Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-39/2022 17.01.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" Qapalı Səhmdar Cəmiyyətində mühəndis vəzifəsində işləyən, Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 dekabr 2016-cı il tarixdə Azərbaycan Respublikası Vegilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində ********** nömrəli VÖEN-lə qeydiyyata alınmaqla Respublika ərazisində maye qaz təsərrüfatı obyektlərinin quraşdırılması və layihələndirilməsi ilə məşğul olan "xxxx" Qapalı Səhmdar Cəmiyyəti üzrə 8 fevral 2017-ci il tarixli əmrlə həmin Cəmiyyətin X34 qazlaşdırılması şöbəsinə mühəndis vəzifəsinə təyin edilməklə qeyd edilən vəzifədə işləyərkən vəzifə təlimatına əsasən avtomatik vasitələrdən istifadə etməklə X34 qaz kəmərlərinin eskiz və işçi layihələrini işləyib hazırlamaq, hazırlanacaq layihə sənədlərinin texniki tapşırıqlara, standartlara, texniki təhlükəsizlik normalarına, istehsalatda iqtisadi texnologiyanın tələblərinə uyğun cavab vermək, eləcə də onların standartlaşmış vahid şəklə salınmış hissə və yığım vahidlərindən istifadəsini təmin etmək, layihə üzrə texniki hesablamalar aparmaq və layihəsi olunacaq fərdi yaşayış evinin qaz kəmərinin effektivliyini təhlil etmək, sorğu blankını öyrənmək və əvvəl işlənib hazırlanmış cizgilərdə dəyişiklik haqqında bildiriş vərəqələrini və başqa texniki sənədləri tərtib etmək, işlənib hazırlanmış layihələri müəssisə, layihənin baş mühəndisi, sifarişçi və nəzarət orqanları nümayəndələri ilə razılaşdırıb, işlənib hazırlanmış layihəni iqtisadi cəhətdən əsaslandırmaq kimi funksiyalara malik olmaqla, işə qəbul edildiyi tarixdən etibarən Cəmiyyətin rəhbərliyi tərəfindən işlədiyi mühəndis qrupunun işinə faktiki rəhbərliyin ona həvalə edilməsi səbəbindən sahənin istehsal təsərrüfat fəaliyyətinə rəhbərlik etmək, müəyyən edilmiş vaxt ərzində obyektlərin verilməsi planının və tikinti quraşdırma işlərinin kəmiyyət və keyfiyyət göstəricilərinə əsasən yerinə yetirilməsini, layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasını təmin etmək, işin mexanikləşdirilməsi səviyyəsini yüksəltmək, yeni texnikanın tətbiqini, əməyin təşkilinin təkmilləşdirilməsini tikinti quraşdırma işlərinin maya dəyərinin aşağı salınmasını, materialların qənaətlə işlədilməsi üçün tədbirləri həyata keçirmək, əməyin qabaqcıl üsul və metodlarının yayılması üzrə iş aparmaq, tikinti maşınları, nəqliyyat və mexaniki vasitələrin, materiallar, konstruksiyalar, detallar (hissələr) alətlər, inventar və s. əldə edilməsi üçün sifarişlər hazırlamaq və onlardan səmərəli istifadə olunmasını təmin etmək, görülmüş işlərin uçotunu aparmaq, texniki sənədləşməni tərtib etmək, sifarişçilərin tamamlanmış tikinti obyektləri üzrə komplekslərin və ayrı-ayrı hissələrin təhvil verilməsində iştirak etmək, işçilər üçün tikinti quraşdırma işlərinin həcmi üzrə istehsalat tapşırıqlarını müəyyən etmək, onların yerinə yetirilməsinə nəzarət etmək, təhlükəsiz metodlarla işləmək üçün bilavasitə iş yerlərində fəhlələrə təlimat vermək, təhlükəsizlik texnikasının vəziyyətini yoxlamaq və aşkar edilmiş qüsurların vaxtında aradan qaldırılması, istehsalat sanitariyası qaydalarının pozulmaması, işçilər tərəfindən əmək mühafizəsi təlimatına riayət edilməsi üçün tədbirlər görmək, işçilərin istehsal və əmək intizamına riayət etmələrini təmin etmək, fərqlənmiş işçilərin mükafatlandırılması, əmək və istehsalat intizamını pozanlara qarşı inzibatı cəzanın verilməsi üçün təkliflər təqdim etmək və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən maddi məsul vəzifəli şəxs qismində "xxxx" QSC-yə məxsus olmaqla ona etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq, 1 yanvar 2018-ci il tarixdən 1 yanvar 2021-ci il tarixədək olan müddətdə rəhbəri olduğu mühəndis qrupunda işləyən iş icraçısı Şahid5, çilingərlər Şahid2, Şahid1, Şahid3, Şahid4 və Şahid6 məxsus "xxxx" ASC tərəfindən təqdim edilmiş əməkhaqqı üçün plastik bank kartlarını sonunculardan alıb özündə saxlamaqla, cinayətdən xəbərsiz olan həmin şəxslərə əvvəlcədən məzuniyyətə buraxılma istəyini ifadə edən ərizələrə imza etdirməklə onların həmin Cəmiyyətin direktorunun müvafiq əmri ilə müxtəlif müddətlərə əmək məzuniyyətinə buraxılmasına nail olub, qeyd edilən şəxslərə məzuniyyətə buraxılmaları və onlara məzuniyyət pulunun ödənilməsi barədə məlumat vermədən, onların hesabına 12 aprel 2018-ci il tarixdən 12 sentyabr 2020-ci il tarixədək məzuniyyət pulu qismində köçürülmüş pul vəsaitlərini, o cümlədən Şahid2 hesabına 12.04.2018-ci il tarixdə köçürülmüş 829 manat, Şahid5 hesabına 08.08.2018-ci il tarixdə köçürülmüş 1.542 manat, Şahid1 olunun hesabına 12.02.2019-cu il tarixdə köçürülmüş 806 manat, Şahid2 hesabına 12.04.2019-cu il tarixdə köçürülmüş 1.077 manat, Şahid5 hesabına 15.07.2019-cu il tarixdə köçürülmüş 500 manat və 18.07.2019-cu il tarixdə köçürülmüş 1.098 manat, Şahid1 hesabına 24.02.2020ci il tarixdə köçürülmüş 1.000 manat, 04.03.2020-ci il tarixdə köçürülmüş 10 manat, Şahid2 hesabına 09.07.2020-ci il tarixdə köçürülmüş 283 manat, Şahid3 hesabına 17.07.2020-ci il tarixdə köçürülmüş 336 manat, Şahid4 hesabına 17.07.2020-ci il tarixdə köçürülmüş 336 manat, Şahid6 hesabına 17.07.2020-ci il tarixdə köçürülmüş 385 manat, Şahid5 hesabına 11.09.2020-ci il tarixdə köçürülmüş 341 manat, ümumilikdə 8.543 (səkkiz min beş yüz qırx üç) manat məbləğində pul vəsaitini 03.05.2018-ci il tarixdən 07.10.2020ci il tarixədək olan dövrdə qeyd edilən şəxslərə məxsus əmək haqqı üçün plastik bank kartlarından istifadə etməklə "xxxx" ASC-nin Bakı şəhəri ərazisində yerləşən bankomat cihazlarından, o cümlədən sonuncu dəfə 06.10.2020-ci il tarixdə "xxxx" ASC-nin ünvan 2 ünvanında yerləşən bankomat cihazından şəxsən və cinayətdən xəbərsiz olan Şahid5 vasitəsi ilə nağdlaşdırmaqla çıxarıb şəxsi ehtiyacları üçün sərf edərək "xxxx" QSC-yə məxsus olmaqla ona etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə vahid niyyətlə talamışdır. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik maddi məsul vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük, yəni qazanc əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, habelə qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək "xxxx" QSC-yə məxsus olmaqla ona etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə etməklə təkrarən mənimsəmə yolu ilə talamaqdan ibarət cinayətkar niyyətinə uyğun olaraq rəhbəri olduğu mühəndis qrupunda çilingər vəzifəsində işləyən Şahid1 1 avqust 2019-cu il tarixdən 2020-ci ilin sentyabr ayınadək faktiki olaraq işə gəlmədiyi və heç bir qulluq funksiyası yerinə yetirmədiyi, eləcə də həmin Cəmiyyət ilə aralarında bağlanmış subpodrat müqaviləsinə əsasən analoji işlə məşğul olan "xxxx" MMC-də işə başladığı üçün "xxxx" QSC-də işçi siyahısından çıxarılması və sonuncu ilə əmək müqaviləsinə xitam verilməsi üçün həmin Cəmiyyətin rəhbərliyinə məlumat verməli olduğu halda həmin vəzifəsini icra etməyib, "xxxx" QSC üzrə müəyyənləşdirilmiş qrupun çilingərləri tərəfindən, üzərində qanunla müəyyən edilmiş rekvizitləri olmadığından rəsmi sənəd hesab olunmayan ay ərzində quraşdırılmış “Qaz sayğacının istismara qəbul edilməsi haqqında akt”lara həmin sayğacların guya Şahid1 tərəfindən quraşdırılması barədə qeydlər daxil etməklə tərtib etdiyi həmin sənədləri cinayətdən xəbərsiz baş mühasib Zərərçəkmiş şəxs Niyaz oğluna təqdim edərək qeyd edilən dövrdə Şahid1 əmək haqqı tarifləşdirilməsinə nail olub, 02.08.2019-cu il tarixdən 05.08.2020-ci il tarixədək olan müddətdə sonuncunun "xxxx" ASC-də adına açılmış hesaba əmək haqqı qismində köçürülmüş pul vəsaitlərini, o cümlədən, 02.08.2019-cu tarixdə köçürülmüş 328,45 manat, 15.08.2019-cu il tarixdə köçürülmüş 500 manat, 04.09.2019-cu il tarixdə 328,45 manat, 13.09.2019-cu il tarixdə 500 manat, 03.10.2019-cu il tarixdə 391,10 manat, 15.10.2019-cu il 500 manat, 05.11.2019-cu il tarixdə 1.017,60 manat, 15.11.2019-cu il tarixdə 1.000 manat, 05.12.2019-cu il tarixdə 517,60 manat, 13.12.2019-cu il tarixdə 1.000 manat, 29.12.2019cu il tarixdə 517,60 manat, 15.01.2020-ci il tarixdə 1.000 manat, 05.02.2020-ci il tarixdə 16,40 manat, 03.04.2020-ci il tarixdə 247,82 manat, 30.04.2020-ci il tarixdə 389,90 manat, 04.06.2020-ci il tarixdə 264,6 manat, 06.07.2020-ci il tarixdə 264,6 manat, 04.08.2020-ci il tarixdə 367 manat olmaqla, köçürülmüş cəmi 9.151,2 manat məbləğində pul vəsaitindən 8.255 manat məbləğində olan hissəsini 02.08.2019-cu il tarixdən 01.05.2020-ci il tarixədək olan dövrdə Şahid1 məxsus həmin plastik bank kartından istifadə etməklə "xxxx" ASC-nin Bakı şəhəri ərazisində müxtəlif ünvanlarda yerləşən bankomat cihazlarından, o cümlədən, sonuncu dəfə 30.04.2020-ci il tarixdə "xxxx" ASC-nin Bakı şəhəri Xətai rayonu ərazisində yerləşən bankomat cihazlarından birində şəxsən və cinayətdən xəbərsiz iş icraçısı Şahid5 vasitəsi ilə nağdlaşdırmaqla çıxardığı ümumilikdə 8.255 manat məbləğində pul vəsaitini, habelə özündə saxladığı həmin bank kartına qeyd edilən müddətdə köçməklə üzərində sərbəst sərəncam vermə imkanına malik olduğu 896,2 manat məbləğində pul vəsaitini şəxsi məqsədlərinə uyğun nağdlaşdırmadan hesabda saxlamaqla, cəmi 9.151,2 manat (doqquz min bir yüz əlli bir manat iyirmi qəpik) məbləğində "xxxx" QSC-yə məxsus olmaqla ona etibar edilmiş əmlakı öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəmə yolu ilə vahid niyyətlə təkrarən talamış, həmin hərəkətləri ilə "xxxx" QSC-nin əmlakının qorunub saxlanılması, maliyyə vəsaitlərindən qənaətlə və fəaliyyət məqsədlərinə uyğun istifadə edilməsi və cəmiyyətdə nüfuzunun qorunub saxlanılması ilə əlaqədar fəaliyyətini pozmaqla əmlak hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2017-ci ilin fevral ayında "xxxx" QSC-də mühəndis vəzifəsinə işə qəbul edilmişdir. Cəmiyyətin fəaliyyəti respublika ərazisində maye qaz təsərrüfatı obyektlərinin quraşdırılması və layihələndirilməsindən ibarətdir. Yaşadığı ünvana qaz çəkilməsi üçün vətəndaş ASAN kommunal xidmət mərkəzinə yaxud onların cəmiyyətinə müraciət etdikdən sonra "xxxx" İB-nin mütəxəssisi və onların cəmiyyətinin nümayəndəsinin iştirakı ilə həmin ünvana baxış keçirilir, əgər oraya qazın çəkilməsi mümkün olarsa "xxxx" İB vərəndaşın sorğusunu təsdiqləyir, bundan sonra QSC ilə vətəndaş arasında müqavilə bağlanılır, QSC-nin hesabına müqavilədə nəzərdə tutulmuş 262 manat rüsum ödənildikdən sonra işin icrasına başlanılır, 22 iş günü müddətində qazlaşma başa çatdırılır. QSC tərəfindən həyata keçirilən xidmətlərə sorğunun hazırlanması, "xxxx" İB-də təsdiqlənməsi, layihə sənədlərinin hazırlanması, detektor dəstinin alınması və quraşdırılması, ünvana baxış keçirilməsi, qaz sayğacının "xxxx" İB-dən təhvil alınaraq ünvana çatdırılması və tikinti quraşdırma işlərinin həyata keçirilməsi, daha sonra işin aktla vətəndaşa və "xxxx" İB-nə təhvil verilməsindən ibarətdir. O, QSC-də qrup rəhbəri vəzifəsində işləmişdir. Onun rəhbərlik etdiyi qrupa Şahid2, Şahid5, Şəfiyev Taleh, Babayev Emil, Şahid1 və digərləri daxil olmuşdurlar. Digər qruplar kimi onların da işləri qaz sayğaclarının quraşdırılmasından ibarət olmuşdur. Bəzən müraciət edən vətəndaş banka ödəniş etmək istəmədiyindən ödənişi qrup üzvlərinə vermiş, müvafiq çilingər də həmin ödənişi QSC-nin Rabitəbank ASC-dəki hesabına ödəmiş, daha sonra bank qəbzini texniki şərtlə birgə qrup rəhbərinə, yəni ona vermişdir. İşçilərin əməkhaqlarının ödənilməsi qaydasına izah verərək göstərmişdir ki, hər bir işçinin əməkhaqqı kartına vergi ilə birgə quraşdırılan hər sayğaca görə 70 manat, vergi tutulduqdan sonra isə 60 manat köçürülürmüşdür. Hər bir işçinin neçə sayğac quraşdırması hər ayın sonunda özünün mühasibatlığa təqdim etdiyi akt sayı ilə müəyyən olunmuşdur. Şahid1 işə qəbul edilərkən onunla aralarında belə bir razılaşma olmuşdur ki, quraşdırılan hər sayğaca görə ona 40 manat nağd qaydada ödəniş olunacaqdır. Şahid1 bütün işlədiyi dövrdə ona quraşdırdığı sayğac sayına uyğun ödəniş edilmişdir. Bundan başqa Həbiblə arasında olan razılaşma digər çilingərlər də işə qəbul edilərkən onlarla da arasında olmuş, iş icraçısı Şahid5 işə qəbul edilərkən isə onunla ümumi qrup tərəfindən ay ərzində quraşdırılan hər sayğaca görə 10 manatdan əməkhaqqı hesablanacağı barədə razılığa gəlmişlər. Qeyd etmişdir ki, o və iş icraçısı Aqil özləri sayğac quraşdırmamış, sadəcə təşkilati və nəzarət funksiyaları yerinə yetirmişlər. Bundan başqa qeyd etmişdir ki, qrupa hər sayğaca görə ödənilən 60 manatın 40 manatının çilingərə verilməsi, qalıq 20 manatdan 10 manat iş icraçısına və 10 manatın ona verilməsi qaydasında bölünməsi İxtiyar Qəhrəmanovun şifahi göstərişi əsasında aparılsa da, bu məsələ işçilərlə də razılaşdırılmışdır. Şahid1 01.01.2018-ci il tarixdən "xxxx" QSC-də işləməyə başlasa da, sonuncunun əmək müqaviləsi 01.02.2018-ci il tarixdə bağlanmışdır. Belə ki, sonuncu, 2018-ci ilin yanvar ayında da, başqa qruplarla, o cümlədən onun rəhbərlik etdiyi qrupla işləyərək sayğac quraşdırmaq istəyən şəxslərin sənədlərini təqdim etmiş, yaxşı işçi olduğundan 2018-ci ilin fevral ayının 1-də Həbiblə QSC arasında əmək müqaviləsi bağlanmışdır. Bundan başqa prosedur qaydalara əsasən vətəndaş yaşadığı ünvana qaz çəkilməsi üçün Asan Kommunal xidmət mərkəzinə, yaxud işlədiyi QSC-yə müraciət etdikdən sonra "xxxx" İB-nin mütəxəssisinin və QSC-nin nümayəndəsinin iştirakı ilə həmin ünvana baxış keçirilməli, əgər həmin ünvana qazın çəkilməsi mümkün olarsa "xxxx" İB vətəndaşın sorğusunu təsdiqləməli, bundan sonra QSC ilə vətəndaş arasında müqavilə bağlanılmalı, QSC-nin hesabına müqavilədə nəzərdə tutulmuş 262 manat rüsum ödənildikdən sonra işin icrasına başlanılmalı, 22 iş günü müddətində qazlaşma başa çatdırılmalı olsa da bəzi hallarda Həbib yaşadığı ünvanda qonşularının, tanışlarının qaz sayğacı quraşdırmaq istədiyini, ancaq xəstə yaxud savadsız olduqlarından hara müraciət edə bilmədiklərini, sonuncuya müraciət etdiklərini, 262 manat rüsumu da ona verdiklərini bildirməsi səbəbindən Həbibin vətəndaşlardan aldığı 262 manat rüsumu götürərək banka ödəmişdir. Qrupa yeni üzv qəbul ediləndə mühasibatlıqdan kartını götürdükdən sonra könüllü qaydada əməkhaqqı kartlarını ona vermişdirlər. İşçilərin kartı işə girəndən etibarən onda olmuş, 2020-ci ilin iyul-avqust aylarında kartlar kart sahiblərinə geri qaytarılmışdır. Özündə saxladığı işçilərin plastik əməkhaqqı kartlarından pul vəsaitlərini əsasən özü çıxarmış, bəzi hallarda Aqil onun xahişi ilə kartlardan pul vəsaitlərini çıxarıb ona vermişdir. QSC-də işlədiyi müddətdə ona qrup üzvlərinin quraşdırdığı sayğacların ümumi sayına uyğun olaraq ödənilən 10 manatdan başqa 2017, 2018, 2019 və 2020-ci illər ərzində əmək məzuniyyət pulu qismində vəsait də ödənilmiş, başqa hər hansı ödəniş almamışdır. Həqiqətən də işlədikləri müddətdə 2021-ci ilə qədər qrup üzvləri Əmək Məcəlləsinin tələbləri baxımından məzuniyyətə çıxarılsalar da məzuniyyətdə olmamış, işləmişdirlər. Məzuniyyətdə olduqları müddətdə o, işçilərin kartına köçən məzuniyyət pulu ilə məzuniyyət vaxtı gördükləri işin haqqını ödəmişdir. Məzuniyyətə çıxmaq üçün müraciət edən olmadığından bu barədə onlara məlumat vermək zərurəti görməmişdir. Həqiqətən də həmin ərizələrə işçiləri o, imza etdirmişdir. İşçilərə hesablanıb məzuniyyət pulu kimi ödənilən vəsaiti doğrudur işçilərə verməsə də, işlə bağlı xərclərə sərf etmişdir. Bundan başqa məzuniyyət pulu kimi işçilərə hesablanıb ödənilən vəsaiti işlə bağlı xərclərə sərf etməsini ona heç kim deməmiş, habelə qeyri rəsmi qaydada benzin və digər xərclərə sərf etdiyindən hazırda bunu heç cür təsdiq edə bilməmişdir. QSC rəhbərliyindən kiminsə onun işçilərin məzuniyyət pullarını şəxsi ehtiyaclarına xərcləməsindən məlumatı olmamışdır. QSC-də işləyən hər bir şəxsə quraşdırdığı sayğac sayına uyğun olaraq hər ay plastik kart vasitəsilə vergi tutulduqdan sonra bir sayğaca görə 60 manat ödənilmiş, həmin vəsait özü tərəfindən kartdan çıxarıldıqdan sonra çilingərə quraşdırdığı hər sayğaca görə 40 manat, Aqilə və özünə isə qrup tərəfindən quraşdırılan hər sayğaca görə 10 manat pul ayırmışdır. İşlədiyi dövrdə heç vaxt quraşdırdığı sayğac sayından asılı olmayaraq çilingərlərə bərabər maaş hesablanması, bu barədə iclas keçirilməsi, iclasda belə razılıq əldə edilməsi halı olmamışdır. Qrup üzvlərinin quraşdırdığı sayğacların istismara qəbulu barədə aktlara çilingər özü, o və ya iş icraçısı imza edə bilər. Burada hər hansı məcburiyyət yoxdur. Həmin akta kimin imza etməsindən asılı olamayaraq sifarişçi "xxxx" İB-nin nümayəndəsinin imzası, möhürü, QSC-nin möhürü və müvafiq kodun olması yoxlanılır. Həmin rekvizitlər olduqda akt keçərli hesab edilir. O, hər ay qrup üzvləri tərəfindən quraşdırılan sayğaclar barədə aktları mühasibatlığa təqdim etmiş, ümumi aktlara görə qrupa ayrılan vəsaiti işçilər arasında bölərək həmin miqdarda işçilərin hesabına vəsait ödəməsini baş mühasibə tapşırmışdır. Onun və Aqilin plastik əməkhaqqı kartına quraşdırılan sayğaclarla bağlı vəsaitlər məhz vergitutmanın qarşısını almaq məqsədilə onun göstərişi əsasında köçürülsə də özü və iş icraçısı quraşdırılan hər sayğaca görə ayrılan 10 manatdan başqa vəsait almamışlar. Pulun kimin kartına vurulmasından asılı olmayaraq çilingərə quraşdırdığı sayğac sayına uyğun 40 manatdan olmaqla əməkhaqqını nağd qaydada ödəmişdir. “Şahid1 ifadəsində göstərmişdir ki, o QSC-də 2019-cu ilin iyuluna qədər işləmiş, 2019-cu ilin avqust ayında adı QSC-də işçi siyahısından çıxarılmasa da QSC ilə subpodrat müqaviləsi bağlamış "xxxx" MMC-də işləməyə başlamış, işdən çıxdığı dövrə qədər yəni 2019-cu ilin iyul ayından 2020-ci ilin avqust ayınadək cəmi bir dəfə 2020-ci ilin yanvar ayında QSC üçün 10 ədəd sayğac quraşdırmış, bunun nağd formada pulunu almış, qeyd edilən dövrdə bundan başqa QSC üçün sayğac quraşdırmamış, işləməmiş, əməkhaqqı almamışdır. Lakin QSC tərəfindən təqdim edilən, Şahid1 tərəfindən quraşdırılması iddia edilən 300 ədəd sayğacdan təxminən 100-ə qədəri həmin tarixləri əhatə edir. 2019-cu ilin iyul ayından sonra Şahid1 QSC-də işləmədiyi halda onun tərəfindən guya hər ay müəyyən sayda sayğac quraşdırılması barədə verilmiş məlumat əsasında Həbibə 2020-ci ilin avqust ayınadək cəmi 10161 manat əməkhaqqı ödənilmiş, habelə həmin vəsaitdən 1010 manat məzuniyyət pulu olmuşdur. Nəzərə alsaq ki, Həbib 2020-ci ilin yanvarında 10 sayğac quraşdırmağa görə nağd qaydada 400 manat pul almışdır, elə isə Həbibə həmin dövrdə heç bir iş görmədiyi, sayğac quraşdırmadığı halda ödənilən 9761 manatla bağlı nə deyə bilərsiniz?” sualına cavab olaraq göstərmişdir ki, həqiqətən də 2019-cu ilin iyul ayından sonra Həbib QSC-də işə çıxmamış, sonuncu eşitdiyinə görə "xxxx" MMC üçün işləmişdir. Həqiqətən də 2020-ci ilin yanvar ayında öz xahişi ilə Həbibə 10 ədəd sayğac verilmiş, daha sonra 10 ədəd sayğaca görə 40 manatdan olmaqla 400 manat əməkhaqqı onun tərəfindən Həbibə ödənilmişdir. O, bildiyi qədər 2019-cu ilin iyul ayından 2020-ci ilin avqust ayınadək Həbib QSC üçün işləməmiş, sonuncuya həmin 400 manatdan başqa ödəniş verilməmişdir. Həmin dövrdə iş yükü çox olduğundan kənar qruplardan çilingərlərə müvafiq ərazilərdə sayğac quraşdırmalarını tapşırmış, onlardan aktı aldıqdan sonra digər aktlarla birgə mühasibatlığa təqdim etmiş, sonradan kənar çilingərlər tərəfindən quraşdırılan sayğac aktlarını nəzərə alıb həmin vəsaiti Həbibin kartına vurmasını baş mühasibə tapşırmışdır. Həbibin kartı onda olduğundan karta köçən vəsaiti kartdan çıxarıb həmin kənar çilingərlərə nağd qaydada vermişdir. Həbibin işə çıxmamasından QSC rəhbərliyi və baş mühasib məlumatsız olmuşdurlar. Aktlarda isə Həbibin imzası olmamış, ya o, adını yazıb imza etmişdir, ya da Həbibin adını akta daxil etsə də akt imzasız mühasibatlığa təqdim edilmişdir. Aktları ümumi vermiş, mühasibatlıq aktları saydıqdan sonra kimə neçə akta görə pul köçürülməsini şifahi bildirmişdir. Lakin 2020-ci ilin iyun ayından sonra əməkhaqqı cədvəli onun mühasibalığa təqdim etdiyi hər kəsin gördüyü işə görə ona ödəniləcək vəsaitlə bağlı razılığını imzası ilə təsdiq edən akt əsasında tərtib edilmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək zərərçəkmiş şəxslə barışdığını, vurulmuş ziyanın zərərçəkmiş şəxsə tam ödənildiyini, eləcə də cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4 maddələri ilə cinayət məsuliyyətindən azad edilməsini, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, “X35” Qapalı Səhmdar Cəmiyyətində baş mühasib vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə eyni idarədə işlədiyi üçün onu tanıyır. Təqsirləndirilən şəxs sayğacların fərdi evlərə quraşdırılmasını həyata keçirən qrupun rəhbəri vəzifəsində işləyirdi. Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində QSC-yə ümumilikdə 17.700 manat ziyan dəymişdir. Sonda zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 01.02.2018-ci ildən etibarən “X35” QSC-də çilingər vəzifəsində işləmişdir. Cəmiyyətin fəaliyyəti respublika ərazisində maye qaz təsərrüfatı obyektlərinin quraşdırılması və layihələndirilməsindən ibarətdir. Yaşadığı ünvana qaz çəkilməsi üçün vətəndaş ASAN kommunal xidmət mərkəzinə yaxud onların cəmiyyətinə müraciət etdikdən sonra "xxxx" İBnin mütəxəssisi və onların cəmiyyətinin nümayəndəsinin iştirakı ilə həmin ünvana baxış keçirilir, əgər oraya qazın çəkilməsi mümkün olarsa "xxxx" İB vərəndaşın sorğusunu təsdiqləyir, bundan sonra QSC ilə vətəndaş arasında müqavilə bağlanılır, QSC-nin hesabına müqavilədə nəzərdə tutulmuş 262 manat rüsum ödənildikdən sonra işin icrasına başlanılır, 22 iş günü müddətində qazlaşma başa çatdırılır. O, Təqsirləndirilən şəxs rəhbərlik etdiyi qrupda fəaliyyət göstərmiş, həmin qrupda ondan başqa digər çilingərlər də işləmişdir. O, QSC-də işə qəbul edilərkən Muxtar ona işinin, ona tapşırılan ünvanlara qaz xəttinin çəkilməsi, qaz sayğaclarının quraşdırılması, qaz çəkilişi üçün müraciət edən vətəndaşlardan sənədlərin və rüsümun alınıb QSC-nin ofisinə təqdim edilməsindən ibarət olacağını, quraşdırılan hər sayğaca görə ona nağd qaydada 40 manat veriləcəyini bildirmiş, o da razılaşmışdır. İşə başladıqdan sonra Təqsirləndirilən şəxs mühasibatlıqdan ona verilən plastik əməkhaqqı kartını almış, bunun QSC-nin daxili qaydası olmasını bildirmiş, o da etiraz etməmişdir. Həmin vaxtdan etibarən Təqsirləndirilən şəxs tapşırdığı işləri yerinə yetirməyə başlamış, quraşdırdığı hər sayğaca görə 40 manatdan olmaqla nağd qaydada Təqsirləndirilən şəxs ödənişlər almışdır. 2019-cu ilin əslində iyun-iyul ayları da daxil olmaqla QSC-də işləmiş işlədiyi sayğacların təhvil aktlarını Muxtara vermiş, hər sayğaca görə 40 manat olmaqla pulunu nağd şəkildə Muxtardan almışdır. 2019-cu ilin iyul ayının sonlarından etibarən "xxxx" MMC-nin rəhbəri İlqar Hacıbəyli ilə bir sayğaca görə 60 manat verəcəyi barədə razılığa gəlmiş 2020-ci ilin may-iyun ayına qədər "xxxx" MMC üçün işləmişdir. Həmin dövrdə adının rəsmi olaraq işçi kimi QSC-də getməsini bilsə də, hələ işə girəndə mühasibatlıqda imza etməklə kartını alıb 2018-ci ilin fevral ayında Muxtarın tələbi ilə ona verdiyindən əməkhaqqı kartına nə qədər pul köçməsindən xəbəri olmamış və kartdan pul çıxarmamış habelə istifadə etməmişdir. Bir daha qeyd etmişdir ki, QSC-dən 2019-cu ilin iyul ayından ümumiyyətlə hər hansı məbləğdə pul almamışdır, çünki QSC üçün heç bir sayğac quraşdırmamışdır. Həqiqətən də QSC-də işlədiyi müddətdə təxminən 200 sayğac quraşdırmış, eyni sayda aktı Muxtara təqdim etmişdir. Lakin təqdim edilən aktlar arasında 2019-cu ilin avqust ayından etibarən onun adından quraşdırılmış kimi qeydlər aparılmış aktlar onun tərəfindən quraşdırılmış sayğaclar ola bilməz çünki qeyd etdiyi dövrdə QSC üçün heç bir sayğac quraşdırmamışdır. Habelə aktlara baxanda aktlarda onun imzasının olmadığını görmüşdür. İlkin ifadəsində bütün aktlara imza etdiyini göstərsə də bildirmişdir ki, həmin aktlar "xxxx" İB-nin mühəndisi tərəfindən doldurulur, QSC-nin hansı nümayəndəsi həmin sayğacı quraşdırırsa onun adı məhz "xxxx" İB-nin mühəndisi tərəfindən daxil edilir. Ola bilsin ki, o, hansısa akta imza etməsin. Lakin onun adı yazılan aktlar onun tərəfindən quraşdırılmış aktlardır. Lakin QSC tərəfindən təqdim edilmiş onun tərəfindən quraşdırılmış sayğacların istismara qəbul aktlarına baxanda QSCnin nümayəndəsi qrafasında Təqsirləndirilən şəxs da adının olmasını görmüşdür. Bir daha bildirir ki, QSC-də işlədiyi dövrdə ümumilikdə 2019-cu ilin iyul ayının sonuna qədər təxminən 200 sayğac quraşdırmışdır, buna görə də bir sayğaca 40 manatdan olmaqla Muxtar onun zəhməthaqqını nağd formada ödəmişdir. Həmin 40 manatlardan başqa ümumiyyətlə ona Muxtar və ya QSC-nin digər hansısa vəzifəli şəxsi tərəfindən heç bir ödəniş olunmamışdır. 2018-ci ilin əvvəlində işə girəndə Muxtar ona hər sayğaca görə 40 manat ödəniləcəyini demiş, qrupa 60 manat ödəniləcəyi, həmin puldan 20 manatın Muxtarın özünə çatmalı olması, qalan pulun ona veriləcəyi barədə heç bir danışıq olmamışdır. Plastik əməkhaqqı kartını da ondan alanda Muxtar hər sayğaca görə karta 40 manat köçəcəyini, özünün də hər sayğaca görə kartdan 40 manatları çıxarıb nağd formada ona verəcəyini demiş, kartı özündə saxlamasını idarədaxili qaydalarla izah etmişdir. Bunlardan əlavə onu da bildirmişdir ki, səhv etmirsə 2020-ci ilin yanvar ayında Muxtara müraciət edib maddi ehtiyaclarının olmasını bildirib ona əlavə 10 ədəd sayğac verməsini xahiş etmiş, həmin sayğacları ünvanlara quraşdırmış, vətəndaşlardan 262 manatdan olmaqla ödənişləri alıb Muxtara vermişdir, Muxtar da bir sayğaca görə 40 manatdan olmaqla ona 400 manat pul vəsaitini ödəmişdir. Bundan başqa 2019-cu ilin iyul ayının sonlarında "xxxx" MMC-də işləməyə başladıqdan sonra 2020-ci ilin avqustunda QSC-də əmək müqaviləsinə xitam verilənə kimi QSC üçün işləməmiş, Muxtardan hər hansı ödəniş almamışdır. Habelə 2020-ci ilin may ayında Muxtarla görüşərkən kartını ona təqdim etməyə çalışsa da ondan kartı qəbul etməmişdir. Bundan başqa QSC-də işlədiyi dövrdə ola bilsin ki, nə zamansa ona hansısa bir adla əmək məzuniyyətinə çıxarılmağı ilə bağlı ərizəyə Muxtar imza etdirmişdir, lakin o heç vaxt əmək məzuniyyətinə çıxmamış, 2018-ci ilin yanvar ayından 2019-cu ilin avqust ayınadək QSC-də hər ay davamlı olaraq işləmiş, hər ay quraşdırdığı sayğaclara görə Muxtardan 40 manatdan olmaqla əməkhaqqını almışdır. Muxtar ona başqa ödəniş etməmişdir. Eyni qayda onunla Muxtarın qrupunda işləyən digər əməkdaşlara münasibətdə də keçərli olmuşdur. 2020-ci ilin mart ayının ortalarında karantin elan edildiyindən və iş olmadığından o, yaşadığı Biləsuvar rayonuna gedib orada təxminən bir ay qamış, Biləsuvarda yaşadığı müddətdə iş olmadığından maddi ehtiyac yaranmış, o 190 manat məbləğində ödənişi almaq üçün müraciət etdikdə ƏƏSMN-dən ona mobil telefon vasitəsilə iş yerinin olması və aylıq 280 manat əməkhaqqı almağı səbəbindən imtina verilməsi barədə sms göndərilmişdir. O, adının işçi kimi hələ də QSC-də getməsini bilsə də əməkhaqqı almağını bilməmişdir. 2020ci ilin aprel ayının ilk ongünlüyündə o, yenidən Bakıya qayıtmış, Bakıya gəldikdən sonra aprel ayının sonlarında "xxxx" ASC-yə müraciət edib kart çıxarışını əldə etdikdə kartından işlədiyi dövrdə 26430 manat pul çıxarılmasını görüb təəccüblənmişdir. Bundan başqa faktiki olaraq işdən çıxmasa da 2019-cu ilin avqust ayından QSC-də əmək funksiyası yerinə yetirmədiyi və əməkhaqqı almadığı halda da 2020-ci ilin aprel ayına yəni kart çıxarışı çıxartdığı günə qədər kartından hər ay yüksək miqdarda pul vəsaitləri çıxarılmasını görmüşdür. İşləmədiyi dövrdə kartından vəsait çıxarılması habelə həmin 22 sayğacla bağlı yaranmış problemlə əlaqədar o, QSC-də işlədiyi qrupun tabe olduğu şöbənin müdiri Elmar müəllimə müraciət edib işləmədiyi dövrdə kartına köçürülmüş vəsaitin verilməsini bildirdikdə bundan imtina edildiyindən qeyd edilənlərlə bağlı Prokurorluğa müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 bildirmişdir ki, 2017-ci ilin sentyabr ayında "xxxx" QSC-də iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. O, QSC-də Təqsirləndirilən şəxs rəhbərlik etdiyi qrupun tərkibində olmuşdur. Digər qruplar kimi onların qrupu da yalnız qaz sayğaclarının quraşdırılması ilə məşğul olmuşdur. Bəzən müraciət edən vətəndaş banka ödəniş etmək istəmədiyindən ödənişi qrup üzvlərinə vermiş, müvafiq çilingər də həmin ödənişi QSC-nin "xxxx" ASC-dəki hesabına ödəmiş, daha sonra bank qəbzini texniki şərtlə birgə qrup rəhbəri Muxtara vermişdir. İşçilərin əməkhaqqlarının ödənilməsi qaydası belə idi ki, hər bir işçinin əməkhaqqı kartına vergi ilə birgə quraşdırılan hər sayğaca görə 70 manat, vergi tutulduqdan sonra isə 60 manat köçürülürdü. Hər bir işçinin neçə sayğac quraşdırması hər ayın sonunda Muxtarın mühasibatlığa təqdim etdiyi akt sayı ilə müəyyən olunurdu. İlkin izahatında işə qəbul edilərkən Muxtarla quraşdırılan hər sayağaca görə ona 40 manat ödəniləcəyi barədə razılaşdıqlarını göstərsə də həmin sözlər çilingər vəzifəsində işləyən şəxslərə aiddir, onunla Muxtar arasında belə razılaşma olmayıb. O, işə girərkən QSC-dən səlahiyyətli şəxs kimi Muxtar müəllim onunla danışmış, söhbət zamanı iş icraçısı vəzifəsinə qəbul ediləcəyini, işinin isə təşkilati məsələlərdən ibarət olacağını, işin gedişinə nəzarət, sayğacların çilingərlər arasında bölünməsi, ay ərzində quraşdırılan sayğacların hesabatı, çilingərlər tərəfindən yerlərdə işlərin icra vəziyyətinə nəzarət edəcəyini bildirmiş, buna görə onun rəhbərliyi altında işlədiyi qrup tərəfindən hər ay quraşdırılan sayğac sayına uyğun hər sayğaca görə 10 manatdan olmaqla ona əməkhaqqı hesablanıb ödəniləcəyini bildirdikdə o da razılaşmışdır. O, hər hansı sayğac quraşdırmalı olmamış və hazırki vaxtadək bir dənə də olsa sayğac quraşdırmamışdır. Ona hər sayğaca görə verilən 10 manat isə ümumilikdə hər sayğaca görə qrupa verilən 70 manatdan vergi tutulduqdan sonra qalıq qalan 60 manatdan çilingərə verilən 40 manat tutulduqdan sonra qrup rəhbəri və onun arasında bölünən məbləğ olmuşdur. 2021-ci ilin iyun ayına qədər bütün qrup üzvləri kimi onun da plastik əməkhaqqı kartı Təqsirləndirilən şəxs olmuş, hər ay kartına hansı miqdarda pulun köçəcəyini bilməsə də hər ayın sonu ay ərzində qrup tərəfindən quraşdırılan hər sayğaca görə ona 10 manatdan olmaqla nağd qaydada Muxtar tərəfindən əməkhaqqı verilmişdir. Hələ işə girəndə Muxtarov plastik əməkhaqqı kartının özündə qalacağını demişdir. Mümkündür ki, bəzi hallarda Muxtarla birgə bankomata gedib qrup üzvlərinin kartlarından vəsaitləri birgə çıxarmışlar, əksər hallarda Muxtar vəsaitləri özü bankdan çıxarmış, bəzi hallarda kartları və kartların pin kodlarını ona verib kartlardan pulu çıxarıb gətirib sonuncuya verməyini xahiş etmiş, o da Muxtarın xahişi ilə kartlardan pulu çıxarıb gətirib ona təhvil vermiş, kartından çıxan pulun miqdarından asılı olmayaraq hər ay qrup tərəfindən quraşdırılan sayğacların sayına uyğun olaraq 10 manatdan əməkhaqqını hesablayıb nağd qaydada vermişdir. Qrupun çilingərlərinə isə hər birinin quraşdırdığı sayğac sayına görə 40 manatdan olmaqla əməkhaqqını özünün hesablayıb kartdan çıxarılan vəsait hesabına ödəməsini bilsə də bilavasitə əməkhaqqıları verəndə yanında olmamışdır. Əlavə olaraq qeyd etmişdir ki, həqiqətən də 2019-cu ilin iyul ayından etibarən Həbib QSC-də işə çıxmamış, Həbib eşitdiyinə görə "xxxx" MMC üçün işləmişdir. Həqiqətən də 2020-ci ilin yanvar ayında öz xahişi ilə ona 10 ədəd sayğac verilmiş, daha sonra 10 ədəd sayğaca görə 40 manatdan olmaqla 400 manat əməkhaqqı Muxtar tərəfindən ödənilmişdir. O, bildiyi qədər 2019-cu ilin iyul ayından 2020-ci ilin avqust ayınadək sonuncu QSC üçün işləməmiş, sonuncuya həmin 400 manatdan başqa ödəniş verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, 2019-cu ilin payız aylarında "xxxx" QSC-də çilingər vəzifəsinə işə qəbul edilmişdir. O, QSC-də Təqsirləndirilən şəxs rəhbərlik etdiyi qrupun tərkibində olmuşdur. Ondan başqa digər işçilər Təqsirləndirilən şəxs, Şahid5, Şahid2, Şahid1, Sadiq, Taleh, Abas, olmuşdurlar. Digər qruplar kimi onların qrupu da yalnız qaz sayğaclarının quraşdırılması ilə məşğul olmuşdur. Bəzən müraciət edən vətəndaş banka ödəniş etmək istəmədiyindən ödənişi qrup üzvlərinə vermiş, müvafiq çilingər də həmin ödənişi QSC-nin "xxxx" ASC-dəki hesabına ödəmiş, daha sonra bank qəbzini texniki şərtlə birgə qrup rəhbəri Təqsirləndirilən şəxs vermişdir. O özü də bəzi hallarda tanıdığı vətəndaşlardan ödənişi nağd alıb banka ödənişi etdikdən sonra vətəndaşdan qəbzi alıb Muxtar müəllimə təqdim etmişdir. Hələ işə girəndə Muxtar müəllim veriləcək plastik əməkhaqqı kartını özünə təhvil verməli olduğunu, hər ay ərzində quraşdırılan hər sayğaca görə 40 manat pulun ona maaş kimi ödəniləcəyini, başqa heç bir ödəniş verilməyəcəyini demiş, o da razılaşmışdır. Ay sonunda onlara əməkhaqqı ay ərzində quraşdırdıqları sayğacların sayına görə hər sayğaca 40 manat olmaqla ödənilmişdir. Məsələn ay ərzində 20 sayğac quraşdırmışdırsa ayın sonunda 800 manat əməkhaqqı almışdır. QSC-də işə qəbul edildikdən təxminən 1 ay sonra əməkhaqqı kartı ona təhvil verilmiş, Təqsirləndirilən şəxs tələbi əsasında o, öz plastik əməkhaqqı kartını saxlaması üçün Muxtara təhvil vermiş, ay ərzində hissə-hissə olmaqla ondan maaşını gündəlik almışdır, ay sonunda kartına pul köçürülərkən isə kartdan pulunu Muxtar çıxarmışdır. 2020-ci ilin may-iyun aylarından etibarən Muxtar kartını özünə qaytarmışdır, bu müddət ərzində kartına hər ay köçən vəsaiti o, özü kartdan çıxarmaqla nağdlaşdırır. Onda olan məlumata görə vətəndaş tərəfindən ödənilən 262 manatdan 70 manat sayğacın montajına görə ümumilikdə qrupa ayrılır ki, həmin 70 manatdan 10 manat vergi qismində tutulduqdan sonra qalıq qalan 60 manat işə girən hər bir şəxs kimi onunla Muxtar müəllim arasında qarşılıqlı razılıq əsasında 20 manat sonuncuya 40 manat ona olmaqla bölünmüşdür. O, QSC-də işlədiyi müddətdə quraşdırdığı hər sayğaca görə ödənilən 40 manatdan başqa hər hansı ödəniş-maddi yardım, məzuniyyət pulu, ezamiyyə xərci və s edilmədiyini bildirmişdir. Şahid1 adlı şəxsin ona qədər QSC-də işləməsini eşitsə də onunla yaxın əlaqəsi, münasibəti olmamışdır. Sonuncu o, işə girməzdən əvvəl və ya qısa müddət sonra "xxxx" MMC-də işləməyə, onlar üçün sayğac quraşdırmağa başlamışdır. Sonrakı dövrlərdə Həbibi bir-iki dəfə QSC-də görmüşdür, lakin bildiyinə görə 2019-cu ilin yay aylarından QSC üçün deyil "xxxx" MMC üçün işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid6 digər Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin İ cildinin 138-144-cü vərəqələrində olan “X35” QSC-də çilingər kimi fəaliyyət göstərən işçilərə hesablanmış və ödənilmiş əmək haqları ilə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi Əli İbrahimov tərəfindən verilmiş 05 oktyabr 2020-ci il tarixli rəydən görünür ki, "xxxx" QSC-nin 18.04.2017-ci il tarixli protokoluna əsasən cəmiyyətdə işləyən çilingərlərə hər bir quraşdırılmış sayğac üçün 70 manat əmək haqqı nəzərdə tutulmuşdur. Cəmiyyətdə hər ayın sonunda çilingərlərin qrup rəhbərinin mühasibatlığa təqdim etdiyi aktlara əsasən yekun aylıq əmək haqqı hesablanmışdır. Cəmiyyətdə işləyən çilingərlər və onların qrup rəhbəri arasında qarşılıqlı razılaşmaya əsasən hər bir quraşdırılmış sayğac üçün əmək haqqı kimi hesablanan 70 manat vəsaitdən 10 manatı vergiyə, 20 manatı ümumi xərclərə (yanacaq pulu və sair ehtiyyaclara) çıxıldıqdan sonra qalan 40 manat pul vəsaiti çilingərlərə verilmişdir. Şahid1 əmək haqqı kartı hesabına 01.02.2018-ci il tarixdən 01.05.2020-ci il tarixədək olan dövrdə 26430.43 manat pul vəsaiti mədaxil edilmiş 26430,0 manat məxaric olunmuşdur. "xxxx" QSC-nin 18.04.2017-ci il tarixli protokoluna əsasən, X34 qazlaşdırılması üçün müəyyən edilmiş 262 manat tarifə 1 ədəd qaz sayğacının quraşdırılmasına görə işçinin 22 faiz DSMF xərci kimi 15,40 manat və nəqliyyat xərcləri kimi 25 manat olmaqla, cəmi 40,40 manat daxil edildiyi halda, 01.02.2018-ci il tarixdən 01.12.2019-cu il tarixədək olan dövr ərzində Şahid1 adına rəsmiləşdirilmiş 301 ədəd sayğaca görə “vergi ödənişi” adı ilə 10 manat (301 ədəd quraşdırılmış sayğac* 10 manat), “yanacaq və digər xərclər” ilə 6020 manat (301*20manat) olmaqla, cəmi 9030 manat pul vəsaiti qrup rəhbəri tərəfindən tutulmuşdur. "xxxx" QSC tərəfindən müəyyən edilmiş 262 manat tarifdə DSMF xərci və nəqliyyat xərcləri nəzərə alınmışdır. Qrup rəhbəri tərəfindən də 01.02.2018-ci il tarixdən 01.12.2019-cu il tarixədək olan dövr ərzində “vergi, yanacaq və digər xərclər” adı ilə Şahid1 adına ümumilikdə 9030 manat pul vəsaiti tutulmuşdur. Ona görə də, qeyd edilən xərclərin eyni məqsədli olub-olmaması, yəni təkrar tutulubtutulmaması, eləcə də izahatlara əsasən cəmiyyətdə işləyən digər çilingərlərdən də eyni qayda ilə hər bir quraşdırılmış sayğac üçün “vergi, yanacaq və digər xərclər” adı ilə 30 manat vəsaitin tutulması nəzərə alınaraq, bu xüsusat təhqiqat tərəfindən araşdırılmaqla hüquqi qiymət verilməlidir. 01.02.2018-ci il tarixdən 01.12.2019-cu il tarəxədək olan dövrdə Şahid1 adına olan əmək haqqı kartına köçürülmüş 21730.64 manat vəsaitdən 12040 manatı (301 ədəd sayğac*40manat) qrup rəhbəri Təqsirləndirilən şəxs tərəfindən kartdan çıxarılaraq Şahid1 nağd olaraq verilmiş, qalan vəsaitin 9030 manatı (301*30) qarşılıqlı razılaşma əsasında “vergi və digər xərclərə” tutulmuş, 660.64 manatı (21730.64-12040- 9030) ona verilməmişdir. 01.12.2019-cu il tarixdən 01.05.2020-ci il tarixədək Şahid1 faktiki olaraq "xxxx" QSC-də işləmədiyi halda onun əmək haqqı kartına 1010.48 manat məzuniyyət haqqı olmaqla, ümumilikdə 4699.79 manat pul vəsaiti köçürülmüş və izahatlara əsasən həmin vəsait çilingərlərin qrup rəhbəri tərəfindən bankomat vasitəsi ilə nağd olaraq çıxarılmışdır. Həmin məbləğin faktiki olaraq kim tərəfindən kartdan çıxarılması, eləcə də həmin vəsaitin hansı istiqamətdə xərclənməsi təhqiqatla araşdırılaraq hüquqi qiymət verilməlidir. Əmək münasibətləri rəsmiləşdirilmədən Şahid1 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyun ayınadək "xxxx" MMC-də çilingər işləmiş və ona 6000 manat əmək haqqı verilmişdir. Həmin cəmiyyət tərəfindən Əmək Məcəlləsinin 49-cu (Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi) maddəsinin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir) tələblərinin pozması nəticəsində 1500 manat məbləğində məcburi dövlət sosial sığorta ayırmaları dövlət büdcəsindən gizlədilmişdir. Cinayət işinin İ cildinin 147-ci vərəqində olan “Baxış keçirilməsi haqqında” 07 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin prokuroru vəzifəsini icra edən X17 icaatında olan materialın araşdırılaması ilə əlaqədar "xxxx" ASC tərəfindən araşdırmaya təqdim olunmuş 01 ədəd CD diskə “X35” QSC-nin mühənisi Təqsirləndirilən şəxs ğlunun iştirakı ilə baxış keçirtmişdir. Baxış zamanı təqdim edilən foto görüntülərdən müəyyən edildi ki, 16.01.2020-ci il tarixdə saat 13:29-da 05.02.2020-ci il tarixdə saat 15:24-də “X35” QSC-nin mühəndisi Təqsirləndirilən şəxs, 21.02.2020-ci il tarixdə saat 19:08-də isə “X35” QSC-nin iş icraçısı Şahid5 tərəfindən Şahid1 məxsus plastik kart "xxxx" ASC-nin Nərimanov filialının ATM-nə daxil edilərək sonuncuya məxsus pul vəsaitləri çıxarılmışdır. CD diskə baxış zamanı araşdırma üzrə əlavə əhəmiyyət kəsb edən digər hallar aşkar edilmədi. Cinayət işinin İİİ cildinin 49-cu vərəqində olan Sabunçu rayon 44 saylı MKİS tərəfindən verilmiş 09.12.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİİ cildinin 53-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 11.12.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİİ cildinin 225-ci vərəqində olan 09 aprel 2018-ci il tarixli əmrdən görünür ki, Şahid2, X10 və X4 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 226-cı vərəqində olan 12 aprel 2018-ci il tarixli, 194 nömrəli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 6168,27 manat məbləğində vəsait ödənilmişdir. Cinayət işinin İİİ cildinin 227-ci vərəqində olan 10 aprel 2019-cu il tarixli əmrdən görünür ki, X5, X10 və Şahid2 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 229-cu vərəqində olan 12 aprel 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 10474,99 manat məbləğində vəsait ödənilmişdir. Cinayət işinin İİİ cildinin 230-cu vərəqində olan 06 iyul 2020-ci il tarixli əmrdən görünür ki, X11, Şahid2 və X2 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 232-ci vərəqində olan 09 iyul 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 6054,55 manat məbləğində vəsait ödənilmişdir. Cinayət işinin İİİ cildinin 233-cü vərəqində olan 13 iyul 2020-ci il tarixli əmrdən görünür ki, Şahid6, X25 və X15 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 235-ci vərəqində olan 17 iyul 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 6662,33 manat məbləğində vəsait ödənilmişdir Cinayət işinin İİİ cildinin 236-cı vərəqində olan 13 iyul 2020-ci il tarixli əmrdən görünür ki, Şahid3, Şahid4 və X3 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 238-ci vərəqində olan 17 iyul 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 6662,33 manat məbləğində vəsait ödənilmişdir Cinayət işinin İİİ cildinin 239-cu vərəqində olan 13 iyul 2020-ci il tarixli əmrdən görünür ki, Şahid3, Şahid4 və X3 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 241-ci vərəqində olan 17 iyul 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 6662,33 manat məbləğində vəsait ödənilmişdir Cinayət işinin İİİ cildinin 242-ci vərəqində olan 24 iyul 2018-ci il tarixli əmrdən görünür ki, X6, Şahid5 və X18 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 244-cü vərəqində olan 08 avqust 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 9128,36 manat məbləğində vəsait ödənilmişdir Cinayət işinin İİİ cildinin 245-ci vərəqində olan 16 iyul 2019-cu il tarixli əmrdən görünür ki, X7, Şahid5 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 247-ci vərəqində olan 18 iyul 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 2313,32 manat məbləğində vəsait ödənilmişdir. Cinayət işinin İİİ cildinin 248-ci vərəqində olan 04 sentyabr 2020-ci il tarixli əmrdən görünür ki, X12, X27 və Şahid5 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 250-ci vərəqəsində olan 11 sentyabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 2120,43 manat məbləğində vəsait ödənilmişdir. Cinayət işinin İİİ cildinin 251-ci vərəqində olan 06 fevral 2019-cu il tarixli əmrdən görünür ki, X13, X19 və Şahid1 Məmmədağa oğluna öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 253-cü vərəqində olan 12 fevral 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 6190,42 manat məbləğində vəsait ödənilmişdir. Cinayət işinin İİİ cildinin 254-cü vərəqində olan 14 fevral 2020-ci il tarixli əmrdən görünür ki, Şahid1, X16, Şahid1 Məmmədağa oğluna və X28 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 256-cı vərəqində olan 14 fevral 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 93640,00 manat məbləğində vəsait ödənilmişdir. Cinayət işinin İİİ cildinin 257-ci vərəqində olan 13 iyul 2020-ci il tarixli əmrdən görünür ki, Şahid6, X25 və X15 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 259-cu vərəqində olan 17 iyul 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 6662,33 manat məbləğində vəsait ödənilmişdir. Cinayət işinin İİİ cildinin 260-cı vərəqində olan 13 iyul 2020-ci il tarixli əmrdən görünür ki, Şahid6, X25 və X15 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 262-ci vərəqində olan 17 iyul 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 6662,33 manat məbləğində vəsait ödənilmişdir. Cinayət işinin İİİ cildinin 263-cü vərəqində olan 06 noyabr 2018-ci il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs və X1 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 265-ci vərəqində olan 12 noyabr 2018-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 10852,11 manat məbləğində vəsait ödənilmişdir. Cinayət işinin İİİ cildinin 266-cı vərəqində olan 19 noyabr 2020-ci il tarixli əmrdən görünür ki, Təqsirləndirilən şəxs və X26 öz ərizələri əsasında növbəti əmək məzuniyyətləri verilmişdir. Cinayət işinin İİİ cildinin 268-ci vərəqində olan 23 noyabr 2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, “X35” QSC tərəfindən məzuniyyət pullarının ödənilməsi əsası ilə müvafiq bank hesablarına 4508,60 manat məbləğində vəsait ödənilmişdir. Cinayət işinin İV cildinin 117-118-ci vərəqələrində olan “Diskə əlavə baxış keçirilməsi haqqında” 08 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən X20 24 sentyabr 2020-ci il tarixli məktubla "xxxx" ASC-dən göndərilmiş habelə 07 oktyabr 2020-ci il tarixdə baxış keçirilmiş kompakt diskə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, baxış keçirilən kompakt diskin tərkibində 16.01.2020, 05.02.2020, 21.02.2020 adlı 2 ədəd qovluq vardır. “16.01.2020” adlı qovluq açıldıqda 12 ədəd şəkil müəyyən edildi ki, həmin şəkillər habelə Rabitəbank ASC-dən daxil olmuş məlumatlar əsasında Təqsirləndirilən şəxs Rabitəbank ASC-nin Nərimanov filialına məxsus ATM-də 16.01.2020-ci il tarixdə saat 13:30 dəqiqədə Şahid1 məxsus plastik əməkhaqqı kartından 1000 manat pulu nağdlaşdırması müəyyən edilmişdir. “05.02.2020” adlı qovluq açıldıqda 12 ədəd şəkil müəyyən edildi ki, həmin şəkillər habelə Rabitəbank ASC-dən daxil olmuş məlumatlar əsasında Təqsirləndirilən şəxs Rabitəbank ASC-nin Nərimanov filialına məxsus ATM-də 05.02.2020-ci il tarixdə saat 15:25 dəqiqədə Şahid1 məxsus plastik əməkhaqqı kartından 17 manat pulu nağdlaşdırması müəyyən edilmişdir. “21.02.2020” adlı qovluq açıldıqda 12 ədəd şəkil müəyyən edildi ki, həmin şəkillər habelə Rabitəbank ASC-dən daxil olmuş məlumatlar əsasında Şahid5 Rabitəbank ASC-nin Nərimanov filialına məxsus ATM-də 21.02.2020-ci il tarixdə saat 19:08 dəqiqədə Şahid1 məxsus plastik əməkhaqqı kartından 1000 manat pulu nağdlaşdırması müəyyən edilmişdir. Cinayət işinin İV cildinin 185-ci vərəqində olan "xxxx" QSC tərəfindən verilmiş 09.07.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 08.02.2017-ci il tarixdən "xxxx" QSC-nin X34 Qazlaşdırılması şöbəsində mühəndis vəzifəsində çalışmışdır. Bu müddət ərzində o, öz vəzifəsinə məsuliyyətlə yanaşmışdır, özünü yaxşı işçi kimi göstərmiş, kollektivin hörmətini qazanmış, ona verilmiş işin öhdəsindən layiqincə gəlmişdir. Cinayət işinin İV cildinin 215-216-cı vərəqələrində olan Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə müstəntiqi vəzifəsini icra edən X20 tərəfindən ********* nömrəli cinayət işi üzrə "xxxx" QSC-nin "xxxx" ASC-də aparmış olduğu bank əməliyyatlarına dair sənədlərinin əsillərini götürərək həmin protokolu tərtib etmişdir. götürmə başlamazdan əvvəl aşağıdakı sənədlər ona təqdim olunmuş və götürlərək protokola əlavə olunmuşdur: 1. Ödəniş tapşırıqları (əlavə excel-dən çıxarışlar) 94 vərəqdə 2. Hesabdan çıxarışlar - 43 vərəq 3. Əməkhaqqı kartlarının QSC-nin əməkdaşı tərəfindən götürülməsi barədə etibarnamə+QSC-nin əməkdaşının kartları imza etməklə təhvil alması barədə qeydiyyat kitabının müvafiq vərəqlərinin surətləri-05 vərəqdə 4. Kassanın balansdankənar məxaric orderi 15 vərəq 5. Plastik bank kartlarının sifariş verilməsi barədə QSC-dən daxil olan məktub və əlavə exceldən çıxarışlar-22 vərəqdə cəmi 179 vərəqdə sənədlər götürülmüşdür. Cinayət işinin İV cildinin 220-229-cu vərəqələrində olan "xxxx" QSC-də çilingər kimi fəaliyyət göstərən işçilərə hesablanmış və ödənilmiş əmək haqları ilə əlaqədar aparılmış araşdırmanın nəticəsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Müəxəssis təhlilləri şöbəsinin baş məsləhətçisi Əli İbrahimov tərəfindən verilmiş 15 iyul 2021-ci il tarixli rəydən görünür ki, 01.01.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək olan dövrdə Təqsirləndirilən şəxs rəhbərlik etdiyi mühəndis qrupunun üzvləri tərəfindən quraşdırılmış sayğacların ümumi sayı 3929 ədəd olmuş, dövr ərzində QSC-nin mühasibatlığı tərəfindən 276657,20 manat əməkhaqqı hesablanmışdır. -"xxxx" QSC-də iş içraçısı işləmiş Şahid5 01.01.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək quraşdırılmış sayğaclara görə 54340,0 manat, məzuniyyət haqqı 3976,0 manat, cəmi 58316,0 manat əmək haqqı hesablanmış, 6759,67 manat vergi və DSMF ödəmələri tutulduqdan sonra alınacaq əmək haqqı 51556,33 manat təşkil etmişdir. Şahid5 əmək haqqı kart hesabından çıxarışa əsasən 01.01.2018-ci il tarixə kartda 0.60 manat qalıq olmuş, dövr ərzində karta sayğacların quraşdırılmasına görə 45840,79 manat, məzuniyyət haqqı 3481,95 manat, cəmi 49322,74 manat vəsait mədaxil edilmiş, 49322,79 manat məxaric edilmiş, hesabda 0,55 manat qalıq qalmışdır. - "xxxx" QSC-də çilingər işləmiş Şahid6 01.06.2019-cu il tarixdən 01.01.2021-ci il tarixədək quraşdırılmış sayğaclara görə 16608,56 manat, məzuniyyət haqqı 415,0 manat, cəmi 17023,65 manat əmək haqqı hesablanmış, 1521,48 manat DSMF ödəmələri tutulduqdan sonra alınacaq əmək haqqı 15502,17 manat təşkil etmişdir. Şahid6 əmək haqqı kart hesabından çıxarışa əsasən dövr ərzində karta sayğacların quraşdırılmasına görə 13912,30 manat, məzuniyyət haqqı 385,50 manat, cəmi 14297,80 manat vəsait mədaxil edilmiş, 14297,00 manat vəsait məxaric edilmiş, hesabda 0,80 manat qalıq qalmışdır. - "xxxx" QSC-də çilingər işləmiş X14 01.05.2020-ci il tarixdən 01.01.2021-ci il tarixədək quraşdırılmış sayğaclara görə 7546,64 manat əmək haqqı hesablanmış, 680,40 manat DSMF ödəmələri tutulduqdan sonra alınacaq əmək haqqı 6866,24 manat təşkil etmişdir. X9 əmək haqqı kart hesabından çıxarışa əsasən dövr ərzində karta sayğacların quraşdırılmasına görə 5796,14 manat vəsait mədaxil edilmiş, 5796,00 manat vəsait məxaric edilmiş, hesabda 0,14 manat qalıq qalmışdır. -"xxxx" QSC-də çilingər işləmiş Şahid1 01.02.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək quraşdırılmış sayğaclara görə 28794,66 manat, məzuniyyət haqqı 1998,66 manat, cəmi 30793,32 manat əmək haqqı hesablanmış, 3466,67 manat vergi və DSMF ödəmələri tutulduqdan sonra alınacaq əmək haqqı 27326,65 manat təşkil etmişdir. Şahid1 əmək haqqı kart hesabından çıxarışa əsasən dövr ərzində karta sayğacların quraşdırılmasına görə 25509,82 manat, məzuniyyət haqqı 1816,81 manat, cəmi 27326,63 manat vəsait mədaxil edilmiş, 26430,00 manat məxaric edilmiş, hesabda 896,63 manat qalıq qalmışdır. -01.08.2019-cu il tarixdən 01.09.2020-ci il tarixədək çilingər Şahid1 115 sayğacın quraşdırılmasına görə 9677,37 manat, məzuniyyət haqqı 1113,38 manat, cəmi 10790,75 manat əmək haqqı hesablanmış, 957,60 manat vergi və DSMF ödəmələri tutulduqdan sonra alınacaq əmək haqqı 9833,15 manat təşkil etmişdir. Şahid1 əmək haqqı kart hesabından çıxarışa əsasən dövr ərzində karta sayğacların quraşdırılmasına görə 9151,11 manat, məzuniyyət haqqı 1010,48 manat, cəmi 10161,59 manat vəsait mədaxil edilmiş, 9265,00 manat məxaric edilmişdir. - "xxxx" QSC-də çilingər işləmiş Şahid2 01.01.2018-ci il tarixdən 01.01.2021-ci il tarixədək quraşdırılmış sayğaclara görə 40768,74 manat, məzuniyyət haqqı 2465,63 manat, cəmi 43234,37 manat əmək haqqı hesablanmış, 5068,37 manat vergi və DSMF ödəmələri tutulduqdan sonra alınacaq əmək haqqı 38166,00 manat təşkil etmişdir. Şahid2 əmək haqqı kart hesabından çıxarışa əsasən 01.01.2018-ci il tarixə kartda 1400,30 manat qalıq olmuş, dövr ərzində karta sayğacların quraşdırılmasına görə 34874,39 manat, məzuniyyət haqqı 2190,61 manat, cəmi 37065,00 manat vəsait mədaxil edilmiş, 38464,80 manat məxaric edilmiş, hesabda 0,50 manat qalıq qalmışdır. -"xxxx" QSC-də işləmiş çilingər işləmiş Şahid3 01.09.2019-cu il tarixdən 01.01.2021-ci il tarixədək quraşdırılmış sayğaclara görə 14905,50 manat, məzuniyyət haqqı 359,82 manat, cəmi 15265,32 manat əmək haqqı hesablanmış, 1364,86 manat vergi və DSMF ödəmələri tutulduqdan sonra alınacaq əmək haqqı 13900,46 manat təşkil etmişdir. Şahid3 əmək haqqı kart hesabından çıxarışa əsasən dövr ərzində karta sayğacların quraşdırılmasına görə 12360,07 manat, məzuniyyət haqqı 336,04 manat, cəmi 12696,11 manat vəsait mədaxil edilmiş, 12695,94 manat məxaric edilmiş, hesabda 0,17 manat qalıq qalmışdır. -"xxxx" QSC-də çilingər işləmiş Şahid4 01.09.2019-cu il tarixdən 01.01.2021-ci il tarixədək quraşdırılmış sayğaclara görə 16644,50 manat, məzuniyyət haqqı 359,82 manat, cəmi 17004,32 manat əmək haqqı hesablanmış, 1547,45 manat vergi və DSMF ödəmələri tutulduqdan sonra alınacaq əmək haqqı 15456,87 manat təşkil etmişdir. Şahid4 əmək haqqı kart hesabından çıxarışa əsasən dövr ərzində karta sayğacların quraşdırılmasına görə 13656,93 manat, məzuniyyət haqqı 336,04 manat, cəmi 13992,97 manat vəsait mədaxil edilmiş, 13992,00 manat məxaric edilmiş, hesabda 0,97 manat qalıq qalmışdır. -"xxxx" QSC-də çilingər işləmiş X25 01.09.2019-cu il tarixdən 01.01.2021-ci il tarixədək quraşdırılmış sayğaclara görə 21489,30 manat, məzuniyyət haqqı 378,24 manat, cəmi 21867,54 manat əmək haqqı hesablanmış, 2044,09 manat vergi və DSMF ödəmələri tutulduqdan sonra alınacaq əmək haqqı 19823,45 manat təşkil etmişdir. X21 əmək haqqı kart hesabından çıxarışa əsasən dövr ərzində karta sayğacların quraşdırılmasına görə 17470,02 manat, məzuniyyət haqqı 352,52 manat, cəmi 17822,54 manat vəsait mədaxil edilmiş, 16820,00 manat məxaric edilmiş, hesabda 1002,54 manat qalıq qalmışdır.”. Cinayət işinin İV cildinin 233-cü vərəqində olan "xxxx" ASC-yə məxsus 16.07.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 17717,7 AZN məbləğ Azərbaycan Respublikası Baş Prokurorluğunun hesabına ödənilmişdir. Cinayət işinin İV cildinin 235-236-cı vərəqələrində olan “Cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi haqqında” 16 iyul 2021-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə vurulmuş ziyanın ödənilməsi məqsədilə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödənilmiş 17.700 (on yeddi min yeddi yüz) manat iş üzrə vurulmuş ziyanın ödənişi kimi nəzərə alınması qərara alınmışdır. Cinayət işinin V cildinin 2-68-ci vərəqələrində olan “Süburların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 17 iyul 2021-ci il tarixli qərardan görünür ki, "xxxx" ASCdən 24.09.2020-ci il tarixli, RB-02/4145 nömrəli məktubla göndərilmiş bank görüntüləri barədə 01 ədəd CD disk, bundan başqa "xxxx" ASC-dən daxil olmuş 01.07.2021-ci il tarixli RB-02/1954 nömrəli məktuba əlavə edilmiş bank kartı hesablarından çıxarışlar, "xxxx" QSC-dən daxil olmuş 05.10.2020-ci il tarixli məktuba əlavə edilmiş 01.08.2019-cu il tarixdən 01.09.2020-ci il tarixədək olan dövrdə, yəni Şahid1 həmin QSC-də faktiki işləmədiyi dövrdə tərtib edilmiş “Qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” haqqında 86 ədəd aktlar, "xxxx" QSC-dən daxil olmuş 24.06.2021-ci il tarixli ia/01-1811 nömrəli məktuba əlavə edilmiş həmin QSC-də işləmiş şəxslər Şahid2 05.04.2018, 08.04.2019, 02.07.2020-ci il tarixli, Şahid3 13.07.2020-ci il tarixli, Şahid4 13.07.2020-ci il tarixli, Şahid5 26.07.2018, 16.07.2019 və 01.09.2020-ci il tarixli, Şahid1 06.02.2019, 14.02.2020-ci il tarixli, Şahid6 13.07.2020-ci il tarixli məzuniyyətə çıxma istəyini ifadə edən ərizələrin maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin V cildinin 92-93-cü vərəqələrində olan “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” 17 iyul 2021-ci il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" QSC tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3, 179.2.4 və 308.1ci maddələri ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə "xxxx" QSC-yə dəymiş 17700 (on yeddi min yeddi yüz) manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənilmişdir. Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və tələbləri yoxdur. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş “Kapital Bank”ın 10.01.2022-ci il tarixli, 15687 nömrəli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən cəmi 4432 (dörd min dörd yüz otuz iki) manat məbləğində vəsait dövlət büdcəsinə köçürülmüşdür. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyib, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsi mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya, həmin Məcəllənin 179.2.3-cü maddəsi eyni əməlləri şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildiyinə, həmin Məcəllənin 179.2.4-cü maddəsi isə eyni əməlləri xeyli miqdarda ziyan vurmaqla törədildiyinə görə məsuliyyət müəyyən edir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə görə bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ başa düşülür. Hüquq nəzəriyyəsinə görə mənimsəmə talamanın müstəqil forması olub, obyektiv cəhətdən inanılıb tapşırılmış maddi qiymətli şeylərin ayrılması, götürülməsi və onun üzərində qanunsuz sahibliyi müəyyən etmək yolu ilə özünün və ya digər şəxslərin mülkiyyətinə keçirilməsində ifadə olunur. Bu zaman müqavilə münasibətləri və yaxud dövlət və ya ictimai təşkilatların xüsusi tapşırığı ilə əlaqədar əmlak barəsində sahiblik, idarəetmə, sərəncam vermə, daşıma və ya saxlama səlahiyyətlərini həyata keçirən təqsirkar özünün qanuni ixtiyarında olan əmlakı qanunsuz, əvəzsiz öz mülkiyyətinə keçirir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 308.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələrinə əsasən mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama – təkrar törədildikdə, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini və işin digər hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla, onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət işinin icraatına xitam verilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini, qanunvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə elan olunmuş ittihamla əlaqədar məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası 308.1-ci maddəsinə əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda –iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə məsələ ilə bağlı həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsində nəzərdə tutulan cinayətin subyekti yalnız vəzifəli şəxs ola bilər (CMnin 308.1-ci və s. aidiyyəti maddələrində nəzərdə tutulan «vəzifəli şəxs»lərə aid edilənlər həmin maddənin «Qeyd» hissəsində göstərilmişlər). İşin faktiki halları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda ziyan vurmaqla təkrarən mənimsəməklə talamış, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, habelə qulluq mənafeyi tələb etdiyi halda qəsdən istifadə etməyərək hüquqi şəxsin hüquqlarına və qanuni mənafelərinə vahid niyyətlə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə münasibətdə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 46.1-ci maddəsinə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar (cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə cərimə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə həmçinin törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alaraq belə gənaətə ki, onun barəsində müəyyən müddətə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum etmə əlavə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası və və dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilmə əlavə cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan - "xxxx" ASC-dən 24.09.2020-ci il tarixli, RB-02/4145 nömrəli məktubla göndərilmiş bank görüntüləri barədə 01 ədəd CD disk, bundan başqa "xxxx" ASC-dən daxil olmuş 01.07.2021-ci il tarixli RB-02/1954 nömrəli məktuba əlavə edilmiş bank kartı hesablarından çıxarışlar, "xxxx" QSC-dən daxil olmuş 05.10.2020-ci il tarixli məktuba əlavə edilmiş 01.08.2019-cu il tarixdən 01.09.2020-ci il tarixədək olan dövrdə, yəni Şahid1 həmin QSC-də faktiki işləmədiyi dövrdə tərtib edilmiş “Qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” haqqında 86 ədəd aktlar, "xxxx" QSC-dən daxil olmuş 24.06.2021-ci il tarixli ia/01-1811 nömrəli məktuba əlavə edilmiş həmin QSCdə işləmiş şəxslər Şahid2 05.04.2018, 08.04.2019, 02.07.2020-ci il tarixli, Şahid3 13.07.2020-ci il tarixli, Şahid4 13.07.2020-ci il tarixli, Şahid5 26.07.2018, 16.07.2019 və 01.09.2020-ci il tarixli, Şahid1 06.02.2019, 14.02.2020-ci il tarixli, Şahid6 13.07.2020-ci il tarixli məzuniyyətə çıxma istəyini ifadə edən ərizələri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müvafiq olaraq məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X22 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək müdafiəçinin hesabatında qeyd edilmiş məbləğin ağlabatan olmaması qənaətinə gəlir. Belə ki, məhkəmədə müəyyən edildi ki, müdafiəçi X29 18 avqust 2021-ci il - 08 sentyabr 2021-ci il tarixlərdə keçirilmiş 4 məhkəmə iclaslarında iştirak etmiş, iş materialları ilə tanış olmaq vaxtı ilə birlikdə Təqsirləndirilən şəxs müdafiəsi üçün 10 saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X22 məhkəmədə iştirak etdiyi 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair hissədə həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il müddətinə dövlət, özəl və yerli özünüidarə müəssisələrində rəhbər və maddi-məsul vəzifələri tutma hüququndan məhrum edilməklə 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - "xxxx" ASC-dən 24.09.2020-ci il tarixli, RB-02/4145 nömrəli məktubla göndərilmiş bank görüntüləri barədə 01 ədəd CD disk, bundan başqa "xxxx" ASC-dən daxil olmuş 01.07.2021-ci il tarixli RB-02/1954 nömrəli məktuba əlavə edilmiş bank kartı hesablarından çıxarışlar, "xxxx" QSC-dən daxil olmuş 05.10.2020-ci il tarixli məktuba əlavə edilmiş 01.08.2019-cu il tarixdən 01.09.2020-ci il tarixədək olan dövrdə, yəni Şahid1 həmin QSC-də faktiki işləmədiyi dövrdə tərtib edilmiş “Qaz kəmərlərinin yoxlanması və istismara qəbulu” haqqında 86 ədəd aktlar, "xxxx" QSC-dən daxil olmuş 24.06.2021-ci il tarixli ia/01-1811 nömrəli məktuba əlavə edilmiş həmin QSCdə işləmiş şəxslər Şahid2 05.04.2018, 08.04.2019, 02.07.2020-ci il tarixli, Şahid3 13.07.2020-ci il tarixli, Şahid4 13.07.2020-ci il tarixli, Şahid5 26.07.2018, 16.07.2019 və 01.09.2020-ci il tarixli, Şahid1 06.02.2019, 14.02.2020-ci il tarixli, Şahid6 13.07.2020-ci il tarixli məzuniyyətə çıxma istəyini ifadə edən ərizələri cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X29 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 10 (on) iş saatına görə 60 (altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-39/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-39/2022
17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver