Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(005)-418/2022 04.08.2022 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Gültəkin Akif qızının sədrliyi, İsmayılova Zəhraxanım Şahin qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçiləri – “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X2 və fərdi qaydada fəaliyyət göstərən Müdafiəçi iştirakları ilə, xx xxxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozması ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs mülkiyyətindəki texniki cəhətdən saz vəziyyətdə olan “Kia Sorento” minik markalı, Az **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ verən «BC» kateqoriyalı sürücülük vəsiqəsi ilə 29 yanvar 2022-ci il tarixdə, saat 12:49da Bakı şəhəri, Nərimanov rayonu, Ak.Həsən Əliyev küçəsi ilə 20-30 km/saat sürətlə idarə edib yolun S.Vurğun küçəsi ilə kəsişməsində sola, S.Vurğun küçəsinə dönərkən həmin küçələrin kəsişməsində yol ayrıcında olan piyada keçidinə piyada Zərərçəkmiş şəxs daxil olaraq sağdan sola keçdiyindən sürücü Təqsirləndirilən şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməli, yəni dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadalara yol verməklə yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobli saxlamayıb həmin yol-hərəkəti qaydalarını pozması ehtiyyatsızlıqdan piyada keçidinin üstündə piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan zərərçəkmiş Zərərçəkmiş şəxs sol aşıq-baldır oynağında ayağın bayıra-arxaya tam açıq çıxığı, iç və bayır topuğun, qamış sümüyünün distal bayır kənarının çoxqəlpəli, yerdəyişmiş açıq sınıqları, sindesmozun tam aralanması ilə müşayiət olunan həyat üçün təhiükəli olan xəsarətlər almasına və sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 263.1-1-ci maddələrində nəzərdə tutulan cinayəti törətmişdir. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CMnin 263.1-1 -ci maddəsi ilə elan edilən ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 13:16-da özünə məxsus “Kia Sorento” markalı, **-TS- *** dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi ilə Azadlıq prospekti istiqamətindən S.Vurğun küçəsi istiqamətində soldan birinci zolaqda hərəkət edib yol ayrıcına çataraq hərəkətini S.Vurğun küçəsi ilə N.Yusifbəyli küçəsi istiqamətində davam etdirmək üçün yol ayrıcında dayanmışdır. Düzünə hərəkət edən avtomaşınlara yol verdikdən sonra avtomobili 20-30 km/saat sürətlə idarə etməyə başlamış, hərəkətdə olan zaman piyada keçidi ilə yolu sağdan sola doğru iti addımlarla keçən bir nəfər kişi piyadanı görüb əyləcdən istifadə etmişdir. Əyləcdən istifadə etsə də, hadisənin qarşısını ala bilməyib piyada keçidinin üzərində həmin piyadanı vurmuşdur. Bundan sonra avtomaşını saxlayıb piyadaya yaxınlaşmış və yoldan keçən təcili tibbi yardım avtomaşını saxlatdırıb təcili yardım avtomaşınına qoyaraq X9 aparmışdır. Avtomobildə tək olmuş və avtomobili ayıq idarə etmişdir. Baş vermiş hadisə nəticəsində zərərçəkmiş şəxsə bədən xəsarəti yetirildiyindən özünü günahkar sayır. Hadisələrin təsadüfi axarı zəminində ilk dəfə ehyiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsə dəymiş maddi zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 29 yanvar 2022-ci il tarixdə, saat 12:49 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Səməd Vurğun küçəsində yerləşən piyada keçidi ilə işıqforun yaşıl işığında yolu iti addımlarla keçmək istəyərkən Həsən Əliyev küçəsi istiqamətindən hərəkətdə olub Səməd Vurğun küçəsinə dönüb üzü N.Yusifbəli küçəsi istiqamətində hərəkətdə olan “Kia Sorento” markalı, **-TS-*** dövlət qeydivyat nişanlı avtomobil onu vurmuşdur. Zərbə nəticəsində o, yerə yıxılmış, bundan sonra sürücü avtomobili saxlayıb ona yaxınlaşaraq köməklik edib hadisə yerinə gələn TTY avtomobili ilə KTM-nə aparmışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı şikayəti, iddiası və tələbi yoxdur. Cinayət işi üzrə icraata xitam verilməsinə etiraz etmir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” haqqında 29 yanvar 2022-ci il tarixli, 2/1391 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə törədərkən ayıq vəziyyətdə olmuş, alkoqol qəbulu əlamətləri aşkar edilməmişdir. “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin” surətindən görünür ki, **-TS-*** dövlət qeydiyyat nişanlı, KNAKU815BAA060131 ban nömrəli, 2010-cu il istehsal tarixli, gümüşü metallik rəngli “X10” markalı avtomaşın Təqsirləndirilən şəxs məxsusdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhəri Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, ***-**** nömrəli məktubundan görünür ki, X4 məlumatına əsasən, vətəndaş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlıdır) “B1, B, C1, C” kateqoriyalı, BB 016387 seriya/nömrəli sürücülük vəsiqəsi verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdə aktiv olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8-Təcrübi və Tədris Birliyinin canlı şəxsin ekspertizasının 11 fevral 2022-ci il tarixli, № 75/MEŞ saylı rəyindən görünür ki, X1 xx.xx.2022-ci il tarixdə X9 müraciət edərkən ona “sol aşıq-baldır oynağında ayağın bayıra-arxaya tam açıq çıxığı, iç və bayır topuğun, qamış sümüyünün distal bayır kənarının çoxqəlpəli, yerdəyişmiş açıq sınıqları, sindesmozun tam aralanması” diaqnozunun qoyulması göstərilmişdir. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Diskə baxış keçirilməsi haqqında” 04 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təhlükəsiz Şəhər Xidmətinin TŞ 6-012 nömrəli kameralarının xx.xx.2022-ci il saat 12:49-dan 13:00dək olan müddətədək olan videogörüntülərə baxış keçirildi. Baxış zamanı müşahidə kamerasının qeydə aldığı kadrda gündüz hava şəraitində Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev küçəsi ilə S.Vurğun küçəsinin kəsişməsində “Kia Sorento” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin Həsən Əliyev küçəsi istiqamətindən hərəkətdə olub sola S.Vurğun küçəsinə dönüb N.Yusifbəyli küçəsi istiqamətində hərəkətdə olması üçün dayanıb qarşıdan gələn avtomobilləri buraxması, daha sonra S.Vurğun küçəsi 208 ünvanının qarşısında N.Yusifbəyli küçəsi istiqamətində hərəkətdə olub piyada zolağı ilə sağdan sola hərəkətdə olan piyadanı vurması müəyyən olundu. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 8/592 saylı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının rəyindən görünür ki, “Kia Sorento” markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbacan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin təbbbrinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət elməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X11 İdarəsinin xx.xx.2022-ci il tarixli, 016- 45294-1222 nömrəli məktubundan görünür ki, DİN-in Baş X11 İdarəsinin Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən, xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə (xx.xx.2031-ci il tarixədək etibarlı olan) BB 016387 nömrəli, “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul olunması və ona həmin maddə ilə ittiham elan edilməsi, iş üzrə “Kia Sorento” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınması və saxlanılmasından ötrü sahiblərinə təhvil verilməsinin nəzərə alınması, iş üzrə Təhlükəsiz Şəhər Xidmətinin təqdim etdiyi piyadanın vurulmasına dair video görüntünü əks etdirən 01 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə olunmasının nəzərə alınması qərara alınmışdır. “Qətimkan tədbiri seçilməsi haqqında” 13 iyun 2022-ci il tarixli qərardan və eyni tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəyən zərər ödənilmişdir. Ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş zərəri ödəmişdir, barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə toplanılmış sübutları tam, obyektiv və qərəzsiz araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulan əməlin törətməsi tam sübuta yetirilir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata xitam verilməli, eyni zamanda Təqsirləndirilən şəxs əməlində inzibati məsuliyyət müəyyən edildiyindən onun inzibati məsuliyyətə cəlb edilməsi məsələsi ilə əlaqədar müvafiq materiallar Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməlidir. Belə ki, CM-in 263.1-ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.1.2-ci maddəsinin tələbinə müvafiq olaraq bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır; 175-ci maddəsinə müvafiq olaraq qətimkan tədbirinin tətbiqinə zərurət aradan qalxdıqda cinayət prosesini həyata keçirən orqan öz səlahiyyəti daxilində onu ləğv edir. Müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır; 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə göstərilən halları, yəni Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında barışığın əldə edilməsini, habelə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq belə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1ci maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində başlanılmış cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Eyni zamanda, Təqsirləndirilən şəxs əməllərinin inzibati məsuliyyətə səbəb olması məsələsi araşdırılması üçün hazırki qərarın surəti, qərar qanuni qüvvəsini aldıqdan sonra, ərazi aidiyyəti üzrə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilməlidir. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 85 manat təqsirləndirilən şəxsdən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə maddi sübutlar - «Mercedes-Benz C220» markalı, Az **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, təhlükəsiz Şəhər Xidmətinin təqdim etdiyi piyadanın vurulmasına dair video görüntünü əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 7 (yeddi) iş saatı üçün cəmi 42 (qırx iki) manat məbləğində vəsait dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43.1.2, 321, 321.2.1 və 384-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilsin. Cinayət işi üzrə maddi sübut – “Kia Sorento” minik markalı, **-TS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübut – 01 ədəd CD disk cinayətinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs əməlində olan inzibati xəta tərkibinin əlamətlərinə hüquqi qiymət verilməsi məqsədi ilə müvafiq materiallar Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə göndərilsin. X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 07 (yeddi) iş saatı üçün cəmi 42 (qırx iki) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi gündən 20 gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Gültəkin Əsədova
Məhkəmə qərarları › İş №1(005)-418/2022
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərar — İş №1(005)-418/2022
04.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver