Məhkəmə qərarları › İş №1(005)-39/2021

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-39/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-39/2021 19.10.2021 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, X22 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi 14 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs2 və xx.xx.2002-ci il tarixdə Rusiya Federasiyasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 03 saylı İstintaq Təcridxanasında saxlanılan. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2. və 172.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətim törətmişdir. Belə ki, yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 25 noyabr 2019-cu il tarixdə ünvan 3 ünvanında yerləşən “Premium” kimyəvi təmizləmə mərkəzindən oğurluq cinayəti törətdiyinə görə məhkum olunmamış təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və qardaşı X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 dekabr 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs10 Bakı şəhəri Xətai rayonu, Babək prospekti 18 ünvanında yerləşən avtomobil ehtiyat hissələri mağazasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub kassa aparatının saxlanc yerindən 3009 manat nağd pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs “Okean Avto 2011" Məhdud Məsuliyyətli Cəmiyyətinə 3009 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 01 fevral 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, X36 küçəsi 1c ünvanında yerləşən “X27” gözəllik salonunun giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz gözəllik salonuna daxil olub kassa aparatının saxlanc yerindən 870 manat nağd pulu və 200 manat dəyərində “Alcatel” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1070 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və qardaşı X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 25 mart 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs7 işlətdiyi ünvan 6 ünvanında yerləşən “Babor” gözəllik salonunun giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz gözəllik salonuna daxil olub kassa aparatının saxlanc yerindən 180 manat, şkafın siyirmələrində olan ümumilikdə 1570 manat nağd pulu və üzərində 10 manat balansa malik 10 manat dəyərində ***-***-**-** Sim kart nömrəsi olan 200 manat dəyərində “İpone 6” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 1970 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakım gizli olaraq talamaq məqsədilə qardaşı X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 11 may 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs6 işlətdiyi ünvan 7 ünvanında yerləşən mağazanın giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub masanın siyirməsinin saxlanc yerindən 1157 manat nağd pulu, 1 ədəd 100 manat dəyərində “Sony” markalı və 1 ədəd 50 manat dəyərində “Alcatel” markalı mobil telefonları gizli olaraq talayıb Zərərçəkmiş şəxs6 1307 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 29 may 2020-ci il tarixdə saat 05:30 radələrində Zərərçəkmiş şəxs9 ünvan 8 ünvanında yerləşən binasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub kassa aparatının saxlanc yerindən 922 manat və həmin dövrün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dollarını gizli olaraq talayıb Zərərçəkmiş şəxs9nə 1092 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Belə ki, yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 20 oktyabr 2019-cu il tarixdə ünvan 9 ünvanında yerləşən X6 işlətdiyi “NN” gözəllik salonundan oğurluq cinayəti törətdiyinə görə məhkum olunmamış təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 03 noyabr 2019-cu il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs5 işlətdiyi ünvan 11 ünvanında yerləşən “Simpatiya” gözəllik salonunun giriş qapısını özü ilə gətirdiyi vintaçanla açıb qanunsuz gözəllik salonuna daxil olub kassa aparatının saxlanc yerindən 1220 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs5 1220 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 23 dekabr 2019-cu il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs10 Bakı şəhəri Xətai rayonu, Babək prospekti 18 ünvanında yerləşən avtomobil ehtiyat hissələri mağazasının giriş qapısının özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub kassa aparatının saxlanc yerindən 3009 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs10nə 3009 manat maddi ziyan vurmaqla oğurluq etmişlər. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 01 fevral 2020-ci il tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Bakı şəhəri, Yasamal rayonu, X36 küçəsi 1c ünvanında yerləşən “X27” gözəllik salonunun giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz gözəllik salonuna daxil olub kassa aparatının saxlanc yerindən 870 manat nağd pulu və 200 manat dəyərində “Alcatel” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1070 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı şəxsiyyəti istintaqa məlum olmayan “Ayxan” adlı şəxslə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bır qrup şəxs halında birləşərək 07 fevral 2020-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs3 işlətdiyi ünvan 12 ünvanında yerləşən kombi ehtiyat hissələri mağazasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub kassa aparatının saxlanc yerindən 2340 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 2340 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakım gizli olaraq talamaq məqsədilə tanışı X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 14 fevral 2020-ci il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs4 işlətdiyi ünvan 13 ünvanında yerləşən “Tendenza” gözəllik salonunun giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz gözəllik salonuna daxil olub kassa aparatının saxlanc yerindən 80 manat və kosmetoloji otaqda olan şkafın daxılından 100 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 180 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 28 fevral 2020-ci il tarixdə saat 05:45 radələrində Zərərçəkmiş şəxs1 işlətdiyi Bakı şəhəri, Nərimanov rayonu, X37 prospekti 53 ünvanında yerləşən “KM” gözəllik salonunun giriş qapısını özləri ilə gətirdikləri dəmir parçası ilə açaraq qanunsuz gözəllik salonuna daxil olub masanın siyirməsinin saxlanc yerindən 1150 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çalmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışları yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 və X11 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 25 mart 2020-ci il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs7 işlətdiyi ünvan 15 ünvanında yerləşən “Babor" gözəllik salonunun giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz gözəllik salonuna daxil olub kassa aparatının saxlanc yerindən 180 manat, şkafın siyirmələrində olan ümumilikdə 1570 manat nağd pulu və üzərində 10 manat balansa malik 10 manat dəyərində ***-***-**-** Sim kart nömrəsi olan 200 manat dəyərində “İphone 6” markalı mobil telefonu gizli olaraq talayıb Zərərçəkmiş şəxs7 1970 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakım gizli olaraq talamaq məqsədilə 12 aprel 2020-ci il tarixdə saat 04:30 radələrində Zərərçəkmiş şəxs8 işlətdiyi Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən “Zeytun Pharmaceuticale” aptekinin giriş qapısını özü ilə gətirdiyi vintaçanla açaraq qanunsuz aptekə daxil olub şkafın siyirməsinin saxlanc yerindən 380 manat, dolabın saxlanc yerindən 4000 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs8 4380 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə tanışı yetkinlik yaşına çatmayan xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 29 may 2020-ci il tarixdə saat 05:30 radələrində “Yusi Ko" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 16 ünvanında yerləşən binasının giriş qapısını özləri ilə gətirdikləri vintaçanla açaraq qanunsuz mağazaya daxil olub kassa aparatının saxlanc yerindən 922 manat və həmin dövrün məzənnəsi ilə 170 manat təşkil edən 100 ABŞ dollarını gizli olaraq talayıb zərərçəkmiş şəxs “Yusi Ko" Məhdud Məsuliyyətli Cəmiyyətinə 1092 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1. 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, 23 dekabr 2019-cu il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri Xətai rayonu, Babək prospekti 18 ünvanında yerləşən Zərərçəkmiş şəxs10 ehtiyat hissələri mağazasına üzərində olan vintaçanla mağazanın pəncərəsini açaraq girmişlər və oradan 3009 manat pulu oğurlayaraq çıxmışlar. Sonradan həmin pulu öz aralarında bölərək xərcləmişlər. 01 fevral 2020-ci il tarixdə saat 05 radələrində tanışı Təqsirləndirilən şəxs1la birlikdə ünvan 17 ünvanda yerləşən gözəllik salonundan oğurluq etməyi planlaşdırmışlar. Aydın üzərində olan vintaçanla qapını açarkən o da qapını itələyib açmış və gözəllik salonuna girərək orada axtarış aparmışlar. Gözəllik salonundan 200 manat və “Alcatel” markalı telefon oğurlamışlar. Daha sonra gözəllik salonunu tərk etmiş, mobil telefonu həmin gün 100 manata satmış, pulu isə öz aralarında bölmüşlər. 25 mart 2020-ci il tarixdə saat 02 radələrində qardaşı Hüseyn və tanışı Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində olan zaman orada yerləşən “Babor” gözəllik salonunun qarşısından keçən zaman Aydınla planlaşdırmışlar ki, həmin gözəllik salonundan oğurluq etsinlər, bundan sonra bu təklifləri barədə qardaşı Hüseynə məlumat vermişlər və o da razılıq verəndən sonra Hüseyn kənarda dayanmış, onunla Aydın isə gözəllik salonunun giriş qapısını açaraq oraya daxil olmuşlar, kassada olan 180 manat pulu Aydın götürmüş, həmin pulun 80 manatını ona vermiş, bundan başqa kassa aparatının yanında olan “İphone 6” markalı mobil telefonu götürmüşlər, daha sonra ikinci mərtəbəyə çıxaraq oradan da oğurluq etmişlər, ümumilikdə ona 400 manat pul qalmışdır, həmin pulu da özləri üçün xərcləmişlər. 11 may 2020-ci il tarixdə saat 04:40 radələrində qardaşı Hüseynlə birlikdə Nərimanov rayonu Ə. Ağaoğlu küçəsində olan zaman orada olan mağazalardan birindən oğurluq etməyi planlaşdırmışlar. Bundan sonra o vintaçanla mağazanın qapısını araladıqdan sonra mağazaya daxil olmuşlar. O, üzərində olan alışqanın fənərini yandıraraq orada axtarış aparmışdır. Oradan 2 ədəd “Sony” və “Alcatel” markalı mobil telefonları və 1150 manat pulu və 7 manat dəyərində qəpik pulları oğurlayıb çıxmışlar. 29 may 2020-ci il tarixdə saat 05:15 radələrində tanışı Təqsirləndirilən şəxs1la birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində gəzərkən həmin küçədə yerləşən üzərində Zərərçəkmiş şəxs9 yazısı yazılmış binadan oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə o, üzərində olan vintaçanla giriş qapısını aralayıb açmış və şirkətə daxil olmuşlar. Bundan sonra kassadan 922 manat və 100 ABŞ Dolları məbləğində pulu oğurlayıb çıxıb getmişlər. Bundan sonra bir neçə gün ərzində həmin pulu öz aralarında bölərək xərcləmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Okean” ehtiyat hissələri mağazasından 3009 manat oğurlamışlar. Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən gözəllik salonundan 200 manat və “Alcatel” markalı telefon oğurlamışlar. Telefonu daha sonra 100 manata satmışlar. 11 may 2020-ci il tarixdə saat 04:40 radələrində qardaşı Hüseynlə birlikdə Nərimanov rayonu Ə.Ağaoğlu küçəsində olan zaman oradakı mağazadan 2 ədəd “Sony” və “Alcatel” markalı mobil telefonları və 1150 manat pulu və 7 manat dəyərində qəpik pulları oğurlayıb çıxmışlar. Ziyan ödənilməyib. Son olaraq məhkəmədən barəsində himayəsində xəstə anası olduğunu, internatda böyüdüyünü, etdiyi əməldən peşmanlıq çəkdiyini bildirərək ədalətli qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 noyabr 2019-cu ıl tarixdə saat 03 radələrində ünvan 18 ünvanda yerləşən gözəllik salonundan oğurluq etmək qərarına gəlmiş, bundan sonra o əlində olan vintaçanla salonun giriş qapısını açmış daxil olmuş, kassa aparatında olan 1220 manat pulu götürmüş, daha sonra salondan çıxaran ətrafdan taksiyə əyləşib yaşadığı evə getmişdir. Əldə etdiyi pulu öz ehtiyacları üçün xərcləmişdir. 23 dekabr 2019-cu il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə “Okean” ehtiyat hissələri mağazasına Rəhmanın üzərində olan vintaçanla mağazanın pəncərəsini açaraq girmişlər və oradan 3009 manat pulu oğurlayaraq çıxmışlar. Sonradan həmin pulu öz aralarında bölərək xərcləmişlər. 01 fevral 2020-ci il tarixdə saat 05 radələrində Rəhman ilə birlikdə ünvan 19 ünvanda yerləşən gözəllik salonundan oğurluq etməyi planlaşdırmışlar. O, üzərində olan vintaçanla qapını açarkən Rəhman da qapını itələyib açmış və gözəllik salonuna girərək orada axtarış aparmışlar. Gözəllik salonundan 200 manat və “Alcatel" markalı telefon oğurlamışlar. Daha sonra gözəllik salonunu tərk etmişlər. Mobil telefonu həmin gün 100 manata satmışlar. Pulu isə öz aralarında bölmüşlər. 07 fevral 2020-ci il tarixdə saat təxminən 04 radələrində tanışı Ayxanla birlikdə Bakı şəhəri Nərimanov rayonu, Ə.Rəcəbli küçəsində yerləşən “Kombi” ehtiyat hissələri mağazasından 2340 manat pulu oğurlamışlar. 14 fevral 2020-ci il tarixdə saat 04:20 radələrində tanışı Hüseyn Dadaşzadə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, N.Hacıyev küçəsində olan zaman həmin küçədə yerləşən “Tendenza” gözəllik salonundan oğurluq etmək qərarına gəlmişdir. Bundan sonra üzərində olan vintaçanla gözəllik salonunun giriş qapısını aralayıb açaraq salona daxil olmuş və oradan ümumilikdə 180 manat məbləğində pulu oğurlayaraq çıxmışdır, sonradan həmin pulu özü üçün xərcləmişdir. 28 fevral 2020-ci il tarixdə saat 05:45 dəqiqədə tanışı Hüseyn Dadaşzadə ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, X37 prospektində olan zaman həmin prospektdə 53 ünvanında yerləşən “KM" gözəllik salonundan oğurluq etməyi qərarlaşdırmışlar, bundan sonra Hüseyn özündə olan dəmir parçası ilə gözəllik salonunun giriş qapısında olan trosu buraraq sındırmış, bundan sonra gözəllik salonuna girərək içərisində axtarış aparmışlar. Orada bir pul kisəsi tapmışdır. Həmin kisəyə baxdıqda içərisində 550 manat olmuş, bundan başqa Hüseyndə 600 manat pul tapmış və daha sonra gözəllik salonunu tərk etmişlər. Tapdıqları pulları özləri üçün xərcləmişlər. 25 mart 2020-ci il tarixdə saat 02 radələrində tanışları Hüseyn və Rəhmanla birlikdə Bakı şəhəri, Nəsimi rayonu, C.Məmmədquluzadə küçəsində olan zaman orada yerləşən “Babor” gözəllik salonunun qarşısından keçən zaman Rəhmanla planlaşdırmışlar ki, həmin gözəllik salonundan oğurluq etsinlər, bundan sonra bu təklifləri barədə Hüseynə məlumat vermişlər və o da razılıq verəndən sonra Hüseyn kənarda dayanmış, onunla Rəhman isə gözəllik salonunun giriş qapısını açaraq oraya daxil olmuşlar. Kassada olan 180 manat pulu o götürmüş, həmin pulun 80 manatını Rəhmana vermiş, bundan başqa kassa aparatının yanında olan İphone 6 markalı mobil telefonu götürmüşlər. Daha sonra ikinci mərtəbəyə çıxaraq oradan da oğurluq etmişlər. 12 aprel 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonu Babək prospektində olan zaman saat təxminən 04 radələrində Babək prospekti 10 ünvanında yerləşən «Zeytun Pharmasept» adlı aptekdən oğurluq etmək qərarına gəlmişdir. Ətrafa nəzər yetirib heç kimin olmadığına əmin olduqdan sonra əlində olan vintaçanla aptekin qapısını açaraq içəri daxil olmuş və aptekin içərisində telefonun fanarını yandıraraq ətrafa nəzər yetirərək oradan ümumilikdə 1380 manat pulu götürüb apteki tərk etmişdir. Sonradan oğurladığı pulları özü üçün xərcləmişdir. 29 may 2020-ci il tarixdə saat 05:15 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, Ə. Rəcəbli küçəsində gəzərkən həmin küçədə yerləşən üzərində Zərərçəkmiş şəxs9 yazısı yazılmış binadan oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə Rəhman üzərində olan vintaçanla giriş qapısını aralayıb açmış və şirkətə daxil olmuşlar. Bundan sonra kassadan 922 manat və 100 ABŞ Dolları məbləğində pulu oğurlayıb çıxıb getmişlər. Bundan sonra bir neçə gün ərzində həmin pulu öz aralarında bölərək xərcləmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, ümumilikdə bu cinayət işi üzrə 10 fərqli yerdən oğurluq etmişlər. Pulların hamısını xərcləmişlər. Zərərçəkmiş şəxs9 MMC-dən 922 manat və 100 ABŞ dolları oğurlamışlar. «Zeytun Pharmasept» adlı aptekdən 1380 manat pulu götürmüşlər. “Babor” gözəllik salonundan 180 manat və telefon götürmüşdür. Ziyan ödənilməyib. Əgər azadlıqda olsa, işləyib borclarını qaytaracaqdır. Pulları şəxsi istifadəm üçün xərcləmişdir. Sonda əməlindən səmimi peşman olduğunu, yetkinlik yaşına çatmadığı dövrdə cinayət əməllərini törətdiyini nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 75 ünvanında yerləşən X13 məxsus qeyri yaşayış yerini icarəyə 05 fevral 2018-ci il tarixdən götürərək oranı “Simpatiya” gözəllik salonu kimi işlədir. Orada işləyən işçilər gündəlik qazancdan öz pullarını götürdükdən sonra ona məxsus olan pulu gözəllik salonunda olan kassa aparatına qoyurlar və o da həftədə bir dəfə gəlib hesabat edərək özünə məxsus olan pulu götürür. 03 noyabr 2019-cu il tarixdə səhər saat 09 radələrində gözəllik salonunda işləyən Aynur ona zəng vuraraq oğurluq baş verdiyini və ona məxsus 1220 manat pulun oğurlandığını bildirmişdir. Bundan sonra bu barədə polisə ərizə ilə müraciət etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 1220 manat pul oğurlanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməsə də, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, ünvan 12 ünvanında yerləşən kombi ehtiyat hissələri satılan mağazanı icarəyə götürüb işlədir. Mağazada olan əmlak ona məxsusdur. 07 fevral 2020-ci il tarixdə saat 7:30 radələrində iş yerinə gəldikdə mağazanın giriş qapısının qıfılının sındırılaraq kassa aparatında olan 2340 manat pulun oğurlandığını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 2340 manat pul oğurlanmışdır. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilməsə də, onlara qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 13 ünvanında yerləşən “Tendenza” gözəllik salonunun sahibidir. 13 fevral 2020-ci il tarixdə saat 21 radələrində iş qurtarandan sonra salonun qapısını bağlayıb evinə getmişdir. 14 fevral 2020-ci il tarixdə saat 08:40 radələrində o salona gələndə görmüşdür ki, giriş qapısı açıqdır, salona baxdıqda 180 manat pulun oğurlandığını aşkar etmişdir. Salonun görüntülərinə baxdıqda saat 04:23 dəqiqədə təxminən 16-17 yaşlarında oğlan uşağının salondan oğurluq etdiyini müəyyən etmişlər. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 180 manat pul oğurlanmışdır. Təqsirləndirilən şəxslərə tərəfindən ona dəymiş ziyan ödənilmədiyi üçün onlara qarşı hal-hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, ünvan 22 ünvanında yerləşən “Babor” gözəllik salonunu işlədir. Həmin gözəllik salonu iki mərtəbədən ibarətdir. Son zamanlar karantin tədbirləri ilə bağlı olaraq gözəllik salonu gündəlik olaraq 15:00 radələrinə qədər fəaliyyət göstərir. 25 mart 2020-ci il tarixdə saat 10 radələrində gözəllik salonuna gəlib qapını açmaq istədikdə giriş qapısının sınıq vəziyyətdə olduğunu, içərinin isə dağınıq vəziyyətdə olduğunu görmüşdür. Gözəllik salonunun kassa aparatının açıq vəziyyətdə olduğunu gördükdə içərisində olan 180 manat pulun yerində olmadığını, kassanın yan tərəfində gözəllik salonuna məxsus 200 manat dəyəri olan “İphone 6” markalı mobil telefonun yerində olmadığını görmüş, pilləkənlə yuxarı ikinci mərtəbəyə qalxmış, həmin yerə baxış zaman siyirmələrdə olan 150, 900 və 520 manat pulun yerində olmadığını müəyyən etmişdir. Bundan sonra polisə oğurluq barədə məlumat vermişlər. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 1750 manat pul və telefon oğurlanmışdır. Təqsirləndirilən şəxslərə tərəfindən ona dəymiş ziyan ödənilmədiyi üçün onlara qarşı hal-hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, ünvan 23 ünvanında yerləşən “X27” gözəllik salonunu işlədir. 31 yanvar 2020-ci il tarixdə saat 19 radələrində gözəllik salonunu bağlayaraq yaşadığı evə getmiş, səhəri gün yəni 01 fevral 2020-ci il tarixdə salona gəldikdə salonun giriş qapısının açıq vəziyyətdə olduğunu və salonun içərisində olan kassa aparatından 870 manat pul və üzərində nömrə olmayan 200 manat dəyərində “Alcatel” markalı telefonun oğurlandığını aşkar etmişdir. Ona görə də oğurluq barədə dərhal polisə ərizə ilə müraciət etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 800 manat pul və telefon oğurlanmışdır. Təqsirləndirilən şəxslərə tərəfindən ona dəymiş ziyan ödənilmədiyi üçün onlara qarşı halhazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, ünvan 24 ünvanında yerləşən tikinti materialları mağazasını icarə əsasında işlədir. 10 may 2020-ci il tarixdə saat 19 radələrində mağazanın qapısını bağlayaraq çıxıb getmişdir. 11 may 2020-cı il tarixdə saat 10 radələrində işə gəldikdə mağazanın giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş, mağazaya daxil olduqda siyirmədə olan 1150 manat və 7 manat dəyərində qəpik pulun, dəyəri 100 manat olan 1 ədəd “Sony” markalı və 1 ədəd dəyəri 50 manat olan “Alcatel” markalı telefonun oğurlanmasını aşkar etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanında yerləşən apteki icarəyə götürərək işlədir. X2 ixtisasca əczaçı olduğundan rəsmi sənədləşmələr onunla aparılmış, lakin aptekdə olan bütün vəsait ona məxsusdur. X1 və X23 həmin aptekdə işləyirlər. 11 aprel 2020-ci il tarixdə adəti üzrə karantin rejiminə uyğun olaraq bacıları apteki saat 21:30 radələrində bağlayıb evə getmişlər. Ertəsi gün səhər saat 09:22 radələrində bacısı Günel Abbasova aptekə gələn zaman aptekin qapılarının açıq olduğunu görmüş, aptekə daxil olduqda siyirmələrin açıq vəziyyətdə olduğunu gördükləri üçün dərhal ona bu barədə məlumat vermişlər. O da oğurluq hadisəsi barədə polisə məlumat verərək aptekə gəlmiş və aptekdən şkafda olan 4000 manat və dərmanlar olan otaqdakı kassa aparatının altındakı siyirmədən 380 manat pul oğurlandığını müəyyən etmişdir. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişlər. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X37 prospekti 53 ünvanında yerləşən “KM” qadın gözəllik salonunu işlədir. 27 fevral 2020-ci il tarixdə saat 20 radələrində həmin salonun qapısını bağlayaraq yaşadığı evə getmişdir. 28 fevral 2020-ci il tarixdə saat 09 radələrində gözəllik salonuna gəldikdə giriş qapısının sındırılmış vəziyyətdə olduğunu, qapının açıq olduğunu görmüşdür. Bundan sonra polisə məlumat verərək gözəllik salonuna baxdıqda masanın siyirməsində olan ona məxsus 1150 manat pulun yerində olmadığını görmüşdür. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçidir. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs9 nümayəndəsi X35 ifadəsində göstərmişdir ki, 29 may 2020-ci il tarixdə saat 08:30 radələrində şirkətin əməkdaşına zəng edərək şirkətin qapısının açıq vəziyyətdə olduğunu və şirkətdən 922 manat və 100 ABŞ dolları məbləğində pulun oğurlandığını bildirmişdir. Daha sonra bu barədə polisə məlumat vermişlər. Təqsirləndirilən şəxslər tərəfindən dəymiş ziyan ödənilməmişdir. Odur ki, onların barəsində şikayətçidirlər. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxs (mülki iddiaçı) “Okean avto 2011“ Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X15 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 MMC-nin Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 18 ünvanında “Okean” ehtiyat hissələri mağazası fəaliyyət göstərir. Həmin mağaza 09 radələrindən 18 radələrinə qədər olan müddət ərzində fəaliyyət göstərir. 23 dekabr 2019-cu il tarixdə səhər saatlarında həmin mağazanın mühafizəçisi mağazanın pəncərəsinin açıq olduğunu aşkar edərək işçilərə bu barədə məlumat vermişdir. İşçilər tərəfindən saat 09 radələrində mağaza açılan zaman kassa aparatında olan 3009 manat pulun oğurlanmış olduğunu aşkar etmişlər. Ona görə də bu barədə polisə ərizə ilə müraciət etmişlər. Son olaraq təqsirləndirilən şəxslər barəsində şikayətçi olduqlarını, dəymiş zərərin ödənilmədiyini bildirərək təqsirləndirilən şəxslərə qarşı verilmiş mülki iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1, Şahid2 və X7 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1, Şahid2 və X7 ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin ayrılması haqqında 11 may 2020-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X20 işlətdiyi Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti 61C ünvanında yerləşən telefon və kompüter satışı mağazasından baş vermiş oğurluq hadisəsi ilə bağlı, həmçinin X16, X21 və qeyrilərinin barəsində istintaq olunan digər oğurluq faktları ilə bağlı AR CM-in 177.2.1, 177.2.2, 177.2.3, 180.2.1, 180.2.2, 180.2.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmış və istintaq edilməsi üçün icraata qəbul edilmişdir. Diskə baxış keçirilməsi haqqında 13 mart 2020-ci il tarixli protokoldan görünür ki, DVD diskin içərisində 4-cü videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 03 noyabr 2019-cu il tarixdə saat 03:08 radələrində “Simpatiya” gözəllik salonun qapısından içəriyə daxil olub kassa aparatının olduğu masaya yaxınlaşıb orada pulu götürərək şalvarının arxa cibinə qoymuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 26 fevral 2020-ci il tarixli, 2116 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2,8, 20, 21 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izləri, 19 saylı daktilolentin səthindəki a,b,c,ç əlbarmaq izləri, 3,7,16,25,26 saylı daktilolentlərin səthlərindəki ovuc izləri, 6,10,13 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Tədqiqata təqdim edilmiş 1,4,5,9,11,12,14,15,17,18,22,23,24,27 saylı daktilolentlərin səthlərindəki əl-barmaq, ovuc və papilyar naxış izləri, 6,10 saylı daktilolertlərin səthlərindəki digər papilyar naxış izləri, 8 saylı daktilolentlərin səthindəki papilyar naxış izləri, 13 saylı daktilolentin səthindəki əl-barmaq izi, 2021 saylı daktilolentin səthlərindəki digər yayılmış əlbarmaq və papilyar naxış izləri tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər xüsusi əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi üçün yararsızdır. Tədqiqata təqdim edilmiş 3 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 sol ovucunun tenar-İİl hissəsindən, 19 saylı daktilolentin səthindəki “c” əl-barmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin adsız barmağından, 19 saylı daktilolentin səthindəki “ç” əlbarmaq izi Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət barmağından, 25 saylı daktilolentin səthindəki ovuc izi Təqsirləndirilən şəxs1 sol ovucunun hipotenar hissəsindən, 26 saylı daktilolentin səthindəki ovuc izi X9 ovucunun lenar-İ hissəsindən qalmışdır. Tədqiqata təqdim edilmiş 2,8,20,21 saylı daktilolentlərin sərhlərindəki əl-barmaq izləri 19 saylı daktilolentin səthindəki “a,b” əl-barmaq izləri, 7,16 saylı daktitolentin səthlərindəki ovuc izləri, 6,10,13 saylı daktilolentlərin səthlərindəki papilyar naxış izləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qoyulmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 146 manat təşkil edir. “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 mart 2020-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Diskə baxış keçirilməsi haqqında 15 mart 2020-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən zaman müəyyən edilmişdir ki, ümumilikdə diskdə 2 ədəd videogörüntü vardır. Baxış vaxtı 28.02.2020-ci il tarixdə saat 05:45-də iki nəfər kişi cinsindən olan şəxs ünvan 26 ünvanında yerləşən KM qadın gözəllik salonunda daxil olur, əlində olan işıqda salonun daxilində axtarışlar edirlər. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 əynində olan geyimindən və yerişindən həmin şəxsin onun özü olduğunu və digər şəxsin isə onunla birlikdə oğurluq edən Təqsirləndirilən şəxs2 olduğunu bildirmiş və qeyd etmişdir ki, həmin gün ümumilikdə onlar həmin salondan 1150 manat pul oğurlamışdır. Video diskə baxış keçirilməsi haqqında 10 mart 2020-ci il tarixli protokoldan görünür ki, iki nəfər şəxs X48 Centre-nin qapısından içəri daxil olaraq giriş qapısından sol tərəfdə yerləşən müştərilərin qəbulu üçün nəzərdə tutulan yerdə yaxınlaşaraq orada axtarış edirlər. Diskə baxış keçirilməsi haqında 17 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 29.05.2020-ci il tarixdə saat 05:20 radələrində ünvan 27 ünvanında fəaliyyət göstərən Yusi Ko MMC şirkətinin qapısını vintaçan ilə açmaq yolu ilə şirkətə qanunsuz daxil olub kassadan 922 manat və 100 dollar nağd pulu gizli yolla talayaraq oğurluq etməsi faktı ilə əlaqədar olaraq müşahidə kameralarndan əldə edilmiş videogörüntülər olan 1 ədəd DVD diskə baxış keçirilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında 17 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Kompakt disklərə baxış keçirilməsi haqqında” 23 iyun 2020-ci il tarixli protokoldan görünür ki, cinayət hadisəsini özündə əks etdirən videogörüntülərə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 13 ünvanında yerləşən aptekə quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs1 iştirakları ilə baxış keçirilən zaman kompakt diskdə 16 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. Görüntüyə baxış zamanı 12 aprel 2020-ci il saat 04:23 dəqiqədə bir nəfər başında papaq əlində telefonun yaran işıq olan şəxs aptekin içərisində görünür, siyirmələrdə axtarış aparır, daha sonra 04:25 dəqiqədə digər otağa keçərək orada otağın şkaflarında axtarış aparır, oradan da nə isə götürüb cibinə qoyaraq apteki tərk edir. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə olan başında papaq əlində telefon olan şəxsin özü olduğunu bildirdi. ünvan 22 ünvanında yerləşən gözəllik salonuna quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs1 iştirakları ilə baxış keçirilən zaman kompakti diskdə 4 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. Görüntüyə baxış zamanı 25 mart 2020-ci il saat 02:52 dəqiqədə üç- nəfər şəxsin gözəllik salonuna yaxınlaşdığı, onlardan birinin kənarda dayandığı, digər iki nəfərin isə gözəllik salonunun giriş qapısına güc tətbiq edərək açdığı görünür. Həmin şəxslərdən birinin saçı nisbətən uzun, digərinin saçı isə qısa olmaqla ağız nahiyəsində qoruyucu maska vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 saçı uzun olan şəxsin özü olduğunu, ağzında maska olan şəxsin isə Təqsirləndirilən şəxs2 olduğunu, kənarda dayanan şəxsin isə X11 olduğunu bildirdi. Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 75 ünvanında yerləşən gözəllik salonuna quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman kompakt diskdə 112 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. 4-cü görüntüyə baxış zamanı 03 noyabr 2019-cu il saat 03:08 dəqiqədə bir nəfər şəxsin gözəllik salonunun daxilində axtarış apardığı görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə olan şəxsin özü olduğunu bildirdi. ünvan 29 ünvanında yerləşən mağazaya quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman kompakt diskdə 1 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. Görüntüyə baxış zamanı 07 fevral 2020-ci il saat 03:50 dəqiqədə iki nəfər şəxsin mağazanın daxilində kassa aparatını açaraq içərisindən pulları götürməsi görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə olan şəxsin özü və tanışı Ayxan olduğunu bildirdi. ünvan 30 ünvanında yerləşən gözəllik salonuna quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman kompakt diskdə 3 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. Görüntüyə baxış zamanı 14 fevral 2020-ci il saat 04:23 dəqiqədə iki nəfər şəxsin gözəllik salonunun daxilində axtarış aparması görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə olan şəxsin özü və tanışı Hüseyn olduğunu bildirdi. Bakı şəhəri, Nərimanov rayonu. X37 prospekti 53 ünvanında yerləşən gözəllik salonuna quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman kompakt diskdə 2 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. Görüntüyə baxış zamanı 28 fevral 2020-ci il saat 05:45 dəqiqədə iki nəfər şəxsin gözəllik salonunun daxilində əllərində mobil telefonun fanarı qoşulu vəziyyətdə axtarış aparması görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə olan şəxsin özü və tanışı Hüseyn olduğunu bildirdi. ünvan 32 ünvanında yerləşən gözəllik salonuna quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilən zaman kompakt diskdə 1 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. Görüntüyə baxış zamanı 01 fevral 2020-ci il saat 05:02 dəqiqədə iki nəfər şəxsin gözəllik salonunun daxilində əllərində mobil telefonun tanan qoşulu vəziyyətdə axtarış aparması görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə olan şəxsin özü və tanışı Rəhman olduğunu bildirdi. ünvan 33 ünvanında yerləşən şirkətə quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs1 Aril oğlunun iştirakı ilə baxış keçirilən zaman kompakt diskdə 1 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. Görüntüyə baxış zamanı 29 may 2020-ci il saat 05:25 dəqiqədə iki nəfər şəxsin şirkətdən çıxaraq yola doğru hərəkət etmələri görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs1 görüntüdə olan şəxsin özü və tanışı Təqsirləndirilən şəxs2 olduğunu bildirdi. “Kompakt disklərə baxış keçirilməsi haqqında” 23 iyun 2020-ci il tarixli protokoldan görünür ki, İstintaq zamanı cinayət hadisəsini özündə əks etdirən videogörüntülərə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilmişdir. Belə ki, ünvan 22 ünvanında yerləşən gözəllik salonuna quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs2 iştirakları ilə baxış keçirilən zaman kompaktı diskdə 4 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. Görüntüyə baxış zamanı 25 mart 2020-ci il saat 02:52 dəqiqədə üç nələr şəxsin gözəllik salonuna yaxınlaşdığı, onlardan birinin kənarda dayandığı, digər iki nəfərin isə gözəllik salonunun giriş qapısına güc tətbiq edərək açdığı görünür. Həmin şəxslərdən birinin saçı nisbətən uzun, digərinin saçı isə qısa olmaqla ağız nahiyəsində qoruyucu maska vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 saçı uzun olan şəxsin Təqsirləndirilən şəxs1 olduğunu, ağzında maska olan şəxsin isə özü olduğunu, kənarda dayanan şəxsin isə X11 olduğunu bildirdi. ünvan 24 ünvanında yerləşən tikinti materialları mağazasının qarşısına quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilən zaman kompakt diskdə 1 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. Görüntüyə baxış zamanı 11 may 2020-ci il saat 04:57 dəqiqədə iki nəfər şəxsin tikinti materialları mağazasının qarşısında görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 görüntüdə olan şəxsin onunla qardaşı Hüseyn olduğunu bildirdi. Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 1c ünvanında yerləşən gözəllik salonuna quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilən zaman kompakt diskdə 1 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. Görüntüyə baxış zamanı 01 fevral 2020-ci il saat 05:02 dəqiqədə iki nəfər şəxsin gözəllik salonunun daxilində əllərində mobil telefonun fanarı qoşulu vəziyyyətdə axtarış aparması görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 görüntüdə olan şəxsin özü və tanışı Təqsirləndirilən şəxs1 olduğunu bildirdi. ünvan 16 ünvanında yerləşən şirkətə quraşdırılmış videomüşahidə kameralarının görüntülərinin əks olduğunu CD-yə Təqsirləndirilən şəxs2 iştirakı ilə baxış keçirilən zaman kompakt diskdə 1 ədəd videogörüntü faylının olduğu müəyyən edildi. Görüntüyə baxış zamanı 29 may 2020-ci il saat 05:25 dəqiqədə iki nəfər şəxsin şirkətdən çıxaraq yola doğru hərəkət etmələri görünür. Baxışda iştirak edən Təqsirləndirilən şəxs2 görüntüdə olan şəxsin özü və tanışı Aydın olduğunu bildirdi. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 23 iyun 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 AR CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələr ilə elan edilmiş ittihamın dəyişdirilmədən saxlanılması, “Simpatiya” gözəllik salonu, Zərərçəkmiş şəxs10 MMC-nin mağazası, Anti X44 gözəllik salonu, Tendezza gözəllik salonu, KM gözəllik salonu, Babor gözəllik salonu, Yusi Ko MMC-dən götürülmüş və hadisə baş verən zaman videomüşahidə kameralarındakı görüntülərin əks olunduğu CD disklər maddi sübut kimi tanınması qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək və ona yenidən ittiham elan edilməsi haqqında 23 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 AR CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmək və ona yenidən ittiham elan edilməsi haqqında 23 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə yenidən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nizami RPİ-nin Bakı şəhəri Nərimanov Məhkəməsinə ünvanladığı 16.10.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 24.09.2020-ci il tarixdə tutularaq Nizami RPİ-nin İŞ-nə təhvil verilmişdir. Nərimanov RPİ-nin 17-ci PŞ-nin Bakı şəhəri Nərimanov Məhkəməsinə ünvanladığı 28.10.2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 02.10.2020-ci il tarixdə tutularaq AR ƏN-nin PX-in BİT-na təhvil verilmişdir. Zərərçəkmiş şəxs10 MMC-nin nümayəndəsinin məhkəməyə təqdim etdiyi 17.11.2020-ci il tarixli mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs10 MMC-nin ehtiyat hissələrinin satışı obyektinə daxil olaraq 3900 manat oğurluq edərək mənimsəmişlər. MMC-yə dəymiş 3900 manat məbləğində pulun təqsirləndirilən şəxslərdən tutulub MMC-nin xeyrinə ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs5 məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanın ödənilməməsinə baxmayaraq heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona dəymiş ziyanın ödənilməməsinə baxmayaraq heç bir şikayət və tələbi yoxdur. Abşeron Rayon Məhkəməsinin 1(012)-472/2020 nömrəli, 18.11.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 AR CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, AR CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı cəmi 03 ay 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 il 8 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 09.03.2021-ci il tarixli qərarından görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-472/2020 nömrəli, 18.11.2020-ci il tarixli hökmü ilə qəti olaraq təyin olnumuş 1 il 8 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 1 il 6 ay 8 gün hissəsi iki gün azadlığın məhdudlaşdırılması bir gün azadlıqdan məhrum etmə hesabı ilə hesablanmaqla 9 ay 4 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08.07.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin 1(012)-472/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-56/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qərarı ilə əvəz edilmiş 9 (doqquz) ay 4 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 5 (beş) ay 5 (beş) gün müddəti hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, ona qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 08 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin 23.09.2021-ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısı X26 tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 08 iyul 2021-ci il tarixli, 1(011)-142/2021 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Təqsirləndirilən şəxs2 Abşeron Rayon Məhkəməsinin 1(012)-472/2020 nömrəli, 18 noyabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-56/2021 nömrəli, 09 mart 2021-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə ilə əvəz edilməklə həmin qərarla təyin edilmiş 9 (doqquz) ay 4 (dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin və cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının çəkilməsinin başlanğıcı 09 mart 2021-ci il tarixdən hesablanması qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02.03.2021-ci il tarixli hökmdən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 03 noyabr 2020-ci il tarixdən 05 noyabr 2020-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmaqla üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 02 mart 2021-ci il tarixdən hesablanmış, barəsində bu iş üzrə seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilmiş və həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmış və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-4/2021 saylı 11 yanvar 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun Qərarında göstərilir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Qərarda həmçinin qeyd edilir ki, «CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2. və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 428.2-ci maddəsinə əsasən cinayət prosesində yetkinlik yaşına çatmayanlar dedikdə, cinayətin törədilməsi anınadək on səkkiz yaşına çatmamış şəxslər başa düşülür. 429.0-cı maddəsinə əsasən törədilən cinayət üzrə müəyyən edilməli olan hallardan başqa yetkinlik yaşına çatmayanlar barəsində icraat zamanı aşağıdakı hallar müəyyən edilməlidir: 429.0.1. yetkinlik yaşına çatmayanın yaşı (doğulduğu il, ay, gün); 429.0.2. yetkinlik yaşına çatmayanın həyat və tərbiyə şəraiti; 429.0.3. yetkinlik yaşına çatmayanın fiziki intellektual və əqli inkişaf səviyyəsi; 435.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: 435.4.1. cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; 435.4.2. yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 30 iyun tarixli 4 nömrəli qərarının 11-ci bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən, Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər də (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) nəzərə alınmalıdır. İlk növbədə, azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 353.6-cı maddəsinə əsasən məhkəmə baxışı bir neçə təqsirləndirilən şəxs barəsində aparıldıqda müvafiq məhkəmənin hökmündə bu Məcəllənin 353.2.3-353.2.9, 353.3-353.5-ci maddələrində göstərilmiş məsələlər təqsirləndirilən şəxslərdən hər birinə dair ayrı-ayrılıqda qeyd edilir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, cinayət əməlini yetkinlik yaşına çatmayan dövrdə törətməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində məhkəmədə digər oğurluq cinayətlərinə görə işin olması, hazırkı iş üzrə cinayətin epizodlarının çoxluğu, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması), dəymiş zərərin ödənilməsi istiqamətində heç bir hərəkətin göstərilməməsi, habelə həyat tərzi onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallara, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə, cinayətkar qrupda roluna davranışına tam uyğun olmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət işi üzrə sonuncu epizod üzrə cinayət əməlini 29.05.2020-ci il tarixdə törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməli, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1495/2021 nömrəli, 23.09.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il 6 (altı) müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla, ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 09.03.2021-ci il tarixdən hesablanmalı (CPM 158.2.1, 158.6.), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-56/2021 nömrəli 09.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, əməllərindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs3 ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməllərində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində məhkəmədə digər oğurluq cinayətlərinə görə işin olması, hazırkı iş üzrə cinayətin epizodlarının çoxluğu, ictimai təhlükəlilik dərəcəsi (vurulmuş zərərin həcminin çox olması), dəymiş zərərin ödənilməsi istiqamətində heç bir hərəkətin göstərilməməsi, habelə həyat tərzi onun sabit kriminal meyilliliyinə dəlalət edir. Ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edildiyi halda həmin cəza təqsirləndirilən şəxs tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almamaqla yanaşı cəzanın məqsədini təmin etməyəcək (CM-nin 41.2). Məhkəmə cəza məsələsini müzakirə edərkən hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran hallara, onun özünün şəxsiyyətinə və ailə vəziyyətinə, cinayətkar qrupda roluna davranışına tam uyğun olmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət işi üzrə sonuncu epizod üzrə cinayət əməlini 29.05.2020-ci il tarixdə törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs1 barəsində cəza Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən təyin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-139/2021 nömrəli, 02.03.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla, ona qəti cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 02.03.2021-ci il tarixdən hesablanmalı (CPM 158.2.1, 158.6.), barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həmçinin Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-4/2021 nömrəli 11.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınan və cinayət işinə əlavə edilmiş 07 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının ümumi dəyəri 146 (bir yüz qırx altı) manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilməlidir. Bundan başqa, məhkəmə zərər çəkmiş hüquqi şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onların vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs10nə 3009 manat məbləğində ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindikləri üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs10nə vurduqları ziyan da təqsirləndirilən şəxslər tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia qismən təmin olunmalı, vurulmuş maddi zərərə görə 3009 (üç min doqquz) manat pul təqsirləndirilən şəxslər (mülki cavabdehlər) – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq zərər çəkmiş hüquqi şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs10 xeyrinə ödənilməlidir «Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilmasi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1 və 99-1.1.1-ci maddəsinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxslər barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında 20.06.2021-ci il tarixədək dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Bakı Apellyasiya Məhkəməsinin 1(103)-1495/2021 nömrəli, 23.09.2021-ci il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 3 (üç) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 09 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 7(011)-56/2021 nömrəli 09.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində qismində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-139/2021 nömrəli, 02.03.2021-ci il tarixli hökmü ilə qəti olaraq təyin edilmiş 2 (iki) il 2 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 2 (iki) il 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 02 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilsin və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 4(007)-4/2021 nömrəli 11.01.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut-7 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 146 (bir yüz qırx altı) manat müştərək qaydada təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə keçirilsin. Mülki iddia qismən təmin edilsin və vurulmuş maddi zərərə görə 3009 (üç min doqquz) manat pul təqsirləndirilən şəxslər (mülki cavabdehlər) – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub zərər çəkmiş hüquqi şəxs (mülki iddiaçı) - Zərərçəkmiş şəxs10 xeyrinə ödənilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X4 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X5 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 70 (yetmiş) iş saatına görə 420 (dörd yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X3 etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında 20.06.2021-ci il tarixədək dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 (iyirmi) iş saatına görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar