Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-40/2025 15.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mirzə oğlunun, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Şəki rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəki rayonu, Birinci biləcik kəndində qeydiyyatda olmaqla yaşamış barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(005)-379/2024 qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs Haqverdi Şükürovun ona borclu olduğu 50000 ABŞ dollarını Rusiya Fedarasiyasında tapıb alınmasına kömək edə biləcəyinə dair bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış və bu yolla pulun geri qaytarılmasına köməklik göstərməsi üçün Zərərçəkmiş şəxs ona müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağlı köməklik göstərəcəyini bildirib Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 06 iyul 2023- cü il tarixdə ünvan 1 ünvanında yerləşən «Cafe Park» çay evində həmin dövrün rəsmi valyuta məzənnəsinə əsasən 5100 manata bərabər 3000 ABŞ dolları pulu ələ keçirdikdən sonra eyni niyyətlə əhatə olunan qəsdlə törədilən cinayət əməlini davam etdirərək, 06 oktyabr 2023-cü il tarixdə saat 23:21-də Bakı şəhəri, Nərimanov rayonu Həsən Əliyev prospektində yerləşən «Araz» marketdə olan «Mpay» ödəmə terminalı vasitəsi ilə Şahid2 adına olan "xxxx" ASCə məxsus 4169 7413 6056 8685 nömrəli bank kartına 1200 manat və xx.xx.2024-cü il tarixdə saat 21:33-də ünvan 2 ünvanında yerləşən «Sarxan» marketdə olan «Mpay» ödəmə terminalı vasitəsi ilə Şahid1 adına olan "xxxx" məxsus 4169 7388 4399 7366 nömrəli bank kartına 100 manat pulun köçürülməsinə nail olmaqla ümumilikdə 6400 (altı min dörd yüz) manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi və onun müdafiəçisini və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək, hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2017-ci ildən 2022-ci ilin dekabr ayınadək Rusiya Federasiyasında yaşamış, Bakıya qayıtdıqdan sonra Rəfail adlı tanışının vasitəsilə Zərərçəkmiş şəxs tanımış, bir dəfə söhbət əsnasında Zərərçəkmiş şəxs faizə pul verdiyini öyrənmişdir. 2023-cü ilin oktyabr ayında pula ehtiyacı olduğu üçün o, Zərərçəkmiş şəxs zəng vuraraq 1200 manat pula ehtiyacı olduğunu bildirmişdir.Həmin ərəfədə o, Bakı şəhərində yaşamağa evi olmadığı üçün Nərimanov rayonunda yerləşən “Safran” oteldə qalmışdır. Zərərçəkmiş şəxs ona pulu göndərməyə razı olmuş, ondan bank kartını istəmişdir. Onun bank kartı olmadığı üçün qaldığı “Safran” otelin işçisi olan Şahid2 adlı şəxs kartından istifadə etməyi xahiş etmişdir. Ləman İsayevə etiraz etməyərək kartını ona vermiş və Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ona 1200 manat pulu göndərmişdir. Bir neçə müddət sonra, yəni xx.xx.2024-cü il tarixdə o, Zərərçəkmiş şəxs yenədə 100 manat borc pul istəmiş və Adil yenədə etiraz etməmişdir. O, qaldığı “Safran” otelin işçisi olan İbrahim adlı şəxsdən kartından istifadə etməyini xahiş etmişdir. İbrahim kartını ona vermiş, o, həmin kartı Zərərçəkmiş şəxs göndərdikdən sonra sonuncu 100 manat pulu həmin karta göndərmişdir. Pulu aldıqdan bir ay sonra o, əvvəlcə Nərimanov rayonu, Atatürk parkında yerləşən Çinar kafesində 1000 manat, Karvansaray restoranında 300 manat və əlavə olaraq 130 manat faizi Zərərçəkmiş şəxs qaytarmışdır. O Zərərçəkmiş şəxs barəsində verdiyi şikayətlə və ifadəsi ilə tanış olmuş və tam yalan olduğunun, Adildən sadəcə borc məqsədilə pul almış və qaytarmışdır. Həmçinin 2023-cü ilin iyul ayında o, Zərərçəkmiş şəxsla Elmlər Akademiyası metrostansiyası yaxınlığında kafedə görüşmüş və orada oturub Rəfaeli gözləmiş, lakin Rəfael gəlmədiyi üçün çıxıb getmişlər. Həmin vaxt aralarında heç bir pul haqq-hesabı olmamışdır. Zərərçəkmiş şəxs cəmi 1300 manat pulu borc məqsədilə almışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, verilmiş ittihamla razı deyil, özünü təqsirli bilmir. Zərərçəkmiş şəxsdən borc aldığı pulu həmin şəxsə ödəsə də, hal-hazırda ödəniş etməsini təsdiq edən qəbzlər olmadığı üçün onu təqdim edə bilmir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, 2015ci il tarixdə X2 tərəfindən 70000 ABŞ dolları pulu ələ keçirilmişdir. Həmin vaxt cinayət işi açılmış, lakin heç bir nəticə əldə olunmamışdır. Daha sonra həmin məbləğin 20000 ABŞ dollarını Faiq adlı şəxsdən almış, 50000 dollar isə qalmışdır. 2023-cü ilin iyun ayında Qax rayonuna qonaq qismində getmiş və orada Təqsirləndirilən şəxs adlı şəxs söhbət əsnasında qohumlarının yanında demişdir ki, borcla bağlı məsələlərlə məşğul olur, yəni borclu olan şəxsdən pulun alınmasında vətəndaşlara köməklik edir. Qohumlarından biri ona zəng vurub demişdir ki, İlqar adlı şəxs var sənində 50000 ABŞ dollar pulunu geri almağına köməklik edə bilər. Daha sonra həmin şəxsin mobil nömrəsini ona vermiş və İlqarla əlaqə saxlamış və məsələ ilə bağlı ona məlumat vermişdir. 2023-cü ilin iyun ayının sonlarında o, Təqsirləndirilən şəxsla yenidən əlaqə saxlamış və Atatürk parkında yerləşən «Çinar» restoranmda oturub çay içərək məsələni müzakirə etmişlər. Təqsirləndirilən şəxs demişdir ki, hazırda Faiq adlı şəxsin ona 50000 ABŞ dolları borcu var, o pulun alınmasında ona köməklik göstərsin. İlqar bildirmişdir ki, bu məsələni müəyyən pul məbləği qarşılığında həll edə bilər. 2023-cü ilin iyul ayının 6-da İlqar ona zəng vuraraq 50000 ABŞ dollarını X5 ərazisində tapıb almaq mümkündür və bunun üçündə Rüsiya Fedarasiyasmda getmək, orada qalmaq üçün 3000 ABŞ dolları lazımdır. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə o, Təqsirləndirilən şəxsla Elmlər Akademiyası metrosu yaxınlığında yerləşən kafedə görüşərək 3000 ABŞ dollarını İlqara vermişdir. 2023-cü ilin oktyabr ayında İlqar ona zəng vuraraq Haqverdinin yerini öyrəndiklərini və Rusiyanın Samara şəhərində olduğunu bildirmiş, bu işlə bağlı alqı-satqı aparılması üçün 1200 manat pul lazımdır, notariat kontorunun işçisi olan Şahid2 məxsus karta o pulu göndərmək lazımdır. O, 1200 manat pulu ödəmə terminalı vasitəsi ilə Şahid2 məxsus bank kartına göndərmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vuraraq 50000 ABŞ dolları pulu götürdüyünü və yaxın günlərdə Bakıya qayıdacağını bildirmiş və özü gələnə kimi tanışına 100 manat pul göndərsin.O, ünvan 3 ünvanında yerləşən «Sərxan» marketdə olan «Emanat» ödəniş terminalı vasitəsilə İlqarın ona təqdim etdiyi Şahid1 məxsus. bank kartına 100 manat pul köçürmüşdür.Lakin bir neçə gündən sonra Təqsirləndirilən şəxs dəfələrlə zəng etməyinə baxmayaraq zənglərinə cavab verməmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ona vurulmuş ziyan qaytarılmamışdır, hazırda şikayətçidir. Məhkəmə iclasında dinridilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, 7 ilə yaxındır ki, Bakı şəhəri, H.Əliyev küçəsində yerləşən «Safran» oteldə qeydiyyatçı işləyir. 2023-cü ilin sentyabr ayının 30-da Təqsirləndirilən şəxs otelə yaxınlaşaraq uzun müddət oteldə qalmaq istədiyini bildirmişdir.O, Təqsirləndirilən şəxs nömrə vermiş və həmin şəxs otağa yerləşmişdir. Qeydiyyat zamanı Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin surətini götürmüşdür. Oteldə bir müddət qaldıqdan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq demişdir ki, onun kartına məhdudiyyət qoyulmuş, ona 5000 manat pul göndərəcəklər və onun kartından istifadə etməyi xahiş etmişdir. Məbləğ çox olduğu üçün o, biraz qorxmuş və razılaşmamış. Daha sonra demişdir ki, 1200 manat pul göndərəcəklər, o, buna razılıq vermişdir. Həmin vaxt onun kartının balansında pul olmamış, o, kartı Oteldə texnik işləyən Şahid1 vermişdir ki, onun vaxtı yoxdur gedib pulu çıxarsın. Həmin gün İbrahim onun kartından 1000 manat pul çıxarmış və demişdir ki bankomatda pul qalmayıb ona görə qalan 200 manatıda sonra çıxarıb İlqara verəcəkdir. O da demişdir ki kart qalsın pulu tam çıxarandan sonra ona qaytarar, onsuzda balansında ona məxsus pul yoxdur. Bir gün sonra İlqar kartı ona geri qaytarmışdır. Məhkəmə iclasında dinridilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o,6 ilə yaxındır Bakı şəhəri, H.Əliyev küçəsində yerləşən «Safran» oteldə texnik işləyir. 2023-cü ilin oktyabr ayında rayonda olmuş, daha sonra otelə qayıdan zaman xx.xx.2023-cü il tarixdə qeydiyyatçı işləyən Şahid2 ona demişdir ki, onun kartına Təqsirləndirilən şəxs məxsus 1200 manat pul gələcək onu çıxarıb ödəmələri vermək lazımdır. O, Təqsirləndirilən şəxsla birlikdə bankomata gedib kartdan pulu çıxardıb Təqsirləndirilən şəxs vermiş, lakin məbləği dəqiq xatırlamır. İlqar həmin pulnan otelə və otelin restoranına olan borclarını ödəmişdir. Daha sonra müxtəlif vaxtlarda İlqar ondan xahiş etmişdir ki, bank kartına məhdudiyyət qoyulmuş, onun kartından istifadə etsin. O, da inanıb kartını İlqara vermişdir. Həmin vaxtlar kartına hansı məbləğdə pul gəldiyini və hansı məbləğdə pul çıxarıldığını bilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İlqar adlı şəxs etibarından sui-istifadə edərək 3000 ABŞ dolları, 1200 manat və 100 manat məbləğində pulunun ələ keçirməsi ilə bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq edilmiş “Ödəmə qəbzlərinə baxış keçirilməsi” haqqında 15 mart 2024-cü il tarixli protokoldan və qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs tərəfindən Şahid2 məxsus bank kartına xx.xx.2023-cü il tarixdə 1200 manat, Şahid1 bank kartına xx.xx.2024-cü il tarixdə 100 manat məbləğində pul köçürülmüşdür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, iş üzrə Şahid1 tərəfindən təqdim olunmuş 02 (iki) ədəd “Mpay” ödəmə terminalına aid qəbzlər və 01 ədəd CD disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmışdır. Məhkəmədə tədqiq edilmiş 01 ədəd CD diskdə Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında yazışmalar və danışıqlar əks olunmuşdur. Zərərçəkmiş şəxsdən pul istəməsi qeyd edilmişdir. Məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-379/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, barəsində “həbs” qətimkan tədbiri seçilməsi, həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının 10 aprel 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Nərimanov Rayon Polis İdarəsi tərəfindən tutularaq, xx.xx.2025-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmədə tədqiq edilən Biləcik kəndi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan aydın olur ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.1950-ci il təvəllüdlü X3 adında atası vardır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 50000 ABŞ dolları məbləğində borcunun X1 alınaraq ona verilməsini vəd verməsi ilə bağlı irəli sürdüyü dəlillərə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə istintaqında kifayət qədər sübutlarla, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən əldə etmiş olduğu pulu onun etibarından sui-istifadə edərək mənimsəmə niyyətinin olmaması, zərərçəkmiş şəxsdən pulu borc məqsədi ilə alması ilə bağlı məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakter daşıdığı və məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyü qənaətinə gəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmçinin, təqsirləndirilən şəxsin ifadəsində yaranmış ziddiyyətlər araşdırılmış, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadəsi, həmçinin iş materiallarında olan istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən himayəsində yaşlı atasının olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Cəzaçəkməsinin əvvəli isə 22 mart 2025-ci il tarixindən hesablanmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. İş üzrə maddi sübut – Şahid1 tərəfindən təqdim olunmuş 02 (iki) ədəd “Mpay” ödəmə terminalına aid qəbzlər və səs yazılarının və aralarında olan danışığın videogörüntüsünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mirzə oğluna dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə Bakı şəhəri 16 saylı Vəki Bürosunun vəkili Müdafiəçi Mirzə oğluna məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatı 6 (altı) manat və bu sahədə qanunvericiliyə edilmiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən sonrakı müddət üzrə 11 (manat) hesab edilməklə, ümumilikdə 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəki Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq ,məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməklə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkməsinin əvvəli 22 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - 02 (iki) ədəd “Mpay” ödəmə terminalına aid qəbzlər və səs yazılarının və aralarında olan danışığın videogörüntüsünün əks olunduğu 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Mirzə oğlu tərəfindən məhkəmə istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi 90 (doxsan) iş saatına görə 6 (altı) manat və bu sahədə qanunvericiliyə edilmiş dəyişikliyin qüvvəyə mindiyi tarixdən sonrakı müddət üzrə 11 (manat) hesab edilməklə, ümumilikdə 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 16 saylı Vəki Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-40/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-40/2025
15.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver