Məhkəmə qərarları › İş №1(005)-393/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-393/2023

01.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-393/2023 01.12.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 25 saylı Vəkil Bürosunun vəkili – Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Gürcüstan Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-nin təsisçisi, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs, özgənin əmlakım etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edib, sonuncunun tanışı Şahid Dövlət Vergi Xidmətinə işə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Çinici” geyim mağazasının qarşısında 26.600 manat pul vəsaitini alıb ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 26.600 (iyirmi altı min altı yüz) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-.n 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Zərərçəkmiş şəxs təxminən 2013-cü ildən tanımış və sonuncu ilə tanışlığı ortaq tanışları vasitəsi ilə olmuşdur. Aralarında ailəvi münasibət olmuş və onlar bir-birilərinin evinə ailəvi qonaq kimi gedib gəlmişlər. Aytən ankaloji həkim olduğu üçün 2016-cı ilin təxminən sentyabr ayında atası Tapdıq Ağacanovun səhhətində yaranmış problemlə əlaqədar Aytən xanıma müraciət etmiş və sonuncu da bir həkim kimi həmin sahədə öz köməkliyini onlara göstərmişdir. Eyni zamanda 2016-cı ildə Aytən xanımın tanışları vasitəsi ilə qardaşı Elşad Ağacanova sürücü işi tapmasında onlara köməklik etmişdir. Beləcə aralarında sıx dostluq münasibəti olmuşdur. 2022-ci ilin fevral ayında Aytən xanımla görüş əsnasında sonuncu ona Şahid adlı tanışının olduğunu, tanışını Vergi xidmətinə işə qəbul etdirmək istədiyini, bu işi görə bilən adam axtardığını demişdir. O da Aytənə bu işdə köməklik edə biləcəyini, həmin şəxsi işə düzəldə biləcəyini demişdir. O, düşünmüşdür ki, bu işlər barədə tanışları ilə maraqlanıb həll edə bilər. Buna görə də, Aytən xanım ondan bu iş üçün nə qədər pul lazım olduğunu soruşmuşdur. O da Aytənə Vergi Xidmətinə işə düzəltmək üçün 30.000 manat lazım olduğunu, lakin tanış olduğu üçün bu işi 26600 manata görə biləcəyini demişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Aytən xanım onunla əlaqə saxlayaraq Vergi Xidmətinə işə düzəltməyi üçün 26.600 manat pulun hazır olduğunu demişdir. xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Çinici” geyim mağazasının qarşısınca Aytənlə görüşmüş və orada Aytəndən 26.600 manat pulu qəbul etmişdir. Daha sonra isə pulu müəyyən hissəsini şəxsi ehtiyacları üçün xərcləmişlər. 2022-ci ilin may ayından başlayaraq Aytən onunla əlaqə saxlayaraq Hakimin işi barədə maraqlanan zaman o, sonuncuya hər bir işin qaydasında olduğu deyərək vaxt qazanmağa çalışmışdır ki, pulu hazır edərək qaytara bilməmişdir. Bir müddət sonra Aytən xanım onunla əlaqə saxlayaraq işlərin nə üçün alınmadığını və uzandığını soruşmuşdur. O da Aytənə işləri görmək istədiyini, lakin adam tapa bilmədiyini demişdir. Həmin vaxt Aytən xanım ondan pulu qaytarmağını istəmişdir. O da Aytənə pulu xərclədiyini və pulu tam şəkildə qaytarmaq üçün vaxt verməsini istəmişdir. Lakin maddi imkanı olmadığı üçün Aytəndən aldığı 26.600 manat pulu qaytara bilməmişdir. Hər dəfəsində Aytən ondan pulu istəyən zaman qısa müddətdə pul gələn kimi qaytaracağını bildirmişdir. Aytən də ona bir müddət gözləyəcəyini demişdir. Lakin sonradan onunla əlaqə saxlayaraq yenidən pulları istəmişdir. O, Aytəndən yenidən vaxt istəyən zaman isə bu dəfə Aytən xanım onunla kobud danışmağa başlamış və bu barədə şikayət edəcəyini bildirmişdir. O da Aytəndən buna ehtiyac olmadığını deyib, ona pul gələn kimi verəcəyini bildirsə də, Aytən buna fikir verməmiş və bu barədə polisə məlumat verəcəyini bildirmişdir. Hazırda əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödədiyinin nəzərə alınmasını və barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs 2015-ci ildən tanımışdır. Elçinlə arasında heç bir ədavət və düşmənçiliyi olmamışdır. Elçin “Socar” şirkətinin tərkibində podratçı “Geocom” şirkətində işləmişdir. Tanışlığı zamanı Təqsirləndirilən şəxs ona yüksək vəzifədə işləyən tanışları olduğunu və Vergi orqanlarında işə düzəlmək istəyən olarsa köməklik edə biləcəyini bildirmişdir. Onun əvvəllər Vergi xidmətində işləyən Şahid adlı tanışı olmuşdur. Hakim əvvəllər vergi xidmətində işləsə də, sonradan işdən çıxmışdır. Buna baxmayaraq Hakim yenidən Vergi orqanlarına bərpa olunaraq işləmək istəmişdir. O da bunun bildiyi üçün Elçinə Hakim adlı tanışı olduğunu, əvvəllər vergi orqanlarında işlədiyini, Hakimin yenidən vergidə işə düzəlmək istədiyini bildirmişdir. Elçin də ona Hakimi yenidən tanışları vasitəsi ilə Hakimi vergi xidmətində işə bərpa etdirə biləcəyini, bu işin 30.000 manata başa gəldiyini, lakin Hakimin onun tanışı olduğu üçün bu işi 26.600 manata görə biləcəyini demişdir. Oda Elçinə bu barədə Hakimlə danışıb xəbər edəcəyini bildirmişdir. Bundan sonra o, Şahidlə əlaqə saxlayaraq sonuncuya bu barədə bildirmiş və Elçinin 26600 manat pulun qarşılığında yenidən Vergi xidmətinə bərpa etdirə biləcəyi demişdir. Hakim də ona hazırda işsiz olduğu üçün maddi cəhətdən sıxıntı çəkdiyi üçün pulu verə biləyəcəyini demişdir, o da Hakimin ailəsi ilə ailəvi dostluq münasibəti olduğu üçün sonuncunun işə düzəlməsi üçün Elçinin istəmiş olduğu 26.600 manat pulu özü vermək qərarına gəlmişdir. Buna görə də, Hakimə Elçinin istəmiş olduğu 26.600 manat pulu özünün verəcəyini və işə düzəldikdən sonra onun pulunu qaytarmasını demişdir. Hakim də onunla razılaşaraq etiraz etməmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində Elçinlə əlaqə saxlayaraq 26.600 manat pulu hazır etdiyini bildirmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən “Çinici” geyim mağazasının qarşısında Elçinlə görüşmüş və istəmiş olduğu 26.600 manat pulu sonuncuya vermişdir. Elçin də pulu götürüb narahat olmamağı və bir ay ərzində Hakimi Vergi orqanlarında işə düzələcəyini bildirmişdir. O da Elçinə inandığı üçün heç bir söz deməyib razılaşmış və həmin vaxt Hakimə aid istəmiş olduğu sənədləri də sonuncuya vermişdir. 2022-ci ilin may ayından başlayaraq Elçinlə əlaqə saxlayaraq Hakimin işi barədə maraqlanan zaman sonuncu hər dəfə müxtəlif bəhanələr gətirib vaxtı uzatmağa başlamışdır. O, artıq Elçinin onu aldatdığını başa düşüb vermiş olduğu 26.600 manat pulu qaytarmasını tələb etmişdir. Elçin də hər dəfə aldığı 26.600 manat pulu qaytaracağını bildirsə də, qaytarmamışdır. O, artıq Elçinin pulunu qaytarmadığını görüb ərizə ilə Nərimanov RPİ-nə müraciət etmişdir. Həmin hadisə nəticəsində ona 26.600 manat maddi ziyan dəymişdir. Hazırda ona dəyən zərər tam ödənilmişdir, Təqsirləndirilən şəxs qarşı iddia və şikayəti yoxdur. İbtidai İstintaq zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, əvvəllər 6 saylı Ərazi Vergilər İdarəsində baş inspektor vəzifəsində işləmiş və 2019-cu ilin fevral ayında işdən çıxmışdır. Zərərçəkmiş şəxs təxminən 2018-ci ildən tanıyır və sonuncu ilə tanışlığı ortaq tanışları vasitəsi ilə olmuşdur. Aralarında ailəvi münasibət olmuş və bir-birilərinin evinə ailəvi qonaq kimi gedib gəlmişlər. O, heç bir yerdə işləmədiyi üçün yenidən Vergi orqanlarına bərpa olunaraq qərarına gəlmişdir. Buna görə də bu barədə tanışlarına, eyni zamanda ailə dostları olan Aytən xanıma məlumat vermişlər. Aytən də ona tanışları ilə maraqlanıb məlumat verəcəyini bildirmişdir. Bundan bir neçə gün sonra Aytən onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxs adlı tanışının olduğunu və onun tanışları vasitəsi ilə onu yenidən 26600 manat pulun qarşılığında Dövlət Verdi İdarəsinə işə düzəldə biləcəyini bildirmişdir. O da heç bir yerdə işləmədiyi üçün maddi imkanım olmadığına görə Aytənə pulu verə bilməyəcəyini demişdir. Aytən də, aralarında olan dostluq münasibətinə görə Təqsirləndirilən şəxs onun Vergi idarəsinə işə düzəltmək üçün istəmiş olduğu 26600 manat pulu özünün verəcəyini, işə düzəldikdən sonra pulunu hissə-hissə verməyini bildirmişdir. O da Aytənlə razılaşmış və gələcəkdə işə çıxdıqdan sonra sonuncunun pulunu hissshissə verəcəyini demişdir. 2022-ci ilin aprel ayında Aytən onunla əlaqə saxlayaraq Təqsirləndirilən şəxsla görüşdüyünü və Elçinin onu işə düzəltməsi üçün istəmiş olduğu 26.600 manat pulu sonuncuya verdiyini və bir aya işə çıxacağını bildirmişdir. Həmçinin Aytən özü onu iki-üç dəfə telefonla Elçinlə danışdırmışdır. Həmin telefon danışığı zamanı da Elçin ona narahat olmamağı, tez bir zamanda işə çıxacağını bildirsə də, heç bir nəticə olmamışdır. Sonradan isə Aytən ona Elçinin orıu aldatdığını başa düşdüyünü, buna görə də, vermiş olduğu 26.600 manat pulu Elçindən geri tələb etsə də, ala bilmədiyini bildirmişdir. Bir müddət sonra isə Aytənin Təqsirləndirilən şəxs barəsində polisə şikayət etdiyini öyrənmişdir. Təqsirləndirilən şəxs 26.600 manat pulu Aytəndən onu Vergi orqanlarında işə düzəltmək adı ilə almışdır. Elçin onu işə düzəltmək adı ilə aldığı 26.600 manat Zərərçəkmiş şəxs məxsus olmuşdur. Onun maddi imkanı olmadığı üçün işə düzəlməyi üçün Elçinin Ağacanovun istəmiş olduğu 26.600 manat pulu Aytən özü vermişdir ki, o, işə düzəldikdən sonra Aytənə geri qaytarar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs 26.600 manat pulu ünvan 2 ünvanında yerləşən “Çinici” geyim mağazasının qarşısında vermişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 25 may 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumlugu olmayan şəxsdir. “şübhəli şəxsin tutulması barədə” 15 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq saat 17:00 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-908/2023 saylı, 17 iyun 2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş, barəsində 29 iyul 2023-cü il tarixdə kimi “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-393/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması, Təqsirləndirilən şəxs olduğu yer müəyyən edildikdə onun dərhal tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasına etap olunması qərara alınmışdır. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı iddia və tələbi yoxdur. İşdə olan ƏN № saylı İT-nın xx.xx.2023-cü il tarixli məktubuna əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Nərimanov RPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına yerləşdirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, zərərçəkənin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır və bu baxımdan törədilmiş cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alır, həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən cərimə cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Eyni zamanda məhkəmə hesab edir ki, Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı saxlanıldığı, eyni zamanda həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 4 (dörd) ay 2(iki) gün müddət nəzərə alınmaqla üzərində qəti cəza saxlanılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6.000 (altı) min manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı saxlanıldığı, eyni zamanda həbsdə və ev dustaqlığında saxlanıldığı cəmi 4 (dörd) ay 2(iki) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 3.500 (üç min beş yüz) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar