Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-402/2022 22.09.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1973-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumlugu olmayan, Bakı şəhəri Nərimanov rayonu H.Məmmədov küçəsi 9-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 25 oktyabr 2021-ci il tarixdə saat 18:20 radələrində ünvan 1 ünvanda yerləşən “X8” gözəllik salonuna girişçıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edib daxil olaraq orada Zərərçəkmiş şəxs6 pəncərə altında, sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan ***-***-**-** GSM nömrə ilə istifadə olunan, arxa qoruyucu hissəsində 285 manat pulla birlikdə 2200 manat dəyərində “İphone 11” markalı mobil telefonu talayıb, Zərərçəkmiş şəxs6 2490 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 25 mart 2022-ci il tarixdə saat 20:15 radələrində ünvan 2 ünvanda yerləşən “Ay VİP” qadın gözəllik salonuna giriş-çıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edib daxil olaraq orada Zərərçəkmiş şəxs2 qızının masa üzərində, sonuncuya məxsus balansında 15 manat dəyərində konturu olan ***-***-**-** GSM nömrə ilə istifadə olunan, 2700 manat dəyərində “İphone 12 Pro Max” markalı mobil telefonu talayıb, Zərərçəkmiş şəxs2 2715 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 28 mart 2022-ci il tarixdə saat 20:03 radələrində ünvan 3 ünvanda yerləşən “Tre Fiori” gül mağazasına giriş-çıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edib daxil olaraq orada Zərərçəkmiş şəxs3 Kalam oğlunun masa üzərində sonuncuya məxsus balansında 30 manat dəyərində konturu olan ***-***-**-** GSM nömrə ilə istifadə olunan, 1300 manat dəyərində “İphone 12 Pro Max” markalı mobil telefonu talayıb, Zərərçəkmiş şəxs3 1330 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 11 aprel 2022-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanda yerləşən “Bakı Estetik” gözəllik salonuna giriş-çıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edib daxil olaraq orada Zərərçəkmiş şəxs4 masa üzərində sonuncuya məxsus balansında 02 manat dəyərində konturu olan ***-***-**-** GSM nömrə ilə istifadə olunan, 2600 manat dəyərində “İphone 12” markalı mobil telefonu talayıb, Zərərçəkmiş şəxs4 2602 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 11 aprel 2022-ci il tarixdə saat 19.30 radələrində ünvan 6 ünvanda yerləşən “X7” gözəllik salonuna giriş-çıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edib daxil olaraq orada Zərərçəkmiş şəxs5 masa üzərində sonuncuya məxsus balansında 5 manat dəyərində konturu olan ***-***-**-** GSM nömrə ilə istifadə olunan, arxa qoruyucu hissəsində 500 manat pulla birlikdə 350 manat dəyərində “Samsung A70” və balansında 3 manat dəyərində konturu olan ***-***-**-** GSM nömrə ilə istifadə olunan, 80 manat dəyərində “SamsungS5” markalı mobil telefonu talayıb, Zərərçəkmiş şəxs5 938 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını gizli yolla talama məqsədi ilə 12 aprel 2022-ci il tarixdə saat 19.30 radələrində ünvan 7 ünvanda yerləşən “Lovely” gül mağazasına giriş-çıxışı sərbəst olan qapısının açıq olmasından istifadə edib daxil olaraq orada Zərərçəkmiş şəxs1 masa üzərində olan sonuncuya məxsus 3500 manat dəyərində “İphone 13 Pro max”, balansında 15 manat dəyərində konturu olan ***-***-**-** GSM nömrə ilə istifadə olunan, 700 manat dəyərində “İphone X” və balansında 15 manat dəyərində konturu olan ***-***-**-** GSM nömrə ilə istifadə olunan, 200 manat dəyərində “Samsung A10S” markalı mobil telefonları talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 4430 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 177.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2021-ci və 2022-ci illərdə iş yeri olmadığından arabir yalnız mobil telefon oğurlayaraq müxtəlif yerlərdə mağazalarda sataraq pul əldə edib, ehtiyaclarına xərcləmişdir. xx.xx.2021-ci il tarixdə saat 18.20 radələrində özü tək ünvan 8 ünvanda yerləşən “X8” gözəllik salonunun arxa tərəfinə keçdikdə binanın blokundan salona daxil olmağa yer görərək həmin qapıdan da kişilər üçün lazer epilasiyası üçün giriş qapısından salona daxil olmuşdur.Orada şəxslər olsada Təqsirləndirilən şəxs əhəmiyyət verən olmadığından həmin qapıdan digər otağa keçdikdə pəncərənin alt tərəfinə qoyulmuş “İphone 11” markalı mobil telefon görüb dərhal götürərək cibinə qoyub gəlmiş olduğu yerdən də qayıtmışdır. Kənarda baxdıqda arxa hissənin qoruyucusunu çıxartdıqda görmüşdür ki, 285 manat pul da vardır. Təqsirləndirilən şəxs həmin pulu da götürüb daha sonra isə mobil telefonu Bakı şəhəri Nəsimi rayonu 28 may metrostansiyası yaxınlığında tanımadığı şəxsə 500 manata satmışdır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 20.15 radələrində ünvan 2 ünvanda olarkən “Ay Vip” adlı qadın salonunun qarşısından keçərkən oğurluq etmək istədiyindən qapını əli ilə açdıqda görmüşdür ki, açıqdır. Bundan sonra içəriyə daxil olub baxdıqda heç kimin olmadığından, orada olan qadınların içəri otaqda başları qarışaraq iş gördüklərindən otaqda olan masa üzərində mobil telefonu götürüb cibinə qoyub dərhal da tərk etmişdir. Həmin telefonu isə mən 28 may metrostansiyası yaxınlığında yerləşən hazırda xatırlamadığı mağazanın birinə 300 manata satmışdır. Satarkən isə bildirmişdir ki, mobil telefon özünə məxsusdur. Bundan başqa Təqsirləndirilən şəxs 28 mart 2022-ci il tarixdə saat 20.05 radələrində özü tək ünvan 15 ünvanda yerləşən “Tre Fiori” gül mağazasına daxil olub, orada heç kimin olmadığını görüb masa üzərində olan İphone 11 Promax markalı mobil telefonu oğurlamışdır. Həmin telefonu harada satdığını xatırlamamışdır. Bundan başqa 11 aprel 2022-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanda yerləşən “Bakı Estetik” qadın gözəllik salonuna daxil olduqda görmüşdür ki, heç kim yoxdur. Təqsirləndirilən şəxs bundan sonra masa üzərində olan “İphone 12” markalı mobil telefonu götürərək cibinə qoyub dərhal da salonu tərk etmişdir. Həmin telefonu isə 3cü mkr dairəsi yaxınlığında yerləşən telefon mağazalarının birində işləyən Rəfail adlı şəxsə 450 manata satmışdır. Telefonu satarkən bildirmişdir ki, özünə məxsusdur ehtiyacdan satır. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat təxminən 19 radələrində özü tək ünvan 6 ünvandan keçərkən “Şehli Beauty” qadın gözəlik salonuna daxil olub orada işləyən şəxslərin başqalarının qarışıq olmasından istifadə edərək dolab üzərində olan 02 ədəd Samsung markalı mobil telefonları oğurlayaraq cibinə qoyub 3-cü mkr dairəsi yaxınlığında tanımadığı şəxsə 200 manata satmışdır. Lakin həmin telefonların birinin arxasında 500 manat pul olduğunu görməmişdir. Əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 19.30 radələrində ünvan 11 ünvanda yerləşən gül mağazasının qarşısından piyada keçən zaman mağazanın açıq olduğunu və içəridə heç kimin olmadığını görüb yalandan müştəri qismində mağazaya daxil oldub içəridə heç kimin olmadığını və oradakı satış masasının üzərində 03 ədəd mobil telefon olduğunu görmüşdür. Ətrafa baxıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra masanın üzərində olan “İphone 13 Pro max”, 01 ədəd “İphone X”, 01 ədəd “Samsung A10S” markalı mobil telefonları götürüb dərhal mağazanı tərk etmişdir. Həmin telefonları isə həmin gün 3-cü mikrorayon dairəsində yerləşən telefon mağazasında işləyən Fərid adlı şəxsə 03 ədəd telefonu 700 manata satmışdır. Həmin razılığa görə 425 manat nəğd pul və 275 manat dəyərində isə Samsung J6 markalı mobil telefon almışdır. Belə ki, Təqsirləndirilən şəxs telefonları satarkən bildirmişdir ki, özünə məxsusdur, ehtiyacdan satır, özünə məxsus sənədinin surəti əsasında satmışdır. Daha sonra 16 aprel 2022-ci il tarixdə günorta vaxtlarında onu polis əməkdaşları saxlayıb Nərimanov RPİ-nin 18-ci PŞ-nə gətirmişr və etdiyi əməlləri etiraf etmişdir. Satmış olduğu telefon mağazasının yəni 3-cü mkr dairəsi yaxınlığında yerləşən Fəridin işlədiyi yeri 18-ci PŞ-nə göstərmişdir. Oğurladığı telefonları müxtəlif yerlərdə mağazalara satmış və mağazalardan bəzilərini hazırda xatırlamır. Etdiyi əməllərə görə peşmançılıq hissi keçirdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, ünvan 7 ünvanda yerləşən “Lovely” gül mağazasını icarə olaraq işlədir. Mahiyyəti üzrə bildirmişdir ki, mağazaya şəkillər çəkilməsindən ötrü və gələn zənglərə cavab verilməsindən ötrü telefonlar alınmış və həmin telefonlarda mağazanın masa üzərində olur. Belə ki, 12 aprel 2022-ci il tarixdə saat 19.30 radələrində mağazada istifadə olunan bir ədəd İphone X markalı, bir ədəd İphone 13 Promax markalı və Samsung A10S markalı mobil telefonları masa üzərinə qoymuşdur. Daha sonra isə işi ilə bağlı qısa müddətli arxa otağa keçmişdir. Sonra qayıtdıqda görmüşdür ki, həmin müştəri orada yoxdur və mobil telefonları da masa üzərindən oğurlanmışdır. Zərərçəkmiş şəxs1 həmçinin mağazaya quraşdırılmış kameralara baxış keçirərkən məlum olmuşdur ki, həmin naməlum şəxs heç kimin görmədiyi halda mobil telefonları oğurlayır. Dərhal o bundan sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Onun məlumatı əsasında Nərimanov RPİ-nin 18-ci PB-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Daha sonra isə ona məlum olmuşdur ki, mobil telefonlarını oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır və qeyd etmişdir ki, oğurlanmış telefonlara görə ümumilikdə 4430 manat maddi ziyan dəymişdir. Ona dəyən zərər ödənilmişdir. Hazırda şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 qızı ifadəsində göstərmişdir ki, o, təxminən 2 ildir ki, ünvan 2 ünvanda yerləşən “Ay Vip” gözəllik salonunda saç ustası işləyir. Belə ki, 25 mart 2022-ci il tarixdə saat 20.15 radələrində işdə olduğu zaman istifadəsində olan ”İPHONE 12 Pro Max” markalı, **********44133 və **********91429 imei kodlu mobil telefonunu masa üzərinə qoyub, işi ilə bağlı digər otağa keçmişdir. Təxminən 5 dəqiqə sonra yenidən telefonunu qoyduğu otağa qayıtdıqda görmüşdür ki, telefonu masa üzərində yoxdur. İlk əvvəl telefonunu başqa yerə qoyduğunu fikirləşsə də daha sonra salonda quraşdırılmış videogörüntüyə baxdıqda görmüşdür ki, naməlum kişi cinsindən olan təxminən 45-50 yaşda olan kişi ani olaraq otağa daxil olur və masa üzərindən telefonu götürərək tərk edir. O, bundan sonra DİN-in 102 xidmətinə müraciət etmiş və müraciəti əsasında Nərimanov RPİ-nin 18-ci PŞ-dən polis əməkdaşları gələrək hadisə yerinə və videomüşahidə kameralarına baxış keçirtmişlər. Daha sonra isə baş vermiş oğurluq hadissi barədə ərizə ilə müraciət etmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 Kalam oğlu ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildir ki, ünvan 15 ünvanda yerləşən “Tre Fiori” gül mağazasını sahibkar olaraq işlədir. Mahiyyəti üzrə bildirmişdir ki, 28 mart 2022-ci il tarixdə saat 20.03 radələrində istifadəsində olan, mağaza üçün istifadəyə verilmiş ”İPHONE 11 Pro” markalı, **********072523 imei kodlu mobil telefonu masa üzərində olmuşdur. Həmin müddətdə naməlum şəxs mağazaya alıcı kimi daxil olaraq işçilərin başının qarışıq olmasından istifadə edib, orada masa üzərində olan qeyd edilən mobil telefonu gizli olaraq oğurlamışdır. Zərərçəkmiş şəxs3 bundan sonra mağazanın daxilinə quraşdırılmış videogörüntüyə də baxış keçirmiş və bundan sonra polisə məlumat vermişdir. Məlumatın əsasında Nərimanov RPİ-nin 16-cı PB-nin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Daha sonra isə ona məlum olmuşdur ki, mobil telefonu oğurlayan şəxs Təqsirləndirilən şəxsdur. O, həmin şəxsi əvvəllər tanımamış və oğurluq nəticəsində ona 1330 manat maddi ziyan dəymişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o, 11 aprel 2022-ci il tarixdə saat təxminən 11 radələrində ünvan 12 ünvanda yerləşən “Bakı Estetik” qadın gözəllik salonuna gəlmiş, bir saata kimi həmin salonda olarkən digər otaga keçmiş və daha sonra aşkar etmişdir ki, istifadəsində olan İphone 12 markalı mobil telefonu masa üzərindən oğurlanmışdır. Daha sonra polisə müraciət etmiş və hadisə yerinə baxış keçirilmişdir. Ümumilikdə ona 2602 manat maddi ziyan dəydiyini qeyd etmişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 09:00- da işə gəlmiş və işləri ilə məşğul olub saat 19:30- da iki ədəd üzərində ***-***-**-** saylı nömrə olan SAMSUNG S5 və üzərində ***-***-**-** saylı nömrələri olan, kabrasının arasına 500 manat qoyduğu SAMSUNG A70 markalı mobil telefonlarını salonda masanın üzərinə qoyub, öz iş otağına keçib aparatları söndürmüşdür. Geri qayıdıb telefonlarını götürüb evə getmək istəyərkən telefonları qoyduğu masanın üzərində tapmadığından axtarsada tapa bilməmişdir. İş yoldaşından telefonunu alıb ***-***-**-** və ***-***-**- ** saylı telefonlarına zəng vursada, telefonlarına zəng çatmadığından telefonlarının oğurlandığına əmin olmuşdur. Sonra salonun müşahidə kamerasının yaddaşına baxdıqda həmin zaman 35-40 yaşlı uca boy, arıq, ayaqları əyri və sifətində maska olan bir nəfər şəxsin salona girdiyini, onun telefonlarını qoyduğu masanın üzərindən götürüb cibinə qoyub asta yerişlərlə salondan çıxıb getdiyini aşkar etmişdir. Bu barədə Binəqədi RPİ 5-ci PB-nə hadisə barədə məlumat vermiş ərizə yazmış və polis əməkdaşları salonun müşahidə kamerasına baxıb hadisənin əksi olunmuş hissəni götürmüşdürlər. Zərərçəkmiş şəxs5 qeyd etmişdir ki, baş vermiş oğurluq hadisəsinə görə ona 938 manat maddi ziyan dəymişdir. Hazırda şikayətçidir. Məhkəmə iclasına zərərçəkmiş qismində çağırılmış Zərərçəkmiş şəxs6, şahidlər X3, Şahid2, Şahid3, Şahid4 və Şahid5 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi materiallarına əlavə edilmiş 05 ədəd CD diksdə əks olunmuş videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntüyə baxarkən bildirmişdir ki, həmin şəxs yəni, ünvan 4 ünvanda yerləşən ünvan 14n Ay Vip gözəllik salonundan, Binəqədi rayonu Naxçıvani küçəsi 93B saylı ünvanda yerləşən Shehly qadın salonundan ünvan 15 ünvanda yerləşən Tri Friori gül mağazasından və ünvan 7 ünvanda yerləşən Lovely gül mağazasından oğurluq edən şəxs onun özüdür və qeyd olunan ünvanlardan mobil telefonları oğurlamışdır. “Tutulma haqqında” 16 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsə ittihamın elan edilməsi haqqında” 18 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMin 177.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-437/2022 saylı, 18 aprel 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 16 aprel 2022-ci il tarixdən hesablanmışdır. DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş, məhkumluq ödənilmişdir. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli, 9\2797 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mobil telefonların komplektləşdirilməsinə daxil edilən aksesuarlarların olmaması və işlənmə dərəcələri nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi təxmini dəyəri 2440 manat müəyyən olunur. Ekspertiza tədqiqatı dəyəri 50 manatdır. Məhkəmə ekspertiza mərkəzinin xx.xx.2022-ci il tarixli, 9\2884 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 1 ədəd iphone 12 marlakı mobil telefonların komplektləşdirilməsinə daxil edilən aksesuarlarların olmaması və isitismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin aprel ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1200.0 manat müəyyən edilir. Ekspertiza tədqiqatı dəyəri 50 manatdır. “Sübutların qiymətəlndirilməsi və maddi sübut kimi tanınma haqqında” 04 iyun 2022-ci il tarixli qərardan görünür ki, X2 oğurluq etməsi faktı üzrə həmin oğurluq hadisələrini özündə əks etdirən 05 ədəd CD diskə köçürülmüş videogörüntülər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kim tanınmış və saxlanılması üçün cinayət işi materiallarına əlavə edilmişdir.Cinayət işi üzrə Zərərçəkmiş şəxs1 məxsus 3 ədəd İphone 13 Pro max, İphone X və Samsung A10S markalı mobil telefonlar maddi sübut kimi tanınmış və təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər iş materialları ilə tanış olduqdan sonra sahibinə saxlanılması üçün qaytarılmışdır. Məhkəmə iclasında zərəçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 yazılı ərizə təqdim edərək cinayət işi üzrə təqsirləndirilən şəxs Rəhimov X4 qarşı şikayətinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini qeyd edərək gələcəkdədə hər-hansı tələbi olmayacağını bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarına görə mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir (2-ci bənd); təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir (7-ci bənd); yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir (19-cu bənd). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 09 iyun 2011-ci il tarixli Qərarında qeyd olunur: «CM-in 177-ci maddəsi oğurluğu özgənin əmlakını gizli olaraq talama kimi müəyyən etmişdir. Talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Götürmənin gizli üsulu oğurluğu talamanın başqa formalarından fərqləndirir. Oğurluq zamanı təqsirkar zərərçəkmişin əmlakını onun iradəsindən kənar, gizli götürərək öz sərəncamına keçirir. Götürmənin gizliliyi dedikdə, cinayətin həm mülkiyyətçidən, həm də digər şəxslərdən xəbərsiz həyata keçirilməsi başa düşülür. Oğurluq cinayətinin obyekti qismində mülkiyyət münasibətləri çıxış edir. Bu cinayət əməlinin obyektiv cəhəti özgənin əmlakını gizli talamada ifadə olunur. Oğurluq subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında, tamah məqsədilə törədilir. CM ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir.» Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslərdən birinin şikayətçi olmamasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. (Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsi) Məhkəmə, həmçinin, hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən, yəni 16 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 16 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut - 05 ədəd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış İphone 13 Pro max, İphone X və Samsung A10S markalı mobil telefonların Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ41NABZ********************, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ******************** SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (bir yüz əlli) manat dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim :Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-402/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-402/2022
22.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver