Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-415/2025 31.10.2025 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Gülsüm Üzeyir qızının katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X1 və onun nümayəndəsi Nümayəndə2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X6 vəkilləri 19 saylı Vəkil Bürosunun vəkili X2, “Presedent” Vəkil Bürosunun vəkili Nümayəndə1 iştirakı ilə, X9 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi üzrə məsuliyyətə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, cinayət hadisəsi 19 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Əhmədbəy Ağaoğlu küçəsi 34A, Nərimanov rayon məhkəməsinin inzibati binası, 5-ci zalda baş vermişdir. Belə ki, Nərimanov rayon məhkəməsində 2(005)-400/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixdə qarşı tərəfin vəsatəti üzrə Əliyeva Afaq qızı şahid qismində ifadə verərkən barəsində aşağıdakıları söyləmişdir: “Mənim vaxtımda da iddiaçı jurnala görə pul alırdı. Məcbur olub, islah olmadığına və şikayətlərin ardı kəsilməməsi səbəbilə Bakı şəhər Təhsil İdarəsinə müraciət etdim ki, bizə bunula bağlı rəy verilsin. 20 sentyabr 2023-cü il tarixdə Bakı şəhər Təhsil İdarəsinin daxili nəzarəti məktəbdə yoxlama apardı. Aprel ayında saxta sənədlər hazırlanmış, jurnalın vərəqlərinin surətləri çıxarılmış ki, guya uşaq gəlməyib. Yalançı imtahanlar keçirməsinə və onlardan pul almasına icazə vermədim.Məndə valideyn və müəllimlərdən olan məlumata əsasən təqdimat hazırlayıb, orada qeyd etmişəm ki. məndə olan şikayət ərizələrinə əsasən valideynlərdən, müəllimlərdən 50,100,500 manat pul tələb olunub jurnala, qiymətə və s. tələbinə görə”. (19 iyun 2025-ci il tarixli məhkəmə baxış iclas protokolunun 12-ci vərəqi). Bunumla da Əliyeva Afaq qəsdlə onun ünvanına şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan yalan və böhtan xarakterli məlumatlar söyləmişdir. Cinayət hadisəsinin sübutları göstərilən tarixdə məhkəmə baxış iclasının protokolu və məhkəmə iclasının audio-video çəkilişidir. xx.xx.2025-ci il tarixdə hakim Mehriban xanım Əfəndizadəyə verdiyi ərizə əsasında xx.xx.2025-ci il tarixli məhkəmə iclas protokolundan Günaydın Təranəyə aid çıxarışı etmişdir və səs yazısını dinləmişdir. Demək olar ki, məhkəmə iclas protokolu şahidin ifadəsini tam və dolğun əhatə etmişdir. Lakin məhkəmə katibi protokolun surətini ona verməkdən imtina edərək bildirmişdir ki, hakim tərəfindən sorğu verilərsə protokolun və audio diskin surətləri məhkəməyə təqdim olunacaqdır. Əliyeva Afaq böhtan olduğunu bilə-bilə onun valideynlərdən və müəllimlərdən rüşvət almağını söyləməklə, kütləvi çıxış şəklində səsləndirərək onu ağır cinayətlərdə ittiham etməklə Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Əliyeva Afaqın ona qarşı dediklərinə dair heç bir dəlil və sübutu yoxdur. Bunlar ona qarşı şər və böhtan xarakterli məlumatlar olmaqla, şərəf və ləyaqətini ləkələmək, ictimai və işgüzar nüfuzumu gözdən salmaq məqsədini güdür. Təhsil Qanununa və Təhsilverənlərin etik davranış Qaydalarının tələblərinə görə müəllim onun peşə vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. Göründüyü kimi Əliyeva Afaq məhkəmə iclasında onu rüşvət almaqda ittiham edərək böhtan atmışdır. Onun yalan və böhtan xarakterli ifadəsindən belə nəticəyə gəlinir ki, o, Azərbaycan Respublikası CM-nin 311-ci maddəsi ilə (rüşvət alma) cinayət törətmişdir. Əliyeva Afaq məhkəmə iclasında iştirak edən 7-8 nəfərin qarşısında onu ağır cinayətdə ittiham elmişdir. Məhkəmənin nəzərinə çaldırır ki, o, yəni X3 1985-ci ildən əmək fəaliyyəti ilə məşğul olmuşdur. Onun 30 ilini Nizami rayonu 201 saylı məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində işləmişdir. Məktəbdə müəllim-şagird kollektivi, valideynlər və yaşadığı Keşlə qəsəbə sakinləri arasında müəyyən hörmətə və nüfuza malikdir. Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaqla, yəni Əliyeva Afaq kütləvi çıxışı zamanı valideynlərdən və müəllimlərdən rüşvət aldığını söyləməklə yalan olduğunu bilə-bilə ona böhtan atmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3 və onun nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında çıxış edərək şikayətin icraata qəbul edilməsini məhkəmədən xahiş etmiş, həmçinin məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Afaq Əliyeva məhkəmə iclasında hakimin, məhkəmə iclas katibinin yanında ağır cinayətdə ittiham etməklə Svetlana Hüseynovaya böhtan atmışdır. Böhtan xarakterli məlumatlar məhkəmə iclasında mülki işə baxılması zamanı səsləndirilmiş, məhkəmə iclasında iştirak edənlər bunun şahidi olmuşdur. Göstərilənlərin nəzərə alınmasını və şikayətin icraata qəbul olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X10, onun vəkili Nümayəndə1 və Atakişiyeva Vüsal şikayətin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1- 293.3.7-ci maddələri). Həmin Qərarın 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği). Lakin məhkəməyə təqdim olunan şikayətdə barəsində şikayət verilmiş şəxs X10 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləğini təsdiq edən məhkəmə üçün möhtəbər sübut təqdim etməmişdir. Bununla da xüsusi ittiham qaydasında verilmiş şikayət hazırlanarkən CPM-in 293.3.2ci maddəsinin tələbləri pozulmuşdur. Həmçinin xüsusi ittiham qaydasında şikayətdə CPMin 293.3.6-cı maddəsinin tələb etdiyi qaydada şikayətin verildiyi yer də göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-сü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. CPM-in 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6- 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən və CPM-nin 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsilə ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair X3 tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-415/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-415/2025
31.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver