Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-389/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, 28 May qəsəbəsi, 3-cü küçədə nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 33,53 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla Abşeron rayonu, Bakı-Quba yolunun 11-ci kilometrliyinə qanunsuz daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 04 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Abşeron rayonu, Bakı-Quba yolunun 11ci kilometrliyində idarə etdiyi “Opel” markalı **-CG-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılaraq Baş İdarənin inzibati binasına gətirilmiş, Baş İdarədə saat 16:32-dən etibarən üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki boz rəngli paltosunun sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı xeyli miqdarda 08 ədəd sellofan bükümdə ayrı-ayrılıqda çəkiləri 4,09 qram, 4,09 qram, 3,63 qram, 4.21 qram, 4.63 qram, 4.15 qram, 4,23 qram, 4,50 qram olmaqla, eyni tərkibli ümumi təmiz çəkisi 33,53 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə, saat 15:00-da Abşeron rayonu, Bakı-Quba yolunun 1.1-ci kilometrliyində idarə etdiyi “Opel” markalı avtomobilin yanında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. O yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edərək bildirmişdir ki, hazırda üzərində “nəşə” adı ilə tanıdığı narkotik vasitə var. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə həmin İdarəyə getmişdir. Onunla birlikdə idarə etdiyi avtomobili də Baş İdarəyə aparmışlar. İdarədə hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmişdir və şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Daha sonra o əynində olan boz rəngli paltosunun sol yan cibindən 01 ədəd sellofan paketi çıxarıb masanın üzərinə qoymuş və həmin paketin içərisində "nəşə" olduğunu bildirmişdir. Daha sonra əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd idarə etdiyi avtomobilin açarını, həmin cibindən 01 ədəd "Redmi" markalı mobil telefonunu, həmin şalvarın sol yan cibindən 68 manat pulunu, əynində olan paltosunun sağ yan cibindən "Sobranie" markalı 01 ədəd siqaret qutusunu və 10 qəpik pulunu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra onun üzəri polis əməkdaşı tərəfindən yoxlanılmış və əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi əşya və predmetlərə ardıcıllıqla baxış keçirilməyə başlanılmışdır. İlk olaraq təqdim etdiyi 01 ədəd sellofan paketə baxış keçirilmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda paketin içərisində 08 ədəd sellofan bükümün olması aşkar edilmişdir. Həmin 08 ədəd sellofan bükümdən 02 ədədinə baxış keçirilən zaman onların içərisində qurudulmuş marixuana olması müşahidə edilmişdir. Daha sonra o bildirmişdir ki, digər bükümlərin də içərisi eynidir. Bundan sonra üzərindən aşkar olunmuş 08 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan polis əməkdaşı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb və möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra ona məxsus olan 01 ədəd "Redmi" markalı mobil telefonu polis əməkdaşı tərəfindən iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqdim etdiyi 68 manat 10 qəpik pulu və 01 ədəd siqaret qutusu ona geri qaytarılmışdır. Həmçinin idarə etdiyi avtomobilin açarı da müvəqqəti olaraq ona qaytarılmışdır. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş 08 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə Sulutəpə qəsəbəsində yerləşən Sulutəpə dairəsinin yaxınlığında anket məlumatlarını bilmədiyi, lakin zahirən tanıdığı şəxsdən 200 manat müqabilində əldə etdiyini, həmin 08 ədəd sellofan bükümdə olan qurudulmuş marixuananı şəxsi istifadə məqsədilə aldığını, həmçinin qurudulmuş marixuananı hər hansı bir şəxsə satmadığını, pay vermədiyini və ya hədiyyə vermədiyini bildirmişdir. Həmçinin tez-tez qurudulmuş marixuananı aldığı şəxsin yanına getməmək üçün 08 ədəd bükümü uzun müddət istifadəsi üçün lazımi qədər aldığını bildirmişdir. Həmçinin, idarə etdiyi avtomobildə hər hansı qanunsuz əşya və ya predmet olmadığını və avtomobilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Daha sonra idarə etdiyi avtomobilə onun və digər iştirakçıların iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilində olan sürücü tərəfdəki günlükdən 01 ədəd şəxsiyyət vəsiqəsini təqdim etmişdir. Həmin şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı tərəfindən götürülmüşdür. Avtomobilindəki maqnitolanın aşağı hissəsində olan saxlanc yerindən 300 manat pulu təqdim etmişdir, həmin pulu hər hansı qeyri-qanuni yolla əldə etmədiyini bildirmişdir və həmin pulu yerinə qoymuşdur. Daha sonra baxış zamanı onun idarə etdiyi "Opel" markalı, **-CG-*** dövət qeydiyyat nişanlı avtomobildən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra avtomobilin açarı polis əməkdaşı tərəfindən götürülmüşdür. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid ifadəsində göstərmişdir ki, 04 aprel 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması barədə məlumat daxil olmuş, alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 04 aprel 2024-cü il tarixli qərar çıxarılmışdır. Onun rəhbərliyi ilə BMCMİ-nin əməkdaşları baş əməliyyat müvəkkili X3 və əməliyyat müvəkkili X4 ibrarət əməliyyat qrupu yaradılmışdır. Qərarın icrası ilə bağlı əməliyyat qrupu ilə birlikdə Təqsirləndirilən şəxs olması ehtimal edilən Abşeron rayonu, Bakı-Quba yoluna yollanmışlar. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarın icra edilməsi ilə əlaqədar həmin günü yəni 04 aprel 2024-cü ilə tarixdə, saat 15:00-da Abşeron rayonu, Bakı-Quba yolunun 11-ci kilometrliyində Təqsirləndirilən şəxs bənzər şəxs idarə etdiyi “Opel" markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmışdır. Ona özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək həmin şəxsə öz anket məlumatlarını bildirməsini təklif etmişlər. Həmin şəxs özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs olmasını bilmişlər. Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla tanış edildikdən sonra qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması, narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması və daşıması barədə şübhəli olması ona bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində keçiriləcək istintaq hərəkətləri üçün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına dəvət edilmişdir. Təqsirləndirilən şəxs Baş İdarəyə dəvət edildikdən sonra hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil dəvət edilərək Təqsirləndirilən şəxsa təqdim edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin Təqsirləndirilən şəxsa hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxsa satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlanması və daşınmasında şübhəli bilinməsi, bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, üstünün yoxlanmasına razı olduğunu bildirmişdir və 04 aprel 2024-cü il tarixdə videoçəkiliş aparılmaqla həyata keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltonun sol yan cibindən 01 ədəd sellofan paketi çıxarıb masanın üzərinə qoymuş və həmin paketin içərisində “nəşə“ olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd idarə etdiyi avtomobilin açarını, həmin cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 68 manat pulu, əynində olan paltonun sağ yan cibindən 01 ədəd siqaret qutusunu və 10 qəpik pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Əlavə hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə baxış keçirilməyə başlanılmışdır. İlk olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan paketə baxış keçirilmiş, 01 ədəd sellofan paket açıldıqda paketin içərisində 08 ədəd sellofan bükümün olması aşkar edilmişdir. Həmin sellofan bükümlərdən 02 ədədinin içərisinə baxış keçirilən zaman içərilərində yaşıl rəngli, xüsusi spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs digərlərinin də içərisində həmin kütlələrdən olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 08 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi 68 manat 10 qəpik pul və 01 ədəd siqaret qutusu onun özünə qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd avtomobil açarının idarə etdiyi avtomobilə məxsus olmasını bildirmiş və həmin avtomobil açarı şəxsin özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 08 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri 1 (bir) gün öncə, yəni xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Sulutəpə dairəsinin yaxınlığında anket məlumatlarını bilmədiyi, lakin zahirən tanıdığı şəxsdən 200 manat müqabilində əldə etdiyini, həmin 08 ədəd sellofan bükümdə olan kütlələri şəxsi istifadə məqsədilə aldığını, özünün “nəşə" adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, həmçinin bu kütlələri hər hansı bir şəxsə satmadığını, pay və ya hədiyyə vermədiyini, şəxsi istifadəsi üçün 08 büküm almasına səbəbi isə tez-tez həmin kütlələri aldığı şəxsin yanına getmək istəmədiyinə görə olduğunu bildirmişdir. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi "Opel” markalı, **-CG-*** qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr olmadığını həmin avtomobilə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Opel" markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirildi. Baxışın keçirilməsi Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparılmış, baxış zamanı Təqsirləndirilən şəxsa təklif edilmişdir ki, idarə etdiyi “Opel” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr, psixotrop maddələr, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər gizlədib saxlayırsa könüllü surətdə təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə və psixotrop maddələr olmadığını bildirib avtomobili açaraq baxışa təqdim etmişdir. Baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyəti kəsb edəcək hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Şahid bildirmişdir ki, Baş İdarəyə daxil olmuş ilkin məlumatda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması göstərilsə də, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edən hər hansı bir fakt aşkar edilməmiş, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı şəxsi istifadəsi üçün əldə etməsi müəyyən edilmişdir. Cinayət işinin 19-cu vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 27-29-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X5 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid, X6, X9, Təqsirləndirilən şəxs tərəfindən oğlunun, müdafiəçi X7 iştirakları ilə həmin protokolu ondan ötrü tərtib etmişdir ki, 04 aprel 2024-cü il tarixdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs, qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr və psixotrop maddələr əldə edərək üzərində saxlaması, eləcə də daşıması bildirilmişdir. Daxil olmuş məlumat əsasında 04 aprel 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 15:00-da Abşeron rayonu, Bakı-Quba yolunun 11-ci kilometrliyində idarə etdiyi “Opel” markalı, **-CG-*** qeydiyyat nişanlı avtomobilin yanında olduğu zaman saxlanılmış, saxlanılarkən üstündə şəxsi axtarış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs ilə bağlı prosessual hərəkətlərin aparılmasından ötrü o, polis əməkdaşları tərəfindən müşayiət altında idarə etdiyi avtomobillə birlikdə saxlanıldığı yerdən Baş idarəyə gətirilmişdir. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış və götürmə aparılması haqqında” qərara əsasən 04 aprel 2024-cü il tarixdə saat 16:32-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmasına başlandı. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru X12 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltonun sol yan cibindən 01 ədəd sellofan paketi çıxarıb masanın üzərinə qoydu və həmin paketin içərisində “nəşə” olduğunu bildirdi. Daha sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd idarə etdiyi avtomobilin açarını, həmin cibindən 01 ədəd “Redmi” markalı mobil telefonu, həmin şalvarın sol yan cibindən 68 manat pulu, əynində olan paltonun sağ yan cibindən üzərində “Sobranie” yazısı olan 01 ədəd siqaret qutusunu və 10 qəpik pulu çıxarıb təqdim etməklə masanın üzərinə qoydu. Daha sonra Təqsirləndirilən şəxs üstü polis əməkdaşı tərəfindən yoxlanıldı və əlavə hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi əşya və predmetlərə tərəfindən ardıcıllıqla baxış keçirilməyə başlandı. İlk olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan paketə baxış keçirildi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan paket iştirakçıların şahidliyi ilə açıldıqda paketin içərisində 08 ədəd sellofan bükümün olması aşkar edildi. Həmin sellofan bükümlərdən 02 ədədinin içərisinə baxış keçirilən zaman içərilərində yaşıl rəngli, xüsusi spesifik qoxuya malik olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olması müşahidə edildi. Həmçinin Təqsirləndirilən şəxs digərlərinin də içərisində həmin kütlələrdən olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 08 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb DİN-nin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Bundan sonra Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “Redmi” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürüldü. Təqsirləndirilən şəxs təqdim etdiyi 68 manat 10 qəpik pulu hər hansı qeyri-qanuni yol ilə əldə etmədiyini bildirdi, həmin pul və 01 ədəd siqaret qutusu onun özünə qaytarıldı. Həmçinin Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş 01 ədəd avtomobil açarının idarə etdiyi avtomobilə məxsus olmasını bildirdi və həmin avtomobil açarı müvəqqəti olaraq şəxsin özünə qaytarıldı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 08 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri 1 (bir) gün öncə, yəni xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən Sulutəpə dairəsinin yaxınlığında anket məlumatlarını bilmədiyi, lakin zahirən tanıdığı şəxsdən 200 manat müqabilində əldə etdiyini, həmin 08 ədəd sellofan bükümdə olan kütlələri şəxsi istifadə məqsədilə aldığını, özünün “nəşə” adı ilə tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini, kütlələri əldə etdiyi həmin şəxsin çox zaman əldə etdiyi əraziclə, yəni Sulutəpə dairəsi yaxınlığında olduğunu, həmçinin bu kütlələri hər hansı bir şəxsə satmadığını, pay və ya hədiyyə vermədiyini, şəxsi istifadəsi üçün 08 büküm almasına səbəbi isə tez-tez həmin kütlələri aldığı şəxsin yanına getmək istəmədiyinə görə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs özünə məxsus olan “Redmi” markalı mobil telefonun içərisində ***- ***-**-** saylı mobil nömrəsinin olmasını bildirdi. Həmçinin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hazırda idarə etdiyi “Opel” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitələr və psixotrop maddələr saxlamadığını, hər hansı qanunsuz əşya və ya predmet olmadığını və avtomobilə baxışın keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirdi. Cinayət işinin 33-34-cü vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 04 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı X5 Azərbaycan Respublikası CPM-in 51,86, 236-cı maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasının həyətində video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə idarə etdiyi “Opel” markalı, **-CG-*** qeydiyyat nişanlı avtomobilə 04 aprel 2024-cü il tarixdə saat 17:24-də baxış keçirilməyə başlanıldı. Həmçinin baxış keçirilməsində əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs baxışın videoçəkiliş vasitəsi ilə baxış və götürmə prosesində iştirak edən Baş Mütəşəkkil Cinayətkarlıqlar Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis mayoru X12 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verildi, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdi. Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı, **-CG-*** qeydiyyat nişanlı avtomobilə “Sony” markalı rəqəmsal videokamera vasitəsilə çəkiliş aparılmaqla baxış keçirilməyə başlanıldı. Baxışın keçirilməsi şübhəli şəxs Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə aparıldı. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobili açaraq baxışa təqdim etdi. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının ön hissəsinə olan, avtomobilin tavanına bitişik “günlük” deyilən hissədən özünə məxsus olan 01 ədəd şəxsiyyət vəsiqəsini, avtomobilin maqnitolasının aşağı hissəsində yerləşən saxlanc yerindən 300 manat pulu təqdim etdi. Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd şəxsiyyət vəsiqəsi iş üzrə əhəmiyyət kəsb etdiyindən tərəfindən götürüldü. Daha sonra Təqsirləndirilən şəxs həmin 300 manat pulun özünə məxsus olmasını, hər hansı qeyri-qanuni yolla əldə etmədiyini bildirdi. Həmin 300 manat pul Təqsirləndirilən şəxs tərəfindən yerinə geri qoyuldu. Baxış davam etdirilərkən Təqsirləndirilən şəxs idarə etdiyi “Opel” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobildən qanunsuz hər hansı bir əşya və predmet aşkar edilmədi. Bundan sonra həmin avtomobilin açarı tərəfindən götürüldü. Cinayət işinin 48-50-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2024-cü il tarixli 3-16-16/2-7/540 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üstündən aşkar edilmiş kütələr” yazılar və imzalar olan kağız paketdə 8 (səkkiz) ədəd ağız hissələri bağlanan şəffaf polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,09 qram; 4,09 qram; 3,63 qram; 4.21 qram; 4.63 qram; 4.15 qram; 4.23 qram; 4.50 qram bitki mənşəli kütələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) birkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır. Həmin marixuanaların ümumi çəkisi 33.53 qramdır. Təqdim olunmuş 8 ədəd polietilen paketlırdı olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin 96-100-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-463/2024 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qismində qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 04 aprel 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 106-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 109-110-cu vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 29 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 33,37 qram qalmış narkotik vasitə qurudulmuş marixuananın cinayət işi üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 140-141-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16 Şəxsinin Ambulator X1 dair xx.xx.2024-cü il tarixli, 3492 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 161-172-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 17 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməsi, şəxsi axtarış və götürmə aparılması zamanı çəkilən video görüntüləri özündə əks etdirən 01 ədəd diskin maddi sübut kimi tanınması qərara alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən olan Təqsirləndirilən şəxs aid şəxsi məlumatların çıxarışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X11 adlı, xx.xx.2009-cu il təvəllüdlü X13 adlı və xx.xx.2014-cü il təvəllüdlü X14 adlı 3 (üç) yetkinlik yaşına çatmayan uşaqları var. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan boz rəngli paltosunun sol yan cibindən 08 ədəd sellofan bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi müəyyən olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafından başqa mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2008-ci il tarixli Qanununun 21-ci maddəsinə əsasən, «narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir». Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına habelə onların külli miqdarına görə” 1-ci siyahının 12-ci bəndinə əsasən narkotik vasitə hesab edilən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram təşkil edir. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaların ümumi təmiz çəkisi 33,53 qram təşkil etmişdir ki, qeyd olunan siyahıya əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür.”. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini, himayəsində 3 (üç) yetkinlik yaşına çatmayan uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğundur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 6 (altı) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM- 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli, (CPM-198.1), o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 6 (altı) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından (01 il) çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan – Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 33.37 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan – Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın videogörüntüsü olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 72 (yetmiş iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 254005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-389/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-389/2024
04.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver