Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-406/2022 07.10.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X3 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi "Femida" Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, 1 (bir) azyaşlı övladı olan, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2a yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs naməlum vaxtda və şəraitdə istintaqa məlum olmayan şəxsdən şəxsi istehlak miqdarından artıq ümumi təmiz çəkisi 8,055 qram olan psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 16 fevral 2022-ci il tarixdə saat 19:00 radələrində Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ünvan 3 ünvanında yerləşən “Şüa Kəndimiz” restoranının qarşısında saxlanılaraq Baş İdarəyə gətirilmiş və həmin tarixdə üzərində şəxsi axtarış və götürmə keçirilmiş, 02 ədəd sellofan bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,777 qram və 4,278 qram olmaqla şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 8,055 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 3-4 aydır ki, psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamış, lakin tam aludəçisi olmamış və nadir hallarda çəkmə yolu ilə istifadə etmişdir. 16 fevral 2022-ci il tarixdə təsadüfi şəkildə sosial şəbəkələrin birində tanış olduğu özünü “Vahid” adı ilə təqdim edən şəxslə Xırdalan şəhərində yerləşən Beynəlxalq Bankın qarşısında saat 15-16 radələrində görüşmüş və həmin şəxsdən iki sellofan bükümdə psixotrop maddə metamfetamin almışdır. Axşam saatlarında isə tanışı Şahid12, başqa tanışları Zaur və Emin ilə Nərimanov rayonu ərazisində yerləşən “Şüa Kəndimiz” restoranında görüşmüş, idman yoldaşı Rahib də gəlib onlara qoşulmuşdur. Saat təxminən 19:00 radələrində restorandan çıxmışlar və restoranın qarşı tərəfində bir neçə nəfər mülki geyimdə olan şəxslər onlara yaxınlaşmış və özlərini Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları kimi təqdim etmişlər. Həmin şəxslər onun və Təbrizin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını bildirib əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla tanış etmiş polis idarəsinə dəvət etmişlər. Etiraz etməmişlər, həmçinin onlarla birlikdə olan Zaur, Emin və Rahib də polis idarəsinə dəvət olunmuşdur. Polis İdarəsinə gəldikdən sonra o, və Təbriz müdafiəçi ilə, həmçinin rus bölməsində təhsil aldığı üçün tərcüməçi ilə də təmin olunmuşdur. Daha sonra o və Təbriz şübhəli şəxs qismində tutulmuşlar və üzərlərində videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış keçiriləcəyi onlara izah olunmuşdur. Şəxsi axtarış başlamamışdan qabaq hüquq və vəzifələri izah olunmuş, şəxsi axtarışda müdafiəçilər, tərcüməçi və onlarla birlikdə saxlanılan Zaur, Emin və Rahib də iştirak etmişlər. Bundan sonra üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib iki ədəd sellofan bükümü, digər əşyaları təqdim etmişdir. Həmin maddələri şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını və bükümləri elə həmin gün saat 15-16 radələrində Xırdalan şəhərində Beynəlxalq Bankın qarşısında “Vahid” adlı şəxsdən 60 manat əvəzində aldığını bildirmişdir. İki ədəd sellofan büküm bir ədəd zərfə qablaşdırılmaqla möhürlənib götürülmüşdür və həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitəni şəxsi istifadəsi üçün aldığını, əməlindən peşman olduğunu qeyd edərək barəsində yüngül cəza verilməyini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili vəzifəsində işləyir və polis mayoru xüsusi rütbəsini daşıyır. 16 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid12 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlamaları və daşımaları bərədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə etmiş, Təqsirləndirilən şəxs və Şahid12 barələrində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupu yaradılmış, qrupa özü rəhbərlik etməklə qrupa Baş İdarənin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7, Şahid8 daxil edilmişlər. Qeyd etmişdir ki, 16 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs və Şahid12 ünvan 4 ünvanında yerləşən “Şüa Kəndimiz” restoranının yaxınlığında saxlanılmışlar. Həmin şəxslərə yaxınlaşıb özlərini təqdim etmişlər. Şəxsiyyətləri müəyyənləşdirdikdən sonra Təqsirləndirilən şəxs və Şahid12 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barələrində qəbul edilmiş qərarla tanış etmişlər. Şahid12 və Təqsirləndirilən şəxs və yanlarında olan şəxsləri də baş idarəyə dəvət etmişlər. Həmin şəxslərin hər biri etiraz etmədən onlarla birlikdə Baş İdarəyə gəlmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıla bilməsi üçün müdafiəçi ilə təmin edildikdən sonra şübhəli şəxs qismində tutulmuş. Müdafiəçinin və tərcüməçinin iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və təxirəsalınmaz əməliyyat tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edilməklə üzərlərində videoçəkiliş vasitəsilə şəxsi axtarış keçiriləcəyi izah olunmuşdur. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının cibindən 02 ədəd şəffaf sellofan bükümü, bundan başqa üzərində olan “Samsung” markalı mobil telefonu, bir ədəd şəxsiyyət vəsiqəsini və pulu masa üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan bükümündə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan büküm açıldıqda içərisində ağ rəngli kristalvarı maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir qanunla qadağan edilmiş əşya və başqa bir predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş iki sellofan bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütlə polis əməkdaşı tərəfindən bir ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri möhürlənməklə götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon və şəxsiyyət vəsiqəsi da əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Lakin üzərində aşkar edilmiş pul onun özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni 16 fevral 2022-ci il tarixdə Xırdalan şəhərində şəxsi məlumatlarını dəqiq bilmədiyi “Vahid” adlı şəxsdən ümumilikdə 60 manat əvəzində aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra şəxsi axtarış, baxış və götürmə haqqında protokol tərtib olunub iştirakçılara ucadan oxundu. Heç bir əlavə və qeyd daxil olmadı. Protokol doğru hesab edildiyi üçün iştirakçılar tərəfindən imzalandı. Məhkəmədə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6, Şahid7 ifadələri və məhkəmədə ifadəsi elan edilmiş Şahid8 istintaqda verdiyi ifadəsi Şahid1 göstərdiklərini təsdiq edərək eyni məzmunda olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 bildirdi ki, əvvəllər Olimpiya kompleksində boks müəllimi işləmişdir. İdmanda çoxsaylı nəaliyyətləri vardır. Məhərrəmov X1 gəlib idman edirdi, Təqsirləndirilən şəxsla həmin vaxtlar tanış olmuşdur. Onunla yaxşı münasibətləri olmuşdur, hər hansı düşmənçilik və ədavəti olmamışdır. Hazırda Kompleks fəaliyyət göstərmədiyindən Nəsimi bazarı adlanan yerdə mühafizəçi vəzifəsində işləmişdir. 16 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs zəng vuraraq çay içməyə “Şüa Kəndimiz” restoranına dəvət etmişdir. Orada gördüm ki, Təqsirləndirilən şəxs başqa da 3 (üç) nəfər də var onları ilk dəfədir görürdü əvvəllər tanımamışdır. Saat təxminən 19:00 radələrində oradan çıxdıqdan sonra restoranın qarşısında dayanan zaman Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkilləri yaxınlaşaraq özlərini təqdim etmişlər. Şəxsiyyətləri müəyyənləşdirdikdən sonra Təqsirləndirilən şəxs və Şahid12 narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirib barələrində qəbul edilmiş qərarla tanış etmişlər. Daha sonra İdarəyə dəvət etmişlər, orada hüquq və vəzifələri izah edilməklə vəkilin, tərcüməçinin iştirakları ilə üzərlərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində psixotrop maddə metamfetamin olduğunu bildirib əynində olan qara rəngli idman şalvarının cibindən 02 ədəd şəffaf sellofan bükümü təqdim etmiş və xatırlamadığı digər şəxsi əşyaları təqdim etmişdir. Şəxsi axtarış videoçəkilişdən istifadə edilməklə aparılmışdır. Şəxsi axtarış protokollaşdırılaraq imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olmasından məlumatsız olmuş, üzərində narkotik vasitə olduğunu da bilməmişdir. Şahid11 özünün də ümumiyyətlə narkotik vasitədən istifadə etmədiyini bildirmişdir. İş üzrə ifadələri elan edilmiş digər şahidlər Şahid9, Şahid10 və Şahid12 istintaqda verdikləri ifadələr Şahid11 göstərdiklərini təsdiq edərək eyni məzmunda ifadələr olmuşdur. Məhkəmədə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 16 fevral 2022-ci il tarixli protokoldan və DVD diskdən aydın olur ki, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edərək baxış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan idman şalvarının cibində psixotrop maddə metamfetamin olduğunu bildirib, qara rəngli idman şalvarının sol yan cibində olan 02 ədəd şəffaf sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində şəxsi məlumatlarını dəqiq bilmədiyi “Vahid” adlı şəxsdən ümumilikdə 60 manat pul müqabilində öz şəxsi istifadəsi üçün almış və üzərində saxlamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 17 fevral 2022ci il tarixli 6/972 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 6 dairəvi möhür əksləri olan iki ədəd zərfdə üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 2 (iki) ədəd sellefon bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,777 qram, 4,278 qram ümumi təmiz çəkisi 8,055 qram olan ağ rəngli kristallik maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri-in siyahsına (Siyahı İ) daxildir. Ekspertizanın xərci 91,76 (doxsan bir manat, yetmiş altı qəpikdir). Məhkəmədə tədqiq olunan “Maddi sübut hesab edilməsi haqqında” 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürlümüş psixotrop maddə metamfetaminin 7,955 qram qalığı maddi sübut hesab edilmiş və saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCM-nin saxlanc yerinə təhvil verilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X14 Şəxsi Ambulator X2 nəticələrinə dair xx.xx.2022-ci il tarixli 773 nömrəli rəyindən aydın olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəriş yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X9 X15 xx.xx.2022 tarixli, 97/Meş nömrəli rəyindən aydın olur ki, X5 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət işi aşkar edilməmişdir. Azərbayacan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X15 xx.xx.2022-ci il tarixli, 637/K nömrəli rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupu alkoloidlərinə aid Kodein və Naproxen adlı dərman maddəsi aşkar edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X4 xx.xx.2022-ci il tarixli 409 nömrəli arayışından aydın olur ki, Təqsirləndirilən şəxs ailəli olmaqla ailəsi – anası, həyat yoldaşı, 2013-cü ildə anadan olmuş bir övladından ibarətdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin 11 saylı Mənzil Kommunal Sahəsinin verdiyi xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs 1978-ci ildən Sumqayıt şəhəri 17-ci mikrorayon ev 66 mənzil 18-də qeydiyyatdadır. Mənzil 2020-ci ildə satılmışdır. Həmin ünvanda yaşadıqları müddətdə barəsində heç bir şikayət daxil olmamışdır. Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin təqdim etdiyi xx.xx.2022-ci il tarixli 2259 nömrəli xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs Saray qəsəbəsi Şahid3 küçəsi 332 nömrəli evdə qeydiyyatsız yaşayır, istər qəsəbə əhalisi, istərsə də qonşular tərəfindən barəsində şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkməyə təqdim edilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirmiş, ölkə miqyasında və ölkədən kənarda bir sıra yarışlarda iştirak edərək, diplomlar əldə etmişdir. Həmçinin xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi Meydanoğlu MMC-də mühasib vəzifəsində işləmişdir. Cinayət işində olan Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-218/2022 saylı qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir və həbsetmənin əvvəli 16 fevral 2022-ci ildən hesablanmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, cinayət işində olan xx.xx.2022-ci il tarixli tibbi müayinə aktına əsasən Təqsirləndirilən şəxs sidiyindən tiryək qrupu alkoloidlərin aşkar edilməsi, məhkəmə narkoloji ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkməklə məcburi müalicəyə ehtiyacının olması, məhkəmə bioloji ekspertizasının rəyinə əsasən psixotrop maddə - metamfetaminin 8,055 qram çəkidə olması aşkar olunan narkotik vasitənin çəkisinin düzgün olduğunu və Təqsirləndirilən şəxs tərəfindən şəxsi istifadəsi üçün əldə edərək saxladığını və daşıdığını bir daha təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını, ailənin yeganə qazanc gətirəni olmasını, idmanda ölkəmizi xaricdə təmsil etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan 16 fevral 2022-ci ildən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-in 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsində göstərilir ki, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respulikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,955 qram çəkisi olan psixotrop maddə metamfetamini hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat, yetmiş altı qəpikd) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut - Azərbaycan Respulikası DİN-in BMCMİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmiş psixotrop maddə metamfetamini qalıq çəkisi məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Femida Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 21 (iyirmi bir) saata görə 126 (bir yüz iyirmi altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Azərbaycan Respulikası DİN-in BMCMİ-nin saxlancına təhvil verilmiş 7,955 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 91,76 (doxsan bir manat, yetmiş altı qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №2088501, X6, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. Müdafiəçi Eyaz oğlu tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 21 (iyirmi bir) saata görə 126 (bir yüz iyirmi altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq "Femida" Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-406/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-406/2022
07.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver