Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-397/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, taksi fəaliyyəti ilə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 12:10 radələrində AD 207344 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi “Khazar SD“ minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Nərimanov rayonu, N.Süleymanov küçəsində yerləşən avtomobil yolu ilə saatda 5-10 kilometr sürətlə hərəkətdə olub həmin küçə ilə Təbriz küçəsinin kəsişməsindəki yolayrıcına daxil olmaqla sola dönmə manevri edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələbini pozmuş, yəni “sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməlidir” tələbinə riayət etməyib idarə eldiyi avtomobilin qabaq sol tərəfi ilə hərəkət istiqamətinin sağından soluna doğru yolu keçən piyada Zərərçəkmiş şəxs vuraraq ehtiyatsızlıqdan sonuncuya sol qamış sümüyünün bayır kondilusunun qapalı, çox qəlpəli, yerdəyişmiş oynaqdaxili sınığı, sol incik sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişmiş sınığı kimi posttravmatik dövrdə sol diz oynağında ağrı sindromu, ödem, hərəkətlərin kəskin məhdudlaşması hesabına müvazinətin kəskin pozulması ilə nəticələndiyindən dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmayaraq (40%) daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, **-PG-*** dövlət qeydiyyat nişanlı “Khazar SD” minik markalı avtomobili lizinq yolu ilə "xxxx" MMC-dən almış və "xxxx" MMC tərəfindən verilmiş etibarnamə əsasında həmin avtomobili idarə etmişdir. Belə ki, o, həmin avtomobillə “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2021-ci il tarixdə saat 12 radələrində idarə etdiyi **- PG-*** dövlət qeydiyyat nişanlı “Khazar SD” minik markalı avtomobillə “Şərq bazarı” adlı bazarın yaxınlığında olarkən “Bolt” şirkətindən istifadəsində olan mobil telefona həmin ərazinin yaxınlığından Bakı Metropoliteninin “Nizami” stansiyasının yanına sifariş daxil olmuşdur. O, sifarişi qəbul etmişdir. O, müştərini yaxınlıqda olan yeni tikili binanın həyətindən götürmüş və Bakı Metropoliteninin Nizami stansiyasının yanına getmək üçün hərəkətə başlamışdır. Belə ki, saat 12:10 radələrində o, Nərimanov rayonu, N.Süleymanov küçəsi ilə saatda 5-10 kilometr sürətlə hərəkətdə olub işıqforun yaşıl işığında sola, yəni Təbriz küçəsinə dönmə manevri edərkən idarə etdiyi avtomobilin qabaq sol tərəfi ilə yolu keçən piyadanı, yəni sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs vurmuş və bu zaman o, yerə yıxılmışdır. O, dərhal avtomobildən düşərək Səadət Tağıvevaya yaxınlaşmış və ondan səhhətinin necə olduğunu soruşmuşdur. Səadət Tağıveva yaxşı olduğunu, lakin sol ayağının bərk ağrıdığını bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs qızı ora gəlmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs qızı ilə birlikdə idarə etdiyi avtomobilə əyləşdirib “X11”ə aparmışdır. Avtomobilində olan müştəri sərnişin isə orada düşüb getmişdir. “X11”ə gəldikdən sonra Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərilmişdir. Onlar Zərərçəkmiş şəxs ilə belə razılığa gəlmişdirlər ki, o, Zərərçəkmiş şəxs hər cür maddi köməklik edəcək və Zərərçəkmiş şəxs ondan şikayətçi olmayaraq xəstəxanada xəsarətinin yıxılması nəticəsində aldığını bildirəcəkdir. Həqiqətən də Zərərçəkmiş şəxs xəstəxanada olarkən aldığı xəsarətin yıxılması nəticəsində almasını bildirmişdir. Daha sonra Zərərçəkmiş şəxs “X11”də müalicəsi stasionar qaydada davam etdirilmişdir. Həmin gün o və Zərərçəkmiş şəxs ailə üzvləri “X11”də həkimlə görüşmüş və həkim Zərərçəkmiş şəxs əməliyyat olunmasının zəruri olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs əməliyyat olunması üçün ümumilikdə 750 manat xərc tələb olunurmuş. O, Zərərçəkmiş şəxs ailə üzvlərinə xərcin onun tərəfindən qarşılanacağını bildirmişdir. 21 dekabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs əməliyyat olunduğundan o, dostundan pul götürmək məqsədilə saat 10 radəiərində Qaradağ rayonuna yola düşmüşdür. O, yolda olarkən Zərərçəkmiş şəxs əri ona yığaraq ondan harada olduğunu soruşmuşdur. O, Zərərçəkmiş şəxs ərinə dostundan pul götürmək məqsədilə Qaradağ rayonuna getdiyini bildirmişdir. Təxminən saat 12 radələrində Zərərçəkmiş şəxs oğlu ona zəng vuraraq ondan harada olduğunu soruşmuşdur. Ona xəstəxanaya gəldiyini bildirmişdir. Zərərçəkmiş şəxs oğlu onunla kobud danışmış və onun barəsində polisə şikayət edəcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs oğlunun onunla danışıq tərzindən əsəbləşmiş və ona demişdir ki, get nə istəyirsən et. Bundan sonra Zərərçəkmiş şəxs onun barəsində polisə şikayət etmiş, bununla bağlı Nərimanov RPİ-nin əməkdaşı ona zəng vurmuş və polis idarəsinə dəvət olunmuşdur. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 22 dekabr 2021-ci il tarixdə saat 12:10 radələrində həmin vaxt işlədiyi “Flowers” şirkətinin işi ilə bağlı yaşadığı evdən çıxmış və o, piyada “Olympus park” yaşayış məntəqəsinin yanındakı svetoforun yanına gəlmişdir. O, yolun digər hissəsinə keçməyə başlamışdır. Avtomobil yolundan maşın olmadığı üçün adi yerişlə yolu keçirmiş. O, bir istiqamət üzrə yolu keçib qurtarmışdır ki, aşağıdan yuxarıya doğru hərəkət edən hadisədən sonra şəxsiyyəti ona məlum olan Babazadə X4 sola dönmə manevri edərkən idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə onu vurmuş və o, zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra qəza baş verən yerə tanımadığı şəxslər toplaşmışdır. Kənan idarə etdiyi avtomobildən düşərək ona yaxınlaşmışdır. Həmçinin hadisə yerinə qızı da gəlmişdir. Kənan və qızı onu Kənanın avtomobilinə mindirərək “X10” aparmışdırlar. Yolda olarkən Kənan ondan yalvararaq xahiş etmişdir ki, şikayətçi olmasın və onun bütün həkim xərclərini qarşılayacağına söz vermişdir. O, Kənanın şərti ilə razılaşmış və “X11”də xəsarətləri yıxılması nəticəsində aldığını bildirmişdir. “X11”də ona tibbi yardım göstərilmişdir. O, sol dizindən xəsarət aldığı üçün həkim dizinin əməliyyat olunmalı olduğunu bildirmişdir. 24 dekabr 2021-ci il tarixdə o, günorta əməliyyat olunmalıymış. Lakin Kənan həmin gün gəlib çıxmamış və daha sonra telefona cavab verməmişdir. Ondan sonra qızı Ülviyyə 102 Xidmətinə zəng vuraraq Kənanın onu idarə etdiyi avtomobillə vurması barədə məlumat vermişdir. Bir daha bildirmək istəyir ki, hazıradək Kənan tərəfindən onun heç bir müalicə xərci qarşılanmamışdır. Sonda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma anasıdır. 22 dekabr 2021-ci il tarixdə saat 12:10 radələrində Nərimanov rayonu, Təbriz küçəsi "Olympus Park” yaşayış kompleksinin qarşısı ilə piyada yaşadığı mənzilə doğru hərəkət edirmiş. “Olympus Park” yaşayış kompleksinin yanında olan svetoforda avtomobil qəzası baş verdiyi üçün hadisə yerinə insanların toplaşdığını görmüşdür. O, ora yaxınlaşdıqda anasının xəsarət alaraq yerdə uzandığının şahidi olmuşdur. Belə ki, anasını hadisədən sonra şəxsiyyəti ona məlum olan Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə vurmuşdur. O, hadisəni törədən Kənanla birlikdə anasını Kənanın idarə etdiyi avtomobilə əyləşdirmiş və Kənan onları “X11”ə aparmışdır. “X11”ə gəldikdən sonra anasına ilkin tibbi yardım göstərilmişdir. Bildirmək istəyir ki, Kənanla birlikdə anasını xəstəxanaya apararkən onlar belə razılığa gəlmişlər ki, Kənan anasının müalicəsi ilə əlaqədar hər cür maddi köməklik edəcək və anası isə ondan şikayətçi olmayaraq xəstəxanada xəsarətinin yıxılması nəticəsində aldığını bildirəcəkdir. Həqiqətən də, anası xəstəxanada olarkən aldığı xəsarətin yıxılması nəticəsində almasını bildirmişdir. Anasının “X11”də müalicəsi stasionar qaydada davam etdirilmişdir. “X11”də anasını müalicə edən həkim anasının ayağının əməliyyat olunmasının zəruri olduğunu bildirmişdir. Anasının əməliyyat olunması üçün müəyyən xərc tələb olunurmuş. Kənan onlara bütün həkim xərclərinin tərəfindən qarşılanaçağını bildirmişdir. Anası 24 dekabr 2021-ci il tarixdə günorta saatlarında əməliyyat olunmalı olmasına baxmayaraq Kənan gəlib həkim xərclərini qarşılamamışdır. Odur ki, o, bu səbəbdən istifadəsində olan mobil nömrə ilə 102 xidmətinə zəng vurmuş və anasının Kənan tərəfindən avtomobillə vurulması barədə məlumat vermişdir. Cinayət işinin 20-23-cü vərəqələrində olan “Yol nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi barədə” 30 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi yer Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi ilə N.Süleymanov küçəsinin kəsişməsidir. Yolun işlək hissəsi düz, yol örtüyünün növü asfalt, yol örtüyünün vəziyyəti qurudur. Yol örtüyünün hər iki istiqamət üçün eni 18 metr, işlək hissəsinin eni 12.60 metr, ehtiyat hissəsinin eni 5,40 metr, ehtiyat hissəsinin eni 5 metr, ayrıcı zolağın eni 0,40 metr, hərəkət zolaqlarının sayı 4-dür. Yolun işlək hissəsində 1.1; 1.3; 1.4; 1.5 üfüqi nişanlama xəttləri aşkar olunmuşdur. İşlək hissəyə sağdan səki, soldan səki, ehtiyat hissədən sonra sağdan və soldan binalar birləşir. Nəqliyyat vasitəsi hadisə yerindən götürülmüş, hadisə yerində şin və tormoz izləri, nəqliyyat vasitəsinin sınmış və düşmüş hissələri aşkar olunmamışdır. Cinayət işinin 25-26-cı vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 30 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, “Khazar SD” markalı, **-PG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmişdir. “Khazar SD” minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı bir xarici zədə aşkar edilməmişdir. Cinayət işinin 30-31-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 xx.xx.2022-ci il tarixli, 511/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə X10 müraciət edərkən bədənində aşkar edilmiş xəsarət – sol qamış sümüyünün bayır kondilusunun qapalı, çox qəlpəli, yerdəyişmiş sınığı bərk küt əşyanın təsirindən əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi onun müalicəsi tam başa çatdıqdan sonra, müalicəsi başa çatmadığı təqdirdə hadisə baş verən gündən (xx.xx.2021-ci il tarixdən) 120 gün keçdikdən sonra Zərərçəkmiş şəxs şəxsiyyətini təsdiq edən sənədlə birlikdə ekspertizaya təqdim edilərək məhkəmə-tibbi müayinəsi, instrumental müayinələr və travmotoloqun konsultasiyası keçirilməklə əlavə olaraq təyin ediləcəkdir. Cinayət işinin 46-cı vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 63-65-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 xx.xx.2022-ci il tarixli, 511/MEŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər – sol qamış sümüyünün bayıt kondilusunun qapalı, çox qəlpəli, yerdəyişmiş oynaqdaxili sınığı, sol incik sümüyünün yuxarı 1/3-nin qapalı, yerdəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. Qeyd olunan xəsarətlər posttravmatik dövrdə sol diz oynağında ağrı sindromu, ödem, hərəkətlərin kəskin məhdudlaşması hesabına müvazinətin kəskin pozulması ilə nəticələndiyindən dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmayaraq (40%) daimi itirilməsinə səbəb olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işinin 87-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/1090 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, Khazar SD markalı 99PG258 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını lamağa texniki imkanı olmuşdur. Cinayət işinin 107-108-ci vərəqələrində olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 25 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 138-139-cu vərəqələrində olan “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 143-144-cü vərəqələrində olan “Şəxsin saxlanıldığı müvəqqəti saxlama yerindən azad edilməsi haqqında” 27 may 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ittiham elan olunmaqla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçildiyi üçün onun dərhal saxlanıldığı MSY-dən azad edilməsi qərara alınmışdır. Cinayət işinin 150-158-ci vərəqələrində olan “Sübutların qiymətləndirilməsi haqqında” 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Khazar SD” minik markalı **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin cinayətin törədilmə aləti olduğundan və iş üzrə maddi sübut kimi əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması, həmin avtomobilin idarə edən şəxs Təqsirləndirilən şəxs olmasının nəzərə alınması qərara alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 75-cı maddəsinin İ hissəsinin tələbinə əsasən, sağa və ya sola dönən sürücü dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara, habelə belə hərəkət hissəsini velosiped yolu ilə keçməkdə olan velosipedçilərə yol verməlidir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 12-ci bəndinə əsasən məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.» Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini boynuna alaraq əməlindən peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, istintaq zamanı tutma altında saxlanıldığı (25-27 may 2022-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmənin əvvəli onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan «Khazar SD» minik markalı, **-PG-*** dövlət nömrə nişanlı avtomobilin Təqsirləndirilən şəxs sahibliyində saxlanılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Femida” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - “Khazar SD” minik markalı, **-PG-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs sahibliyində saxlanılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X6, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. “Femida” Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatına görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-397/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-397/2022
10.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver