Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-409/2024 26.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədova Aynur Əvəz qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X16 iştirakı ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X16 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X26 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X10 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X26 şikayətini onunla əsaslandırmışdır ki, əvvəldən tanımadığı vətəndaş X28 onun vasitəsi ilə Lalə Məmmədovaya məxsus 60.000 manat dəyərində “Candella" markalı lazer aparatını 30.000 manata X1. Lalə Məmmədova özünə məxsus aparatın dələduzluq yolu ilə başqa şəxslərə satılması barədə Səbail Rayon Polis İdarəsinə etdiyi şikayət əsasında araşdırma aparılmış və Lalə Məmmədovaya məxsus olan lazer aparatını Cavad Ağayevin satdığı Şövkət Qəniyevadan alınaraq sahibi Lalə Məmmədovaya qaytarılmışdır. X2 Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət edərək 30000 manata aldığı "Candella" markalı lazer aparatını Cavad Ağayevin deyil, mənim onu aldadaraq satdığımı bildirmişdir. Sonradan başqa cinayət işinə birləşdirilmək üçün aidiyyəti üzrə Abşeron Rayon Polis İdarəsinə göndərilmiş cinayət işi üzrə dindirilmiş Şövkət Qəniyeva ifadəsində şər və böhtan xarakterli olaraq. X23 ümumiyyətlə tanımadığını, lazer aparatını mənim ona 30.000 manata satdığımı pulu məhz mənə verdiyini bildirmişdir. Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Vasif Zeynallı onun qeyd olunan aparatı nə satmadığı nə də ki almadığı halda, yəni cinayət törədmədiyi halda X32 RPİ-nin binasında 30.000 manatı ödəməyəcəyi təqdirdə onu həbs edib Kürdəxanıya göndərəcəyi bildirmiş və həmin qaunsuz həbs etmək hədəsi ilə 30.000 manatı ödəyəcəyi barədə ona atasını iştirakı ilə qanunsuz iltizam yazdıraraq imza etdirmişdir. Müstəntiq həmin qanunsuz hərkətləri ilə onu və anası özünü öldürmə həddinə çatdırmışdır, anasının intihar cəhdinin qarşısını polis əməkdaşları almışlar. O, özü də həmin şər və böhtanlara dözməyərək bir-neçə dəfə inithar etməyə cəhd etmiş, valieynlər və qohumları çətinliklə, ədalətin öz yerini tapacağını ona bildirərək onu bu intihar cəhdindən çəkindirə bilmişdir.Müstəntiqin qeyd olunan qanunsuz hərkətləri barədə Abşeron Rayon Prokurorluğuna şikayət verilmişik.aparılmış araşdırma zamanı mnəim qeyd olunan cinayətdə iştirakının olmadığı bir daha təsdiq olunsa da. müstəntiq barəsində cinayət işi başlanımısı rədd edilmişdir. X10, həm də onun atası X17, görünür bir neçə şəxsə qarşı dələduzluq cinayəti törətmiş və işinə məhkəmədə baxılan Ağayev Cavaddan pullarını ala bilməyəcəyini düşünərək,aparatın satılmasına vasitəçilik edərək müştəri tapmış ondan almaq qərarına gəlmişlər, buna görə də həm istintaq zamanı həm də məhkəmədə qeyd olunan lazer aparatını məndən almaları və 30000 manat pulu da məhz oğlum Zabirə ödəmələri barədə yalan ifadə vermişlər. Aparılan istintaq zamanı X28 verdiyi ifadəsində özünün şəxsən X10 ilə əlaqə saxlayaraq, aparatın özününkü olduğunu və ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmiş və aparatın razılaşdırılmış satış puılu olan 30.000 manatı şəxsən özü Şövkətin atası Abdulhəmiddən aldığını, aparat başqasına məxsus olduğundan mənim xəbərimin olmadığını göstərmişdir və bu xüsusati dəfələrlə istintaq zamanı və məhkəmədə etiraf etmişdir. X28 eyni zamanda həm X10 ilə, həm də X17 ilə üzləşmə zamanı da qeyd olunan xüsusatları onların üzünə deyib təsdiq etmişdir. Qeyd olunan xüsusatlar üzrə əməlimdə cinayət tərkbi olmadığından barəmdə cinayət təqibi rədd edilmişdir və Suraxanı RPİ-nin İŞ-nin baş müstəntiqi Fərid Alıyev tətəfındən tərtib edilmiş 13 02 .2022-ci il tarixli ittiham aktı ilə X18 AR CM-nin 1 78.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Suraxanı rayon Prokurorluğuna təqdim olunmuşdur. Aparılmış istintaq zamanı da X10 dəfələrlə yuxarı Hüquq mühafizə orqanlarına şikayət verərək, mənim cinayət törətməyimə dair yalanları təkrarlamış və hər vasitə ilə məni əsassız olaraq cinayət məsuliyyətinə cəlb etdirməyə çalışmışdır. X9 müstəntiqin qanunsuz hərkətlərindən prokurorluğa şikayət verməklə yanaşı barəsində olan şər və böhtanlara son qoyulması üçün Respublikamızın bütün Prokurorluq və X24 yüksək vəzifəli şəxslərinə teleqramlar vuraraq, şikayət ərizələri verərək qəbullarda-o cümlədən Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini Kiçik Məmmədovun və Azərbaycan Respulikası Daxili X35 Eyvazov cənablarının şəxsən qəbulunda olmuşdur ona qarşı atılan şər və böhtanların ayaq tutub yeriməsinə imkan verilməməsini xahiş etmişdir. Qeyd olunan cinayət işi üzrə aparılmış istintaq zamanı onun əməlində cinayət tərkibi olmadığından barəmdə cinayət təqibi rədd edilmişdir. Bütün bunlara baxmayaraq, X10 məni bilə-bilə alandan cinayət törətməkdə təqsirləndirməkdə ifadə olunan əməllərini davam etdirərək ona guya Ağayev Cavadla birlikdə cinayət etməyi barədə hüquq mühafizə orqanlarına çoxlu ərizələr və şikayətlər göndərmişdir. Bundan sonra X18 Azərbaycaan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsin dair cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilmişdir. Həmin cinayət işi üzrə o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsdi ilə X4 cinayət yolu ilə ələ keçirdiyi 42.000 manat dəyərində bir ədəd "X27” markalı lazer aparatını X8 guya özünə məxsus heç bir problemi olmayan yararlı əmalkı kimi təqdim edib,ehtiyacı olduğu üçün dəyərindən aşağı qiymətə satmasını bildirib onu özünə inandıraraq, 10 oktyabr 2020-ci il tarixdə saat təxminən 12:45 radələrində ünvan 1 ünvanda yerləşən “Zenni Studio” gözəllik salonunda sonuncunun sözləri ilə həmin tibbi aparatı atası X13 Şövkət Qəniyevaya məxsus 30.000 manat məbləğində,yəni xeyli miqdarda pulunu ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib xeyli miqrada maddi ziyan vurmaqla dələduzluq etməkdə və təkrarən tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsdi ilə X4 cinayət yolu ilə ələ keçirdiyi 9800 manat dəyərində bir ədəd UBDEM 3inl” markalı lazer aparatını X31ma özünə məxsus heç bir problemi olmayan yararlı əmalkı kimi təqdim edib,17 oktaybar 2020-ci il tarixdə saat təxminən 19 radələrində Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov adına parkın yaxınlığında onun sözləri ilə ona-X6 ona məxsus, həmin dövrün məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dollarım ələ keçirərək Məmmədov Arzuya 3400 manat məbləğində maddi ziyan vurmaqla təkrar dələduzluq cinayəti törətməkdə təsirləndirilərək barəsində ittihamedici hökm çıxarılmışdır. Həmin cinayət işinə məhkəmə baxışının gedişində də iş üzrə zarərçəkmiş şəxs kimi keçən X3 Cavad Rüstəm oğlunun həmin cinayəti mənimlə əlbir olaraq birlikdə törətməsini bildirərək yenidən məni yalandan cinayət törətməkdə təqsirləndirərək böhtan atmışdır. Bundan sonra X10 həmin cinayətkar əməllərini davam etdirərək qeyd olunan cinayət işi üzrə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən apellyasiya şikayəti verərək, həmin hökmün ləğv edilməsini X18 Azərbaycaan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsin dair cinayət işinində əməli ağırlaşdıran hallar olması səbəbilə işin ibtidai araşdırmaya prosessııl rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hənin apellyasiya şikayətində də X3 Cavad Rüstəm oğlunun həmin cinayəti mənimlə əlbir olaraq birlikdə törətməsini bildirərək, məni yalandan cinayət törətməkdə təqsirləndirərək böhtan atmaqla həmin əsasla işin prokurora qaytarılmasını xahiş etmişdir. Lakin həmin şikayət əsassız olduğundan,eyni zamanda oğlum mənim cinayət törətməməyim istintaq araşdırması və qərarları ilə təsdiq olunduğundan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə Şövkət Qəniyevanın verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. İş üzrə qəbul edilmiş son məhkəmə qərarı ilə də X5 məni yalandan dələduzluq cinayəti törətməkdə təqsirləndirərək böhtan atma cinayət əməlini törətməsi təsdiq olunmuşdur. İş üzrə zərərçəkən şəxs X10 və onun atası Qəniyev Abdulhəmin iş oğlu oğlunun cinayətdə iştirakının olmaması istintaq tərəfindən sübut və təsdiq olunduğu halda, 4 ilə yaxın müddət ərzində onun guya cinayət törətməyi barədə bütün hüquq mühafizə orqanlarına yazdığı saysız hesabsız şikayətlər və ərizələrlə davamlı olaraq mənim cinayət törətməyi barədə böhtan ataraq, onun və bütün ailəsinin sonsuz iztirablar və streslər keçirməsinə, ağır şəkər xəstəsi kimi mənim səbətimin son dərəcə pisləşməsinə səbəb olmuşdur və bu cinayətkar əməlləri ilə ailəsinə 50.000 manatdan artıq maddi və mənəvi ziyan vurulmasına səbəb olmuşlar. Bu müddətdə X10 və onun atası X12 mənə və bütün ailəmə qarşı törətdikləri qanunsuz əməllər nəticəsində çəkdiyimiz sonsuz iztirablar və streslər və haqsızlıqlara görə ağır şəkər xəstəsi olan atamın səhhəti daha da ağırlaşmışdır. Yuxarıda qeyd olunanlarla, istintaq orqanlarının və məhkəmənin qanuni qüvvəyə minmiş və qərarı ilə oğlum mənim X28 ilə birlikdə cinayət törətmədiyi tam təsdiq olunmuşdur. Həmin qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə də X5 və X11 mənim haqqımda dələduzluq cinayəti törətməkdə ittiham etməklə böhtan atması tam sübut olunur. Xüsusi ittiham qaydasında şikayət vermiş X26 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 və X17 məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Xüsusi ittiham qaydasında şikayətdən və iş materiallarından göründüyü kimi X10 və X11 X26 barədə səsləndirdiyi fikirləri hüquq mühafizə orqanlarına, sonuncu dəfə isə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə apellyasiya instansiya məhkəməsinə verilən apellyasiya şikayətində əks olunmuşdur. Qanunvericliyin məzmunundan göründüyü kimi məlumatların bu tərzdə yayımlanması kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığından xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina olunmaqla həmin şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 və X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair X16 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-409/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-409/2024
26.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver