Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-419/2025 18.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Babayev Kamal Yunis oğlunun sədrliyi, Hadı Mircəlal Mirşamil oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi - «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1982-ci il tarixdə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 01 il endirilmiş, 28 avqust 2019cu il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Lənkəran rayonunun Şağlaküçə kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə X3 və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs ona olan etibarından sui-istifadə edərək, ünvan 1 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki ümumi sahəsi 121m2 olan 49 saylı iki otaqlı mənzilin özünə məxsus olması barədə həqiqətə uyğun olmayan məlumat verib, həmin mənzili ona sərfəli qiymətə satacağına dair yalan vəd verərək aldatmaqla, 03 mart 2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Xalqlar Dostluğu'’ metrosu yaxınlığında yerləşən “Bazar Store” super marketin qarşısında tanışı Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs 2000 (iki min) manat pulun və növbəti dəfə 04 mart 2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında yerləşən restoranda yenidən Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs 20000 (iyirmi min) manat pulun nağd alınaraq, Şahid1 tərəfindən Bakı şəhəri ərazisindən istifadəsində olan bank hesab kartına köçürülməsinə nail olmaqla, ümumilikdə 22000 (iyirmi iki min) pul vəsaitini ələ keçirdikdən sonra, cinayət əməlini davam etdirib, 2024-cü ilin mart ayının 19-da ünvan 2 ünvanda yerləşən “Al market” adlı marketdəki “MPAY” elektron ödəmə sistemi vasitəsilə Zərərçəkmiş şəxs məxsus 1000 manat pul vəsaitini sonuncu tərəfindən ona məxsus “Leobank”a aid 4098-5844-6727-6695 nömrəli bank hesab kartına köçürülməsinə nail olmaqla ələ keçirib, cinayət əməlini davam etdirərək, Zərərçəkmiş şəxs onun təkidi ilə 29 mart 2024-cü il tarixdə "xxxx" MMC-nin direktoru kimi özünü təqdim etmiş X1 “Kapital Bank”a aid 4169-7388-8557-6870 nömrəli bank hesab kartına ünvan 3 ünvanında yerləşən “Bravo ekspress” marketində yerləşən ödəmə terminalı vasitəsilə 9900 manat köçürülməsinə nail olmaqla, həmin pul vəsaitini ələ keçirib, qeyd olunan tarixdə həmin ünvana gəlmiş Ceyhun Əhmədovun göndərdiyi kuryer vasitəsilə 100 manat pulu həmin ünvanda sonuncu tərəfindən əldə edilərək, ələ keçirməklə, yenidən cinayət əməlini davam etdirib 31 mart 2024-cü il tarixdə ünvan 4 ünvanında yerləşən “Rahat” marketin içərisində olan “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə Ceyhun Əhmədovun “Kapital Bank”a aid 4169-7388-8557-6870 nömrəli hesab kartına 450 manat pul vəsaitinin köçürülməsinə nail olmaqla, həmin pul vəsaitini ələ keçirərək, etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə 33.450 manat məbləğində pul vəsaitini qabaqcadan əlbir olan bir qrup şəxs halında ələ keçirərək, Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişlər. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayının 8-də Rusiya Federasiyasına işləmək üçün getmişdir. 2024-cü il tarixdə Rusiyada Moskva şəhərində yaşayan anket məlumatlarını tam bilmədiyi Mahir Yaşar oğlu adlı şəxs tanış olmuş və onunla söhbət zamanı sonuncu Bakı şəhərində bir tanışının evi olduğunu və onu satmaq istədiyini bildirmişdir. O, həmin evi necə satmağın mümkün olması barədə ondan soruşmuş və o, da ona Bakıda tanışlarının olduğunu, ona həmin şəxslərin vasitəsi ilə köməklik edə biləcəyini demişdir. Mahir ona həmin evin ünvan 1 ünvanında yerləşən iki otaqlı mənzil olduğunu bildirmişdir. Bundan sonra o, “Bina az” saytına baxanda, həmin binada mənzil satılması diqqətini cəlb etmiş və sonra o, tanımadığı bir maklerə zəng edərək, ona həmin ərazidə mənzillərin qiyməti ilə maraqlanmasını, eyni zamanda ona bir tanışının ünvan 5 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki ümumi sahəsi 121 m2 olan 49 saylı iki otaqlı mənzil olduğunu, onun satılmasında köməklik etməsini xahiş etmişdir. Həmin şəxs ona bir nəfər mənzil alıcısı olduğunu, o, mənzili daxili kreditlə almaq istədiyini və həmin şəxsin mobil telefon nömrəsini ona göndərərək danışıb razılaşmasını bildirmişdir. O, da həmin təkliflə razılaşmış və sonradan adını öyrəndiyi Zərərçəkmiş şəxs adlı xanımın ***-***-**-** saylı mobil telefonuna zəng vuraraq onunla tanış olmuşdur. Xanım evə baxmaq istədikdə Mahir də ona xanımın evə yaxınlaşmasını, onun adını orada bildirib mənzilə baxa biləcəyini demişdir. Bundan sonra o, kuryer işləyən həmyerlisi Şahid1 zəng etmiş və ona bu barədə məlumat vermiş və ondan evin göstərilməsində yardımçı olmasını xahiş etmişdir. Şahid1 onun xahişini qəbul etmiş və o. Zərərçəkmiş şəxs mobil telefon nömrəsini onun telefonuna göndərmişdir. Həmin günün axşamı o, Şəbnəm ilə mobil telefon vasitəsi ilə danışmış və hazırda Soçi şəhərində yaşadığını, Bakıya gələ bilmədiyini, mənzilin qiymətini 108.000 manata razılaşdıqlarını bildirmiş, Şəbnəm isə hazırda 100.000 manat pulu olduğunu demişdir. Qalan pulu isə təxminən iki il ərzində hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Lakin, axşam isə zəng edərək, 50000 manat pulu olduğunu bildirmişdir. O da Mahirə bu barədə məlumat vermiş, Mahir də razılaşmışdır. Şəbnəm beh olaraq 2000 manat məbləğdə pulu Fərhada vermiş, Fərhad da həmin pulu ona göndərmişdir. Daha sonra Şəbnəmdən vəsiqəsini atmasını istəmiş, o da sənədləşmə üçün vəsiqəsini göndərmişdir. Lakin, alqısatqı günü xanım cəmi 20000 manat pul düzəltdiyini bildirmiş, Mahir bununla da razılaşmışdır. Alqı-satqı günü də Şəbnəm 20000 manat pulu Fərhada vermiş, Fərhad da ona göndərdikdən sonra rus rubluna çevirərək Mahirə vermişdir. Ondan sonra Mahir yenidən əlavə pul istədikdə, Şəbnəm ilə əlaqə saxlamış və Şəbnəm də əlavə 1000 manat pul vermişdir. Daha sonra Moskvadan Soçi şəhərinə getmiş, xanım da onun yanına gələrək onun qonağı olmuşdur. Daha sonra Bakıya gedəndən sonra mütəmadi əlaqələri olmuşdur. Daha sonra Şəbnəmdən yenidən pul istədikdə, axşam verə biləcəyini bildirmişdir. Lakin, axşam zəng etdikdə alınmadığını bildirmişdir. Sonradan öyrənmişdir ki, Şəbnəm tanımadığı şəxslərə 10000 manat pul vermişdir. Daha sonra Şəbnəm ilə bir neçə dəfə də telefon əlaqə saxlamış, ona hədə-qorxular gəlmişdir. Özünü elan edilmiş ittihamla qismən təqsirli bilir, çünki özü də aldadılmışdır. Daha sonra anası açıq ürək əməliyyatı olduğu üçün ona pul göndərmişdir. Qeyd etmişdir ki, bu işdə o aldadılan tərəf olmuşdur. Çünki, bütün pulu Mahirə vermişdir. Mahir də ona 2000 manat pul vermişdir. İndi məcburdur ki, bütün pulu ödəsin. Məhkəmədən ona pulu ödəmək üçün vaxt verilməsini istəyir. 2025-ci ilin mart ayının 25-də Soçi şəhərində polislər tərəfindən o, axtarışda olduğu üçün tutulmuşdur. O, Şəbnəmdən ümumilikdə 23.000 manat məbləğində pul aldığını bir daha qeyd etdiyini bildirmişdir. O, Şahid2 adlı şəxsi tanımadığını və onlarla heç bir əlaqəsinin olmadığını, Campus MMC-nin direktoru X2 tanımadığını, həmin şəxsi Mahirin tanıdığını, lakin onun onunla heç bir əlaqəsinin və ünsiyyətinin olmadığını bildirmişdir. Qeyd etmişdir ki, Fərhada 300 manata yaxın pul vəsaiti vermiş, 1000 manat vəsaiti Şəbnəm onun kart hesabına göndərmişdir. Bank hesablarından çıxarış tapa bilsə idi, Mahirə pulu verdiyini sübut edə bilərdi. Mahirin nömrəsini təqdim etməsi ilə bağlı suala cavab olaraq, onun nömrəsinin telefonda olduğunu bildirmişdir. Hazırda bütün pulu Rusiyada bank hesabında olduğundan, pulu qaytara bilmir. Mahirə puldan cəmi 21000 manat vermişdir. Hazırda Rusiyada bankda 60000 manata yaxın pulu vardır və pul depozitdədir. Mahir ona evinin müqavilə ilə olduğunu, həmin MTK-nın Yasamalda ofisləri olduğunu, evin isə Xətai rayonunda yerləşdiyini, həmin binanı "xxxx" MTK-nın tikdiyini, həmin evin 100 kvadratdan artıq olduğunu, maklerin ona həmin zonada ortalama evin 1400 manat olduğunu bildirdiyini qeyd etmişdir. Bundan əlavə, Ceyhunun nömrəsini xanıma Mahirin verdiyini bildirmişdir. Növbəti məhkəmə iclasında isə Təqsirləndirilən şəxs Mahirin ona Ceyhunu "xxxx" MTK-nın müdiri kimi təqdim etdiyini bildirmişdir. Sonradan aldığı məlumata görə Şəbnəm müqaviləyə qoy çəkib, müqaviləni götürmüş, daha sonra Ceyhuna əlavə 10000 manat pul vəsaiti vermişdir. Şəbnəmin Ceyhun ilə iş görməsindən məlumatı olmamışdır. Şəbnəm sonuncu 1000 manatı onun Leobank kartına atmışdır. İfadələrində əhəmiyyətli ziddiyyətlər olduğundan, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilərək bildirmişdir ki, İlkin olaraq Şəbnəmə evin qiymətini 108.000 manata olduğunu bildirmiş və Şəbnəm də bildirmiş, Şəbnəm isə hazırda 80.000 manat pulu olduğunu demişdir. Qalan pulu isə təxminən iki il ərzində hissə-hissə ödəyə biləcəyini bildirmişdir. O da təklif ilə razılaşmış və Şəbnəm beh olaraq 2000 manat məbləğdə pulu Fərhada vermişdir. Fərhad da həmin pulu ona göndərmişdir. Şəbnəm səhəri günü onunla telefonla əlaqəsi saxlamış və pulunun 80.000 manat deyil, cəmi 50.000 manat civarında olduğunu bildirdiyini demişdir. Bu barədə o, tanışı Mahirə məlumat verdiyini, o, da Şəbnəmin təklifi ilə razılaşdığını demişdir. Bundan sonra o, Şəbnəm ilə telefonla danışıb ona mənzili satan şəxs ilkin ödəniş kimi 50.000 manata razı olduğunu məlumat olaraq ona demişdir. Bundan sonra Mahir ona Bakıda yaşayan Ceyhun adlı şəxsin mobil telefon nömrəsini ona vermiş, həmin şəxslə evin alqısatqısını danışmasını demişdir. O da Ceyhun adlı şəxsin mobil telefonun nömrəsini və onun ofisinin yerini Şəbnəm xanıma bildirmiş və ona həmin ofisə gedib evin alqı satqısını rəsmiləşdirməsini demişdir. Bundan sonra Şəbnəm ona Soçiyə onun yanına gəlmək istədiyini və o, ona gəldikdə xəbər etməsini, onu qarşılamasını demişdir. Səhəri günü Şəbnəm onunla telefon əlaqəsi saxladığını və 20.000 manat pul düzəltdiyini bildirdikdə, o, həmin pulu Fərhada verməsini ona demişdir. Şəbnəm həmin məbləğ pulu Fərhadla görüşüb ona vermiş və Fərhada öz növbəsində həmin məbləğ pulu ona göndərmişdir. 2024-cü ilin mart ayının 8-də Şəbnəm təyyarə ilə Soçiyə gəlmiş, onu hava limanında qarşılamış və Şəbnəmin 7 gün onun qonağı olmuşdur. Bundan sonra Mahir ona zəng edərək, mənzilin pulunu istəmiş və o, bu barədə Şəbnəmə bildirdikdə, Şəbnəm ona 1.000 manat məbləğində pul göndərdiyini demişdir. Bundan sonra Mahirin onunla əlaqə saxladığını, pula ehtiyacı olduğunu bildirib 15.000 manat məbləğində pulun ona verilməsini istədiyini və 20.000 manat borcdan silməsini bildirdiyini demişdir. Bu barədə o, Şəbnəmə məlumat vermiş, Şəbnəm isə səhər onunla əlaqə saxlayacağını desə də telefonu söndürmüş və axşam saatlarında onun telefonuna zəng edərək pulunun olmadığını bildirmişdir. Bir müddətdən sonra Şəbnəm 10.000 manat məbləğində əlaqəsinin olmadığını bildirmişdir. Bu məsələ ilə bağlı onların arasında mübahisə yaranmış və onlar bir müddət danışmamışlar. O, bu barədə Mahirə bildirmiş, Mahir isə maraqlanıb ona məlumat verəcəyini desə də, heç bir məlumat verməmişdir. Bundan sonra o, aldadıldığını başa düşmüşdür. Bundan sonra o, Şəbnəmdən almış olduğu cəmi 23.000 manat pulu Şəbnəmə qaytarmaq qərarına gəlmiş, lakin Şəbnəm və onun adından tanımadığı şəxslərin ondan pulun geri qaytarılmasını tələb etməyə, hədə-qorxu gəlməyə başlamışlar. O, Şəbnəmdən aldığı pulu toplayıb ona qaytarmaq istədikdə, ailəsində ağır ürək xəstəsi olduğundan həmin pulu ürək əməliyyatının xərclərinə qarşılamışdır. Bu vəziyyəti 2024-cü ilin dekabr ayının sonunda Şəbnəmə bildirmiş və ona Novruz bayramından sonra onun pulunu tam şəkildə qaytaracağını demişdir. O, Şahid2 və Ceyhun adlı şəxsləri tanımadığını və onlarla heç bir əlaqəsinin olmadığını, Campus MMC tərəfindən Şəbnəmə mənzilə dair müqavilə sənədi verilməsindən xəbəri olsa da, digər sənədlərdən xəbəri olmadığını bildirmişdir. Campus MMC-nin direktoru X2 tanımadığını, həmin şəxsi Mahirin tanıdığını, lakin onun onunla heç bir əlaqəsinin və ünsiyyətinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 2024-cü ilin mart ayının əvvəlində “Facebook” Sosial şəbəkəsində Xətai rayonu, A.Cəlilov küçəsi 20 ünvanda yerləşən hündürmərtəbəli binanın 10-cu mərtəbəsində ümumi sahəsi 121 kv.metr olan 2 otaqlı 49 saylı mənzilin satışa çıxarılması diqqətimi cəlb etmişdir. Səhifədə olan Amar adlı şəxsin ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxladığını və satılan mənzilin qiymətini soruşduğunu, Amar ona mənzili 108.000 manata satıldığını bildirmişdir. Mənzilin qiyməti maraqlı olduğu üçün Amarla görüşüb mənzilə baxmışlar. O, mənzilə ödəmək məqsədi ilə pulu bankdan götürmək istədiyini, lakin bank ona qeyd olunan məbləğdə pul vermədiyini demişdir. Həmin vaxt ona 50000 verə biləcəyini bildirsə də, Amar əlimyandı da evi satdıqlarını bildirib razılaşmamışdır. Daha sonra bacısı da gəlib evə baxmışdır. Bir neçə gün sonra Amar ona zəng etmiş və işlərin nə yerdə olmasını soruşmuşdur. O isə pulu olmadığını bildirib, ev sahibi ilə razılaşmaq üçün nömrəsini istəmişdir. Həmin vaxt əlində 20000 manat pul olmuşdur. Təxminən 2 saat sonra telefon nömrəsinə +7930338-15-80 saylı Rusiya telefon nömrəsindən zəng gəlmiş, zəng edən şəxs ona əvvəllər tanımadığı Təqsirləndirilən şəxs kimi təqdim etdiyini və maraqlandığı mənzilin sahibi olduğunu bildirmişdir. Həmin vaxt o özünü Malik kimi təqdim etmişdir və ev almaq üçün təcili buna lazım olduğunu bildirmişdir. O, Mailə pulunun olmadığını, ona görə də mənzili ala bilməyəcəyini demişdir. Mail ondan mənzilə ödəyəcək nə qədər pulu olduğunu, o, isə ümumi olaraq mənzilə görə 50.000 manat pul ödəyə biləcəyini demişdir. Həmin pulun 20.000 manatını nağd şəkildə qalan hissəsini mənzilin çıxarışı alandan sonra bank vasitəsilə ödəyə biləcəyini ona dediyini bildirmişdir. Mail onunla razılaşdığını, Fərhad adlı şəxsin nömrəsini ona verdiyini, onunla danışaraq görüşməsini bildirmişdir. O, Fərhadın ***- ***-**-** nömrəsinə yığdığını, onunla danışdığını və birlikdə görüşərək mənzilə baxdığını demişdir. Fərhad ona Mailin ev işi ilə məşğul olduğunu, kəndliləri olduğunu bildirmişdir. Sonra Mail ona zəng vurmuş, ona sənədləşmənin aparılması üçün əlavə 2000 manat pul vermək lazım olduğunu demişdir. Daha sonra ona 50000-i düzəldib verəcəyini, qalanını da hissə-hissə olmaqla 2 illiyə verəcəyini bildirdikdə Mail onunla razılaşmışdır. Mail ona "xxxx" MMC-nin direktorunun Rauf Əliyev olduğunu, pulu ona verəcəyini bildirmişdir. O, Mailin sözü ilə 3 mart 2024-cü il tarixdə Xalqlar Dostluğu metrosunun yanında Fərhadla görüşərək ona nağd olaraq 2000 manat pul verdiyini, daha sonra Mail onun telefonuna zəng etdiyini, səhər şirkətin ofisinə getmək lazım olduğunu, orada adına müqavilə bağlanmasını demişdir. Həmin ofis də İnşaatçılar metrosu tərəfdə olmuşdur. 04 mart 2024cü il tarixdə o, şirkətin arayış verdiyini demişdir. Daha sonra İnşaatçılar metrosunun yanında Fərhad ilə görüşüb Tərlan adlı şəxsin yanına getmişdir, hansı ki həmin şəxs də orada olmuşdur. Lakin, ona Tərlanın təqdim etdiyi müqavilənin möhürü olmamış, razı olmamışdır. Daha sonra ona bildirmişlər ki, pulu ödədikdən sonra möhür vurulacaq, lakin razılaşmamışdır. Həmin müqavilədə "xxxx" MMC-nin direktoru kimi Ceyhunun adı yazılmışdır. Mail də həmin vaxtı onu zəng edir, Tərlan da Ceyhuna videogörüntü ilə zəng edir. Ceyhuna gəlməsini bildirsə də, Ceyhun gəlməmiş, Mərdəkanda olduğunu bildirmişdir. Bu zaman Ceyhun ona evin sahibinə zəng etməsini bildirmişdir. Daha sonra Mail Ceyhuna zəng edib möhür vurulmasını bildirdikdə, Ceyhun 5-6 saat sonra edə biləcəyini bildirmişdir. Daha sonra Fərhad ilə gedib restoranda oturub gözləmişdir. Sonradan Mail ona zəng edərək, sənədin hazır olduğunu bildirmişdir. Həmin vaxt sənədin möhürlü olduğunu görmüşdür. Daha sonra bankomatdan 20000 manat pulu çıxarmış və birlikdə Raufa verməyi təklif etsə də, Fərhad onunla razılaşmamışdır. Daha sonra da əlavə 1000 manat pulu Mailin bank hesab kartına köçürmüşdür. Mail özünü elə təqdim edirdi ki, Raufa borcu var. Sonradan Fərhaddan soruşduqda, aparıb pulu Raufa verdiyini bildirmişdir. Lakin, sonradan bilmişdir ki, pulu Mailə göndərmişdir. Ondan 2 gün əvvəl də beh kimi Fərhada vermişdir. Fərhad sonradan bunu etiraf etmişdir. Lakin, o Raufa verdiyini bildirirdi. Sonradan Mail ona tez-tez zəng edib pulun qalanını istəmişdir. Sonradan Ceyhun ona zəng edərək, Malikin ona külli miqdarda borcu olduğunu, ondan 3 ev götürdüyünü bildirib borclarını vermədiyini, evi şirkətin hesabına keçirəcəklərini bildirmişdir. Bu zaman polisə şikayət edəcəyini bildirdikdə, Ceyhun pulu qaytaracaqlarını, lakin nə vaxt ev satılsa onda pulu verə biləcəklərini bildirmişdir. Ceyhun isə şikayət etməməsini bildirmişdir və bir müddət sonra zəng edərək, Raufun yanında olduğunu bildirmişdir. Raufdan pulu Fərhada verdiyini, ona çatdırmalı olduğunu bildirsə də, Rauf etiraz etməmiş, bu qiymətə ev olmadığını bildirmişdir. Daha sonra ondan şikayət edəcəyini bildirmişdir. Bir müddət sonra Ceyhun ona zəng edərək, evin çıxarışını verəcəyini bildirərək, nə qədər pul verə biləcəyini soruşmuşdur. Bundan sonra 10000 manat pul verməli olduğunu bildirmişdir, şirkətin təmiri ilə evi verəcəyini bildirmişdir. Daha sonra “Kapital Bank”-dan 1000 manat pul götürmüşdür. Bu zaman Ceyhun ona mesaj yazaraq, çıxarışın hazır olduğunu bildirmişdir. Daha sonra Ceyhun o pulu Mailin şirkətə ödədiyini bildirmişdir. Daha sonra Ceyhuna pul vəsaitini göndərdikdən sonra, Ceyhun sürücüsü vasitəsilə ona sənədi, çıxarışı göndərmişdir. Ona demişdir ki, Gənclikdəki “Asan Xidmət”ə gedirsən və orada sənə çıxarış verəcəklər. 29 mart 2024-cü il tarixdə onun ona verdiyi kart hesab nömrəsinə Bakı şəhəri, Səbail rayonu, S.Vurğun küçəsi 3 ünvanda yerləşən “Bravo Ekspress” marketində olan post terminaldan 9900 manat pul köçürmüş, Ceyhunun sözü ilə 100 manatı isə onun göndərdiyi kuryerə vermişdir. Daha sonra həmin kuryer ona Ceyhun Əhmədov tərəfindən imzalanmış 131 saylı protokoldan çıxarışı təqdim etmişdir Ceyhuna 10000 manatı verdikdən sonra, 500 manat da “Asan Xidmət”də vaxtından əvvəl girmək üçün hörmət etmək üçün pul istəmişdir. 31 mart 2024-cü il tarixdə ünvan 6 ünvanda yerləşən Rahat marketdə olan post terminal vasitəsilə Ceyhunun ona verdiyi bank kartına 450 manat məbləğində pul göndərdiyini demişdir. “Asan Xidmət”də qızlar sənədə baxdıqdan sonra sənədin saxta olduğunu bildirmişlər. Bu hadisə 10000 manatı göndərdiyi günün sabahı olmuşdur. Daha sonra Rauf ilə görüşmüş və Rauf ona Maili tanımadığını bildirmişdir. Lakin, sonradan Mailin videosunu ona göstərmişdir. Daha sonra Maili tanıdığını bildirərək, onun yaxşı insan olduğunu bildirmiş, həmin binada evin kv metrinin 5000 manat olduğunu bildirərək, həmin qiymətə ona ev satmasının mümkün olmadığını bildirmişdir. Soçi şəhərinə getməsini bildirməsi ilə bağlı verilən suala cavab olaraq, həqiqətən də oraya getdiyini, Mailin özü qarşıladığını və yaşadığı evə apardığını demişdir. Orada o, ondan evini nə vaxt ona veriləcəyini soruşduğunu, o, isə yaxın vaxtlarda 2024-cü ilin təxminən aprel ayında veriləcəyini, evin qalan pulunu isə hissə-hissə ona ödəyəcəyini demişdir. Razılaşdıqları üçün onun ona qarşı inamının yarandığını bildirmişdir. Sonra o, hətta ona evlilik təklif etmiş, o, Mailin təklifinə etiraz etməsə də bu məsələnin öz həllini tapmadığını demişdir. Sonra o, iki gündən sonra Bakıya qayıtdığını demişdir. Bundan sonra o, Mail ilə telefon əlaqəsi saxladığını və o, ona aprel ayında mənzilin çıxarışı hazır olacağını demişdir. Aldadıldığını başa düşüb Mail ilə telefon əlaqəsi saxladığını və ondan ona verdiyi pulları geri tələb etdiyini demişdir. Mail isə ona hədə-qorxu gələrək, nə Ceyhun nədə ki, Təqsirləndirilən şəxs onun pulunu qaytarmadıqlarını demişdir. Təqsirləndirilən şəxs onun 23.000 manat, Ceyhun Əhmədov isə 10.450 manat məbləğində pulunu alaraq ələ keçirdiyini bildirmişdir. Beləliklə də ilk dəfə 03 mart 2024-cü ildə 2000 manat pulu Nizami rayonu ərazisində yerləşən Xalqlar Dostluğu yaxınlığında Bazar Store super marketin yaxınlığında Fərhada nağd olaraq, 04 mart 2024-cü il tarixdə Yasamal rayonu Şərifzadə küçəsində yerləşən İnşaatçılar metrosu yaxınlığındakı restoranda Malilin sözü ilə Fərhada 20.000 manat pulu nağd olaraq, bundan sonra 2024-cü ilin mart ayının 19-da Mailin sözü ilə 1000 manat məbləğində pulu Xətai rayonu, Əhmədli qəsəbəsi, Məhəmməd Hadi küçəsi 2344 saylı ünvanda yerləşən “Al market'’ adlı marketdəki Emanat ödəmə sistemi vasitəsi ilə Mailin Leobank 4098-5844-6727-6695 saylı bank hesab kartına, bundan sonra Mailin tapşırığı ilə Ceyhun Əhmədovun ona göndərdiyi 4169-7388-8557-6870 saylı Kapital Bank hesab kartına 29 mart 2024-cü il tarixdə Səbail rayonu S.Vurğun küçəsi 3 Bravo ekspress ödəmə sistemi vasitəsi ilə 9900 manat, həmin yerə gəlmiş adını bilmədiyi Ceyhun Əhmədovun göndərdiyi kuryerə 100 manat, 31 mart marketdə X7 ödəmə sistemi vasitəsi ilə 4169- 7388-8557-6870 saylı Kapital Bank hesab kartına 450 manat pul ödəmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona dəymiş zərər ödənilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Mail dəfələrlə yazışmalarında Ceyhunun adını ona çəkmişdir. Əlavə olaraq, Mailin ona Ceyhundan pulu alıb onun hesabına köçürəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs birinci dəfədir görür və onu əvvəl görməmişdir. Zərərçəkmiş şəxs isə əvvəl görmüşdür və onu tanıyır. 2024-cü ilin mart ayının əvvəllərində internet saytında bir nəfər şəxs onunla əlaqə saxlamış, Yasamal rayonu ərazisində, Kolorit restoranının yaxınlığında obyekt açılmalı olduğu bildirilmişdir. Həmin şəxs özünü İlyas kimi təqdim etmiş, sonradan məlum olmuşdur ki, əsl adı Murad olmuşdur. Onunla internet saytı vasitəsilə əlaqə saxlamışdır. Həmin vaxt Murad ona demişdir ki, ona iki nüsxədə sənəd göndəriləcək, bir nəfər şəxs imza çəkib götürəcək. Ona iki nəfərin nömrəsini vermişlər, bir nəfər şəxs Fərhad olmuşdur. Taksi sənədləri gətirib verdikdən sonra Fərhad və Şəbnəm gəlmişlər. Lakin, sənədlər düz olmamış və getmişdir. Bir neçə saat sonra sənəd düzəldilib gətirilmiş, Fərhada zəng edərək gəlib sənədləri götürməsi bildirilmişdir. Həmin vaxt Fərhad və Şəbnəm sənədin birini götürüb aparmış, biri isə ofisdə qalmışdır. Verilmiş suallara cavab olaraq, ona zəng edən şəxsin Qazaxıstan nömrəsi ilə zəng etdiyini, sənəddə Ceyhunun adının olduğunu, İlyas onunla danışdıqdan sonra telefonu kiməsə ötürdüyünü, həmin şəxsin özünü Qazaxıstan səfirliyinin bir növ nümayəndəsi kimi təqdim etdiyini, bu işdən ona pul verilmədiyini, Rauf adında şəxsi tanımadığını, görmədiyini, Şəbnəmin onun yanında bir nəfər şəxslə danışdığını, hətta onun telefonu ilə də danışdığını, daha sonra Muradın telefonu bir nəfərə verdiyini, Muradın yanındakı bir nəfər tanımadığı şəxsin də onunla telefonla danışdığını bildirmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2015-ci ildən bəri tanıyır. Maili həmin dövrlərdə çayçıda görmüşdür. Təxminən 2024-cü ilin mart ayının əvvəllərində kuryer işlədiyi dövrdə Malik ona Rusiya nömrəsi ilə zəng vuraraq mənzilini satmaq istədiyini, lakin Bakıda heç kimi olmadığından həmin mənzili müştəriyə göstərməsini xahiş etdiyini demişdir. Eyni zamanda Mail ona mənzilin yerləşdiyi binanın konumunu telefonuna göndərmişdir. O, da konumla Xətai rayonu Afiyəddin Cəlilov küçəsinə gəlmiş və orada gözlədiyini demişdir. Sonradan adını bildiyi Şəbnəm adlı qadın onun yanına gəlmiş və onlar birlikdə çoxmərtəbəli binanın 10-cu mərtəbəsində yerləşən mənzilə qalxmışlar. Mənzilin mərtəbəsini Mail ona əvvəlcədən demişdir. Şəbnəm ilə mənzilə baxandan sonra onların ayrıldıqlarını, təxminən bir iki gün sonra Mailin ona zəng vuraraq, Şəbnəmlə Xalqlar metrosunun yanında görüşməsini və ondan sənəd və pul götürməsini xahiş etmişdir. O, deyilən yerə gəlmiş və orada Şəbnəmlə görüşmüş, Şəbnəm bankomatdan çıxartdığı 1.000 manat pulu və sənədi ona verdikdən sonra çıxıb getmişdir. Sonra Mail ona zəng vuraraq Şəbnəmdən götürdüyü pulu onun göndərdiyi kart nömrəsinə köçürməsini, sənədin isə şəklini çəkərək ona atmasını demişdir. O, da Mailin dediyi kimi etmişdir. 04 mart 2024-cü il tarixdə Mail yenidən ona zəng vurmuş və Şəbnəmlə yenidən görüşmək lazım olduğunu demişdir. Şəbnəmlə İnşaatçılar metrosunda görüşmüşlər və birlikdə orada olan ofisə getmişlər. Şəbnəmin ofisə daxil olduğunu və bir neçə dəqiqədən sonra çıxdığını və onlar birlikdə Şərifzadə küçəsində yerləşən kafeyə getdiklərini, kafedə Şəbnəm Mail ilə danışandan sonra sellofan torbaya bükülmüş pulu ona vermişdir. Lakin, dəqiq məbləği bilmir. Səhv xatırlamırsa, 20000 manat deyildi. Lakin eyni zamanda ona əlavə olaraq 100 manat pulu zəhmət haqqı kimi vermişdir. Sonra Mail ona zəng vurmuş, Şəbnəmdən götürdüyü pulu onun göndərəcəyi kartlara köçürməsini xahiş etmişdir. Sonra Mail ona 3-4 kart nömrəsi göndərmiş, həmin kartlara müxtəlif məbləğlərdə Şəbnəmdən aldığı bütün pulu orada olan Bravo marketdən Mailin kart nömrələrinə köçürmüşdür. Qeyd olunan puldan Mail ona 200 manat zəhmət haqqı olaraq vermişdir. O, Mailin xahişi ilə ona kömək etmək məqsədi ilə Şəbnəmdən pul aldığını, aldığı pulları Mailin ona göndərdiyi kart nömrələrinə post terminallar vasitəsilə köçürdüyünü, sonunda isə Mailin ona 200 manat zəhmət haqqı ödədiyini bildirmişdir. O, Mail ilə “Whatsapp” şəbəkəsi vasitəsilə danışmış, qeyd olunan yazışmaların vaxt keçdiyi üçün onda qalmadığını bildirmişdir. İfadələrində ziddiyyətlər olduğundan Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi məhkəmə iclasında elan edilmiş və tədqiq edilərək müəyyən edilmişdir ki, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs aldığı pul vəsaitinin 20000 manat olduğunu və bütün məbləği Təqsirləndirilən şəxs köçürdüyünü bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Üzləşdirmə keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediklərinin doğru olduğunu təsdiq etmiş və azadlıqda qalarsa almış olduğu 23.000 manat pulu tam qaytaracağına vəd etmişdir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları təsdiq edərək, ünvan 1 ünvanda yerləşən hündürmərtəbəli yaşayış binasını göstərərək, həmin binanın 10-cu mərtəbəsindəki ümumi sahəsi 121 m2 olan 49 saylı iki otaqlı mənzilin Təqsirləndirilən şəxs və Ceyhun Əhmədov tərəfindən ona satılmasını razılaşdıqlarını, bundan sonra hissə-hissə olmaqla, onların ondan cəmi 33450 manat pul vəsaitini alıb ələ keçirdiklərini bildirmişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” 14 iyun 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 7 ünvanında yerləşən “Rahat” marketdir və həmin marketdə olan “Emanat” ödəmə terminalı vasitəsilə 31 mart 2024-cü il tarixdə Ceyhun Əhmədovun “Kapital Bank”a aid 4169-7388-8557-6870 saylı hesab kartına köçürtdüyünü bildirmişdir. Zərərçəkmiş şəxs təqdim etdiyi ödəniş qəbzlərinin surətlərinin əks olunduğu 01 "A4" formatlı vərəqə tərəfimdən 15 sentyabr 2024-cü il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 17:24-də ünvan 2 ünvanda yerləşən "Al market" adlı marketdəki ödəmə terminalı vasitəsi ilə son səkkiz rəqəmi "67276695" olan, Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş bank hesab kartına 1000 (min) manat pulun, xx.xx.2024-cü il tarixdə, saat 16:40-da ünvan 8 ünvanda yerləşən "Bravo Express" adlı marketdəki ödəmə terminalı vasitəsi ilə 4169 73*** 6870 saylı, M*** G*** X*** qızı adına rəsmiləşdirilmiş bank hesab kartına 9900(doqquz min doqquz yüz) manat pulun və xx.xx.2024-cü il tarixdə, saat 14:56-da ünvan 9 ünvanda yerləşən "Rahat" adlı marketdəki ödəmə terminalı vasitəsi ilə 4169 73***6870 saylı, M****** qızı adına rəsmiləşdirilmiş bank hesab kartına 450(dörd yüz əlli) manat pulun mədaxil edildiyi müəyyən edilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, ödəniş qəbzlərində qeyd edilən məbləğlərdən xx.xx.2024-cü il tarixdə, saat 17:24də mədaxil edilmiş 1000 manat pulu Təqsirləndirilən şəxs, digər məbləğləri isə özünü "xxxx" MMC-nin rəhbəri Ceyhun Əhmədov kimi təqdim edən şəxsin istəyi ilə sonuncunun dediyi bank hesab kartına köçürtdüyünü bildirmişdir. Həmin 03 ədəd bank hesab qəbzləri iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs iştirakı ilə ondan ötrü ki, sonuncunun istintaqa təqdim etmiş olduğu və iş materiallarına əlavə edilmiş "Whatsapp" ani mesajlaşma tətbiqi vasitəsilə aparılmış yazışmaların əks olunduğu 07 ədəd "A4" formatı vərəqlərə tərəfimdən 15 sentyabr 2024-cü il tarixdə keçirilmiş baxış protokolundan görünür ki, həmin vərəqlərin 06 ədədini "Malik Soçi"xxxx"Ceyhun Campus Şirkəti K....." kimi qeyd edilmiş şəxslə aparılmış danışıqlardan ibarət olduğu müəyyən edilmişdir. "Malik Soçi" kimi qeyd edilmiş şəxslə yazışmaların əks olunduğu 06 ədəd vərəqə baxış zamanı baxışda iştirak edən Zərərçəkmiş şəxs vərəqlərin sol tərəfindəki yazışma mətinlərinin istifadəsində olan mobil telefona adını "Malik Soçi" kimi qeyd etdiyi Təqsirləndirilən şəxs tərəfindən, sağ tərəfindəki yazışma mətinlərinin isə özü tərəfindən icra edildiyini bildirdi. "Malik Soçi" kimi qeyd edilmiş şəxslə yazışmaların əks olunduğu 06 ədəd vərəqdəki yazışmanın aşağıdakı kimi olduğu müəyyən edildi: Şəbnəm: niyə terlan direktora zeng catmir soruşacaqdimki kupça ne vaxt verilir? Şəbnəm: Atib zangimi bloka Mail: Men sene dedim axi nevaxt veileceyini Şəbnəm: Bu pulnan mene sene 22 min verirem Mail: He Şəbnəm: Qalıram 28min Şəbnəm. Duzdur Şəbnəm:?? Mail: Yo Mail: Yığ(Şəbnəm Maila zəng edir və 04 dəqiqə danışıq aparılır) Şəbnəm: 22 mini sene vermişem Mail: Yorma meni isim gucum var ged kime ne vernisen ondanda isde Şəbnəm: Onda belə çıxırkı sen onlarla elbirsen?? Şəbnəm: Mene oyun qurduz? Şəbnəm: Boğazınızdan necə keçecek?? Şəbnəm: Men bankdan goturmuüem o pulu Mail: Men heckime oyun zad qurmamisam ve heckimnde pulun yememisem kim vermisen ondan isde Şəbnəm: Sənə vermişem 22mını Şəbnəm: 10 min 450nı onlara vermişem Şəbnəm: Niye bele edirsen Şəbnəm: 77 Mail: Xeyir mene vermemisen Şəbnəm: Demeli bele plan qurmuşdun?? Mail: Men hecne etmiren duz nedirse onu deyirem Mail: Men pilan qurmuram plani Quran sensen Şəbnəm: Day sene sözüm yoxdur Şəbnəm: Malık Mail: Olmasın zaten mene oyun oyandigin üçün menim sene sozum yoxdu Mail: Yig Mail: Yig diyecem Şəbnəm: Ok Mail: Necesen Şəbnəm: Pulumu almısan?? Şəbnəm: Mən bılıremkı pulumu almısan Mail: Senin kimese verdiyin pulu men niye almaliyam "Ceyhun Campus Şirkəti K...." kimi qeyd edilmiş şəxslə yazışmaların əks olunduğu 01 ədəd vərəqə baxış zamanı baxışda iştirak edən Zərərçəkmiş şəxs vərəqlərin sol tərəfindəki yazışma mətinlərinin istifadəsində olan mobil telefona adını "Ceyhun Campus Şirkəti K...." kimi qeyd etdiyi özünün "xxxx" MMC-nin rəhbəri Ceyhun Əhmədov kimi təqdim edən şəxs tərəfindən, sağ tərəfindəki yazışma mətinlərinin isə özü tərəfindən icra edildiyini bildirmişdir. "X10 K zimi qeyd edilmiş şəxslə yazışmaların əks olunduğu 01 ədəd vərəqdəki yazışmanın sağıdakı kimi olduğu müəyyən edildi: Ceyhun: Yerdə qalan pul nə vaxt veriləcək, onda da sənədlərinizi qüvvəyə mindirəcəm Şəbnəm Mənim pulumu getrin qaytarın istəmirəm Şəbnəm: Pulumu geri qaytarın Ceyhun: Özünüz bilərsiniz gözləyin təhvil verilsin sizin evinizə müştəri tapaq sataq verərik Şəbnəm: Elə şey olar?? Ceyhun: Olar olar bizdə hər şey qanunidir Həmin DVD diskdəki "Whatsapp" ani mesajlaşma tətbiqi vasitəsilə aparılmış yazışmaların əks olunduğu 07 ədəd "A4" formatlı vərəqlər iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş üzrə Zərərçəkmiş şəxs tərəfindən ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən ona verilmiş müqavilə, iclas protokolundan çıxarış, arayışlardan görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış binasının 10-cu mərtəbəsindəki ümumi sahəsi 121m² olan 49 saylı iki otaqlı mənzil Zərərçəkmiş şəxs 108.900 manata satıldığı qeyd olunmuşdur. Həmin sənədlər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən və sübutetmənin predmeti olduğundan maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi" Publik Hüquqi şəxsi tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının 09 sentyabr 2025-ci il tarixli, 3026 saylı rəyindən görünür ki, yoxlanılan 12x5 Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan Şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. “Götürmə aparılması və baxış keçirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, Nərimanov rayonu, Təbriz küçəsi 106 ünvanda yerləşən “Rahat” adlı marketdəki terminal vasitəsilə 4169 73** **** 6870 saylı bank hesab kartına 450 manat pul mədaxil edilmişdir. “Baxış keçirilməsi haqqında” 16 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, “Malik Soçi” kimi qeyd edilmiş şəxslə əmlaka dair çıxarışın niyə verilməməsi, pulun qaytarılması və s kimi yazışmalar müəyyən edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(005)-1400/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəlinin tutulduğu tarixdən hesablanması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2025-ci il tarixli, 5156/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyasının DİN tərəfindən tutularaq xx.xx.2025-ci ildə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Rusiya Federasiyasının Soçi şəhərində tutulmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 01 il endirilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, 01 ədəd disk, pulun ödənilməsinə dair qəbzlər və digər hüquqi sənədlər maddi sübut kimi tanınmışdır. 29 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, X3 və qeyriləri barəsində cinayət işi ayılaraq, ********* nömrəsi altında istintaqı aparılır. Təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək, zərərçəkmiş şəxsdən sadəcə 23000 manat pul vəsaiti aldığını, qalan vəsaitin ona aid olmadığını, Ceyhun adlı şəxsi tanımadığını, onunla əlbir olmadığını bildirmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Məcəlləsi: Maddə 8.1 (Ədalət prinsipi): Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 18.1 (Cinayətlərin residivi və onların növləri) Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Maddə 41.1, 41.2 (Cəza anlayışı və məqsədləri): Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.3 (Cəza təyin etmənin ümumi əsasları): Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınır. Maddə 56.1.3 (Azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisələrinin növləri): xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilir. Maddə 65.1: Residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Maddə 178.2.1 və 178.2.4-cü maddəsinə əsasən Dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi: Maddə 24 (Təqsirsizlik prezumpsiyası): Cinayətin törədilməsində təqsiri bu Məcəllə ilə müəyyən edilmiş qaydada sübuta yetirilməyən və barəsində qanuni qüvvəyə minmiş məhkəmənin ittiham hökmü olmayan hər bir şəxs təqsirsiz hesab edilir. Maddə 25 (Sübutetmə vəzifəsi): İttihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Maddə 44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Maddə 124. İstintaq və məhkəmə hərəkətlərinin protokollarını, iş üzrə keçirilmiş ekspertiza rəylərini, maddi sübutlar və digər sənədləri sübut növləri kimi qəbul edilir. Maddə 125 (Sübutların mümkünlüyü): Bu Məcəllənin tələblərinə riayət etməklə əldə edilmiş faktiki məlumatlar sübut kimi qəbul edilə bilər. Bu Məcəllənin tələbləri pozulmaqla əldə edilmiş sübutların hüquqi qüvvəsi yoxdur, onlar ittihamın əsasını təşkil edə bilməz, habelə cinayət təqibi üzrə qərar qəbul edilərkən nəzərə alına bilməz. Maddə 145. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Maddə 132. Məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Maddə 179.2. “Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir.” Maddə 179.3. “Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir.” Maddə 198.1. Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1 – 197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1 -ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui- istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3-cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli Qərarı Qərarın 25-ci bəndi (2-ci abzas). Cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Qərarın 26-cı bəndi. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən, bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Həmin maddənin İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinin tələblərinə müvafiq olaraq, iş üzrə toplanmış və məhkəmə baxışı zamanı hərtərəfli, tam və obyektiv tədqiq edilmiş sübutları öz daxili inamı, qanun və vicdanını rəhbər tutaraq məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, onun bu əməllərin törədilməsində təqsirliliyi tam və birmənalı şəkildə öz təsdiqini tapmışdır. İlk növbədə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi ilə təsbit olunan təqsirsizlik prezumpsiyası prinsipi və CPM-nin 24-cü maddəsi ittihamı sübut etmə yükünü ittiham tərəfinin üzərinə qoyur. CPM-nin 25-ci maddəsinə əsasən ittihamın sübuta yetirilməsi vəzifəsi ittiham tərəfinə məxsusdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 7-ci bəndində göstərildiyi kimi, ittiham hökmü ehtimallara deyil, işin məhkəmə baxışında araşdırılmış sübutlarla təsdiq edilmiş faktiki hallara əsaslanmalıdır. Cinayətin obyektiv cəhəti, yəni cinayət qanunu ilə qorunan mülkiyyət münasibətlərinə qəsd edən konkret ictimai təhlükəli əməl, Təqsirləndirilən şəxs əvvəldən cinayət niyyəti ilə Zərərçəkmiş şəxs ünvan 1 ünvandakı hündürmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsindəki ümumi sahəsi 121 m² olan 49 saylı mənzilin özünə məxsus olması barədə həqiqətə uyğun olmayan məlumat verməsi, həmin mənzili sərfəli qiymətə satacağına dair yalan vəd edərək aldatması, bu yolla zərərçəkmişin etibarını qazanması və nəticədə ondan hissə-hissə olmaqla qeyriləri ilə birlikdə ümumilikdə 33.450 manat pul vəsaitini ələ keçirməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 11 iyun 2015-ci il tarixli, 7 nömrəli Qərarının 1-ci bəndində göstərildiyi kimi, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə yönəlmiş olsun. Həmin Qərarın 2-ci bəndinin tələbi baxımından, aldatma dedikdə özgə əmlakını ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi başa düşülür. İş materiallarından birmənalı şəkildə müəyyən olunur ki, Təqsirləndirilən şəxs zərərçəkmişə özünə məxsus olmayan mənzilin satışı barədə yalan məlumat vermiş, bu yolla aldatma üsulunu həyata keçirmişdir. Eyni zamanda həmin Qərarın 3-cü bəndinin tələbinə uyğun olaraq, etibardan suiistifadə etmə dedikdə əmlakı ələ keçirmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi ilə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsindən və iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmişlə müntəzəm telefon əlaqəsi saxlamış, onu Soçi şəhərinə dəvət edərək öz evində qonaq saxlamış, evlilik təklif etmiş və bu yolla zərərçəkmişdə etibar formalaşdırmışdır. Formalaşmış bu etibarlı münasibət sonradan əmlakın qanunsuz ələ keçirilməsi üçün istifadə edilmişdir ki, bu da Plenum qərarının yuxarıda göstərilən bəndinin mahiyyətinə tam uyğundur. Həmin Qərarın 4-cü bəndinin tələbinə müvafiq olaraq, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək imkanının yarandığı andan başa çatmış hesab edilir. Pul vəsaitlərinin nağd şəkildə Şahid1 verilməsi, daha sonra bank köçürmələri və ödəmə terminalları vasitəsilə həyata keçirilən əməliyyatlar zərərçəkmişin əmlakının təqsirkarların faktiki nəzarətinə keçdiyini və cinayətin başa çatdığını təsdiqləyir. Ələ keçirilmiş 33.450 manat pul vəsaiti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndinə əsasən xeyli miqdar təşkil etdiyindən, CM-nin 178.2.4-cü maddəsinin tətbiqi hüquqi baxımdan əsaslıdır. Məhkəmə, CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq hər bir sübutu ayrılıqda mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirir, onların məcmusunun ittihamın həlli üçün kifayət edib-etmədiyini müəyyən edir. Zərərçəkmiş şəxs həm ibtidai istintaq zamanı, həm də bilavasitə məhkəmə iclasında ətraflı, ardıcıl və ziddiyyətsiz ifadə vermişdir. Onun ifadəsindən cinayətin törədilmə mexanizminin bütün təfərrüatları, yəni ilkin tanışlıq, mənzilin göstərilməsi, pul vəsaitlərinin hansı tarixlərdə, harada və kimə verilməsi, "xxxx" MMC ilə bağlı saxta sənədlərin əldə edilməsi prosesi, aldanmanın aşkar edilmə anı və sonrakı hadisələr dəqiqliklə müəyyən olunur. İfadədə göstərilən hər bir təfərrüat iş materiallarında olan digər sübutlarla, yəni ödəniş qəbzləri, “Whatsapp” yazışmaları, protokollar və şahid ifadələri ilə tam uzlaşır. İfadə heç bir daxili ziddiyyət ehtiva etmir və zaman, məkan, məbləğ baxımından mötəbər sübutlarla təsdiq olunur. Şahid1 məhkəmə istintaqında verdiyi ifadədə Təqsirləndirilən şəxs xahişi ilə hərəkət etdiyini, onun tapşırığı ilə Zərərçəkmiş şəxs ilə görüşərək pul vəsaitini aldığını, həmin vəsaiti Mailin göndərdiyi kart nömrələrinə ödəmə terminalları vasitəsilə köçürdüyünü, bunun müqabilində 200 manat zəhmət haqqı aldığını ətraflı şəkildə izah etmişdir. Şahid1 ifadəsi zərərçəkmişin ifadəsi ilə tam uyğunluq təşkil edir. Hər iki tərəfin göstərdiyi görüşmə yerləri, tarixlər və məbləğlər qarşılıqlı olaraq bir-birini təsdiqləyir. Məhkəmə şahidin iclasda verdiyi ifadəsində aldığı pul vəsaitinin məbləği ilə bağlı gətirdiyi dəlili rədd edir və hadisənin üzərindən uzun müddət keçməsi səbəbindən unutması əsası ilə əlaqələndirir. Belə ki, həmin xüsusat Təqsirləndirilən şəxs özünün ifadəsi ilə uzlaşır. Şahid2 məhkəmə iclasında verdiyi ifadədə "Murad" adlı şəxsin onunla əlaqə saxladığını, saxta sənədlərin gətirilməsi və imzalanması üçün vasitəçilik rolunu üzərinə götürdüyünü bildirmişdir. Bu ifadədən aydın olur ki, cinayətin törədilməsi üçün mürəkkəb, çoxpilləli bir sxem qurulmuş, saxta müqavilə sənədlərinin hazırlanması üçün ayrıca mexanizm yaradılmışdır. Tərlanın ifadəsi cinayət əməlinin mürəkkəbliyini və çoxsaylı iştirakçıların cəlb edildiyini, bununla da qabaqcadan əlbir olan bir qrup şəxs əlamətinin mövcudluğunu təsdiq edən sübut kimi dəyərləndirilir. xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dediklərinin doğru olduğunu təsdiq etmiş və azadlıqda qalarsa almış olduğu 23.000 manat pulu tam qaytaracağına vəd etmişdir. Həmin xüsusat eyni qaydada, məhkəmə iclasında da təsdiq edilmişdir. Üzləşdirmə CPM-nin tələblərinə uyğun aparılmış istintaq hərəkəti olub, onun nəticəsi təqsirləndirilən şəxsin cinayət əməlini birbaşa etiraf etdiyini göstərən mühüm sübut kimi çıxış edir. Xüsusilə qeyd olunmalıdır ki, təqsirləndirilən şəxs üzləşdirmə zamanı və məhkəmə iclasında zərərçəkmiş şəxsdən 23.000 manat pul aldığını qəti şəkildə etiraf etmişdir. Zərərçəkmiş tərəfindən təqdim edilmiş və 15 sentyabr 2024-cü il tarixli baxış protokolu ilə tədqiq olunan yazışmalar da iki tərəfli sübutetmə əhəmiyyəti daşıyır. Birincisi, "Malik Soçi" adı ilə qeyd edilmiş Təqsirləndirilən şəxs ilə aparılan yazışmalarda pul vəsaitinin verilməsi faktı və mübahisənin mövcudluğu aydın şəkildə əks olunur. Zərərçəkmiş yazışmada "22 mini sənə vermişəm" yazmış, Təqsirləndirilən şəxs isə "xeyir mənə verməmisən" cavabı ilə aldığı pulu inkar etmişdir. Lakin bu inkar Təqsirləndirilən şəxs həm üzləşdirmə zamanı, həm də məhkəmə iclasında verdiyi etirafedici ifadələri ilə tam ziddiyyət təşkil edir ki, bu da onun qeyri-səmimi mövqe tutduğunu, aldığı pul vəsaitini qaytarmaq niyyətində olmadığını təsdiqləyir. İkincisi, "Ceyhun Campus Şirkəti" adı ilə aparılan yazışmada Ceyhunun zərərçəkmişdən əlavə pul tələb etməsi, evin satışı ilə bağlı yalan vədlər verməsi aydın şəkildə əks olunmuşdur. Bu yazışmalar maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. 15 sentyabr 2024-cü il tarixli baxış protokolu ilə tədqiq olunmuş ödəniş qəbzlərindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:24-də "Al market" marketindəki ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs bank kartına 1.000 manat; xx.xx.2024-cü il tarixdə saat 16:40-da "Bravo Express" marketindəki ödəmə terminalı vasitəsilə Ceyhun Əhmədovla əlaqəli bank kartına 9.900 manat; xx.xx.2024-cü il tarixdə saat 14:56-da "Rahat" marketdəki ödəmə terminalı vasitəsilə eyni bank kartına 450 manat köçürülmüşdür. Bu sənədlər saxtalaşdırılması mümkün olmayan obyektiv sübutlardır. Qəbzlərdəki tarixlər, saatlar, məbləğlər və kart nömrələri zərərçəkmişin ifadəsində göstərilən xüsusatlarla tam uyğunluq təşkil edir. Bu sənədlər CPM-nin 124-cü maddəsinə əsasən mötəbər sübut kimi qəbul edilir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş saxta sənədlər, müqavilə, iclas protokolundan çıxarış və arayış sənədlərindən görünür ki, Zərərçəkmiş şəxs həmin mənzilin 108.900 manata satıldığı barədə sənədlər tərtib olunmuşdur. Bu sənədlər cinayət sxeminin mürəkkəbliyini, zərərçəkmişin aldadılması üçün müvafiq rəsmi görüntü yaradılması məqsədilə saxta sənədlər hazırlandığını və istifadə olunduğunu təsdiq edir. Bu sənədlər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, bu hissədə məhkəmə sadəcə verilmiş ittihamla bağlıdır və ittihamın hüdudlarından kənara çıxa bilməz. Rəsmi sənədlərin saxtalaşdırılması ilə bağlı təqsirləndirilən şəxsə hər hansı ittiham elan edilməmişdir. Müdafiə mövqeyinin təhlili və tənqidi qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilib zərərçəkmişdən 23.000 manat pul aldığını etiraf etmiş, lakin Ceyhun Əhmədovla əlbir olmadığını, "Mahir" adlı şəxs tərəfindən aldadıldığını iddia etmişdir. Məhkəmə bu ifadənin etirafedici hissəsini, yəni 23.000 manat pul alınması faktını qəbul edir, lakin müdafiə versiyasını əsassız hesab edir. Belə ki, Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək müdafiə mövqeyini əsasən üç iddia üzərində qurmuşdur. Birincisi, ünvan 1 ünvandakı mənzilin həqiqətən "Mahir" adlı şəxsə məxsus olduğuna inanması, aldığı pul vəsaitini tamamilə "Mahir"ə ötürməsi, Ceyhun Əhmədovla hər hansı cinayət əlaqəsində olmaması. Təqsirləndirilən şəxs öz ifadəsinə görə, o, "Mahir"i Rusiyada tanımış, onun tam anket məlumatlarını bilməmişdir. Bununla belə, heç bir mülkiyyət sənədi, mülkiyyətçinin kimliyi barədə heç bir məlumat olmadan, yalnız üçüncü şəxsin sözünə əsaslanaraq daşınmaz əmlakın satışı ilə bağlı fəaliyyətə başlaması, bu fəaliyyəti vasitəçilər cəlb etməklə davam etdirməsi, mənzili 108.000 manata satmaq barədə zərərçəkmişlə danışıqlar aparması normal mülki dövriyyə çərçivəsindəki davranışdan əhəmiyyətli şəkildə fərqlənir. Belə ki, onun "Bina.az" saytında mənzil elanına baxdığını, maklerlə əlaqə saxladığını, mənzilin bazar qiymətini öyrəndiyini bildirməsi, əksinə, onun mənzilə dair əsas xüsusiyyətləri əvvəlcədən araşdıraraq guya ki. Mahirin sözlərinə aldanma hekayəsinə inandırıcılıq qatmağa cəhd etdiyini göstərir. Ali Məhkəmə Plenumunun yuxarıda istinad olunan Qərarının 5-ci bəndinin tələbinə müvafiq olaraq, şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının olmaması, əmlak üzərində hər hansı sərəncam vermə hüququnun olmaması onun tamah niyyətinin əvvəldən formalaşdığına dəlalət edən əlamətlərdir. İkinci iddia ilə bağlı, yəni aldığı pul vəsaitini "Mahir"ə ötürməsi barədə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadədə pul vəsaitini "Mahir"ə rus rubluna çevirərək verdiyini bildirmiş, lakin bu iddianı təsdiqləyən heç bir sübut, bank çıxarışı və ya köçürmə qəbzi təqdim edə bilməmişdir. Üstəlik, Təqsirləndirilən şəxs özü məhkəmə iclasında bildirmişdir ki, hazırda Rusiyada bankda 60.000 manata yaxın pulu vardır və pul depozitdədir. Bu fakt onun maddi vəziyyəti ilə zərərçəkmişdən aldığı pulları üçüncü şəxsə ötürdüyünə dair iddiası arasında ciddi uyğunsuzluq yaradır. Bundan əlavə, “Whatsapp” yazışmalarında zərərçəkmişin "22 mini sənə vermişəm" mesajına Təqsirləndirilən şəxs "xeyir mənə verməmisən" cavabı verməsi, eyni zamanda üzləşdirmə zamanı 23.000 manat aldığını etiraf etməsi onun mövqeyinin daxili ziddiyyətini açıq şəkildə ortaya qoyur. Digər iddia ilə bağlı, yəni Ceyhun Əhmədovla əlbir olmadığına dair Təqsirləndirilən şəxs Ceyhun Əhmədovu tanımadığını, onun "Mahir"in tanışı olduğunu bildirmişdir. Lakin bununla yanaşı öz ifadəsində "xxxx" MMC-nin direktoru kimi Ceyhunun Şəbnəmə təqdim edildiyini, Ceyhunun bank kartına zərərçəkmişin pul köçürüldüyünü, saxta sənədlərin Ceyhun tərəfindən imzalandığını etiraf etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində Mailin dəfələrlə yazışmalarında Ceyhunun adını ona çəkdiyini göstərmişdir. Şahid2 ifadəsindən isə aydın olur ki, saxta sənədlərin hazırlanması prosesində Ceyhunun adı sənədlərdə yer almış, sənəd Ceyhun tərəfindən imzalanmışdır. Eyni zamanda, Şahid2 ifadəsində, zərərçəkmiş şəxsin onun yanında bir neçə nəfər şəxslə danışdığını bildirmiş, zərərçəkmiş şəxs həmin şəxslərin Ceyhun və Mail olduğunu bildirmişdir ki, ziddiyyətsiz və ardıcıl ifadələr təqsirləndirilən şəxsin Ceyhun Əhmədovla əlbir cinayət fəaliyyəti içərisində olduğunu təsdiqləyir. Bununla yanaşı, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra Rusiya Federasiyasına qaçması, uzun müddət gizlənməsi və nəhayət xx.xx.2025-ci il tarixdə Soçi şəhərində Rusiya Federasiyasının hüquq mühafizə orqanları tərəfindən axtarışda olan şəxs kimi tutulması onun cinayət əməlindən qaçma niyyətini birbaşa sübut edən göstərici kimi qiymətləndirilir. CM-nin 34.2-ci maddəsinə əsasən qabaqcadan əlbir olan bir qrup şəxs dedikdə iki və ya daha artıq şəxsin cinayətin birgə törədilməsi haqqında əvvəlcədən razılaşması başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Qərarının müvafiq bəndlərinin tələbi baxımından, dələduzluq əlbir qrup şəxs tərəfindən törədildikdə, bütün iştirakçıların əvvəlcədən razılaşma əsasında müəyyən rol bölgüsü ilə hərəkət etməsi müəyyən edilməlidir. İş materiallarından müəyyən olunur ki, hazırkı cinayətin törədilməsi üçün çoxpilləli və rol bölgüsünə əsaslanan mürəkkəb sxem qurulmuşdur. Bu sxemdə: Təqsirləndirilən şəxs özünü mənzil sahibi kimi təqdim etmiş, zərərçəkmişlə əsas əlaqəni qurmuş və pul vəsaitinin toplanmasını təşkil etmişdir. X3 "xxxx" MMC-nin direktoru qismində saxta sənədlər imzalamış (ilkin ifadələr əsasında), zərərçəkmişdən əlavə pul tələb etmiş, onun bank kartına vəsait köçürülməsinə nail olmuşdur. Şahid1 pul vəsaitinin fiziki olaraq zərərçəkmişdən alınması və bank kartlarına köçürülməsində vasitəçilik etmişdir (bu hissədə Şahid1 əməllərinə hüquqi qiymət verilmişdir). Şahid2 ifadəsinə görə, əlavə olaraq "Murad" adlı şəxs saxta sənədlərin hazırlanması ilə məşğul olmuşdur (dolayı ifad ilə). Bu rol bölgüsü, hər bir iştirakçının cinayətin müəyyən mərhələsində konkret funksiyanı yerinə yetirməsi, hərəkətlərin bir-birini tamamlaması qabaqcadan razılaşmanın mövcudluğunu təsdiqləyir. Məhkəmə, Təqsirləndirilən şəxs Ceyhun Əhmədov və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında hərəkət etdiyini sübuta yetirilmiş hesab edir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs "Mahir" adlı şəxs tərəfindən aldadıldığı barədə müdafiə versiyasını inandırıcı hesab etmir. Ali Məhkəmə Plenumunun "Məhkəmə hökmü haqqında" Qərarının tələbləri baxımından, məhkəmə prosesi tərəflərinin heç bir dəlillə möhkəmləndirilməyən, yalnız şifahi şəkildə irəli sürdükləri iddialar özlüyündə ittiham sübutlarının inkar edilməsi üçün yetərli əsas yaratmır. Cinayətin subyektiv cəhəti birbaşa qəsd və tamah niyyəti ilə xarakterizə olunur. Ali Məhkəmə Plenumunun "Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" Qərarının 5-ci bəndində göstərildiyi kimi, şəxsin əməli dələduzluq kimi qiymətləndirildikdə, təqsirkarın özgə əmlakının talanmasına yönəlmiş niyyəti həmin əmlakı əldə edənədək yaranmış olmalıdır. Məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin əmlakını ələ keçirməyə yönəlmiş niyyəti cinayətin törədilmə prosesinin lap başlanğıcından formalaşmışdır. O mənzil üzərində heç bir mülkiyyət hüququ olmadan, başqa şəxsin mülkiyyətini öz mülkü kimi təqdim etmiş, uzun müddət ərzində zərərçəkmişdən sistematik şəkildə pul tələb etmişdir, aldığı pulu qaytarmaq niyyəti olmamış, buna cəhd etməmiş, əksinə cinayət əməlini törətdikdən sonra Soçi şəhərinə qaçmışdır. Bu əlamətlərin məcmusu təqsirləndirilən şəxsin əvvəldən dələduzluq niyyəti ilə hərəkət etdiyini sübut edir. Bütün yuxarıda göstərilənləri məcmu halında nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin bütün zəruri obyektiv və subyektiv əlamətləri mövcuddur və ittiham orqanı əməli düzgün tövsif etmişdir. Cəza təyini məsələləri: Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, cəza növünü və müddətini təyin edərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi prinsiplərini, xüsusilə də 8.1-ci (ədalət prinsipi), 41-ci (cəzanın anlayışı və məqsədləri) və 58.3-cü (cəza təyin etmənin ümumi əsasları) maddələrinin fundamental tələblərini, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının və "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının göstərişlərini rəhbər tutur. Bu kontekstdə, məhkəmə törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə potensial təsirini hərtərəfli təhlil edir. CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsiri nəzərə alınmalıdır. Ali Məhkəmə Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Qərarının 1-ci bəndində göstərildiyi kimi, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Hazırkı iş üzrə cinayət mülkiyyət hüququ münasibətlərinə yönəlmiş, birbaşa qəsdlə törədilmiş az ağır cinayət kateqoriyasına aiddir Təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara toxunulduqda Təqsirləndirilən şəxs 1982-ci il təvəllüdlü, subay, işləməyən şəxsdir. Məhkəmə CM-nin 59-cu maddəsinin tələblərinə uyğun olaraq, Təqsirləndirilən şəxs əməllərində yüngülləşdirici hal müəyyən etmir. Cəzanı ağırlaşdıran hallar baxımından məhkəmə müəyyən edir ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 178.3.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək 06 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzası 01 il endirilmiş, 28 avqust 2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Təqsirləndirilən şəxs 28 avqust 2019-cu il tarixdə azad edilmiş, ona istinad olunan cinayət əməlini isə 2024-cü ilin mart ayında, yəni cəzasını çəkib qurtardığı tarixdən altı il keçməmiş törətmişdir. Beləliklə, onun məhkumluğu ödənilməmiş vəziyyətdə yenidən qəsdən cinayət törətməsi CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair" 06 sentyabr 2010-cu il tarixli Qərarında formalaşdırılmış hüquqi mövqe bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. X4 Məhkəməsinin Plenumu aydın şəkildə göstərmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət edir. Konstitusiya Məhkəməsinin bu mövqeyi hazırkı iş üzrə birbaşa tətbiq olunandır: Təqsirləndirilən şəxs əvvəlki hökmlə məhz dələduzluq cinayətinə (CM 178.3.2) görə 06 il müddətinə azadlıqdan məhrum edilmiş, lakin cəzanı çəkdikdən sonra islah olunmayaraq, beş ildən az müddət ərzində eyni xarakterli cinayəti yenidən törətmişdir. Bu fakt əvvəlki cəzanın islah təsirinin yetərsiz olduğunu, onun şəxsiyyətinin yüksək ictimai təhlükəliliyini birmənalı şəkildə göstərir. Həmçinin Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair" 25 may 2009-cu il tarixli Qərarında vurğulandığı kimi, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir; məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Ödənilməmiş və ya götürülməmiş məhkumluq şəxslə dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Odur ki, məhkəmə, CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən sadə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. CM-nin 178.2 maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növü beş ilədək azadlıqdan məhrum etmədir. Məhkəmə, yuxarıda sadalanan bütün halları, yəni törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmişə vurulan xeyli miqdarda maddi ziyanın ödənilməməsini, təqsirkarın şəxsiyyətini, onun əvvəllər məhz analoji cinayətə görə məhkum olmasını lakin bundan nəticə çıxarmayaraq yenidən qəsdən eyni növ cinayət törətməsini, cəzanı yüngülləşdirən halların olmamasını məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, cəzanın CM-nin 41-ci maddəsində təsbit olunmuş məqsədlərinə, yəni sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınması məqsədlərinə ona real azadlıqdan məhrum etmə cəzası təyin edilmədən nail olmaq mümkün deyildir. Bu mövqeyi əsaslandırarkən məhkəmə xüsusilə vurğulayır ki, Səmədovun əvvəlki hökm ilə məhz dələduzluq cinayətinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, cəzanı çəkdikdən sonra nisbətən qısa müddət ərzində eyni növ cinayəti yenidən törətməsi cəzanın ümumi və xüsusi preventiv funksiyasının azadlıqdan məhrum etmədən başqa cəza növləri ilə təmin oluna bilməyəcəyini göstərir. Bu səbəbdən CM-nin 178.2 maddəsinin sanksiyasında alternativ olaraq nəzərdə tutulmuş cərimə və azadlığın məhdudlaşdırılması cəza növlərinin təyini məqsədəuyğun hesab edilmir. Bütün göstərilənləri nəzərə alaraq, CM-nin 65.2-ci maddəsinin tələbinə uyğun olaraq həm cəzanı ağırlaşdıran halın (residiv) mövcudluğunu, həm də cəzanı yüngülləşdirən halların olmadığını nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini ədalətli hesab edir. CM-nin 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilir. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə cəzası çəkmişdir. Bu səbəbdən onun hazırkı hökmlə təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qanunun tələbidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 25 mart 2025-ci il tarixindən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət həbs müddətinə daxil edilir. İş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs sözügedən tarixdə Rusiya Federasiyasının cinayət təqibi orqanları tərəfindən tutularaq, sonradan Azərbaycan Respublikasına ekstradisiya edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbirləri uzadılmaqla, yekunda məhkəmə qərarı ilə məhkəmə istintaqı dövründə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Belə ki, elektron məhkəmə portalı vasitəsilə edilmiş sorğulardan görünür ki, Təqsirləndirilən şəxs cinayət ilə vurulmuş ziyanın ödənilməsinə yönəldilə biləcək hər hansı əmlakı mövcud deyildir. CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə yekun qərar çıxararkən maddi sübutlar barədə məsələni həll etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 45-ci bəndində göstərildiyi kimi, məhkəmə hökmündə iş üzrə maddi sübut qismində tanınmış hər bir əşya və sənəd barədə qərar qəbul etməli, onların taleyi dəqiq müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən ona verilmiş müqavilə, iclas protokolundan çıxarış, arayışlar, 01 ədəd DVD diskdəki "Whatsapp" ani mesajlaşma tətbiqi vasitəsilə aparılmış yazışmaların əks olunduğu 07 ədəd "A4" formatlı vərəqlər, Zərərçəkmiş şəxs təqdim etdiyi 03 ədəd bank hesab qəbzləri iş materiallarında saxlanılmalıdır. Bundan əlavə, iş materiallarında olan mülki iddia ərizəsindən və rüsumun ödənilməsi qəbzindən görünür ki, Cəfərli X5 Mail Ənsar oğluna qarşı mülki iddia ərizəsi ilə müraciət edərək, 33450 manat məbləğində pulun və ödədiyi dövlət rüsumunun (cəmi 192 manat) tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iddia onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməllərini törədərək ona 33450 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu səbəbdən özünün mülki iddiaçı qismində tanınmasını və vurulmuş maddi ziyanla bərabər dövlət rüsumunun ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə cinayət prosesində iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, mülki iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun "Məhkəmə hökmü haqqında" 24 dekabr 2021-ci il tarixli Qərarının müvafiq bəndlərinə uyğun olaraq, məhkəmə verilmiş mülki iddia üzrə qərar qəbul etməlidir. İş üzrə sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs Ceyhun Əhmədov və digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs məxsus ümumilikdə 33.450 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1 və 1097-ci maddələrinə əsasən hüquqa zidd hərəkətləri (hərəkətsizliyi) nəticəsində başqa şəxsin əmlakına və ya şəxsiyyətinə vurulmuş zərər tam həcmdə ödənilməlidir. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmə Plenum Qərarın 70-ci bəndinin tələbinə müvafiq olaraq, birgə maddi ziyanın vurulması ilə əlaqədar olan cinayət işlərində iştirakçılarından biri haqqında cinayət təqibi üzrə icraat ayrılmışsa, məhkəmə mülki iddia üzrə maddi ziyanın ödənilməsi vəzifəsini tamamilə barəsində cinayət işinə baxılan təqsirləndirilən şəxsin üzərinə qoyur. Məhkəmə hesab edir ki, cinayətin digər iştirakçıları X3 və qeyriləri barəsində ayrıca cinayət təqibi aparıldığından, mülki iddianın maddi ziyana dair tələbi tam həcmdə, yəni 33.450 manat məbləğində və ödənilmiş dövlət rüsumu hissəsində Təqsirləndirilən şəxs tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Eyni zamanda, CM-nin 72-ci maddəsinin "Qeyd" hissəsinin 2-ci bəndinə, CPM-nin 40.5-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 yanvar 2023-cü il tarixli Qərarına əsasən, iştirakçılıqla törədilən dələduzluq cinayətlərində məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını müəyyən etməlidir. Konstitusiya Məhkəməsi həmin Qərarında aydın şəkildə göstərmişdir ki, paylar cinayətin iştirakçılarının hər birinin faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq müəyyən edilir. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs cinayətin əsas koordinatoru kimi zərərçəkmişlə ilkin əlaqəni yaratmış, prosesi idarə etmiş, Şahid1 vasitəsilə 2.000, 20.000 və 1.000 manat olmaqla ümumilikdə 23.000 manat pul vəsaitini birbaşa öz mülkiyyətinə keçirmişdir. X3 və qeyriləri isə "xxxx" MMC-nin direktoru qismində sənədlər hazırlamaqla zərərçəkmişdən əlavə pul tələb etmiş, onun bank kartına 9.900 manat və 450 manat köçürülməsinə, həmçinin kuryer vasitəsilə 100 manat əldə edilməsinə nail olmaqla ümumilikdə 10.450 manat pul vəsaitini ələ keçirmişdir. Buna uyğun olaraq, məhkəmə cinayət nəticəsində vurulmuş 33.450 manat ziyanda iştirakçıların paylarını Təqsirləndirilən şəxs aid hissədə 23.000 manat, qeyrilərinə aid hissədə 10.450 manat olaraq müəyyən edir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə müvafiq olaraq 11 manat hesab edilməklə, 95 iş saatına görə 1045 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. Cəzasının əvvəli 25 mart 2025-ci il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 01 ədəd DVD diskdəki "Whatsapp" ani mesajlaşma tətbiqi vasitəsilə aparılmış yazışmaların əks olunduğu 07 ədəd "A4" formatlı vərəqlər, 03 ədəd bank ödəniş qəbzi, "xxxx" MMC tərəfindən verilmiş müqavilə, iclas protokolundan çıxarış və arayış sənədləri cinayət işinin materiallarında saxlanılsın. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 33.450 (otuz üç min dörd yüz əlli) manat və 192 manat dövlət rüsumu, cəmi 33.642 (otuz üç min altı yüz qırx iki) manat pul vəsaiti tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməli əmlak olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun vəkili Müdafiəçi sərf etdiyi hər iş saatına görə müvafiq olaraq 11 manat hesab edilməklə, 95 iş saatına görə 1045 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq «Yusifbəyli və Partnyorları» Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Kamal Babayev
Məhkəmə qərarları › İş №1(005)-419/2025
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-419/2025
18.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver