Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-399/2024 19.09.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ X10 Bəhram oğlunun sədrliyi, Məmmədova Aygün Fərhad qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta-ixtisas təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, "xxxx" MMCdə montiyor işləyən, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs kifayət qədər sübutların məcmusu olduğundan təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan müddətdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısına daxil olan, xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,529 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanına daşımış və xx.xx.2024-cü il tarixdə, saat 21 radələrində həmin ünvanda olan zaman davranışları şübhə doğurduğu üçün ərazidə xidmət aparan Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, Bakı şəhəri Nərimanov rayonu Murtuz Nağıyev 4 A ünvanında yerləşən Nərimanov RPİ-nin 18ci PŞ-nin inzibati binasına gətirilərək, həmin polis şöbəsində üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,529 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 7-8 aydır ki, narkotik vasitə istifadə edir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski küçəsi 98 ünvanının qarşısına gələrək üzdən tanıdığı “İlkin” adlı şəxsdən şəxsi istifadəsi üçün 30 manata 01 ədəd büküm aldıqdan sonra ona mülki geyimli şəxslər yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərkən o, həyəcanlanaraq polis əməkdaşlarının suallarından yayınmağa çalışarkən polis əməkdaşları ondan şübhələnib onu saxlayaraq 18-ci polis şöbəsinə gətirdiklərini, polis şöbəsində xidməti otaqda üzərinə baxış keçirildiyini, baxış zamanı ona qanunla qadağan olunmuş hər hansı bir əşya varsa könüllü olaraq təqdim edilməsi təklif olunarkən o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş, içərisində qəhvəyi rəngli, toz halında olan, spesifik qoxuya malik narkotik maddə olan “heroini”, eləcə də əynindəki qara rəngli gödəkcənin sol yan cibində “Redmi Note 12” markalı mobil telefon təqdim etmişdir. O, ifadəsini davam etdirərək göstərdi ki, narkotik vasitələri heç vaxt satmamış, yalnız öz tələbatını ödəmək üçün əldə etmişdir. Hazırda törətdiyi cinayət əməlindən səmimi peşman olduğunu, İkinci Qarabağ müharibəsinin iştirakçısı olmasını, müxtəlif medallarla təlrif olunmasını, həmçinin müharibə veteranı olmasını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin 18-cı polis bölməsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 07 mart 2024-cü il tarixdə, saat 21 radələrində Nərimanov RPİ-nin 18-ci PŞ-nin sahə rəisi, polis mayoru Şahid2 ilə xidmətdə olan zaman ünvan 6 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını gördüklərindən həmin şəxsə yaxınlaşaraq ona özlərini təqdim etdikdən sonra həmin şəxsə özünü təqdim etməsini təklif edən zaman həmin şəxs davranışı və qeyri adi hərəkətləri ilə həmin yerdən uzaqlaşıb getməyə çalışdığından həmin şəxsi ünvan 7 ünvanında yerləşən Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Raportla Nərimanov RPİ-nin 18-ci PB-nin təhqiqatçısı, polis mayoru X3 təhvil verildikdən sonra onların, müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanıldığını, şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edərkən Təqsirləndirilən şəxs də əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd sellofan kəsiyinə bükülmüş spesifik qoxuya malik, qəhvəyi rəngli, toz halında maddə olan bükümü təqdim etdiyini, Ağəli Babayev həmin bükümün içərisində 01 ədəd sellofan kəsiyinə bükülmüş spesifik qoxuya malik, qəhvəyi rəngli, toz halında maddə olan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və həmin bükümün ona məxsus olmasını bildirdiyini, Təqsirləndirilən şəxs həmin 01 ədəd büküm olan narkotik vasitəni xx.xx.2024-cü il tarixdə, axşam saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisindən anket məlumatlarını bilmədiyi üzdən tanıdığı şəxsdən 30 manata öz istifadəsi üçün aldığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək Təqsirləndirilən şəxs cinayət əməlini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxs kimi tutulma haqqında” 07 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur.(Cild 1 i.v 23-24) “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 07 mart 2024-cü il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş 01 ədəd diskdən görünür ki, 07 mart 2024-cü il tarixdə saat 21:30 radələrində Nərimanov RPİ-nin 16-cı PŞ-nin əməkdaşları tərəfindən ünvan 9 ünvanının qarşısında Təqsirləndirilən şəxs saxlanılaraq şübhəli şəxs qismində 18-ci PŞ-nə gətirilmişdir. 18-ci PŞ-də ona üzərində olan hər hansı bir qanunsuz əşya və ya maddəni könüllü təqdim etmək təklif olundu. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldı. Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkcəninsağ yan ibindən 01 ədəd sellefon kəsiyinə bükülmüş, içərisində qəhvəyi rəngli, toz halında olan, spesifik qoxuya malik maddəni təqdim etdi. Həmin maddə heroindir. Həmin maddəni əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı “İlkin” adlı şəxsdən aldığını bildirdi. xx.xx-2024-cü il tarixdə saat 21:00 radələrində isə həmin ünvanın qarşısında olarkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən istifadə etditi “Redmi Note 12” markalı mobil telefonu çıxarıb təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilsə də, başqa heç nə aşkar edilmədi. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakları ilə zərfə qoyularaq qablaşdırıldı, 224 nömrəli möhürlə möhürləndi. (Cild 1 i.v 28-29) Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd CD diskə Nərimanov Rayon Polis İdarəsinin inzibati binasındakı xidməti iş otağımda “HP” markalı kompüter vasitəsilə 13 mart 2024-cü il tarixdə baxış keçirilmişdir. 01 ədəd CD disk yaddaşına baxış keçirilməsi üçün kompüterin prosessoruna qoyuldu və ekranda açılmış fayla baxış keçirilən zaman müəyyən olundu ki, fayldakı görüntülərdə özünü Təqsirləndirilən şəxs kimi təqdim edən şəxsin üzərinə müdafiəçisi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış keçirilir. Təqsirləndirilən şəxs könüllü olaraq əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoymaqla könüllü olaraq təqdim edir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı təqdim etdiyi bükümün içərisindəki maddə narkotik vasitə hesab olunan heroini, xx.xx.2024-cü il axşam saatlarında Bakı şəhəri, Nərimanov rayon ərazisindən üzdən tanıdığı, adının “İlkin” olduğunu bildiyini lakin, başqa hər hansı bir anket məlumatını bilmədiyi şəxsdən bükülmüş bükümdə heroini 30 manata alaraq qara rəngli gödəkcənin sağ yan cibinə qoyaraq öz istifadəsi üçün saxladığını bildirir. Aşkar edilmiş bükümün içindəkilə birlikdə axtarış və götürmədə iştirak etmiş şəxslərin iştirakı ilə qablaşdırlaraq imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində iş üçün əhəmiyyət kəsb edən əşya və ya maddə aşkar edilmədi. Bu barədə protokol tərtib edilir, tərtib edilmiş protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Beləliklə, CD diskinə baxış zamanı Təqsirləndirilən şəxs üzərində Nərimanov RPİ-nin 18-ci PŞ-də təhqiqat araşdırması zamanı aparılmış şəxsi axtarış və götürmənin tam əsaslı və qanuni olduğu müəyyən edilir. (Cild 1 i.v: 95) “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması” haqqında xx.xx.2024-cü il tarixli protokola əlavə edilmiş 01 ədəd DVD formatlı disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmalı və cinayət işinin istintaq materiallarına əlavə edilməlidir. (Cild 1 İ.v: 30) Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 08 mart 2024-cü il tarixli, 3-16-16/2-6/1385 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 224 nömrəli” dairəvi möhür əksi olan, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 1,529 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi: 1,529 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,479 qramdır. (Cild 1 i.v: 38-42) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 dair 19 mart 2024-cü il tarixli 1863 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Psixostimulyatorlardan istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. NARKOMANİYA xəstəliyindən ƏZAB ÇƏKMİR. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild 1 i.v: 102- 103) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində daxil olan, çıxan zənglər və SMS-lər, siyahıdakı hər bir abonent barədə məlumatlar, nömrədən zəng olunan və həmin nömrəyə zəng gələn zaman nömrənin hansı ötürücü antenin əhatə dairəsində olması, göndərilən və qəbul edilən SMS-lərin mətnləri barədə məlumatların "xxxx" MMCdən və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən ələ keçirilərək götürülməsi üçün Nərimanov rayon məhkəməsinə təqdimat verilmiş, bu barədə Nərimanov rayon məhkəməsinin 13 mart 2024-cü il tarixli 5(005)-749/2024 saylı qərarı icra olunması üçün "xxxx" MMC-nə və Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsinə göndərilmişdir. (Cild 1, i.v: 99-100, 108, 112) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “sms” mətnlərinin tarixçəsi, zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələrinin əks olunduğu, "xxxx" MMC -dən alınmış 01 ədəd DVD diskinə baxış keçirilmiş və cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir məlumat aşkar olunmamışdır. (Cild 1 i.v: 127-128) Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsi ilə “sms” mətnlərinin tarixçəsi, zənglərin detallaşması və zənglərin məxsusluq tarixçələrinin əks olunduğu, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya Kommunikasiya İdarəsindən alınmış 01 ədəd DVD diskinə baxış keçirilmiş və cinayət işi üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı bir məlumat aşkar olunmamışdır. (Cild 1 i.v: 125- 126) Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılması zamanı videoçəkilişin əks olunduğu 01 ədəd CD disk və "xxxx" MMC-dən alınmış 01 ədəd CD diski maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (Cild 1, i.v: 167) Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən, 22 iyul 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,529 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 1,479 qram çəkidə narkotik vasitə heroin saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild 1, i.v: 153-154) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı digər məlumat mövcud deyildir. Odur ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan təqsirləndirilən şəxs hesab edilməlidir. (Cild 1 i.v: 104) Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsinin imtina edilməsi və barəsində həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilməsi barədə 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Nərimanov RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Ayxan Səfərlinin 09 mart 2024-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində «polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (Cild 1 i.v: 77-78) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Nərimanov RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş 07 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 1,529 qram olan narkotik vasitə heroin ekspertiza tədqiqatından sonra təmiz çəkisi 1,479 qram narkotik vasitə heroin, şəxsi axtarışın gedişatının videogörüntüləri ilə olan 01 ədəd CD formatlı disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Taix oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 59 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən peşmançılıq çəkməsini, əvvəllər məhkum olunmamasını, o cümlədən İkinci Qarabağ müharibəsində iştirak etməsini, “Vətən müharibəsi iştirakçısı”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmasını, müharibə veteranı olmasını, ailəli olmaqla ailənin yeganə maddi təminatçısı olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, ona Azərbaycan Respublikası CM-in 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından bir gün azadlıqdan məhrumetmənin iki gün azadlığın məhdudlaşdırılmasına bərabər olmaq hesabı ilə çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü bir ədəd “CD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən X4 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökm icra olunması üçün Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə olunsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış “şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında bir ədəd “CD”, həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə ilə “sms” mətnlərinin tarixçəsi, zənglərin detallaşması əks olunduğu "xxxx" MMC-dən alınmış bir ədəd “CD” disklər cinayət işinin materiallrınsa saxlanılsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 1,479 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, SAP (XİİS) hesabı VÖEN **********, AZ41NABZ********************, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri “Arbitrium" Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. X11
Məhkəmə qərarları › İş №1(005)-399/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-399/2024
19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver