Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-392/2024 29.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Dəvəçi rayonu, Dağquşçu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli və 01 övladı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Siyəzən şəhəri, X3 küçəsi, 18 saylı evdə qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivi, nömrəsiz həyət evində yaşamış, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və halhazırda 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq, bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, xeyli miqdarda, təmiz şəkisi 0,467 qram psixotrop maddə olan metamfetamini əldə edib əynindəki şalvarın sağ yan cibində saxlamaqla ünvan 1 ünvana daşımış, xx.xx.2024-cü il tarixdə saat 00:05-də Nərimanov Rayon Polis İdarəsinin NMB-nin və 16-cı Polis Şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi, 1-ci Şimal Şitilliyi küçəsi, 74 saylı evin qarşısında saxlanılıb, ünvan 3 ünvanında yerləşən Nərimanov RPİ-nin 16-cı PŞ-yə gətirilərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki qara rəngli şalvarın sağ yan kiçik cibindən çəkisi 0.467 qram ağ rəngli, kristallik hissəciklərdən ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında öz istifadəsi üçün Bakı şəhərində yerləşən Papanin adlanan ərazidə bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini (patı) alıb əynində olan şalvarın kiçik cibinə qoyaraq Bakı şəhəri, Nərimanov rayonu, Xutor qəsəbəsi, 1-ci Şimal Şitilliyi küçəsi, 74 saylı evin qarşısına doğru piyada hərəkət etmişdir. Təxminən gecə saatlarında həmin ünvanın qarşısında 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları olaraq təqdim edərək ondan özünü təqdim etməsini xahiş etmişlər. Üzərində psixotrop maddə olduğuna görə o, özünü itirmiş, cavab verməkdən yayınmaqla polis əməkdaşlarından qaçaraq uzaqlaşmaq istəmişdir. Həmin vaxt polis əməkdaşları onu saxlamışdır. Ondan narkotik istifadəçisi olub-olmadığını soruşmuşlar və o, istifadəçi olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Nərimanov RPİ-nin 16-cı Polis Şöbəsinə aparmışlar. Vəkilin iştirakı ilə video çəkilişlə üzərində olan əşyaları təqdim etməyi dedikdə, o da üzərində olan mobil telefonları, pul əsginaslarını, şalvarının cibindən siqaretin gümüşü rəngli kağızına bükülmüş bir ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşı ondan həmin bükümdəki maddənin nə olmasını soruşduqda, o, “patı” adlandırılan psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Eyni zamanda ondan həmin maddəni haradan və kimdən almağını soruşanda, həmin psixotrop maddəni adını bilmədiyi bir şəxsdən öz istifadəsi üçün 5 manata aldığını demişdi. Sonra isə polis əməkdaşları və vəkilin iştirakı ilə üzərinə axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, üzərindən aşkar edilmiş həmin psixatrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhür ilə möhürlənərək götürülmüşdür. Təxminən beş ilə yaxındır ki, psixotrop maddədən istifadə etsə də, heç kəsə salmamış və heç kəsə pay olaraq verməmişdir. Yekun olaraq o, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, bir azyaşlı övladı olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərilmişdir ki, o, Nərimanov RPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. 18 aprel 2024-cü il tarixdə Nərimanov RPİ-nin 16-cı PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Xəqani Qalabəyli ilə birlikdə inzibati ərazidə xidmət aparmışdır. Həmin gün saat 00:05 radələrində ünvan 5 ünvanının qarşısında xidmət aparan zaman bir nəfər şəxsin onları görən kimi özünü şübhəli apardığını görmüşlər. Buna görə də. həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını və verdikləri suallara qeyri səmimi olaraq cavab verib yayınıb getməyə çalışdığını görüb sonuncunu saxlayaraq Nərimanov RPİ-nin 16-cı PŞ-nə dəvət etmişlər. Rasim də buna etiraz etmədikdən sonra sonuncunu Polis Şöbəsinə aparmışlar və şöbədə həmin şəxsin şəxsiyyəti müəyyən edilən zaman həmin şəxsin xx.xx.1970-ci ildə Dəvəçi rayonu, Dağquşçu kəndində andan olmuş. Siyəzən şəhəri, X3 küçəsi, 18 saylı evdə qeydiyyatda olan və Abşeron rayonu. Xırdalan şəhəri, Quşçuluq massivi, nömrəsiz həyət evində yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla şöbənin rəhbərliyinə məruzə etmişlər və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Rəşad Əhmədova həvalə edilmişdir. Bundan sonra Xəqani Qalabəyli ilə xidmət apardıqları əraziyə geri dönmüşlər. Daha sonra öyrənmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman 01 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 ifadəsi Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan fakları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlib şahid qismində ifadə verməyən Şahid3 və Şahid4 ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmədə tədqiq edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 18 aprel 2024-cü tarixli protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin sol yan cibində olan “Samsung J2”, “Nokia 1114” markalı mobil telefonları, əynində olan qara rəngli şalvarının sağ yan cibində 02 ədəd 10 manatlıq və 01 ədəd 20 manatlıq pul əskinaslarmı, şalvarının arxa sağ tərəf cibindən üzərində “Dubai” yazısı olan alışqan və əynində olan qara rəngli şalvarının sağ yan kiçik cibində saxladığı içərisində spesifik qoxuya malik, kristal şəkilli, ağ rəngli maddə olan siqaretin gümüşü rəngli kağızma bükülmüş 01 ədəd bükümü könüllü olaraq təqdim etdi. Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirdi ki, təqdim etdiyi 01 ədəd bükümün içərisindəki maddə “metafetamin” adı ilə tanınan psixotrop maddədir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni xx.xx.2024-cü il tarixdə 16-cı PŞ-nin əməkdaşları tərəfindən saxlanılmamışdan təxminən 20 dəqiqə qabaq Papanin adlanan yerdə Hərbi hospitalın yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən bükümü 5 manata almışdır. Həmin narkotik vasitəni əynində olan qara rəngli şalvarının sağ kiçik yan cibində öz istifadəsi üçün saxlamışdır. xx.xx.2024-cü il saat 00:05 radələrində ünvan 6 ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Aşkar olunmuş narkotik vasitə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırıldı, 218 nömrəli möhürlə möhürləndi. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2085 nömrəli rəyindən görünür ki, təqdimata təqdim edilmiş üzərində AR DİN “Zərflər üçün №218” möhür əksi, “Şübhəli şəxs... Təqsirləndirilən şəxs.” və.s soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0, 467 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublika Narkoloji X2 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü tarixli, 4266 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Siyəzən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 11 ay, 29 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Xəzər Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə Siyəzən Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, hökmü ilə təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(012)-589/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Məhkəmədə tədqiq edilmiş “Cinayət törətməkdə şübhəli şəxsin tutulması” haqqında 18 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 00:15 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş 19 aprel 2024-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-392/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmənin çağırışlarına gəlməmiş və məhkəmə istintaqından yayınmışdır. Buna görə də barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və qərarın icrası Nərimanov Rayon Polis İdarəsinə tapşırılmışdır. Məhkəmədə tədqiq olunan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanası tərəfindən təqdim edilən məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən tutularaq, 3 saylı İstintaq təcridxanasına gətirilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məhktubdan görünür ki, Abşeron Rayon Məhkəməsinin 1(012)-589/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixədək cəzasının 01 il 06 ay hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 11 ay 26 gün təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsnin, əməlindən peşman olmasını, bir azyaşlı övladı olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 2022-ci ildə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona həbslə bağlı olmayan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, həmin cəza növü üzrə üzərinə qoyulmuş vəzifələri icra etməyərək cəzanı çəkməkdən boyun qaçırması, eləcə də azadlığın məhdudlaşdırılması növündə cəza çəkdiyi müddətdə, yenidən eyni məzmunlu cinayət əməli törətməsi, narkotik vasitə istifadə etməkdə davam etməsi, dəfələrlə narkomaniyadan məcburi müalicə almasına baxmayaraq islah yoluna heç bir şəkildə qədəm qoymaması, onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun əvvəllər Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməkdə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına baxmayaraq, onun üzərinə qoyulmuş vəzifələri pozmasını şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 1(012)-589/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddəti azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq CM-in 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (18-19 aprel 2024cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti cəza saxlanılmalı və cəzaçəkmə müddətinin başlanğıcı azadlığının məhdudlaşdırıldığı vaxtdan hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,417 qram psixotrop maddə metamfetaminin məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD formatlı disk cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «De Fendo»Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 maddəsi tətbiq edilməklə, Abşeron Rayon Məhkəməsinin 1(012)-589/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş 11 (on bir) ay, 26 (iyirmi altı) gün hissəsi azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanaraq 05 (beş) ay 13 (on üç) gün müddətində azadlıqdan məhrum etmə növündə cəzaya bərabər tutulmaqla, bu hökm üzrə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs çəkilməsi üçün 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin olunsun. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət (18-19 aprel 2024-cü il tarixlər) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 01 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 0,417 qram psixotrop maddə metamfetaminin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD ormatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-392/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-392/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver