Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-391/2023 06.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Quruzma Ərazi Dairəsi, Kovlar kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu yaşayış sahəsi, nömrəsiz fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq 01 ədəd 7688 nömrəli, 1959-cu ildə zavod üsulu ilə keçmiş SSRİ dövlətinin Tula silah zavodunda istehsal olunmuş, 16 mm kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, odlu yivsiz, ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsilərək təyinatını itirmiş, odlu yivsiz silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı, 16 kalibrli ov tüfənginin kəsiyini əldə edib üzərində saxlamaqla gəzdirərək daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 17 iyun 2023cü il tarixdə saat 15.20-də ünvan 1 ünvanın yaxınlığında saxlanılaraq ünvan 2a yerləşən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunub üzərinə həmin gün saat 17:03-də şəxsi axtarış və götürmə keçirilərkən sağ əlində saxladığı bir ədəd sellofan paketin içərisindən 01 ədəd 7688 nömrəli, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1959cu ildə Tula silah zavodunda istehsal olunmuş, 16 mm kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, odlu yivsiz, ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsilərək təyinatını itirmiş, odlu yivsiz silah hesab edilən, texniki cəhətdən saz və atəş üçün yararlı, 16 kalibrli ov tüfənginin kəsiyi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, saxlanılmamışdan 02 gün əvvəl yaşadığı ünvanın yaxınlığında olan zaman bir ədəd ədəd qundağı və lüləsi kəsilmiş vəziyyətdə olan tüfəng tapmış və özündə, yəni üstündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təqribən 15 radələrində ünvan 3 ünvanın yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun qanunsuz olaraq odlu silah əldə etməyi və saxlamağı barədə bildirmişlər. O, bu zaman üzərində tüfəng olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. O, buna etiraz etməyib həmin polis əməkdaşları ilə birlikdə Baş İdarəyə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunduqdan sonra video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, sağ əlində saxladığı 01 ədəd sellofan paketi masanın üzərinə qoyaraq təqdim etmişdir. Həmin sellofan paketin içərisində odlu silah tüfəng olmasını bildirmişdir. Bundan sonra əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus olmasını bildirdiyi 01 ədəd mobil telefonu, həmin cins şalvarının sol yan cibindən isə 10 manat məbləğində pulu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Daha sonra təqdim etdiyi 01 ədəd sellofan paketə baxış keçirilmişdir. Paketin içərisində 01 ədəd tüfəngin olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı o, hamısını olduğu kimi etiraf etmişdir. Daha sonra üstündən aşkar olunmuş pul vəsaiti özünə qaytarılmış, bir ədəd “Samsung” markalı mobil telefon isə polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra üstündən aşkar olunmuş tüfəng polis əməkdaşları tərəfindən içərisində olduğu sellofan paket ilə birlikdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sonrakı məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CMnin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər qeyri-rəsmi münasibətdə olduğu xanımla ayrıldıqdan sonra onların arasında pul mübahisəsi yaranmış və buna görə də xanım ondan şikayətçi olaraq Binəqədi Rayon Polis İdarəsinə şikayət etmişdir. Binəqədi Rayon Polis İdarəsində xanımın şikayəti üzrə araşdırma aparılmış və şikayət əsassız olduğundan iş bağlanmışdır. Xanım da bundan acığa düşərək onu tutduracağını deyib hədələmişdir. Bir gün çay evində oturarkən dostları ona sosial şəbəkədə barəsində bir video yayıldığını bildirmiş və videonun linkini ataraq ona baxmasını bildirmişdirlər. O da videoya baxdıqda görmüşdür ki, bir nəfər şəxs onun adını çəkərək barəsində artıq-əskik danışır, hətta onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı kimi təqdim edərək ünvanına nalayiq ifadələr işlədir. Məhz həmin videonun yayıldığı günün səhərisi ona Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən zəng olunmuş və idarəyə dəvət edilmişdir. O da dostunun maşını ilə baş idarənin qarşısına gəlmiş və üzü “Çanaqqala” restoranına tərəf dayanaraq gözləmiş, çox keçmədən ağ rəngli “Pajero” markalı avtomobilin onların yanında saxladığını görmüşdür. O da dostunun maşınından düşərək həmin avtomobilə minmişdir. Avtomobili idarənin əməkdaşı idarə etmişdir. Avtomobili hərəkətə gətirərək bir az irəlilədikdən sonra da idarəyə daxil olmuşdur. İdarədə polis əməkdaşları ona bildirmişlər ki, onun barəsində sosial şəbəkədə özünü idarənin əməkdaşı kimi təqdim etməsi ilə bağlı video yayılmışdır. Sonda da bu silah məsələsi ortaya qoyulmuş, o da razılaşmalı olmuşdur. Sonda Təqsirləndirilən şəxs, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 17 iyun 2023-cü il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edərək saxlaması və daşıması bildirilmişdir. Daxil olmuş məlumat əsasında 17 iyun 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 15:20-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış və əlində saxladığı sellofan paketə baxış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmişdir. Barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs üzərində odlu silahın, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” qərara əsasən 17 iyun 2023-cü il tarixdə saat 17:03-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış, baxış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmənin videoçəkiliş vasitəsi aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd sellofan paketi masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofan paketin içərisində odlu silah tüfəng olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus olmasını bildirdiyi bir ədəd mobil telefonu, həmin cins şalvarının sol yan cibindən isə 10 manat məbləğində olan pulu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketə baxış keçirilmiş, paketin içərisində bir ədəd tüfəngə bənzər predmet olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 10 manat pulun özünə aid olmasını bildirmişdir. Daha sonra baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd qara rəngli mobil telefonun özünə məxsus olmasını və “Samsung” markalı olmasını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin tüfəngə bənzər predmeti təxminən 02 gün əvvəl yaşadığı ünvanın yaxınlığında olan ərazidən tapdığını, həmin predmetin onun üçün maraqlı olduğunu, bu səbəbdən həmin predmeti özündə saxladığını, lakin həmin predmeti hansısa ünvana istifadə etmək üçün aparmaq istədiyini, bu zaman polis əməkdaşları tərəfindən saxlanılmasını, qeyd olunan tüfəngə bənzər predmetin onda olması barədə heç kimə məlumat vermədiyini və həmin predmetlə birlikdə heç bir cinayət əməli törətmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxsdən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd tüfəngə bənzər predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan içərisində olduğu sellofan paket ilə birlikdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid3 Sultan oğlu digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, Bəyanəti 6-7 ildir ki, tanıyır. Bəyanət Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət olunmamışdan əvvəl onlar birlikdə idilər və Bəyanətə zəng onun yanında olmuşdur. Bəyanət ona bildirmişdir ki, onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət ediblər və təcili oraya getməlidir. O da elə həmin istiqamətdə işi olduğunu bildirmiş və onu oraya avtomobili ilə apara biləcəyini demişdir. O və Bəyanət birlikdə onun avtomobili ilə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin yanına getmiş, üzü “Çanaqqala” restoranına tərəf dayanaraq gözləmişdirlər. Bir az keçmiş ağ rəngli “Pajero” markalı avtomobilin onların yanında saxladığını görmüşdür. Bəyanət maşından düşərək həmin avtomobilə minmişdir. O da avtomobilini sürüb oradan uzaqlaşmışdır. Daha sonra nə baş verdiyindən xəbəri yoxdur. Cinayət işinin 20-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 28-30-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 iyun 2023-cü il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında 17 iyun 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək həmin günü saat 15:20-də ünvan 3 ünvanın yaxınlığında olduğu zaman saxlanılmış, saxlanılarkən Təqsirləndirilən şəxs üstündə şəxsi axtarış və əlində saxladığı sellofan paketə baxış aparılmasına yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs Baş İdarəyə gətirilmişdir. Barəsində şübhəli şəxs qismində tutma haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs üzərində odlu silahın, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında” qərara əsasən 17 iyun 2023-cü il tarixdə saat 17:03-də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış, baxış və götürmə aparılmasına başlanmışdır. Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış, baxış və götürmənin videoçəkiliş vasitəsi aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış, baxış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona üzərində olması ehtimal edilən odlu silahı, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı bir ədəd sellofan paketi masanın üzərinə qoyaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin sellofan paketin içərisində odlu silah tüfəng olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən özünə məxsus olmasını bildirdiyi bir ədəd mobil telefonu, həmin cins şalvarının sol yan cibindən isə 10 manat məbləğində olan pulu çıxardıb təqdim etməklə masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üstündən başqa hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd sellofan paketə baxış keçirilmiş, paketin içərisində bir ədəd tüfəngə bənzər predmet olması müəyyən edilmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs təqdim etdiyi 10 manat pulun özünə aid olmasını bildirmişdir. Daha sonra baxış zamanı Təqsirləndirilən şəxs aşkar olunan bir ədəd qara rəngli mobil telefonun özünə məxsus olmasını və “Samsung” markalı olmasını bildirmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin tüfəngə bənzər predmeti təxminən 02 gün əvvəl yaşadığı ünvanın yaxınlığında olan ərazidən tapdığını, həmin predmetin onun üçün maraqlı olduğunu, bu səbəbdən həmin predmeti özündə saxladığını, lakin həmin predmeti hansısa ünvana istifadə etmək üçün aparmaq istədiyini, bu zaman polis əməkdaşları tərəfindən saxlanılmasını, qeyd olunan tüfəngə bənzər predmetin onda olması barədə heç kimə məlumat vermədiyini və həmin predmetlə birlikdə heç bir cinayət əməli törətmədiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş 10 manat pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən şəxsin özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxsdən aşkar edilmiş bir ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üstündən aşkar olunmuş bir ədəd tüfəngə bənzər predmet cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan içərisində olduğu sellofan paket ilə birlikdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Cinayət işinin 41-44-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 18 iyun 2023-cü il tarixli, 23/450R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 7688 nömrəli silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 1959-cu ildə Tula silah zavodunda istehsal olunmuş, 16 kalibrli TOZ-B modelli, çaxmağlı, hamar qoşa lüləli, odlu yivsiz, ov tüfəngidir. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsilmişdir və hal-hazırda təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Cinayət işinin 75-79-cu vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-921/2023 saylı qərarından görünür ki, vəsatətin təmin edilməsi, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qimsində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddətinin 03 ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 17 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin 84-cü vərəqində olan “Maddi sübut hesab edilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə aşkar olunub götürülmüş 01 ədəd 7688 nömrəli TOZ-B modelli 16 kalibrli ov tüfənginin kəsiyinin iş üzrə maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin 104-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 106-107-ci vərəqələrində olan AZE 11984883 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Masallı rayon Yeddioymaq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı 896164 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X6 atası kimi X3, anası kimi X7 qeyd edilmişdir. Cinayət işinin 108-109-cu vərəqələrində olan AZE 11984882 nömrəli Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən və Masallı rayon Yeddioymaq İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş AZ-İİİ seriyalı 896163 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1 atası kimi X3, anası kimi X7 qeyd edilmişdir. Cinayət işinin 110-cu vərəqində olan Sabirabad Rayon İcra Hakimiyyəti Quruzma Kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 112-116-cı vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 04 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə keçirilməsini özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 3 X9 X2 Komissiyasının xx.xx.2023-cü il tarixli, 3931 nömrəli rəyindən görünür ki, X8 yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları diaqnozu qoyulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə - iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 21 iyun 2010-cu il tarixli qərarında göstərilmişdir ki, «odlu silah» anlayışı Azərbaycan Respublikasının 2004-cü il 10 sentyabr tarixli, 750-İİQ nömrəli Qanunla qoşulduğu Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunda göstərilmişdir. Həmin Protokolun 3-cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. Əntiq odlu silahlar və onların modelləri daxili qanunvericiliyə müvafiq olaraq müəyyən edilir. Lakin 1899-cu ildən sonra istehsal olunan odlu silahlar heç bir halda əntiq silahlara aid edilmir. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanunu və digər müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydaların pozulması isə məsuliyyətin yaranmasına səbəb olur. Belə ki, qeyd olunan Qanun xidməti və mülki silahın yalnız dövriyyəsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, odlu silahla qanunsuz hərəkərlərə görə məsuliyyət isə digər qanunlar, o cümlədən cinayət məsuliyyəti cinayət qanunu ilə müəyyən edilir. Belə məsuliyyətin növlərindən biri kimi CM-nin 228-ci maddəsi çıxış edir.». “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 1, 3, 5 və 6-ci bəndlərinə əsasən silah — canlı qüvvənin və digər obyektlərin, o cümlədən texnikanın və tikililərin məhv edilməsi üçün nəzərdə tutulmuş, yaxud işarə vermə üçün nəzərdə tutulmuş, lakin canlı qüvvənin və digər obyektlərin məhv edilməsi üçün istifadə oluna bilən qurğu və vasitədir; mülki silah — özünümüdafiə, ov və idmanla məşğul olma üçün nəzərdə tutulmuş silahdır; döyüş sursatı- müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalardır. soyuq silah — konstruksiyasına, ölçülərinə və materialına görə birbaşa istehsalat və ya təsərrüfat-məişət məqsədləri üçün nəzərdə tutulmayan, xüsusi olaraq insanın əzələ qüvvəsindən istifadə etməklə zərərvurma obyekti ilə bilavasitə təmas zamanı xəsarət yetirmək təyinatına malik olan silahdır. Həmin Qanunun 3-cü maddəsinin İİ hissəsinin 1, 2 və 5-ci bəndlərinə əsasən xidməti və mülki silahın dövriyyəsi ilə əlaqədar Azərbaycan Respublikasında bu Qanunla nəzərdə tutulmuş müvafiq xüsusi icazəsi olmayan şəxslər tərəfindən həmin silahın əldə edilməsi, gəzdirilməsi və ondan istifadə edilməsi; ictimai yerlərdə örtüksüz silahın gəzdirilməsi;xəncərlərin, beybutların, ov bıçaqlarının, əliçliklərinin, toppuzların, nunçakların, gürzlərin, beşbarmaqların və başqa zərbə-dağıdıcı təsirli əşyaların (idman alətləri istisna edilməklə) dövriyyəsi qadağandır. Həmin Qanunun 21-ci maddəsinin İİİ hissəsinə əsasən, mülki silah sahibi aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) bu Qanunun tələblərinə əsasən əldə edilmiş silahı qeydiyyatdan keçirməli; 2) bu Qanunun tələblərinə əsasən Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi silahın təyinatı üzrə istifadə edilməsi və daşınması qaydalarına əməl etməli. Nəhayət, «bu Qanunun müddəalarını pozmaqla odlu silahın, döyüş sursatının və soyuq silahın istehsalını, gətirilməsini, aparılmasını, idxalını, ixracını, satışını, əldə edilməsini, başqasına verilməsini, kolleksiya edilməsini, sərgisinin keçirilməsini, saxlanılmasını, gəzdirilməsini, daşınmasını, göndərilməsini, istifadə edilməsini, götürülməsini və ya məhv edilməsini həyata keçirən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar (Qanunun 24-cü maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan 2 (iki) övladının olmasını, oğlan övladının yüngül kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları xəstəliyindən əziyyət çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzasını yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 5 (beş) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd 7688 nömrəli TOZ-B modelli 16 kalibrli ov tüfənginin kəsiyi hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 80 (səksən) iş saatına görə 480 (dörd yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs məhkəməyədək icraat və məhkəmə baxışı zamanı həbsdə saxlanıldığı 5 (beş) ay 19 (on doqquz) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 11 (on bir) ay 18 (on səkkiz) gün çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. İş üzrə maddi sübut olan və Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş 01 ədəd 7688 nömrəli TOZ-B modelli 16 kalibrli ov tüfənginin kəsiyi hökm qanun qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə maddi sübut olan - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 80 (səksən) iş saatına görə 480 (dörd yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-391/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-391/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver