Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-408/2022 29.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında, texniki cəhətdən saz vəziyyətdə olan, "xxxx" MMC-nin mülkiyyətində olan, etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095 ünvanında “20 yanvar” metrostansiyası istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətinə geriyə dönmək üçün nəzərdə tutulmuş yol ayrıcında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və ya dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda əl işarələri ilə siqnal verməli, bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır kimi tələblərinə riayət etməyərək, əyləcə basaraq idarə etdiyi yük avtomobilini saxlayıb, “20 yanvar” metrostansiyası istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətinə avtomobillərin gəlmədiyinə tam əmin olduqdan sonra təxminən 5 km/saat surətlə hərəkətə başlayan zaman həmin vaxt yolu keçən piyada X3 avtomobilin sol qabaq tərəfi ilə ehtiyatsızlıqdan vuraraq Hakimə Abbasovaya baş beyin toxumasına, qişlar altına və yan mədəciklərə qan sızma, hemopnevmotosaksla müşayiət olunan sağdan İİ-İİİ-lV-V-Vİ-Vİİ-Vİİİ, soldan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların çoxsaylı sınıqları, döş qəfəsi və qarın nahiyyələrinin sol bayır və arxa səthlərinin, hər iki yuxarı və aşağı ətrafların çoxsaylı, geniş hematomaları kimi həyat üçün təhlükəli olan canlı şəxslərdə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə xx.xx.2022-ci il tarixdə X1 ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdən "xxxx" MMC-də sürücü olaraq işləyir. Həmin MMC tərəfindən xx.xx.2021-ci il tarixədək verilmiş etibarnamə əsasında “Ford Transit” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə etmişdir. xx.xx.2022-ci il tarixdə o, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən “Santral” mağazasının yaxınlığında olan avtomobil servisinə getmişdir. Orada idarə etdiyi yük avtomobilini ustaya göstərdikdən sonra orada usta işləyən Elnur ilə birlikdə evə getmək üçün servisdən çıxaraq yola doğru hərəkət etmişdir. Nərimanov rayonu, Z.Bünyadov prospekti ilə “20 yanvar” metrostansiyası istiqamətində yola çıxaraq sola dönmə işığını yandırıb “Koroğlu” metrostansiyası istiqamətində geriyə dönmək üçün nəzərdə tutulmuş yol ayrıcına daxil olmuşdur. Yol ayrıcında əyləci basıb avtomobili saxlamış və sağ tərəfdən gələn avtomobillərə nəzarət edərək hərəkətə başlamağa hazırlaşmışdır. “20 yanvar” metrostansiyası istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətində avtomobillərin gəlmədiyinə tam əmin olduqdan sonra hərəkətə başlayan zaman qəfildən yanında əyləşən Elnur qışqıraraq “dayan” demişdir. O, dərhal əyləcə basaraq avtomobili saxlamışdır. Həmin vaxt bir nəfər qadının yerə yıxıldığını görmüşdür. Bundan sonra Elnur ilə birlikdə avtomobildən düşüb qadının yanına getmişlər. O, qadını qucağına alıb idarə etdiyi avtomobilin sağ tərəfində əyləşdirmişdir. Özü də avtomobilə əyləşib qadını 3 saylı ŞKX-na aparmışdır. Elnur da arxasınca xəstəxanaya gəlmişdir. Sonda Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini bildirərək barəsində mümkün qədər yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində çıxış edən X5 ifadəsində göstərdi ki, X6 onun bibisidir. Bibisi Hakimə subay olmuşdur. X13 2020-ci ildə vəfat etmiş və vəfat eldiyi günədək bibisi Hakimə atasının himayəsində olmuşdur. Atası vəfat etdikdən sonra isə bibisi Hakimə onun himayəsində olmuşdur. Hakimə 2022-ci ilin fevral ayının sonlarından Bakı şəhərinə gəlmiş və həmin tarixdən Bakı şəhərində yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat təxminən 22 radələrində o, evdə olan zaman 3 saylı kliniki xəstəxanadan ona zəng gəlmiş və bibisi Hakimənin yol nəqliyyat hadisəsi nəticəsində xəsarət aldığını bildirmişlər. O da dərhal Masallı rayonundan Bakı şəhərinə gəlmişdir. Təxminən 2 gün sonra bibisi Hakiməni 1 saylı KTM-ə aparıb müalicəsini orada davam etdirmişlər. Lakin xx.xx.2022-ci il tarixdə bibisi Hakimə xəstəxanada vəfat etmişdir. Sonda zərərçəkmiş şəxsin hüquqi varisi X5 təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Nərimanov rayonu, Z.Bünyadov 29 ünvanında yerləşən “Opel” avtomobil servisində usta işləyir. xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində o, işdən çıxıb evə getməyə hazırlaşmışdır. Həmin vaxt servisdə əvvəllər tanıdığı Vüqarı görmüşdür. Vüqar ona evə gedəcəyini, onu da yol üstü evə düşürə biləcəyini demişdir. O da Vüqarın idarə etdiyi “Ford Trasit” markalı avtomobilinə əyləşmişdir. Vüqar hərəkətə başlayıb avtomobil yoluna çıxaraq yolun sol tərəfində geriyə dönmək üçün nəzərdə tutulmuş yola daxil olmuşdur. Vüqar avtomobili yol ayrıcında saxlayıb “20 yanvar” metrostansiyası istiqamətindən “Koroğlu” metrostansiyası istiqamətində avtomobillərin gəlib-gəlmədiyinə nəzarət etmişdir. Vüqar avtomobil gəlmədiyinə tam əmin olduqdan sonra hərəkətə başlayan zaman anidən avtomobilin sol qabaq tərəfində bir nəfər qadın görmüşdür. Bu zaman o, qışqıraraq Vüqara dayanmasını bildirmişdir. Həmin anda Vüqar əyləcə basaraq avtomobili dayandırmış və qadın yerə yıxılmışdır. Onlar ikisi də avtomobildən düşüb qadının yanına getmişlər. Vüqar qadını qucağına alıb avtomobilin ön oturacağına əyləşdirmişdir. Vüqar ona qadını xəstəxanaya aparacağını, o, da yanına gələcəyini bildirmişdir. Qeyd etmişdir ki, avtomobildə yer olmadığına görə o, sonradan yoldan keçən markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə 3 saylı ŞKX-na getmişdir. İttiham aktının siyahısında şahid qismində göstərilmiş Şahid2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda, Şahid2 məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid qismində göstərilmiş Şahid2 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 4-9-cu vərəqələrində olan “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti 2095 ünvanıdır. Yolun hərəkət hissəsi döngəli, örtüyün növü aslaft, örtüyün vəziyyəti yaş, yol örtüyünün eni 9.50 metr, hərəkət zolaqlarının sayı 1, hərəkət hissəsinin eni 9.50 metrdir. Hərəkət hissəyə sağdan və soldan səki birləşir. Hərəkətin nizamlama üsulu – nizamlanan sahədir, yol nişanları zonası müəyyən edilməmişdir. Yol elektrik işığı ilə işıqlandırılır. Piyadanın vurulma yerinin koordinatları – yolun hərəkət hissəsinin soldan səkiyə birləşdiyi sahədir. Piyadanın hadisədən əvvəlki hərəkət istiqməti – yolu sağdan sola doğru hərəkət edərək keçmişdir. Hadisə yerində şin izləri, tormozlama izləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələri, nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar olunmamışdır. Cinayət işinin 33-cü vərəqində olan "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2021-ci il tarixli etibarnamədən görünür ki, "xxxx" MMC-yə məxsus “Ford Transit” markalı, **-JC-*** dövlət nömrə nişanlı avtomobilin idarə edilməsi Təqsirləndirilən şəxs etibar edilmişdir. Etibarnamənin müddəti xx.xx.2022-ci il tarixədək müəyyən edilmişdir. Cinayət işinin 38-ci vərəqində olan Nərimanov RPİ-nin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, H-2 4126 nömrəli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 11:53-də KTM-dən tibb bacısı İsgəndərova məlumat verərək xx.xx.2022-ci il tarixdə baş vermiş YHN nəticəsində aldığı qapalı kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya daxil olmuş 1963-cü il təvəllüdlü X1 bugünkü tarixdə xəstəxanada ölməsini bildirmişdir. Cinayət işinin 48-ci vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 49-cu vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X14 İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2022-ci il tarixli, 01648896-1222 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə (xx.xx.2026-cı il tarixədək etibarlı olan) AD 061441 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Cinayət işinin 51-ci vərəqində olan Bakı şəhəri İcra Hakimiyyəti 114 saylı Mənzil- Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 131 nömrəli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 53-55-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və X12 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 47 nömrəli rəydən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar olundu: baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızıma, hemopnevmotoraksla müşayiət olunan sağdan İİ-İİİ-İV-V-Vİ-Vİİ- Vİİİ, soldan İİİ-İV-V-Vİ-Vİİ-Vİİİ qabırğaların çoxsaylı sınıqları, döş qəfəsi və qarın nahiyələrinin sol bayır və arxa səthlərinin, hər iki yuxarı və aşağı ətrafların çoxsaylı, geniş hematomaları. Qeyd olunan xəsarətlər həyatı olub, qərarda göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür, ölümlə səbəbli əlaqəlidir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdir. X2 ölümünə səbəb baş beyin toxumasına, qişalar altına və yan mədəciklərə qansızma olmuşdur. Ölüm xx.xx.2022-ci il tarixdə saat 09:30-da xəstəxanda baş vermişdir, hansı ki, meyiti məhkəmətibbi müayinəsi ilə inkar olunmur. X7 xəstəxanada uzun müddət müalicə aldığı üçün meyitdən etil spirtinin təyini üçün məhkəmə-kimyəvi müayinəyə qan nümunəsi götürülməmişdir. Cinayət işinin 58-ci vərəqində olan xx.xx.2022-ci il tarixli, **********26 saylı “Ölüm haqqında tibbi şəhadətnamə”nin surətindən görünür ki, X6 xx.xx.2022-ci il tarixdə ölmüşdür. Cinayət işinin 60-62-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2022-ci il tarixli, 8/1017 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Ford Transit” markalı, ** JC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 63-64-cü vərəqələrində olan “Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, avtomobil “Ford Transit” markalı, **-JC-*** dövlət qeydiyyat nişanı vardır, avtomobil ağ rənglidir. Avtomobilin mühərrik olan hissəsində avtomobilin mühərrikinə aid bütün detallar, akkumulyatoru üzərindədir. Avtomobilə baxış keçirilərkən hər hansı zədə və ya cızıq aşkar edilmədi. Baxışda iştirak edən Şahid2 bildirdi ki, həmin avtomobil "xxxx" MMC-yə məxsusdur, lakin avtomobili etibarnamə əsasında MMC-nin işçisi Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etmişdir. Həmçinin Şahid2 bildirdi ki, avtimobilin salonunda heç bir dəyişiklik yoxdur. Salondan heç bir əşya və ya detal götürülməmişdir. Cinayət işinin 65-ci vərəqində olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, “Ford Transit” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması və həmin avtomobilin sahibinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 106-cı vərəqində olan “Qətimkan tədbirinin seçilməsi barədə” 08 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda—iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsinə əsasən, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulan əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin İ hissəsinin tələbinə əsasən, sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yolnəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Həmin Qərarın 21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı şikayət və tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını nəzərə alır və onları cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs dövlət nəfinə tutulmalıdır. İş üzrə maddi sübut – “Ford Transit” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – “Ford Transit” markalı **-JC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci 85,00 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-408/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-408/2022
29.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver