Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-397/2023 21.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Şəki rayonu İnçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşgul olan, məhkumlugu olmayan, Şəki rayonu İnçə kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nizami rayonu, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İT-da həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgəsinə məxsus saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla özgənin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyətilə özgəsinin əmlakını gizli olaraq talama məqsədilə 07 mart 2023-cü il tarixdə saat 04 radələrində tanışı X3 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək ünvan 1 ünvanda yerləşən mərmər-qranit sexinə hasardan aşmaq yolu qanunsuz olaraq daxil olub sexin həyətindən vətəndaş Zərərçəkmiş şəxs məxsus olan elektrik şitinə gedən ümumi uzunluğu 55 (əlli beş) metr olan və hər bir metrinin qiyməti təxminən 20 (iyirmi) manat olmaqla ümumi dəyəri 1100 (min yüz) manat təşkil edən elektrik naqili, 02 (iki) ədəd hər birinin dəyəri 230 (iki yüz otuz) manat olmaqla ümumi qiyməti 460 (dörd yüz altmış) manat təşkil edən laqonda, 03 (üç) ədəd ümumi uzunluğu 65 (altmış beş) metr olan və ümumi dəyəri 180 (yüz səksən) manat təşkil edən ötürücü elektrik naqili və sexin həyətində olan 01 (bir) ədəd qiyməti 200 (iki yüz) manat olan alüminium qapını gizli olaraq talayaraq nəticədə Zərərçəkmiş şəxs ümumilikdə 1940 (min doqquz yüz qırx) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 6 il əvvəl Aydan Cabbarova ilə ailə həyatı qurmuş və onların iki övladı dünyaya gəlmişdir. Lakin üç il əvvəl yoldaşı rəhmətə getmişdir. Həmin vaxtdan uşaqları ilə birlikdə anasıgil ilə qalmışdır. Bakı şəhərində kirayədə yaşamışdır. O, məişət tullantıları qablarından sellofan torbalar və dəmir qırıntıları toplayıb aidiyyəti üzrə təhvil verib pul almaqla gündəlik tələbatını təmin etmişdir. Ramiz Məhərrəmovu təxminən 7-8 ay bundan əvvəl tanımışdır. Belə ki, Ramiz də onun kimi Rəşid Behbudov küçəsində məişət tullantıları qablarından sellofan və dəmir qırıntıları toplamaqla məşğul olmuşdur. 07 mart 2023-cü il tarixdə saat təxminən 04 radələrində o, Ramiz Məhərrəmovla birlikdə məişət tullantıları yığan zaman ona təklif etmişdir ki, ünvan 2 ünvanın qarşısından keçərkən qərara gəlmişlər ki, həmin ünvanda yerləşən yerə hasarından içəri daxil olsunlar və oradan oğurluq etsinlər. Bundan sonra onlar həmin hasara qalxıb sexin həyətinə daxil olmuşlar. O və Ramiz həmin sexin həyətinə daxil olduqdan sonra bilmişlər ki, orada mərmər-qranit sexi fəaliyyət göstərir. Onlar sexin həyətinə daxil olandan sonra küçə işıqlarının işığı həyətə düşdüyü üçün həvət işıqlı olmuşdur. Bu zaman sexin həyətində olan bıçağı götürüb elektrik şitinə gedən elektrik naqilini kəsərək özü ilə götürüb sexin hasarını küçə tərəfə aşaraq çıxıb Ramizin kirayədə yaşadığı evə getmişlər. Həmin tarixdə gündüz vaxtı onlar oğurladıqları həmin kabeli 70 (yetmiş) manata tanımadığı əlvan metal qəbul edən şəxsə satmış və həmin pulu öz ehtiyacları üçün istifadə etmişlər. Onlar başqa bir oğurluq hadisəsi törətməmişlər. Həyat yoldaşının vəfatından sonra iki azyaşlı övladı onun himayəsində qalmışdır. Oğurladığı naqillərin pulu ilə onların ehtiyac üçün xərcləmiş və dəymiş ziyanı ödəyəcəyinə dair söz verdiyini bildirmişdir. Hazırda peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanda yerləşən mərmər-qranit sexini icarəyə götürüb işlədir. Vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmişdir. Həmin sexdə iki nəfər ustalar işləyir. Sexin açarları ustalarda olmamış, yalnız özündə olmuşdur. O, hər gün səhər tezdən sexə gəlib qapısını açmış və ustalar işləməyə başlamışlar. Hər iş gününün sonunda sexin qapısını bağlayıb açarını özündə saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19 radələrində həmin sexin qapısını bağlayıb evə getmişdir. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində həmin sexə gəlib sexin qapısını açaraq içəri daxil olanda sexin işiğını yandırmaq istəmiş, lakin işığın yanmadığını görmüşdür. Baxanda sexin həyətində olan elektrik şitinə gedən elektrik kabelinin yerində olmadığını, kəsilib oğurlandığını aşkar etmişdir. Bundan sonra o, Nərimanov RPİ-nin 16-cı PB-nə gedib bu barədə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizə ilə polis bölməsinə müraciət etdikdən sonra həmin sexə qayıdıb sexi nəzərdən keçirmiş və bu zaman məlum olmuşdur ki, sexin yardımçı sahəsində bağlı qapı arxasında saxladıqları 2 (iki) ədəd hər birinin dəyəri 230 (iki yüz otuz) manat olan laqondanın, 3 (üç) ədəd ümumi uzunluğu 65 (altmış beş) olan ümumi dəyəri 180 (yüz səksən) manat olan ötürücü elektrik naqili və sexin həyətində olan 1 (bir) ədəd dəyəri təxminən 200 (iki yüz) manat olan alüminium qapı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, sexin həyətində olan elektrik şitinə gedən elektrik kabelinin yerində olmadığını, kəsilib oğurlandığını aşkar edərək ərizə ilə polis bölməsinə müraciət etdikdən sonra həmin sexə qayıdıb sexi nəzrdən keçirmiş və bu zaman məlum olmuşdur ki, sexin yardımçı sahəsində bağlı qapı arxasında saxladıqları 2 (iki) ədəd hər birinin dəyəri 230 (iki yüz otuz) manat olan laqondanın, 3 (üç) ədəd ümumi uzunluğu 65 (altmış beş) olan ümumi dəyəri 180 (yüz səksən) manat olan ötürücü elektrik naqili və sexin həyətində olan 1 (bir) ədəd dəyəri təxminən 200 (iki yüz) manat olan alüminium qapı naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. O, oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs tanımamış, onunla şəxsi ədavət və düşmənçiliyi olmamışdır. Belə ki, hadisə zamanı oğurlanmış ona məxsus əşyaların ümumi dəyəri 1940 manat təşkil etmişdir. Ona dəyən zərər ödənilməyib. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi barədə” 07 mart 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Bakı şəhəri, Nərimanov rayonu, Ak. H.Əliyev küçəsi ünvanıdır. Baxış zamanı iş üzrə maddi sübut əhəmiyyətli hər hansı əşya və ya dəlil aşkar edilmədi. Məhkəmə Ekspertiza Mərkəzinin 25 aprel 2023-cü il tarixli, 9/2802 saylı rəyindən görünür ki, üzərində “BOSCH” prosessional GHS2200 yazıları olan 02 ədəd laqonda aparatı hər birinin dəyəri 80 manat olmaqla cəmi 160 manat, 55(əlli beş) metr uzunluqda 4x6 mm ölçülü mis elektrik naqili hər metrinin dəyəri 3 manat olmaqla 165 manat, uzunluğu 20 metr olan ötürücü elektrik naqili (udelnitel) 02 ədəd hər birinin dəyəri 12 manat olmaqla cəmi 24 manat, uzunluğu 25 metr olan ötürücü elektrik naqili (udelnitel) 01 ədəd olmaqla cəmi 15 manat, uzunluğu 1 metr 80 santimetr, eni isə 1 metr olan alüminium metalından hazırlanmış qapı çərçivəsi 01 ədəd olmaqla cəmi 30 manat, uyğun olaraq 2023-cü ilin mart ayına olan bazar qiyməti nəzəri qaydada təxminən 394 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. İşdə olan 30 may 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məhkumlugu olmayan şəxsdir. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 09 iyun 2023-cü il tarixli 1599 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı, PSİXİ XƏSTƏLİYİN ƏLAMƏTLƏRİ AŞKAR OLUNMUR. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarinda olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının 21,1 və 22-ci maddələinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 4(005)-825/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti istintaq müddəti həddində, yəni 19 avqust 2023-cü il tarixədək müəyyən edilmiş və həbsetmənin əvvəlinin 30 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. İşdə olan 120 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdə anadan olub. İşdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2018-ci il tarixdə anadan olub. İşdə olan ölüm haqqında şəhadətnamədən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X1 agciyər amboliyasından ölmüşdür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Belə ki, Təqsirləndirilən şəxs oglunun həyat yoldaşının ölümü ilə bağlı iki yetkinlik yaşına çatmayan övladı onun anasının himayəsindədirlər. Ona törətdiyi əməlin sanksıyası həddində azadlıqdan məhrum etmə cəzasının verilməsi onun həyat şəraitinə uyğun olmayacaqdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.1 və 177.2.3cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, həbsdə saxlanıldığı 03 ay, 21 gün azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı (CM-69.3), cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, o məhkəmə iclas zalında həbsdən dərhal azad edilməli və seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulun dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 ay, 21 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla 07 ay 12 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 18 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəki rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin, o məhkəmə iclas zalında həbsdən dərhal azad edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-397/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-397/2023
21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver