Məhkəmə qərarları › İş №1(005)-40/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-40/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-40/2023 21.02.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 12:40 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 Məmmədşafi oğlu, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, X13, Zərərçəkmiş şəxs14 zərərçəkmiş Zərərçəkmiş şəxs7 hüquqi varisi X8, müdafiəçilər - “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1963-cü ildə Şəki şəhəri Oxud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, ali təhsilli, ailəli, işləməyən, Şəki şəhəri Oxud kəndində qeydiyyatda olmaqla yaşayan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 onu Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 27 saylı orta məktəbə direktor vəzifəsinə təyin etdirəcəyinə dair yalandan vəd edib aldadaraq, 23 sentyabr 2014-cü il tarixdə saat 17 radələrində ünvan 1 ünvanında yerləşən 229 saylı orta məktəbin yaxınlığında 30.000 manat məbləğində pulu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 etibardan sui-istifadə etmə və aldatma yolu ilə ona “Əməkdar Müəllim” fəxri adı alınmasına 10.000 manat pul müqabilində köməklik edəcəyinə və 2500 manat pul müqabilində isə qızı Qurbanlı Nigarı Milli Təhlükəsizlik Nazirliyinə işə düzəldəcəyinə köməklik göstərəcəyinə dair yalandan vəd verib aldadaraq, bu adla 26 sentyabr 2014-cü il tarixdə ünvan 2 ünvanında yerləşən “Hökumət Evi”nin qarşısında 2500 manat, daha sonra 02 oktyabr 2014-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Socar” yanacaq doldurma stansiyasının yaxınlığında 10.000 manat məbləğində, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 12.500 manat məbləğində pulu alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs, təkrarən özgənin əmlakını etibarından suiistifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs10 qızı Zeynəb Dadaşovanın təhsilini X6 Dövlət Univerisitetində dövlət hesabına davam etdirəyəcinə yalan vəd etməklə ondan 25 iyun 2015-ci il tarixdə, saat 14:00 radələrində Xətai rayonu İcra Hakimiyətinin qarşısında 4.000 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs10 qeyd olunan məbləğdə ziyan vuraraq təkrarən dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibarından suiistifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs11 X30u FHN-nin Akademiyasına qəbul etdirəcəyinə dair yalandan vəd etməklə ondan 11 avqust 2015-ci il tarixdə saat 12 radələrində ünvan 3 ünvanın qarşısında 4500 manat nağd pul alıb ələ keçirməklə Zərərçəkmiş şəxs11 qeyd olunan məbləğdə ziyan vuraraq, dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ambardar vəzifəsinə düzəltirəcəyini yalandan vəd edərək aldadaraq, ondan 2015-ci ilin avqust ayının ortalarında Bakı şəhəri, Səbail rayonu, Parlament prospekti 14 ünvanında yerləşən Milli Təhlükəsizlik Nazirliyinin inzibati binasının qarşısında 1500 manat nağd pulu alıb ələ keçirməklə, qeyd olunan məbləğdə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə X2 Səbail rayon İcra Şöbəsində problemlərinin həll edilməsi məqsədi ilə yalandan vəd edib aldadaraq 22 noyabr 2015-ci il tarixdə saat 19:00 radələrində ünvan 5 ünvanda yerləşən “Medi Club” tibbi klinikanın qarşısında yerləşən 1500 manat pul alıb ələ keçirməklə zərərçəkmiş şəxs Cümşüd Məlikyeqanova qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 Məmmədşafi oğlunun oğlu X21 Mühafizə Xidmətinin Xüsusi şöbəsinə mühafizəçi işinə düzəldəcəyini yalandan vəd edib aldadaraq, bu adla 23 noyabr 2015-ci il tarixdə axşam vaxtı ondan Bakı şəhəri, Səbail rayonu, Şeyx Şamil küçəsi 11 saylı evin qarşısında 700 manat pul alıb ələ keçirməklə Zərərçəkmiş şəxs3 qeyd olunan məbləğdə ziyan vuraraq, dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibarından suiistifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs12 DİN-nin balansında olan “KİA Sportage” markalı avtomobili ucuz qiymətə alacağına dair yalandan vəd verərək bu adla ondan 09 mart 2016-cı il tarixdə, saat 15:00 radələrində ünvan 6 ünvanında 9000 manat, həmin ilin aprel ayında avtomobilə dövlət nömrə nişanı almaq adı ilə əlavə 370 manat məbləğində pulu ünvan 7 ünvanında qohumu Zərərçəkmiş şəxs14 vasitəsi ilə alaraq, vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 9370 manat məbləğində pul alaraq ələ keçirmiş və nəticədə Zərərçəkmiş şəxs12 xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibarından suiistifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs5 «B» kateqoriyalı sürücülük vəsiqəsinin alınmasına köməklik edəcəyinə dair yalan vəd verib aldadaraq, 28 iyul 2016-cı il tarixdə saat 11:00 radələrində ünvan 8 ünvanda yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X37 İdarəsinin inzibati binasının qarşısında ondan 800 manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs5 qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibarından sui-istifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə polis nəfəri vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib aldadaraq, 04 avqust 2016-cı il tarixdə saat 10 radələrində ünvan 9 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin 1 saylı poliklinikasının inzibati binasının həyətində Zərərçəkmiş şəxs4 8000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs4 qeyd olunan məbləğdə, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi Zərərçəkmiş şəxs6 onun qardaşı oğlu Toğrul Cəfərlini və qardaşı oğlu Fərid Cəfərlinin dövlət hesabına xaricdə təhsil almaq üçün köməklik edəcəyi adı ilə aldadaraq 03 sentyabr 2016-cı il tarixdə ondan Bakı şəhəri Nərimanov rayonu Xan Şuşinski küçəsi ev 21, mənzil 32-də 6800 (altı min səkkiz yüz) manat pulunu alıb ələ keçirməklə Zərərçəkmiş şəxs6 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibarından suiistifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs7 İngiltərədə yenicə inşa edilmiş oteldə təmir işlərini görmək üçün usta kimi işə qəbul etdirəcəyini yalandan vəd etməklə ondan 27 noyabr 2016-cı il tarixdə saat 12 radələrində Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 27/29 saylı ünvanın qarşısında 1000 manat alıb ələ keçirməklə Zərərçəkmiş şəxs7 qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibarından suiistifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs8 İngiltərədə yenicə inşa edilmiş oteldə təmir işlərini görmək üçün usta kimi işə qəbul etdirəcəyini yalandan vəd etməklə ondan 27 noyabr 2016-cı il tarixdə saat 18 radələrində Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 27/29 saylı ünvanın qarşısında 800 manat alıb ələ keçirməklə zərərçəkmiş şəxs Nürəddin Əsədova qeyd olunan məbləğdə ziyan vuraraq, dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibarından suiistifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs9 İngiltərədə yenicə inşa edilmiş oteldə təmir işlərini görmək üçün usta kimi işə qəbul etdirəcəyini yalandan vəd etməklə ondan 30 noyabr 2016-cı il tarixdə saat 18 radələrində Xətai rayonu, Mehdi Mehdizadə küçəsi 27/29 saylı ünvanın qarşısında 1800 manat alıb ələ keçirməklə Zərərçəkmiş şəxs9 qeyd olunan məbləğdə ziyan vuraraq, dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən, özgənin əmlakını etibarından suiistifadə edib aldatma yolu ilə ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs14 DİN-nin balansında olan “Hunday Elantra” markalı avtomobili ucuz qiymətə alacağına dair yalandan vəd verərək bu adla ondan 25 mart 2017-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev 6 a ünvanında yerləşən Nərimanov parkında 1000 manat məbləğində beh adı ilə pul alaraq ələ keçirmiş və nəticədə Zərərçəkmiş şəxs14 qeyd olunan məbləğdə ziyan vuraraq dələduzluq etmişdir. İş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək səhəti ilə bağlı ifadə verməkdən imtina etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ifadə verərək bildirmişdir ki, o, 1992-ci ildən 2016-cı ilə qədər Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin İstismar Xidmətində şöbə rəisi vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs1 xeyli vaxt olar ki, tanımış və aralarında yoldaşlıq münasibəti olmuşdur. O, 2014-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs1 borca cəmi 4700 manat pul götürmüş və həmin pulu yəni 4700 manatını 6 ayın tamamında qaytardığını bildirmişdir. O, Zərərçəkmiş şəxs1 32.500 manat pul aldığını bildirmişdir. O, öz övladının xaricdəki təhsil haqqını ödəmək üçün 6 aylıq müddətə aldığını bildirmişdir. Zərərçəkmiş şəxs1 qalan məbləği isə onun aldığı pulun faizi kimi hesablamış və ondan həmin məbləği ödəməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs1 “Əməkdar Müəllim” fəxri adı alınmasında köməklik edəcəyini vəd edib bu adla pul almadığını, Zərərçəkmiş şəxs1 yalan danışdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs10 evində kirayə qaldığı vaxtdan onunla qonşu kimi münasibəti olduğunu və onunla söhbət zamanı uşaqlarının xaricdə necə təhsil alması yolları ilə maraqlandığını, o, da ona uşaqlarının Rusiyada ali təhsil ocaqlarında oxuduqlarını və buna görə təhsil haqqı ödədiyini bildirmişdir. O, Zərərçəkmiş şəxs10 onun qızının Türkiyədə pulsuz təhsil almasında köməklik edəcəyinə dair vəd vermədiyini və ondan pul almadığını, Zərərçəkmiş şəxs10 yalan danışdığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs11 2015-ci il tarixdən taksi sürücüsü kimi tanıdığını, onunla normal münasbəti olduğunu, lakin o, onun oğlunu Fövqaladə Hallar Nazirliyinin Akademiyasına qəbul etdirəcəyinə köməklik edəcəyinə dair vəd vermədiyini və ondan heç bir məbləğdə pul almadığını bildirmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ambardar vəzifəsinə düzəltdirəcəyinə dair ona vəd vermədiyini, ondan 1500 manat nağd pulu almadığını, Zərərçəkmiş şəxs2 xatırlamadığını və Zərərçəkmiş şəxs2 yalan danışdığını bildirmişdir. Bundan başqa, X3 xatırlamadığını, ondan icra ilə bağlı problemlərinin həllinə görə heç bir məbləğdə pul almadığını, yalan danışdığını bildirmişdir. Zərərçəkmiş şəxs3 Məmmədşafi oğlunu xatırlamadığını, ondan oğlunu Prezidentin Mühafizə Xidmətinin Xüsusi şöbəsinə mühafizəçi işinə düzəldilməsinə görə ondan heç bir məbləğdə pul almadığını bildirmişdir. Zərərçəkmiş şəxs3 yalan danışdığını bildirmişdir. Zərərçəkmiş şəxs12 xatırlamadığını, həmin şəxsə avtomobili DİN-nin balansından ucuz qiymətə alacağına dair ona heç bir vəd vermədiyini və ondan buna görə heç bir məbləğdə pul almadığını bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs5 «B» kateqoriyalı sürücülük vəsiqəsinin alınmasına köməklik edəcəyinə dair heç bir söz vermədiyini və ondan heç bir məbləğdə pul almadığını bildirmişdir. Zərərçəkmiş şəxs5 yalan danışdığını bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs4 xatırlamadığını və ona Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinə polis nəfəri vəzifəsinə düzəldilməsinə dair heç bir vəd vermədiyini, ondan heç bir məbləğdə pul almadığını, Zərərçəkmiş şəxs4 yalan danışdığını bildirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs6 tanımadığını, onun övladlarını xaricdə təhsil almaq adı ilə ona heç bir vəd vermədiyini və ondan heç məbləğdə pul almadığını, Zərərçəkmiş şəxs6 yalan danışdığını bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs7 xatırlamadığını, onu İngiltərədə yenicə inşa edilmiş oteldə təmir işlərini görmək üçün usta kimi işə qəbul etdirəcəyinə dair vəd vermədiyini, ondan buna görə heç bir məbləğdə pul almadığını, Zərərçəkmiş şəxs7 yalan danışdığını bildirmişdir. O, Zərərçəkmiş şəxs8 xatırlamadığını, onu İngiltərədə yenicə inşa edilmiş oteldə təmir işlərini görmək üçün usta kimi işə qəbul etdirəcəyinə dair vəd vermədiyini və ondan buna görə heç bir məbləğdə pul almadığını, Zərərçəkmiş şəxs8 yalan danışdığını bildirmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs9 xatırlamadığını, onu İngiltərədə yenicə inşa edilmiş oteldə təmir işlərini görmək üçün usta kimi işə qəbul etdirəcəyinə dair vəd vermədiyini və ondan buna görə heç bir məbləğdə pul almadığını, Zərərçəkmiş şəxs9 yalan danışdığını bildirmişdir. Bundan başqa, o, Zərərçəkmiş şəxs14 DİN-nin balansında olan “Hunday Elantra” markalı avtomobili ucuz qiymətə alacağına dair vəd vermədiyini, bu adla ondan beh adı ilə pul almadığını və Zərərçəkmiş şəxs14 yalan danışdığını bildirmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özü etiraf etməsə də aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. Məhkəmədə zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, Sabunçu rayonu, Sabunçu qəsəbəsində ailəsi ilə birlikdə yaşamışdır. O, özü 251 saylı orta məktəbdə riyaziyyat müəllimi işləmiş, İmkansız olduğu üçün və ailəsini müəllim maaşı ilə dolandıra bilmədiyi üçün özünə məxsus avtomaşınla taksi kimi fəaliyyət göstərmişdir. 2014-cü ilin iyul ayında taksi kimi fəaliyyət göstərdiyi zaman «Araz» marketin yanında mühafizəçi olan Emin adlı şəxs ona zəng edərək, burada bir nəfər prezident aparatının işçisi olduğunu, onların gecə aeroporta gedəcəklərini bildirib və onları aparmasını istəmişdir. O, Emin ilə razılaşmış və gecə vaxtı özünü ona prezident aparatında işləyən, vəzifəli bir şəxs kimi göstərən adının Azər olduğunu söyləmiş şəxsi yanındakı şəxsləri aeroporta aparmışdır. 20 sentyabr 2014-ci il tarixdə Azər ona özü axşam tərəfi saat təxminən 21:00 radələrində yaxınlaşmış və nə vaxta qədər həm məktəbdə müəllim işləyəcəyini, eləcə də, taksi sürücüsü kimi çalışacağını, imkanlarının çox olmasını, ona kömək edə biləcəyini demişdir. O, özünü elə göstərmişdir ki, cənab nazir Mikayıl Cabbarovla telefonla danışmasını, hətta Təhsil Nazirliyində yoxlamaları özü apardığını demişdir. O, hətta ona Nizami rayonunda böyüdüyünü, yalnız buranın onun üçün daha yaxşı olacağını demişdir. Onlar ayrılmış və 22 sentyabr 2014-cü il tarixdə saat 10:37-də Azər ona özünə məxsus olan ***-***-**-** mobil telefon nömrəsi ilə mesaj göndərmişdir. Həmin mesajda məktəblərin siyahısı olmuşdur. Hansını istəyirsə onu direktor düzəldə biləcəyini söyləmişdir. 22 sentyabr 2014-cü il tarixdə o, Azərlə taksi kimi dayandığı yerin yaxınlığında olan çayxanada görüşmüş, orada Arif, o və Azər çayxanada oturmuşlar. Azər məktəb direktoru olmaq üçün 50.000 manat pul lazım olduğunu demişdir. O, bundan sonra 32 min manat “Accses bank”dan pul çıxartmış, bu pulu 23 sentyabr 2014-cü il tarixdə sat 17:00 radələrində Azərə vermişdir. 26 sentyabr 2014-cü il tarixdə 2500 manat, yenə də həmin yerdə Azərə pul vermişdir. 27 sentyabr 2014-cü il tarixdə Azər ona öz telefonu ilə mesaj yazmış, saat 11:00-da həmişəki yerdə “Dom Sovetin” arxasında olmasını bildirmişdir. O, həmin yerə getmiş və Azərlə orada görüşmüş və Azər ona guya ki, əməkdar müəllim olmaq üçün prezident özü 4 nəfərlə əlaqədar ayrıca fərman imzalayacaq və həmin fərmanda onunda olacağını, əməkdar müəllim almaq üçün 15 min manat pul vermək lazım olacağını, hətta onlara Xətai rayonunda mənzil belə verəcəyini demişdir. Ona nazirlə danışdığını oktyabr ayının 3-nə qədər pul çatmalı olduğunu söyləmişdir. Hətta özünündə əvəzindən 2500 manat pul qoyacağını, oğlunu da öz yanında MTN-də işə düzəldəcəyinə söz vermişdir. O, 10 min manat pulu məktəbdə bir yerdə işlədiyi və yaxşı münasibətdə olduğu Eldar adlı şəxsdən istəmişdir. Eldar 10 min manat pulu gətirmiş və onlar Eldarla birlikdə onun avtomaşınında Babək prospektində yerləşən «SOCAR» yanacaq doldurma məntəqəsinin yanında görüşmüşlər, Eldarın yanında Eldardan 10 min manat pulu alıb Azərə vermişdir. 03 oktyabrda əməkdar müəllim adları çıxmış, lakin onun adı çıxmamışdır. O, Azərə dəfələrlə zəng etmiş, lakin ona zəng çatmamışdır. Bundan sonra o, aldadıldığını başa düşmüş və həmin günü 04 oktyabr 2014cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Məktəb direktoru olmaq üçün 23 sentyabr 2014-cü il tarixdə 30.000 manat, Nizami rayonu, Şərifli küçəsində olan yerdə Azərə pul verdiyini, əməkdar müəllim adının alınması üçün 26 sentyabr 2014-cü il tarixdə yenə də həmin yerdə 2500 manat, Nizami rayonu, Babək prospekti «SOCAR» yanacaq doldurma məntəqəsinin yaxınlığında 02 oktyabr 2014-cü il tarixdə 10.000 manat pulu Azərə verdiyini, ümumilikdə ondan 42.500 manat Azərin pul aldığını bildirmişdir. Həmin məbləğdən yalnız 4500 manat ödənilmişdir. Bundan əlavə məhkəmədə mülki iddia ərizəsi verərək bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurulmuş maddi ziyanı 38000 manat məbləğində pulun və 205 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini ilə bağlı mülki iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2014-cü ilin mart ayında «X34» şirkətində aparılan ixtisarlar ilə əlaqədar işsiz qalmış, özünə müxtəlif yerlərdə iş axtarmışdır. Qardaşı Fərhad 2015-ci ilin avqust ayının əvvəllərində ona zəng etmiş, bir nəfər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində işləyən Azər adlı şəxslə tanış olduğunu, həmin şəxsdən onu işə düzəltməsini xahiş etdiyini, Azərin də ona köməklik edəcəyini vəd verdiyini bildirmişdir. O, Azərin ***-***-**-** saylı telefonunu ona verərək özünün ona zəng vurub onunla görüşməsini tapşırmışdır. O, həmin şəxsə zəng vurmuş, Azər onu Bakı şəhəri Xətai rayonu İcra hakimiyyətinin inzibati binasının yaxınlığına görüşə dəvət etmiş, görüş zamanı ona özünü Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin əməkdaşı və geniş əlaqəli bir şəxs kimi təqdim etmiş, onun tapşırığı ilə özü ilə gətirdiyi hərbi biletinə, şəxsiyyət vəsiqəsinə və əmək kitabçasına baxmış, guya onu Azərbaycan Respublikası Müdafiə Nazirliyində anbardar vəzifəsinə düzəldə biləcəyini, lakin bunun üçün o, sənədləşdirmə işlərinə görə bir qədər pul xərcləməsini, əgər istəsə dəqiqləşdirib miqdarını deyə biləcəyini demişdir. Oradakı söhbət zamanı Azər qardaşına da eyni sözləri demiş və onu qısa bir müddətdə işə düzəldəcəyinə vəd vermiş və üzərində olan sənədlərini götürüb çıxmış və getmişdir. Bir müddət sonra Azər ona zəng vuraraq onun işini danışıb razılaşdırdığını, bunun üçün tez bir zamanda müəyyən şəxslərə 1500(bir min beş yüz) manat pul vermək lazım olduğunu demişdir. O, razılaşmış və Azər ondan 1500 (bir min beş yüz) manat pulu sayıb təhvil almış və yolda onu maşından düşürüb bir iki günə məsələni həll edəcəyini vəd verib çıxıb getmişdir. Bundan bir-iki gün sonra Azər yenidən onunla Bakı şəhəri Binəqədi rayonu «Oazis» restoranın qarşısında görüşüb ondan sənəd üçün iki ədəd fotoşəkil alıb yenə də işin qısa müddətə həll olunacağını vəd verib çıxıb getmişdir. Həmin vaxt Azər ora Sülhətdin adlı şəxslə gəlmişdir. Bundan bir neçə gündən sonra artıq Azərin telefonuna zəng çatmamışdır. Qardaşı və o, bundan narahat olaraq Sülhətdini görüşə çağırmış, Sülhətdin Azəri qısa müddətdə tanıdığını, Azərin onu müvəqqəti sürücü kimi yanına götürdüyünü, onun dəqiq ünvanını və iş yerini bilmədiyini demişdir. Yekun olaraq o, təqsirləndirilən şəxslə barışdığını və ona vurulmuş maddi ziyanın 2016-cı il tarixində tam şəkilədə ödənildiyini bildirmişdir. Həmçinin o, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bilmişdir. Bununla bağlı ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs3 Məmmədşafi oğlu ifadəsində göstərmişdir ki, o, 2005-ci ildən Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində fəaliyyət göstərən «Gəlin Qaya» şadlıq evinin birinci mərtəbəsində yerləşən bərbərxanada saç ustası işləmişdir. 2015-ci ilin təxminən oktyabr ayının əvvəllərində iş yerinə bir nəfər Azər adlı müştəri gəlib saçını düzəltdirmişdir. Onunla söhbət zamanı o, Prezidentin Mühafizə Xidmətində bölmə rəisi işlədiyini, vəzifəsi ilə əlaqədar geniş əlaqələri olduğunu, qohum-əqrəbada münasib cavan oğlan varsa öz yanına işə götürə biləcəyini demişdir. O, guya oğlu Vüqarı özü işlədiyi Prezidentin Mühafizə Xidmətinin Xüsusi Şöbəsinə işə düzəldəcəkdir. Bu məqsədlə Azər xx.xx.2015-ci il tarixdə axşam saatlarında onunla birlikdə yaşadığı ünvan 12 ünvanına gələrək həyətdə ondan 700(yeddi yüz) manat pul almışdır. Lakin xx.xx.2015-ci il tarixdən onun verdiyi ***-***-**-** saylı telefonuna zəng çatmamışdır. Sonradan Azərin müvəqqəti olaraq Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsi ərazisində kirayə yaşadığını, heç bir yerdə işləmədiyini, dələduzluqla məşğul olaraq özünü vəzifəli şəxs kimi vətəndaşlara təqdim edərək onlara eyni qaydada müxtəlif yalançı vədlər verməklə pullarını ələ keçirməklə məşğul olduğunu, adının Təqsirləndirilən şəxs olduğunu, barəsində Nizami rayon Polis İdarəsində cinayət işi olmasını, axtarışda olduğunu müəyyən etmişdir. Azər ümumilikdə ondan 700(yeddi yüz) manat pulu Bakı şəhəri Səbail rayonu Şeyx Şamil küçəsində yaşadığı 11 saylı binanın qarşısından onu Badamdar qəsəbəsindən həmin ünvana aparmış, adını hazırda dəqiq xatırlamadığı, lakin üzdən və daima durduğu yerdən tanıdığı taksi sürücüsünün yanında, taksinin salonunda oğlu Vüqarı Mühafizə Xidmətinə işə düzəltmək adı ilə xx.xx.2015-ci il tarixdə almasını bildirmişdir. Yekun olaraq o, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyandan 750 manat geri qaytarıldığını və şikayətinin olmadığını bildirmişir. Bununla bağlı məhkəməyə xx.xx.2022-ci il tarixdə ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, ailəsi ilə bir yerdə yaşamış, fərdi işlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs onunla bacısının həyat yoldaşı Zərərçəkmiş şəxs5 tanış etmişdir. Həmin anlarda onun işi olmadığından Azər Zəkəryeyevə imkanı varsa onu daxili işlər orqanlarına işə düzəltməsini bildirmişdir. Həmin anlarda Təqsirləndirilən şəxs ona özünü Prezident aparatının Təhsil şöbəsində prezidentin köməkçisi kimi qələmə verdiyini demişdir. Təqsirləndirilən şəxs özünü vəzifəli şəxs qismində təqdim etdiyindən o, ona inanmışdır. İnandığı üçün o, Azərdən bu işin alınması üçün nə qədər pul verməli olduğunu soruşmuş, bu zaman Azər ona bu işin alınması üçün 10.000 manat pul lazım olacağını demişdir. Lakin, o, Azərə onun o qədər məbləğdə pul verə bilməyəcəyini söyləmişdir. Azər bundan sonra ondan nə qədər pul verə biləcəyini soruşmuş, o, da ona təxminən 8.000 manat pul verə biləcəyini demişdir. Bundan sonra Azər onunla razılaşmış və pulu Nərimanov rayon ərazisində yerləşən DİN-nin 1 saylı Tibb poliklinikasının qarşısına gətirməsini, orada ona verməsini və məsələni həll edəcəyini demişdir. Ona görə də 04 avqust 2016-cı il tarixdə bacısının yoldaşı Rəşadla bir yerdə saat 10 radələrində Nərimanov rayonu ərzisində yerləşən DİN-nin 1 saylı Tibb poliklinakasının qarşısına gəlmiş və orada Azərlə görüşmüşlər. Üzərində olan 8.000 manat pulu çıxarıb Azərə vermişdir. Azər pulu ondan almış poliklinikaya daxil olmuş və təxminən 15 dəqiqə keçdikdən sonra ona yaxınlaşıb onun işini Hərbi Həkim komisiyasının sədri ilə həll etdiyini və 10 gün müddətinə DİN-nin əməkdaşı kimi işə qəbul olunacağını bildirmişdir. Lakin, 10 gün müddətində onun işindən bir xəbər çıxmamışdır. Sonradan o, Azərin ***-***- **-** mobil nömrəsinə zəng vurmuş, lakin nömrəyə zəng çatmamışdır. Yekun olaraq o bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə iş üzrə zərərçəkmiş şəxs ondan alınmış 8000 AZN məbləğin 5000 AZN hissəsi ödənilmiş, qalıq 3000 AZN-ə dair Təqsirləndirilən şəxs həyat yoldaşı Səfa Zəkəryəyevlə ''borc pul vəsaitinin bir hissəsinin qaytarılması" müqaviləsi bağlanmış, qalıq 3000 AZN məbləğin X15 tərəfindən ödənilməsinə dair razılıq əldə etmişdirlər. Bununla bağlı məhkəməyə xx.xx.2022-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, özü isə fərdi işlə məşğul olmuşdur. Təqsirləndirilən şəxs o, idarə etdiyi avtomobilə sifariş verdiyi ünvana apararkən aralarında söhbət olduqda o ona DİN-nin BDYP-si idarəsində tanışı olduğunu, sürücülük vəsiqəsi düzəldə biləcəyi imkanı olmasını bildirmişdir. O, avtomobildə söhbət edərkən Təqsirləndirilən şəxs onun yanında bir nəfərə zənğ etmiş və sürücülük vəsiqəsinin düzəldilməsi üçün nə qədər pulun lazım olduğunu soruşmuş, həmin şəxsin 800 manat pul istədiyini bildirmişdir. Bundan sonra Azər ona telefon danışığını eşitdiyini, sürücülük vəsiqəsi üçün 800 manat pul istədiyini bildirmişdir. Birlikdə səhərisi günü BDYİnin qarşısına gəlmiş və saat 11:00 radələrində o, 800 manat pulu əlbəəl Azərə verdiyini və Azər ona bir həftəyə sənədini alıb ona verəcəyini demişdir. Həmin vaxtdan sonra Azərin ***-***-**-** mobil nömrəsinə zəng vurmuş, lakin nömrəyə zəng çatmadığını bildirmişdir. Yekun olaraq o, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyanın tam şəkildə geri qaytarıldığını və şikayətinin olmadığını bildirmişdir. Bununla bağlı məhkəməyə notarial qaydada təsdiq olunmuş xx.xx.2022-ci il tarixli ərizə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs6 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs 2016-cı ilin iyul ayından 2016-cı ilin sentyabr ayının 15-nə kimi onun Bakı şəhəri, Nərimanov rayonu, Xan Şüşinski küçəsi ev 21, mənzil 32-də kirayəçi kimi yaşamışdır. Həmin evə görə Azər hər ay 700 manat kirayə haqqı verməli olmuşdur. O, Azərlə makler vasitəsi ilə tanış olmuşdur. Bundan əvvəl isə onun heç bir münasibəti olmamışdır. Azərlə söhbət edərkən, ağıllı oğlu olduğunu, istəsə onu xaricdə təhsil almaq üçün göndərə biləcəyini demişdir. O, Azərə, oğlu Toğrul əmisi oğlu Fəridlə birlikdə qaldığını və hər ikisi təhsil almaq istədiklərini demişlər. Azər ona, heç bir narazılıq olmadığını, hər ikisinin də işini düzüb qoşa biləcəyini demişdir. O, bu işin neçəyə əmələ gələcəyini soruşduqda Azər ona, uşaqların işini düzüb qoşduqdan sonra yüngülvari bir hörmət etmək lazım olacağını demişdir. Amma həmin vaxt ona nə qədər pul lazım olduğunu deməmişdir. Hətta sonradan Azər lazım olan sənədləri yazıb ona vermişdir ki, bu sənədləri toplayıb ona təqdim etsin. 2016-cı ilin avqust ayında Azər ona, bu işə görə 6000(altı min) manat pul lazım olacağını demişdir. Daha sonra Azərə dəfələrlə zəng etsə də, dəstəyi götürməmişdir və bu zaman o, başa düşmüşdür ki, Azər onu aldatmışdır. Yekun olaraq o bildirmişdir ki, Təqsirləndirilən şəxs tərərfindən ona dəymiş maddi ziyan tam şəkildə 2016-ci il tarixdə tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs7 hüquqi varisi X16 ifadəsində bildirmşdir ki, Təqsirləndirilən şəxs tərəfindən yoldaşına dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Bununla bağlı xx.xx.2022-ci il tarixli notrial qaydada təsidiq edilmiş ərizəni, barışıq ərizəsini və Zərərçəkmiş şəxs7 ölüm haqqında şəhadətnaməsini məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, o uzun müddət rəngsaz işləmişdir. 2016-cı ilin noyabr ayında ünvan 13 ünvanda inşa edilmiş yaşayış binasında işləmişdir. xx.xx.2016-cı il tarixdə onunla bir yerdə işləyən Elzamin adlı usta onu və digər ustaları yanına çağıraraq bir nəfər Təqsirləndirilən şəxs adlı şəxsin İngiltərədə işləmək üçün ustalardan ibarət briqada yığmaq istədiyini bildirdiyini demişdir. O, da daxil olmaqla bütün ustalar İngiltərə də işləməyə razılıq vermişlər. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs ustalarla görüşmüşdür. Azər onlara briqadaya daxil olan hər bir ustanın sertifikat almalı olduğunu, sertifikatın alınması üçün ona 800 manat məbləğində pulun ödənilməsini, ustaların İngiltərəyə getməsini və orada yaşamasını isə işə götürən şirkətin hesabına olacağını bildirmişdir. Azər hər bir ustanın ayda 7000 funt sterlinq alacağını, briqadaya rəhbərlik edəcək Elzaminin isə 14000 funt sterlinqə yaxın pul alacağını, orada üç il müddətində işləyəcəklərini, bir ildən bir 45 gün müddətinə Azərbaycana qayıdacağlarını, maaşlarını iki kartla alacağlarını, əmək haqqının 70% bir karta, 30% isə digər karta yüklənəcəyini, birinci kartın Azərbaycanda ailələrinə, ikinci kartın isə özlərində qalacağını demişdir. Həmçinin, Azər onlara İngiltərənin Oksford şəhərində inşa edilmiş oteldə işləyəcəklərini, həmin otelin Azərbaycanda yüksək vəzifəli məmurlarla şərikinə tikdirdiyini, özünün isə Prezident Administrasiyasında təhsil üzrə kurator işlədiyini bildirmişdir. xx.xx.2016-cı il tarixdə o, ustaların yanında Azərə 800 manat pul verdiyini bildirmişdir. Ondan başqa Elzamin Azərə 1000 manat, Elşən isə 800 manat pul verdiyini bildirmişdir. Elzamin tərəddüd etdiyi üçün Azərin yanında digər ustaların Azərə pul verməklərinə imkan vermədiyini bildirmişdir. Belə ki, bu iş alınmayacağı təqdirdə bütün məsuliyyət onun üzərində qalacağını bildirmişdir. Beləliklə, Elzamin Azərə 1000 manat, o, isə 800 manat və Elşən də 800 manat pul verdiklərini bildirmişlər. xx.xx.2016-cı il və xx.xx.2016-cı il tarixdə onlar yenə də Azərlə görüşərək, iş barəsində onunla söhbət etdiklərini bildirmişdir. Azər onlar xx.xx.2016-cı il tarixdə səhər saatlarında İngiltərənin Azərbaycan Respublikasında olan səfirliyinin qarşısında onu gözləməsini demişdir. Onlar Azəri səfirliyin yaxınlığında gözləsələr də, Azər gəlib çıxmamışdır. Yekun olaraq o bildirmişdir ki, Təqsirləndirilən şəxs tərərfindən ona dəymiş maddi ziyan 2016-cı il tarixdə tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, o uzun müddət usta işləmişdir. Şahid7 ilə o, 2016-cı ilin noyabr ayında tanış olmuşdur. 2016-cı ilin noyabr ayının sonlarında Tofiq ona zəng vuraraq bir nəfər şəxsin İngiltərədə işləmək üçün usta yığdığını bildirmişdir. Tofiq İngiltərədə işləmək üçün sertifikatın lazım olduğunu və bu sertifikatın alınması üçün 1000 manat pul vermək lazım olduğunu da demişdir. O, Tofiqin ona dediyi bu şərtlərlə razılaşmış xx.xx.2016-cı il tarixdə axşam saatlarında Tofiqin yaşadığı evin yaxınlığında olan çayxanada görüşüb 1000 manat pulu sertifikat almaq üçün Tofiqə verdiyini bildirmişdir. Tofiq özünün də işləmək üçün İngiltərəyə gedəcəyini və ondan aldığı 1000 manat pulu Azərə verəcəyini demişdir. Tofiq ona növbəti gün, yəni xx.xx.2016cı il tarixdə səhər saatlarında Xarici İşlər Nazirliyi yaxınlığında olmağını demişdir. Belə ki, Azər onu və Tofiqi həmin nazirliyin yanında gözləməli olduğunu bildirmişdir. O, həmin nazirlikdən hansısa sənədi almalı olduğunu, birisi gün isə İngiltərə səfirliyinə getməli olduğunu bildirmişdir. xx.xx.2016-cı il tarixdə səhər saatlarında o, Tofiqlə Nizami metrosu yaxınlığında görüşmüşdür. X35 Nazirliyinin arxa tərəfində dayanıb Azəri gözləmişlər. Bir qədər sonra Azər onlara sürücüsü kimi təqdim etdiyi şəxslə gəlmişdir. Sonradan onlara Azəri gətirən şəxs taksi sürücüsü olduğunu və Azəri tanımadığı məlum olmuşdur. Tofiq Azəri ona təqdim etmişdir. Azər Tofiqə verdiyi 1000 manat pulun ona çatdığını və həmin pulu ona sertifikatın düzəlməsi üçün İngiltərə səfirliyinə verdiyini demişdir. Azər onların nazirliyin əməkdaşı tərəfindən dəvət ediləcəyini və bir az gözləməmələrini demişdir. Sonra isə Azər guya harasa zəng vurub bir nəfər şəxslə danışmış və telefonda «onda mən uşaqları yola salıram getsinlər» demişdir. Sonra Azər onlara getmələrini və sürücüsünün növbəti gün, yəni xx.xx.2016-cı il tarixdə «Nargilə» kafesinin yaxınlığına gəlib Tofiqlə onu götürəcəyini və onları İngiltərənin səfirliyinə aparacağını demişdir. xx.xx.2016-cı il tarixdə səhər saatlarında o, Tofiqə zəng vurmuşdur. Tofiq ona Azərin axşamdan qaçdığını demişdir. Yekun olaraq o bildirmişdir ki, Təqsirləndirilən şəxs tərərfindən ona dəymiş maddi ziyan tam şəkildə geri qaytarılmışdır. Bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, fərdi əməklə məşğul olub ailəsini dolandırdığını bildirmişdir. Qızı imtahanla 2015-ci il tarixdə X7 Dövlət Universitetinə daxil olduğunu bildirmişdir. 2015-ci ilin iyun ayında qohumu Təhməz qonşusunda yaşayan Azər adlı şəxslə tanış olduğunu, Azər ona Prezident Aparatında işlədiyini, onun daxili imkanlarının geniş olduğunu və istənilən işi düzüb-qoşa biləcəyini demişdir. Həmçinin xarici dövlətlərin universitetlərində təhsil alan tələbələrin xərclərini dövlət hesabına ödənilməsinə köməklik edə biləcəyini demişdir. O, Təhməzə əgər bu mümkündürsə həmin şəxslə görüşüb danışmaq lazım olduğunu demişdir. O, qızını Türkiyə Cümhuriyyətində təhsil alacağı müddətdə xərclər dövlət hesabına ödənsə ona köməklik oluna biləcəyini fikirləşdiyini bildirmişdir. Bu məqsədlə o, 24 iyun 2015-ci il tarixdə Xətai rayonu İcra hakimiyyətinin inzibati binasının yaxınlığında ünvan 14 ünvanda həmin Azər adlı şəxslə qohumu Təhməzin iştirakı ilə görüşmüş, Azər ona bu işi həll edə biləcəyini demişdir. Bu işə görə Azər ona 10.000 manat pul lazım olduğunu bildirmişdir. Nəhayət onlar bu işi həll etməyə görə 8000 manata razılaşmışlar. O, ona çox az müddətinin olduğunu, bir gün müddətinə ona 4000 manat pul çatdırmalı olduğunu bildirmişdir. O, oradan ayrılıb getmiş və bir neçə nəfərdən çox çətinliklə həmin 4000 manat pulu borca tapa bilmiş və 25 iyun 2015-ci il tarixdə saat 13:00 radələrində o, Azərin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəyə zəng vurub həmin görüşdüyü ünvanda Azərlə qohumu Təhməzin iştirakı ilə görüşdüklərini bildirmişdir. Həmin vaxt Azər oraya tək gəldiyini demişdir. O, həmin pulu Azərə verdiyini bildirmişdir. Həmçinin Azər ondan qızına məxsus attestatı da aldığını bildirmişdir. Daha sonra həmin attestatı Azəri tanımayan bir taksi sürücüsünün vasitəsi ilə ona qaytardığını bildirmişdir. Azər ona iki həftəyə həmin işi həll edəcəyini bildirmişdir. Azərin dediyi müddət keçəndən sonra o, artıq şübhələnməyə başladığını bildirmişdir. Azər müxtəlif vədlərlə onu aldatmağa başladığını bildirmişdir. Bundan əlavə məhkəmədə mülki iddia ərizəsi verərək bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona maddi və mənəvi ziyan vurmuşla bağlı 4000 manat məbləğində pulun və 60 manat məbləğində dövlət rüsumum ödənilməsi ilə bağlı vermiş olduğu mülki iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş (mülki iddiaçı) Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, o taksi fəaliyəti ilə məşğul olmuş və daim dayandığı yer Bakı şəhəri Yaşıl bazarın yanında olmuşdur. X30 2015-ci ildə sənədlərini 1-ci qrupa vermiş və arzusu Fövqalədə Hallar Nazirliyinin Akademiyasına qəbul olmaq olmuşdur. Bəhruz test imtahanlarında 366 bal toplamış və akademiyaya qəbul edilməmişdir. Yaşıl bazarın yaxınlığında yaşayan və təxminən 10 il əvvəl tanıdığı və aralarında normal münasibətləri olan Süləddin adlı şəxslə həmin ərəfədə söhbət edərkən o, ona Konstitusiya məhkəməsinin sədr müavini işləyən Azər Əliyevin sürücüsü olduğunu bildirmişdir. Süləddin Azər müəllimdən soruşmuş və o, bildirmişdir ki, artıq gecdir. Bir gün keçəndən sonra Süləddin bazarın yanında dayandığı zaman ona yaxınlaşmış işin düzəldiyini bildirmiş, Azər müəllim ilə görüşməyi təklif etmişdir. Süləddin ona Azər müəllim bu işi 4000 manata düzəldə biləcəyini demişdir. 10 avqust 2015-ci il tarixdə onun idarə etdiyi avtomobillə onlar Azər müəllimin yaşadığı Bakı şəhərinin Xətai metro stansiyasının yaxınlığında yerləşən evinə getmiş və binanın qarşısında Azər müəllimlə görüşmüşlər. O, həmin vaxtı Azər müəllimi ilk dəfə idi görürmüşdür. Görüşdükdən sonra Azər ona, oğlunun işini düzüb qoşacağını demişdir. Sonra Azər bir nəfərlə telefon vasitəsilə danışmış və güya danışdığı şəxs ona bu işin düzəlməsi ücün 10.000 manat pul verilməli olduğunu bildirmişdir. Azər müəllim də həmin vaxtı danışdığı adama bu şəxsin imkanı olmadığını və onun 5000 manat olduğunu bildirmiş və razılaşmışlar. Sonra ayrılıb evinə getmişdir. Səhəri günü o, Süləddinlə əlaqə saxlamış və 4500 manat pul düzəltdiyini və pulu Azər müəllimə vermək ücün görüşməyi təklif etdiyini bildirmişdir. O, Süləddinə pensiyanı alandan sonra da 500 manatı verəcəyini demişdir. Süləddin həmin vaxtı Azər müəllimlə danışıb ona, Xətai rayonu ərazisində yerləşən Ali məhkəmənin qarşısında görüşməyi təklif etmişdir. O, Ali Məhkəmənin qarşısına getmişdir. Süləddin isə Azər müəllimi öz avtomobilində ora gətirmişdir. O, orada Azər müəllimlə görüşüb ona 4500 manat pulu vermişdir. Azər ondan pulu alandan sonra özü onunla əlaqə saxlayacağını demiş və çıxıb getmişlər. Azər müəllim həmin vaxtı əlaqə saxlamaq ücün öz mobil telefon nömrəsini ***-***-**-** ona vermişdir. Azər ona bu işi hərəkətə gətirmək ücün oğlunun ərizə yazmasını bildirmişdir. Azər ona zəngini gözləməsini demişdir. xx.xx.2015-ci il tarixdə Süləddin ona Azər müəllim xx.xx.2015-ci il tarixdə səhər tezdən oğlu Bəhruzla birlikdə Qurd Qapısının yaxınlığında yerləşən TQQK-nın inzibati binasının qarşısında olmasını və onu gözləməsini tapşırmışdır. O, da deyilən vaxtı oğlu Bəhruzla birlikdə TQQK-nın inzibati binasının qarşısına gedib orada onu gözləmiş, ancaq Azər müəllim gəlməmişdir. O, sonra onun mobil telefonuna zəng etmiş, ancaq telefonu bağlı olduğundan əlaqə saxlaya bilmədiyini demişdir. Bundan əlavə məhkəmədə mülki iddia ərizəsi verərək bildirmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət əməli nəticəsində ona vurmuş oluduğu maddi və mənəvi ziyanı 4500 manat məbləğində pulu tam şəkildə ödənilməsi ilə bağlı ərizəsinin təmin edilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, o heç bir yerdə işləməmişdir. Zərərçəkmiş şəxs14 onun qohumu olmuşdur. 06 mart 2016-cı ildə Vüqar onun istifadəsində olan 055 *** ** ** nömrəsinə özünün istifadə etdiyi 055 *** ** ** nömrəsindən zəng edib ona bir nəfər şəxsin Daxili İşlər Nazirliyində işlədiyini, onun İdarəsində 7000 manata “Hyundai” markalı maşını olduğunu bildirmişdir. O, Vüqara “Kia” istədiyini deyəndə Vüqar ona maraqlanıb cavab deyəcəyini bildirmişdir. 08 mart 2016-cı ildə Vüqar ona zəng edib dayı həmin müəllimdə “Kia markalı” avtomaşın olduğunu, bu maşını isə o, 9000 manata satdığını bildirmişdir. O, Vüqara həmin maşını alacağına razılıq verdiyini demişdir. Bir gün sonra, 09 mart 2016-cı ildə Vüqar onun evinə gəlib onu öz maşını ilə həmin adamın yanına, Səbail rayonunda yerləşən Respublika Baş Prokurorluğunun binasının yanına aparmışdır. Vüqar adını sonradan bildiyi Təqsirləndirilən şəxslə telefonla danışıb Prokurorluğun yanında onu gözlədiyini deyəndə Azər Vüqara iclasda olduğunu və iclasdan çıxıb onun yanına gələcəyini demişdir. On beş dəqiqə sonra Azər onların yanına gəlmişdir. O, Vüqarın Mersedes markalı **-VJ-*** nömrəli maşınının arxa oturacağında onun yanında oturmuşdur. X32 Nazirliyində işlədiyini Vüqar ona demişdir. Azər ona səkkiz günə qədər 2014-cü il buraxılışlı “Kia Sporttage” markalı maşını təhvil verəcəyini deyib ondan maşında 9000 manat almışdır. Azər Vüqar oğlu maşını sürüb notariusa getmələrini demiş, həmin vaxtı saat 15:00-da Axundov bağının yaxınlığındakı notariusa gəlmişlər. Notariusun bağlı olduğunu görüb başqa bir notariusa getmək istədikdə Azər maşında gedərkən ona narahat olmamağını, Rövnəq Abdullayevin onun tanışı olduğunu, ona yaxşı pensiya düzəldəcəyini demişdir. İki gün sonra, 11 mart 2016-cı ildə Vüqar onun evinə gəlmiş, evdə söhbət zamanı Vüqar ona Azər maşının nömrəsinin **-YP-*** olacağını bildirmişdir. Azər sonra onunla Baş Prokurorluğun binasının yanında görüşüb ona üç yerə ödəniş etmək lazım olduğunu, buna görə də 2000 manat pul verilməli olduğunu demişdir. O, da Azərin sözlərinə inanıb razılaşmışdır. 08 aprel 2016-cı il tarixdə Vüqar ona zəng edib, Azərin ona zəng etdiyini, Xalqlar Dostluğu metrosunun yanında olmasını, maşını gətirib gələcəyini söyləmişdir. Sonra o, Azərin 055 *** ** ** mobil nömrəsinə zəng etmiş, ondan harada olduğunu soruşduqda Azər ona maşını evakuatorda gətirəcəyini bildirmişdir. Azərin gəlmədiyini görüb ona zəng edib harada olduğunu soruşanda o, olduğu yeri tanımadığını bildirmiş, hara gəldiyini, onları tapa bilmədiyini söyləmişdir. Sonra Azər sabah Xırdalanda görüşməsini, elə maşında orada olacağını demişdir. Səhəri günü X28 yanına gəlmiş və maşının orada olmadığını görmüş aldandığını bilmiş və polisə ərizə yazmışdır. Təqsirləndirilən şəxs ona hansı vəzifədə işlədiyini deməmiş, lakin Daxili İşlər Nazirliyinin polkovniki olduğunu demişdir. O, ondan aldığı pulu kimə verəcəyni deməmişdir. 9000 manatı maşına, 370 manatı isə maşının nömrəsinə görə almışdır. 370 manat pulu o, Türkiyə Səfirliyinin yanında Azərə çatdırması üçün qohumu Vüqara vermiş, Vüqar da yenə Azərlə Baş Prokurorluğun yanında 2016-cı ildə aprel ayında görüşüb 370 manatı Azərə vermişdir. Ona cəmi 9370 manat maddi ziayan dəymişdir. Yekun olaraq bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə ona Bakı şəhəri 3 saylı notariat kontorunda 6000 (altı min) manat təqsirləndirilən şəxsin həyat yoldaşı X15 tərəfindən pul ödənilmişdir. Eyni zamanda xx.xx.2022-ci il tarixdə Səfa Zəkəryəyeva ilə arasında "Borc pul vəsaitinin bir hissəsinin qaytarılması müqaviləsi bağlanmış qalıq borc məbləği öhdəliyini Səfa Zəkəriyəyeva öz öhdəsinə götürmüşdür. Məhkəmədə zərərçəkmiş X13 ifadəsində göstərmişdir ki, 22 noyabr 2015-ci il tarixdə saat 19 radələrində ünvan 15 ünvanında Təqsirləndirilən şəxs icra şöbəsində ev probleminin həll etmək üçün yəni, evinə girmiş qaçqını evdən çıxarılmasına görə sənədlərlə birlikdə 1500 manat pul vermişdir. Lakin pulu aldıqdan sonra telefonunu söndürmüş, görüşmələrini dayandırmış, əlaqəni kəsmişdir. Əlaqəsi kəsildiyindən sonra o, onun müvəqqəti kirayədə yaşadığı Badamdar qəsəbəsi Neftçilər küçəsi 4/6012-ci məhəllə ev 249 ünvanına getmiş, lakin o, oradan çıxıb getdiyini bilmişdir. Pulu Azərə verəndə tək olduğunu, əlavə Azərin və onun yanında heç kimin olmadığını bildirmişdir. Bugünə kimi Təqsirləndirilən şəxs onun pulunu qaytarmamış və ona qarşı dələduzluq edərək pulunu ələ keçirmişdir. Yekun olaraq o bildirmişdir ki, Təqsirləndirilən şəxs tərərfindən ona dəymiş maddi ziyan tam şəkildə 2015-ci il tarixdə geri qaytarılmışdır. Bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə zərərçəkmiş Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir sərnişin kimi tanımışdır. Əvvəl o, taksi fəaliyyəti ilə məşğul olmuş və bu səbəbdən də Təqsirləndirilən şəxs bir neçə dəfə idarə etdiyi avtomobildə bir sərnişin aparıb gətirmiş və həmin vaxtlardada onunla münasibət qurulmuşdur. Hər dəfə Azər ona sənin idarə etdiyin «Mersedes Benz» markalı avtomobil köhnədir onu yeniləmək lazımdır, o isə Azərə onun avtomobili yeniləməyə imkanı olmadığını bildirmişdir. Haradasa 2017-cı ilin mart ayı olardı Azər yenə də avtomobilin dəyişməsinə görə onunla söhbət etmişdir. O, yenə də buna imkanı olmadığını bildirmiş və bundan sonra Azər ona köhnə avtomobilini satıb onun puluna Daxili İşlər Nazirliyinin avtomobil təsərrüfat hissəsindən saz normal vəziyətdə «Hunday Elantra» markalı avtomobili ala biləcəyini demişdir. O, da Azərin sözünə inanıb özünə məxsus olan «Mersedes Benz» markalı avtomobili satıb yeni avtomobil almaq üçün Azərə bildirmişdir. Azər isə ona pulu gətirib ona verməsini, o da avtomobilini təsərrüfat hissədən çıxartmasını bildirmişdir. Ona görə də o, Təqsirləndirilən şəxslə 25 mart 2017-cı il tarixdə saat 14:00 radələrində metronun Nərimanov stansiyasının yaxınlığında parkda görüşmüşlər. Təqsirləndirilən şəxs ondan satdığı avtomobilin 7000 manat pulunu istəmiş, lakin o, bu qədər pul verə bilməyəcəyini demişdir. Ona 1000 manat pul verə biləcəyini avtomobili onun üçün düzəltdikdən sonra pulun qalan hissəsini verəcəyini demişdir. Azər tərəddüd etsədə o, 1000 manat pulu beh qismində verə biləcəyini bildirmişdir. Əgər razılaşmırsa onda gedəcəyini demişdir. Bundan sonra o, Nərimanov parkında 25 mart 2017-cı il tarixdə saat 14:00 radələrində əlbəəl Azərə vermişdir. Azər pulu aldıqdan sonra ona bir həftəyə avtomobili verə biləcəyini demişdir. O, da Azərlə razılaşmiş, lakin sonradan o, Azəri tapa bilmədiyini bildirmişdir. Yekun olaraq o, bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə 2017-ci il tarixdə geri qaytarılmışdır. Bununla bağlı notarial qaydada təsdiq edilmiş ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, o, Nizami rayonunda ailəsi ilə birlikdə yaşamışdır. O, 3-4 ildir ki, taksi fəaliyəti ilə məşğul olmuşdur. Azər onun taksisisində sərnişin olmuşdur. Azər yolda söhbət edərkən özünü MTN-nin işçisi kimi təqdim etmişdir. Yolda onların arasında söhbət olmuş, onun Gürcüstan Respublikasının vətəndaşı olmasını və onun burada müvəqqəti qeydiyyata düşməsinə köməklik edə biləcəyini soruşmuşdur. Azər ona, bu işin asan iş olmadığını demişdir. Azər ona ailə üzvülərinin hamısının şəxsiyyət vəsiqələrinin sürətini götürüb X25 yerə aparmışdır. Həmin yerdə Azər avtomaşından düşüb getmiş və təxminən 30-40 dəqiqədən sonra gəlmiş və ona sənədləri verdiyini, hər şeyin düzələcəyini demişdir. Aradan bir neçə gün keçdikdən sonra Azər ona işinə görə OVİRƏ çağrıldığını demişdir. O, onu yenə də, həmin yerə aparmış və orada 30-40 dəqiqə olduqdan sonra oradan çıxmış, ondan nə olduğunu soruşmuşdur. Azər ona cibindən 436 manat pul keçirtdiyini demişdir. O, Azərə pulunun olmadığını bildirmişdir. Azərə iki günə bu pulu verə biləcəyini demişdir. İki gündən sonra o, pulu Araz marketin yanında avtomaşının içərisində Azərə vermişdir. Azər ona gözləməyi, işinin düzələcəyini bildirmiş, lakin heç bir iş düzəlməmişdir. O, ona dəfələrlə zəng etmiş, Azər ona narahat olmamağı bildirmişdir. O, sonradan Rəşadla əlaqə saxlayıb bir yerdə söhbət edən zaman Rəşad ona Azər adlı şəxsi onun da tanıdığını, hətta ailəsi ilə birlikdə onları aeroporta belə apardığını demişdir. Bundan sonra o, Şərifli küçəsində olarkən Rəşad direktor olmaq üçün, eləcə də əməkdar müəllim olmaq üçün Azərə pul verdiyini bildirmişdir. Həmin puldan 32000 manat pulu onun yanında Rəşad bankdan götürdüyü kağızın içərisində, hətta o, həmin kağızı və içərisində olan pulları belə görmüşdir. Həmin pulları onun yanında, Rəşad aparıb Azərə vermiş və Azər həmin pulları götürüb qara rəngli “Hyndai” markalı, **-QZ-*** dövlət qeydiyyat nişanlı avtomaşına oturub getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nizami rayonunda ailəsi ilə birlikdə yaşamışdır. O, taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, taksi fəaliyyəti ilə 2000-ci ildən məşğul olmuşdur. O, işlədiyi, yəni avtomaşının saxladığı yerdə Rəşad müəllimdə gəlib avtomaşın saxlamış və o, həmin yerdə taksi fəaliyyəti ilə məşğul olmuşdur. O, 2014-cü ildə həmin yerdə olarkən orada taksi fəaliyyəti ilə məşğul olan Arifin avtomaşınına bir nəfər səliqəli geyimdə şəxsin gəlib oturmasını və Arifin onu istədiyi yerə aparmasını görmüşdür. Bundan bir qədər sonra o, həmin şəxsin Rəşad müəllimlə münasibətdə olduğunu və Rəşad müəllimlə kənara çəkilib söhbət etmişlər. O, həmin vaxtdan bir qədər keçmiş, orada olan söz-söhbətdən Rəşad məktəb direktoru və əməkdar müəllim olması üçün ora gələn şəxsə pul verdiyini və həmin şəxsdə onu aldatdığını bilmişdir. O, Azər adlı şəxsi tanımamış, lakin ora gələn şəxsin sonradan Azər olduğunu bilmiş və onu görmüşdür. O, orada hər-hansı bir məbləğdə pulun verilməsində iştirak etmədiyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, təxminən 2016-cı ilin oktyabr ayında o, Samir adi makler vasitəsilə Azər adlı şəxslə tanış olmuşdur. Azər kirayəyə ev axtardığını, makler Samir də qızının adına olan 288 saylı mənzili Azərə məsləhət gördüyünü bildirmişdir. Azər mənzilə baxıb bəyənmiş və aralarında olan razılaşmaya əsasən Azər mənzilə görə ona hər ay 300 manat kirayə haqqı ödəməli olduğunu bildirmişdir. O, mənzildə hər bir şərait olduğunu bildirmişdir. Azər ona iki ay qalacağını bildirmiş və əvvəlcədən bir ayın pulunu 300 manatı ona ödəmişdir. X1 işlədiyini bildirmişdir. Hətta söhbət zamanı Azər ondan işləyib-işləməməməsini soruşmuş, o, isə ona təqaüddə olduğunu demiş, o onu yaxşı işlə təmin edə biləcəyini söyləmiş, lakin o, onun təklifindən imtina etmişdir. 2016-cı ilin dekabr ayının əvvəlində binanın komendantı ona zəng vuraraq binanın həyətinə gəlməsini demişdir. O, binanın həyətinə gələndə orada 7-8 nəfər şəxsin dayandığını görmüş və orada Azərin həmin şəxsləri aldadaraq onları İngiltərəyə işləməyə aparmaq adı ilə pullarını ələ keçirməsi ona məlum olmuşdur. Eyni zamanda, Azər binanın aşağısında fəaliyyət göstərən mağazadan mənzil üçün radiatorları götürsə də, onların pulunu ödəməmiş, satıcılar radiatorların pulunu ondan tələb edəndə, o, onlara radiatorları söküb götürmələrini demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 və X22 ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək ibtidai istintaq zamanı dediklərini təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər şahidlər Şahid3, Şahid5 və Şahid7 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir və həmin şahidlərin ibtidai isintaq zamanı verdikləri ifadələri məhkəmə iclasında elan edilmişdir. “Cinayət işinin icraata qəbul olunması” haqqında 06 iyul 2015-ci il tarixli qərardan görünü ki, ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. “Şəxsə ittiham elan edilməsi üçün barəsində axtarış elan edilib tutulması və cinayət təqibi üzrə icraatın” dayandırılması barədə 17 noyabr 2015-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzr təqsirləndirilən X14 baarəsində axtarış elan edilərək, ittiham elan edilməsi üçün tutulub Xətai RPİ-nin İstintaq Şöbəsinə gətirilmişdir. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” haqıqnda 13 avqust 2015-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X9 axtraış elan edilmiş və yeri müəyyən edilib tutulduqda barəsində cinayət təqibinin davam etdirilməsi üçün Bakı şəhəri Nizami RPİ-nin İŞ-nə gətirilməsi nəzərdə tutulmuşdur. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi” haqıqnda 05 yanvar 2016-ci il tarixli qərarından görünür ki, ********* saylı cinayət işi üzr təqsirləndirilən X9 ittham elan olunması üçün barəsində axtarış elan olunaraq, tutulması və Səbail RPİ-nin MSY-nə təhvil verilməsi nəzərdə tutulmuşdur. “Cinayət işinin istintaqının təzələnməsi və icraata qəbul edilməsi” haqqında 25 yanvar 2016-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin istintaqı təzələnərək ibtidai araşdırma davam etdirilməsi üçün icraata qəbul edilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” 25 yanvar 2016-ci il tarixli qərardan görünür ki, X12 Azərbaycan Republikası CM-nin 178.3.2-ci maddəsi ilə yenidən yeni məzmundə ittiham elan edilmişdir. X5 təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ərazi aidiyyəti üzrə Səbail RPİ-nin İŞ-nə göndərilmişdir. “Cinayət işlərinin birləşdirilib bir icraatda aparılması” barədə 25 yanvar 2016-ci il tarixli qərardan görünür ki, Azərbaycan Republikası CM-nin 178.3.2-ci maddəsi ilə ********* saylı cinayət işi Səbail RPİ-nin İŞ-i tərərfindən istintaqı aparılan ********* saylı cinayət işi birləşdirilərək birgə istintaqı aparılmışdır. Birləşdirilmiş cinayət işlərinə ********* saylı cinayət işinin nömrəsi verilmişdir. “Axtarışda olan şəxsin tutulması” haqqında 04 fevral 2016-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* saylı cinayət işi üzrə X17 xx.xx.2016-ci il tarixdə saat 19:00 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 06 fevral 2016-cı il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Cinayət işinin icraata qəbul edilməsi” haqqında 29 fevral 2016-cı il tarixli qərardan görünür ki, Azərbaycan Republikası CM-nin 178.3.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaqın davam etdirilməsi məqsədi ilə icrata qəbul edilmişdir. “Təqsirləndirilən şəxs barəsində axtarış elan edilib tutulması” barədə 25 mart 2016ci il tarixli qərardan görünür ki, X17 Azərbaycan Republikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı barəsində axtarış elan edilmış və axtarışı Səbail RPİ-nin MSTna təhvil verilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 25 mart 2016-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat X14 istintaqdan yayındığına və gizləndiyinə dayandırılmışdır. “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 14 aprel 2016-ci il tarixli qərardan görünür kiİ, ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və ibtidai araşdırma davam etdirilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 02 may 2016-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat X14 istintaqdan yayındığına və gizləndiyinə dayandırılmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın ləğv edilərək icraatın təzələnməsi barədə 31 oktyabr 2016-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icrratın dayandırılması barədə 02 may 206-ci il tarixli qərar əsassız olduğundan ləğv edilərək icraat təzələnmişdir. Cinayət işinin icraata qəbul edilməsi barədə 03 noyabr 2016-ci il tarixli qərardan görünür ki, Azərbaycan Republikası CM-nin 178.3.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 08 dekabr 2016-ci il tarixli qərardan görünür ki, Azərbaycan Republikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X5 isintaqa cəlb edilənədək ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında 03 aprel 2017-ci il tarixli qərardan görünür kiİ, Xətai RPİ-nin İstintaq Şöbəsi tərəfindən X17 barəsində xx.xx.2015-ci il tarixdə axtarış elan edilərək ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 04 aprel 2017-ci il tarixli qərardan görünür ki, Azərbaycan Republikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Republikası CM-nin 178.2.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması” haqqında 04 aprel 2017-ci il tarixdə X5 tutulması üçün barəsində axtarış elan edilmiş və axtarışı Xətai RPİ-nə tapşırılmışdır. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 15 aprel 2017-ci il tarixli qərardan görünür ki, Azərbaycan Republikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Republikası CPM-nin 53.1.3-cü maddəsinin tələblərinə əsasən dayandırılmışdır. Cinayət işinin icraata qəbul edilməsi barədə 03 iyun 2017-ci il tarixli qərardan görünür ki, Azərbaycan Republikası CM-nin 178.3.2-ci maddəsi ilə olan ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır. Cinayət işi üzrə icraatın dayandırılması haqqında 03 iyun 2017-ci il tarixli qərardan görünür ki, Azərbaycan Republikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X5 isintaqa cəlb edilənədək ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. “Axtarışda olan şəxsin tutulmasına” dair xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, X17 xx.xx.2019-cu il tarixdə saxlanılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-172/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X17 barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-172/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından görünür ki, X17 barəsində seçilmiş həbsdə saxlanılma müddəti 12 may 2019-cu il tarixədək uzadılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-172/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardan görünür ki, X17 barəsində seçilmiş həbsdə saxlanılma müddəti 12 iyul 2019-cu il tarixədək uzadılmışdır. Qətimkan tədbirinin seçilməsi haqqında 12 iyul 2019-cu il tarixli qərardan görünür ki, X17 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. “Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında xx.xx.2019-cu il tarixli qərardan görünür ki, 16002035 nömrəli cinayət işi üzrə icraat təzələnmişdir və işi icraatına qəbul edilərək isitntaq davam etdirilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 12 iyul 2019-cü il tarixli qərardan görünür ki, X14 barəsində istintaq olunan ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. “Cinayət işinin bir icraata birləşdirilməsi” haqqında 07 fevral 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraatda olan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. “Cinayət işi üzrə icraatın dayandırılması” haqqında 07 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı dayandırılmışdır. “Cinayət işi üzrə icraata qəbul edilməsi və icraatın təzələnməsi” haqqında 18 aprel 2022-ci il tarixli qərardan görünür kiİ, ********* nömrəli cinayət icraata qəbul edilərək işin icraatı təzələnmişdir. “Axtarışda olan şəxsin tutulması” haqqında 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, X14 18 aprel 2022-ci il tarixdə ünvan 16 ünvanın qarşısında saxlanılaraq Nərimanov RPİ 16-cı Polis Bölməsinə gətirilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-441/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X14 Azərbaycan Republikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 ay 16 gün müddətinə həbs qətiman tədbiri seçilmişdir. Həbsetmənin əvvəlin 18 aprel 2022-ci il tarixdən hesablanmışdır. Maddi ziyanın ödənilməsi ilə bağlı 05 fevral 2016-cı il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə vətəndaş Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş 42500 (qırx iki min beş yüz) manat maddi ziyanın 4500(dörd min beş) manat məbləğində olan hissəsini (qırx beş ədəd yüz manatlıq nominal dəyərə malik pul formasında) Təqsirləndirilən şəxs arvadı X15 tərəfindən istintaq orqanına təqdim edildi. Maddi ziyanın ödənilməsi ilə bağlı 06 fevral 2016-cı il tarixli protokoldan görünür ki,150020396 saylı cinayət işi üzrə vət. Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş 1500(bir min beş yüz) manat maddi ziyan və Zərərçəkmiş şəxs3 Məmmədşafi oğluna vurulmuş 700(yeddi yüz) manat maddi ziyan (yeddi ədəd yüz manatlıq, iyirmi yeddi ədəd əlli manatlıq saatlıq, yeddi ədəd iyirmi manatlıq və bir ədəd on manatlıq nominal dəyərə malik pul formasında Təqsirləndirilən şəxs arvadı X15 tərəfindən istintaq orqanına təqdim edildi. Maddi ziyanın ödənilməsi ilə bağlı 09 fevral 2016-cı il tarixli protokoldan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs arvadı X10 xx.xx.2016-cı il tarixdə istintaq orqanına təqdim etdiyi 1500 (bir min beş yüz) manat məbləğində olan hissəsini (yeddi ədəd yüz manatlıq, on altı ədəd əlli manatlıq nominal dəyərə malik pul formasında) cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs2 təhvil verildi. Maddi ziyanın ödənilməsi ilə bağlı 09 fevral 2016-cı il tarixli protokoldan görünür ki,150020396 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs3 vurulmuş maddi ziyanın ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs arvadı X10 xx.xx.2016-cı il tarixdə istintaq orqanına təqdim etdiyi 700(yeddi yüz) manat məbləğində olan hissəsini (üç ədəd yüz manatlıq, səkkiz ədəd əlli manatlıq nominal dəyərə malik pul formasında) cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs3 təhvil verildi. Zərərçəkmiş Zərərçəkmiş şəxs3 700(yeddi yüz) manat pulu sayıb təhvil aldıqdan sonra bildirdi ki, həmin pulu ödədikdən sonra Təqsirləndirilən şəxs ona pul verəcəyi qalmır. Maddi ziyanın ödənilməsi ilə bağlı 09 fevral 2016-cı il tarixli protokoldan görünür ki,150086114 saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş maddi ziyanin ödənilməsi məqsədi ilə Təqsirləndirilən şəxs arvadı X10 xx.xx.2016-cı il tarixdə istintaq orqanına təqdim etdiyi 4500 (dörd min beş yüz) manat məbləğində olan hissəsini (qırx beş ədəd yüz manatlıq nominal dəyərə malik pul formasında) cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs1 təhvil verildi. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 4500 (dörd min beş yüz) manat pulu sayıb təhvil aldıqdan sonra bildirdi ki, həmin pulu ödədikdən sonra Təqsirləndirilən şəxs ona 38000(otuz səkkiz min) manat verəcəyi qalır, həmin məbləğin də tez bir zamanda verilməsini tələb etmişdir. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən 38000 manat məbləğində pulun və 205 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini ilə bağlı mülki iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs10 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən 4000 manat məbləğində pulun və 60 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini ilə bağlı mülki iddia ərizəsinn təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş xx.xx.2022-cı il tarixli mülki iddia ərizəsindən görünür ki, təqsirləndirilən şəxsdən 4500 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini ilə bağlı mülki iddia ərizəsinn təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs14 tərəfindən notairal qaydada təsdiq edilmiş ərizəsidən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs X2 tərəfindən notairal qaydada təsdiq edilmiş ərizəsidən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs9 tərəfindən notairal qaydada təsdiq edilmiş ərizəsidən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs8 tərəfindən notairal qaydada təsdiq edilmiş ərizəsidən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizəsidən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs6 tərəfindən notairal qaydada təsdiq edilmiş ərizəsidən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 ərizəsidən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 tərəfindən notairal qaydada təsdiq edilmiş ərizəsidən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi ziyan tam şəkildə ödənilmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 tərəfindən notairal qaydada təsdiq edilmiş ərizəsidən görünür ki, 2016-cı il avqust ayının 4-də Təqsirləndirilən şəxs verdiyim 8000 (səkkiz min) manat manat məbləğində borc pulun 5 000 (beş min) manat məbləği onun arvadı X15 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində bağlanmış 3M-509 reyestrli Borc X11ytarılması müqaviləsi əsasında notariusun banlda açılan depozit hesabı vasitəsilə mənə geri qaytarılmışdır. Gələcəkdə borc pulun qalan 3000 (üç min) manat hissəsi müqavilədə qeyd olunan müddət ərzində mənə tam olaraq qaytarıldıqdan sonra Təqsirləndirilən şəxs qarşı heç bir iddiam, maddi tələbim və məhkəmə mübahisəm olmayacaq. Zərərçəkmiş şəxs12 tərəfindən notairal qaydada təsdiq edilmiş ərizəsidən görünür ki, 2016-cı il mart ayının 9-da Təqsirləndirilən şəxs verdiyim 9000 (doqquz min) manat manat məbləğində borc pulun 6 000 (altı min) manat məbləği onun arvadı X15 tərəfindən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat ofisində bağlanmış 3M-563 reyestrli Borc X11ytarılması müqaviləsi əsasında notariusun banlda açılan depozit hesabı vasitəsilə mənə geri qaytarılmışdır. Gələcəkdə borc pulun qalan 3000 (üç min) manat hissəsi müqavilədə qeyd olunan müddət ərzində mənə tam olaraq qaytarıldıqdan sonra Təqsirləndirilən şəxs qarşı heç bir iddiam, maddi tələbim və məhkəmə mübahisəm olmayacaq. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər, yəni xx.xx.2007-ci il tarixli Şəki Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 3850 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2007-ci il tarixli Amnistiya qərarı ilə təyin olunmuş cəzadan azad edilmişdir. "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə qismən maddi ziyanı ödəməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Bundan başqa məhkəmə, cinayət işi üzrə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 Razin oğluna münasibətdə hadisənin törədilmə vaxtı nəzərə alınaraq əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə bağlı müdafiə tərəfinin şifahi vəsatətinə münasibətdə hesab edir ki, cinayət işinin materialları məhkəmədə tədqiq edilərkən aydın olur ki, həmin əməllər üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2(iki) gün (04-06 fevral 2016-ci il), həmçinin barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxt (16 fevral -12 iyul 2019-cu il tarixləri) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərinə qəti olaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır, tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxil edilir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, cəzaçəkməsinin əvvəli isə 18 aprel 2022-ci il tarixindən hesablanmalıdır. Bundan başqa, məhkəmə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10, Zərərçəkmiş şəxs11 tərəfindən verilmiş mülki iddianın dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, mülki iddialar tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə zərərçəkmiş Zərərçəkmiş şəxs1 38000 manat məbləğində, zərərçəkmiş Zərərçəkmiş şəxs10 4000 manat məbləğində və digər zərərçəkmiş Zərərçəkmiş şəxs11 4500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün bu əməlin törədilməsi ilə əlaqədar mülki iddiaçılara vurduğu maddi ziyan da onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, maddi ziyana görə zərərçəkmiş Zərərçəkmiş şəxs1 38000 manat məbləğində pulun və 205 manat dövlət rüsumunu, ümumilikdə 38.205 manat pulun, zərərçəkmiş Zərərçəkmiş şəxs10 4000 manat məbləğində pulun və 60 manat dövlət rüsumunun, ümumilikdə 4060 manat pulun, həmçinin digər zərərçəkmiş Zərərçəkmiş şəxs11 4500 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxslərin Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs10 və Zərərçəkmiş şəxs11 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs oğu məhkəmədə hüquqlarını müdafiə etmiş “Arbitrium” Vəkil Bürosunun vəkili Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Arbitrium” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il, 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (04-06 fevral 2016-ci il), həmçinin barəsində həbs qətimkan tədbirinin seçildiyi vaxt (16 fevral -12 iyul 2019-cu il tarixləri) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 3 (üç) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 18 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddialar tam təmin edilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 38000 manat məbləğində pulun və 205 manat dövlət rüsumunu, ümumilikdə 38.205 manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs10 4000 manat məbləğində pulun və 60 manat dövlət rüsumunun, ümumilikdə 4060 manat pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs10 xeyrinə ödənilsin. Maddi ziyana görə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs11 4500 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs11 xeyrinə ödənilsin. “Arbitrium” Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi1 tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə 20 (iyirmi) iş saatı üçün 120 (yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Arbitrium” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar