Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-414/2024 21.11.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs vəkili və etibarnamə əsasında nümayəndəsi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2002-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Suraxanı rayonu, Bahar qəsəbəsi, fərdi yaşayış evində kirayədə yaşayan, barəsində 04 aprel 2024-cü il tarixli qərarla “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 02 aprel 2024-cü il tarixdə saat 15 radələrində ünvan 3 ünvanda yerləşən «Çinar Park» Biznes Mərkəzinin 1-ci binasının, 2-ci mərtəbəsində fəaliyyət göstərən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyin inzibati binasına gəlib növbədənkənar mənzillə təmin edilməsi ilə bağlı vəzifəli şəxslər tərəfindən qəbul edilməsini tələb etmiş, həmin vaxt qəbul otağında X6 sədrinin 06 dekabr 2023-cü il tarixli 3-17-3/3-2-3975/2023 saylı “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin rəhbər vəzifəli şəxslərinin 2024-cü il üzrə vətəndaşların qəbulu Qrafiki”nin təsdiq edilməsi haqqında əmrinə əsasən həftənin çərşənbə günləri saat 15:00-dan 17:00-dək vətəndaşların qəbulunun həyata keçirilməsi həvalə olunmuş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin 10 iyul 2020-ci il tarixli, **********9 nömrəli əmri ilə X6 sədr müavini vəzifəsinə təyin edilməklə 08 iyun 2022ci il tarixdən Şəhid Ailələri və Müharibə Əlilləri ilə iş şöbəsinin təşkilati inzibati nəzarətini həyata keçirən Zərərçəkmiş şəxs qəbul siyahısında olmamasına baxmayaraq narazı şəkildə qəbula girmək istədiyini görüb onu qəbul edib dinləyərkən X10 iştirakçısı olaraq növbədənkənar mənzillə təmin edilməsini tələb etdikdə, Zərərçəkmiş şəxs xidməti vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək səlahiyyətlərinə malik olan hakimiyyət nümayəndəsi olaraq ona hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında bir və ya iki otaqlı mənzillər olmadığını, olduğu halda isə, növbəlilik qaydasında ondan əvvəl növbədə duran şəxslər təmin olunduqdan sonra mənzillə təmin olunacağını, həmçinin Astara rayon İcra Hakimiyyəti Başçısının 06 fevral 2023-cü il tarixli 16 nömrəli sərəncamı ilə sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə imtiyazlı şəxslərin növbəlilik siyahısına daxil edilməsini, Xətai rayon İcra Hakimiyyəti Başçısının 12 mart 2024-cü il tarixli 97 nömrəli sərəncamı ilə mənzil növbəsinin qeydiyyatda olduğu ünvan üzrə ünvan 4n güzəştli siyahısına keçirildiyini bildirməsindən əsəbiləşib törətmək niyyətində olduğu əməlin cinayət xarakterini və hüquqaziddliyini, bu əməlin törədilməsi ilə ictimai təhlükəli nəticələrin baş verməsini qabaqcadan görərək və bunları arzu edərək hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs qəsdən yumruqla zərbə vurub dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid sağ göz ətrafının hematoması ilə müşayiət olunan sağ üst göz qapağının qançırı, sağ almacıq nahiyəsinin sıyrığı xəsarətlərini yetirərək hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 315-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyərək qeyd etmişdir ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyünün Müstəqilliyinin və Konstitusiya Quruluşunun müdafiəsi ilə bağlı 2020-ci ilin sentyabr ayında Ağdarə rayonu ərazisində gedən döyüşlərdə iştirak etmiş və 29 sentyabr 2020-ci il tarixdə döyüşdə iki dəfə yaralanaraq kəllə-beyin travması almışdır. O, kəllə-beyin travması alması ilə bağlı Bakı şəhəri, 1 saylı Psixiatrik Xəstəxanasında müalicə olunmuş və qeyd olunan döyüşlər zamanı aldığı yaralanma ilə bağlı ona 3-cü dərəcə əlillik müəyyən edilmişdir. Bundan sonra yaşayış evi olmadığı üçün ev növbəsinə qeydiyyata alınıb mənzil almaq məqsədilə Astara rayon İcra Hakimiyyətinə müraciət etmiş və mənzil növbəsinə alınmışdır. Bundan sonra Astara rayonunda qeydiyyatdan çıxıb ünvan 5 ünvanında qeydiyyata düşmüşdür. Bakı şəhərinə qeydiyyata düşdüyü üçün yaşayış evinə ehtiyacı olduğu üçün mənzillə təmin olunmaq məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinə getmişdir. Həmin yerdə mənzil növbəsində olduğu üçün mənzillə təmin etmələri ilə bağlı müraciət etmişdir. Ona yaşayış evinin olmadığını bildirib yaşayış mənzili ilə təmin olunmağında köməklik etməmişlər. Dəfələrlə Agentliyə bu məqsədlə getdiyini bildirmişdir. Başqa şəxslərə ev verildiyini amma ona verilmədiyini söyləmişdir. Hadisə ilə bağlı isə qeyd edilən şəxsi vurması, hər hansısa bir şəkildə xəsarət yetirməsi yadında deyildir. Xəstəliyi ilə bağlı o baş verənləri xatırlamadığını söyləmişdir. Son olaraq qeyd edilənlərin nəzərə alınmasını, X4 iştirakçısı olmasını və Qarabağ qazisi olmasını, meddalları olmasının nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs məkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsi vasitəsilə təmsil olunması barədə məhkəməyə məlumat vermişdir. Məhkəmə qeyd edilən şəxsin ibtidai istintaqda vermiş olduğu ifadəsini elan etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs istintaq zamanı dindirilərkən bildirmişdir ki, xx.xx.2018-ci ilden Əmək ve Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə xx.xx.2020-ci ildən isə, ünvan 3 ünvandakı «Vinar Park» Biznes Mərkəzinin 1-ci binasının, 2-ci mərtəbəsində yerləşən əmək və əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin idarə Heyetinin sedr müavini vəzifəsində işləyir. Qeyd olunan vəzifədə işləyərək 08 iyun 2022-ci il tarixden Agentliyin tərkibində olan Sosial Təminat Departamentinin, X1muş Uşaqlarla İş Departamentinin, Şəhid Ailələri ve müharibə Əlilləri ilə İş Şöbəsinin və X2 təşkilati inzibati nəzarəti həyata keçirir. Nəzarəti həyata keçirdiyi üçün qeyd olunan departamentlerin ve şöbələrin işləri ilə bağlı Agentliyə müraciət eden vətəndaşları idarə heyetinin sedrinin 06 dekabr 2023-cü il tarixli 3-17-313-2-397512023 saylı "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin rəhbər vəzifəli şəxslərinin 2024-cü il üzrə vətəndaşların qəbulu Qrafiki"nin təsdiq edilməsi haqqında əmrinə əsasən təyin olunmuş qəbul günlərində rəhbər şəxs kimi qəbul edir ve qanunvericilik çərçivəsində müraciətlərlə bağlı problemlərin aradan qaldırılması üçün lazımi tədbirler görür. Azərbaycan Respublikasının ərazi bütovlüyünün Müstəqilliyinin ve Konstitusiya Quruluşunun müdafiəsi zamanı 3-cü dərəcə əlilliyi müəyyən edilmiş X5 ilk dəfə xx.xx.2024-cü il tarixde saat 15 radələrində işlədiyi Agentliyə gələrək Sosial Teminat Departaamentinin aparıcı mütəxəssisi Şahid1 tərəfindən qəbul zamanı sonuncu tərəfindən ona müracieəti ile bağlı müvafiq davranış qaydalarını pozmuş va əlində olan su şüşəsini qəbul otağının pəncərəsinə vuraraq şüşəsini sındırmışdır. Elməddin Əmadovun həmin hərəkəti ila bağlı Agentliyin daxili nəzarətinin əməkdaşları tərəfindan müvafiq sənədləşdirmə aparılaraq akt tərtib olunmuşdur. 02 aprel 2024-cü il tarixdə saat 15 radələrinda təsdiq olunmuş qrafika uyğun olaraq «Çinar Park» Biznes Mərkəzinin 1-ci binasının, 2-ci mərtəbəsinda yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin qəbul otağında əvvəlcədən qəbula yazılmış vətəndaşların müraciətləri ila bağlı qəbul etmişdir. Elmaddin Əhmədovun adı həmin gün qəbul olunacaq şəxslərin siyahısında olmamışdır. Lakin, Elməddin həmin gün saat 15 radələrinda təkbaşına qəbul şöbəsinə gələrək növbədən kənar qəbul olunması tələb etmişdir. Təqsirləndirilən şəxs narazılığının qarşısını almaq məqsədilə agentliyin əməkdaşlarına onun qabul şöbəsində gözləməsini və birazdan onu növbədən kənar olsa da qabul edəcəyini Elmaddin Əhmadova bildirmələrini demişdir. Siyahıda olan şəxsləri qəbul etdikdən sonra Təqsirləndirilən şəxs dəvət etmiş va Elməddin qəbul otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs otağa daxil olduqdan sonra imtiyazı ilə bağlı mənzil növbəsinda olduğunu deyib dərhal həmin gün mənzillə təmin olunmasını tələb etmişdir. İmtiyazı ilə bağlı Astara rayon İcra Hakimiyyati Başçısının 06 fevral 2023-cü il tarixli 16 nömrali sərəncamı ilə sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədil ilə imtiyazlı şəxslərin növbəlilik siyahısına daxil edilməsini, Xatai rayon İcra Hakimiyyati Başçısının 12 mart 2024-cü il tarixli 97 nömrəli sərəncamı ila mənzil növbasinin qeydiyyatda olduğu ünvan üzrə Xatai rayon icra Hakimiyyətinda mənzil növbəsində olan "Vətən müharibəsi" aillələrinin güzəştli siyahısına keçirildiyini ona bildirmişdir. Həmçinin, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında bir və ya iki otaqlı mənzillər olmadığını, mənzillər olduğu halda isə, mənzil təminatı növbənin sıralanmasına əsasən aparılacağını, bu qaydaya görə mənzil növbəsində ondan əvvəl olan şəxslər mənzillə təmin olunduqdan sonra onun mənzillə təmin olunacağını demişdir. Təqsirləndirilən şəxs qeyd etdiyi izahını qəbul etməyərək yenidən həmin gün onu mənzillə təmin etməyini tələb etməyə başlamışdır. Daha sonra Elmaddin Əhmədov qəbul otağında qəflətən ona tərəf yaxınlaşaraq üzərinə hücum edib yumruqla sifət nahiyəsindən zərbələr vuraraq xəsarat yetirmişdir. Bundan sonra orada olan polis əməkdaşları Elmaddin Əhmədova yaxınlaşıb hərəkətlərinin qarşısını alıb onu otaqdan dəhlizə çıxartmışdırlar. Daha sonra polis əməkdaşları onun qeyd olunan hərəkətləri ilə bağlı Nərimanov rayon polis idaresinin 17-ci Polis Şöbəsinə məlumat vermişdirlər. Bir müddət sonra Nərimanov rayon 17-ci Polis Şöbəsinin əməkdaşları gəlib Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışdırlar. Hadisənin baş verməsi nəticəsində sifət nahiyəsindən xəsarət almışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs vəkili və etibarnamə əsasında nümayəndəsi “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi2 təqsirləndirilən şəxsin qanunvericiliyin tələblərinə uyğun olaraq barəsində müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şahid1 bildirmişdir ki, ünvan 3 ünvandakı «Çinar Park» Biznes Mərkəzinin 1-ci binasının, 2-ci mərtəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin Sosial Təminat Departamentinin aparıcı mütəxəssisi vəzifəsində işləyir. Qeyd olunan vəzifədə işləyərək Agentliyə müraciət edən vətəndaşların mənzil təminatı ilə bağlı müraciətlərini dinləyib, vəzifəli şəxslər tərəfindən qəbulunu təşkil edir. Təqsirləndirilən şəxs qəbul zamanı onun növbədən kənar mənzillə təmin olunmasını tələb etmişdir. Mənzil təminatının növbəli qaydada həyata keçirildiyini və onun növbəsi çatdıqda mənzillə təmin olunacağını izah etmişdir. Elməddin verilən izahla qane olmayaraq əsəbləşib əlində saxladığı su şüşəsini qəbul otağının pəncərəsinə vurmaqla sındırmışdır. Elməddinin qəbulda etik davranış qaydalarını pozmasını ona irad tutmuş və sonra onun qeyd olunan hərəkəti ilə bağlı agentliyin daxili nəzarətinin əməkdaşları tərəfindən müvafiq sənədləşdirmə aparılaraq akt tərtib olunmuşdur. Həmin vaxt X7 rəhbər şəxsi tərəfindən qəbul olunmasını istəmiş, bundan sonra Agentliyin inzibati binasını tərk etmişdir. Daha sonra 02 aprel 2024-cü il tarixdə işdə xidməti otağında olduğu zaman təxminən saat 15 radələrində Agentliyin sədr müavini Zərərçəkmiş şəxs Agentliyin qəbul otağında əvvəlcədən qəbula yazılmış vətəndaşları müraciətləri ilə bağlı qəbul etmişdir. Həmin vaxt otaqda olarkən qəbul otağında səs-küy olduğunu eşidib otaqdan çıxıb qəbul otağı istiqamətinə gəlmişdir. Qəbul otağına yaxınlaşdıqda polis əməkdaşlarının Təqsirləndirilən şəxs dəhlizdə saxladığını və səs-küy edərək narazılıq bildirdiyini görmüşdür. Qəbul şöbəsində olan əməkdaşlardan nə baş verdiyi ilə maraqlandıqda məlum olmuşdur ki, həmin gün Elməddin saat 15 radələrində tək qəbul şöbəsinə gələrək səs-küy salıb onu növbədən kənar qəbul olunmasını tələb etmişdir. Təqsirləndirilən şəxs narazılığını görən Agentliyin sədr müavini Zərərçəkmiş şəxs əməkdaşlara bildirmişdir ki, Elməddin səs-küy etməyərək qəbul şöbəsində gözləsin və bir azdan onu növbədən kənar olsada qəbul edəcəkdir. Zərərçəkmiş şəxs adları siyahıda olan şəxsləri qəbul etdikdən sonra Təqsirləndirilən şəxs dəvət etmiş və qəbul otağına daxil olmuşdur. Təqsirləndirilən şəxs otağa daxil olduqdan sonra Zərərçəkmiş şəxs imtiyazı ilə bağı mənzil növbəsində olduğunu deyib dərhal həmin gün onu mənzillə təmin etməsini tələb etmişdir. Zərərçəkmiş şəxs izah verməyə başlamışdır, lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs izahını qəbul etməyərək yenidən hal-hazırda onu mənzillə təmin olunmasını tələb etməyə başlamış və qəflətən Zərərçəkmiş şəxs tərəf hücüm edib yumuruqla onun sifət nahiyyəsindən zərbələr vuraraq ona xəsarət yetirmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid2 bildirmişdir ki, ünvan 3 ünvandakı «Çinar Park» Biznes Mərkəzinin 1-ci binasının, 2-ci mərtəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə İş departamentinin Qəbul Şöbəsinin müdiri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilk dəfə xx.xx.2024-cü il tarixdə saat 15 radələrində işlədiyi Agentliyə gələrək Sosial Təminat Departamentinin aparıcı mütəxəssisi Şahid1 tərəfindən qəbul edilmişdir. Təqsirləndirilən şəxs mənzillə təmin olunması müraciəti ilə bağlı Şahid1 tərəfindən müvafiq izahat verilsə də, sonuncu verilən izahatla qane olmayaraq qəbul otağında etik davranış qaydalarını pozmuş və əlində olan su şüşəsini qəbul otağının pəncərəsinə vuraraq şüşəsini sındırmışdır. Daha sonra 02 aprel 2024-cü il tarixdə saat 15 radələrində Agentliyin sədr müavini Zərərçəkmiş şəxs qəbul otağında əvvəlcədən qəbula yazılmış vətəndaşları müraciətləri ilə bağlı qəbul etmişdir. Təqsirləndirilən şəxs adı həmin gün qəbul olunacaq şəxslərin siyahısında olmamış, lakin Elməddin həmin gün saat 15 radələrində tək qəbul şöbəsinə gələrək səs-küy salıb onu növbədən kənar qəbul olunması tələb etmişdir. Zərərçəkmiş şəxs onu qəbul etmişdir. Zaur Əhmədov sonuncuya bildirmişdir ki, hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansında 1 və ya 2 otaqlı mənzillər yoxdur mənzillər olduğu halda isə mənzil təminatı növbənin sıralanmasına əsasən mənzillə təmin olunacaqdır. Həmin vaxt orada olan Zərərçəkmiş şəxs, Daxili Nəzarət və Monitorinq Departamentinin mütəxəssisi Şahid5, Agentliyə təkim olunmuş və həmin yerdə xidmət aparan Nərimanov rayonu Mühafizə Polisinin polis nəfərləri X12 və Şahid4 onu sakitləşdirərək intizama dəvət etməyə çalışmışdır. Lakin, Təqsirləndirilən şəxs qəflətən Zərərçəkmiş şəxs tərəf hücüm edib yumruqla onun sifət nahiyyəsindən zərbələr vuraraq ona xəsarət yetirmiş, bundan sonra orada olan polis əməkdaşları ona yaxınlaşıb hərəkətlərinin qarşısını alıb onu otaqdan dəhlizə çıxarmışdırlar. Məhkəmə iclasında şahid qismində dinlənilmiş X12 və Şahid5 digər şahidlərlə eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxsin bildirdiklərini təsdiq etmişdir. İş üzrə digər Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 349 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər- sağ göz ətrafınının sağ üst göz qapağınən qançırı, sağ almacıq nahiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Məhkəmədə tədqiq olunan “DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq stol arxasında oturan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədr müavini Zaur İsmayılovla söhbət edir, daha sonra gözlənilmədən sonuncuya hücm edərək yumruqla həmin şəxsin sifət nahiyəsinə zərbələr vuraraq xəsarət yetirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixatrik X11 X14 Ambulator məhkəmə Psixiatrik və Psixoloji Ekspertizasının xx.xx.2024-ci il tarixli, 1865 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi (baş beyin travması məticəsində) şəxsiyyət pozuntusu formasında psixi patologiya aşkar olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 22.1-ci maddəsinin təsiri altına düşür. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Məhkəmədə tədqiq olunan “Şühbəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq olunan № İ-16115 nömrəli medal vəsiqəsi Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, № İ-7742 nömrəli medal vəsiqəsi ilə “Suqovşanın azad olunmasına görə” və № İ-2205 nömrəli medal vəsiqəsi ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında tabeliyində Sosial Xidmətlər Agentliyinin xx.xx.2022-ci il tarixli **********0 nömrəli Əmrindən aydın olur ki, Zaur Kamal oğlu X9 Heyyətinin sədrinin müavinidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 315ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və ya xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar ona və ya onun yaxın qohumlarına qarşı zor tətbiq etmə-iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında “hakimiyyət nümayəndələri” anlayışının açıqlanmasında göstərilir ki, “Hakimiyyət nümayəndələr”i dedikdə qanunverici, icra və məhkəmə hakimiyyətini həyata keçirən şəxslər, həmçinin qanunla müəyyən edilmiş qaydada onların tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi, habelə fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan şəxslər başa düşülür. Belə funksiyaları deputatlar, hökumətin üzvləri, məhkəmələrin hakimləri, qanunların icrasına nəzarəti həyata keçirən, ictimai qaydanı qoruyan, cinayətkarlıqla mübarizəni həyata keçirən, yanğın, epidemiya əleyhinə və digər təhlükəsizliyi təmin edən orqanların (polis, təhlükəsizlik xidməti, gömrük xidməti, dövlət meşə nəzarəti və s.) işçiləri, nazirliklərin və digər mərkəzi icra hakimiyyəti orqanlarının, bələdiyyə qurumlarının rəhbərləri, onların müavinləri, struktur bölmələrinin rəhbərləri və digərləri həyata keçirirlər. “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli Fərmanı ilə “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi” təsdiq edilməklə Agentlik yaradılmışdır. “Sosial Xidmətlər Agentliyinin Nizamnaməsi”nin 1.2-ci bəndinə əsasən Agentlik Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Nizamnamənin 4.4-cü bəndinə əsasən İdarə Heyəti 4 (dörd) nəfərdən – Azərbaycan Respublikasının Əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyətinin sədrindən və onun 3 (üç) müavinindən ibarətdir. Məhkəmə qeyd edir ki, yuxarıda adıçəkilən Konstitusiya Məhkəməsi Plenumunun 19 iyul 2013-cü il tarixli Qərarında hakimiyyət nümayəndəsinə verilmiş anlayışdan da aydın olur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyyətinin sədrinin müavini hakimiyyət nümayəndəsi olan səlahiyyəti şəxs hesab olunmalıdır. Maddənin dispozisiyasından aydın olur ki, əməl hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı zor tətbiq edildiyi və ya onlar belə zor tətbiq etmə hədəsi ilə hədələndiyi andan başa çatmış sayılır. Nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən əməl olmaqla, şəxsin şüurlu surətdə həmin əməlin ictimai təhlükəli olduğunu dərk etməsi, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməsi və bunları arzu etməsi ilə müşayiət olunur. Göründüyü kimi şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrinin icrası zamanı zor tətbiq edərək qeyd edilən faktı əhatə etmiş olur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs X4 iştirakçısı olmasını, müxtəlif medallarla təltif olunmasını, ilk dəfə cinayət əməli törətməsini, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid olunmadan islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid olunmasına bunun üçün möhkəm əsaslar olduqda və bu açıqaşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CMin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CMin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün (02-04 aprel 2024-cü il) müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə maddi sübut –01 ədəd CD-R formatlı disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-nin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilə Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 36 (otuz altı) iş saatı üçün cəmi 216 (iki yüz on altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd edilənlərə əsasən və CPM-in 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutma altında saxlanıldığı 02 (iki) gün (02-04 aprel 2024-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut –01 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 36 (otuz altı) iş saatı üçün cəmi 216 (iki yüz on altı) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-414/2024
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-414/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver