Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-393/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi iştirakları ilə, xx xxxx 1986-cı ildə, Füzuli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu, M.Hadi küçəsi, ev 106, mənzil 52-də qeydiyyatda olmaqla faktiki Abşeron rayonu, Xırdalan şəhəri, Füzuli küçəsi, ev 7A, mənzil 10-da kirayə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi materialına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 13 mart 2022-ci il tarixə keçən gecə, saat 01:30 radələrində idarə edib Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 61 saylı evin qarşısında saxladığı "Toyota Prius (Hibrid) minik" markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda şəxsi münasibətlər zəmnində faktiki ər-arvad kimi yaşadığı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı, yəni sonuncunun onun spirtli içki qəbul etməsinə irad bildirməsini və ona pul borc verməməsini əsas gətirib ondan qisas almaq məqsədilə yumruq və ayaqla qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirmiş, nəticədə Zərərçəkmiş şəxs qapalı kəllə-beyin travması və baş- beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi-hematoması, boynun ön səthinin sol və sağ yarısının sıyrıqları, sol baldırın orta üçdə birinin və sağ baldırın aşağı üçdə birinin qançırları kimi xəsarətlər yetirib dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Emin adlı şəxsə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, FÜ2 küçəsi, ev 7A-da yerləşən 10 saylı mənzildə anası ilə birlikdə kirayə yaşayırlar. Təxminən 5-6 ildir ki, taksi fəaliyyəti ilə məşğul ola: çörək pulu qazanır. Zərərçəkmiş şəxs təxminən 2 ildir tanıyır. Belə ki, həmin ərəfələrdə Zərərçəkmiş şəxs “instaqram” sosial şəbəkəsir avtomobilini təmir etdirmək istədiyinə dair elan verdiyindən, o da, Zərərçəkmiş şəxs köməklik edə bilcəyəni yazmış və ona bu məsələdə kömək etmişdir. Bununla da, onların tanışlıqları başlamış və o, Zərərçəkmiş şəxs kirayə yaşadığı Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 61-də yerləşən 35 sa mənzildə onunla faktiki ər-arvad kimi yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs müəyyən sifarişlər əsasında ayrı-ayrı şəxsləri massaj etmə fəaliyyəti ilə məşgul olmuşdur. Zərərçəkmiş şəxs ilə bir yerdə yaşadıqları müddət ərzində sonuncu əsassız yerə başqa qadınlara qısqandığı üçün dəfələrlə aralarında narazılıq yaransa da, sonradan barışmışlar. Təxminən 2 ay əvvəl isə yenidən “Toyota Prius minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürüb taksi fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Sonuncu dəfə, 12 mart 2022-ci il tarixdə, saat 22 radələrində Zərərçəkmiş şəxs snapchat edib işini reklam etmək üçün onunla birlikdə Bakı şəhəri Səbail rayonu, Nizami küçəsində yerləşən “Pizza-in” restoranına getmişlər. Orada birlikdə yemək yeyib çaxır içdikdən sonra, o, özünə pivə sifariş verdiyindən, Zərərçəkmiş şəxs buna iradını bildirmiş və bu səbəbdən də, aralarında narazılıq yaranmışdır. Buna görə də, 13 mart 2022-ci il tarixə keçən gecə, saat 01 radələrində hirsli vəziyyətdə birlikdə restorandan çıxıb avtomobilə qayıtmışlar. O, özü spirtli içki qəbul etdiyi üçün istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən “ayıq sürücü” xidmətinə zəng vurub ayıq sürücü çağırmışdır. Təxminən 30 dəqiqədən sonra, ayıq sürücü ora getmiş və onlar avtomobilin salonuna daxil olub birlikdə yaşadıqları mənzilə doğru getməyə başlamışlar. X1rşısına çatanda Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yarandığmdan, tanımadığı ayıq sürücü avtomobili həmin yerdə saxlayaraq getmişdir. Bundan sonra, o, sükan arxasına keçərək avtomobili idarə etməyə başlamışdır. Yolla gedən zaman Zərərçəkmiş şəxs ilə mübahisələri davam etmişdir. Saat 01:30 radələrində idarə etdiyi “Toyota Prius minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs kirayə yaşadığı mənzilin yerləşdiyi qeyd olunan ünvanda olan evin qarşısına çatanda sonuncu avtomobilin qabaq sağ qapısını anidən açdığından, avtomobilin qabaq sağ qapısı orada olan dəmir boruya dəyərək zədələnmişdir. Daha sonra, avtomobili həyətdə saxlayıb Zərərçəkmiş şəxs avtomobildən aşağı düşməsini tələb etmişdir. Sonuncu isə ayaqları ilə avtomobilin alın şüşəsinə zərbələr endirib alın şüşəsini zədələmiş və avtomobilin güzgüsünü sındırmışdır. Bundan sonra, Zərərçəkmiş şəxs onun ünvanına nalayıq sözlər işlədib avtomobilin qapısını açaraq avtomobili tərk etmiş və yaşadığı mənzilə getmişdir. Daha sonra, mobil telefonunu götürmək istəyəndə Zərərçəkmiş şəxs səhvən onun mobil telefonunu götürdüyünün və özünün mobil telefonunun avtomobildə unutduğunun şahidi olmuşdur. O, mobil telefonlarını dəyişdirmək üçün mənzilə qalxmış və mənzilin qapısını döyəndə Zərərçəkmiş şəxs mənzilin qapısını açmışdır. Zərərçəkmiş şəxs mobil telefonlarının səhv düşdüyünü deyib onun mobil telefonunu ona uzatmış və mobil telefonunu verməsini demişdir. Zərərçəkmiş şəxs isə özünün mobil telefonunu götürüb onun mobil telefonunu özünə qaytarmışdır. Zərərçəkmiş şəxs yenidən onun ünvanına nalayıq ifadələr işlədib oradan çıxıb getməsini tələb etdiyindən, o, sakitcə çıxaraq oradan getmişdir. Qeyd olunan tarixdə və yerdə Zərərçəkmiş şəxs ilə aralarındakı mübahisə təxminən 20-25 dəqiqə ərzində davam etsə də, olanlar avtomobilin salonunda baş verdiyindən və ətrafda heç kim olmadığından məlum hadisənin şahidi olan olmamışdır. O, nə avtomobildə, nə də ki, avtomobildən düşəndən sonra o, Zərərçəkmiş şəxs hər hansı xəsarət yetirməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 61-də yerləşən 35 saylı mənzildə qızı Şahid və oğlu Kənan Məmmədovla birlikdə kirayə yaşayır. Təxminən 10 ildir ki, əri olmuş İmran Əbilovdan boşanmışdır. Özü massaj fəaliyyəti və lazer epilyasiyası işi ilə məşğul olur. Təxminən 1 il 6 ay əvvəl onun "Kia Picanto minik" markalı avtomobilinin təmirə ehtiyacı olduğu üçün "instaqram" sosial şəbəkəsində bu barədə elan vermişdir. Bundan sonra, Təqsirləndirilən şəxs onun "instaqram" səhifəsinə yazmağa başlamış və ona kömək edə biləcəyini demişdir. Beləliklə, onunla yazışmağa başlamışdır. Sonra, Təqsirləndirilən şəxsla görüşmüş və sonuncu onun avtomobilini təmir etdirmişdir. Daha sonra, onunla yaxın münasibətləri yaranmış və onlar faktiki ər-arvad kimi yaşamağa başlamışlar. X7 Səfərovu evə qoymayanda sonuncu onun kirayə yaşadığı qeyd olunan ünvanda yerləşən mənzildə qalmışdır. Təqsirləndirilən şəxs onunla tanış olduqdan təxminən 1 ay sonra, yəni 2020-ci ilin oktyabr ayında işlədiyi hansısa şirkətdə problemin olduğunu deyib ondan 12000 manat pul borc istəmişdir. O da, özündə olan 2000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra, hissə-hissə olmaqla Təqsirləndirilən şəxs ümumilikdə 10000 manat pul vermişdir. Hazırda Təqsirləndirilən şəxs ona 10000 manat borcu vardır O, özünün getdiyi massaj yerlərində həm Təqsirləndirilən şəxs yeməklə təmin edir, həm də, xırda xərclərini ödəmişdir. Təqsirləndirilən şəxsla bir neçə dəfə mübahisə edib ayrılsalar da, sonradan barışmışlar.Təxminən 2 ay əvvəl Təqsirləndirilən şəxs özü “Toyota Prius minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə götürərək sürməyə başlamışdır. Son vaxtlar Təqsirləndirilən şəxsla münasibətləri davam etsə də, demək olar ki, ona pul verməmişdir. Buna görə də, Təqsirləndirilən şəxs dəfələrlə onunla mübahisə etmişdir. Sonuncu dəfə, 12 mart 2022-ci il tarixdə, saat 22 radələrində snapchat edib işini reklam etmək üçün Təqsirləndirilən şəxsla birlikdə Bakı şəhəri Səbail rayonu, Nizami küçəsində yerləşən “Pizza-in” restoranına getmişlər. Orada Təqsirləndirilən şəxsla yemək sifariş verib yedikdən sonra sonuncu özünə pivə sifariş verdiyi üçün ona nə səbəbdən pivə sifariş verdiyinə iradını bildirdiyindən, aralarında mübahisə yaranmışdır. Buna görə də, 13 mart 2022-ci il tarixə keçən gecə, saat 01 radələrində hirsli vəziyyətdə restorandan çıxıb avtomobilə qayıtmışlar. Həmin vaxt avtomobili nasaz vəziyyətdə olduğu üçün ora Təqsirləndirilən şəxs avtomobili ilə getmişlər. Restorandan çıxıb onun kirayədə yaşadığı qeyd olunan ünvanda yerləşən mənzilə qayıdan zaman Təqsirləndirilən şəxs nə üçün onun pivə sifariş verməsinə narazılığını bildirməsini soruşmuşdur. Həmçinin, internetdə hansısa oyunu oynayıb pul qazanmaq üçün ona 10 manat pul verməsini tələb etmişdir. O isə Təqsirləndirilən şəxs pul verməkdən imtina etdiyi üçün sonuncu səsini daha da, yüksəldib onunla mübahisə edərək saçından tutmuş və ona əl-qol atmağa başlamışdır. Saat 01:30 radələrində kirayə yaşadığı mənzilin yerləşdiyi qeyd olunan ünvanda olan evin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi “Toyota Prius minik” markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb onun içərisində yumruq və ayaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirmişdir. Bundan sonra, o, avtomobildən aşağı düşüb yaşadığı mənzilə qalxmışdır. Yaşadığı mənzilə qalxan zaman özünə məxsus mobil telefonu Təqsirləndirilən şəxs avtomobilində unudub səhvən onun mobil telefonunu götürdüyü üçün aradan 1-2 dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs yaşadığı mənzilə qalxıb qapını döymüşdür. Həmin vaxt o, mənzilin qapısını açan kimi Təqsirləndirilən şəxs mobil telefonunu ona verdiyindən, o da, Təqsirləndirilən şəxs mobil telefonunu onun özünə qaytarmışdır. Bu zaman gözləmədiyi halda qapının ağzında Təqsirləndirilən şəxs ayağı ilə onun qarın nahiyəsinə bir zərbə endirmişdir. Həmin vaxt mənzildə olan qızı Şahid da, bunun şahidi olmuşdur. O, bunu görüb tez qapını bağlayaraq içəri daxil olmuş və Təqsirləndirilən şəxs bir qədər səs-küy salıb oradan çıxaraq getmişdir. Qeyd olunan tarixdə və yerdə Təqsirləndirilən şəxsla aralarındakı mübahisə və sonuncunun ona xəsarətlər yetirməsi prosesi təxminən 20-25 dəqiqə ərzində davam etsə də, olanlar avtomobilin salonunda baş verdiyindən və ətrafda heç kim olmadığından məlum hadisənin şahidi olan olmamışdır. Lakin, sonradan qızı Şahid olanlar haqqında məlumatlı olmaqla yanaşı həm də, Təqsirləndirilən şəxs yaşadığı mənzilin qapısının ağzında ayağı ilə onun qarın nahiyəsinə bir zərbə endirməsinin şahidi olmuşdur. Təqsirləndirilən şəxs ona xəsarətlər yetirdiyi üçün onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Hazırda şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs anası olmaqla bir yerdə yaşayırlar və münasibətləri yaxşıdır. Təqsirləndirilən şəxs isə anası Zərərçəkmiş şəxs ilə bir müddət bir yerdə yaşadığından, onu tanımaqla onunla da, münasibəti yaxşı olmuşdur. Sonra, bildirmişdir ki, təxminən 1 il 6 ay əvvəl anası Zərərçəkmiş şəxs məxsus avtomobilin təmirə ehtiyacı olduğu üçün o, "instaqram" sosial şəbəkəsində bu barədə elan vermişdir. Təqsirləndirilən şəxs bunu görüb anası Zərərçəkmiş şəxs yazaraq köməklik edə biləcəyini demişdir. Bundan sonra, anası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla yaxın münasibəti yaranmış və sonuncu onlarla birlikdə kirayə yaşadıqları Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsi, ev 61-də yerləşən 35 saylı mənzildə qalmağa başlamışdır. Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə tanış olduqdan təxminən 1 ay sonra, yəni 2020-ci ilin təxminən oktyabr ayından başlayaraq aralarında mübahisələr yaranmağa başlamışdır. Bir dəfə Təqsirləndirilən şəxs onun anası Zərərçəkmiş şəxs məxsus “Kia Picanto minik” markalı avtomobilin şüşə siləninin birini sındırıb yerə atmışdır. Bundan sonra, Təqsirləndirilən şəxs bir neçə dəfə yaşadıqları mənzilə gedib anası Zərərçəkmiş şəxs narahat etmişdir. Son vaxtlaradək onlann münasibətləri davam etsə də, həmişə nəyə görəsə mübahisə etmişlər. Sonuncu dəfə, 12 mart 2022-ci il tarixdə, saat 22 radələrində anası Zərərçəkmiş şəxs evdən çıxıb getmiş, o isə qardaşı Kənan Məmmədovla birlikdə yatmışlar. 13 mart 2022-ci il tarixə keçən gecə, saat 01:40 dəqiqədə yaşadıqları mənzilin qapısının möhkəm döyüldüyünü eşidib gedib qapını açanda, mənzilin qapısının anası Zərərçəkmiş şəxs tərəfindən döyüldüyü ona aydın olmuş və o, içəri keçəndə üzərində xəsarətlərin olduğunun şahidi olmuşdur. O, anası Zərərçəkmiş şəxs hansı şəraitdə xəsarətlər almasını soruşanda, sonuncu az öncə yaşadıqları mənzilin yerləşdiyi evin qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin salonunda yumruq və ayaqla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirdiyini demişdir. Aradan 1-2 dəqiqə keçəndən sonra, Təqsirləndirilən şəxs mənzilin qapısının arxasından söyüş söyə-söyə qapını açmalarını tələb etməsini eşitmişdir. O, özünün mobil telefonunun anası Zərərçəkmiş şəxs mobil telefonu ilə dəyişik düşdüyünü, mobil telefonları dəyişdirmək üçün qapını açmalarını tələb etmişdir. Anası Zərərçəkmiş şəxs mobil telefona baxanda, həqiqətən telefonların dəyişik düşdüyü ona aydın olmuşdur. Ona görə də, onlar qapını açmış və anası Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs özlərinin mobil telefonlarını bir-birlərinə qaytarmışlar. Həmin vaxt Təqsirləndirilən şəxs gözlənilmədən ayağı ilə onun anası Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir zərbə endirdiyindən, onlar dərhal mənzilin qapısını bağlayaraq arxadan kilidləmiş və Təqsirləndirilən şəxs bir az səs-küy salıb oradan çıxaraq getmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Hadisə yerinin baxışının aparılması haqqında" tərtib edilmiş 14 mart 2022-ci il tarixli protokoldan 13 mart 2022-ci il tarixə keçən gecə, saat 01:30 radələrində Təqsirləndirilən şəxs idarə edib Bakı şəhəri Nərimanov rayonu, Ə.Əlizadə küçəsində yerləşən 61 saylı evin qarşısında saxladığı "Toyota Prius (Hibrid) minik" markalı, ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda yumruq və ayaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərək ona xəsarətlər yetirməsi aydın olur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə-Tibbi Ekspertiza və X2" X5 Nərimanov rayon Şöbəsindən təqdim edilmiş 18 mart 2022-ci il tarixli, 255 saylı ekspert rəyindən görünür ki; - Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş xəsarətlər- qapalı kəllə-beyin travması və baş-beyin silkələnməsi ilə müşayiət olunan sol təpə nahiyəsinin şişkinlik halında əzilməsi- hematoması, boynun ön səthinin sol və sağ yarısının sıyrıqları, sol baldırın orta üçdə birinin və sağ baldırın aşağı üçdə birinin qançırları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, göstərilən şəraitdə əmələ gələ bilər, müddəti 13 mart 2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04 may 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; “Qətimkan tədbirinin seçilməsinı dair” 26 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ittiham aktında qeyd olunan əməlin törədilməsi zərərçəkmiş şəxsin və şahidin ifadəsi, cinayət işi üzrə alınmış ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən aşağıdakıları yüngülləşdirən hallar kimi nəzərə alır: İlk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini; İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdırılan halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-in 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344- 347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-393/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-393/2022
02.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver