Məhkəmə qərarları › İş №1(005)-400/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-400/2024

18.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-400/2024 18.10.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta ixtisas təhsilli, azərbaycanlı, evli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstinraq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai araşdırma orqanının mövqeyinə əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsullarını əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdi satış məqsədilə tanışı Şahid1 Bakı şəhəri, Nərimanov rayonu, Gənlik metro stansiyasının yaxınlığında qanunsuz olaraq, üzərində “Preqabalin 300mg” markalanma göstəricisi olan 01 ədəd konvalyutda, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram olmaqla 14 ədəd ağ-qəhvəyi rəngli narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddələr olan preqabalin tərkibli kapsulları əldə edib üzərində saxlamaqla Bakı şəhəri, Nərimanov rayonu, A.Hacıyev küçəsi 227 ünvanına daşımış, 27 aprel 2024-cü il tarixdə saat 02:20 dəqiqədə Bakı şəhəri, Nərimanov RPİ-nin NMB-nin əməkdaşları tərəfindən ünvan 3 ünvanda saxlanılıb, ünvan 4anov RPİ-nin inzibati binasına gətirilərək üzərində müdafiəçinin iştiraklı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan idman şalvarının sol yan cibindən üzərində “Preqabalin 300mg” markalanma göstəricisi olan 01 ədəd konvalyutda, bir kapsulda preqabalin təsiredici maddəsinin miqdarı 0,3qr olmaqla, preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,2 qram olmaqla 14 ədəd ağ- qəhvəyi rəngli narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, güclü təsir edən maddələr olan preqabalin tərkibli kapsullar aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitələrdən istifadə edir. Bu səbəbdən də preqabalin kapsulunu şəxsi istifadəsi üçün əldə etmişdir. O, sonuncu dəfə qəza keçirən zaman İlkin adlı şəxs ona ağrılarına yaxşı təsir edəcəyi məsləhəti ilə ona preqabalin istifadə etməyi təklif etmişdir və o da ağrılarının kəsməyi üçün preqabalin əldə etmişdir. Saxlanılan zaman polis əməkdaşları tərəfindən təsirə və təyziqə məruz qalmışdır. Saxlanılan zaman polis əməkdaşları ona üzərinə axtarış keçirilən zaman preqabalini başqasına vermək üçün əldə etdiyini deməsini bildirmişlər. Bu cür ifadə verəcəyi təqdirdə işinin yüngülləşəcəyini demişlər. O isə öz növbəsində valideynlərinin üzünə necə baxacağını düşünmüş və polis əməkdaşlarının işinin yüngülləşəcəyi sözünə inanaraq ilkin ifadəsində üzərindən aşkar edilmiş preqabalini başqasına verməyə görə üzərində saxladığını demişdir. Sonda məhkəmədən ədalətli qərar qəbul etməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, narkotik vasitə hesab edilən marixuanadan, həmçinin preqabalindən istifadə edir. Preqabalindən bir aydır ki, istifadə edir. 2-3 gündən bir istifadə edir. Preqabalini list olaraq almışdır. Üzərindən aşkar olunmuş Preqabalini öz istifadəsi üçün İlkindən 30 manata almışdır. İlkində öz ifadəsində bildirmişdir ki, preqabalini Fəridə 30 manata satmışdır. Polis əməkdaşları İlkinlə onu birgə saxlamışdır. Belə ki, İlkin ona yaşadığı ünvana gələrək preqabalini verən zaman polis əməkdaşları hər ikisini saxlayaraq idarəyə aparmışlar. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmir. Belə ki, o, cinayət işinə əlavə edilən sənəddə əks edilən ifadəni verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin NMBnin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 27 aprel 2024-cü il tarixdə Nərimanov RPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə inzibati ərazidə xidmət aparmışdır. Həmin gün saat 02:20 radələrində ünvan 6 ünvanın qarşısında xidmət aparan zaman “Chevrolet” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan iki nəfər şəxsin onları görən kimi özlərini şübhəli apardığını görmüşlər. Buna görə də, həmin şəxslərə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxslərdən də özlərini təqdim etmələrini xahiş etmişlər. Həmin şəxslərdən biri özünü Şahid1, digəri isə Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Şahid1 və Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını və verdikləri suallara qeyri səmimi olaraq cavab verib yayınıb getməyə çalışdığını görüb sonuncuları saxlayaraq Nərimanov RPİ-nə dəvət etmişlər. İlkin və Fərid buna etiraz etmədikdən sonra “Chevrolet” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Nərimanov rayon polis idarəsinə gətirmişlər. Bundan sonra Şahid1 və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması üçün raportla idarənin rəhbərliyinə məruzə etmişlər. Şahid1 və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçıya həvalə edilmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid1 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl ilk olaraq Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Fərid də əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən üzərinə “Preqabalin 300mg” yazıları olan 01 ədəd konvalyutda 14 ədəd dərman preparatını, 01 ədəd 10 manatlıq pul əsginasmı çıxararaq masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra Fəridin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Fəridin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Fəridin üzərindən aşkar olunmuş Preqabalin dərman həbləri qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Fərid ifadə verən zaman aşkar edilmiş preqabalini satış üçün saxladığını bildirmişdir. Əməliyyatçılar tərəfindən Fəridə qarşı təsir və ya təzyiq olmamışdır. İlkinlə Fəridin üzərinə şəxsi axtarış eyni vaxtda keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov Rayon Polis İdarəsinin NMBnin əməliyyat müvəkkili Şahid3 şahid qismində dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində çağırılmış Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə Şahid1 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamışdır. Təxminən 6 aydır ki, preqabalin həbləri alaraq istifadə etmişdir. Həmin həbləri fərqli yerlərdən və fərqli şəxslərdən almışdır. O, Tural adlı şəxslə təxminən bir il bundan əvvəl küçədə tanış olmuşdur. O, taksi sürücüsü kimi işləmiş və Tural da onun idarə etdiyi avtomobildən sərnişin kimi istifadə etmişdir. Turalla danışıqların birində narkotik vasitə istifadəçisi olduğunu bilmiş və Turaldan bədənimdə olan ağrıları sakitləşdirmək üçün preqabalin həblərindən istəmişdir. Tural ona bir neçə dəfə preqabalin həbi vermişdir. Beləcə o, preqabalin dərmanından istifadə etdiyindən həmin dərmana asılılıq yaranmışdır. Bir neçə müddət sonra Turalın narkotik vasitə istifadə etdiyinə və satdığına görə tutulduğunu eşitmişdir. Bundan sonra Turalla əlaqəsi kəsilmişdir. Özü aptekləri gəzərək preqabalin həbləri axtarmağa başlamış və bir neçə dəfə xatırlamadığı apteklərdən preqabalin həblərini reseptsiz almışdır. Təqsirləndirilən şəxs onun dostudur. Fəridi təxminən 4 il olar ki, tanımışdır. Fərid yalnız marixuanadan istifadə etmişdir. Fərid güclü təsir edən dermalardan istifadə etməmişdir. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Fərid onun istifadəsində olan mobil nömrəsinə zəng edərək ondan preqabalin həbləri istəmişdir. O fa bir neçə saat əvvəl Nərimanov rayonu, Gənclik metro stansiyasının yaxınlığında xatırlamadığı aptekdən satmaq üçün 5 ədəd konvalyutda 300-lük və 04 ədəd konvalyutda 150-lik preqabalin həbləri almışdır. Fəridə idarə etdiyi avtomobildə preqabalin həblərinin olduğunu demişdir. Fəridlə Nərimanov rayonu, Gənclik metro stansiyasının yaxınlığında görüşmüşdür. Fərid onun idarə etdiyi “Chevrolet Crus” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşmişdir. O, avtomobildə arxa oturacaqda əyləşən sərnişinlər üçün nəzərdə tutulmuş saxlanc yerindən bir ədəd kopnvalyutda preqabalin 300-lük həbini Fəridə 30 manat satmışdır. Başa düşdüyü qədəri ilə Fərid həmin dərmanı ondan alaraq başqa şəxsə baha qiymətə satacaqmış. Qalan dərmanları isə satmaq üçün idarə etdiyi “Chevrolet Curs” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sərnişin oturacağında saxlanc yerinə qoymuşdur. Fəridlə söhbət zamanı birlikdə narkotik vasitə olan marixuana istifadə etməyə qərar vermişdir. O, narkotik vasitə almaq üçün heç kimi tanımadığını deyən zaman Fərid tanışının olduğunu və həmin tanışından narkotik vasitə olan marixuana ala biləcəklərini demişdir. Buna görə də Fərid ona Maştağa qəsəbəsinə getməyi təklif etmişdir. Onlar onun idarə etdiyi avtomobillə Maştağa qəsəbəsinə getmişlər və orada Fəridin tanışından 45 manat müqabilində 05 büküm narkotik vasitə olan marixuana almışdır. Həmin bükümlərdən birini yolda olan zaman istifadə etmişlər. Qalan 4 ədədini isə avtomobilin saxlanc yerində saxlamışdır. Saat 02:20 dəqiqədə Nərimanov rayonu, A.Hacıyev küçəsində olan zaman iki nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Həmin şəxslər polis əməkdaşları olduqların deyərək onlardan özlərini şübhəli apardıqlarını bildirmişlər. Onlar ilk öncə polis əməkdaşlarından qaçıb uzaqlaşmaq istəsələr də, bunun mümkün olmayacağmı başa daşdükdən sonra polis əməkdaşlarının sorğularına əsasən öz anket məlumatlarını demişlər. Bundan sonra polis əməkdaşları onlar Nərimanov RPİ-nə dəvət etmişlər. Polis əməkdaşlarından biri onun idarə etdiyi avtomobilə əyləşmiş və o, avtomobilimi idarə edərək polis idarəsinə gəlmişdir. Polis idarəsində üzərlərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Onlara hüquq və vəzifələri izah olunmuş və hüquqlarının müdafiəsi üçün idarəyə müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi onlara təqdim olunmuş və şübhəli şəxs qismində tutulduqdan sonra xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərlərinə şəxsi axtarış keçirilmişdir. Həmin vaxt ona üzərində qanunsuz əşya və ya maddə varsa könüllü olaraq təqdim etməyini bildirmişlər. O, üzərində olan mobil telefonu, Təqsirləndirilən şəxs isə idman şalvarının sol yan cibindən 01 ədəd konvalyutda içərisində 14 ədəd olan preqamalin həbini və sağ yan cibindən bir ədəd “Samsung” markalı mobil telefonunu, 10 manat pulu çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Fərid bildirmişdir ki, Fərid üzərindən aşkar edilərək götürülmüş həb güclü təsir edən preqabaqlin həbidir və həmin həbi ondan 30 manat pul müqabilində almışdır. O da Fəridin dediyini təsdiq etmişdir. Bundan əlavə polis əməkdaşları daha haradasa qanunla qadağan olunmuş əşya və ya predmet saxlayıb saxlamdığım soruşan zaman o, idarə etdiyi avtomobildə də preqabalin həbləri olduğunu demişdir. Bundan sonra onun idarə etdiyi “Chevrolet Crus” markalı **- PN-*** dövlət qeydiyyat nişanlı avtomobilə də video çəkilişlə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa oturacağında sərnişinlər üçün nəzərdə tutulmuş saxlanc yerindən əlavə olaraq 04 ədəd konvalyutda preqabalin 300 mg və 04 ədəd konvalyutda preqabalin 150 mg həbləri, avtomobilin saxlanc yerində olan siqaret qutusunun içərisindən isə 04 ədəd bükümdə narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Bundan sonra isə bütün hərəkətlər protokollaşdırılmış, onun, Fəridin və iştirakçıların iştirakı ilə həmin maddələr zərfə qoyulub möhürlənmiş və onlar imzaları ilə protokolun doğruluğunu təsdiq etmişlər. O, güclü təsir edən maddələrin satışı ilə məşğul olsa da, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış və avtomobilimə baxış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Preqabalin həbini aldığınız aptek Gənclik metro stansiyasının yaxınlığında yerləşir, orada apteklər çox olduğundan aptekin yerləşdiyi ünvanı xatırlamamışdır. Üzərinə və idarə etdiyi avtomobilə video çəkilişlə baxış keçirilən zaman idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş preqabalin həblərini “Elit” aptekdən aldığını qeyd etmişdir. Lakin həmin həbləri o, xatırlamadığı aptekdən almışdır. İlk dəfə tutulduğu üçün çox həyəcanlanmış və səhvən aşkar olunmuş həbləri “Elit” aptekdən aldığını qeyd etmişdir. O, “Elit” aptekdən ümumiyyətlə dərman almamışdır. O, idarə etdiyi avtomobildən aşkar olunmuş preqabalin həblərini Gənclik metro stansiytasınm yaxılnlığındakı xatırlamadığı aptekdən almışdır. Aptekin satıcısını da tanımadığından anket məlumatları barədə heç bir məlumatı yoxdur. Onun yaddaşı zəif olduğundan aptekin ünvanını tam xatırlamamışdır. O, Turalın heç bir anket məlumatlarını bilməmiş, bildiyi qədəri ilə Tural həbs olunmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 27 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 27 aprel 2024cü il tarixli protokoldan görünür ki, Şahid1 və Təqsirləndirilən şəxs barəsində araşdırma aparılması təhqiqatçı Mirsənan Ağalarova həvalə edilmişdir. Mirsənan Ağalarov da Şahid1 və Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edərək həmin vəkillərin iştirakı ilə şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Şahid1 və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl ilk olaraq Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Fərid də əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən üzərinə “Preqabalin 300mg” yazıları olan 01 ədəd konvalyutda 14 ədəd dərman preparatını, 01 ədəd 10 manatlıq pul əsginasını çıxararaq masanın üzərinə qoyaraq təqdim etmişdir. Sonra Fəridin üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı Fəridin üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2325 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Arayışlar üçün N 44” dairəvi möhür əksi, X2 aşkar edilmiş....” yazısı və imzalar olan paketdəki üzərində “Preqabalin 300mg “ markalanma göstəricisi olan 01 ədəd konvalyutda 14 ədəd ağqəhvəyi rəngli kapsul preqabalin tərkibli kapsullara aiddirlər və 14 ədəd kapsuldan ibarət preqabalin təsiedici maddəsinin ümumi miqdarı 4,2 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla). Tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün N 44” dairəvi möhür əksi, Şahid1 məxsus avtomobildən aşkar edilmiş....” yazısı və imzalar olan paketdəki - üzərində “Preqabalin 300mg” markalanma göstəricisi olan 4 (dörd) ədəd konvalyutda ümumilikdə 53 ədəd ağ-qəhvəyi rəngli kapsul preqabalin tərkibli kapsullara aiddir və 53 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 15,9 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,3 qr preqabalin olmaqla). - üzərində “Preqabalin 150mg” markalanma göstəricisi olan 4 (dörd) ədəd konvalyutda ümumilikdə 56 ədəd ağ-sarı rəngli kapsul preqabalin tərkibli kapsullara aiddir və 56 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 8,4 qram təşkil edir (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qr preqabalin olmaqla). Preqabalinin ümumi miqdarı 24,3 qramdır. Vət. Şahid1a məxsus avtomobildən aşkar edilərək götürtülmüş üzərində “Preqabalin 300mg “ markalanma göstəricisi olan 53 ədəd preqabalin tərkibli kapsullar və vət. X2 aşkar edilərək götürülmüş üzərində “Preqabalin 300mg “ markalanma göstəricisi olan 56 ədəd preqabalin tərkibli kapsullarxarici əlamətlərinə və tərkibindəki təsiedici maddəsinin miqdarına görə eynilik təşkil edir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına daxildir. Aparılmış tədqiqatın dəyəri 114 manatdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-556/2024 nömrəli, 28 aprel 2024-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 240.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 aprel 2024-cü il tarixdən hesablanmaqla 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. “CD-R disk üzrə videoyazı məlumatarına baxış keçirilməsi barədə” 28 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirmə zamanı çəkiliş həyata keçirilmiş və həmin çəkilişə baxış zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl ilk olaraq Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Fərid də əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən üzərinə “Preqabalin 300mg” yazıları olan 01 ədəd konvalyutda 14 ədəd dərman preparatını, 01 ədəd 10 manatlıq pul əsginasmı çıxararaq masanın üzərinə qoyaraq təqdim edir və aşkar edilmiş dərman preparatını satış üçün əldə etdiyini bildirmişdir. “Mobil telefona baxış keçirilməsi haqqında” 30 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilmiş və iş üçün hər hansı əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 27 may 2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “CD-R disk üzrə videoyazı məlumatarına baxış keçirilməsi barədə” 07 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu, sol yan cibindən üzərinə “Preqabalin 300mg” yazıları olan 01 ədəd konvalyutda 14 ədəd dərman preparatını, 01 ədəd 10 manatlıq pul əsginasmı çıxararaq masanın üzərinə qoyaraq təqdim edir və aşkar edilmiş dərman preparatını satış üçün əldə etdiyini bildirmişdir. “CD diskə baxış keçirilməsi haqqında” 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə daxil və xaric olan zənglərin siyahısı və anten dairəsi götürülmüş və baxış keçirilmişdir. Təqsirləndirilən şəxs Şahid1 ilə telefon əlaqələrinin olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 29 aprel 2024-cü il tarixli, 2763 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X7 29 aprel 2024-cü il tarixli, 1175 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş 01 ədəd konvalyutda ümumi təmiz çəkisi 4,2 qram olmaqla 14 ədəd ağ-qəhvəyi rəngli preqabalin iş üzrə maddi sübut kimi tanınmışdır. Tədqiqatdan sonra qalan təmiz çəkisi 12 ədəd preqabalin saxlanması üçün Nərimanov RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işi üzrə şəxsi axtarış və götürmə keçirilməsinə dair videogörüntülər olan 02 ədəd disk maddi sübut növü kimi tanınaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmə hazırkı cinayət işi bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin ifadəsinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onun təqsirlilik məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə əsassızdır və iş materiallarında olan sübutların məcmusu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə təqsirli olması sübuta yetirilməmiş və iş materiallarında olan sübutlar onun qeyd olunan maddə ilə təqsirli olması qənaətinə gəlmək üçün kifayət etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarının 24-cü bəndində göstərilmişdir ki, CM-in 240-cı maddəsində nəzərdə tutulmuş güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədi ilə qanunsuz dövriyyəsi üzrə cinayətlərin tərkibinin olub olmaması müəyyən edilərkən nəzərə alınmalıdır ki, CM-in 240.1-ci maddəsində və ya 240.1-1-ci maddəsində təsbit edilən müvafiq olaraq narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan zəhərli maddələri qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma, göndərməyə görə cinayət məsuliyyəti yalnız həmin əməllər satış məqsədi ilə törədildikdə və ya şəxs həmin maddələri, yaxud onları hazırlamaq, emal etmək üçün avadanlığı qanunsuz satdıqda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarında isə təqsirləndirilən şəxsin əvəzli, qazanc əldə etmək məqsədi ilə və ya digər şəxsi marağa görə güclü təsir edən maddənin yayılmasına yönəldilmiş hərəkət etməsinə dair hər hansı bir sübut yoxdur. Hazırkı ittihamdakı “satış məqsədi”ni müəyyən edərkən, ibtidai istindaq orqanı yalnız təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsindən başqa hər hansı bir sübut müəyyən etməmişdir. “Satış məqsədi”ni müəyyən edən digər hər hansı bir sübut yoxdur. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş güclü təsir edən maddənin satış məqsədi ilə əldə edilib üzərində saxlaması, daşıması barədə nəticəyə gəlmək üçün həmin güclü təsir edən maddənin xırda bağlamalara bükülməsini, istehlakçı ilə əvvəllcədən razılıq əldə edilməsi və onların bölüşdürülməsi üçün avadanlığın olmasının ibtidai və məhkəmə araşdırmaları zamanı müəyyən edilməmişdir. İbtidai istintaq orqanın Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən biri təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi olmuşdur ki, həmin sübuta münasibətdə məhkəmə qeyd edir ki, ibtidai araşdırma zamanı şəxsin özünü təqsirli bilməsinə dair etirafedici ifadə verməsi özü-özlüyündə həmin ifadəyə istinad edilməklə, həmin ifadəni təsdiq edən hər hansı digər sübut olmadan birmənalı şəkildə şəxsin cinayətin törədilməsində təqsirliliyin sübut olunması qənaətinə gəlinməsi qanunvericiliyin tələbləri ilə bir araya sığmır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməmiş, üzərindən aşkar edilmiş preqabalini şəxsi istifadəsi üçün İlkindən 30 manata aldığını, polis əməkdaşları tərəfindən ona qarşı təsir və təzyiq olduğunu, polis əməkdaşları tərəfindən üzərinə keçirilmiş şəxsi axtarış və baxış zamanı videoçəkiliş aparılarkən təhqiqatçının sualına cavab olaraq preqabalini satmaq üçün üzərində saxladığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarın 23-cü bəndinə əsasən məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Qərarın 24-cü bəndinə əsasən CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Qərarın 27-ci bəndinə əsasən şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərərək aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Qərarın 28-ci bəndinə əsasən məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadələrini inandırıcı hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş 30 aprel 2024-cü il tarixli mobil telefon aparatına baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı bir xüsusat aşkar olunmamışdır. Bundan əlavə iş materiallarına əlavə edilmiş "xxxx" MMC-dən götürülmüş və özündə giriş-çıxış zənglərini, sms mətnlərini və anten əhatə dairələri barədə məlumatları əks etdirən CD diskə baxış keçirilməsi barədə” 01 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsinə baxış keçirilən zaman cinayət işi üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs bütün ifadələrini yoxlamaqla, ifadəsinin dəyişməsinin səbəbini aydınlaşdırmaqla və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməklə onun ibtidai araşdırma zamanı ifadələrini təsir nəticəsində verməsi barədə dəlilini inandırıcı və işin hallarına uyğun hesab edir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsi Ambulator X1 29 aprel 2024-cü il tarixli, 2763 saylı həmin rəyinə, yəni Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmasına və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasına münasibət bildirib qeyd edir ki, tədqiq olunan bu rəy Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalin kapsullarını əldə etməsinin, eyni məqsədlə saxlamasının və daşımasının əsası kimi dayana bilməz. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Göstərilənlərə əsasən digər hər hansı bir sübut və ya dəlil olmadığı üçün, təqsirləndirilən şəxsin axtarış və baxış zamanı təhqiqatçının sualına verdiyi cavab, onun əlehinə istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Lakin məhkəmə baxışında təqsirləndirilən şəxs güclü təsir edən maddəni satmaq niyyəti ilə əldə etmə əməlini etiraf etməmişdir, CM-nin 240.1-ci maddədəsi ilə özünü təqsirli bilməmişdir. Hətta özünü CM-nin 240.1-ci maddəsi ilə təqsirli bilsəydidə belə, həmin əməl yalnız iş üzrə digər bütün sübutların məcmusu ilə təsdiq edilməliydi. Lakin göründüyü kimi onun CM-nin 240.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair hər hansı bir sübut mövcud deyildir, ibtidai istintaq müddətində belə bir sübut toplanılmamışdır. Eyni zamanda məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxsdə kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində narkomaniya xəstəliyinin aşkar olunmasına dair işdə olan rəyin nəticələri iş üzrə toplanmış başqa sübutlarla yanaşı ondan götürülmüş güclü təsir edən maddəni öz istifadəsi üçün əldə etməsini bir daha təsdiq etmişdir. Beləliklə məhkəmə iş üzrə toplanmış və istintaq orqanı tərəfindən mötəbər sübut kimi qiymətləndirilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, iş materiallarında olan sübutlar şəxsin təqsirli olması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verməməklə yanaşı, həmin sübutların hər biri məhkəmə istintaqı zamanı tamamilə təkzib edilmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum Qərarının 58-ci bəndinin 1-ci abzasında göstərilmişdir ki, bir neçə cinayət törətməkdə ittiham olunan və əməli cinayət qanununun bir və ya bir neçə maddəsi ilə tövsif edilən şəxs haqqında bəraət hökmü çıxarılarkən məhkəmə hökmün təsviriəsaslandırıcı hissəsində hər bir maddə üzrə təqsirləndirilən şəxsin təqsirsiz olması barədə gəldiyi nəticəni əsaslandırmalı, nəticəvi hissəsində isə ona cinayət qanununun hansı maddəsi ilə və cinayət-prosessual qanunda nəzərdə tutulmuş hansı əsasla bəraət verildiyini göstərməlidir. Həmin Qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Göründüyü kimi, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübut məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla işin həqiqi halları ilə təkzib olunmuşdur. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 240.1-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Əsas qanunun 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X5 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 240.1-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsində maddi sübutların saxlama yerində saxlanılan 01 ədəd konvalyutda ümumi təmiz çəkisi 4,2 qram olmaqla 12 ədəd preqabalin məhv edilməlidir. Həmçinin məhkəmə məsrəfləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə ekspertiza tədqiqatının dəyəri 114 manat dövlət büdcəsinə aid edilməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, hazırki iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «A.İ.M» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39.1.2, 42.1.4, 56, 62, 346-347, 349, 350, 352-353-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut – Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 01 ədəd konvalyutda ümumi təmiz çəkisi 4,2 qram olmaqla 12 ədəd preqabalin məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 114 manat dövlət büdcəsinə aid edilsin. Təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsinin mülki məhkəmə icraatı qaydasında tələb etmək hüququnun olması izah edilsin. «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «A.İ.M» Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar