Məhkəmə qərarları › İş №1(005)-410/2025

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-410/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-410/2025 07.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, Məmmədhəsənov Fərman Salman oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs Sultan-X2 və onun nümayəndəsi və vəkili Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair Sultan-X2 xüsusi ittiham qaydasında verdiyi şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 oğlu xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X3 oğlu şikayətini onunla əsaslandırmışdır ki,barəsində şikayət verdiyi şəxs X10 qızım X4 ilə evli olublar və bu nikahdan 2 övladları xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X9 doğulub. Qızı nikahlarının pozulması barədə iddia ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. Quliyev Ramin Nizaməddin oğlunun sədrliyi ilə 31 iyul 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının gedişatı zamanı Alim Hacıyev mənim şərəf ləyaqətini alçaldaraq onu təhqir etmişdir. Məhkəmə iclası qapalı keçirilmirdi həmin gün üçün növbəti məhkəmə iclaslarına gələn digər şəxslər də zalda idi. Məhkəmə iclası audio-video çəkiliş vasitəsilə keçirilmişdir. İclasın 07:38-ci dəqiqəsində “bic kimi oturub”, “evimə oğurluğa girib”, həmçinin iclasın 10:38-ci dəqiqəsində “şizofrendi”, qızını, həyat yoldaşını və onu nəzərdə tutaraq “ailəlikcə 3-də şizofrendi”, o cümlədən iclasın 11:04-cü dəqiqəsində isə “anasının qızıllarını sən götürmüsən” deyərək ona böhtan atmışdır. Bu şəxsin əməlləri bununla kifayətlənmir əlinə fürsət düşən istənilən vaxtda telefon vasitəsilə onu, qızını, ailəsini təhqir edir, eyni əməlləri törətməkdə davam etdirməkdədir. Eyni zamanda xx.xx.2025-ci il tarixdə Sabunçu RPİ-nin 14-cü Polis Bölməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “İctimai qayda, ictimai təhlükəsizlik və ictimai mənəviyyat əleyhinə olan inzibati xətalar” fəslinin 510-cu maddəsi ilə Alim Hacıyev barəsində inzibati protokol tərtib olunaraq o, 50 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi bu şəxs qanun pozuntusuna meyilli insandır. Azərbaycan Respublikasının adından məhkəmədə sədrlik edən hakimin, iclas katibinin, eyni zamanda hər iki tərəfin vəkillərin və həmin iclas zalında olan 5 nəfər kənar şəxsin qarşısında onun, ailəsinin şəxsiyyəti, mənəviyyatı təhqir edilmişdir. Belə bir halda ona, atası yaşda olan ağsaqqal insana qarşı bu cür əsli olmayan, təhqir, böhtan xarakterli ifadələri özümə qarşı böhtan və təhqir kimi qiymətləndirir, onun nüfuzunu, ləyaqətini övladının, kənar şəxslərin qarşısında ləkələnməsi kimi qəbul edir. Bu cür əməlləri qəsdən törətmiş şəxs X10 barəsində xüsusi ittiham qaydasında cinayət təqibinin aparılması və məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş X3 oğlu və vəkili və nümayəndəsi X5 məhkəmə iclasında çıxış edərək şikayəti tam müdafiə edib, şikayətin məhkəmənin icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X10 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Xüsusi itttiham qaydasında şikayət vermiş şəxs Sultan-X2 xüsusi ittiham qaydasında şikayətinin yoxlanılması zamanı müəyyən edilmişdir ki, şikayətin məzmunu Azərbaycan Respublikası CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun deyil, həmçinin Xüsusi itttiham qaydasında şikayət vermiş şəxs Sultan-X2, nümayəndəsi və vəkili tərəfindən ərizə imza ilə təsdiq edilməmişdir. CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X6 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 oğlu tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun tərtib olunmadığından və xüsusi ittiham qaydasında şikayət vermiş şəxs təkrarən məhkəmənin hazırlıq iclasında iştirak edilmədiyindən şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Sultan-X2 xüsusi ittiham qaydasında verilmiş şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 gün müddətində qərarı qəbul etmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gültəkin Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar