Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-41/2022 06.06.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Vüsal Rafiq oğlunun sədrliyi, Ələkbərova Aysel Ceyhun qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili X4, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 03.06.2021-ci il tarixdə, saat 07 radələrində ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus metal sexinin qarşısından, açıq sahədə yerləşən ayrıayrı avadanlıqların üzərindəki barabanların, hər birinin dəyəri 400 manat olan, 5 ədəd diyircəkli təkərlərini gizli olaraq talayıb, zərərçəkmiş şəxsə ümumilikdə 2000 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, son zamanlarda işləmədiyi üçün maddi vəziyyətində bir sıra çətinliklər yaranmışdır. Nərimanov rayonu, İ.Abışov küçəsində qaynatasına məxsus fərdi evə gedərkən yolun kənarında sexin qarşısında dəmir aparatların olduğunu görmüş, pula ehtiyacı olduğundan həmin aparatların alt hissəsində olan hər birinin çəkisi təxminən 400-500 qram aralığında olan boltları və yivli halqaları metal qəbulu məntəqələrinə təhvil verərək pul əldə edə biləcəyini düşünmüşdür. Bu məqsədlə 03.06.2021-ci il tarixdə saat 07 radələrində ətrafdan tapdığı ağ rəngdə kisəyə həmin ərazidəki aparatların yanında olan kəsilərək yığılmış boltların və yivli halqaların bir neçəsini yığmış, həmin kisəni sexin yaxınlığında bir yerə qoymuş, bundan sonra evə gedərək araba gətirmək qərarına gəlmişdir. Evdə olan zaman azyaşlı uşağını gəzdirmək üçün əynindəki paltarı da dəyişmiş, qara rəngli paltar geyinmişdir. Yenidən həmin yerə qayıdaraq araba ilə orada kisəyə yığmış olduğu detalları qaynatasının həyətində bir yerə yığmış, bundan sonra çıxıb getmişdir. Həmin gün günorta radələrində evə qayıtmış, araba ilə detalları apararaq qaynatasının evinin yaxınlığında metal qəbulu məntəqəsinə təhvil vermişdir. Təhvil verdiklərinin müqabilində məntəqənin sahibi Pənah adlı şəxsin işçisi Mənsurdan 18 manat pul almış, metalın hər kiloqramını 0.30 AZN-ə təhvil vermişdir. Daha sonra polis əməkdaşları onun yaşadığı evə gəlib cinayət törətməkdə şübhəli olduğu üçün Polis Şöbəsinə dəvət etmişlər. Bildirir ki, hadisə yerindən 2000 manat dəyərində qiymətli detal götürməmiş, 30-40 ədəd xırda-xırda detallar bolt və yivli halqalar götürmüşdür ki, onları da cəmi 18 manata təhvil vermişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. İttiham aktının siyahısında zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Eyni zamanda məhkəməyə ərizə ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini və cinayət işinə onun işirakı olmadan baxılmasını xahiş etmişdir. Cinayət işinin 55-57-ci vərəqələrində olan Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, ünvan 2 ünvanda yerləşən, metal torun hörülməsi sexinin sahibidir. Hər gün sexə saat 08 radələrində gəlib 19 radələrində evinə gedir, sexdə 5 işçi vardır. 03.06.2021-ci il tarixdə səhər saat 18 radələrində sexə gələrkən sexin həyətində yerləşən setka toxuyan avadanlıqların vacib detallarının oğurlandığını aşkar etmişdir. Həmin detalların adına “valaşinka” deyilir, həmin valaşinka adlanan barabanların üzərində roliklər, yəni diyircəkli təkərlər olur və həmin detallardan 5 ədədi oğurlanmışdır. Detalın bir ədədinin qiyməti 400 manatdır və hər avadanlıqda bir ədəd həmin detaldan olur. Detalın materialı isə poladdır. Detalların oğurlanması nəticəsində 2000 manat dəyərində ziyan dəymişdir. Həmin detallar sexin qarşısındakı həyətdə yerləşsə də, həyət açıqdır, hasar və qapı qoyulmamışdır və həyətin gözətçisi yoxdur. Oraya istənilən şəxs girib-çıxa bilir. Lakin həmin yer videomüşahidə kamerasının nəzarətindədir və kamera oğurluq hadisəsini qeydə almışdır. Kamera görüntüsünə baxdıqda müəyyən etmişdir ki, oğurluq saat 06 radələrindən başlayır və bir saata yaxın davam edir. Kamera görüntüsündə ilkin olaraq bir nəfər qırmızı köynəkli şəxs görünür, həmin şəxs detalları açıb hazırlayır, kisələrə yığır və gedir. Daha sonra həmin şəxs oraya qara köynəkdə geri dönərək detalları araba ilə aparır. Videomüşahidə kamerasının qeydlərinin əks olunduğu CD diski təqdim edib izahatına əlavə olunmasını xahiş etmişdir. Vaxt tapmadığından bir neçə gün ərzində polisə müraciət edə bilməmiş, buna görə də 05.06.2021-ci il tarixdə 17-ci PŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Şikayət və tələbi həmin şəxsin və ya şəxslərin müəyyən edilib məsuliyyətə cəlb olunmağı və ona dəymiş ziyanın ödənilməsidir. Həmçinin bildirir ki, sexdə hər-hansı dəyişiklik olduğu zaman bunu dərhal bilir. Həmin valaşinkalar adlanan detallara sonuncu dəfə oğurluqdan öncəki günün axşamı baxmış, detallar yerində olmuşdur. Səhər sexə gələrkən orada çalışan Orxan adlı usta ona detalların yerində olmadığını onun xəbəri olubolmadığını soruşduqda onların açıldığını görüb, sexin qarşısını görən müşahidə kamerasına baxış keçirmiş və naməlum bir nəfər şəxsin detalları oğurladığını görmüşdür. Valaşinkaların ağır detal olduğunu tək adamın onu götürə bilməyəcəyi, həmçinin şübhəli Təqsirləndirilən şəxs özünün detalı götürmədiyini sadəcə olaraq orada ətrafda olan yivli halqaları və boltları yığdığını bildirməsilə bağlı cavab olaraq bildirmişdir ki, oğurlanan valaşinkaların özü deyil onların üzərində olan diyircəkli təkərlərdir. Bolt oğurlansaydı ümumiyyətlə şikayət etməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, Pənah adlı şəxsin işlətdiyi metal qəbulu məntəqəsində 2 il olar ki, fəhlə kimi işləyir. Təqsirləndirilən şəxs hər kəs Həsən kimi tanıdığından, o da onu Həsən adı ilə tanımışdır. Təqsirləndirilən şəxs 2-3 gündən bir metal toplayaraq qəbul məntəqəsinə gətirir, himayəsində azyaşlı uşağı olduğundan gətirdiyi metalları qəbul edərək pulunu verirlər. Tarixini dəqiq xatırlamadığı tarixdə müdirləri Pənah adlı şəxs qəbul məntəqəsində olmadığı gün saat 11 radələrində Hüseyn məntəqəyə gəlmiş, o da orada olmuşdur. Hüseyn bir araba metal gətirmiş, o metalları çəkmiş, metallar 8 kq təşkil etmiş, bundan sonra o, Hüseynə bunun müqabilində 2.40 AZN pul etdiyindən, bildirmişdir ki, müdirləri Pənah gəldikdə ona pul verər. Bundan sonra Pənah gəlmədiyindən bu günə kimi də, Hüseynə pul verilməyib. Daha sonra Polis əməkdaşları qəbul məntəqəsinə gəldikdə, Hüseynin təhvil verdiyi metalların oğurluq olması barədə məlumat vermişlər, lakin onun nə oğurladığını bilmir. Hüseyn ona təhvil verdiyi metalların içərisində tikinti zamanı istifadə olunan P şəkilli dəmir (şveller), beton tökülən zaman istifadə olunan 8-lik məftil (kartinka məftil), 90 dərəcəli uzun dəmir (uqolknik), iki ədəd armatur parçası olmuşdur. İttiham aktının siyahısında şahid qismində göstərilmiş X11 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, səhhətində yaranmış narahatlıqlarla əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında istintaqa verdiyi ifadəsi elan edilməklə digər sübutlarla birlikdə tədqiq edilmiş şahid X6 ifadəsi ilə irəli sürülən ittihamda göstərilən xüsusatlar bir daha təsdiq olunmuşdur. Cinayət işinin 13-19-cu vərəqələrində olan “Baxış keçirilməsi haqqında” 05.06.2021ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci baş təhqiqatçısı X8 həmin protokolu ondan ötrü tərtib etmişdir ki, hadisə yerinə baxış keçirmişdir. Hadisə yeri Nərimanov rayonu, İ.Abışov küçəsi 16 ünvanında yerləşən setka toxunuşu sexinin arxa tərəfidir. Sexin arxa tərəfi torpaq yolun üzərinə çıxır. Həmin ərazi sexin işçiləri tərəfindən onun həyəti kimi istifadə olunur. Həmin ərazidə qırmızı rəngli metal konteynerlər vardır. Cinayət işinin 20-ci vərəqində olan “Diskə baxış keçirilməsi haqqında” 05.05.2021-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Nərimanov RPİ-nin 17-ci PŞ-nin baş təhqiqatçısı X1 Elgün Mayıl oğlunun şikayət ərizəsi əsasında hadisə yerinə, yəni Bakı şəhəri, Nərimanov rayonu, İ.Abışov küçəsi 16 ünvanda fəaliyyət göstərən sexə baxış keçirilən zaman hadisənin sexin müşahidə kamerasına düşdüyü üçün həmin görüntülər Zərərçəkmiş şəxs tərəfində diskə köçürülərək təqdim edilmiş və götürülmüşdür. Həmin diskə xidməti iş otağında baxış keçirilmişdir. Baxış zamanı məlum olur ki, bir nəfər arıq bədən quruluşlu, əynində qara rəngli köynək olan naməlum şəxs əlində ağ rəngli kisə ilə sexin arxasında yerləşən avadanlıqlara yaxınlaşıb oradan detalları sökərək kisəyə yığır. Sonra isə kisəni bir tərəfdə gizlədib oradan kənarlaşır və oraya qırmızı köynəkli bir şəxs əl arabası ilə yaxınlaşaraq həmin kisəni arabaya qoyur, sonra da oradan uzaqlaşır. Cinayət işinin 35-ci vərəqində olan “Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 07 iyun 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 74-75-ci vərəqələrində olan “Təqsirləndirilən şəxsin müvəqqəti saxlanıldığı yerdən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” 09 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Nərimanov rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Yerindən azad edilməsi və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır. Cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 26.07.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 103-cü vərəqində olan 22.12.2020-ci il tarixli, AZ-İV seriyalı 534372 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 04.12.2020-ci il təvəllüdlü X5 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X3 qeyd olunmuşdur. Cinayət işinin 104-cü vərəqində olan 21.02.2019-cu il tarixli, AZ-İV seriyalı 255052 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 13.10.2018-ci il təvəllüdlü X2 atası kimi Təqsirləndirilən şəxs, anası kimi X3 qeyd olunmuşdur. Cinayət işinin 125-ci vərəqində olan “Diskin baxışının aparılması haqqında” 04.08.2021-ci il tarixli protokoldan görünür ki, baxış zamanı müyyən edildi ki, istintaqa təqdim edilmiş diskin içərisində 08 ədəd video görüntü 1 ədəd şəkil vardır. İMG2571 adlı faylda bir nəfər, kişi cinsindən olan arıq bədən quruluşlu şəxsin sexin qarşısında əlində yük arabası ilə sürətlə addımladığı görünür. İMG72 adlı faylda bir nəfər, kişi cinsindən olan arıq bədən quruluşlu şəxsin sexin qarşısında əlində yük arabası ilə geri qayıtdığı görünür. İMG73 adlı faylda olan şəkildə bir nəfər, kişi cinsindən olan arıq bədən quruluşlu şəxsin əlində ağ rəngli yük kisəsi olduğu görünür. İMG74 adlı faylda bir nəfər, kişi cinsindən olan arıq bədən quruluşlu şəxsin sexin qarşısında əlində yük torbası detalların arasında hərəkət etdiyi görünür. İMG75 adlı faylda bir nəfər, kişi cinsindən olan arıq bədən quruluşlu şəxsin sexin qarşısında hərəkətdə olduğu görünür. İMG76 və 77 adlı faylda bir nəfər, kişi cinsindən olan arıq bədən quruluşlu şəxsin sexin qarşısında olan detalların arasında hərəkət etdiyi, detalları axtarması görünür. İMG78 adlı faylda bir nəfər, kişi cinsindən olan arıq bədən quruluşlu şəxsin sexin qarşısına əlində yük arabası ilə gəldiyi görünür. İMG81 adlı faylda bir nəfər, kişi cinsindən olan arıq bədən quruluşlu şəxsin sexin qarşısında əlində yük kisəsi olduğu görünür. Diskə baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, video görüntülərdə olan şəxs odur. Diskin baxışı gündüz vaxtı, otaq şəraitində, "HP LE1901W" markalı stolüstü kompütürdə aparılmaqla saat dəqiqədə başa çatdı. Video görüntülərin əks olunduğu diskə baxış ilə əlaqədar tərəfimdən protokol tərtib olundu. Cinayət işinin 126-134-cü vərəqələrində olan “Cinayət təqibi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 05 avqust 2021-ci il tarixli qərardan görünür ki, iş üzrə hadisə vaxtı qeydə alınmış videogörüntülərin olduğu 1 ədəd CD formatlı diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs 20.09.2021-ci il tarixli ərizəsindən görünür ki, o Təqsirləndirilən şəxs ilə baışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və fobyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafı, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir.». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir.». Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşmançılıq çəkməsini, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini, himayəsində iki azyaşlı uşaqlarının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti o cümlədən cəzanı yüngülləşdirən hallar (cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, istintaq zamanı tutma altında saxlanıldığı (07-09 iyun 2021-ci il) 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması (həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə) cəzasından çıxılmaqla qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. İş üzrə maddi sübut olan - 03.06.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 8 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan - 03.06.2021-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin görüntülərini əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir. Hakim Vüsal Qurbanov
Məhkəmə qərarları › İş №1(005)-41/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-41/2022
06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver