Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-390/2024 03.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, digər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Bakı şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs5 iştirakları ilə, xx.xx.1998-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, azərbaycanlı, subay, işləməyən, məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivi, döngə 2-də faktiki yaşayan, xx.xx.2024-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinaəy işinə, xx.xx.2000-ci ildə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, azərbaycanlı, subay, marketdə satıcə işləyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşayan, xx.xx.2024-cü il tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 243.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayının ortlarında Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi 11, ev 1, mənzil 10 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu 2020-ci ilin iyun ayının sonlarından 2023-cü ilin noyabr ayının əvvələrinədək olan müddət ərzində müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs4 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2021-ci ilin noyabr ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs8 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu 2021-ci ilin noyabr ayının əvvəllərindən 2023-cü ilin noyabr ayının ortalarınadək olan müddət ərzində müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 200 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 520 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs8m tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin fevral ayının əvvəllərində ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs7 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu 2022-ci ilin fevral ayının əvvəllərindən 2023-cü ilin mart ayının əvvəllərinədək olan müddət ərzində müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs7m tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2022-ci ilin iyun ayının ortalarında Bakı şəhəri, Nizami rayonu, ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs3 ilə mobil telefonun “WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu 2022-ci ilin iyun ayının ortalarından 2024-cü ilin fevral ayının ortalarınadək olan müddət ərzində müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs3m tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2023-cü ilin yanvar ayının ortlarında ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu 2023-cü ilin yanvar ayının əvvəllərindən 2023-cü ilin dekabr ayının ortalarınadək olan müddət ərzində müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2023-cü ilin yanvar ayının ortalarında ünvan 8 ünvanında yaşayan X3 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu 2023-cü ilin yanvar ayının ortalarından 2024- cü ilin fevral ayının əwəllərinədək olan müddət ərzində müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs6 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 2023-cü ilin oktyabr ayının sonlarında ünvan 9 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 ilə mobil telefonun "WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu 2023-cü ilin noyabr ayının əvvəllərindən 2024-cü ilin yanvar ayının ortalarınadək olan müddət ərzində müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs5 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən 2024-cü ilin yanvar ayının əvvəllərində ünvan 10 ünvanında yaşayan Zərərçəkmiş şəxs1 ilə mobil telefonun "WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu 2024cü ilin yanvar ayının əvvələrindən 2024-cü ilin fevral ayının əvvəllərinədək olan müddət ərzində müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs1 tamah niyyəti ilə fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən şəxs2 gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2020-ci ilin iyun ayının odlarında Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi 11, ev 1, mənzil 10 ünvanında yaşayan Zərərçəkmiş şəxs4 ilə mobil telefonun “WhatsApp” ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu 2020-ci ilin iyun ayının sonlarından 2023-cü ilin noyabr ayının əvvələrinədək olan müddət ərzində müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs4 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs1 2023-cü ilin yanvar ayının ortlarında ünvan 7 ünvanında yaşayan Zərərçəkmiş şəxs2 ilə mobil telefonun "WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu 2023-cü ilin yanvar ayının əvvəllərindən 2023-cü ilin dekabr ayının ortalarınadək olan müddət ərzində müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs2 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliyə cəlb etmişdir. Bundan başqa o, təkrarən gəlir əldə etmək məqsədilə qadınları fahişəliyə cəlb etmə barədə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 2023-cü ilin oktyabr ayının sonlarında ünvan 9 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 ilə mobil telefonun “WhatsApp" ani mesajlaşma mübadilə sistemi vasitəsi ilə əlaqə saxlayaraq razılığını aldıqdan sonra sonuncunu 2023-cü ilin noyabr ayının əvvəllərindən 2024-cü ilin yanvar ayının ortalarınadək olan müddət ərzində müxtəlif ünvanlara göndərib tanışı olan kişi müştərilərlə pul müqabilində cinsi əlaqədə olması üçün görüşdürmüş və hər dəfə 100 manat məbləğində gəlir əldə etmək məqsədi ilə dəfələrlə həmin kişi müştərilərlə müvafiq olaraq 320 manat pul müqabilində cinsi əlaqədə olmasını təşkil edərək Zərərçəkmiş şəxs5 tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında fahişəliyə cəlb etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs1 ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bakı şəhəri ərazisində müxtəlif qadınları pul müqabilində cinsi əlaqədə olmaları üçün müştərilərə təqdim etməyə başlamışdır. Gördüyü işə görə ona hər dəfə 100-250 manat pul qalmışdır. Belə ki, əvvəldən tanıdığı müxtəlif kişi müştərilər ona məxsus ***-***-**-** mobil nömrəsinə zəng vurub cinsi əlaqədə olmaqları üçün qız təşkil etməyini ondan xahiş etmişlər. Bundan sonra o mobil telefonunda olan qadınların şəkillərini “Whatsapp” mobil tətbiqi vasitəsilə həmin şəxslərə göndərmiş, müştəri bəyəndiyi qadının şəklini ona atdıqdan sonra o həmin qadınla əlaqə saxlayıb uyğun olduğu təqdirdə müştərinin olduğu ünvana göndərmişdir. Müştərilərə təqdim etdiyi qadınlar cinsi əlaqədə olmağın müqabilində pul almış və həmin pulun 100-250 manatını onları müştəriyə təqdim etdiyi üçün ona vermişdirlər. Həmin qadınlar həmin məbləğləri “Leobanka” məxsus onun adına olan bank hesabına göndərmişlər. Təqsirləndirilən şəxs2 təxminən bir ildir ki, tanıyır. Fəridlə hazırda adını xatırlamadığı tanışı vasitəsilə tanış olmuş, təxminən 4-5 ay bundan öncə səhhətində problemlər yarandığından günün bəzi vaxtlarında yatmalı olmuş, bu səbəbdən o yatdığı müddət ərzində müştəridən gələn zənglərə Fərid cavab vermiş və qadınları müştərilərlə cinsi əlaqədə olmaları üçün müştərilərin olduqları ünvanlara yönləndirmişdir. Bunun müqabilində o əldə etdiyi qazancın 15 faizini Fəridə vermişdir. Müştəriyə təqdim etdiyi qadınlardan İradə, Həqiqət, Səkinə, Naibə və hazırda adını xatırlamadığı qadınları tanımışdır. Onların şəxsi anket məlumatlarını dəqiq bilmir. Belə ki, həmin qadınlar maddi cəhətdən sıxıntılarının olduğunu dedikdə, o həmin qadınları pul müqabilində cinsi əlaqədə olmaları üçün tanıdığı müştərilərə təqdim edə biləcəyini demişdir. Həmin qadınlar da onunla razılaşmışlar. O, fahişəliyə cəlb etdiyi qadınlara görə müştərilərdən pul almamış, o yalnız qadınlardan pul götürmüşdür. Son olaraq o bildirmişdir ki, o əməlindən peşman olmasını, əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs2 ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən ərzaq mağazasında işləyən zaman Təqsirləndirilən şəxs1 ilə tanış olmuş, həmin vaxtdan etibarən Nəcibə ilə aralarında yaxşı münasibət yaranmış, keçən müddət ərzində Nəcibənin qadınları fahişəliyə cəlb etdiyini bilmiş, belə ki, ona özü bu barədə məlumat vermişdir. Həmçinin Nəcibə ilə birlikdə olduqları zamanlarda Nəcibə kişi müştərilərlə danışır, müştərilərin olduğu yerlərə cinsi əlaqədə olmaq üçün fahişəliyə cəlb etdiyi qadınları göndərmişdir. Təxminən 2023-cü ilin oktyabr ayında Nəcibə ilə söhbət zamanı Nəcibə ona birlikdə işləməyi təklif etmiş, həmin vaxt maddi cəhətdən sıxıntıları olduğundan Nəcibənin təklifi ilə razılaşmış, razılaşmaya əsasən Nəcibə istirahət etdiyi vaxtlarda və başqa işi olduğu müddət ərzində mobil telefonlara o baxaraq qadınları müştərilərin olduğu məkanlara göndərməliymiş, bunun müqabilində Nəcibə hər fahişəliyə cəlb etdiyi qadından alacağı pulun 15 faizini ona verməliymiş, 2023-cü ilin oktyabr ayından etibarən onlar birlikdə işləməyə başlamışlar. Belə ki, o Nəcibə istirahət etdiyi vaxtlarda və başqa işi olduğu müddət ərzində Nəcibəyə məxsus mobil telefonlara nəzarət etməyə başlamışdır. Gördükləri işə görə hər dəfə ümumilikdə 100-250 manat pul qalmışdır. Belə ki, müxtəlif kişi müştərilər Nəcibəyə məxsus mobil nömrələrə zəng vurub cinsi əlaqədə olmaqları üçün qız təşkil etməyini ona bildirmişlər. Bundan sonra o mobil telefonda olan Nəcibənin fahişəliyə cəlb etdiyi qadınların şəkillərini “Whatsapp" mobil tətbiqetməsi vasitəsilə həmin şəxslərə göndərmişdir. Müştəri bəyəndiyi qadının şəklini ona atdıqdan sonra həmin qadınla əlaqə saxlayıb uyğun olduğu təqdirdə həmin qadını müştərinin olduğu ünvana göndərmişdir. Qadınlar Nəcibəyə məxsus bak hesabına təxminən 100- 250 manat pul göndərmişlər. Nəcibə də əldə edilən məbləğdən 15 faizini ona vermişdir. O, qadınların adlarını xatırlamadığını bildirmişdir. Son olaraq o bildirmişdir ki, o əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsinin nəzərə alınmasını və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2020-ci ilin iyun ayından etibarən tanıyır. Nəcibəni hazırda xatırlamadığı tanışı vasitəsilə tanımış, tanışı ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Nəcibənin ona pul qazanacağı iş tapa biləcəyini demişdir. O, həmin şəxsdən həmin işin nə olduğunu soruşduqda həmin şəxs Nəcibə adlı qadının müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Nəcibə ilə tanış olduqdan sonra onların arasında bir müddət mobil telefon əlaqəsi olmuşdur. Təxminən 2020-ci ilin iyun ayında Nəcibə onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamışdır. Bu zaman Nəcibə ona müştəriləri ilə görüşüb pul müqabilində cinsi əlaqədə olmağı təklif etmiş və o Nəcibə ilə razılaşmışdır. Həmin vaxtdan etibarən Nəcibə müştərilərlə görüşməyi üçün onunla əlaqə saxlamağa başlamışdır. Belə ki, Nəcibə oyaq olmadığı vaxtlarda Nəcibənin köməkçisi Fərid onunla əlaqə saxlamışdır. Nəcibəgil ilə aralarında olan razılaşmaya əsasən Nəcibə onu 320 manat pul müqabilində müştərilərinə təqdim etməli, pulu müştəridən aldıqdan sonra hər dəfə o Nəcibəyə 100 manat pul verməliymiş, bundan sonra bir neçə dəfə Fərid və Nəcibə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamışlar. O, Nəcibə və Fəridlə danışdıqdan sonra müştərilərin olduğu məkana getmişdir. Son olaraq o təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını onlara qarşı tələbinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2023-cü ildən tanımışdır. Tanışı ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Nəcibənin ona pul qazanacağı iş tapa biləcəyini demişdir. O, həmin şəxsdən işin nə olduğunu soruşduqda həmin şəxs Nəcibə adlı qadının müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Belə olan halda o maddi vəziyyətinin düzəlməsi üçün həmin şəxslə razılaşmışdır. Nəcibə onunla “Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman müştəriləri ilə görüşüb pul müqabilində cinsi əlaqədə olmağı təklif etmiş və o Nəcibə ilə razılaşmışdır. Müştəridən 320 manat pul alıb 100 manatını Nəcibəyə məxsus bank kartına göndərmişdir. Getdiyi müxtəlif hotellər olduğu üçün harada müştərilərlə cinsi əlaqədə olduğunu dəqiq xatırlamamışdır. Sonuncu dəfə isə Nəcibə onu 2024-cü ilin fevral ayının əvvəllərində fahişəliyə cəlb etmişdir. Son olaraq o təqsirləndirilən şəxsdən şikayətçi olmadığını ona qarşı tələbinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmşdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs7 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2022-ci ildən tanıyır. Nəcibə ilə söhbət əsnasında maddi vəziyyətinin yaxşı olmadığını bildirmiş, belə olan halda Nəcibə ona pul qazanacağı iş tapa biləcəyini demiş, o Nəcibədən həmin işin nə olduğunu soruşduqda Nəcibə müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Həmin vaxtdan Nəcibə onunla ‘Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman Nəcibə ona müştəriləri ilə görüşüb pul müqabilində cinsi əlaqədə olmağı təklif etmiş və o Nəcibə ilə razılaşmışdır. Müştəridən pulu aldıqdan sonra hər dəfə o Nəcibəyə 100 manat pul verməli olmuş, bundan sonra bir neçə dəfə Nəcibə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamışdır. Son olaraq o təqsirləndirilən şəxsdən şikayətçi olmadığını ona qarşı tələbinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmşdir Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 təxminən 2023-cü ildən tanıyır. Nəcibə ona pul qazanacağı iş tapa biləcəyini demiş, Nəcibə müştəriləri olduqda onunla əlaqə saxlayıb həmin müştərilərlə pul müqabilində cinsi əlaqədə olmağını təşkil edə biləcəyini, qadınları fahişəliyə cəlb etdiyini demişdir. Həmin vaxtdan Nəcibə onunla ‘”Whatsapp” sosial şəbəkəsi vastəsilə əlaqə saxlamış, bu zaman Nəcibə ona müştəriləri ilə görüşüb pul müqabilində cinsi əlaqədə olmağı təklif etmiş və o Nəcibə ilə razılaşmışdır. Müştəridən pulu aldıqdan sonra hər dəfə o Nəcibəyə 100 manat pul verməli olmuş, bundan sonra bir neçə dəfə Nəcibə onu müştərilərinin olduğu məkanlara göndərmək üçün onunla əlaqə saxmağa başlamışdır Nəcibə telefonlara cavab verə bilmədiyi vaxtlarda o, Nəcibənin köməkçisi Fəridlə əlaqə saxlamışdır. Son olaraq o təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını onlara qarşı tələbinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, “İnstagram” sosial şəbəkəsində bir xanımla tanış olmuş, həmin şəxs ona öz mobil nömrəsini vermiş, “Whatsapp” ani mesajlaşma tətbiqində qadın şəkilləri paylaşdığını görmüş, belə olan halda o, adının Nəcibə olduğunu öyrənmiş həmin şəxs ilə danışmış və cinsi əlaqədə olmaq üçün paylaşdığı qadınların qiymətini soruşmuşdur. Həmin şəxs qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 300-500 manat olduğunu bildirmiş, sonra Nəcibə ona “Whatsapp" sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmişdir. Lakin daha sonra Nəcibə ilə hər hansı bir əlaqə yaratmamışdır. Məhkəmə iclasında Şahid3 bildirmişdir ki, “İnstagram” sosial şəbəkəsində tanış olmuş, tanış olduqdan bir müddət sonra həmin şəxsin adının Nəcibə olduğunu öyrənmiş, ona öz telefon mobil nömrəsini vermişdir. Mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün paylaşdığı qadınların qiymətini desin. Həmin şəxs qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 200-500 manat olduğunu qeyd etmiş, bundan sonra ilk öncə ona “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərmiş, həmin vaxtdan bir müddət sonra tədricən həmin şəxslə əlaqəsi kəsilmişdir. Həmin şəxsin ona cinsi əlaqədə olmaq üçün təşkil etdiyi qadınları o əvvəlcədən tanımamış, həmin qadınların anket məlumatları barədə hər hansı məlumatı yoxdur. Məhkəmə iclasında Şahid5 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 özünü görməsə də onun qadınları fahişəliyə cəlb etdiyini bilmişdir. Nəcibəni təxminən 2023-cü ilin ortalarından etibarən tanıyır. Həmin şəxsin nömrəsini ona hazırda adını xatırlamadığı tanışı vermişdir. Nəcibənin nömrəsini ona verən tanışı onun qadınları fahişəliyə cəlb etdiyini demişdir. Həmin vaxtdan onun nömrəsini özündə saxlamışdır. Birinci dəfə təxminən 2024-cü ilin yanvar ayında Nəcibə ilə telefon nömrəsi ilə danışıb və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Nəcibə qadınları təşkil etməyin qiymətinin hər bir qadın üçün 200 manat olduğunu bildirmişdir. Bundan sonra Nəcibə ilk öncə ona “whatsapp” sosial şəbəkəsi vasitəsi ilə qadın şəkilləri göndərdi. Daha sonra isə o seçdiyi qadınla görüşmüşdür. Bunun müqabilində o həmin qadına 200 manat pul ödəmişdir. Məhkəmə iclasında Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 özünü görməsə də Nəcibənin qadınları fahişəliyə cəlb etdiyini bilmiş, Nəcibəni təxminən 2024-cü ilin yanvar ayından etibarən tanıyır. Nəcibənin nömrəsini ona verən tanışı Nəcibənin qadınları fahişəliyə cəlb etdiyini demişdir. Təxminən 2024-cü ilin yanvar ayının sonlarında Nəcibə ilə mobil telefon nömrəsi ilə danışmış və Nəcibəyə bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Nəcibə qadınların şəkilini ona göndərmişdir. Daha sonra isə o Nəcibəyə seçdiyi qadını göndərməsini demişdir. Bunun müqabilində o həmin qadına 320 manat pul ödəmiş, həmin vaxtdan etibarən Nəcibə ilə hər hansı bir əlaqəsi olmamışdır. Cinayət işi üzrə şahid qismində müəyyən edilmiş Şahid2, Şahid4, X2, Şahid8 və Şahid9 məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə qeyd edilən şahidlərin ibtidadi istintaqda verdiyi ifadələri elan edilmişdir. Cinayət işi üzrə zərəçəkmiş qismində müəyyən edilmiş Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs8 Elsəvər qızı məhkəmə iclasının yeri və vaxtı barədə dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə heç bir məlumat verməmiş iş üzrə qeyd edilən zərərçəkmiş şəxslərin ibtidadi istintaqda verdiyi ifadələri elan edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmuşdur. Məhkəmədə tədqiq olunan “Diskə baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadələrində olmuş +**********50, +**********66, +**********11 və +**********69 saylı mobil nömrələrindən müxtəlif mobil telefon nömrələrinə, habelə əks istiqamətdə müxtəlif vaxtlarda zənglər daxil olmuşdur. Məhkəmədə tədqiq olunan “Bank hesabına baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus hesablara müxtəlif məbləğlərdə pul köçürmə əməliyyatları həyata keçirilmişdir. Məhkəmədə tədqiq olunan “Mobil telefona baxış keçirilməsi barədə” xx.xx.2024-cü il tarixli protokol və fotoşəkillərdən görünür ki, Whatsap sosial şəbəkəsi vasitəsi ilə Təqsirləndirilən şəxs1 bir sıra qızları fahişəliyə cəlb etmə ilə bağlı müxtəlif məzmunlu smslər və qadın şəkillər müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Zərdab Rayon İcra Hakimiyyəti Zərdab şəhər Mənzil İstismar Sahəsinin xx.xx.2024-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, X1 şəhəri Azərbaycan küçəsi 11 saylı yaşayış evinin 16-cı mənzilində qeydiyyatdadır və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Şəmkir Rayon İcra Hakimiyyəti Çinar qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir rayon Çinarlı qəsəbəsində qeydiyyatdadır və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir Məhkəmədə tədqiq olunan zərərçəkmiş Zərərçəkmiş şəxs6 tərəfindən məhkəyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarını iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq olunan zərərçəkmiş Zərərçəkmiş şəxs7 tərəfindən məhkəyə təqdim edilmi. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o təqsirləndirlən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarını iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq olunan zərərçəkmiş Zərərçəkmiş şəxs5 tərəfindən məhkəyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o təqsirləndirlən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarını iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq olunan zərərçəkmiş Zərərçəkmiş şəxs4 tərəfindən məhkəyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, o təqsirləndirlən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarını iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. Məhkəmədə tədqiq olunan zərərçəkmiş Zərərçəkmiş şəxs3 tərəfindən məhkəyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, o, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Təqsirləndirlən şəxslə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarını iştirakı olmadan davam etdirilməsini xahiş etmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə olunan çıxarışdan aydın olur ki, zərərçəkmiş Zərərçəkmiş şəxs1 2024-cü ilin may ayından İstanbul şəhərinə çıxış etmiş və ölkə ərazisinə qayıtmamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 243.1-ci maddəsi ilə tövsif etdiyindən onlar, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsində bu cinayət əməli ictimai mənəviyyat əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai mənəviyyat, əlavə obyekti qismində isə insan sağlamlığı, şərəf və ləyaqəti, habelə şəxsi həyatının və mülkiyyətinin toxunulmazlığı çıxış edir. Nəzərə alınmalıdır ki, ictimai mənəviyyat əleyhinə olan cinayətlər ictimai mənəviyyata qəsd edən və əhəmiyyətli zərər vuran ictimai təhlükəli əməllərdir. Belə əməllər yalnız bir şəxsə deyil, bir çox insanlara, həmçinin cəmiyyətin mənəvi dayaqlarına zərər vurur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxslərlə barışmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan gəlir əldə etmək məqsədilə zərərçəkmiş şəxsləri fahişəliyə cəlb etməsi əməlinin törədilməsi sonuncuların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CMin 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 243.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 CM-in 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin olunmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, cərimə cəzası təqsirləndirilən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda cəzanın məqsədini təmin edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 243.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Cinayət işinə əlavə edilmiş 02 ədəd CD-R formatlı disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd edilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3500 (üç min beş yüz) manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-390/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-390/2024
03.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver