətdə olmuşdur. Hadisə zamanı onun avtomobilinin ön hissəsi ilə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ yan hissəsi toqquşmuşdur. Bundan sonra Elçinin idarə etdiyi avtomobil körpünün altına tərəf getmişdir. Onun idarə etdiyi avtomobil isə körpünün altında yolun sağında olan yol çiynindəki bardyora sürtülüb səkiyə qalxaraq dayanmışdır. Bundan sonra o, idarə etdiyi avtomobildən düşmüşdür. Zərərçəkmiş şəxs idarə etdiyi avtomobildən insanların köməkliyi ilə düşdüyünü görmüşdür. Yol-nəqliyyat hadisəsi baş verməmişdən bir neçə dəqiqə əvvəl idarə etdiyi atomobillə hərəkətdə olarkən anası Elmira Məmmədovanın gözlərində olan problemlə əlaqədar olaraq mobil telefonla anasının yanında olan qonşusu Səidə adlı qadınla danışırdı. Avtomobil dayandıqdan sonra ona təkrar zəng gəlmiş, anasının səbətinin yaxşı olmadığı üçün təcili tibbi yardım çağırdıqlarını, lakin həkim briqadasının gecikdiyini bildirmişlər. Həmin vaxt ətrafda olan şəxslər Zərərçəkmiş şəxs yaxınlıqdakı yerləşən klinikaya aparmışlar. O, hadisədən sonra həyəcanlı olduğundan, həmçinin anası da xəstə olduğundan və evdə tək qaldığından yaxınlıqda keçən taksiyə minərək hadisə yerindən uzaqlaşmışdır. Lakin idarə etdiyi avtomobil hadisə yerində qalmışdır. O, hadisə yerindən uzaqlaşdığı taksinin qeydiyyat nişanını və markasını xatırlamır. Həmin taksi onu birbaşa yaşadığı evə aparmışdır. O, həmin axşamı evdə qalmış, səhəri gün isə işlədiyi mərmər sexinə getmək üçün evdən çıxmışdır. Evdən çıxdığı zaman anası ondan idarə etdiyi avtomobilin harada olmasını soruşmuşdur. O, anasına yüngül qəza keçirdiyini bildirərək anasından işə gəlib müdirdən onu işləməyə davam etməyi barədə xahiş etməsini istəmişdir. Bundan sonra o, işə getmişdir. İşdə bir qədər oturduqdan sonra nahar etmək üçün yaxınlıqdakı notariat kontoru ilə üzbəüz yolun əks tərəfində yerləşən kafeyə getmişdir. O. kafedə yemək yeyərkən bir qədər spirtli içki olan araq içmişdir. O, kafedə olarkən anası onun istifadəsində olan mobil telefona zəng vuraraq onu işlədiyi ofisə çağırmışdır. O, bundan sonra ofisə getmişdir. Nərimanov RPİ-nin əməkdaşları ofisdə olmuşdurlar. Polis əməkdaşları onlarla birlikdə getməli olduğunu demişdirlər. O, polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə getmişdir. İlk öncə polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçirmişdirlər, daha sonra isə izahatının alınması üçün Nərimanov Polis İdarəsinə aparmışdırlar. Bir daha bildirmək istəyir ki, onun hadisə yerindən qaçmağına səbəb hadisə nəticəsində çox həyəcanlanmağı və anasının xəstə vəziyyətdə evdə tək olması olmuşdur. O, idarə etdiyi **-EE-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avtomobili orta zolaqla hərəkət etdirirdi. Hadisə zamanı toqquşduğu avtomobili görməmişdir. Onun fikri telefona qarışdığından ümumiyyətlə yolun soluna fikir vermədən keçmişdir. Həmin avtomobili yalnız vurduğu anda görmüşdür. Hadisə zamanı idarə etdiyi **-EE-*** dövlət qeydiyyat nişanlı “Chevrolet Cruze” minik markalı avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. O, yolnəqliyyat hadisəsi baş verən zaman və ya ondan az əvvəl alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməmişdir. Həmçinin hadisə baş verən zaman sərxoş olmamışdır. Hadisədən sonra yaşadığı şokun təsirindən kafedə olarkən spirtli içki olan araq içmişdir. Həqiqətən də xx.xx.2021-ci il tarixdə polis əməkdaşları onu həkim müayinəsinə apararkən o, ondan bir qədər öncə spirtli içki olan araq qəbul etmişdir. Lakin o, hadisə zamanı spirtli içki qəbul etməmiş və spirtli içkinin təsiri altında olmamışdır. 2005-ci il təvəllüdlü İlkin adlı oğlan övladı vardır. İlkin onun himayəsində yaşayır. Etdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs (mülki cavabdeh) qismində dindirilmiş Təqsirləndirilən şəxs həmçinin ifadəsində mülki iddianı qəbul etmədiyini bildirdi. Belə ki,o həbsdə olduğu müddətdə həmin məbləgi ödəyə bilməyəcək. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma oğludur. Zərərçəkmiş şəxs xx.xx.1985-ci ildə Neftçala şəhərində doğulmuşdur. Oğlu Elçin ali təhsillidir, evlidir və himayəsində 2 azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 92, mənzil 45-də qeydiyyatda olsa da, ailəsi birlikdə onun yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Cəfərov küçəsi, ev 10, mənzil 118-də yaşayır. Elçin məlum yol-nəqliyyat hadisəsi baş verənədək X13 Bakı Şöbəsində komanda rəhbəri işləmişdir. “Toyota Prius (Hibrid)” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil oğlu Zərərçəkmiş şəxs məxsusdur. Oğlu 13 noyabr 2021-ci il tarixdə, saat 01:30 radələrində işə getmək məqsədilə evdən çıxmışdır. Belə ki, Elçin işə idarə etdiyi avtomobillə gedirdi. Həmin gün saat təxminən 03:00 radələrində ona hazırda yadında qalmayan mobil nömrədən zəng gəlmişdir. Zəng vuran şəxs oğlunun idarə etdiyi avtomobillə yol-nəqliyyat hadisəsinə düşdüyünü və xəsarətlər aldığı üçün X11 aparıldığını bildirmişdir. O. dərhal X14 getmişdir. Oğlunun vəziyyəti ağır olmuşdur. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Oqtay oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən svetoforun qırmızı işığında hərəkətini davam etdirib idarə etdiyi avtomobillə onun oğlunun idarə etdiyi avtomobili vurmuşdur. Bildirmək istəyir ki, oğlu Elçin hadisədən sonra uzun müddət komada olsa da, sonradan komadan çıxmışdır. Elçinin hazırda hərəkət məhdudluğu var. Belə ki, o, sərbəst şəkildə yeriyə və danışa bilmir, suallara baş hərəkətləri ilə təsdiq və inkar cavabları verir. Hadisənin səbəbkarı Təqsirləndirilən şəxs Oqtay oğlu tərəfindən oğlu Elçinin heç bir müalicə xərci qarşılanmamışdır, odur ki, məhkəmədən mülki iddianın da tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Hazırda şikayətçidir. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş təqsirləndirilən şəxsin anası X1 ifadəsində göstərdi ki, hadisənin canlı şahidi olmamışdır. Amma həmin gün o özünü yaxşı hiss etmirdi. Qonşular da onlarda olduğundan və onun halının pis olduğunu görüb oğluna zəng etmişlər. Həm də təcili yardım çağırmışlar. Bir müddət sonra oğlu gəlib onun yaxşı olduğunu görüb yatmağa getmişdir. Oglu təzəlikcə sürücü işinə düzəlmişdir və iş başında olanda içki içmirdi. Hadisəni səhəri günü ona polis əməkdaşları zəng etdikdən sonra bilmişdir. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Youseflooei Hamid ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun sürücüsü olmuşdur. Onunla işlədiyi vaxt onun içkili olmasını görməmişdir. Hadisə günü anasının pis olduğunu ona bildirib onun yanından getmişdir. O səhəri gün xəbər tutmuşdur ki, təqsirləndirilən şəxs qəza törətmişdir. Müdafiə tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o hadisənin canlı şahidi olmamışdır. O gələndə hadisə baş vermişdir və yolda bir nəfər şəxsin qolunu tutub dayanmasını görmüşdür. Avtomobili həmin şəxsin yanında saxlayıb köməyə ehtiyacı olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs isə ona evə getmək isdədiyini anasının xəstə olduğunu bildirib avtomobilə əyləşmişdir. O da təqsirləndirilən şəxsi şəxsi avtomobili ilə evlərinə aparmışdır. O, təqsirləndirilən şəxsin içkili olmasını hiss etməmişdir. İttiham tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, İstanbul NS klinikasında mühafizəçi işləyir. Hadisə baş verən zaman o klinikanın qarşısında dayanıb telefonuna baxırdı. Birdən güclü səs gəldiyi üçün görmüşdür ki, avtomobil qəza törətmişdir. Qəza olan yerə gələn zaman qırmızı rəngli Chevrolit Kruz markalı maşının yandığını görmüşdür. Bu zaman o İstanbul NS –də olan yanğın söndürən balonu gətirib avtomobili söndürməyə çalışmışdır. Daha sonra digər avtomobildə olan adını sonrana bildiyi Elçin adlı oğlanın hərəkət edə bilməyəcəyini görüb onu vətəndaşların köməkliyi ilə xəstəxanaya aparmışdır.Hadisədən sonra qəza törədən avtomobilin sürücüsünü orada görməmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs “maddi mə mənəvi” zərər tələbinə dair iddia ərizəsi verib məhkəmədən təqsirləndirilən şəxs (cavabdeh) Təqsirləndirilən şəxs vurulmuş maddi ziyana görə 92.851 manat və mənəvi ziyana görə 20.000 manatın onun xeyrinə tutulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 13 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Atatürk prospekti ilə Z.Bünyadov kəsişməsidir. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün vəziyyəti quru, yol örtüyünün hər iki istiqamət üçün eni 18 m, işlək hissəsinin eni 14 metr, ehtiyat hissəsinin/səki/eni 4 metr, hərəkət zolaqlarının sayı 3, işlək hissəyə sağdan və soldan səki, sağdan bina, soldan körpünün altı birləşir. Hadisə yeri şəhər elektrik işıqları ilə işıqlandırılır. Hadisə yerində hər iki nəqliyyat vasitəsi hadisə yerində olmuşdur. Hadisə yerində şinlərin və tormoz izləri aşkar olunmadı. Hadisə yerində şüşə və plastmas qırıqları aşkar olunmuşdur. Nəqliyyat vasitələrinin hər ikisi körpünün beton dirəkləri və səkiyə çırpılmışdır. Yolun işlək hissəsində və ətrafdakı əşyalarda zərərçəkmişin izləri aşkar olunmadı. Baxış zamanı YNH-sı yerinin sxemi tərtib olundu. “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 13 noyabr 2021-ci il tarixli, 2/33158 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, “Chevrolet Cruze” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön buferi, ön kapotu, ön paneli, ön sağ və sol qanadları, sağ və sol faralarının hamısı sağ və sol bakavin, sağ arxa qanad, sol qabaq qapı, arxa bufer və digər detallar zədələnmiş, bəzi detallar isə tam yararsız hala düşmüşdür. Avtomobilin salonunda dam sükanın sol qapının şinin aeorppakları açılmış və dam örtüyü düşmüşdür. Avtomobilin digər hissə və detallarında zədələrin olması müəyyən edilmişdir. “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 02 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, “Toyota Prius” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq buferi, qabaq sağ və sol faraları, qabaq sağ qanad, qabaq sağ qapı, arxa sağ qapı, sağ güzgü, qabaq alın şüşəsi və digər hissə və detallar zədələnmiş, avtomobilin salonunda dam açılmış, dam örtüyü düşmüş, sükan aeorobagları açılmış və soldan digər detal və hissələri zədələnmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə müxtəlif maddələrlə məhkum edilmiş və sonuncu məhkumluğu ödənilməmişdir. “Diskin baxışının aparılması haqqında” 06 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müəyyən edilmişdir ki, videogörüntülərə baxarkən xx.xx.2021-ci il tarixdə, saat 01:52də hadisənin baş verməsi, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti ilə üzü Ziya Bünyadov prospekti istiqamətində hərəkətdə olarkən “İstanbul NS” adı altında fəaliyyət göstərən klinikanın yanından keçən hissədə Atatürk prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində, svetoforun qırmızı işığında soldan ikinci (orta) zolaqda yol ayrıcına daxil olan və Ziya Bünyadov prospekti ilə “Koroğlu” metrostansiyası istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “X17” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmanın görüntüləri görünür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X19 İdarəsinin 07 dekabr 2021-ci il tarixli, 016-144 834-1221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BA 410790 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X8 Ərazi Bölmələrini İdarəetmə X12 Mərkəz X9 09 dekabr 2021-ci il tarixli, 3705 №-li məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə, saat 22:40-da X16 müraciət etmişdir. Xəstənin dediyinə görə xx.xx.2021-ci il tarixində Ayna Sultanova ərazisində avtoqəza, toqquşma nəticəsində travma almışdır. Xəstəyə döş qəfəsi rentgenoskopiya olundu, xəstə çoxlu miqdarda alokoqol qəbul etdiyi üçün müayinənin nəticəsini gözləmədən xəstəxananı tərk etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 21 dekabr 2021-ci il tarixli, 490/MEŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs KTM-nin 5131 saylı xəstəlik tarixinə əsasən “Müştərək kranionfasial travma, baş beyinin əzilməsi, sağ alın-gicgah-təpə nahiyəsinin lövhəvari subdural hematoması, bazal toxumalara qansızıma, əngin Lefor-İİ tipli sınığı, orbita ətrafı toxumların qansızması” diaqnozu təyin edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. "xxxx" tərəfindən təqdim olunmuş 05 yanvar 2022-ci il tarixli, 03 №-li məktubdan görünür ki, avto qəza nəticəsində xəsarət və "xxxx" MMC-də müalicəsi davam Zərərçəkmiş şəxs mövcud vəziyyətdə beyin daxili qanaxması olduğu üçün ifadə verməsi mümkün deyildir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 dekabr 2021-ci il tarixli, 8/3231 nömrəli məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Chevrolet Cruze” markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və ona həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilənlərə əsasən, “Toyota Prius” markalı, **- CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparmaq mümkün deyildir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 24 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələr ilə ona ittiham elan olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24 fevral 2022-ci il tarixli, 4(005)-259/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24 fevral 2022-ci il tarixdən hesablanmaqla 02 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. 21 may 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hərəkət məhdudluğunun olması, danışa bilməməsi, suallara baş hərəkətləri ilə təsdiq və inkar cavabları verməsi müəyyən edildi və sonuncu ilə zəruri istintaq hərkətlərinin keçirilməsi mümkün olmadı. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Eskpertiza və X5 X9 xx.xx.2022-ci il tarixli, 20/953 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş xəsarətlər-döş qəfəsinin küt travması, sağ diz oynağının ön səthinin piqmentasiya sahəsi (qançırın izi)-küt əşyanın(əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. “Sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 may 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263-1.2 və 264-cü maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, 01 ədəd DVD formatlı disk maddi sübut kimi tanınmış və saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmiş, Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius (Hybrid)” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil və Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və avtomobillərin sahiblərində olmasının nəzərə alınması qərara alınmışdır. Mülki iddiaya əlavə edilmiş xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, pasient Elçin Bagırova görə İstanbul NS klinikasına 175 manat ödənilmişdir. Mülki iddiaya əlavə edilmiş hesab fakturadan görünür ki, pasient Elçin Bagırova görə EGE Hospitala 36.602,05 manat ödənilmişdir. Müstəqil ekspet tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs məxsus “Toyota Prius (Hybrid)” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 12.410 manat müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Həmin Məcəllənin 143-145.1-ci maddələrinin tələblərindən isə görünür ki, sübutların toplanması ibtidai araşdırma və məhkəmə baxışı zamanı istintaq və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış həmin sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, o cümlədən, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Cinayət Məcəlləsinin 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin verdiyi ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi yol-nəqliyat hadisəsi zamanı və ondan əvvəl spirtli içki qəbul etmədiyinə, sərxoş olmadığına dair verdiyi ifadəyə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla məsuliyyətdən boyun qaçırmaq məqsədilə verilməsi qənaətinə gəlir. Müdafiə tərəfinin ifadəsində göstərdikləri xüsusatlar, nəinki, öz təsdiqini tapmamış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən, istintaq hərəkəti protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə tam təkzib edilmişdir. Belə ki, cinayət işinin materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” barədə 13 noyabr 2021-ci il tarixli, 2/33158 nömrəli akta əsasən Təqsirləndirilən şəxs hadisə günü sərxoş vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir. Bu şərt nəqliyyat vasitəsini idarə edərək yol nəqliyyat hadisəsi törətmiş şəxsin hadisə yerində şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər şəkildə çatdırmaq öhdəliyini yerinə yetirməsidir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarda rəsmən belə təfsir vermişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz”. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin iştirakçısı olan nəqliyyat vasitəsinin sürücüsü hər hansı məqsədlə hadisə yerini tərk etməzdən əvvəl öz şəxsiyyətini bəlli etməlidir. Bundan başqa, istər Konstitusiya Məhkəməsi Plenumunun qərarında, istərsə də CM-nin 264-cü maddəsinin “Qeyd” hissəsində cinayət məsuliyyətini aradan qaldıran hal kimi istənilən şəxsə deyil, məhz yol nəqliyyat hadisəsindən zərər çəkmiş şəxsə köməklik göstərilməsindən, bu məqsədlə hadisə yerinin tərk edilməsindən bəhs olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-in 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-in 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Həmin qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, CM-in 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri üzrə 17 dekabr 2021-ci il tarixli, 8/3231 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Chevrolet Cruze” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinin 2-ci hissəsinə əsasən, Svetoforun və ya nizamlayıcının qadağanedici siqnalı verildikdə sürücülər nəqliyyat vasitələrini stop-xətt (1.12 yol xətti) qarşısında (əgər bu xətt yoxdursa, piyadaların hərəkətinə maneə törətmədən kəsişən yolun hərəkət hissəsi qarşısında), piyada keçidi qarşısında, digər yolayrıclarında isə svetofor qarşısında dayanmalıdırlar: 1) Yolayrıcında - kəsişən yolun hərəkət hissəsi qarşısında (bu Qanunun 76-cı maddəsinin dördüncü hissəsini nəzərə almaqla); 2) Bu Qanunun 44-cü maddəsinin üçüncü hissəsinə uyğun olaraq dəmiryol keçidi qarşısında; 3) Başqa yerlərdə - hərəkətinə icazə verilən nəqliyyat vasitələrinə və piyadalara maneə yaratmadan svetofor və ya nizamlayıcı qarşısında. CPM-in 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuşdur. CPM-in sübutlara dair normalarından aydın olur ki, məhkəmənin və cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər, yəni məlumatlar, sənədlər, əşyalar, ekspert rəyi cinayət təqibi üzrə sübut hesab olunur. Bu sübutlar isə cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə əldə olunmalı, həmçinin cinayət hadisəsinin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını müəyyən etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən-bu Məcəllənin 263cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq məhkəmə hesab edir ki, iş üzrə ittiham hökmü çıxarılmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və 264-cü maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyaları həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs əməlini qismən etiraf edərək peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı agırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əvəllər məhkum edilsədə, hazırki törətdiyi AR CM-nin 263-1.2 maddəsi ilə cinayət əməli ehtiyatsızlıqla törədilmiş,CM-nin 264-cü maddəsi ilə qəsd olsa da böyük ictimai təhlükə törətməyən cinayət oldugundan CM-in 18.4-cü maddəsinə əsasən cinayətlərin residivi yaranmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs (mülki cavabdeh) cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263-1.2 və 264-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius (Hybrid)” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CPM-in: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda, ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır; 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır; 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs “Müştərək kranionfasial travma, baş beyinin əzilməsi, sağ alın-gicgah-təpə nahiyəsinin lövhəvari subdural hematoması, bazal toxumalara qansızıma, əngin Lefor-İİ tipli sınığı, orbita ətrafı toxumların qansızması” diaqnozu təyin edilmişdir. Qeyd olunan xəsarətlər dərəcəsinə görə, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər. Hazırda da müalicəsi davam edən Zərərçəkmiş şəxs nə ibtidai istintaq, nə məhkəmə istintaqı zamanı mövcud vəziyyətdə beyin daxili qanaxması olduğu üçün ifadə verməsi mümkün olmamışdır. Onun müayinə və davamlı müalicəsi üçün hazırki vaxta kimi İstanbul NS klinikasına 175 manat, EGE Hospitala 36.602,05 manat ödənilmişdir. Həmçinin Zərərçəkmiş şəxs məxsus “Toyota Prius (Hybrid)” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər 12.410 manat müəyyən olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddianın maddi ziyan hissəsi qismən təmin edilməli, təqsirləndirilən şəxsdən vurulmuş zərərə görə 49.187,05 manat (36.602,05 +175+12.410=49.187,05) maddi ziyan zərərçəkmiş şəxsin xeyrinə tutulmalıdır. Mülki iddianın mənəvi ziyanla bağlı hissəsinə dair məhkəmə qeyd edir ki: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Beləliklə, zərəçəkmiş şəxs (mülki iddiaçı) tərəfindən maddi ziyan və əldən çıxmış faydanı təsdiq edən sübutlar təqdim edilmədiyindən, mülki iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd olunur ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Qərarda həmçinin qeyd olunur ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. Vurulmuş mənəvi zərərə görə təzminatın məbləğinin hesablanması zamanı məhkəmələr cavabdehin maddi durumunu nəzərə almalıdır. Həmçinin məhkəmələr tərəfindən nəzərə alınmalıdır ki, şəxsin ölümü və ya sağlamlığına vurulmuş zərər təkcə qohumlarının deyil, həm də onun dostlarının, tanışlarının da mənəvi sarsıntı, məyusluq hisləri keçirməsinə səbəb ola bilər. Lakin məhkəmələr hüquq pozuntusu nəticəsində yaranan mənəvi zərərə görə şəxsin məsuliyyətini müəyyən edərkən güclü emosional hislərlə ağır mənəvi sarsıntı və iztirab hislərini fərqləndirməlidirlər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarının 8-ci bəndinə əsasən məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərarın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və X4 haqqında” Konvensiyanın 41-ci maddəsinə, habelə digər normalarına əsaslanaraq mənəvi zərərin müəyyən edilməsinə dair müvafiq təcrübə formalaşdırmışdır. Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Avropa Məhkəməsi “Varnava və digərləri Türkiyəyə qarşı iş” üzrə 2009-cu il 18 sentyabr tarixli Qərarında mənəvi zərəri şəxsin fiziki və ya psixoloji ağrı və əzabı, sıxıntı, narahatlıq, məyusluq, ədalətsizlik və ya alçalma hissi, uzun müddət davam edən qeyri-müəyyənlik, həyatın pozulması və ya real imkansızlıqdan əziyyət çəkən vəziyyəti kimi müəyyən etmiş və qeyd etmişdir ki, maddi zərərin müəyyən edilməsi zamanı məhkəmənin əsaslandığı obyektiv hallardan fərqli olaraq, mənəvi zərərin müəyyən edilməsində subyektiv və hissi ünsürlərə əsaslanaraq qərar qəbul edildiyindən məhkəmə təcrübəsi baxımından nəzərə alınmalı olan ümumi qiymətləndirmə meyarlarının müəyyən edilməsi vacibdir. Göründüyü kimi, “İnsan Hüquqlarının və X4 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində sağlamlığına ağır xəsarət yetirilməsi ilə bağlı fiziki və ya psixoloji ağrı və əzab, sıxıntı, ağır mənəvi sarsıntı və iztirab hisləri keçirməsi, yəni ona mənəvi ziyan dəyməsi, yuxarıda təsvir olunan hallar da nəzərə alınmaqla, danılmazdır. Bu baxımdan ona dəyən mənəvi ziyana görə cavabdehdən (təqsirləndirilən şəxsdən) pul tutulması tələbi əsaslıdır. Lakin, məhkəmə, mülki cavabdehin də əmlak vəziyyəti nəzərə alaraq tələb olunan mənəvi ziyan məbləğini ağlabatan və ədalətli hesab etmir. Bu baxımdan məhkəmə, mülki iddianın mənəvi ziyanla bağlı hissəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Məhkəmə mənəvi zərərin məbləgini 4.000 manat müəyyən edir və hesab edir ki, həmin məbləg təqsirləndirilən şəxsdən tutulub ona ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci və 264-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona CM-nin 263-1.2 maddəsi ilə 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 264-cü maddəsi ilə 2(iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cinayət işi üzrə maddi sübut - 01 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut - Zərərçəkmiş şəxs idarə etdiyi “Toyota Prius (Hybrid)” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin və Təqsirləndirilən şəxs idarə etdiyi “Chevrolet Cruze” minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə köçürülsün. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 49.187,05 manat maddi və 4.000 manat mənəvi, cəmi 53.187,05 (əlli üç min yüz səksən yeddi manat beş qəpik) manat tutularaq zərərçəkmiş şəxs X2 xeyrinə ödənilsin. Qalan hissədə mülki iddia təmin edilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar