Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-42/2023 06.01.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi Mayılzadə Gülzadə Çingiz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi - X5, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Bağlar massivi, nömrəsiz fərdi evdə yaşamış, xx.xx.2022-ci il tarixdən həbsdə olmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunmasına dair cinayət işinə baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi “Kirov dairəsi” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, iki bükümdə-çəkiləri 105 və 55 qram olmaqla, ümumi təmiz çəkisi 160 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edəb üzərində qanunsuz saxlamaqla ünvan 3 ünvanının qarşısına daşımış, həmin gün saat 20:30 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinib saxlanılaraq Baş Mütəşəkkiil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasına gətirilmiş, üzərinə baxış keçirilərkən əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə 105 qram çəkidə, həmin gödəkçənin sol yan cibindən bir ədəd şəffaf sellofan bükülüdə 55 qram çəkidə- ümumi təmiz çəkisi 160 qram olan eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, “nəşə” adlandırılan qurudulmuş marixuanadan siqaret kimi çəkməklə istifadə edir. 22 fevral 2022-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanmamışdan bir neçə saat əvvəl Mağtağa qəsəbəsində “Kirov dairəsi” adlanan ərazinin yaxınlığında şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 800 manata iki bükümdə narkotik vasitə olan “nəşə” alaraq cibinə qoymuş, həmin gün saat 20:30 radələrində Maştağa qəsəbəsində, B.Bağırov küçəsi 85 saylı ünvanın yaxınlığında piyada hərəkət edərkən mülki geyimdə olan şəxslər yaxınlaşaraq polis əməkdaşları olmalarını bildirib, narkotik vasitənin qanunsuz dövriyyəsində şübhələndiklərinə görə idarəyə aparmışlar. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində vəkil dəvət olunmuş, onun iştirakı ilə video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmiş, almış olduğu iki bükümdə olan narkotik vasitə “nəşəni” polis əməkdaşlarına təqdim etmiş, bu barədə protokol yazılmış, iştirakçılar tərəfindən imzalanmış və narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Video çəkiliş aparılarkən də narkotik vasitə olan iki büküm “nəşəni” şəxsi istifadəsi üçün almasını etiraf etmiş, törətmiş olduğu cinayət əməlinə görə peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla, Sabunçu rayonu, Bağlar massivi adlanan ərazidə nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, daşıması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat rəhbərliyə məruzə olunmuş, təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi qərara alınmış, Şahid2 və X3 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupu Maştağa qəsəbəsinə getmiş, saat 20:30 radələrində B.Bağırov küçəsi 85 ünvanının qarşısında zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxs saxlanılmış, şəxsiyyəti aydınlaşdırılarkən Təqsirləndirilən şəxs olması müəyyən olunmuşdur. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilərək, idarəyə gətirilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxsin üzərinə baxış keçirilməsi üçün vəkil dəvət olunmuş, video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış keçirilərkən Təqsirləndirilən şəxs hüquqları izah olunmuş, üzərində narkotik vasitə və digər qanunsuz əşya varsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf edərək qara rəngli gödəkçəsinin sağ və sol yan ciblərinin hərəsindən bir ədəd olmaqla iki ədəd sellofana bükülmüş maddə çıxararaq təqdim edib, narkotik vasitə “nəşə” olmasını və şəxsi istifadəsi üçün almasını bildirmişdir. Baxış keçirilərkən sellofanlarda spesifik qoxuya malik, qurudulmuş ot formasında marixuanaya bənzər maddə aşkar edilmişdir. Göstərilənlərdən başqa Təqsirləndirilən şəxs üzərindən mobil telefon, 5 manatlıq pul əskinazı da aşkar olunmuşdur. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş, iki bükümdə olan qurudulmuş ot formasında olan maddə qablaşdırılaraq möhürlənmişdir. Tərtib olunmuş protokol iştirakçılar tərəfindən imzalanmış, protokol tərtib olunarkən və çəkiliş aparılarkən Təqsirləndirilən şəxs tərətmiş olduğu cinayət əməlini etiraf edərək aşkar edilən narkotik vasitə olan “nəşəni” şəxsi istifadəsi üçün tanımadığı şəxsdən almasını etiraf etmişdir. Daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs narkotik vasitə aşkar olunsa da, onun narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması təsdiqini tapmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X6 və X7 da ifadələrində Şahid1 göstərdiklərini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmədə tədqiq olunan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 yazdığı xx.xx.2022-ci il tarixli raportda göstərilmişdir ki, “Həmidağa” adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair məlumat daxil olmuş, araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin şəxs xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi ev 75-də qeydiyyatda olmaqla, Sabunçu rayonu, Bağlar massivi nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxsdur. “Əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərar tədqiq olunarkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalənmaz əməliyyat-axtarış tədbirlədinin keçirilməsi və bunun üçün əməliyyat qrupunun yaradılması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin xx.xx.2022-ci il tarixli Ə80-007-22 saylı əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Şahid1, Şahid2 və X3 ibarət əməliyyat qrupu yaradılmışdır. Məhkəmədə tədqiq olunan əməliyyat müvəkkili Şahid1 xx.xx.2022-ci il tarixli raportindan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:30 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsi, B.Bağırov küçəsi 85 ünvanın qarşısında saxlanılmış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilmişdir. Məhkəmədə tədqiq olunan "Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan, “DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və məhkəmə baxışı zamanı “DVD-R” diskə baxış keçirilərkən aydın olur ki, BMCMİ-nə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə polis əməkdaşları və müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs müdafiəçisi təqdim olunmuş, hüquq və vəzifələri izah olunmuş, baxışın video çəkilişlə aparılması barədə məlumatlandırılmışdır. Baxış zamanı şübhəli Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və digər qadağan olunmuş əşya olub-olmaması soruşulmuş, o üzərində narkotik vasitə olmasını etiraf edərək əvvəl əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd Samsung A11 markalı mobil telefon, sağ yan cibindən bir ədəd 5 manatlıq pul əskinazı, qara rəngli gödəkçənin sağ və sol ciblərinin hərəsindən bir ədəd olmaqla çəmi iki ədəd sellofona bükülü çıxararaq təqdim edib, içərisində narkotik vasitə olan “nəşə” olmasını bildirmiş, sellofanlar açılarkən içərisində spesifik iyə malik, narkotik vasitə olan marixuanaya oxşar maddə aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrdən istifadə edir, üzərində olan iki ədəd bağlama ona məxsus olmaqla, həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 18 radələrində Maştağa qəsəbəsində “Kirov dairəsi” adlanan ərazidə tanımadığı şəxsdən 800 manata şəxsi istifadəsi üçün almış, dəqiq çəkilərinin nə qədər olmasını bilmir. Narkotik vasitələrin satışı ilə məşğul olmur. Aşkar edilmiş iki ədəd sellofanda olan maddə qablaşdırılaraq götürülmüş, protokol iştirakçılar tərəfindən imzalanmış, şikayət, narazılıq, qeyd daxil olmamış, video çəkiliş protokola əlavə olunmuşdur. Məhkəmədə tədqiq olunan Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(005)-295/2022 saylı qərarından aydın olur ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qanuniliyi məhkəmə tərəfindən yoxlanılmış, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. Məhkəmədə tədqiq olunan məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/178 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs sağ yan cibindən....” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 105 qram və üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs sol yan cibindən....” yazısı və imzalar olan kağız paketdəki 01 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 55 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi 160 qramdır. Təqdim edilmiş marixuanalar tərkibinə görə eynidirlər. Məhkəmədə tədqiq olunan X4 tibbi yoxlama ekspertizasınınxx.xx.2022-ci il tarixli 1828 saylı rəyindən aydın olur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 alınmış xx.xx.2022-ci il tarixli 1981 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs arxiv məlumatına əsasən xəıstəxanada müalicədə olmamışdır. “Mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, ***-***-**-** və ***-***-**-** nömrələri istifadə edilən “Samsung A11” markalı telefona baxış keçiriılmiş, iş üçün əhəmiyyətli hal müəyyən olunmamışdır. “Telefon məlumatlarına baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli protokollardan da aydın olur ki, "xxxx" MMC və "xxxx" MMC-dən alınmış məlumatlara baxış keçirilərkən danışıq və SMS yazışmalarında iş üzrə əhəmiyyət kəsb edən hallar aşkar olunmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 455 saylı arayışında göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunlarının müvafiq maddələrinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada 29 sentyabr 2020-ci il tarixdə hərbi xidmətə cəlb edilmiş (xidmətdə olduğu hərbi hissələr: h/h 283 xx.xx.2020-xx.xx.2020, h/h 038 xx.xx.2020-xx.xx.2020, h/h 707 xx.xx.2020xx.xx.2020) və xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2020-ci il tarixli 274 saylı əmri ilə ordu sıralarından tərxis olunmuşdur. Cinayət işində olan qərarların surətlərindən aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində saxlanmış, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(005)-252/2022 saylı qərarına əsasən əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, xx.xx.2022-ci il tarixli 4(005)-572/2022 saylı qərarla həbsdə saxlama müddəti xx.xx.2022-ci il tarixədək uzadılmışdır. Cinayət işində olan xx.xx.2022-ci il tarixli qərardan aydın olur ki, ekspertiza tədqiqatından sonra qalan 159,9 qram qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş maruxuanına kimdən almasının müəyyən edilməsi məqsədilə cinayət işindən material ayrılmışdır. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etməsini, 44 günlük vətən müharibəsi dövründə ordu sıralarına səfərbər olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə aşkar edilmiş narkotik vasitənin külli miqdar olmasını, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı olmasa da onda narkotik vasitədən istifadə etmə hallarının olmasını nəzərə alaraq hesab edir ki, ona azadlıqdan məhrum etmə ilə bağlı cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Məhkəmə narkoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CM-in 93-1.1-ci maddəsində göstərilir ki, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Məhkəmə hesab edir ki, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Cinayət işində maddi sübut kimi götürülərək Azərbaycan Respublikası DİN BMCMİdə saxlanılan 159,9 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd SD disk həmçinin, "xxxx" MMC və "xxxx" MMCən alınmış telefon danışıqlarının aparılmasına dair CD disklər cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78,82 manat Təqsirləndirilən şəxs alınaraq X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, HesabN: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaq müddətində və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 120 (yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 16 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məhkəməyədək və məhkəmə icraat zamanı tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə hesablansın və cəzaçəkmə müddətinin başlanğıcı, azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 22 fevral 2022 tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs daimi yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. Şəxsi axtarış və götürmə aparılarkən video çəkiliş aparılmış, "Bakcel” MMC və "Azerfcell” MMC-ən alınmış telefon danışıqlarının aparılmasına dair CD disklər cinayət işinə əlavə edilərək saxlansın. Cinayət işində maddi sübut kimi götürülərək DİN BMCQMİ-də saxlanılan 159,9 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 78,82 manat Təqsirləndirilən şəxs alınaraq X2, Kodu 210005, VÖEN **********, Müxbir hesab: AZ 41NABZ********************, SWİFT BİK:STREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, HesabN: AZ43CTRE********************, Büdcə təsnifatının kodu 142319, Büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Bakı şəhəri 16 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirdiyinə görə 120 (yüz iyirmi) manat dövlət hesabından tutularaq Bakı şəhəri 16 saylı vəkil bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-42/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-42/2023
06.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver