Məhkəmə qərarları › İş №1(005)-419/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-419/2024

20.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-419/2024 20.12.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Abdurəhmanlı Pınar Zakir qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Hüseyin oğlunun iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Şəmkir rayonunun Ağlavaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Şəmkir rayonunun Ağlavaşlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Hüseyin oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Hüseyin oğlu 2024-cü ilin avqust ayının 19-da, saat 20 radələrində vət. Təqsirləndirilən şəxs Hüseyin oğlu avtoyuyucu işlədiyi Nərimanov rayonu, Atatürk prospekti 37 saylı ünvanda yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “BMW 530” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerindən sonuncuya məxsus 700 manat pulu gizli olaraq talamaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Hüseyin oğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Anarı 6-7 aydır ki, yuyucu işlədiyi ünvan 2 ünvanda yerləşən avtoyuma məntəqəsindən tanıyır. Belə ki, həmin müddət ərzində hər zaman Anarın idarə etdiyi idarə etdiyi “BMW 530” markalı avtomobilini yumuşdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Anar idarə etdiyi "BMW 530” markalı avtomobili avtoyuma məntəqəsinə gətirərək yuması üçün ona təhvil verib getmişdir. O, avtomobilin üstünü yuyub qurtardıqdan sonra avtomobilin içərisində təmizlik işləri aparan zaman, avtomobilin saxlanc yerini açıb təmizləmək istədikdə orada 700 manat pul olmasını görüb maddi durumunda sıxıntılar olduğundan pulu götürüb cibinə qoymuşdur. Hazırda 700 manat pulu qaytarmışdır. Əməlindən peşmandır. Məhkəmə iclasına zərərçəkmiş şəxs qismində çağırılmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs vermiş olduğu ifadədən aydın olur ki, uzun illərdir yaşadığı ünvan 2 ünvanın qarşısında yerləşən avtoyuma məntəqəsində avtomobilini yuduzdurur. Belə ki, təxminən 6-7 aya yaxındır orada yuyucu işləyən Vüqar adlı şəxsi tanıyır və dəfələrlə ona avtomobilini yuduzdurduqda söhbət əsnasında o, atası Hüseyin barəsində söhbətlər etdiyindən və soyadlarının Qurbanov olduğunu bildirdiyindən anun tam kimliyinin Təqsirləndirilən şəxs Hüseyin oğlu olduğunu bilmiş və çox vaxt avtomobili /üqar Qurbanov yumuşdur. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 18 radələrində inasına məxsus olan, lakin etibarnamə ilə idarə etdiyi “BMW 530” markalı, **-CL-*** d.q.n-lı avtomobili avtoyuma məntəqəsinə gətirərək yuması üçün Təqsirləndirilən şəxs təhvil verib oradan uzaqlaşmışdır. Həmin günü saat təxminən 20 radələrində avtomobili götürmək üçün avtoyuma məntəqəsinə yaxınlaşmış və avtomobili Vüqardan təhvil alıb yaşadığı ınvanın qarşısına sürüb orada saxlamışdır. Avtomobildən düşən zaman yadına düşmüşdür ki, saxlanc yerində hər biri 100 manatlıq pul əskinası olmaqla ümumilikdə 700 manat pulu olmuş və həmin pulun orada olub-olmamasını yoxlamağa qərar vermişdir. Saxlanc yerini açdıqda 700 manat pulunun orada olmadığını görmüş və bu zaman ona aydın olmuşdur ki, həmin pulu avtoyuyucu işləyən Təqsirləndirilən şəxs oğurlamışdır. Bildirmişdir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlunu təxminən 6-7 aydır ki, tanıyır və o, ünvan 2 ünvanın qarşısında yerləşən avtoyuma məntəqəsində yuyucu işləmişdir, lakin aralarında heç bir ədavət olmamışdır. Həmçinin qeyd etmişdir ki, avtomobildən 700 manat puldan başqa heç nə oğurlanmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Törədilmiş və ya hazırlanan cinayət barədə məlumatların şifahi qəbulu haqqında 19 avqust 2024-cü il tarixli protokoldan görünür ki, 2024-cü ilin avqust ayının 19-da, saat 20 radələrində vət. Təqsirləndirilən şəxs Hüseyin oğlu avtoyuyucu işlədiyi Nərimanov rayonu, Atatürk prospekti 37 saylı ünvanda yerləşən avtoyuma məntəqəsində Zərərçəkmiş şəxs etibarnamə ilə idarə etdiyi “BMW 530” markalı, **-CL-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerindən sonuncuya məxsus 700 manat pulu gizli olaraq talamaqla oğurlamışdır və Təqsirləndirilən şəxs Hüseyin oğlunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün Nərimanov RPİ-nin 16-cı Polis şöbəsinin təhqiqatçısına şifahi formada məlumat vermişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 avqust 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Nərimanov rayonu, Atatürk prospekti 37-də yerləşən avtoyuma məntəqəsidir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. “Könüllü təqdim olunan pulun götürülməsi barədə” 19 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hüseyin oğlu zərərçəkmiş şəxsə məxsus 700 manat pulu könüllü olaraq təhqiqata təqdim etmişdir. Fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. 20 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Hüseyin oğlu tərəfindən verilmiş 700 manat pul zərərçəkmiş şəxs tərəfindən təhvil alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 28 avqust 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Hüseyin oğlu əvvəllər məhkum olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-419/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Hüseyin oğlu barəsində axtarış elan edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(005)-419/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs Hüseyin oğlu barəsində həbs qətimkan tədbiri seçilmış və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbsdə saxlanılması nəzərə alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 4(006)-514/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Hüseyin oğlu barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlu tərəfindən protokolda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin iş materiallarında olan ifadəsi, məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə aparılmış istintaq hərəkəti protokolları və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Hüseyin oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Hüseyin oğlunun törətdiyi əməlindən səmimi peşmançılıq çəkməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Hüseyin oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə cinayət törətmiş şəxsin şəxsiyyətini, cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyin oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs Hüseyin oğluna azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, cəzaçəkmə müddətinin əvvəli – 06 noyabr 2024-cü il tarixdən hesablanmalı, onun barəsində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Hüseyin oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatına görə 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Hüseyin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Hüseyin oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin əvvəli 06 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Hüseyin oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. “Yusifbəyli və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs Hüseyin oğlunun hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 20 iş saatı üçün cəmi 120 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar