Məhkəmə qərarları › İş №1(005)-415/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-415/2024

19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-415/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 13:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Allahverdiyeva Aytac İmamhüseyn qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçiləri – «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 və “Ekol” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Ermənistan Respublikasının Qarakilsə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan. ünvan 1 ünvanda qeydiyyatda olan va yaşayan, xx.xx.2024-cü il tarixli qərarla “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"-in İ siyahısına daxil olan 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,417qram və 0,389 qram olmaqla ümumi təmiz çəkiləri 0,806 qram kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin və xeyli miqdar olmayan bitki mənşəli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 2,47 qram olan narkotik vasitə sayılan qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq, 23 aprel 2024-cü il tarixdə ünvan 2 ünvanın qarşısına daşımış, 23 aprel 2024-cü il tarixdə, saat 21:35 radələrində Bakı şəhəri Nərimanov RPİ-nin əməkdaşları tərəfindən saxlanılaraq, ünvan 4 ünvanında yerləşən Nərimonov RPİ-nin inzibati binasına dəvət edilmiş və orada 23 aprel 2024-cü il tarixdə saat 21:35-da üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,417 qram və 0,389 qram olmaqla ümumi təmiz çəkiləri 0,806 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və xeyli miqdar olmavan 01 ədəd sellofan bükülüdə təmiz, çəkisi 1,70 qram olan və 01 (bir) ədəd salfet bükülüdə 0,77 qram olmaqla ümıımi çəkisi 2,47 qram olan narkotik vasitə sayılan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cii il tarixdə ünvan 5 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimli polis əməkdaşları ona yaxınlaşmışdır, polis əməkdaşları onun narkotik vasitələrdən istifadə etdiyindən şübhələnərək polis idarəsinə dəvət etmişlər. Polis idarəsində video çəkiliş vasitəsi ilə üzərinə baxış keçirilmiş və əynindəki qara şalvarın cibindən bağlamanı çıxaraq təqdim etmişdir. Bağlamada metamfetamin və marixuana olmuşdur. Samsung markalı və Redmi markalı mobil telefonları və bank kartını da təqdim etmişdir. Təqdim etdiyi içərisində marixuna olan bükümü bir ay bundan öncə “Əmircan" kimi tanınan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını, 02 ədəd şəffaf selofana bükülmüş içərisində narkotik vasitə “şüşə" olan bükümü öz istifadəsi üçün 30 manata aldığı bildirmişdir. Yekun olaraq o, törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ikinci qrup əlil olmasının nəzərə alınmasını və barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X2 ifadəsində göstərilmişdir ki, 23 aprel 2024-cü il tarixdə saat 21:35 radələrində xidmətdə olarkən bir nəfərin özünü şübhəli apardığını və verilən şifahi suallara qeyri-müəyyən cavab verdiyinə görə şəxsi Nərimanov RPİ-nin Növbətçi hissəsinə təqdim etmişlər. Bundan sonra şəxsin üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən qara rəngli dəri materialında olan bağlamanı çıxararaq içərisindən 01 ədəd ağ rəngli salfetə bükülmüş bükümü, 01 ədəd şəffaf selofana bükülmüş bükümü və 02 ədəd şəffaf selofana bükülmüş bükümü, telefon və kartları çıxarıb masanın üzərinə qoydu. Aşkar edilib götürülən narkotik vasitələr protokollaşdırıldı və zərfə qoyularaq DİN-nin möhürü ilə möhürlənmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək qeyd olunan fakları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq edilmiş “Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması haqqında” 23 aprel 2024-cü tarixli protokoldan və DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildi. Vətəndaş Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən qara rəngli dəri materialında üzəri zənçirbənd olan bağlamanı çıxaraq içərisindən 01 ədəd ağ rəngli salfatə bükülmüş bükümü, 01 ədəd şəffaf selofana bükülmüş bükümü və 02 şəffaf selofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoydu və daha sonra sol yan cibində özünə məxsus Samsung A12 markalı və Redmi markalı mobil telefonlarını və üzərinə 5411-2498-0251-5689 nömrə yazılmış Leobank kartını çıxarıb masanın üzərinə qoydu. Sonra vətəndaş Təqsirləndirilən şəxs üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edildi, həmin şəxs üzərində hər hansı bir əşya olmadığım bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərində axtarış aparılmağa başlanıldı: ilk öncə onun geyindiyi gödəkcəsinin içəri çiblərinə sonra isə sağ və sol ciblərinə, lakin hər hansı bir əşya aşkar edilmədi. Sonra geyindiyi qara rəngli cins şalvarının sol, sağ yan, arxa ciblərinə, həmçinin ətrafına baxıldı, lakin hər hansı bir əşya aşkar edilmədi. Daha sonra isə Təqsirləndirilən şəxs ayaqqablarını çıxarması tələb olundu və o, ayaqqablarım çıxarıb silkələdi və heç bir əşya aşkar edilmədi. Bundan sonra ondan üst-başım səliqəyə salması tələb edildi. Təqsirləndirilən şəxsdan təqdim etdiyi bükümlər barədə məlumat verməsi bildirildi. Təqsirləndirilən şəxs 01 ədəd ağ rəngli salfetə bükülmüş bükümü və 01 ədəd şəffaf selofana bükülmüş bükümdə olan madənin narkotik vasitə “marixuana” olmasını və həmin bükümləri bir ay bundan öncə “Əmircan” kimi tanınan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 15 manata aldığını və digər 02 ədəd şəffaf selofana bülükmüş bükümdə olan maddənin narkotik vasitə)“şüşə” olmasım və həmin bükümüdə bir ay bundan öncə “Əmircan” kimi tanınan ərazidə tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata aldığını bildirmişdir. Bundan sonra iştirakçılara 01 ədəd ağ rəngli salfetə bükülmüş bükümdə və 01 ədəd şəffaf selofana bükülmüş bükümdə içərisində bitki məşəli kütlənin və 02 ədəd şəffaf selofana bükülmüş bükümdə içərisində kiristal şəkilli dənavari narkotik maddəyə bənzər maddə ekspertiza tədqiqatına göndərilməsi üçün zərflərə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildi. Əvvəlcə zərflərin içərisi iştirakçılara göstərildi və həmin zərflərin içərisinin boş olduğu müəyyən edildi. Bundan sonra içərisində narkotik vasitəyə bənzər maddə olan 03 ədəd büküm bir zərfə və 02 ədəd büküm digər zərfə qoyularaq zərfin ağızı Nərimanov Rayon Polis İdarəsinin zərflər üçün nəzərdə tutulmuş "44” nömrəli möhürü ilə möhürləndi və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalandı. Məhkəmədə tədqiq edilmiş “Mənzildə axtarış və götürmə aparılması haqqında” 24 aprel 2024-cü tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvana şübhəli şəxsin iştirakı ilə baxış keçirilmiş, Əvvəlcə mənzilin qarşısında şəbhəli şəxsdən yaşadığı ünvanın doğru olub-olmaması və doğrudursa evdə kimlərlə birlikdə yaşadığı sual edildi. O, həmin mənzilin onun yaşadığı mənzil olmasını və yaşadığı mənzildə atası X6 ilə birlikdə yaşadığını bildirdi. Şübhəli şəxsin yaşadığı ünvanın qapısı döyüldü və qapını Təqsirləndirilən şəxs atası açaraq həmin mənzildə yaşadığını bildirdi. Təqsirləndirilən şəxs Nərimanov RPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış və baxış keçirilən zaman bildirmiş olduğu otağı göstərməsi təqdim olundu. Həmin hissədə mənzilin dəhlizi nisbətən genişlənmiş və həmin dəhlizdən 2 otağın giriş qapısı olmuşdur. Təqsirləndirilən şəxs atası X5 hansı otaqda yaşadığı soruşulduqda o, əli ilə dəhlizin sonunda otağı göstərərək həmin otaqda yaşadığını bildirdi. Daha soma həmin otağa daxil olduq. Həmin otaqda sağda və üzbə-üzdə dolablar vardır, sol tərəfdə yataq və yatağın sağ tərəfdə isə döşəklər yığılmışdır. Yuxarıda göstərilən bütün yerlərə baxış keçirildi, lakin qanunla qadağan edilmiş heç bir əşya aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli, 3-16-16/2-6/2226 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzrədində “... Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs..” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,417 qr, 0,389 qr, ümumi təmiz çəkisi 0,806 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə-metamfetamindir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2024-cü il tarixli, 3-16-16/2-7/629 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şühbəli şəxs Təqsirləndirilən şəxs...” yazıları və imzalar olan kağız paketdəki 01(bir) ədəd sellofan bükülüdə təmiz çəkisi 1,70 qram və 01 ədəd salfet bükülükdə-0,77 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 2,47 qramdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublika Narkoloji X7 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2024-cü tarixli, 3250 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinodilərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X8 ünvanlanmış sorğuya əsasən xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(003)-124/2024 saylı məktunundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 2 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 05 avqust 2023-cü il tarixdən 07 avqust 2023-cü il tarixədək olan 02 (iki) müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Məhkəmədə tədqiq edilmiş “Şübhəli şəxsin tutulması” haqqında 23 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:40 radələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Məhkəmədə tədqiq edilmiş 25 aprel 2024-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti 38 saylı Mənzil-X3 tərəfindən təqdim edilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 7 ünvanında yaşamış və yaşadığı müddət ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilmiş № 128795 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup sağlamlıq imkanı məhdud şəxsdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya Şöbəsi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli məhktubdan görünür ki, Təqsirləndirilən şəxs Nəbı oğlunun AR CM-nın 234.1-cı maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmasına dair Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-124/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsinə daxil olmuş və məhkum xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Onun cəzasının çəkilmiş hissəsi 04 (dörd) ay 20 (iyirmi) gün, cəzasının çəkilməmiş hissəsi isə 02 (iki) il 01 (bir) ay 06 (altı) gün təşkil edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 saylı Qərarının 4-cü hissəsində qeyd olunmuşdur ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya 4 onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 5-ci bəndinə görə təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən peşman olmasını, sağlamlıq imkanı məhdud şəxs olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət əməli törətməsi narkotik vasitə istifadə etməkdə davam etməsi onun islah yoluna heç bir şəkildə qədəm qoymaması kimi qiymətləndirilir və onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Həmçinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müddətdə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 1(003)-124/2024 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzaya qismən toplamaq yolu ilə ona azadlıqdam məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün, həmçinin 1(003)-124/2024, xx.xx.2024-cü il tarixli hökm üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və həmin hökm üzrə çəkilmiş 04 (dörd) ay, 20 (iyirmi) gün müddət ona təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan - 19 dekabr 2024-cü il tarixdən hesablanmalı, o məhkəmə iclas zalından dərhal həbs edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CM-nin 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş 2,37 qram narkotik vasitə marixuana və 0,706 qram metafetamin məhv edilməlidir. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd CD-R formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «De Fendo» Vəkil Bürosunun vəkili Müdafiəçi1 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından «De Fendo» Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və CPM-in 44.1, 344-347, 349, 351-353, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-124/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, müəyyən edilmiş 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il, 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəlki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət, hazırki iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək tutulduğu 02 (iki) gün müddət və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-124/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 04 (dörd) ay 20 (iyirmi) gün hissəsinin Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən bərabər tutulduğu 2 (iki) ay, 10 (gün) azadlıqdan məhrum etmə müddəti ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 03 (üç) ay, 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin. Məhkəmə iclas zalından dərhal həbs olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, aparılmış tədqiqatdan sonra qalıq qalmış 2,37 qram narkotik vasitə marixuana və 0,706 qram metamfetamin məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş video görüntünün köçürüldüyü 1 ədəd CD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 159 (yüz əlli doqquz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «De Fendo» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar