Məhkəmə qərarları › İş №1(005)-388/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-388/2023

20.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-388/2023 20.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana əldə etmiş, üzərində saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə saat 22 radələrində tanışı Şahid1 80 manat müqabilində satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 5,250 qram bitki mənşəli kütlə, tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı alaraq əldə edib üzərində saxlamaqla daşımış, 08 aprel 2023-cü il tarixdə saat 22:15-də Nərimanov RPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 2 ünvanın yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılaraq Nərimanov RPİ-nin inzibati binasına gətirilib orada üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 5,250 qram bitki mənşəli kütlə, tərkibində narkotik vasitələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, 2-3 aydır ki, narkotik vasitə olan marixuana istifadə etmişdir. Üzərindən aşkar edilmiş marixuananı tanışı xx.xx.2023-cü il tarixdə tanışı Şahid1 almışdır. Həmin marixuananı Vasifdən 80 manata almışdır. Polis əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixdə saat 22 radələrində saxlanılmışdır. Daha sonra polis əməkdaşları onu idarəyə aparmışlar. İdarədə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı o, üzərində gəzdirdiyi marixuananı könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Tutduğu əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 ifadəsində göstərmişdir ki, 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və bu barədə rəhbərliyə məruzə olunduqdan sonra əməliyyat qrupu yaradılmışdır. Həmin gün təxminən saat 22:15 radələrində ünvan 2 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs və Şahid1 bənzəyən şəxsləri görüb sonunculara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra həmin şəxslərdən şəxsiyyəti barədə soruşmuş, həmin şəxslər də özlərini Təqsirləndirilən şəxs və Şahid1 kimi təqdim etmişdir. Ceyhun və Vasifə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərilərinə şəxsi axtarış həyata keçirilməsinin zəruri olduğunu deyib Nərimanov RPİ-yə dəvət etmişlər. Daha sonra həmin şəxsləri Polis İdarəsinə gətirmişlər. Polis İdarəsində video çəkiliş aparılmaqla əvvəlcə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd büküm, əynindəki şalvarın sağ yan cibindən isə 4 ədəd bir manatlıq pul əsginası və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs 01 ədəd bükümün içində marixuana kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni tanışı olan ‘‘Vasif’ adlı şəxsdən 80 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra video çəkiliş aparılmaqla Şahid1 üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Şahid1 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Şahid1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd polietilen torbanı çıxarıb torbanın içində olan 17 ədəd bükümü çıxardaraq təqdim etmişdir. Sonra Şahid1 əynində olan şalvarın sağ yan cibindən 91 manat pul, 03 ədəd bank kartı və bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Vasifin təqdim etdiyi 17 ədəd büküm açılaraq içərisinə baxıldıqdan sonra Şahid1 təqdim etdiyi bükümlərin içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Həmin zaman Şahid1 həmin 17 ədəd bükümün içində marixuana kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitələri İran vətəndaşı olan “Rəşid” adlı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Sonra isə Şahid1 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 şahid qismində dindirilmiş Nərimanov RPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə şahidlər Şahid1 və Şahid2 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2 ildir ki, narkotik vasitə olan marixuana istifadə edir. Narkotik vasitəni Rəşid kimi tanıdığı İran İslam Respublikasının vərəndaşından, pulunu onlayn ödəmək üsulu ilə əldə etmişdir. Təxminən 2023-cü ilin aprel ayının əvvəllərində Rəşid adlı şəxsdən növbəti dəfə 150 manat müqabilində 20 qram marixuana əldə etmiş və həmin marixuananın bir qismini istifadə edərək qalan hissəsini satmaq üçün özündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında uzun illərdir tanıdığı və bir neçə dəfə marixuana satdığı müştərisi Təqsirləndirilən şəxs onunla əlaqə saxlayaraq növbəti dəfə marixuana almaq istədiyini bildirmişdir. O, Ceyhundan hansı pulun miqdarında marixuana almaq istədiyini soruşduqda sonuncu 80 manat müqabilində marixuana almaq istədiyini demişdir. O da narahat olmamasını, həmin məbləğdə olan marixuananı rahat verə biləcəyini demiş və xx.xx.2023cü il tarixdə saat 22 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.M.Cümə küçəsində yerləşən “İnfiniti” klubun yaxınlığına gəlməsini xahiş etmişdir. Qeyd olunan tarix və saatda o, marixuananı salmaq üçün qeyd etdiyi ünvana gedərək orada Ceyhunla görüşüb, sonuncudan 80 manat nağd pul vəsaitini götürərək əvəzinə çəkisini dəqiq bilmədiyi, içərisində marixuana narkotik vasitəsi olan şəffaf rəngli sellofana bükülmüş 01 ədəd bükümü təqdim etmişdir. Ceyhun həmin marixuananı cibinə qoyduqdan sonra söhbət etməyə başlamışlar. Ceyhuna satmaq üçün götürdüyü marixuanadan əlavə həmin vaxt üzərində, hər biri ayrı-ayrılıqda ağ rəngli kağız parçalarına bükülmüş içərilərində marixuana olan 17 bükümdə olmuşdur ki, müştəri tapa bildiyi halda onları da satsın. Həmin vaxt üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq, özlərini təqdim edib, polis əməkdaşları olduqlarını demişlər və narkotik vasitələrin qanunsuz dövriyyəsindən şübhələndiklərini deyərək birlikdə Nərimanov RPİ-nə getməyi xahiş etmişlər. O və Ceyhun həmin şəxslərlə Nərimanov RPİ-nə getmişlər. Polis İdarəsində ona üzərində narkotik maddə olmasında şübhələndiklərinə görə üzərində şəxsi axtarış və götürmə aparacağını demişlər. Ona görə də hüquqlarını izah edib vəkil dəvət etmişlər. X4 adlı vəkil gəldikdən sonra onu Nərimanov RPİ-nə gətirmiş əməkdaşların iştirakları ilə video çəkiliş aparmaqla üzərinə şəxsi axtarış və götürmə aparmağa başlamışlar. Polis əməkdaşı ona üzərində saxlanılması və daşınması qanunla qadağan olunmuş əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyi təklif olunmuşdur. O da üzərində olan 91 manat nağd pul vəsaitini, 03 ədəd plastik kartı və hər birinin içərisində marixuana olan 17 ədəd bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşı təqdim etdiyi içərisində marixuana olan 17 ədəd bükümü qablaşdırmış və möhürləyib götürərək bu barədə protokol tərtib etmişdir. Bütün iştirakçılar tərtib edilmiş protokolu imza etmişlər. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətəiq edilməmişdir. Onun üzərinə Nərimanov RPİ-nin TŞ-də yalnız təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, hazırda Nərimanov RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır və polis kapitanı xüsusi rütbəsi daşıyır. 08 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Şahid1 narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuş və bu barədə rəhbərliyə məruzə olunduqdan sonra ondan, iş yoldaşı Nərimanov RPİ-nin CAŞnin kiçik inspektoru, polis kiçik serjantı Şahid3 və Nərimanov RPİ-nin 17-ci PŞ-nin CA üzrə kiçik inspektoru, polis baş serjantı Məzahir Əliyevdən ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin gün təxminən saat 22:15 radələrində ünvan 2 ünvanının yaxınlığında xarici əlamətlərindən Təqsirləndirilən şəxs və Şahid1 bənzəyən şəxsləri görüb sonunculara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı olduqlarını demişlər. Bundan sonra həmin şəxslərdən şəxsiyyəti barədə soruşmuş, həmin şəxslər də özlərini Təqsirləndirilən şəxs və Şahid1 kimi təqdim etmişdir. Ceyhun və Vasifə narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək üzərilərinə şəxsi axtarış həyata keçirilməsinin zəruri olduğunu deyib Nərimanov RPİ-yə dəvət etmişlər. Həmin şəxslər də razılaşmış və onlarla birlikdə RPİ-yə gəlmişdir. Nərimanov RPİ-də hər ikisinin şəxsiyyəti dəqiqləşdirildikdən sonra xidməti otaqların birində hüquq və vəzifələri izah edilməklə dövlət hesabına müdafiəçi dəvət edilmişdir. Daha sonra video çəkiliş aparılmaqla əvvəlcə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd büküm, əynindəki şalvarın sağ yan cibindən isə 4 ədəd bir manatlıq pul əsginası və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Ceyhunun təqdim etdiyi bir ədəd büküm açılaraq içərisinə baxıldıqdan sonra sonuncudan təqdim etdiyi bükümün içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi barədə soruşulmuşdur. Təqsirləndirilən şəxs da həmin 01 ədəd bükümün içində marixuana kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni tanışı olan ‘‘Vasif’ adlı şəxsdən 80 manata öz şəxsi istifadəsi üçün alıb əldə etdiyini bildirmişdir. Sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin bir ədəd büküm götürülərək qablaşdırılmış və üzəri imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı əlavə və ya düzəliş daxil olmamış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra video çəkiliş aparılmaqla Şahid1 üzərində şəxsi axtarış həyata keçirilmişdir. İlk öncə Şahid1 üzərində qanunsuz hər hansı bir əşya varsa könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Şahid1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd polietilen torbanı çıxarıb torbanın içində olan 17 ədəd bükümü çıxardaraq təqdim etmişdir. Sonra Şahid1 əynində olan şalvarın sağ yan cibindən 91 manat pul, 03 ədəd bank kartı və bir ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Vasifin təqdim etdiyi 17 ədəd büküm açılaraq içərisinə baxıldıqdan sonra Şahid1 təqdim etdiyi bükümlərin içərisində nə olması, nə vaxt, kimdən və hansı məqsədlə əldə etməsi baıədə soruşulmuşdur. Həmin zaman Şahid1 həmin 17 ədəd bükümün içində marixuana kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitələri İran İslam Respublikasının vətəndaşı olan “Rəşid” adlı şəxsdən alıb əldə etdiyini bildirmişdir. Sonra isə Şahid1 üzərində şəxsi axtarış davam etdirilmiş və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra həmin 17 ədəd büküm, 91 manat pul, üç ədəd bank kartı və 01 ədəd “Samsung” markalı mobil telefon götürülərək qablaşdırılmış və üzəri imzalarla təsdiq olunmuşdur. Sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilməsinin nəticəsinə dair protokol tərtib edilmiş, həmin protokol ucadan oxunmuş, hər hansı əlavə və ya düzəliş daxil olmamış və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs və Şahid1 saxlanılarkən və Nərimanov RPİ-də olduqları zaman onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Tutma haqqında” 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 08 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş içərisində spesifik iyə malik tünd yaşıl rəngli qurudulmuş ot kütləsi olan 01 ədəd bükümü çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 bükümün içərisində olan ot kütləsinin marixuana olduğunu bildirmişdir. O, həmin marixuananı xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan öncə Vasif adlı şəxsdən 80 manat müqabilində aldığını və şəxsi istifadə üçün üzərində saxladığını qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm qablaşdırılmış və DİN-in “44” nömrəli möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2023-cü il tarixli, 7/499 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ot kütləsi” yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd sellofana bükümdə təmiz çəkisi - 5,250 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72 manat təşkil edir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilməsi haqqında” 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Aqil Qasımov tərəfindən verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs barəsində həbslə bağlı olmayan digər qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov RPİ-nin MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. “Qətimkan tədbirinin seçilməsi haqqında” 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Diskə baxış keçirilməsi haqqında” 12 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan zaman videoçəkiliş həyata keçirilmişdir və həmin videoçəkilişin əks olunduğu 01 ədəd diskə baxış keçirilərkən aşağıdakılar aşkar edilmişdir: Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində dövriyyəsi qanunla qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri varsa, könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sol yan cibindən şəffaf rəngli sellofana bükülmüş içərisində spesifik iyə malik tünd yaşıl rəngli qurudulmuş ot kütləsi olan 01 ədəd bükümü çıxardıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 bükümün içərisində olan ot kütləsinin marixuana olduğunu bildirmişdir. O, həmin marixuananı xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılmamışdan öncə Vasif adlı şəxsdən 80 manat müqabilində aldığını və şəxsi istifadə üçün üzərində saxladığını qeyd etmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən qanunla qadağan edilmiş başqa hər hansı bir əşya, predmet və ya maddə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm qablaşdırılmış və DİN-in “44” nömrəli möhürü ilə möhürlənmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 13 iyun 2023-cü il tarixli, 3718 nömrəli rəyindən görünür ki, kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 5,250 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmışdır. Tədqiqatdan sonra qalan təmiz çəkisi 5,230 qram narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs və Şahid1 üzərində şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD formatlı disk iş üzrə maddi sübut qismində tanınaraq istintaq materiallarına əlavə edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, daşımaya görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 12-ci qrafasına əsasən 5 qram marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və bu baxımdan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə 08 aprel 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə daxil olunmalı və bu müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməli, Cəzaların İcrası Məcəlləsinin 51- 2.1 və 51-3.1-ci maddələrinin tələblərinə uyğun cəzasını yaşayış yeri üzrə çəkməli, cəzasının icrası müddətinin əvvəli isə onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalı, onun 08 aprel 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət nəzərə alınmalı (CM-69.3), Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə olunmalı (CİM 15.5-1), cəzanın icrası müddəti təqsirləndirilən şəxsin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı (51-2.1.), Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməli, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 5,230 qram çəkidə olan marixuana məhv edilməli, 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 aprel 2023-cü il tarixdən 10 aprel 2023-cü il tarixədək tutulduğu, cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 23:00-dan 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan narkotik vasitənin qalığı – 5,230 qram narkotik vasitə marixuana məhv edilsin. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar