Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-41/2025 20.05.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 14:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Ələkbərzadə Qafur Hikmət oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı iştirakı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi “A.İ.M” Vəkil Bürosunu vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 müdafiəçisi “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1, tərcüməçi X4 iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, hazırda işsiz, əvvəllər məhkum olunmuş, Cəbrayıl rayonu, Şahvəlli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda (“Kosmos” YK) faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, “X5" MMC-in direktoru işləyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi, ev 9 qeydiyyatda olmaqla Bakı şəhəri, Səbail rayonu, Zərifə Əliyeva küçəsi 22, ev 45 faktiki yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumat bazasında Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- in 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair mövcud olan məlumatın həmin bazadan silinməsinə köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin oktyabr ayında qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 vasitəsi ilə özlərinə müraciət edən Bakı şəhər sakini Zərərçəkmiş şəxs özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxslər kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs məhkumluğunun bazadan silinməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni barəsində mövcud olan məhkumluq qeydinin silinməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 16.000 (on altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022ci ilin oktyabr ayında ünvan 2 ünvanda (“PortBaku” YK) qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 ilə birlikdə aldatmaqla bildirərək Zərərçəkmiş şəxs ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə 13.01,2023-ci il tarixdə Bakı şəhər Nərimanov rayonu, F.Yusibov 32 ünvanda 8000 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 13600 manat məbləğində pul vəsaitini alıb, eyni tarixdə ünvan 2 ünvanında Təqsirləndirilən şəxs2lə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, eyni niyyətlə Zərərçəkmiş şəxs tərəfindən sonuncunun istifadəsində olan "xxxx" ASC-yə məxsus **********864731 saylı bank kartından qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" ASCyə məxsus **********053070 saylı bank kartına xx.xx.2023-cü il tarixdə 300 manat, 19.01.203-cü il tarixdə 300 manat, eləcə də qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 istifadəsində olan "xxxx" ASC-yə məxsus **********550384 bank kartına xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, sonuncu dəfə Bakı şəhəri Nərimanov rayon ərazisində xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla cəmi 2600 manat təşkil edən pul vəsaitinin köçürülməsinə nail olub, qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs2 həmin pul vəsaitlərini qeyd edilən ərəfədə sonuncu dəfə Bakı şəhəri ərazisində internet üzərindən ödənişlər edib şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 16200 (on altı min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs2 aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşməklə cinayətkar əlaqəyə girib, aralarındakı ümumi cinayətkar niyyətlərinə uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumat bazasında Zərərçəkmiş şəxs Bakı şəhəri Nəsimi rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.1 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair mövcud olan məlumatın həmin bazadan silinməsinə köməklik göstərilməsi ilə bağlı 2022-ci ilin oktyabr ayında özünə müraciət edən Bakı şəhər sakini Zərərçəkmiş şəxs özlərini işgüzar və çoxşaxəli əlaqələrə malik şəxslər kimi təqdim edib formalaşdırdıqları inam və etibardan sui-istifadə edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində yüksək vəzifədə işləyən səlahiyyətli şəxslə münasibətlərinin olmasını, həmin şəxsin vasitəsilə Zərərçəkmiş şəxs məhkumluğunun bazadan silinməsini təmin etmək imkanına malik olduqlarını yalandan bildirib, tanışları olan həmin vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar Zərərçəkmiş şəxs xeyrinə edəcəyi hərəkətə, yəni barəsində mövcud olan məhkumluq qeydinin silinməsi üçün zəruri tədbirləri görməsinə görə maddi nemət olan 16.000 (on altı min) manat məbləğində pul vəsaitinin rüşvət qismində verilməsinin zəruri olmasını 2022-ci ilin oktyabr ayında ünvan 4 ünvanında (“PortBaku” YK) qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 ilə birlikdə aldatmaqla bildirərək Zərərçəkmiş şəxs ilə razılaşmaqla sövdələşib, həmin niyyətlə xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusibov 32 ünvanda 8000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 13600 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olduğu Təqsirləndirilən şəxs1 vasitəsi ilə alıb, eyni tarixdə ünvan 6 ünvanında Təqsirləndirilən şəxs1 ilə aralarında bölüb şəxsi ehtiyaclarına sərf edib, eyni niyyətlə Zərərçəkmiş şəxs tərəfindən sonuncunun istifadəsində olan "xxxx" ASC-yə məxsus **********864731 saylı bank kartından özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus **********053070 saylı bank kartına xx.xx.2023cü il tarixdə 300 manat, xx.xx.2023-cü il tarixdə 300 manat, eləcə də özünün istifadəsində olan "xxxx" ASC-yə məxsus **********550384 bank kartına xx.xx.2023-cü il tarixdə 500 manat, xx.xx.2023-cü il tarixdə 1000 manat, sonuncu dəfə Bakı şəhəri Nərimanov rayon ərazisində xx.xx.2023-cü il tarixdə 500 manat olmaqla cəmi 2600 manat təşkil edən pul vəsaitinin köçürülməsinə nail olub, qeyd edilən ərəfədə sonuncu dəfə Bakı şəhəri ərazisində internet üzərindən ödənişlər edib şəxsi ehtiyaclarına sərf etməklə Təqsirləndirilən şəxs1la qabaqcadan əlbir olan bir qrup şəxs qismində aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 16200 (on altı min iki yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət əməlini törətmələri Təqsirləndirilən şəxs1 etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyini qeyd edib ifadəsində göstərmişdir ki, o Zərərçəkmiş şəxs 8000 ABŞ dolları deyil, məhz 8100 manat pul almış, Təqsirləndirilən şəxs2 kartına göndərilmiş 2600 manat vəsaitdən isə onun xəbəri yoxdur, həmin vəsait ona ümumiyyətlə çatmamışdır. Həmin dövrdə maddi vəziyyəti ağır olduğundan məcbur olub bu əməlləri törətmişdir. O Təqsirləndirilən şəxs2 ilə 2019-cu ilin sonlarında tanış olmuşdur. Həmin vaxtlarda Rüfət fotoqraf kimi fəaliyyət göstərmiş, həmçinin Milli Məclisə keçirilən seçkilərə Masallı rayonundan namizədliyini irəli sürmüşdür. O, Rüfətə seçki kompaniyasının keçirilməsinə köməklik göstərmiş, lakin seçkilərdə Rüfət uğur qazanmamışdır. Onun bildiyinə görə Rüfət 2022-ci ilin yay aylarında Zərərçəkmiş şəxs ilə tanış olmuş, o da sonuncunun vasitəsi ilə həmin xanımla tanış olmuşdur. Rüfət Sevdanı ona kriptovalyuta sahəsi üzrə mütəxəssis kimi təqdim etmişdir. Rüfət Sevda ilə tanış olduqdan sonra maddi imkanı müsbətə doğru dəyişmişdir. Belə ki, Rüfət “PortBaku” yaşayış kompleksində yaşamağa başlamış, bahalı restoranlarda yemək yemiş, lakin Rüfət gəlirlərinin mənbəyi barədə ona hər hansı məlumat verməmişdir. O, Rüfətin maddi vəziyyətinin yaxşılaşmasına səbəb kriptovalyuta işi ilə məşğul olmasını ehtimal etmişdir. Belə ki, 2022-ci ilin oktyabr ayında dəqiq xatırlamadığı tarixdə Rüfət ondan Zərərçəkmiş şəxs məhkumluğun silinməsi məsələsinə köməklik etməyini xahiş etmiş, o da həmin xahişi həll edə biləcəyini sonuncuya demişdir. Bu söhbətdən sonra o 2022-ci ilin oktyabr ayında “Port Baku”-da yerləşən ofisdə Rüfət ilə birlikdə Zərərçəkmiş şəxs ilə görüşmüş, görüş vaxtı onlar kriptovalyuta barədə müzakirələr aparmışlar, lakin məhkumluğun DİN-in bazasından silinməsini ilə bağlı müzakirə aparılmamışdır. Rüfət təklikdə Sevdaya 8000 manat pul müqabilində məhkumluğun DİN-in bazasından silinməsini təmin edəcəyini vəd etmiş, Sevda isə Rüfətin dediyi şərtlərə razılıq vermişdir. Bu məqsədlə o Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə məhkum olunmuş Zərərçəkmiş şəxs məhkumluğunun DİN-in sistemdən silinməsi müqabilində ondan 2023-cü ilin fevral ayında Sevdanın iş yeri olan Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ofisdə 3000 manat və 5100 manat dəyərində 3000 ABŞ dolları, ümumilikdə 8.100 manat pulu almışdır. Zərərçəkmiş şəxs məhkumluğun silinməsi məsələsinə köməklik etməyini ondan Rüfət xahiş etmiş, o da həmin xahişi həll edə biləcəyini demiş, Rüfət məsələnin həlli üçün hansı məbləğdə pul lazım olduğunu soruşanda o sonuncuya 3.000 manat lazım olacağını demiş, Rüfət isə Sevdaya 3000 manat deyil, 8.000 manat pul deyəcəyini, lakin həmin məbləği Sevdadan almağı ona tapşırmış, Rüfət ilə aralarında olan razılaşmaya görə 3000 manatı o götürüb işi həll etməlidir, əlavə alınan 5.000 manat pul isə Rüfətlə aralarında bərabər şəkildə bölünəcəkdir. Lakin onun məhkumluğun DİN-in sistemdən silinməsini həyata keçirmək üçün heç bir imkanı olmamışdır. Buna baxmayaraq Rüfətə bildirmiş ki, 3.000 manat pul müqabilində Sevdanın məhkumluğunu sistemdən silinməsini təmin edəcək, yəni Sevdaya “ASAN” Xidmət Mərkəzlərində “məhkumluğu yoxdur” məzmunlu arayışı əldə edilməsini nəzərdə tutmuşdur. O, 8.100 manat pulu Sevdadan aldıqdan sonra eyni gündə Rüfətlə onun yaşadığı “PortBaku” yaşayış kompleksində görüşmüş, 5100 manat dəyərində olan 3000 ABŞ dolları tam olaraq Rüfətə vermişdir. Sonradan Zərərçəkmiş şəxs ona çatdırılması üçün Təqsirləndirilən şəxs2 məxsus bank kartlarına əlavə 2600 manat pulun köçürülməsi barədə məlumatının olmadığını söyləmişdir. Bildirmişdir ki, məhkumluğun silinməsi üçün aldığı 8100 manat puldan 3.000 manatını özünə saxlayıb öz şəxsi ehtiyacları üçün xərcləmiş, qalan 3000 ABŞ dolları isə tam olaraq Təqsirləndirilən şəxs2 vermişdir. O əməlindən peşmandır, həmin dövrdə şəxsi problemləri olduğundan pula ehtiyacı olmuş, buna görə də qeyd edilən əməlləri törətmiş, götürülmüş 8100 manatdan 3000 manatı onda qalmış, həmin pulu şəxsi ehtiyaclarına sərf etmiş, hazırda isə Sevdaya vurmuş olduğu bütün ziyanı ödəmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, hazırda zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir, dövlət büdcəsinə də ziyanın ödənildiyini qeyd etmişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs2 məhkəmə iclaının əvvəlində 3000 manat pulu geri alaraq Zərərçəkmiş şəxs pulu qaytarmışdır. Lakin Təqsirləndirilən şəxs2 göndərilmiş puldan xəbəri olmamışdır. Cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmişdir. Bütün bu halları nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edib ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs qarşı dələduzluq etməmişdir. O, 2000-ci ildə Rusiyaya köçmüş və 2011-ci ilə kimi orada yaşamışdır. O, Azərbaycana köçdükdən sonra fotoqrafçı kimi fəaliyyətə başlamış, 2021-ci ildə isə xidmət müqaviləsi ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatında müqavilə əsasında fotoqrafçı kimi işləmiş, orada sosial media marketinqi ilə məşğul olmuşdur. Turizm qrupundan tanıdığı Zaur adlı şəxs vasitəsi ilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Zərərçəkmiş şəxs ona kriptoqrafiya sahəsində işlədiyini bildirmiş, gördüyü işlər və reallaşdırmaq istədiyi layihələr barədə ona məlumat vermişdir. Sevda ilə söhbətdən sonra onda həmin sahəyə maraq yaranmış və Sevda ilə əməkdaşlıq etməyə razılaşmışdır. Onun Sevda ilə arasında əldə edilmiş razılaşmaya əsasən o, özünə məxsus pul vəsaitlərini kriptovalyutaya yatırmalı, kriptovalyutanın dəyəri qalxdığında isə Sevda ilə valyutanı yuxarı qiymətə satıb gəlir əldə etməli, həmin gəlir aralarında bölünməlidir. İlkin olaraq onlar Sevda ilə birlikdə “X14” adlı MMC təsis etmək istəmişlər, nəticədə həmin MMC-ni təsisçi olaraq dövlət orqanlarında qeydiyyatdan keçirmiş, sonradan o həmin MMC-in adını dəyişdirib "xxxx" MMC kimi qeydiyyatdan keçirtmişdir. Bundan sonra o "xxxx" QHT təsis etməyi fikrində olmuş, lakin Zərərçəkmiş şəxs barəsində Nərimanov RPİ-də dələduzluq cinayəti üzrə araşdırma aparıldığını eşidəndə sonuncudan ayrı olaraq həmin QHT-ni təsis etməyə qərarına gəlmişdir. O, Sevdanı Hünbət adlı şəxslə tanış etmiş, Hünbət həqiqətən ona bildirmişdir ki, məhkumluğun bazadan silinməsini təmin edə bilər. O, Hünbət ilə Sevdanı “Coin Realtor” layihəsinə görə tanış etmiş, belə ki, Hünbət maddi imkanları olan tanışlarını həmin layihəyə investor kimi cəlb etməli idi. Bu tanışlıqdan sonra Sevda ilə Hünbət məhkumluq məsələsini özləri müzakirə etmişdilər. Onun bildiyinə görə Hünbət Sevdadan 8000 ABŞ dollar deyil, 8000 manat almışdır. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 həqiqəti deməmişlər, məhkumluğun silinməsi ilə bağlı pul məsələsinin müzakirəsi onun yanında olmamış, o təklikdə də Sevda ilə 8000 manat pulun verilməsi məsələsini danışmamışdır. O, əvvəlki dövrlərdə Təqsirləndirilən şəxs1 ümumilikdə 7000 manatdan çox borc vermişdir. Hünbət Zərərçəkmiş şəxs ilə görüşdükdən sonra onun olduğu “PortBaku” yaşayış kompleksində yerləşən ofisə gəlib ona əvvəlki dövrlərdən olan borcundan 4000 manatı geri qaytarmışdır. O, Hünbətin həmin pulu Sevdadan alıb almamasını bilməmişdir. O Hünbətə Sevdaya hansı məbləği, o cümlədən 3000 manat yerinə 8000 manat deməsini göstəriş verməmiş, aralarında belə bir müzakirə olmamışdır. Sevda onun kartına müxtəlif məbləğlərdə pul vəsaitləri göndərsə də, həmin vəsaitlər “Coin Realtor” layihəsinin icrası ilə bağlı çəkilən xərclərə istifadə edilmiş, eyni zamanda o şəxsi vəsaitindən də qeyd etdiyi layihəyə pul xərcləmişdir. Qeyd edilən 2600 manat pul vəsaiti də Sevda ona həmin məqsədlərlə göndərilmiş, həmin vəsait ona Hünbətin tələbi ilə göndərilməmişdir. Zərərçəkmiş şəxs onun kartlarına köçürdüyü pulları “Coin Realtor” layihəsinin icrası ilə əlaqədar göndərmiş, sonuncu köçürmələri işçisi Şahid4 məxsus kartdan etmiş, ona demişdir ki, guya öz adına olan bank kartı bloklanmışdır. O həmin vəsaitləri birgə iş üçün istifadə etmiş, restoranlarda yemeklər verilmiş, layihə üçün xərclənmişdir. Sevda pul vəsaitlərini özü göndərmiş, Bank kartı onun istifadəsində olmuşdur. Məhkumluğunun silinməsi ilə bağlı Təqsirləndirilən şəxs1 ilə özünün iştirakı ilə apardıqları səsli danışıqları əks etdirən audio yazıya münasibətdə bildirmişdir ki, həmin danışıq onunla Hünbət arasında baş vermiş, səs ona məxsusdur, ikisi arasında olmuş telefon danışığıdır. O, Hünbət ilə danışıq vaxtı sonuncuya götürülən puldan hər hansı məbləğin ona çatmadığını deməyə ehtiyac görməmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, ittihamı qəbul etmir. Zərərçəkmiş şəxs ilə aralarında işgüzar münasibətlər olmuşdur. Zərərçəkmiş şəxs məxsus pulları əldə etməmiş və mənimsəməmişdir. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o 2016cı ildən “X17” LTD adlı MMC təsis edib 2024-dək kriptoqrafiya fəaliyyəti məşğul olmuşdur. Belə ki, əsasən kripto- valyuta alışı və satışı, eləcə də üçürıcü şəxslərə kripto valyuta bloklar zənciri (blok Chain), NFT üzrə icarəyə götürdüyü Bakı şəhəri, Nərimanov rayonu, F.Yusibov 32 ünvanda təlimlər keçmiş, bununla müəyyən qazanc əldə etmişdir. O 2022-ci ildə "xxxx" adlı QHT yaratmaq istəmişdir. Həmin işin həyata keçirilməsi üçün dövlət qurumlarında əlaqəsi olan şəxslərlə tanış olub əlaqə qurmaq istəmişdir. 2019-cu ildən tanıdığı turizm sahəsində işləyən Şahid2 adlı şəxs vasitəsi ilə özünü sahibkar iş adamı kimi təqdim edən Təqsirləndirilən şəxs2 ilə 2022-ci ildə sonuncuya məxsus Bakı şəhəri, Səbail rayonu Nizami küçəsində yerləşən kafesində tanış olmuş, həmin vaxtdan sonuncu ilə dostluq etməyə başlamışdır. Təqsirləndirilən şəxs2 özünü sahibkar olmasına baxmayaraq eyni zamanda hüquqşünas ixtisaslı olduğunu, İnsan Hüquqları üzrə Müvəkkilinin köməkçisi, Rusiya Federasiyasında Diaspor sədri vəzifəsində işlədiyini, tanınmış şəxslərlə yaxın münasibətdə olduğunu bildirmişdir. İlk tanışlıqda o Təqsirləndirilən şəxs2 çox inanıb, sonuncun vasitəsilə həyata keçirmək istədiyi layihələri barədə dövlət qurumlarına məlumat verə biləcəyini düşünmüş və buna görə də kriptoqrafiya sahəsində təklif etmək istədiyi layihələr haqqında sonuncuya danışmışdır. Rüfət onun təkliflərini bəyənib bunun üçün müəyyən məbləğdə pul xərclənməsinin zəruri olduğunu bildirmişdir. Onun Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə məhkumluğu olmuşdur. Rüfət hər zaman ona məhkumluğu olduğundan onun adından QHT təsis etməyin mümkün olmadığını bildirmişdir. Onun adına olan məhkumluq məlumatının DİN-in bazasından silinməsinə köməklik göstərilməsi üçün Rüfət hazırda bir çox dövlət qurumları, eləcədə DİN-də geniş əlaqələri olan ləğv edilmiş MTN-in sabiq əməkdaşı kimi təqdim etdiyi Hünbət adlı şəxslə onu “Port Baku”da yerləşən ofisdə tanış etmiş, 2022-ci ilin oktyabr ayında baş tutmuş görüş vaxtı Hünbət adlı şəxs Rüfətin yanında ona 16.000 manat pul məbləği müqabilində polisdə olan tanışları vasitəsi ilə məhkumluğunu DİN-in bazasından silinməsini təmin edəcəyini vəd etmişdir. Bu məqsədlə o 2023-ci ilin yanvar ayında 13600 manat təşkil edən 8000 ABŞ dollar pulu Bakı şəhəri, Nərimanov rayonunda yerləşən ofisində tanışı Şahid4 yanında həmin pulu Hünbət adlı şəxsə vermiş, bunda sonra isə əlavə 2600 manat məbləğində pul vəsaitini hissə-hissə olmaqla Təqsirləndirilən şəxs2 məxsus bank kartlarına göndərmişdir. Onun Rüfətə pul göndərməsi onun və Hünbətin razılaşmasına əsasən olmuşdur, çünki Rüfət və Hünbət onun məhkumluğunu sildirəcəklərini ona vəd etmişlər, çünki Rüfət həm də onun inandırmışdır ki, onun məhkumluğu silinmədən onların biznesi alına bilməz. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir, onunla barışmışdır, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Barəsində iş üzrə icraata xitam verilməsinə etiraz etmir. Lakin Təqsirləndirilən şəxs2 tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. hazırda şikayətçidir və barəsinə azadlıqdan məhrumetmə ilə bağlı olan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilmiş Şahid4 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs ilə 2016-ci ildə tanış olmuşdur. Belə ki, həmin dövrdə kriptovalyutaya maraq göstərdiyindən “whatsapp” tətbiqində bu sahə üzrə olan qruplara qoşulmuş, bildiyinə görə həmin qrup Rusiya Federasiyasından idarə edilmiş, Zərərçəkmiş şəxs da həmin qrupun üzvü olmuş və tanışlıqları da oradan yaranmışdır. O kriptovalyutaya sahəsi üzrə Sevdadan xeyli məsləhətlər alıb müəyyən məbləğdə pul qazansa da, pul itirməsi də olmuş, buna görə həvəsdən düşmüş, bu sahə üzrə fəaliyyətini dayandırmışdır. Lakin onun Sevda ilə münasibətləri davam etmişdir. 2022-ci ilin yay aylarında Sevda yenidən onunla əlaqə saxlayıb bu sahə üzrə palata yaratmaq istədiyini, onun da onunla işləmək istəyinin olubolmadığını soruşmuşdur. Sevdanın ona deməsinə görə iş fəaliyyəti bu sahə üzrə internet vasitələrindən məlumatların toplanması, “instaqram” səhifəsinin idarə edilməsi və s. bu kimi işlərdən ibarət olacaqdı. O həmin vaxt işsiz olduğundan Sevdanın bu fikri ilə razılaşıb onunla birgə işləməyə başlamışdır. 2022-ci ilin avqust-sentyabr aylarında Təqsirləndirilən şəxs2 adlı şəxs ofisə gəlib Sevdanın layihələri barədə məlumat əldə etmişdir. Sevda ilə Rüfətin arasında olan razılaşmaya əsasən palatanın iki təsisçisi, yəni həm Rüfət, həm də Sevda təsisçi olacaqdır. Sevdanın hansısa sənədi olmadığından o, yeni bank kartı ala bilməmiş, buna görə də o özünə məxsus, lakin istifadə etmədiyi "xxxx" ASC-yə məxsus **********864731 saylı “Leo kartı 2022-ci ilin yay aylarında Sevdaya istifadə etməsi üçün vermiş, həmin kart hazırda da Sevdanın istifadəsindədir. Bununla belə Sevdanın həmin kartdan kimə və hansı məbləğdə pul göndərməsi barədə dəqiq məlumatı olmasa da, Sevdanın deməsinə görə, o həmin kartdan Rüfətə müxtəlif məbləğlərdə pul vəsaitləri göndərmişdir. Əvvəlki gəlişlərində Rüfət hər zaman bildirmişdir ki, Sevdanın məhkumluğu olmuş, buna görə də o palatanın təsisçisi ola bilməz. O ofisdə olduğu vaxt Zərərçəkmiş şəxs Hünbət Rustəmova pul verdiyini görmüşdür. Zərərçəkmiş şəxs həmin pulu məhkumluğun silinməsi üçün verdiyini demişdir. Zərərçəkmiş şəxs dediyinə görə verdiyi məbləğ 8000 dollar olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid3 bildirmişdir ki, o 2016-ci ildə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Belə ki, həmin dövrdə kriptovalyutaya maraq göstərdiyindən bu sahə üzrə olan online qruplarda iştirak etmişdir. Zərərçəkmiş şəxs ilə tanışlığı bu formada yaranmışdır. 2019-cu ildə Sevda onunla əlaqə saxlayıb kriptovalyuta üzrə alqı-satqı sərgisinin keçiriləcəyini, həmin sərgidə iştirak etmək istəyinin olub-olmadığını soruşmuş, Sevda həmin sərgidə kriptovalyuta ilə alqı-satqının test ediləcəyini bildirmişdir. O, Sevdanın bu fikri ilə razılaşıb sərgidə iştirak etmişdir. Həmin sərgi “FlameTower” də keçirilmiş, dünyanın bir çox ölkəsindən olan şəxslər sərgidə iştirak etmişdir. 2022-ci ilin yay aylarında Sevda yenidən onunla əlaqə saxlayıb bu sahə üzrə palata yaratmaq istədiyini, onun da bu sahədən bir qədər anlayışının olduğundan onunla işləmək istəyinin olubolmadığını soruşmuş, iş fəaliyyəti bu sahə üzrə internet vasitələrindən məlumatların toplanmasından ibarət olacaqdı. O, həmin vaxt işsiz olduğundan Sevdanın bu fikri ilə razılaşıb onunla birgə işə başlamış, gündəlik fəaliyyəti əsasən kompüter qarşısında oturub hesablar üzrə işləmək, müəyyən sənədləri hazırlayıb çatdırmaq olmuşdur. Onların iş yeri Bakı şəhəri, Nərimanov rayonunda yerləşən Sevdaya məxsus ofisdə olmuşdur. 2022-ci ilin avqust-sentyabr aylarında Təqsirləndirilən şəxs2 adlı şəxs ofisə gəlib Sevdanın layihələri barədə məlumat almışdır. Rüfət Nərimanov rayonundakı işlədiyi ofisə gələndə özünü Ombudsman köməkçisi və Rusiya Federasiyasında Diasporanın vitse-prezidenti kimi təqdim etmiş, bu sahədə Sevdanın layihələri barədə müvafiq vəzifəli şəxslərə məlumat verilməsində və bununla da həmin şəxslərin köməkliyi ilə palatanın yaradılmasına köməklik edəcəyini bildirmişdir. Həmçinin Rüfət bildirmişdir ki, müvafiq vəzifəli və tanınmış şəxslərlə görüşün Sevdanın Nərimanov rayonundakı ofisində keçirilməsi məqsədəuyğun deyil, bunun üçün yalnız “PortBaku” yaşayış kompleksində bir müddət kirayə yaşayıb orada ofisdə həmin şəxslərlə görüş keçirməlidir. Onun dediyinə görə prezidentin köməkçisi də “PortBaku” yaşayış kompleksində yaşayır, orada yaşamaq ünsiyyətin yaradılmasına müsbət təsir edəcəkdir. Sevda Rüfətin bu fikri ilə razılaşmış və Rüfət 6 aya yaxın həmin yaşayış kompleksində kirayə yaşamış, kirayə pulu isə Sevda tərəfindən ödənilmişdir. Sevda ilə Rüfətin arasında olan razılaşmaya əsasən palatanın iki təsisçisi, yəni həm Rüfət, həm də Sevda təsisçi olacaqdır. Rüfətlə Sevda bir ilə yaxın müddətdə birlikdə fəaliyyət göstərmişlər. xx.xx.2023-cü il tarixdə “X2” İctimai Birliyi təsis edilmiş, Zərərçəkmiş şəxs sədr seçilmiş, o isə təsis protokolu üzrə katib təyin olunmuşdur. Rüfət hər zaman bildirirdi ki, Sevdanın məhkumluğu olmuş, buna görə də o palatanın təsisçisi ola bilməz. Xatırlamadığı vaxta Hünbət ofisə gəlmişdir Zərərçəkmiş şəxs ilə söhbət etdikləri zaman stolun üstundə pul görmüşdür, daha sonra Zərərçəkmiş şəxs pulu məhkumluğun silinməsi üçün verdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid1 və Şahid2 məhkəmə iclasında bildirdikləri zərərçəkmiş şəxs və təqsirləndirilən X6 ifadələri ilə eyni məzmunlu olmuş və qeyd olunan halları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr ərzində “LeoBank X10” ASC- yə məxsus 4098 5844 5886 4731 nömrəli plastik kartdan 4169 7385 2433 5613, 4169 7388 1455 0384 və 4169 7385 5205 3070 plastik kartlara 20.186,9 manat pul köçürülmüşdür. Məhkəmədə tədqiq edilən “Baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı CD disk “HP” markalı kompüterin yuvasına daxil edildi və müəyyən olundu ki, CD diskdə ümumilikdə 3 səs yazısı vardır. Alınmış izahatlarla müəyyən edilmişdir ki, həmin səs yazıları Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, Şahid1 və Şahid4 qızma məxsusdur. Səs yazılarından aydın görünür ki, məhkumluğun silinməsindən ötrü Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs valyutası qeyd edilməyən 8.000 pul almış, həmçinin "xxxx" QHT-nin yaradılması üçün Zərərçəkmiş şəxs tərəfindən valyutası qeyd edilməyən 100.000 məbləğdən çox pul xərclənmişdir. Məhkəmədə tədqiq edilən “Səsli danışıqlara baxış keçirilməsi barədə” 22.042024-cü il tarixli protokoldan görünür ki, baxış zamanı təqdim olunmuş 1 ədəd “Verbatim CD-R” “HP” markalı kompüterə yerləşdirildi. Disk müvafiq qaydada açıldı və içərisində 11 dəqiqə 35 saniyə davam edən “10 may 19.06_.mp3”, 38 dəqiqə 53 saniyə davam edən “hazir.mp3”, 32 dəqiqə 34 saniyə davam edən “Интервью 003.mp3” adlı 3 ədəd səs yazısı olduğu müəyyən edildi. Səs yazısında - Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında barəsində Nərimanov RPİ-də aparılan araşdırma ilə bağlı müzakirə aparılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs2lə Zərərçəkmiş şəxs arasında aparılmış danışıqda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 bildirmişdir ki, “Mən məhkəmə yolu ilə həmin maddələri sildirə bilməmişəm, sən mənə Hünbətin bunları silə biləcəyini demişdin, 8000 manat (04 dəq 03 san) nədən vermişəm, həmin pulu məhkumluğun sistemə çıxmamsı üçün vermişəm, ama Hünbət məhkumluğu silməmiş, mən təsis ediləcək QHTdə müşavir deyil, təsisçi olmalıyam, ikinci təsisçi Cümşüd adlı şəxs olmayacaq, mən əziyyət çəkib 100000 qədər pul xərcləmişəm (15dəq.39san), sən dövlət orqanalarına ünvanladığın məktublarda “MMC” yerinə yalandan olaraq “İctimai birlik” kimi göstərmisən, aramızda olmuş danışığa görə gələcəkdə hər hansı problemlərin olmaması üçün mənim cinayət maddələri ilə bağlı məsələm bağlamalı idi, Hünbət isə işi həll edə bilməmişdir.” Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika İdarəsindən əməliyyat sorğu kartotekasından əldə edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ əməliyyat sorğu kartotekasından əldə edilmiş məlumatlara əsasən Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmuşdur. Abşeron Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2021ci il tarixdə cəzasını tam ödəmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2011 ci il tarixli hökmü ilə hökm dəyişdirilərək üzərində cəmi 1200 manat cərimə cəzası saxlanılmışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X12 15 aprel 2024-cü il tarixli 4767 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə həmin xəstəxanada müalicədə olmamışlar. Məhkəmədə tədqiq edilmiş 30 saylı MKİS tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən “Qətimkan tədbirinin seçilməsi haqqında” 12 iyun 2024-cü il tarixli qərardan görünür ki, X7 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən “Qətimkan tədbirinin seçilməsi haqqında” 14 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Zərərçəkmiş şəxs tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli Ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs1 barəsində işə xitam verilməsinə etirazı yoxdur. Lakin, qalan 2600 manat pulla bağlı Təqsirləndirilən şəxs2 şikayətçidir. Məhkəmədə tədqiq edilən "xxxx" ASC-yə məxsus xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən X3 hesabına dövlət hesabına 25% (3400,00 manat) ödəniş edilmişdir. Məhkəmədə tədqiq edilən Təqsirləndirilən şəxs1 tərəfindən yazılmış xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş ziyan tam olaraq ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələb yoxdur. Dövlət büdcəsinə 25% məbləğində ödəniş etmişdir. Barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxslərin əməllərinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinmələri barədə düzgün qənaətə gəlmişdir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarına və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsasən aydın olur ki, Təqsirləndirilən şəxs2 ibtidai istintaqın əvvəlindən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilməmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi özünü müdafiə xarakterli ifadəsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsi, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs məhkumluğun silinməsi ilə bağlı pul almaması, həmin vədi Hünbət Rustəmovun verməsi və pulu da Hünbət Rüstəmovun alması barədə ifadəsinə münasibətdə qeyd edir ki, cinayət işinin materiallarında olan səs yazılarında, eləcə də şahidlər tərəfindən verilmiş ifadələrdə Təqsirləndirilən şəxs2 zərərçəkmiş Zərərçəkmiş şəxs məhkumluğunun silinməsi ilə bağlı danışdığı öz təqsidini tapır. Bundan başqa digər təqsirləndirilən X8 tərəfindən qeyd olunan cinayət əməlini birlikdə etdiklərini etiraf etməklə yanaşı, zərərçəkmiş şəxsə ödənilmiş ziyanın 3000 (üç min) manatını Təqsirləndirilən şəxs2 verdiyini qeyd edir. Bundan başqa zərərçəkmiş Zərərçəkmiş şəxs kartına göndərdiyi 2600 (iki min altı yüz) manat məbləğində pul vəsaitinin xərcləri ödəmək üçün göndərilməsinə münasibətdə isə məhkəmə qeyd olunan ifadəni özünü müdafiə xarakterli qiymətləndirərək məsuliyyətdən boyun qaçırmaq məqsədi daşıdığı qənaətinə gəlməyə imkan verir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli, ona həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri üzrə cinayət məsuliyyətindən azad olunması və cinayət təqibinə xitam verilməsi ayrıca qərarla həll edilməli olduğundan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-41/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı ilə həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi qərara alınmışdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhərinin hüdudlarını tərk etməmək, yaşayış yerini axşam saat 20:00-dan səhər saat 09:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirimədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan – 04 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 CMnin 178.2.1-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Məmmədov X9 məhkəmədə iştirak etdiyi 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinməklə 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini axşam saat 20:00-dan səhər saat 09:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan – 04 ədəd DVD disk iş materiallarında saxlanılsın. “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi 90 (doxsan) iş saatı üçün 540 (beş yüz qırx) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-41/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-41/2025
20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver