Məhkəmə qərarları › İş №1(005)-40/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-40/2024

31.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-40/2024 31.01.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X4, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs Quliyev Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1982-ci ildə Naxçıvan Muxtar Respublikası, Culfa rayonu, Bənəniyar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, Kənd Əhmədli qəsəbəsi ərazisində kirayədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Quliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Quliyev Quliyev Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə ünvan 3 ünvanının yaxınlığında tanışı X5 1.100 manat pul müqabilində satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”in İ siyahısına daxil olan 40,489 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs Quliyev 11 may 2023-cü il tarixdə saat 20:54-də ünvan 3 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 22:45-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı sellofan torbadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bağlamada təmiz çəkisi 40,489 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Quliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, X8 tanıyır və aralarında tanışlıq münasibətləri vardır. İlqar 10 may 2023-cü il tarixdə axşam vaxtı onunla telefon əlaqəsi saxlayıb 100 qram narkotik vasitə qurudulmuş marixuanan olduğunu və həmin narkotik vasitəni 1.100 manata satmaq istədiyini bildirmişdir. Bundan sonra onlar danışıb həmin günü axşam saatlarında İlqarla görüşmüşlər, o, İlqarın gətirdiyi narkotik vasitəyə baxmış və 1.100 manat pul verib həmin narkotik vasitəni almışdır. Narkotik vasitəni aldıqdan sonra yaşadığı evə aparıb evin həyətində gizlətmişdir. Sonradan o, narkotik vasitəni evdə tərəzidə çəkərkən narkotik vasitənin çəkisinin 100 qram yox 90 qram olduğunu və ondan istifadə etdikdə isə keyfiyyətinin aşağı olduğunu görmüşdür. Bundan sonra İlqarın mobil telefonuna zəng edib bu barədə ona məlumat vermiş və aldığı narkotik vasitənin qalan hissəsini isə İlqarın özünə qaytarıb ondan pulunu almaq istədiyini bildirmişdir. İlqar da narkotik vasitəni qaytarmağa gələrkən özü ilə tərəzi də gətirməsini bildirmişdir. Buna görə də həmin günü, yəni 11 may 2023-cü il tarixdə axşam vaxtı İlqarla görüşmək məqsədi ilə İlqarın işlədiyi mebel sexinə gedərkən tərəzi almışdır. İlqar ona bildirmişdir ki, gələndə qapını döysün, o da qapı döyülmüş və içəri daxil olanda 3 nəfər mülki geyimdə olan şəxsin onu gözlədiyini görmüşdür. Həmin an ona məlum olmuşdur ki, İlqar ona oyun oynayıb, bilərəkdən tərəzi alıb gətirməsini bildirmiş, həmin şəxslər isə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarıdır. Saxlanılan zaman üzərində həqiqətən narkotik vasitə və tərəzi olmuşdur. Ancaq məqsədi narkotik vasitəni satmaq yox, istifadəsi üçün aldığı narkotik vasitəni qaytarmaq olmuşdur. Sonda təqsirləndirilən şəxs Quliyev Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, o, Bakı şəhərində fərdi qaydada mebel təmiri ustası işləyir və yaşadığı ünvan 4 ünvanın yaxınlığında yerləşən qaraj icarəyə götürüb, həmin qarajda fəaliyyət göstərir. O, tutulmamışdan təxminən 4-5 gün əvvəl sosial şəbəkədə adını və digər anket məlumatlarını bilmədiyi İran vətəndaşı ilə tanış olmuş və sonradan həmin şəxslə münasibəti yaranmışdır. Həmin şəxs söhbət əsnasında ona bildirmişdir ki, nə vaxt lazım olsa ona narkotik vasitələr göndərə bilər. Son dövrlərdə işləyə bilmədiyi və icarəyə götürdüyü qarajın aylıq icarə pulunu verə bilmədiyi üçün pula ehtiyacı olduğundan həmin İran vətəndaşından narkotik vasitə qurudulmuş marixuana alıb sataraq qazanc əldə etmək qərarına gəlmişdir. Buna görə də həmin şəxslə “Whatsapp” vasitəsi ilə əlaqə saxlayıb ondan narkotik vasitə qurudulmuş marixuanan almaq istədiyini bildirmişdir. Həmin şəxslə danışıb razılaşmışlar ki, ondan 700 manat pul müqabilində 100 qram narkotik vasitə qurudulmuş marixuana alsın. İran vətəndaşı ilə razılaşdıqdan sonra həmin şəxs 10 may 2023-cü il tarixdə onunla əlaqə saxlayıb narkotik vasitənin 700 manat pulunu onun mobil telefonuna göndərdiyi hesaba köçürməsini bildirmiş, o, narkotik vasitənin 700 manat pulunu İran vətəndaşının göndərdiyi bank hesabına köçürdükdən sonra həmin şəxs onunla əlaqə saxlayıb göndərdiyi narkotik vasitəni Səbail rayonu, 20 sahə adlanan ərazidə gizlədildiyini bildirmiş və narkotik vasitənin gizlədildiyi yerin şəkilini və konumunu onun mobil telefonuna göndərmişdir. O, həmin günü saat 20 radələrində tanımadığı taksi avtomobili ilə Səbail rayonu, 20 sahə adlanan əraziyə gəlib ona göndərilən şəkil və konum əsasında narkotik vasitələrin gizlədildiyi yeri tapıb narkotik vasitəni oradan götürmüş və başqa bir taksi avtomobili ilə yaşadığı ünvanın həyətinə qayıtmışdır. O, narkotik vasitəni götürüb geri qayıdarkən həmin narkotik vasitəni kimlərə satmaq barədə fikirləşməyə başlamış və tanışı əslən Naxçıvanlı olan Təqsirləndirilən şəxsla əlaqə saxlayıb onda 100 qram qurudulmuş marixuanan olduğunu bildirib, həmin narkotik vasitəni ümumilikdə 1.100 manata satmaq istədiyini qeyd etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni ondan ala biləcəyini bildirmiş və həmin günü yəni 10 may 2023-cü il tarixdə saat 22:00-23:00 radələrində Təqsirləndirilən şəxs onun yaşadığı evin həyətinə gəlmiş və onunla görüşmüşdür. Təqsirləndirilən şəxs 1.100 manat pul verib 100 qram qurudulmuş marixuananı ondan almışdır. O, həmin narkotik vasitəni Təqsirləndirilən şəxs satmamışdan əvvəl narkotik vasitənin üzərindən az bir hissəsini təxminən 1-2 qramını özü istifadə etmək məqsədi ilə götürmüşdür. Təqsirləndirilən şəxs satdığı narkotik vasitənin üzərində götürdüyü 1-2 qram narkotik vasitəni 3 ədəd kağız bükümə qoyub özü istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. 11 may 2023-cü il tarixdə saat 17:40 radələrində yaşadığı Nizamı rayonu, R.Rüstəmov küçəsi 74 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları oldunları olduqlarını bildirib ondan narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirmişlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üstündə qurudulmuş marixuana vardır. Bundan sonra polis əməkdaşları onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər, o, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin İdarəyə gəlmişdir. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üstündə narkotik vasitə qurdulmuş marixuanan olduğunu bildirib əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 03 ədəd kağız bükümü və 01 ədəd alışqanı, şalvarının sağ yan cibində olan mobil telefonu, şalvarının sol arxa cibində olan qara rəngli pul qabını, şalvarının sağ arxa cibində olan 13 manat pulu, əynində olan gödəkcəsinin sol yan cibində olan siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi 03 ədəd kağız bükümə baxış keçirilərkən bükümlərin içərisində qurudulmuş marixuana olması aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar olunmuş 03 ədəd kağız bükümdə olan qurudulmuş marixuana polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 13 manat pul, 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu və 01 ədəd pul qabı onun özünə geri qaytarılmış, eyni zamanda aşkar edilmiş mobil telefon polis əməkdaşı tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 11 may 2023-cü il tarixdə işlədiyi Baş X2 və Quliyev Təqsirləndirilən şəxs qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, bu məqsədlə qeyd edilən maddələr əldə edib saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdu. O, bu məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş, X9 və Quliyev Təqsirləndirilən şəxs qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış, bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. Əməliyyat qrupu olaraq İlqar Rəhmanovun olduğu yer barədə əldə edilən məlumat üzrə hərəkət edilmiş və 11 may 2023-cü il tarixdə saat 17:40 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi 74 ünvanının yaxınlığında xarici əlamətlərinə görə İlqar Rəhmanova oxşar bir nəfər şəxsin olduğu müəyyən edilmiş və həmin şəxs saxlanılmışdır. Əməliyyat qrupunun üzvləri xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edib X9 olduğunu bildirmiş, onlar İlqar Rəhmanova saxlanılmasının səbəbini izah edib onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı ona elan etmişlər və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olduğunu, əgər üzərində bu kimi qanunsuz maddə və ya predmet saxlayırsa məlumat verməsini bildirmişlər. İlqar Rəhmanov da heç bir etiraz etmədən səmimi şəkildə etiraf edib bildirmişdir ki, hazırda üzərində 03 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanan vardır. İlqar Rəhmanovun üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığı üçün onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarənin inzibati binasına gələndən sonra İlqar Rəhmanov təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək İlqar Rəhmanova təqdim edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı tərəfindən İlqar Rəhmanova bu prosesin video çəkilişlə həyata keçiriləcəyi, eləcə də hüquq və vəzifələri izah olunmaqla bu barədə qərar elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən İlqar Rəhmanova təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. İlqar Rəhmanov da üzərində 03 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibində olan 03 ədəd kağız bükümü və 01 ədəd alışqanı, şalvarının sağ yan cibində olan mobil telefonu, şalvarının sol arxa cibində olan qara rəngli pul qabını, şalvarının sağ arxa cibində olan 13 manat pulu, əynində olan gödəkcəsinin sol yan cibində olan siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi 03 ədəd kağız bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Bundan sonra İlqar Rəhmanovun üzərindən aşkar olunmuş 03 ədəd kağız bükümdə olan qurudulmuş marixuanaya oxşar kütlə baş təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 13 manat pul, 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu və 01 ədəd pul qabı İlqar Rəhmanovun özünə geri qaytarılmış, eyni zamanda aşkar edilmiş 01 ədəd mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən İlqar Rəhmanovun üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Sorğu zamanı İlqar Rəhmanov üzərindən aşkar edilmiş qurudulmuş marixuananı 10 may 2023cü il tarixdə adını və digər anket məlumatlarını bilmədiyi İran vətəndaşından 700 manat pul müqabilində aldığını, həmin narkotik vasitəni İran vətəndaşının göndərdiyi konum vasitəsi ilə Səbail rayonu, 20-ci sahə adlanan əraziyə gedərək gizlədildiyi yerdən götürdüyünü, həmin qurudulmuş marixuananı sonra tanışı Təqsirləndirilən şəxs Quliyevə 1.100 manat pul müqabilində satdığını və üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı isə həmin narkotik vasitənin üzərindən götürdüyünü və özü istifadə etmək məqsədi ilə üzərindən saxlayıb daşıdığını bildirmişdir. Sonra bu barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Bundan sonra əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs Quliyevin olduğu yer barədə əldə etdikləri məlumat üzrə hərəkət etməyə başlamış və 11 may 2023cü il tarixdə saat 20:54 radələrində Nizami rayonu, R.Rüstəmov küçəsi 74 ünvanının yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs Quliyevə oxşar bir nəfər şəxsin olduğu müəyyən edilərək həmin şəxs saxlanılmışdır. Əməliyyat qrupunun üzvləri xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edib Quliyev Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs Quliyevə saxlanılmasının səbəbi izah edilmiş və onunla bağlı əməliyyat - axtarış tədbirinin keçirilməsi barədə qərarı ona elan edib, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olduğunu, əgər üzərində bu kimi qanunsuz maddə və ya predmet saxlayırsa bildirməsini xahiş etmişlər. Təqsirləndirilən şəxs Quliyev də heç bir etiraz etmədən səmimi şəkildə bildirmişdir ki, hazırda əlində saxladığı sellofan torbanın içində narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi vardır. Təqsirləndirilən şəxs Quliyevin üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığı üçün o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilmişdir, Baş İdarənin inzibati binasına gələndən sonra Təqsirləndirilən şəxs Quliyev təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilərək Təqsirləndirilən şəxs Quliyevə təqdim edilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Quliyevə bu prosesin video çəkilişlə həyata keçiriləcəyi, eləcə də hüquq və vəzifələri izah olunmaqla bu barədə qərar elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs Quliyevə təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs Quliyev də sağ əlində saxladığı sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, həmin sellofan torbanın içində olan 01 ədəd sellofan bağlamanı və 01 ədəd elektron tərəzini, əynində olan pencəyinin sağ yan cibində olan mobil telefonu, 30 qəpik pulu, 01 ədəd mənzil açarını, əynində olan şalvarının sol yan cibində olan 303 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi 01 ədəd sellofan bağlamaya baxış keçirilərkən bağlamanın içərisindən narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Quliyevin üzərindən aşkar olunmuş 01 ədəd sellofan bağlamada olan qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi baş təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs Quliyev üzərindən aşkar edilmiş qurudulmuş marixuananı 10 may 2023-cü il tarixdə tanışı İlqar Rəhmanovdan 1.100 manat pul müqabilində aldığını, həmin narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini satdığını, üzərindən aşkar edilmiş 303 manat pulu satdığı narkotik vasitələrin satışından əldə etdiyini bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Quliyevin üzərindən aşkar edilmiş 30 qəpik pul və 01 ədəd mənzil açarı onun özünə geri qaytarılmış, eyni zamanda aşkar edilmiş 01 ədəd mobil telefon və narkotik vasitələrin satışından əldə etdiyi 303 manat pul vəsaiti təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra videoçəkiliş dayandırılaraq şəxsi axtarış və götürmə prosesi başa çatdırılmış, təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 Nivazi oğlu digər Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Cinayət işinin İ cildinin 50-ci vərəqində olan “Şübhəli şəxsin tutulması haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Quliyev Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin İ cildinin 58-59-cu vərəqələrində olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 may 2023-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin baş təhqiqatçısı X10 Azərbaycan Respublikası CPM-in 51, 86, 242-247-ci maddələrinin tələblərinə əsasən həmin protokolu ondan ötrü tərtib etmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid1, barəsində şübhəli şəxs - Quliyev Təqsirləndirilən şəxs və müdafiəçi - X13 iştirakları ilə Təqsirləndirilən şəxs Quliyev barəsində şəxsi axtarış və götürmə prosesini 11 may 2023-cü il tarixdə saat 22:45-də aparmışdır. Barəsində şəxsi axtarış və götürmə aparılan şübhəli şəxs Quliyev Təqsirləndirilən şəxs hüquq və vəzfifələri izah edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Quliyev Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə prosesində iştirak edən, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid2 tərəfindən çəkiliş aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs Quliyev buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs Quliyevi şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədəninğə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Quliyev sağ əlində saxladığı bənövşəyi rəngli sellofan torbada narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, sellofan torbadan 01 ədəd sellofan paketi və 01 ədəd elektron tərəzini, əynində olan pencəyin sağ yan cibindən “Samsung” markalı mobil telefonu, 30 qəpik pulu, 01 ədəd açarı, əynində olan qara rəngli şalvarın sol yan cibindən 303 manat pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs Quliyevin təqdim etdiyi 01 ədəd sellofan paketə baxış keçirilərkən paketin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Quliyevin üzərindən aşkar olunmuş 01 ədəd sellofan paketdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Aşkar edilmiş 30 qəpik pul, 01 ədəd açar Təqsirləndirilən şəxs Quliyevin özünə geri qaytarılmışdır. Eyni zamanda aşkar edilmiş “Samsung” markalı mobil telefon və 303 manat pul tərəfindən götürülmüşdür. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs Quliyevin üzərindən digər əşya və ya predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Quliyev üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı dünən İlqar Rəhmanovdan 1.100 manat verərək aldığını, həmin narkotik vasitə marixuananın bir hissəsini satdığını, üzərindən aşkar edilmiş 303 manat pulun narkotik vasitələrin satışından əldə etdiyini bildirmişdir. Cinayət işinin İ cildinin 81-83-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 may 2023-cü il tarixli 7/687 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Quliyev Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd sellofan bükülüdə təmiz çəkisi - 40,489 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olsn çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin kağız paketdə 01 (bir) ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəçikləri yoxdur, buna görə də təqdim olunmuş marixuanalar ilə müqayisəli tədqiqat aparılmadı. Quliyev Təqsirləndirilən şəxs götürülmüş marixuana və X5 götürülümş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin İ cildinin 189-194-cü vərəqələrində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(005)-710/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Quliyev Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsi, təqsirləndirilən şəxs qismində cəlb edilmiş Quliyev Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbdsə saxlanılma müddətinin 3 (üç) ay həddində müəyyən edilməsi, həbsetmənin əvvəlinin 11 may 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Cinayət işinin İ cildinin 211-212-ci olan vərəqələrində “Nəğd pulun maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması və depozit hesabına təhvil verilməsi haqqında” 30 may 2023-cü il tarixli qərardan görünür ki, 11 may 2023-cü il tarixdə Quliyev Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 303 manat məbləğində pul vəsaitinin maddi sübut kimi tanınması və cinayət işinin istintaq materiallarına əlavə edilməsi, maddi sübut kimi tanınmış 303 manat pulun təqsirləndirilən şəxsin cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış olduqdan sonra saxlanılması üçün Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 215-216-cı vərəqələrində olan “Maddi sübut hesab edilməsi haqqında” 30 may 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Quliyev Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 40,389 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzinin maddi sübut hesab edilməsi və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin İ cildinin 242-ci vərəqində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Quliyev Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin İİ cildinin 251-ci vərəqəsinsə olan Şivan Şəhər İcra Hakimiyyəti Başçısının 1 X17 Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli Xasiyyətnamədən görünür ki, Quliyev Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin İİ cildinin 14-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsinin Ambulator X3 xx.xx.2023-cü il tarixli, 3679 nömrəli rəyindən görünür ki, müayinə zamanı Quliyev Təqsirləndirilən şəxs kannabinoidlərin qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (narkomanda xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin İİ cildinin 68-85-ci vərəqələrində olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Quliyev Təqsirləndirilən şəxs barəsində aparılan şəxsi axtarış və götürmə, həmçinin şəxsi axtarış keçirmə zamanı aparılmış videoçəkilişləri özündə əks etdirən 01 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Quliyev Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitənin satışından əldə etdiyi 303 manat pul vəsaitinin maddi sübut hesab edilməsinin nəzərə alınması qərara alınmışdır. İş materiallarında olan və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Naxçıvan şəhəri Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, AZ-İV seriyalı 162290 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Quliyeva Xalidə Təqsirləndirilən şəxs qızı xx.xx.2013-cü il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. Bu haqda doğum haqqında akt qeydləri kitabında xx.xx.2013-ci il tarixdə 127 nömrə ilə qeyd edilmişdir. Ata qrafasında Quliyev Təqsirləndirilən şəxs, ana qrafasında isə X1 göstərilmişdir. İş materiallarında olan və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyeva Xalidə Təqsirləndirilən şəxs qızı xx.xx.2013-cü il tarixdə anadan olmuşdur. Məhkəmə iclasında Quliyev Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarışın videogörüntüsü olan 01 ədəd DVD diskə baxış keçirilərkən, onun sağ əlində saxladığı sellofan torbadan 01 ədəd sellofan bağlamada narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzinin aşkar edilərək götürüldüyü müəyyən olundu. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs Quliyev Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Quliyev Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin təqsirləndirilən şəxs Quliyev Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxs Quliyev Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxs Quliyev Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxs Quliyev Təqsirləndirilən şəxs himayəsində 1 (bir) yetkinlik yaşına çaytmayan övladının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Quliyev Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Quliyev Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Quliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Quliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hal və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-nin 56.1.2), cəza çəkməsinin əvvəli 11 may 2023-cü il tarixdən hesablanmalı (CPM-nin 158.2.1, 158.6), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə qurudulmuş marixuana və tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut olan - Quliyev Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınan video görüntünün əks edildiyi 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Quliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) Xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, 11 may 2023-cü il tarixdə Quliyev Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 303 manat məbləğində pul vəsaiti dövlət nəfinə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Quliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Quliyev Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkməsinin əvvəli 11 may 2023-cü il tarixdən hesablansın. Quliyev Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Quliyev Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan - Quliyev Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmiş və ekspertiza tədqiqatına sərf edildikdən sonra ümumi qalığı 40,389 qram narkotik vasitə qurudumuş marixuana və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - 11 may 2023-cü il tarixdə Quliyev Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası DİN-in Maliyyə-Plan İdarəsinin depozit hesabına verilmiş 303 manat məbləğində pul vəsaiti dövlət nəfinə alınsın. İş üzrə ekspertiza xərci 78 (yetmiş səkkiz) manat Quliyev Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X7, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan şəxsə təqdim edildiyi) andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Sədrlik edən Vüsal Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar