Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-411/2023 22.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:45 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İbrahimov Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X2 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1, “Şirvan Regional” vəkil bürosunun vəkili X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1979-cu ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli 01i azyaşlı olmaqla 02 övladı olan, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında faktiki yaşamış və hazırda Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 41,514 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində qanunsuz saxlamaqla ünvan 4 ünvanının qarşısına daşımış, qeyd edilən narkotik vasitənin 40,489 qram çəkidə olan hissəsini ayırıb bir ədəd sellofan torbada qablaşdırmaqla 10 may 2023-cü il tarixdə ünvan 4 ünvanının yaxınlığında 1.100 manat pul müqabilində tanışı Quliyev Şahid1 satmış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə saat 17:40-da ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 19:30-dan üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sol yan cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 03 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,292 qram, 0,323 qram və 0,410 qram olmaqla ümumi təmiz çəkisi 1,025 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat tədbirinin davamı olaraq Quliyev Şahid1 Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 11 may 2023-cü il tarixdə saat 20:54-də ünvan 4 ünvanının yaxınlığında saxlanılaraq BMCMİ-yə gətirilmiş və orada həmin tarixdə saat 22:45-dən üzərində şəxsi axtarış və götürmə keçirilən zaman sağ əlində saxladığı sellofan torbadan satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bağlamada təmiz çəkisi 40,489 qram olan narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı ünvan 5 ünvanın yaxınlığında yerləşən qaraj icarəyə götürüb, həmin qarajda fəaliyyət göstərir. Təxminən 2-3 ilə yaxın müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana qəbul etdiyini, Bakı şəhərində adını və digər anket məlumatlarını bilmədiyi şəxslərdən aldığını bildirmişdir. O, tutulmamışdan təxminən 4-5 gün əvvəl sosial şəbəkədə adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuş və sonradan həmin şəxslə münasibəti yaranmışdır. Həmin şəxs söhbət əsnasında ona bildirmişdir ki, nə vaxt lazım olsa ona narkotik vasitələr göndərə bilər. Həmin şəxslə “Whatsapp” mesajlaşma proqramı vasitəsi ilə əlaqə saxlayıb ondan narkotik vasitə qurudulmuş marixuana almaq istədiyini bildirmişdir. Razılaşmışlar ki, onda 700 manat pul müqabilində 100 qram narkotik vasitə qurudulmuş marixuana alsın. 10 may 2023-cü il tarixdə onunla əlaqə saxlayıb narkotik vasitənin 700 manat pulunu İran İslam Respublikasının göndərdiyi bank hesabına köçürdükdən sonra həmin şəxs onunla əlaqə saxlayıb göndərdiyi narkotik vasitəni Bakı şəhəri, Səbail rayonu, 20 sahə adlanan ərazidə gizlədildiyini bildirmiş və narkotik vasitənin gizlədildiyi yerin şəkilini və konumunu onun mobil telefonuna göndərmişdir. O, həmin narkotik vasitəni götürüb geri qayıdarkən həmin narkotik vasitəni kimlərə satmaq barədə fikirləşməyə başlamış və tanışı əslən Naxçıvanlı olan Quliyev Şahid1 ilə əlaqə saxlayıb onda 100 qram narkotik vasitə qurudulmuş marixuanan olduğunu bildirib, həmin narkotik vasitəni ümumilikdə 1.100 manata satmaq istədiyini qeyd etmişdir. Şahid1 Quliyev həmin narkotik vasitəni ondan ala biləcəyini bildirmiş və həmin günü yəni 10 may 2023-cü il tarixdə saat 22:00-23:00 radələrində Şahid1 Quliyev onun yaşadığı ünvan 5 ünvanın həyətinə gəlmiş və onunla görüşmüşdür. Şahid1 Quliyev 1.100 manat pul verib 100 qram narkotik vasitə qurudulmuş marixuananı ondan almışdır. Şahid1 Quliyev narkotik vasitənin pulunu ona tam şəkildə və nağd ödəmişdir. O, həmin narkotik vasitəni Şahid1 Quliyevə satmamışdan əvvəl narkotik vasitənin üzərindən az bir hissəsini təxminən 1-2 qramını özü istifadə etmək məqsədi ilə götürmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitəni Şahid1 Quliyevə satdıqdan sonra sonuncu ilə əlaqə saxlamamış və ondan heç bir məlumatı olmamışdır. İran İslam Respublikasının vətəndaşından aldığı və sonradan tanışı Şahid1 Quliyevə satdığı narkotik vasitənin işlədiyi qarajda saxlamışdır. Təqsirləndirilən şəxs hadisə ilə bağlı bildirmişdir ki, 11 may 2023-cü il tarixdə saat 17:40 radələrində yaşadığı ünvan 4 ünvanının yaxınlığında olduğu zaman ona 3 nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişlər. O, özünə aid olan narkotik vasitənin üzərində olmadığını işlədiyi qarajdan götürdüyünü bildirmiş, dundan sonra polis əməkdaşları onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etdikdən sonra orada təqdim etdiyini söyləmişdir.. Polis İdarəsində hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Video çəkilişdən istifadə edilməklə üstünə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üstündə narkotik vasitə qurdulmuş marixuanan olduğunu bildirib əynində olan şalvarının cibində olan 03 ədəd kağız bükümü və 01 ədəd alışqanı, mobil telefonu, qara rəngli pul qabını, 13 manat pulu, əynində olan gödəkcəsinin cibində olan siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi 03 ədəd kağız bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana olması aşkar edilmişdir. Bundan sonra narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmənin suallarına cavab olaraq əməlindən peşman olduğunu, polis əməkdaşları tərəfidən saxlanılarkən heç bir şiddət və təzyiqə məruz qalmadığını bildirmiş və himayəsində 02 övladı və həyat yoldaşının olduğunu, ailəsini yeganə gəlir mənbəyi olduğunu qeyd edərək barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Quliyev Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, təxminən 2 ilə yaxın müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana qəbul etdiyini və qəbul etdiyi narkotik vasitələri Bakı şəhərində adını və digər anket məlumatlarını bilmədiyi şəxslərdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs təxminən 5-6 aya yaxın müddətdir tanıyır aralarına tanışlıq münasibətləri vardır. Təqsirləndirilən şəxs 10 may 2023-cü il tarixdə axşam vaxtı onunla telefon əlaqəsi saxlayıb 100 qram narkotik vasitə qurudulmuş marixuana olduğunu və həmin narkotik vasitəni 1.100 manata satmaq istədiyini bildirmişdir. O, fikirləşmişdir ki, Təqsirləndirilən şəxs həmin narkotik vasitəni alıb sonra sataraq qazanc əldə edə bilər. Bundan sonra onlar danışıb həmin günü 22:00-23:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində görüşmüşlər, o, Təqsirləndirilən şəxs gətirdiyi narkotik vasitəyə baxmış və 1.100 manat pul verib həmin narkotik vasitəni almışdır. Narkotik vasitənin pulunu Təqsirləndirilən şəxs həmin vaxt tam şəkildə və nağd ödəmişdir. Narkotik vasitəni aldıqdan sonra yaşadığı evə aparıb evin həyətində gizlətmiş və sabahı günü səhər vaxtı narkotik vasitəni götürüb rəngli sellofan torbaya qoyub evdən çıxıb Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən bazara gəlib bazardan 15 manata bir ədəd elektron tərzi almışdır ki, narkotik vasitəni çəkib başqa şəxslərə hissə-hissə satıb qazanc əldə etsin. O, Təqsirləndirilən şəxs aldığı narkotik vasitəni elektron tərəzidə çəkib qramlarını dəqiqləşdirib Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən “Neftçilər” metrosunun yaxınlığında üzdən tanıdığı, lakin adını və digər anket məlumatlarını bilmədiyi bir neçə şəxsə satmışdır. 11 may 2023-cü il tarixdə günortadan narkotik vasitənin keyfiyyətinin aşağı olması ilə bağlı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsinə gəlmiş, həmin günü yəni 11 may 2023-cü il tarixdə saat 22:45 radələrində DİN-Nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. O, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə almadığını, üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs alarkən narkotik vasitəni hansı məqsədlə alması barədə sonuncuya heç bir məlumat vermədiyini, Təqsirləndirilən şəxs aldığı narkotik vasitəni üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxslərə satdığını, narkotik vasitəni satdıqdan sonra əldə etdiyi qazancdan Təqsirləndirilən şəxs əlavə olaraq hər hansı bir məbləğdə pul verməyəcəyini qeyd etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərmişdir ki, o, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir və polis leytenantı xüsusi rütbəsini daşıyır. 11 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs və Quliyev Şahid1 Bakı şəhəri Nizami rayonu ərazisində saxlanılması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirlərində, həmçinin onların üzərində şəxsi axtarış keçirilməsi proseslərində əməliyyat qrupunun rəhbəri olaraq iştirak etmişdir. Belə ki, 11 may 2023-cü il tarixdə işlədiyi Baş İdarəyə Təqsirləndirilən şəxs və Quliyev Şahid1 qanunsuz olaraq qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları, bu məqsədlə qeyd edilən maddələr əldə edib saxlamaları və daşımaları barədə əməliyyat məlumatı daxil olmuşdur. O, özü bu məlumatı Baş İdarənin rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs və Quliyev Şahid1 qanunsuz əməllərinin ifşa olunması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmış, bu məqsədlə əməliyyat qrupu yaradılmış, qrupa rəhbərlik ona həvalə olunmuşdur. Əməliyyat qrupu olaraq Təqsirləndirilən şəxs olduğu yer barədə əldə edilən məlumat üzrə hərəkət edilmiş və 11 may 2023-cü il tarixdə saat 17:40 radələrində ünvan 4 ünvanının yaxınlığında xarici əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin olduğunu müəyyən edilmiş və həmin şəxs saxlanılmışdır. Əməliyyat qrupunun üzvləri xidməti vəsiqələrini göstərməklə özlərini təqdim etmişlər və saxlanılan şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs saxlanılmasının səbəbini izah edib onunla bağlı əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarı ona elan etmişlər və onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı olduğunu, əgər üzərində bu kimi qanunsuz maddə və ya predmet saxlayırsa məlumat verməsini bildirmişlər. Təqsirləndirilən şəxs da heç bir etiraz etmədən səmimi şəkildə etiraf edib bildirmişdir ki, hazırda üzərində 03 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana vardır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi zərurəti yarandığı üçün onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişlər. Baş İdarənin inzibati binasına gələndən sonra Təqsirləndirilən şəxs Baş X8 baş təhqiqatçısı Babək Haqverdiyev tərəfindən şübhəli şəxs qismində tutulmuş, vəkilin iştirakı ilə video çəkiliş vasitəsilə hüquq və vəzifələr izah olunmaqla bu barədə qərar elan edilmişdir. Şəxsi axtarış və götürmə aparılarkən Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində saxladığı hər hansı qanunsuz əşya, predmet, narkotik və ya psixotrop maddə varsa çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da üzərində 03 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının cibində olan 03 ədəd kağız bükümü və 01 ədəd alışqanı, mobil telefonu, pul qabını, pulu, siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Onun təqdim etdiyi 03 ədəd kağız bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə baş təhqiqatçı tərəfindən qablaşdırılıb üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı 10 may 2023-cü il tarixdə adını və digər anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından 700 manat pul müqabilində aldığını, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının göndərdiyi konum vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan əraziyə gedərək gizlədildiyi yerdən götürdüyünü, 700 manat pul müqabilində aldığı narkotik vasitə qurudulmuş marixuananı sonra tanışı Şahid1 Quliyevə 1.100 manat pul müqabilində satdığını və üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı isə həmin narkotik vasitənin üzərindən götürdüyünü və özü istifadə etmək məqsədi ilə üzərindən saxlayıb daşıdığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən polis əməkdaşlarına qarşı heç bir təzyiq və zorakılıq hərəkətlər edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 оğlu digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək cinayət işi ilə bağlı qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Şahid4 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında adıçəkilən şahidin ibtidai istintaqda vermiş olduqları ifadələri elan edilmiş və ifadələri digər Şahid2 ilə və Şahid3 оğlu ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdən aydın olur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs buna etiraz etmədiyini bildirdikdən sonra Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında qərarla tanış edərək, ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli cins şalvarının sol yan cibindən 03 ədəd kağız bükümü, 01 ədəd alışqanı, sağ yan cibindən “POCO” markalı mobil telefonu, sol arxa cibindən qara rəngli pul qabını, sağ arxa cibindən 13 manat pulu, əynində olan göy rəngli gödəkçənin sol yan cibindən siqaret qutusunu çıxardıb masanın üzərinə.qoymaqla təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd kağız bükümə baxış keçirilərkən bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 03 ədəd kağız bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin “Zərflər üçün” 6 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Aşkar edilmiş 13 manat pul, 01 ədəd alışqan, 01 ədəd siqaret qutusu və 01 ədəd pul qabı Təqsirləndirilən şəxs özünə geri qaytarıldı. Eyni zamanda aşkar edilmiş “POCO” markalı mobil telefon tərəfimdən götürüldü. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və ya predmetlər aşkar edilmədi. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı dünən anket məlumatlarını bilmədiyi İran İslam Respublikasının vətəndaşından online qaydada 700 manat pulu kart hesabına köçürərək aldığını, həmin narkotik vasitəni İran İslam Respublikasının vətəndaşının göndərdiyi konum vasitəsi ilə Bakı şəhəri, Səbail rayonu, 20-ci sahə adlanan ərazidə gedərək yerdən götürdüyünü, həmin narkotik vasitə marixuanadan şəxsi istifadə üçün götürərək qalan narkotik vasitə marixuananı “Şahid1” adlı şəxsə 1.100 manata satdığını bildirdi. Şəxsi axtarış və götürmə axsam vaxtı, xidməti iş otağında, süni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış 11 may 2023-cü il tarixdə saat 19:45-də başa çatdı. Şəxsi axtarış və götürmə zamanı “SONY” markalı videokameradan istifadə edilməklə video çəkilişi aparıldı. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının 12 may 2023cü il tarixli 7/688 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən” yazısı və imzalar olan kağız paketdəki 03 (üç) ədəd sarı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0, 292 qram, 0,323 qram, 0,410 qram olan bitki mənşəli kütlələr, tərkiblərinə görə eyni olub tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisidən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 1,025 qramdır. Təqsirləndirilən şəxs götürülmüş marixuanalar və Quliyev Şahid1 götürülmüş marixuana tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X15 Şəxsi Ambulator X1 nəticələrinə dair xx.xx.2023-cü il tarixli, 3680 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq olunan Mobil telefona baxış keçirilməsi barədə 03 iyul 2023-cü il tarixli protokoldan görünür ki, İlqar Rəhamovun istifadəsində olan ***-***-**-** nömrə ilə Quliyev Şahid1 istifadəsində olan ***-***-**-** nömrə arasında xx.xx.2023-cü il tarixdə danışıqların olması müəyyən edilmiş, lakin telefona baxış zamanı narkotik vasitəni əldə etmə mənbəyi ilə bağlı iş üzrə əhəmiyyət kəsb edən məlumatlar aşkar edilmişdir. Məhkəmədə tədqiq olunan Telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi barədə 04 iyul 2023-cü il tarixli protokoldan görünür, Təqsirləndirilən şəxs istifadəsinə olan Bakcell MMC-yə məxsus ***-***-**-** saylı mobil nömrəyə baxış keçirilmiş və cinayət işilə bağlı əhəmiyyətli heç bir hal aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 18 iyul 2023-cü il tarixli qərardan görünür ki, Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd alışqanın, 01 ədəd pul qabının, 13 manat pulun və 01 ədəd siqaret qutusunun onun özünə qaytarılması, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Poco markalı telefon aparatı yaxın qohumun qaytarılması nəzərə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq olan 0,875 qram çəkidə narkotik vasitə qurudulmuş marixuna saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş, həmçinin şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd DVD formatlı disk, Bakcell MMC-dən götürülmüş CD formatlı disk maddi sübut kimi tanınmış və cinayət işi materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması” haqqında 11 may 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 17:40 radələrində Rəhmanov X6 Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, 4(005)-709/2023 saylı qərardan görünür ki, Rəhmanov X6 Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli biliərək barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, cəzasının əvvəli 11 may 2023cü il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X4 ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, son 10 ildə Təqsirləndirilən şəxs həmin xəstəxanda müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanası Publik hüquqi şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanda müalicədə olmamışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında həyat yoldaşı 1984-cü il təvəllüdlü X5, oğulları 2004-cü il təvəllüdlü X17, 2010cu il təvəllüdlü X11 ilə yaşayır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Şirvan Şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəsi – Natella Rəhmanova adlı həyat yoldaşından və Rəhmanov Ülvi və Nihad adlı iki övladından ibarətdir. Həmçinin barəsində həmin idarəyə yazılı və şifahi şəkildə heç bir şikayət daxil olmamşdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadəsi, şahidlərin ifadəsi, cinayət işində olan 12 may 2023-cü il tarixli 7/688 saylı rəyininə əsasən Təqsirləndirilən şəxs məxsus ümumi çəkisi 1,025 qram qurudulmuş marixuananın olması, Təqsirləndirilən şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrin əldə edərək satmasını bir daha təsdiq edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-nin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alınaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini, himayəsində yetkinlik yaşına çatmayan 02 azyaşlı övladının və yoldaşının olmasını, həmçinin ailəsinin tək gəlir mənbəyi olmasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzası azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan xx.xx.2023cü il tarixdən hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkdiyindən, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası CM-nin 93.1 və 93.1.2-ci maddələrində göstərilmişdir ki, məhkəmə cinayət törətmiş narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirləri təyin edir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsində göstərilir ki, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd alışqanın, 01 ədəd pul qabının, 13 manat pulun və 01 ədəd siqaret qutusunun onun özünə qaytarılması, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Poco markalı telefon aparatı yaxın qohumuna qaytarılması nəzərə alımalıdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerində olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,875 qram narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bundan başqa maddi sübut kimi tanınmış şəxsi axtarış zamanı çəkilmiş videogörüntünü əks etdirən 01 ədəd DVD formatlı disk, Bakcell MMC-dən götürülmüş CD formatlı disk cinayət işi materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 78 manat (yetmiş səkkiz manat) pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, hesab №2088501, X7, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22) ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “A.İ.M” Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, mülki iddia, üzərinə həbs qoyulmuş əmlak, məhkəmə xərci və maddi ziyan yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - DİN-nin BMCMİ-nin maddi sübutları saxlancına təhvil verilmiş 0,875 qram çəkidə narkotik vasitə qurudulmuş marixuna məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd DVD-R formatlı disk və Bakcell MMC-dən əldə edilmiş 01 ədədd CD formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd alışqanın, 01 ədəd pul qabının, 13 manat pulun və 01 ədəd siqaret qutusunun onun özünə qaytarılması, həmçinin Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd Poco markalı telefon aparatı yaxın qohumun qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 78 manat (yetmiş səkkiz manat) pul vəsaiti Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) saata görə 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “A.İ.M” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-411/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-411/2023
22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver