Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-400/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Musayev Tural Səmid oğlunun sədrliyi, Məmmədova Təhminə Nizami qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosu Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumu ödənilməmiş, ünvan 3 qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilən ittihama əsasən, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 1 (bir) ədəd sellofana bükülmüş kibrit qutusunun içərisində təmiz çəkisi 8,66 qram kustar üsulla hazırlanmış xeyli miqdarda narkotik maddə marixuana əldə edib üzərində saxlayaraq 10 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 132 ünvanına daşımış və Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 10 iyun 2025-ci il tarixdə saat 04:44-də Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 132 ünvanının qarşısında saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofana bükülmüş kibrit qutusunun içərisində sellofan bükümdə təmiz çəkisi 8,66 qram olmaqla xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. O, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək qəti olaraq 2 il 5 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və cəzasını çəkib qurtarmışdır. Narkotik vasitə aludəçisidir. Son zamanlar qurudulmuş marixuana istifadə etməyə başlamışdır. xx.xx.2025-ci il saat 23:50 radələrində Binəqədi rayonu, Daş bazarı yaxınlığındakı ərazidə tanımadığı İran vətəndaşından mobil telefon vasitəsilə narkotik vasitə qurudulmuş marixuana sifariş vermiş, sonuncunun göndərdiyi konuma əsasən “Araz” marketin yanındakı ağacın altından götürüb üzərində saxlamışdır. Həmin narkotik vasitəyə görə 50 manat pul ödəməli olsa da heç bir ödəniş etməmişdir. xx.xx.2025-ci il saat 04:40 radələrində Nərimanov rayonu, F.X.Xoyski prospekti 132 ünvanının qarşısında olarkən mülki geyimli üç nəfər şəxs ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirməklə üzərində axtarış keçirəcəklərini bildirmiş və o buna etiraz etməmişdir. Axtarış zamanı əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofana bükülmüş kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Keçirilən bütün proseslər videoçəkilişlə qeydə alınmışdır. Üzərində həmin narkotik vasitədən başqa qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra onlar birlikdə Nərimanov RPİ-nin 18-ci PŞ-nə getmiş, orada təhqiqatçı tərəfindən aşkar edilərək üzərindən götürülmüş narkotik vasitə marixuanaya onun iştirakı ilə yenidən baxış keçirilmiş və yenidən zərfə qoyulmuş, qablaşdırılmışdır. Qablaşdırılmış zərf möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf o və iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır, ailəlidir, arvadı və iki yaşlı qızı ilə birlikdə yaşayır. Ailəni dolandıran yeganə şəxs odur. Barəsində cəza təyin olunarkən bu halların nəzərə alınması xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nərimanov RPİ-nin 18-ci PŞ-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, xx.xx.2025-ci il saat 04 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olması və hazırda Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektində olması barədə məlumat daxil olmuş, dərhal həmin məlumat rəhbərliyə məruzə edilmiş, müvafiq sənədləşmə aparıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospektinə getmişlər. Həmin vaxtı Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 132-də dayanan Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etmiş və ona narkotik maddə daşımaqda şübhəli olması barədə məlumat verildikdən sonra video çəkilişlə üzərində qanunsuz saxlanılan narkotik vasitə, əşya və predmet varsa könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynindəki qara rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofana bükülmüş kibrit qutusunu və sağ yan cibindən 01 ədəd mobil telefonu təqdim etmişdir. Sonra onlar Şəhriyarın təqdim etdiyi bir ədəd sellofana bükülmüş kibrit qutusuna baxış keçirmişlər. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlənin marixuana kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanımadığı İran İslam Respublikası vətəndaşından əldə etdiyini və üzərində daşıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofana bükülmüş kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuana zərfə qoyularaq qablaşdırılıb imzalanmış və bu barədə protokol tərtib olunmuş, iştirakçılar protokolu imzalamışlar. Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin 18-ci PŞ-nə apardıqdan sonra təhqiqatçı tərəfindən video çəkilişlə onun üzərindən aşkar edilərək 01 ədəd zərfdə qablaşdırılmış sellofana bükülmüş kibrit qutusuna baxış keçirilmişdir. Baxış zamanı kibrit qutusunun içərisində kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofana bükülmüş kibrit qutusunun içərisindəki narkotik vasitə qurudulmuş marixuana kağız zərfə qoyularaq möhürlənməklə qablaşdırılmış və zərfin üzəri imzalanmışdır. Məhkəmə iclasında şahid Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında iştirak etməyən şahid - Nərimanov RPİ-nin 18-ci PŞ-nin Cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq orqanına verdiyi oxşar məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsin saxlanılması və üstünün yoxlanılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi bildirilmiş və Təqsirləndirilən şəxs qara rəngli şalvarın sol yan cibindən cibindən 01 ədəd “Samsung” markalı telefonu və 01 ədəd sellofana bükülmüş kibrit qutusunun içərisinə doldurulmuş, yaşıl rəngli, qurudulmuş halda, spesifik qoxuya malik maddəni təqdim etmişdir. Qeyd olunan maddəni xx.xx.2025-ci il tarixində Binəqədi rayonu, Daş bazarı yaxınlığında ara məhəllədə ağacın altından götürdüyünü bildirmişdir. Bundan sonra 01 ədəd sellofana bükülmüş kibrit qutusunun içərisinə doldurulan yaşıl rəngli, qurudulmuş halda, spesifik qoxuya malik maddə qablaşdırılmış və 224 saylı möhürlə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Təqdim olunan maddi sübuta baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 18-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il saat 04:44 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 132 ünvanında Təqsirləndirilən şəxs saxlanılarkən üzərindən aşkar edilmiş 01 ədəd sellofana bükülmüş kibrit qutusunun içərisində olan yaşıl rəngli, spesifik qoxuya malik, qurudulmuş halda maddəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs təqdim edilən maddənin narkotik vasitə hesab olunan "marixuana" olduğunu bildirmişdir. Həmin narkotik vasitəyə bənzər maddə iştirakçıların və Təqsirləndirilən şəxs iştirakı ilə qablaşdırılmış, 234 nömrəli möhürlə möhürlənmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokollardan görünür ki, görüntülər Təqsirləndirilən şəxs saxlanılması və üstünün yoxlanılması, həmçinin təqdim olunan maddi sübuta baxış keçirilməsi zamanı qeydə alınmışdır. Şəxsin saxlanılması və üstünün yoxlanılması haqqında, habelə təqdim olunan maddi sübuta baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokolların məzmunu həmin görüntülərlə eynilik təşkil edir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 7/854 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdə bir ədəd kibrit qutusunda təmiz çəkisi 8,66 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 8,66 qram, tədqiqata sərf edilmişdir 0,02 qram, qalıq 8,64 qramdır. Aparılmış tədqiqatın dəyəri 72 manat təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3454 saylı rəyinə əsasən müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorlann birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd sellofana bükülmüş kibrit qutusunun içərisində təmiz çəkisi 8,66 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış, qalıq qalmış 8,64 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana saxlanması üçün Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs saxlanılması və üstünün yoxlanılması, həmçinin təqdim olunan maddi sübuta baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü 02 ədəd “CD” disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılması qərara alınmışdır. Hüquqi məsələlər, məhkəmənin gəldiyi nəticə və hüquqi mövqeyinin əsasları: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə aparılması, diskə baxış keçirilməsi haqqında, həmçinin digər istintaq hərəkətləri haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən başqa dəlillərlə təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nın “Narkotik vasitələr” adlı İ siyahısına əsasən qurudulmuş marixuananın aşağı həddi 5 qram olduqda xeyli, 500 qram olduqda külli, aşağı həddi 50000 qram olduqda isə xüsusilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 06:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə şübhəli bilindiyinə görə tutulmuşdur. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan edilmişdir. Həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi və barəsində həbslə bağlı olmayan qətimkan tədbirinin seçilməsi barədə Bakı şəhəri Nərimanov rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, dərhal saxlanıldığı MSY-dən azad edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(022)- 362/2022 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, tutulduğu 1 gün azadlığın məhdudlaşdırılması cəzasına hesablanmaqla üzərində qəti olaraq 2 il 5 ay 28 gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(022)-362/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək təyin edilmiş 2 il 5 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını xx.xx.2025-ci il tarixdə çəkib qurtardığı üçün qeydiyyatdan çıxarılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs azyaşlı uşağın olmasını, əməlini etiraf etməsini və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs əvvəllər eyni xarakterli cinayət əməlini törətdiyinə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmasına və qeyd olunan cəzanı xx.xx.2025-ci il tarixdə çəkib qurtarmasına baxmayaraq üç ay müddət keçmədən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət əməli törətmişdir. Göründüyü kimi şəxsə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsa da onun islah olunması və yeni cinayət törətməsinin qarşısını almaq kimi cəzanın məqsədinə nail olmaq mümkün olmamışdır. Azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmaması və bununla da cəzanın məqsədinə nail olunmaması halında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ittiham olunduğu hazırkı cinayət əməlinə görə daha ciddi, yəni azadlıqdan məhrum etmə cəzasının təyin olunması məqsədə müvafiq hesab edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini müəyyən edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti müəyyən olunarkən onun törətdiyi əməli etiraf etməsi və əməlindən səmimi peşmanlıq çəkməsi, himayəsində azyaşlı uşağın olması, cəzanın ailəsinin həyat şəraitinə təsiri, əldə edilmiş narkotik vasitənin növü və miqdarı nəzərə alınmalıdır. Məhkəmə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün elan edildiyi tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilməli və dərhal məhkəmə iclas zalından həbs edilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata götürülməsi nəzərə alınmalı, iş üzrə maddi sübut - 8,64 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 20 iş saatı üçün 220 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 4 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza müddətinin əvvəli hökmün elan olunduğu - xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək hökm qanuni qüvvəyə minənədək barəsində həbs qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti Bakı İstintaq Təcridxanasına keçirilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi nəzərə alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Nərimanov RPİ-nin “Maddi sübutların saxlanması” otağında saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 8,64 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üstünün yoxlanılması, təqdim edilmiş maddi sübuta baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərin köçürüldüyü 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 72 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə köçürülsün. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə edən “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 manat olmaqla 20 iş saatı üçün 220 manat məbləğində vəsait Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Tural Musayev
Məhkəmə qərarları › İş №1(005)-400/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-400/2025
31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver