Məhkəmə qərarları › İş №1(005)-400/2022

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-400/2022

15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-400/2022 15.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi 20 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Şəmkir rayonu. Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvəllər məhkum olunmuş, işləməyən, Şəmkir rayonu, Dəllər-Cəyir kəndində qeydiyyatda olan və barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 16 fevral 2022-ci il tarixdə naməlum şəraitdə şəxsiyyəti istintaqa məlum olmayan iran İslam Respublikası vətəndaşından satış məqsədi ilə qanunsuz olaraq 01 ədəd sellofan bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda 40.736 qram xalis vəkidə narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, həmin narkotik vasitə marixuanadan 0,329 qramını birlikdə istifadə etmələri üçün tanışı X4 verərək, qalan 40,407 qramını üzərində saxlamaqla daşımış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində X5 və Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixli 13:00-da Bakı şəhəri Qaradağ rayonu, Bakı-Qazax yolunun 47-ci kilometrliyində sonuncunun idarə etdiyi «Kia Forle» markalı, **- CY-*** qeydiyyat nişanlı avtomobilinin yanında saxlanılaraq BMCMİ-yə gəlirilmiş, orada Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçəsinin iç sol cibində olan üzəri yapışqan lentlə bağlanmış 01 ədəd sellofan bağlamada təmiz çəkisi 40.407 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitənin nəşə, yəni qurudulmuş marixuana növündən istifadə edir. Nəşəni siqaretə doldurub çəkməklə qəbul edir. Sonuncu dəfə narkotik vasitə nəşəni İran İslam Respublikasının vətəndaşından almışdır. Lakin həmin şəxsin adını və anket məlumatlarını bilmir. Belə ki, təxminən bir il əvvəl İnstaqram sosial şəbəkəsində olarkən adını unutduğu bir profil ona yazaraq narkotik vasitə satdığını bildirmişdir. O da narkotik vasitə istifadəçisi olduğu üçün ona nəşən varsa alacağını demişdir. Həmin şəxs iran İslam Respublikasında yaşadığını bildirərək, narkotik vasitənin pulunu onun dediyi hesaba göndərdikdən sonra narkotik vasitə göndərə biləcəyini bildirmişdir. O da razılaşmışdır. Qeyd etmişdir ki, o, əvvəl də bir neçə dəfə özü istifadə məqsədi ilə narkotik vasitə olan nəşə almışdır. Buna görə də həmin şəxslə Vatsap sosial şəbəkəsində əlaqə saxlamışdır. 16 fevral 2022-ci il tarixdə o, iranlı kimi tanıdığı həmin şəxsə Vatsap sosial şəbəkəsində yazaraq ondan istifadəsi üçün 400 manatlıq narkotik vasitə nəşə istəmiş və onun dediyi hesaba 400 manat pulu köçürmüşdür. Pulu köçürəndən sonra həmin gün iranlı kimi tanıdığı şəxs narkotik vasitə nəşəni Bakı-Sumqayıt yolunun Sumqayıt şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən ağaclıq ərazidə gizlətdiyini və həmin yerdən gedib götürməsini bildirmişdir. O da həmin gün gedib narkotik vasitə olan sellofanı onun dediyi yerdən götürmüşdür. Daha sonra 18 fevral 2022-ci il tarixdə tanışı X5 ilə görüşmüşdür. Kamal Məmmədovun narkotik vasitə istifadə etdiyini bildiyi üçün iranlı kimi tanıdığı şəxsdən aldığı narkotik vasitə nəşədən siqaretə doldurmasını və birlikdə istifadə etmələri üçün bir çəkimlik vermişdir. Qeyd etmişdir ki, həmin vaxt Kamalla birlikdə idarə etdiyi Kia Forts markalı, **-CY-*** qeydiyyat nişanlı avtomobildə olmuşlar. Nəşəni çəkmək üçün həmin gün saat 13:00-da Bakı şəhəri Qaradağ rayonu, Bakı-Qazax yolunun 47-ci kilometirliyində dayanmışlar. Avtomobilin yanında olduqları zaman bir neçə nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişlər. O və Kamalın narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu və Kamalı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Onlar da etiraz etmədən polis əməkdaşları ilə birlikdə baş idarəyə getmişlər. Onun idarə etdiyi avtomobili də baş idarəyə gətirmişlər. Burada dəvət edilmiş müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona və daha sonra Kamala üzərlərində qanunla qadağan olunmuş əşya, maddə, narkotik vasitə və narkotik vasitə qalıqları varsa təqdim etmələri təklif olunmuşdur. Bundan sonra o, üzərində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş, əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan 01 ədəd tibbi maskanı, əynində olan gödəkçənin iç sol cibində olan üzəri yapışqan lentlə bağlanmış 01 ədəd sellofan bağlamanı, gödəkçənin iç sağ cibində olan 02 ədəd mənzil açarını, 01 ədəd vizit kartı və 01 ədəd qəbzi, əynində olan cins şalvarının sol yan cibində olan 01 ədəd avtomobil açarını və 01 ədəd "Redmi" markalı mobil telefonu, əynində olan şalvarının sağ yan cibində olan 8 manat 60 qəpik pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. O, təqdim etdiyi 01 ədəd sellofan bağlamanın içində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Onun təqdim etdiyi sellofan bağlama iştirakçıların şahidliyi ilə açıldıqda sellofan bağlamanın içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Şifahi sorğu zamanı o, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı adını və digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, həmin şəxsdən əvvəllərdə öz istifadəsi üçün bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana aldığını bildirmişdir. Həmçinin sonuncu dəfə 2 gün əvvəl həmin şəxslə "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona narkotik vasitə olan qurudulmuş marixuana sifariş verdiyini və narkotik vasitənin 400 manat pulunu həmin şəxsin verdiyi bank hesabına köçürdükdən sonra narkotik vasitəni həmin günü Bakı-Sumqayıt yolunun Sumqayıt şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən ağaclıq ərazidə gizlədildiyi yerdən gedib götürdüyünü və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 01 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuana 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən aşkar edilmiş 01 ədəd "Redmi" markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra Kamal Məmmədovun üzərinə şəxsi axtarış başlanmışdır. Kamal Məmmədovu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Kamal Məmmədov üzərində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd qəhvəyi rəngli pul qabını, gödəkçəsinin sağ yan cibində olan "Kgtel" markalı mobil telefonu, əynində olan gödəkçəsinin sol yan cibində olan siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Kamal Məmmədov təqdim etdiyi siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümün içində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Kamal Məmmədov təqdim etdiyi pul qabını açıb qabın içində olan 01 ədəd gümüşü rəngli kağız bükümü götürüb təqdim edərək həmin bükümün içində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Kamal Məmmədovun təqdim etdiyi 01 ədəd güımüşü rəngli kağız büküm açıldıqda bükümün içindən 01 ədəd yaşıl rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən narkotik vasitə heroin aşkar edilmişdir. Daha sonra Kamal Məmmədovun təqdim eldiyi 01 ədəd siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümə baxış keçirilmiş və həmin kağız bükümün içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunmuşdur. Daha sonra Kamal Məmmədovun təqdim etdiyi pul qabına baxış zamanı qabın içindən 1 manat pul və "**********827194" nömrəli plastik bank kartı aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Kamal Məmmədovun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Kamal Məmmədov üzərindən aşkar edilmiş narkotik vasitə heroini 17 fevral 2022-ci il tarixdə saat 20 radələrində "Bakı Beynəlxalq Avtovağzal" ərazisində təsadüfən tanış olduğu digər anket məlumatlarını dəqiq bilmədiyi "Hümbət" adlı şəxsdən öz şəxsi istifadəsi üçün 25 manat pul müqabilində aldığını və narkotik vasitəni özü istifadə elmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı isə Süleymanın ona verdiyini və özünün həmin narkotik vasitəni siqaret formasında kağıza bükdüyünü, sonra isə birlikdə həmin narkotik vasitəni qəbul edəcəyini bildirmişdir. Bundan sonra Kamal Məmmədovun üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin və 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuana 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Şəxsi axtarış zamanı Kamal Məmmədovun üzərindən aşkar edilmiş 01 ədəd "Kgtel" markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin ptotokola imza etmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, o, heç zaman narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, ümumiyyətlə belə bir niyyəti də olmamışdır. Narkotik və psixtrop maddələri yalnız şəxsi istifadəsi üçün əldə etmiş və bu əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis baş leytenantıdır. 18 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və X3 qabaqcadan əlbir olan bir qrup şəxs qismində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə raportla BMCMİ-nin rəhbərliyinə məruzə etmişdir. Əməliyyat axtarış tədbirlərinin keçirilməsinə razılıq verildiyi üçün tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi məqsədi ilə qərar qəbul edilmiş və həmin qərar baş idarənin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra 4 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, rəhbərlik etmişdir. Daha sonra qrupun üzvləri ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs və Kamal Məmmədovun Bakı şəhəri, Qaradağ rayonu, Bakı- Qazax yolunun 47-ci kilometrliyində olduğunu öyrəndikləri üçün 18 fevral 2022-ci il tarixdə saat 13:00-da həmin ünvana gəlmişlər. Qeyd edilən vaxtda və həmin yerdə Kia Forte markalı, **-CY-*** qeydiyyat nişanlı avtomobilin yanında iki nəfər şəxsin dayandığını görmüşlər. Həmin şəxslərdən biri zahiri cəhətdən Təqsirləndirilən şəxs, digəri isə Kamal Məmmədova oxşadığı üçün həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər və onlardan anket məlumatları barədə bildirməsini xahiş elmişlər. Həmin şəxslərdən biri özünü Təqsirləndirilən şəxs,digəri isə X1 təqdim etdiyindən onlara Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getmək lazım olduğunu bildirmişlər. Həmin şəxslərin heç biri etiraz etmədiyindən Kamal Məmmədov və Təqsirləndirilən şəxs, eyni zamanda Təqsirləndirilən şəxs idarə etdiyi Kia Forte markalı avtomobili ilə birlikdə BMCMİ-yə gətirilmişdir. Baş idarəyə gəldikdən sonra Təqsirləndirilən şəxs və Kamal Məmmədova şübhəli şəxs qismində tutulacaqları və üzərilərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilərək müdafiəçilərin siyahısı təqdim olunmuşdur. Müdafiəçilər gəldikdən sonra onlar şübhəli şəxs qismində tutulmuşdur. Onların üzərində videoçəkilişlə şəxsi axtarış başlanmışdır. İlk öncə şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd tibbi maskanı, əynində olan gödəkçəsinin iç sol cibində olan üzəri yapışqan lentlə bağlanmış 01 ədəd sellofan bağlamanı, gödəkçəsinin iç sağ cibində olan 02 ədəd mənzil açarını, 01 ədəd vizit kartı və 01 ədəd qəbzi, əynində olan cins şalvarının sol yan cibində olan 01 ədəd avtomobil açarını və 01 ədəd "Redmi" markalı mobil telefonu, əynində olan şalvarının sağ yan cibində olan 8 manat 60 qəpik pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bağlamanın içində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlama iştirakçıların şahidliyi ilə açıldıqda sellofan bağlamanın içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən başqa əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni adını və digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, belə ki. həmin şəxslə təxminən 1 il əvvəl sosial şəbəkədə tanış olduğunu və sonradan həmin şəxslə aralarında münasibət yarandığını, sonradan həmin şəxsdən öz istifadəsi üçün bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana aldığını bildirmişdir. Həmçinin sonuncu dəfə 2 gün əvvəl həmin şəxslə "Whatsapp" ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona narkotik vasitə olan qurudulmuş marixuana sifariş verdiyini və narkotik vasitənin 400 manat pulunu həmin şəxsin verdiyi bank hesabına köçürdükdən sonra həmin günü İran islam Respublikasının vətəndaşının bildirdiyi ünvana, yəni Bakı-Sumqayıt yolunun Sumqayıt şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən ağaclıq ərazidə gizlədildiyi yerdən gedib götürdüyünü və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd "Redmi" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb eldiyindən götürülmüşdür. Daha sonra Kamal Məmmədovun üzərinə şəxsi axtarış başlanmışdır. Kamal Məmmədovu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Kamal Məmmədov üzərində "kakos" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd qəhvəyi rəngli pul qabını, gödəkcəsinin sağ yan cibində olan "Kgtel' markalı mobil telefonu, əynində olan gödəkçəsinin sol yan cibində olan siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Kamal Məmmədov təqdim etdiyi siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümün içində "nəşə” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Kamal Məmmədov təqdim etdiyi pul qabını açıb qabın içində olan 01 ədəd gümüşü rəngli kağız bükümü götürüb təqdim edərək həmin bükümün içində "kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Kamal Məmmədovun təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız büküm açıldıqda bükümün içindən 01 ədəd yaşıl rəngli sellofan büküm aşkar edilmişdir. Həmin sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddə olması müşahidə edilmişdir. Daha sonra Kamal Məmmədovun təqdim etdiyi 01 ədəd siqaret dənəsinə oxşar formada qırılmış vəziyyətdə olan ağ rəngli kağız bükümə baxış keçirilmiş və həmin kağız bükümün içərisindən narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Daha sonra Kamal Əliyevin təqdim etdiyi pul qabına baxış zamanı qabın içindən 1 manat pul və "**********827194" nömrəli plastik bank kartı aşkar olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Kamal Məmmədovun üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Kamal Məmmədov üzərindən aşkar edilmiş narkotik vasitə heroini 18 fevral 2022-ci il tarixdə saat 20 radələrində "Bakı Beynəlxalq Avtovağzal" ərazisində təsadüfən tanış olduğu digər anket məlumatlarını dəqiq bilmədiyi "Hümbət" adlı şəxsdən öz. şəxsi istifadəsi üçün 25 manat pul müqabilində aldığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı isə tanışı Təqsirləndirilən şəxs tərəfindən ona verildiyini və özünün həmin narkotik vasitəni siqaret formasında kağıza bükdüyünü və sonra isə Təqsirləndirilən şəxsla birlikdə həmin narkotik vasitəni qəbul edəcəklərini bildirmişdir. Bundan sonra Kamal Məmmədovun üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə və 01 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 1 manat pul və 01 ədəd pul qabı iş üzrə əhəmiyyət kəsb etmədiyindən Kamal Məmmədovun özünə qaytarılmışdır. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi Kia Forte markalı, 99-CY-4İ2 qeydiyyat nişanlı avtomobilə 18 fevral 2022-ci il tarixdə 17:14-dən etibarən baxış keçirilmişdir. Baxış zamanı avtomobildən qanunsuz hər hansı əşya aşkar edilməmişdir. Baxış zamanı avtomobilin salonundan avtomobilə məxsus qeydiyyat şəhadətnaməsinin surəti və etibarnamənin surəti aşkar edilərək götürülmüşdür. Bundan sonra baxış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş, ucadan oxunmuş, düzgün tərtib edildiyi üçün protokol hər bir iştirakçı tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasına dəvət edilməsinə baxmayaraq Şahid3 Vurgun oğlu və Şahid4 məhkəmə iclasına gəlməmişdir. Cinayət prosesi iştirakçılarının razılığı ilə onların məhkəmə istintaqında onların ibtidai istintaqda vermiş olduqları ifadələri elan olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 fevral 2022-ci il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” 18 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 18 fevral 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs və X2 olduğu yer müəyyən edilərək həmin günü saat 13:00-da Bakı şəhəri, Qaradağ rayonu, Bakı- Qazax yolunun 47-ci kilometirliyində Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Forte" markalı. 99-CY-4İ2 qeydiyyat nişanlı avtomobilin yanında olduqları zaman saxlanılmış, saxlanılarkən üzərlərində şəxsi axtarış aparılmasına, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsinə yerində şərait olmadığına görə Təqsirləndirilən şəxs və Kamal Məmmədovla bağlı prosessual hərəkətlərin aparılmasından ötrü onlar əməkdaşların müşayiəti altında saxlanıldıqları yerdən Təqsirləndirilən şəxs idarə etdiyi "Kia Forte" markalı, **-CY-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Baş İdarəyə gətirilmişlər. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olaraq gətirilmiş və barələrində şübhəli şəxs qismində tutma haqqında qərarlar qəbul edilmiş Təqsirləndirilən şəxs və Kamal Məmmədovun pallarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında xidməti iş otağında video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs və Kamal Məmmədov barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin videoçəkiliş vasitəsi ilə Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 tərəfindən aparılacağı barədə məlumat verilmiş, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra onu şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış olaraq, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində olan 01 ədəd tibbi maskanı, əynində olan gödəkçəsinin iç sol cibində olan üzəri yapışqan lentlə bağlanmış 01 ədəd sellofan bağlamanı, gödəkçəsinin iç sağ cibində olan 02 ədəd mənzil açarın, 01 ədəd vizit kartı və 01 ədəd qəbzi, əynində olan cins şalvarının sol yan cibində olan 01 ədəd avtomobil açarını və 01 ədəd "Redmi" markalı mobil telefonu, əynində olan şalvarının sağ yan cibində olan 8 manat 60 qəpik pulu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bağlamanın içində "nəşə" adı ilə tanıdığı narkotik vasitə olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bağlama iştirakçıların şahidliyi ilə açıldıqda sellofan bağlamanın içərisində ot şəkilli, yaşıl rəngli, spesifik qoxuya malik, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə olunmuşdur. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütləni adını və digər anket məlumatlarını dəqiq bilmədiyi İran İslam Respublikasının vətəndaşından aldığını, belə ki, həmin şəxslə təxminən 1 il əvvəl sosial şəbəkədə tanış olduğunu və sonradan həmin şəxslə aralarında münasibət yarandığını, sonradan həmin şəxsdən öz istifadəsi üçün bir neçə dəfə narkotik vasitə aldığını, həmin şəxslə "Whatsapp” ani mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ona narkotik vasitə olan qurudulmuş marixuana sifariş verdiyini və narkotik vasitənin 400 manat pulunu həmin şəxsin verdiyi bank hesabına köçürdükdən sonra həmin günü İran İslam Respublikasının vətəndaşının bildirdiyi ünvana, yəni Bakı-Sumqayıt yolunun Sumqayıt şəhəri istiqamətində yolun sağ tərəfində yerləşən ağaclıq ərazidə gizlədildiyi yerdən gedib götürdüyünü və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bağlamada olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "Zərflər üçün" 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı aşkar edilmiş 01 ədəd tibbi maska, 02 ədəd mənzil açarı, 01 ədəd vizit kart. 01 ədəd qəbz, 01 ədəd avtomobil açarı, 8 manat 60 qəpik pul iş üzrə əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd "Redmi" markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının 19 fevral 2022-ci il tarixli 7/156 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş....” sözləri yazılmış kağız paketdə skoçla bağlanmış bir ədəd şəffaf sellofanda təmiz çəkisi 40,407 qram bitki mənşəli kütlə tərkibində narkotək maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuannadır. Qeyd: marixuananın təmiz çəkisi -40,407 qram, tədqiqata sərf edildi - 0,05 qram,qalıq - 40,357 qram. Ekspertiza tədqiqatının dəyəri 89 manatdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-224/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, AR CM-nin 234.4.1 və 234.4.3 maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan rədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 14 may 2022-ci il tarixli 2490 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XOSTOLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Orazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 1225 saylı rəyində aşağıdakılar qeyd edilmişdir: cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmişdir. Belə ki, işdə olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 ay müddətə azadlıqda məhrum etmə cəzasına məhkum edilmişdir. İşdə olan 05AZ saylı arayışdan görünür ki, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 06 ay müddətə azadlıqda məhrum etmə cəzasını Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə çəkib qurtarmış və həbsdən azad edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Redmi" markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı mobil telefonun qalareya bölməsində narkotikə bənzər vasitə və ya maddənin elektron tərəzidə çəkilməsini əks etdirən foto şəkillər aşkar edilmişdir. Həmçinin həmin mobil telefonun qalareya bölməsində narkotik vasitə marixuanaya bənzər bitkinin video görüntülərinin olduğu aşkar edilsə də həmin video görüntülərin açılmaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin foto şəkillərdən və açılmayan videogörüntülərdən xəbəri olmadığını, hazırda xatırlamadığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Redmi" telefonun qalareya bölməsində narkotikə bənzər vasitə və ya maddənin elektron tərəzidə çəkilməsini əks etdirən foto şəkillər maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş və həmin mobil telefon saxlanılması üçün Nərimanov RPl-nin saxlanana təhvil verilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət əməli CM-nin 234.4.3 maddəsindən 234.2 maddəsinə tövsif edilmiş, 234.4.1 maddəsi ilə cinayət təqibinə xitam verilmiş, X3 badəsində əlavə araşdırma aparılması üçün cinayət işi ayrıca icraata ayrılmış, şəxsi axtarış və götürmənin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefon saxlanması üçün Nərimanov RPİ-nin saxlancına təhvil verilməsi qərara alınmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. CPM-in: 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə, cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsi baxımından, həmçinin daxili inamına əsasən qiymət verərək hesab edir ki, həmin sübutların məcmusu istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşıması barədə irəli sürülən ittihamı əsaslı hesab etməklə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin özünümüdafiə xarakteri daşımasını təsdiq edir. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs əməlini qismən etiraf edib peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən və ya götürülmədən, yenidən qəsdən cinayət törətdiyindən məhkəmə cinayətin residivini Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini, az ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduğu azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən 2 il keçmədən törətmişdir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə cəza tətbiqi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayətin residivi olduğundan CM-nin 65.2-ci maddəsinin tələblərini nəzərə alaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 234.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-in 158.2.1, 158.6, CM-in 69.3), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.3), barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı (CM-in 93.1.2), iş üzrə maddi sübut - Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerində saxlanılan narkotik vasitənin qalıgı məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-in 132-ci), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-in 198.1). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil Müdafiəçi tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə vəkil Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd ) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçimiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ogluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Cinayət işi üzrə maddi sübut – AR DİN BMCMİ-nin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş 40,357 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut -Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut Nərimanov RPİ–nin saxlancında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Redmi” markalı mobil telefon Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə ekspertiza xərci 89 (səksən doqquz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz saksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 20 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan (həbsdə saxlanılan şəxsə təqdim edilən gündən) 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar