Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-404/2023 07.08.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi İsmayılov Pərvin Pərviz oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş - X2 iştirakları ilə, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Gələcək Azərbaycan Partiyasının (GAP) qanuni təmsilçisi və sədri X8 onun barəsində böhtan, yəni yalan olduğunu bilə-bilə şərəf və ləyaqətimi ləkələyən, onu dövlət və cəmiyyət arasında nüfuzdan salan sədri olduğu partiya adından bəyanat yazaraq kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında - qanuni təmsilçisi və rəhbəri olduğu GAP-ın rəsmi Facebook səhifəsində yaymışdır. X8 barədə Nərimanov Rayon Məhkəməsinə 4 iyul 2023-cü il tarixdə təqdim etdiyi xüsusi ittiham qaydasında şikayət məhkəmənin xx.xx.2023-cü il tarixli 1(005)-371/2023 №-li qərarı ilə (hakim Gültəkin Əsədova) məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilmişdir. Qərarda qeyd olunan çatışmazlıqları tam aradan qaldıraraq xüsusi ittiham qaydasında şikayətimi həmin məhkəməyə yenidən təqdim etdiyini bildirmişdir. X8 barəsində “Adı qalmaqalda hallanan Eldar İsmayılovla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə səbəb olan nifrət, qərəz dolu əxlaqdankənar leksik məzmunlu söz və ifadələrdən, jestlərdən istifadə etməklə kəsgin bəyanat yazmış, onu dövlət hakimiyyəti əleyhinə ağır cinayətdə günahlandırmış,bu azmış kimi, həm də barəmdə yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan, konkret vəzifəli şəxslərin himayəsi altında Bakının mərkəzində ərazi zəbt edərək orada tikinti aparma cinayətlərini törətməkdə ittiham etməklə ona böhtan atmış, həmin bəyanatı 4 aprel 2022-ci ildə qanuni təmsilçisi və sədri olduğu Gələcək Azərbaycan Partiyası (GAP) adından kütləvi nümayiş etdirilən internet resursunda - partiyanın rəsmi feysbuk səhifəsində dərc etmiş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2. və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məsələyə aydınlıq gətirmək üçün qeyd etmişdir ki, 12 fevral 2022-ci il tarixdə saat 12:04də hüquqi və faktiki ünvanı Nəsimi rayonunda olan “BAKU.WS” saytına istinadla onlarla saytda barəmdə “Vəzifədən getmək üçün yarım milyonu şərt qoyan Eldar İsmayılov kimdir?” başlığı altında bədxahlarım tərəfindən təşkil olunmuş və başdan ayağa böhtan olan qərəzli informasiya tirajlanıb. Bu məsələ barədə saytlara qarşı Nəsimi rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət vermişdir. Yazı müəllifləri olan fiziki şəxslər barədə məlumat olmadığı üçün məhkəmə şikayətini icraata qəbul etmədi. Bundan sonra, bir sıra saytların rəhbərlərinə yazı müəllifinin kim olması və onun sayta hansı məsul əməkdaşın yerləşdirdiyi barədə sorğu göndərmiş, qənaətbəxş cavab almadığı üçün Ombudsmana şikayət göndərmişdir. Nəticədə yazını ilkin dərc edən BAKU. WS MMC-nin direktoru Orxan Məmmədov müəyyən edildi, haqqında inzibati protokol tərtib edilərək məhkəməyə göndərildi və o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə 500 manat cərimələndi. Barəsində şikayət etdiyi azsiyaset.com, pravda.az, pia.az və s. saytlardan isə Ombudsmanın tələbi ilə böhtan yazı çıxarıldı. Qarayaxma kompaniyasının əsas təşkilatçəlarından olan O. Məmmədov barəsində hüquqi müstəvidə mübarizəmi davam etdirirəm (“BAKU.WS” saytında verilən böhtan yazının Print Screen edilmiş görüntüsünü təqdim etmişdir). Bu yaxınlarda tanışlarından biri ona zəng edərək bildirdi ki, barəsində Gələcək Azərbaycan Partiyasının (GAP) kəsgin bəyanatını oxuyub. İnternetdə axtarış edib tapdı ki, Gələcək Azərbaycan Partiyasının (GAP) aşağıda qeyd etdiyim linklər üzrə bir sıra saytlarda və sosial çəbəkələrdə barəsində “Adı qalmaqalda hallanan Eldar İsmayılovla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında böhtan bəyanat yayaraq ony ağır dövləti cinayətdə günahlandırıb. Məsələdən xəbər tutan kimi Gələcək Azərbaycan Partiyası (GAP) barədə müfəssəl məlumat əldə etmək istədim. İnternet resurslarında bu partiyanın adı çəkilsə də sədrinin Ağasif Şakir oğlu adlı şəxs olmasından başqa, ünvanı, əlaqə vasitələrə və s. barədə heç bir bilgi tapmaq mümkün olmadı. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin elektron poçtuna sorğu göndərərək Gələcək Azərbaycan Partiyasının hüquqi ünvanı, qanuni təmsilçisinin və sədrinin adı, soyadı, ata adı barədə məlumat aldım. 11 fevral 2023-cü ildə həmin ünvana Azərpoçtun 73 saylı filialından sifarişli qaydada barəsində xüsusi ittiham qaydasında şikayət verdiyim X5 (Gələcək Azərbaycan Partiyasının (GAP) qanuni təmsilçisi və sədri) yazılı sorğu göndərdim. Sorğuda onun göndərilməsinin səbəbi barədə müfəssəl məlumat verməklə konkret olaraq yazdığı suallara aydınlıq gətirməsini, həmçinin həmin bəyanatın onlayn media subyektlərindən, sosial şəbəkədən çıxarılmasını, həmin yazıların yerinə əhatəli təkzib verilməsini və atdıqları böhtaana görə ondan üzr istənilməsini bildirdi. Sorğunu qanunvericiliyin tələblərinə görə ən geci 7 iş günü ərzində cavablandırmalı olduğu halda cavabdeh vəzifəli şəxs X8 hərəkətsizlik nümayiş etdirdi. Onu ağır cinayətdə təqsirləndirən böhtan bəyanat isə onlayn media subyektlərində və Feysbuk sosial çəbəkəsində hələ də yayımlanmaqda davam edir. Nərimanov Rayon Məhkəməsinə yazılı sorğuma “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun göstərişlərinə uyğun qaydada, sübutedici sənədlərin təsdiqlənmiş surətlərini təqdim etməklə ən qısa müddətdə yazılı cavab verməsi öhdəliyinin Gələcək Azərbaycan Partiyasının sədri və qanuni təmsilçisi cavabdeh X4 üzərinə qoyulması tələbi ilə iddia ərizəsi göndərmişdir.X8 barəsində qanuni təmsilçisi və sədri olduğu Gələcək Azərbaycan Partiyası (GAP) adından “Adı qalmaqalda hallanan Eldar İsmayılovla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan, dövləti sabotaj etmək, yüksək çinli məmurların himayəsi altında Bakının mərkəzində, strateji bir yerdə ərazi zəbt etməklə orada qanunsuz tikint aparmaq cinayətlərini törətməkdə ittiham etməkləOna böhtan atmış, kütləvi informasiya vasitəsində və kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yaymaqla ona və yaratdığı, 28 ildən bəri rəhbəri olduğuAzərbaycan X1 (AİJA) kimi nüfuzlu bir təşkilata ağır maddi və mənəvi zərər vurmuş, bununla da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində göstərilən cinayət əməlini törətmişdir. Maddi və mənəvi zərər ondan ibarətdir, həmişə ona və təşkilatına böyük hörmət bəsləyən əlaqədar rəhbər dövlət və ictimai təşkilatların, sponsor şirkətlərinin başçıları onlara münasibəti mənfiyə doğru dəyişmiş fəaliyyətilərinə dəstəyi dayandırmışlar. Son 2 ildə AİJA-nın bank hesabına sponsorları yardımları tamamilə kəsilmişdir. Onları mühüm dövlət tədbirlərinə, demək olar ki, dəvət etmirlər. Bunlar həmin böhtanlarla əlaqədar şərəf və ləyaqətinin, işgüzar nüfuzunun kəsgin şəkildə aşağı enməsinin nəticəsidir. Son olaraq o, xahiş etmişdir ki, “Adı qalmaqalda hallanan Eldar İsmayılovla bağlı kəskin bəyanat: Dövlət sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında təmsil etdiyi Gələcək Azərbaycan Partiyası (GAP) adından bəyanat yazmaqla, kütləvi informasiya vasitələrində və kütləvi nümayiş etdirdiyi halda internet informasiya ehtiyatında yaymaqla barəmdə yalan olduğunu bilə-bilə, şərəf və ləyaqətimi ləkələyən, məni nüfuzdan salan, dövləti sabotaj etmək, yüksək çinli məmurların himayəsi altında Bakının mərkəzində, strateji bir yerdə ərazi zəbt etməklə orada qanunsuz tikinti aparmaq cinayətlərini törətməkdə ittiham edən, ona böhtan atan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində təsbit olunan cinayət əməli törətməsi faktı tanınsın və barəsində müvafiq hökm çıxarılsın; Ona vurduğu ağır mənəvi ziyana görə Gələcək Azərbaycan Partiyasından və X3 xeyrimə 50 000 (əlli min) manat tutulsun; “Adı qalmaqalda hallanan Eldar İsmayılovla bağlı kəskin bəyanat: Dövləti sabotaj etmək yolverilməzdir və ən ağır cinayətdir!” başlığı altında Gələcək Azərbaycan Partiyası (GAP) adından yayılan bəyanatın saytlardan və fasebook sosial şəbəkəsinde silinməsi, əhatəli təkzib verilməsi və Eldar İsmayılovdan üzr istənilməsi öhdəliyi Gələce Azərbaycan partiyasının (GAP) qanuni təmsilçisi və sədri X6 üzərinə qoyulsun. Xüsusi ittiham qaydasında şikayətdə, barəsində şikayət verilən şəxs kimi göstərilmiş X8 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə X4 iştirakı olmadan məhkəmənin hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib edilməməsi səbəbinə görə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ilkin olaraq aşağıda sadalananlara əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun deyildir, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfındən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfındən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə Məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1- 293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bununla da, X2 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, barəsində xüsusi ittiham qaydasında şikayət vermiş X7 barəsində şəxsi məlumatları (yaşayı yeri CPM-nin 293.3.1-ci maddəsinin tələbi üzrə) tam qeyd etməmiş, o cümlədən xüsusi ittiham qaydasında şikayətin verildiyi yeri (CPM-nin 293.3.6-ci maddəsinin tələbi üzrə) qeyd etməmişdir. Bundan başqa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-4.5-ci maddəsində hüquqi şəxslərə cinayət-hüquqi tədbirlər bu Məcəllənin 137, 144, 144-1, 144- 2, 144-3, 167–169, 169-1, 170–171-2, 192-2, 193-1, 194, 200-1, 200-2, 206.2-206.4, 206- 1, 214–220, 233, 234, 237, 240, 242-244-1, 259-261, 271–284, 303.2, 308, 311, 312, 312- 1, 313, 315, 316-1, 316-2, 320 və 323–326-cı maddələri ilə nəzərdə tutulmuş əməllərin törədilməsinə görə tətbiq edilir. Hüquqi şəxsə münasibətdə Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət hüquqi tədbirlərin tətbiqi nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə Məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə belə hesab edir ki, X4 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi Azərbaycan Respublikasının CPM-si ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, eləcə də hüquqi şəxslər barədə (Gələcək Azərbaycan Partiyası) Cinayət Məcəlləsinin 147-ci maddə ilə cinayəthüquqi tədbirlərin tətbiq edilməsi nəzərədə tutulmadığından şikayət xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 və Gələcək Azərbaycan Partiyasının (GAP) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X7 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-404/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-404/2023
07.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver