Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-407/2025 12.11.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, İbrahimova Ramilə Namiq qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci ildə Füzuli rayonu Horadiz qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, "xxxx" MMC-də sürücü çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2025-ci ilin sentyabr ayının 5-də saat 02:00 radələrində ünvan 3 ünvanın yataq otağında olarkən şəxsi münasibətlər zəminində arvadı Zərərçəkmiş şəxs sifətinin sol tərəfindən qəsdən üç dəfə şillə vuraraq, Zərərçəkmiş şəxs sol gicgah və sol almacıq nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoması ilə 54 nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında zamanı cinayət qanuni ilə nəzərdə tutulan əməli törədən şəxs qismində tanınaraq dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə rəsmi ailə qurmuş, bu evlilikdən 2 qız övladları dünyaya gəlmişdir. Hər bir ailədə olduğu kimi onların da ailəsində söz-söhbətlər olmuş, lakin son zamanlar aralarında tez-tez mübahisə və münaqişələrin yarandığını qeyd etmişdir. Bunun əsas səbəbinin Zümrüdün ona hörmət göstərməməsi və onunla kobud rəftar etməsi olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində yaşadığı Nərimanov rayonu, İslam Abışov küçəsi ev 16 saylı ünvanın qonaq otağında yemək yediyi zaman Zümrüdə sual versə də, Zümrüd onunla soyuq danışaraq onun suallarına cavab verməmişdir. O, Zümrüddən ona niyə cavab verməməsini soruşduqda isə Zümrüd masadan qalxaraq cavab vermədən yataq otağına getmişdir. O, da Zümrüdün arxasınca yataq otağına getmişdir. Yataq otağında olarkən o, Zümrüddən nə üçün ona belə soyuq münasibət göstərməsini soruşmuşdur. Bu zaman Zümrüd onunla uca səslə danışaraq mübahisə etməyə başlamışdır. Bu zaman o, Zümrüdə onunla asta səslə danışmalı olduğunu və ona hörmət etməli olduğunu izah etsə də Zümrüd ona kobud cavablar verməyə davam etmişdir. O, Zümrüdün bu hərəkətlərindən sonra əsəblərini cilovlaya bilməmiş, 3 dəfə Zümrüdün sifətinin sol tərəfinə şillə zərbəsi endirmişdir. Daha sonra yenə də sözlü mübahisə etsələr də, o, yatmışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə həyat yoldaşı Zümrüdün ondan polisə şikayət etməsini və 17-ci polis şöbəsinə dəvət edilməsini qeyd etmişdir. Təqsirləndirilən şəxs etdiyi əməlindən peşman olmasını və bu barədə onun nəzərə alınmasını xahiş etmişdir. Qeyd etmişdir ki, hazırda zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2013-cü ildə rəsmi ailə qurmuş, bu evlilikdən 2 qız övladları dünyaya gəlmişdir. Hər bir ailədə olduğu kimi ailələrində sözsöhbətlərin olduğunu, lakin son zamanlar aralarında tez-tez mübahisə və münaqişələr yaranmasını qeyd etmişdir. Bunun əsas səbəbkarının isə Samilin onunla kobud rəftarı və ona xəyanət etməsinin olduğunu bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 02:00 radələrində yaşadıqları Nərimanov rayonu, İ.Abışov küçəsi ev 16 saylı ünvanın qonaq otağında yemək yedikləri zaman Samil ona yersiz suallar verməyə və sözlər deməyə başlamışdır. O, Samilin bu yersiz sual və sözlərinə əhəmiyyət vermədikcə Samil daha da qəzəblənməyə başlamışdır. O, Samilin qəzəbləndiyini gördüyü üçün masadan duraraq yataq otağına getmişdir. Samil də arxasınca yataq otağına gəlmiş və yataq otağında sözlə mübahisə edən zaman Samil gözləmədiyi anda 3 dəfə sifətinin sol tərəfinə şillə vurmuşdur. O, həmin vaxtda Samillə mübahisəni dayandıraraq Samilə heç bir müqavimət göstərmədikdə, Samil ondan uzaqlaşaraq yatmışdır. O, isə gecə olduğundan səhərin açılmasını gözləmiş, daha sonra evdən çıxaraq ərizə ilə polisə müraciət etmişdir və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunaraq barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bununla da hadisə onun yaşadığı ünvan 3 ünvanın yataq otağında baş vermişdir. Həmin vaxt Samilin 3 dəfə onun sifətinin sol tərəfindən şillə vurması ani zaman kəsiyində baş vermiş, hadisə zamanı evdə ondan və əri Təqsirləndirilən şəxs başqa heç kəs olmadığından, hadisəni də heç kəs görməmişdir. O, isə Samilə heç bir müqavimət göstərməmişdir. Aldığı xəsarətlə bağlı heç bir tibb müəssisəsinə müraciət etməmişdir. Qeyd etmişdir ki, hazırda Samil ilə barışmışdır və ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında 05 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 05 sentyabr 2025-ci il tarixdə, saat 02:00 radələrində əri Təqsirləndirilən şəxs yaşadıqları ünvan 4 ünvanın yataq otağında olarkən aralarında baş vermiş şəxsi ailə məişət münasibətlər zəminində onun sifətinin sol tərəfindən qəsdən 3 dəfə şillə vuraraq, xəsarət yetirdiyini və onun cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 05 sentyabr 2025-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 5 ünvandır. Hadisə yerinə baxış zamanı qeyd olunan ünvanın 2 otaqlı fərdi yaşayış evi olması və hadisənin də həmin evin yataq otağında baş vemrəsi müəyyən olunmuşdur. Məhkəmə-tibbi ekspertiza və X2 Publik Hüquqi şəxsinin Nərimanov rayon şöbəsinin 05 sentyabr 2025-ci il tarixli, 933 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər - sol gicgah və sol almacıq nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoması - küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd olunan 05 sentyabr 2025-ci il tarixdə və şəraitdə əmələ gələ bilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən əldə edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, zərərçəkmiş şəxs ilə barışması səbəbindən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 72 qeydi: 1. Şəxs bu Məcəllənin 72 – 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Maddə 128: sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma-min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 131 (Ekspertin rəyi): Ekspertin rəyi – onun tərəfindən aparılmış tədqiqatlar və onların nəticələri barədə bu Məcəllənin müddəalarına uyğun tərtib edilmiş yazılı sənəddir. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarının nəticə hissəsindən görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri üzrə ümumilikdə yalnız bir dəfə cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə uyğun olaraq cinayət məsuliyyətindən bir dəfə azad edilmiş şəxs tərəfindən yenidən cinayət törədildiyi təqdirdə, onun cinayət məsuliyyətindən azad edilmə üçün zəruri olan hərəkətləri icra etməsi Məcəllənin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alına bilər. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamına əsasən, onların məcmusunu ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək belə qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam və birmənalı şəkildə sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək hadisənin baş vermə faktını etiraf etsə də, onun təqsirliliyi yalnız bu etirafla deyil, iş üzrə toplanmış və bir-biri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə təsdiqini tapmalıdır. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirini sübuta yetirən həlledici sübut kimi Məhkəmə-tibbi ekspertiza və X2 Publik Hüquqi şəxsinin Nərimanov rayon şöbəsinin rəyi çıxış edir. Həmin rəyə əsasən, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol gicgah və sol almacıq nahiyəsinin yumuşaq toxumalarının şişkinlik halında əzilməsi ilə müşayiət olunan hematoması küt əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bu rəy, öz elmi əsaslılığı və prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilməsi səbəbindən heç bir şübhə doğurmur və ittihamın əsasını təşkil etmək üçün tam yararlıdır. Habelə, həmin xüsusat Zərərçəkmiş şəxs ifadəsi ilə də təsdiq edilmiş, sonuncu Təqsirləndirilən şəxs onu döydüyünü, sağlamlığına xəsarət yetirdiyini birmənalı şəkildə məhkəmə iclasında və ibtidai istintaqda təsdiq etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran və ya onu cinayət məsuliyyətindən azad edən hallar müəyyən edilmədiyindən, ona qanunla nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsində təsbit edilmiş fundamental prinsipləri – ədalət (maddə 8.1), cəzanın məqsədləri (maddə 41) və cəza təyin etmənin ümumi əsaslarını (maddə 58.3) rəhbər tutur. Məhkəmə həmçinin, bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsini, xüsusilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarlarının göstərişlərini nəzərə alır. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. Törədilmiş əməlin ictimai təhlükəliliyi qiymətləndirilərkən, məhkəmə qeyd edir ki, cinayətin obyekti insanın sağlamlığıdır ki, bu da dövlətin ali dəyər kimi qoruduğu fundamental hüquqlardandır. Məhkəmə, CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi onun törətdiyi əməldən səmimi peşmançılığını, zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs məhkəmədə onun barəsində yüngül cəza təyin edilməsini xahiş etməsini və iki azyaşlı övladının olmasını nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. Bununla belə, məhkəmə cəza növünü seçərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən digər məlumatları da diqqətdən kənarda saxlaya bilməz. Cinayətin ailəməişət zəminində, xüsusilə də təqsirləndirilən şəxsin həyat yoldaşına – fiziki cəhətdən ondan daha zəif olan və onunla etimada əsaslanan münasibətdə olan bir şəxsə qarşı törədilməsi, əməlin mənəvi-əxlaqi tərəfdən ictimai təhlükəliliyini artırır. Təqsirləndirilən şəxs törətdiyi əməl cüzi bir səbəbdən – həyat yoldaşının onunla kobud rəftar etməsi səbəbindən yaranmış, lakin bu ona qarşı zorakılığa gətirib çıxarmışdır. Bu, təqsirləndirilən şəxsin öz emosiyalarına nəzarət etməkdə çətinlik çəkdiyini və aqressiv davranışa meylli olduğunu göstərir. Belə davranış, xüsusilə ailə daxilində, cəmiyyət üçün yolverilməzdir və qanunun sərt reaksiyasını tələb edir. Qeyd olunur ki, sözügedən cinayət əməli artıq ikinci dəfədir ki, törədilir. Bununla belə, məhkəmə cəza növünü seçərkən təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən digər mühüm məlumatı diqqətdən kənarda saxlaya bilməz. İş materiallarında olan məlumata görə, Təqsirləndirilən şəxs əvvəllər CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilmiş, lakin zərərçəkmiş şəxs ilə barışması səbəbindən Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qərarı ilə cinayət məsuliyyətindən azad edilmişdir. CM-nin 72-ci maddəsinin "Qeyd" hissəsinin 1-ci bəndinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarına əsasən, şəxs CMnin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilə bilər. Bu, o deməkdir ki, təqsirləndirilən şəxs artıq cinayət məsuliyyətindən azad edilmə imkanından istifadə etmişdir və onun zərərçəkmişlə yenidən barışması onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yaratmır. Lakin, məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq, zərərçəkmiş şəxs ilə barışmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyası cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə kimi alternativ cəza növlərini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 2-ci bəndinə əsasən, maddənin sanksiyasında azadlıqdan məhrum etmə ilə yanaşı daha yüngül cəza növləri nəzərdə tutulduqda, məhkəmə daha ağır cəza növü təyin etdikdə qərarını əsaslandırmalıdır. Məhkəmə hesab edir ki, azadlıqdan məhrum etmə cəzası hüquqi təbiətinə görə son çarə kimi tətbiq edilməlidir və yalnız digər cəza növlərinin tətbiqi ilə cəzanın məqsədlərinə nail olmaq mümkün olmadıqda təyin edilməlidir. Təqsirləndirilən şəxsin təkrarən eyni cinayəti törətməsi onun əvvəlki humanist yanaşmadan nəticə çıxarmadığını göstərsə də, məhkəmə yuxarıda sadalanan çoxsaylı yüngülləşdirici halların məcmusunu, xüsusən də tərəflərin barışmasını, zərərçəkmişin özünün yüngül cəza istəməsini və ailənin iki azyaşlı övladının olmasını nəzərə alaraq, onun islah olunmasının hələ də cəmiyyətdən təcrid edilmədən mümkün olduğu qənaətinə gəlir. Bu şəraitdə azadlıqdan məhrum etmə cəzasının tətbiqi ailə münasibətlərinin bərpasına mənfi təsir göstərə bilər və cəzanın ədalətlilik prinsipinə tam uyğun olmazdı. Qeyd olunur ki, tərəflər hazırda birlikdə yaşayırlar. Bu səbəbdən məhkəmə, CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən yüngül cəza növlərindən biri olan cərimə cəzasının təyin edilməsini zəruri və kifayət hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 40 iş saatı üçün cəmi 440 (bir yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona həmin maddə ilə 1000 (bir min) manat miqdarında cərimə cəzası təyin edilsin. Cərimə hökm qanuni qüvvəyə mindiyi gündən bir aydan gec olmayaraq müvafiq bank hesabına köçürükməklə ödənilsin. Hökmün icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə xüsusi müsadirə edilməsi təklif edilən əmlak, maddi sübut və mülki iddia olmaması nəzərə alınsın. Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 40 iş saatı üçün cəmi 440 (bir yüz yetmiş) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 16 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-407/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-407/2025
12.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver