Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-412/2025 27.01.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:15 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi “Femida” Vəkil Bürosunun vəkili – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2005-ci il tarixdə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilmiş, Kürdəmir rayonu, Xırdapay Ə/D, Xırdapay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində 21 mart 2025-ci il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan “Araz”, “Ceyhun” və digər şəxslə bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə, saat 22 radələrində ünvan 2 ünvanının qarşısında hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyub, heç bir əsaslı səbəb olmadan birgə Zərərçəkmiş şəxs əl və qollarından tutaraq müdafiə olunmasının qarşısını aldıqdan sonra Zərərçəkmiş şəxs baş zərbəsi ilə qəsdən vuraraq burun belinin sıyrığı və bıçaqdan silah qismində istifadə etməklə qəsdən vuraraq bel nahiyəsinin sağ yarısının deşilmiş-kəsilmiş yarası kimi ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verib həmin hərəkətlərini davam etdirərək ətrafda olan şəxslərin rahatlıq və dincliklərini pozmaqla xuliqanlıq etmişdirlər. Bununla da, Təqsirləndirilən şəxs, oğlu Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə özünü təqsirli bilmişdir. Hadisə ilə bağlı qeyd etmişdir ki, Zərərçəkmiş şəxs qonşuluqda yaşayır. Elşən heç kimə demədən 8 yaşlı bacısı Türkanəni Ulduz metrosuna aparmış və atası həmin metroda onları görüb bacısını ondan almışdır. Atası da bu məsələdə anasını günahlandırmışdır. Təqsirləndirilən şəxs də məsələni aydınlaşdırmaq və evlərində nəyə görə söz-söhbət salması ilə bağlı Elşəni tapıb danışmaq istəmişdir. Evdən çıxıb gedərəkən Elşən qarşısına çıxmışdır. O Elşəndən etdiyi hərəkətin səbəbini maraqlanmaq üçün onu kənara çağırmışdır. Elşən isə ona sən uşaqsan bilmədiyin məsələlər var demişdir və onu əli ilə itələmişdir. Elşənə qarşılıq verərək onu vurmuş və yerdən yarım armaturu götürüb Elşəni vurmuşdur. Daha sonra anasının Elşəni xəstəxanaya apardığını, 3 gün evlərində saxlayaraq müalicəsini aldırdığını, dermənlarının pulunu verdiyini bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Elşənlə eyni həyətda qalırdılar, qonşu olmuşdurlar. Araz və Ceyhun onun tanışlarıdır, hadisə vaxtı orada olmuşlar. Şəxslərin anket məlumatlarını dəqiq bilmir. Elşənlə barışıq əldə edilmişdir, şikayət və tələbi yoxdur. Əvvəllərdə məhkum olunmuş barəsində şərti cəza təyin olunmuşdur. Əməlindən peşman olduğunu və barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hadisə baş verən günə qədər Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsində fərdi evlərdən birində kirayə yaşamışdır. O, həmin dövrdə dəmirçilik peşəsi ilə məşğul olmuşdur. Hadisə günü çıxıb marketə getmiş və evə lazım olan ərzaqları alıb geri qayıdarkən qarşıdan əvvəldən tanıdığı Ceyhun adlı şəxs və yanında əlavə tanımadığı 3 nəfər şəxs ona tərəf gəlmişdilər. Ona çatdıqda oğlanlar onunla işi olduğu üçün yaxınlaşmağını xahiş etmişdir. O da əlində ərzaq olmasını, həmin ərzaqı evə qoyub gələcəyini bildirmişdir. Bu zaman gözləməmişlər, onu kənara çəkmək istəmişlər. Bu zaman baş zərbəsi ilə onun sifətindən yəni, burnundan vurmuşlar. O, üzünü tutmuşdur. Sonradan adının Qorxmaz olduğunu bildiyi şəxs həmin an onun arxasına keçərək qollarından tutmuşdur. Bu zaman o, Qorxmazın əlindən çıxmaq istəmiş və həmin an Qorxmaz əlində olan alətlə onun kürək nahiyəsinə vurmuşdur. Bıçaq zərbəsi aldığını sonradan hiss etmişdir. Bundan sonra həmin şəxslər onu təhqir edərək oradan uzaqlaşmışdılar. Bundan sonra onun tanışları onu təcili tibbi yardımla “Semaşka" xəstəxanasına aparmışdılar. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azər oğlunun onu bıçaqla vurmasını bildirmişdir, həmin vaxt bıçaq olduğunu düşünmüşdür, onun kimi kəsici alət də ola bilərdi. Bir dəfə evdən çıxanda Şahid1 qızının yol qırağında dayandığını görmüşdür. Həmin vaxt ondan nəyə görə burada göslədiyini soruşduqda anasını gözlədiyini demişdir. Həmin vaxt əlindən yapışıb metro tərəfə gedəndə atası ilə qarşılaşmış və uşağı atasına təhvil vermişdir. Bu məsələ ilə bağlı heç bir mübahisə olmamışdır. Özünün ailəsi və övladları vardır, onlar hazırda rayonda yaşayırlar. Hadisədən sonra müalicə və dərman pulları ödənilmişdir. Qorxmaq Abdullayevlə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Həmin evi tapmaqda da onlara köməklik etmişdir. Həmin mənzildə o, oğlu, həyat yoldaşı və kiçik qızı qalmışdırlar. Elşənlə münasibəti normal olmuş, hər hansı düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə o, işdən evə qayıdan zaman ona məlum olmuşdur ki. Elşən onun kiçik qızını götürərək onu qarşılamaq üçün evdən çıxmışdır. Daha sonra həyat yoldaşı bunu bilmiş qızını Elşənin yanından götürərək evə qayıtmışdır. Bu səbəbdən onun həyat yoldaşı ilə aralarında söz-söhbət yaranmışdır. Həmin vaxt Qorxmaz evdə olmuş və onların aralarındakı mübahisənin səbəbini bilmişdir. Daha sonra Qorxmaz evdən çıxaraq getmişdir. Bir neçə saat sonra ona məlum olmuşdur ki. Qorxmaz Elşən ilə görüşmüş və aralarında dava olmuşdur. X5 vurmuşdur. Daha sonra Zərərçəkmiş şəxs müalicəsi üçün pul vermiş, onu xəstəxanaya aparmışdır. Hazırda Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxslə barışmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən Nərimanov Polis İdarəsinin 17-ci Polis Şöbəsinin rəisinə ərizə ünvanlayaraq piyada yol gedərkən tanıdığı Ceyhun adlı şəxs və yanında 3 nəfər şəxsin onu vurması bel nahiyəsindən bıçaqla vurmasına dair şikayət daxil olmuşdur. Azərbaycan Respulikası Səhiyyə Nazirliyi Məkəmə-Tibbi Ekspertiza və X2 X4 29 avqust 2024-cü il tarixli 1018 saylı rəyindən görünür ki, 1989-cu il təvəllüdlü Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər burun belinin sıyrığı - küt əşyanın, bel nahiyəsinin sağ yarısının deşilmiş-kəsilmiş yarası isə deşici kəsici alətin ola bilsin bıçağın tiyəsinin təsirindən qərarın təsviri hissəsində qeyd olunan xx.xx.2024-cü il tarixlərdə və şəraitdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə barəsində Azərbaycan Respublikası CM-nin 70, 180.2.1 və 180.2.4-cü maddələri ilə 03 il azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay şərti sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatrik Xəstəxanası" X4 04 yanvar 2025-ci il tarixli 3-28-29/2-74/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək yuxarıda adı göstərilən xəstəxananın gündüz stasionarı şöbəsində yarımstasionar rejimli müayinədə olub. Hal-hazırda psixi xəstəlik aşkar edilmir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 19 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və barəsində qətimkan tədbiri seçilməsi haqqında” 21 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında 16 sentyabr 2025-ci il tarixli qərarın 2-ci bəndinə əsasən, ********* nömrəli cinayət işinin istintaq materiallarında “Ceyhun”, “Fərid”, və istintaqla müəyyən edilməyən digər şəxslər barəsində fakta görə Azərbaycan Respublikasının CM-nın 221.2.1-ci maddəsi üzrə cinayət işi ayrılmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən aydın olur ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Məhkəmənin hüquqi mövqeyi və hüquqi mövqeyinin əsaslandırılması: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 221.1-ci xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-cimaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə - isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 9-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Silahın nümayiş etdirilməsi, silahın real tətbiqinə cəhd olmadan onu tətbiq edəcəyi ilə şifahi (sözlə) hədələmə, həmçinin xuliqanlıq zamanı yararsız odlu silahdan istifadə edilməsi əməlin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif olunmasını istisna edir. Qeyd edilən qərarda göstərilmişdir ki, xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilə şəxs Təqsirləndirilən şəxs Azad oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, hadisə ilə bağlı həm cinayət işi materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 28 avqust 2024-cü il tarixdə axşam radələrində Təqsirləndirilən şəxs evdən Zərərçəkmiş şəxs tapmaq məqsədilə çıxaraq, ictimai yerdə ünvan 4 ünvanın qarşısında Zərərçəkmiş şəxs görmüş, zərərçəkmiş şəxs uzaqlaşmağa cəhd etsə də Təqsirləndirilən şəxs və digərləri onu saxlamış, heç bir əsaslı səbəb olmadan Təqsirləndirilən şəxs və digərləri Zərərçəkmiş şəxs əl-qolunu tutaraq ona zərbə yetirmiş və təqsirləndirilən şəxs tərəfindən silah qismində istifadə olunan alətlə Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Məhkəmə istintaqında həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin verdiyi ifadələrdən aydın olur ki, aralarında əvvəlcədən tanışlıq, hər hansı münaqişə və mübahisə olmamışdır. Cinayət işinin hallarından görünür ki, hadisə ictimai yerdə, ani vaxtda baş vermiş və tamamlanmışdır. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən evlərində Zərərçəkmiş şəxsla bağlı sözsöhbət olması səbəbindən onunla danışmaq istəməsi və bunun nəticəsində onu vurmasına dair ifadəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd olunan səbəb - şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə kimi qiymətləndirilə bilməz və Təqsirləndirilən şəxs özünün də bildirdiyi kimi Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Zərərçəkmiş şəxs gördüyü zaman, Zərərçəkmiş şəxs uzaqlaşmağa çalışsa da Təqsirləndirilən şəxs sonradan faktiki olaraq ictimai qaydanın kobud şəkildə pozulması ilə ifadə olunan hərəkətlərə yol verərək, zərərçəkmişə xəsarət yetirməklə xuliqanlıq əməlini törətmişdir. Qeyd olunan hərəkətlər ictimai qaydalarının aşkar və qərəzli olaraq pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər kimi qiymətləndirilməlidir. Belə ki, Təqsirləndirilən şəxs hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq şəkildə etinasızlıq göstərərək özünü ətrafdakılara qarşı qoymuşdur. O, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs əl və qollarından tutaraq onun müdafiə olunmasının qarşısını almış, daha sonra isə qəsdən baş zərbəsi ilə Zərərçəkmiş şəxs vurmuş, bundan əlavə, silah qismində istifadə edərək zərərçəkmiş şəxsin bel nahiyəsinin sağ hissəsinə deşilmişkəsilmiş yara yetirmişdir. Nəticədə zərərçəkmişə burun belinin sıyrığı və bel nahiyəsində deşilmiş-kəsilmiş yara kimi, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarətləri yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etmiş, məhkəmə onun ifadəsində göstərdiyi xüsusatları işin həqiqi halları və iş materiallarında olan sübutlarla təsdiq edildiyini müəyyən etmiş və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur . Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 18.4-cü maddəsinə əsasən yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən əvvəllər (yetkinlik yaşına çatmadığı dövrdə) mülkiyyət əleyhinə cinayət törətməklə məhkum olunması və məhkəmə qərarı ilə ona şərti cəza təyin edilməsi, buna baxmayaraq Təqsirləndirilən şəxs tərəfindən şərti cəza çəkdiyi dövrdə yenidən cinayət əmli törətməsi, onun şəxsiyyətini mənfi xarakterizə etməklə yanaşı, cinayətkarlıq meyillərinə davam etdiyini, əvvəlki cəzaların onun davranışlarına heç bir təsir etmədiyini, islah yoluna qədəm qoymadığını təsdiq edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarında nəzərdə tutulur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, cinayət qanunverciliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, cəza təyin edilərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyəti, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi, cinayətin xarakteri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin edilməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən əvvəllər cinayət əməli törətməsi, məhkum olunmasına baxmayaraq bu cür əməlləri törətməyə davam etməsi, təqsirləndirilənin islah edilmədiyini göstərir. Bu cür davranış, şəxsin cəmiyyətin qayda və qanunlarına qarşı hörmətsizlik nümayiş etdirir. Cinayət törətməyə davam etməsi cinayətkarın gələcəkdə daha ciddi cinayətlər törətmək potensialını da artırır. Bu səbəbdən, eləcə də əvvəllər Təqsirləndirilən şəxs barəsində onun yetkinlik yaşına çatmayan dövrdə cinayət törətməsi nəzərə alınmaqla azadlıqdan məhrum etmə ilə bağlı cəzasının şərti tətbiq edilməsi, lakin onun islah yoluna qədəm qoymaması kimi götürülməli və təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində daha ağır cəza tətbiq edilməlidir. Bu hal həm də onun gələcəkdə cəmiyyətə daha az zərər vurması üçün vacibdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası, 70-ci maddə tətbiq edilməklə şərti hesab edilməklə 01 (bir) il, 06 (altı) ay sınaq müddəti ləğv edilməli, təyin edilmiş cəza hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti cəza müəyyən edilməli, cəzaçəkmə müddətinin əvvəli tutulduğu vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs CMnin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq olunmamalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 60 (altmış) iş saatına görə 11 (manat) hesab edilməklə 660 (altı yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməklə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Nizami Rayon Məhkəməsinin 1(007)- 175/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası 70-ci maddəyə əsasən şərti hesab edilmiş 01 (bir) il 06 (altı) ay sınaq müddəti ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 1(007)-175/2023 saylı xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün (19 mart-21 mart 2025-ci il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 27 yanvar 2026-cı il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin. Dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 60 (altmış) iş saatına görə 11 (manat) hesab edilməklə 660 (altı yüz altmış) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Femida” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) gündən 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-412/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-412/2025
27.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver