Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-397/2025 19.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “De fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 25 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Nəsimi rayon məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, xx.xx.2024-cil il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2024-cül il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, sonuncu dəfə Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 66.5-ci maddəsinə müvafiq qəti olaraq, 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, həbs olunana qədər ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində "həbs" qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 22 iyul 2024-cü il tarixdə saat 14:30 radələrində ünvan 2 ünvanında yerləşən "xxxx" ticarət mərkəzinin qarşısına yığılmış müxtəlif çeşidli ağzı bağlı karton qutuların birini götürərək hadisə yerindən aralanaraq qutuda olan hər birinin qiyməti 4 manat 50 qəpik olmaqla, ümumi məbləği 450 manat olan, 100 ədəd “Sobranie slim blues” markalı siqaretləri, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla, ümumi məbləği 260 manat olan, 100 ədəd "Viceroy N-Seriies silver" markalı siqaretləri, hər birinin qiyməti 4 manat 50 qəpik, ümumi məbləği 450 manat olan, 100 ədəd "Sobranie Whites" markalı siqaretləri, hər birinin qiyməti 3 manat 10 qəpik olmaqla, ümumi məbləği 310 manat olan, 100 ədəd "Pall Mall nanoking" markalı siqaretləri, hər birinin qiyməti 2 manat 40 qəpik olmaqla, ümumi məbləği 168 manat olan, 70 ədəd "Arqo kinq size" markalı siqaretləri, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla, ümumi məbləği 260 manat olan, 100 ədəd "Maqna silver blask" markalı siqaretləri, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla, ümumi məbləği 260 manat olan, 100 ədəd "X2” markalı siqaretləri, hər birinin qiyməti 2 manat 60 qəpik olmaqla, ümumi məbləği 52 manat olan, 20 ədəd “Keno club nano platinium" markalı siqaretləri, hər birinin qiyməti 2 manat 80 qəpik olmaqla, ümumi məbləği 252 manat olan, 90 ədəd "Want nano black" markalı siqaretləri və hər birinin qiyməti 2 manat 80 qəpik olmaqla, ümumi məbləği 224 manat olan, 80 ədəd "Want nano silver" markalı siqaretləri oğurlayaraq "xxxx" MMC-nin nümayəndəsi Zərərçəkmiş şəxs ümumilikdə 2686 (iki min altı yüz səksən altı) manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, əvvəllər oğurluq etdiyinə görə məhkum olunmuş və hazırda da oğurluq etməsinə görə cəza çəkir. 22 iyul 2024-cü il tarixdə saat təxminən 14:30 radələrində Nərimanov rayonu ərazisində M.Əhmədzadə küçəsi ilə metronun Nərimanov stansiyasına tərəf gedərkən «AL» market mağazasının qarşısında müxtəlif ölçüdə karton qutular görmüş və karton qutulara nəzarət edən olmamışdır. Həmin an qərara gəlmişdir ki, həmin qutuların birini oğurlasın. Ona görə də qutular olan yerə yaxınlaşmış və yerdə olan qutuların birini götürüb taksi ilə oradan uzaqlaşmışdır. Oradan aralanana qədər hərdən arxaya dönərək baxmış, lakin heç kimin olmadığı müəyyən etdiyi üçün xəlvəti bir yerə çəkilərək qutunu açmış və qutunun içərisində müxtəlif markalı siqaretlər olduğunu görmüşdür. Bu səbəbdən siqaretlərin çox sayda olduğunu görüb metronun 28 may stansiyasına gedərək orada siqaretləri ədəd-ədəd satmış, bəzilərini isə özü istifadə etmişdir. Qutuda olan siqaretlərin dəqiq sayını bilmir. Qeyd etmişdir ki, həmin siqaretləri hansı məbləğə və kimlərə satdığını bilmir. Lakin, hamısını çəkmiş və ya satmışdır. Vurulmuş ziyandan heç bir ödəniş etməmişdir.. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, hal-hazırda göstərdiyi ünvanda ailəsi ilə bir yerdə yaşayır. "AL" market şəbəkəsində mağaza müdiri vəzifəsində işləyir. 22 iyul 2024-cü il tarixdə saat 14:30 radələrində şirkət tərəfindən müxtəlif ərzaq və qeyri-ərzaq malları ünvan 3 ünvanda yerləşən “Al” market filialına göndərilmiş və mağaza müdiri kimi tərəfindən mallar qəbul olunaraq bu barədə akt tərtib etmişdir. Malı gətirən sürücü malları mağazanın qarşısına küçəyə boşaldaraq çıxıb getmişdir. Bundan sonra, yəni malı qəbul etdikdən sonra mağazaya daxil olmuş və malları içəri yerləşdirmişdir. Növbəti gün isə mallar arasında uyğunsuzluq aşkar etmiş, şirkətin malları əskik göndərdiyini zənn etmişdir. Daha sonra müşahidə kamerasına baxmış və aşkar etmişdir ki, 6 ədəd siqaret qutusu təhvil verilmiş, naməlum kişi cinsli təxminən 50-55 yaşlarında olan şəxs mağazanın qarşısında küçədə qoyulmuş içərisində müxtəlif markalı siqaretlər olan 01 ədəd qutunu götürərək mağazanın qarşısından uzaqlaşmışdır. Naməlum şəxs 10 bağlama olmaqla 100 ədəd "Viceroy nano silver" markalı hər biri 2.60 manat olmaqla ümumi məbləği 260 manat, 10 bağlama olmaqla 100 ədəd "Sobranie slim blues" markalı hər biri 4.50 manat olmaqla ümumi məbləği 450 manat, 10 bağlama olmaqla 100 ədəd "Sobranie slim Whites" markalı hər biri 4.50 manat olmaqla ümumi məbləği 450 manat, 10 bağlama olmaqla 100 ədəd "Pall Mall nano silver" markalı hər biri 3.10 manat olmaqla ümumi məbləği 310 manat, 7 bağlama olmaqla 70 ədəd "Argo KS red" markalı hər biri 2.40 manat olmaqla ümumi məbləği 168 manat. 10 bağlama ümumi 100 ədəd olmaqla hər biri 2.60 manat olmaqla ümumi məbləği 260 manat olan "Maqna Carbon silver", 10 bağlama ümumi 100 ədəd olmaqla hər biri 2.60 manat olmaqla ümumi məbləği 260 manat olan "Maqna Carbon black", 2 bağlama 20 ədəd olmaqla hər biri 2.60 manat məbləğində ümumi məbləği 52 manat olan "Keno nano platinium" 9 bağlama 90 ədəd olmaqla hər biri 2.80 manat məbləğində ümumi 252 manat olan "Want nano black" və 8 bağlama 80 ədəd olmaqla hər biri 2.80 manat məbləğində ümumi 224 manat olan "Want nano silver" markalı siqaretləri oğurlayaraq şirkətə ümumilikdə 2686 manat məbləğində maddi ziyan vurmuşdur. Qeyd etmişdir ki, oğurlanmış vəsaitlərin dəyəri onun özü tərəfindən tam şəkildə şirkətə ödənilmişdir. Belə ki, qəbul edilmiş malın məsuliyyəti üzərində olduğu üçün məcbur qalıb bunu etmişdir. Hazırda da vurulmuş ziyana görə kredit ödənişləri ödəyir. Təqsirləndirilən şəxs tərəfindən vurulmuş ziyandan heç bir məbləğdə ödəniş edilməmişdir və bütün vəsaiti öz hesabina şirkətə ödəmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9\9046 nömrəli rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş tütün məmulatlarının 2024-cü ilin iyul ayına olan orta baza qiyməti ilə ümumi dəyəri təxminən 30,50 (otuz manat əlli qəpik) müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Təqdim olunmuş rəydən müəyyən edilir ki, oğurlanmış siqaretlərin bir ədədinin qiymətləri göstərilmiş və ümumilikdə oğurlanmış müxtəlif markalı siqaretlərin qiyməti 2686 manat təşkil etmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanındakı “Al” marketin qarşısında yerləşir. Hadisə yerində videokamera yerləşsə də, görüntü götürmək mümkün olmadı. Hadisə yerininin fotoşəkilləri əlavə edilir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin 25 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nəsimi rayon məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, xx.xx.2024-cil il tarixdə cəzasının sonu ilə azad olunmuş və sonuncu dəfə Səbail rayon məhkəməsinin 14 oktyabr 2024-cül il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntülərə baxış zamanı görünür ki, bir nəfər orta yaşlı, qara geyimli kişi cinsli şəxs binaya tərəf yaxınlaşaraq, oradan bir ədəd qutu götürür və uzaqlaşır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin 1(009)-265/2024 saylı, 14 oktyabr 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 14 oktyabr 2025-ci il tarixdən hesablanmış, ümumi rejimli cəzaçəkmə müəssisəsində cəzaçəkməsi qərara alınmışdır. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-260/2025 saylı 21 may 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən, Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanmış, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi qərara alınmışdır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs məhkəmə baxışında ona elan edilmiş ittihamla özünü tam təqsirli bilərək, özünü müdafiə üçün hər hansı dəlil gətirməmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 18.1 (Cinayətlərin residivi): Maddə 18.1 (Cinayətlərin residivi): Şəxs qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduqdan sonra yenidən qəsdən cinayət törədərsə, bu, məhkəmə tərəfindən cinayətlərin residivi hesab edilir. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 56.1.3 (Azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisələrinin növləri): Cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə onun cəzası ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunur. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 66.5 Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Maddə 69.3 (Həbsdə saxlama müddətinin cəza müddətinə hesablanması): Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Maddə 83.1, 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Maddə 177.1: Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. (13 iyun 2025-ci il tarixli 211-VİİQD nömrəli qanunla 177.1ci maddənin sanksiyasında üçüncü halda “iki” sözü “üç” sözü ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 125.8. Cinayət-Prosessual Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Maddə 143 (Sübutların toplanması): Sübutlar sorğu, üzləşdirmə, istintaq eksperimenti, şəxsi axtarış, əşyaların və sənədlərin götürülməsi, ekspertiza təyin edilməsi və s. bu Məcəllədə nəzərdə tutulmuş digər prosessual hərəkətlər vasitəsilə toplanır. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 158.2. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Maddə 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1-197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Avropa Məhkəməsinin presedent hüququ: Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər”. Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) öz presedentlərində dəfələrlə qeyd etmişdir ki, sübutların qəbul edilməsi və qiymətləndirilməsi ilk növbədə milli məhkəmələrin səlahiyyətindədir (Schenk İsveçrəyə qarşı, 24 noyabr 1988-ci il, § 45-46). Konvensiyanın 6-cı maddəsi sübutların qəbul edilməsi qaydalarını müəyyən etmir, lakin məhkəmə araşdırmasının ümumilikdə ədalətli olmasını təmin edir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməlin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilmiş və səmimi peşmançılığını ifadə etmişdir. Lakin, CPM-nin 126.6-cı maddəsinin imperativ tələbinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs etirafı iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş digər mötəbər sübutlarla tamamilə uzlaşır və onların məcmusu ilə təsdiqlənir. Belə ki, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsi hadisənin baş vermə yerini, vaxtını və üsulunu, oğurlanmış əmlakın xarakteristikasını və dəyərini təsdiq etmişdir. Onun ifadələri ardıcıl, məntiqi olub, işin digər materialları ilə ziddiyyət təşkil etmir. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” protokol, habelə zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş DVD diskdəki videogörüntülər hadisənin baş verdiyi məkanı və təqsirləndirilən şəxsin həmin məkana daxil olaraq oradan əlində bir ədəd qutu ilə uzaqlaşmasını vizual olaraq sübut edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9\9046 nömrəli rəyindən müəyyən edilir ki, ekspertiza tədqiqatına təqdim edilmiş tütün məmulatlarının 2024-cü ilin iyul ayına olan orta baza qiyməti ilə ümumi dəyəri təxminən 30,50 (otuz manat əlli qəpik) müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Təqdim olunmuş rəydən müəyyən edilir ki, oğurlanmış siqaretlərin bir ədədinin qiymətləri göstərilmiş və ümumilikdə oğurlanmış müxtəlif markalı siqaretlərin qiyməti 2686 manat təşkil etmişdir. Bu da vurulmuş ziyanın miqdarını obyektiv şəkildə təsdiqləyir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ilkin etirafı iş üzrə toplanmış və birbaşa məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla – zərərçəkmişin ifadəsi, ekspert rəyi və digər yazılı sənədlərlə tam təsdiqini tapır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərinin hüquqi qiymətləndirilməsini apararaq belə nəticəyə gəlir ki, onun əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cinayətin obyekti mülkiyyət münasibətləridir. Təqsirləndirilən şəxs öz hərəkətləri ilə zərərçəkmiş zərərçəkmiş şəxsin Konstitusiyanın 13-cü və 29-cu maddələri ilə təminat verilən mülkiyyət hüququnu pozmuşdur. Cinayətin obyektiv cəhəti özgənin əmlakının gizli olaraq talanmasında ifadə olunur. Təqsirləndirilən şəxs mağazadakı şəxslərin iş görməsindən, yəni hərəkətlərinin gizli qalacağına əmin olaraq, mağazanın qarşısında olan daxilində müxtəlif adda və sayda siqaretlər olan 01 ədəd qutunu götürmüşdür. Cinayətin subyektiv cəhəti birbaşa qəsd və tamah niyyəti ilə xarakterizə olunur. Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirdiyini, bununla zərərçəkmişə maddi ziyan vurduğunu dərk etmiş və məhz bu nəticənin baş verməsini arzulamışdır. O, siqaretləri ələ keçirdikdən qısa müddət sonra sataraq pul əldə etməsi onun tamah niyyətinin mövcudluğunu sübuta yetirir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndinə əsasən, bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, vurulmuş ziyanın məbləği 2686 manat təşkil edir ki, bu da həmin maddənin dispozisiyası ilə tam əhatə olunur. Buna görə də, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Təqsirləndirilən şəxsin şəxsiyyəti araşdırılarkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər rayon məhkəməsinin 25 yanvar 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177,2,2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Nəsimi rayon məhkəməsinin 02 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə, xx.xx.2024-cil il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Səbail Rayon Məhkəməəsinin 14 oktyabr 2024-cül il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 1(004)-260/2025 saylı 21 may 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablanmış, ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi qərara alınmışdır. Göründüyü kimi, cəzaçəkdiyi müddətdə islah olunmamış, məhkumluğu ödənilməmiş və ya götürülməmiş halda yenidən cinayət əməlləri törətmişdir. Cinayət Məcəlləsinin 10.3-cü maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenum qərarına müvafiq olaraq, cinayət qanunu normasının əvvəlki və yeni sanksiyalarında eyni növ cəzalar nəzərdə tutulduğu, azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi də eyni olduğu halda, şəxsin vəziyyətini yaxşılaşdıran norma kimi azadlıqdan məhrum etmə cəzasının aşağı həddi az olan norma götürülməlidir. Belə ki, Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasına 13 iyun 2025-ci il tarixli qanunla edilmiş və 26 iyun 2025-ci il tarixdə qüvvəyə minmiş dəyişikliyə əsasən, sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi 2 ildən 3 ilə qaldırılmışdır. Lakin, sözügedən qanun şəxsin vəziyyətini ağırlaşdırdığı üçün hazırda onun əməlinə şamil edilə bilməz və Təqsirləndirilən şəxs vəziyyətini yaxşılaşdıran norma kimi, cinayət əməllərini törətdiyi vaxt qüvvədə olmuş 2 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası cəzanın yuxarı həddi hesab edilməlidir. Bununla da, cinayətlərin təsnifatına uyğun olaraq, Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi 22 iyul 2024-cü il tarixdə qüvvədə olan normaya müvafiq olaraq, CM-nin 177.1-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət kimi təsnif edilməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, şəxsin qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunduqdan və məhkumluğun ödənilmədiyi dövrdə yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Həmin Məcəllənin 18.4.1-ci maddəsinə uyğun olaraq, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Bu səbəbdən məhkəmə Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivinin olmadığı qənaətindədir və müstəntiqin gəldiyi ağırlaşdırıcı hallar ilə bağlı olmamaqla, həmin müddəanın müstəntiq tərəfindən yanlış olaraq tətbiq edildiyini qeyd edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmə Plenum qərarına müvafiq olaraq, cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmasına yol verilməyən ödənilməyən və götürülməyən məhkumluqlar iş üzrə digər hüquqi məsələlərin həllində, məsələn Cinayət Məcəlləsinin 58.3 və yaxud 70-ci maddələrinin məqsədləri üçün təqsirləndirilənin şəxsiyyəti qiymətləndirilərkən nəzərə alına bilər. Beləliklə, məhkəmə iş üzrə təqsirləndirilən şəxsin əməllərində residiv müəyyən etməsə də, məhkumluğun ödənilmədiyi və götürülmədiyi vaxtda qəsdən cinayət törətməsini onun şəxsiyyətini xarakterizə edən mənfi hal kimi qiymətləndirir və nəzərə alır. Bu, onun cəmiyyət üçün yüksək təhlükə mənbəyi olduğunu və islahının yalnız cəmiyyətdən təcrid olunma şəraitində mümkünlüyünü göstərir. Buna müvafiq olaraq, məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin əməllərində cəzasını ağırlaşdıran hallar müəyyən etmir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən, təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyası bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək (cinayət törədilən vaxt qüvvədə olan sanksiyaya uyğun olaraq) müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutur. Yuxarıda göstərilən bütün halları – cinayətin xarakterini, təqsirkarın şəxsiyyətini, onun islah olunma ehtimalını, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların mövcudluğunu məcmu halında qiymətləndirən məhkəmə, belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması, habelə cəzanın sosial ədalətin bərpası və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədlərinə nail olmaq üçün ona CM-nin 177.1-ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi zəruridir və ədalətlidir. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə və “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum qərarının 48-ci bəndinə əsasən, maddənin sanksiyası müxtəlif cəza növləri nəzərdə tutursa, məhkəmə daha ağır cəza növü (bu halda azadlıqdan məhrum etmə) təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs islah olunması və onun tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması (CM maddə 41.2) məqsədlərinə nail olmaq üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi daha məqsədəuyğundur. Nəzərə alınmalıdır ki, təqsirləndirilən şəxsin əvvəllər dəfələrlə məhkum olunması, məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən çoxsaylı cinayətlər törətməsi (o cümlədən Yasamal və Səbail Rayon Məhkəmələrinin hökmləri də nəzərə alınmaqla) onun cəmiyyətdən təcrid olunmadan, yalnız azadlığın məhdudlaşdırılması şəraitində islahının çətinliyini göstərir. Azadlıqdan məhrum etmə cəzası, bir tərəfdən, onu cinayətkar mühitdən təcrid edəcək, digər tərəfdən isə islah prosesinə müsbət təsir edəcəkdir. Azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların təyini hazırkı məqamda, törədilmiş əməlin xarakteri, ictimai təhlükəliyiyi, habelə təqsirləndirilən şəxsin şəxsiyyəti nəzərə alındıqda, onun islahı üçün kifayət qədər təsirli və çəkindirici vasitə hesab edilə bilməz. Belə bir cəza, həmçinin, cəmiyyətin mülkiyyət əleyhinə cinayətlərə qarşı barışmaz mövqeyini və bu cür əməllərin cəzasız qalmayacağı prinsipini tam əks etdirməzdi. Məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddətini müəyyən edərkən, bir tərəfdən cəzanı yüngülləşdirən halları, digər tərəfdən isə ağırlaşdıran halların olmamasını nəzərə alaraq, CM-nin 177.1-ci maddəsinin sanksiyası çərçivəsində ədalətli və mütənasib bir müddət təyin etməyi vacib bilir. İş materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə cinayət əməllərini Bakı şəhər Səbail Rayon Məhkəməsinin və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hökmləri çıxarılmamışdan əvvəl törətmişdir. Bu səbəbdən, onun barəsində cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq təyin edilməlidir. Həmin normaya əsasən, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu qaydalarına uyğun cəza təyin edilir və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cəzanın çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növü, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi olmadığı nəzərə alındıqda və Bakı şəhər Yasamal Rayon Məhkəməsinin hökmü nəzərə alındıqda, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə uyğun olaraq ciddi rejimli müəyyən edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının ümumi dəyəri 50 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur və iş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “De fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 40 iş saatına görə 440 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 01 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-260/2025 saylı 21 may 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə uyğun olaraq, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 14 oktyabr 2024-cü il tarixli hökmü ilə qismən toplanılmaqla qəti olaraq təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs qəti olaraq 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut – 01 ədəd DVD disk cinaytə işi materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının ümumi dəyəri olan 50 (əlli) manat vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak və mülki iddia olmaması nəzərə alınsın. “De fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 40 iş saatına görə 440 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “De fendo” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən, elan edildiyi (hökmün surəti verildiyi) gündən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-397/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-397/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver