Məhkəmə qərarları › İş №1(005)-42/2024

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-42/2024

01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-42/2024 01.03.2024 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Hakim Kamranov Hafiz Eldar oğlunun sədrliyi, Əhmədova Aynur Əvəz qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs (mülki iddiaçı) – Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1972-ci ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Pirallahı rayonu, X7, 16-cı Cənub küçəsi, 268 saylı ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs bilə-bilə saxta sənədlərdən istifadə etməklə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı X4 ilə 2022-ci ilin iyul ayında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlamaqla “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin idarə heyətinin sədrinin adından bir neçə nəfər şəxslərin adlarına torpaq sahələri sənədləşdirməklə başqa şəxslərə salıb birgə qazanc əldə etmək məqsədilə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə razılığa gəlib, əvvəlcədən aralarında olan razılığa əsasən əvvəllər “Avtomobilçi” bağçılıqbostançılıq cəmiyyətinin idarə heyətinin üzvü olmuş Oruc Səmədov, əvvəllər “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin üzvləri olmuş Şahid1 adına Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 4/3-cü Şimal küçəsi, 15,16 saylı 0,10 ha torpaq sahəsini və Şahid2 adına Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 4/3-cü Şimal küçəsi 17,18 saylı 0,10 ha torpaq sahəsini saxta sənədlərlə və “Avlomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin möhüründən istifadə etməklə hazırlamış, o isə Şahid1 və Şahid2 həmin saxta sənədlər üçün etibarnamələr almaqla, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək, sonuncuya Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 4/3-cü Şimal küçəsi, 15,16 saylı 0,10 ha torpaq sahəsini və Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 4/3-cü Şimal küçəsi 17,18 saylı 0,10 ha torpaq sahəsini salacağına dair yalan vəd verib aldadaraq, 22 iyul 2022-ci il tarixdə həmin torpaq sahələrinin satışına dair Bakı şəhəri, Nərimanov rayonu, X11 20 ünvanda yerləşən əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində etibarnamə verib, Əmlak Xidmətləri Məkanının qarşısında avtomobilin içərisində 24.000 manat, həmin torpaq sahələrinə hasar inşa etmək üçün Bakı şəhər Piralları rayon İcra Hakimiyyətindən icazə alınması adı ilə 27 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Piralları rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında avtomobilin içərisində 4.000 manat, tikinti işlərinin aparılmasına maneçilik törətməməsi üçün polisə vermək adı ilə 02 avqust 2022-ci il tarixdə Pirallahı rayonunda bazarın yanında 2.000 manat, daha sonra tikinti işlərinin aparılmasına maneçilik törətməməsi üçün sahə rəisinə vermək adı ilə 2022-ci ilin avqust ayının axırlarında Pirallahı rayonu ərazisində 100 manat və hər dəfə 50 manat olmaqla cəmi 100 manat pulu Sabunçu rayonu, Ramana qəsəbəsi ərazisində terminal vasitəsilə kart hesabına köçürtdürməklə, ümumilikdə 30.200 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, bilə-bilə saxta sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs1 ümumilikdə 30.200 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, tanışı X4 ilə 2022-ci ilin iyul ayında hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlamaqla, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə aralarında olan razılığa əsasən, Oruc Səmədovun əvvəllər “Avtomobilçi” bağçılıq-bostançılıq cəmiyyətinin üzvü olmuş Şahid3 adına saxta sənədlərlə və “Avtomobilçi" bağçılıq- bostançılıq cəmiyyətinin möhüründən istifadə etməklə hazırladığı Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 4/3-cü Şimal küçəsi 9,10 saylı 0,10 ha torpaq sahəsini Şahid3 öz adına etibarnamə almaqla, etibardan sui-istifadə elm) və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək, sonuncuya Bakı şəhəri, Pirallahı rayonu, Dübəndi bağ massivi, 4/3-cü Şimal küçəsi 9,10 saylı 0,10 ha torpaq sahəsini satacağına dair yalan vəd verib aldadaraq, 30 avqust 2022-ci il tarixdə həmin torpaq sahəsinin satışına dair Bakı şəhəri, Nərimanov rayonu, X11 20 ünvanda yerləşən Əmlak Xidmətləri Məkanında yerləşən 12 saylı notariat ofisində etibarnamə verib, Əmlak Xidmətləri Məkanının qarşısında avtomobilin içərisində 8.870 manat pulunu ələ keçirərək, bilə-bilə saxta sənədlərdən istifadə etməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 8.870 manat olmaqla, xeyli miqdarda ziyan vuraraq, təkrar dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs (mülki cavabdeh) ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Oruc Səmədov ona özünə məxsus olan 12 ədəd torpaq sahəsinin olduğunu və onun 6 ədədini ona verə biləcəyini bildirmişdir. Həmçinin həmin torpaqlara məxsus olan sənədlərdə heç bir problem olmadığını demişdir. Onlar Ulduz metrostansiyanın yaxınlığında Torpaq Komitəsində bir ədəd torpağın sənədlərini yoxlatdırmış və Oruca hər birinə ayrılıqda 5000 manat pul vermişdir. Onun bir müddət sonra pula ehtiyacı olduğu üçün torpaqları satışa çıxarmışdır. Bundan sonra ona Oktay müraciət etmiş və o, Oktaya sənədli torpaq təklif etmişdir. Oktay isə belə torpaq sahəsi baha olduğundan sənədsiz olan torpaq sahəsi istəmişdir. Beləliklə, 20 sot torpaq sahəsini 24000 manata satışına razılaşmışlar. Daha sonra Torpaq Komitəsində problem olmadığını bildirmişlər. Bundan sonra onlar alqı-satqı etmişlər. Digər zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 torpaq sahəsini elanda görüb ona zəng etmişdir. Onunla eyni qaydada Torpaq Komitəsində sənədlər yoxlanıldıqdan sonra notariusda etibarnamə ilə torpağı ada keçirməklə satmışdır. Həmçinin qarşılığında pulunu da almışdır. Orucun onu aldatdığını da bilməmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, “Avtomobilçi” Bağçılıq Cəmiyyətinin torpaq sahələri adlarına olan üzvlərinin etibarnamələrini və digər sənədləri ona verilib. Həmin şəxslərlə onun əvvəldən tanışlığı olmamışdır, onları əmək kitabçalarını götürərkən tanımışdır. O, torpaq sahələri adlarına qeydiyyatdan keçirəcək şəxslər və Orucla birlikdə torpaq sahələrini yoxlamışlar və heç bir problem olmadığını görmüşlər. O, torpaq sahələrini satdığı şəxslərə də torpaqların sənədlərini yoxlamağı bildirmişdir. Zərərçəkmiş şəxs1 torpağa çıxarış istəyir. O, Arzuya çıxarışlı torpaq satmamışdır. O, torpaq sahələrini Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 satarkən birlikdə DƏDRX-da torpağın sənədlərini yoxlatdırmışlar. Zərərçəkmiş şəxs1 24 min manat məbləğində pul almışdır. O, torpaq alqı-satqısı və maklerliklə məşğul olmur. Orucu 2014-cü ildən tanıyır. Həmin torpaq sahələrini zeytun bağı salmaq üçün almışdır, lakin sonradan pula ehtiyacı olduğu üçün satmaq qərarına gəlmişdir. Hazırda aldığı torpaq sahələrinin hamısını məhkəmə qaydasında öz adına qeydiyyatdan keçirmişdir. Sənədlərin yoxlanılması zamanı bir-bir sənədlərə baxıldı və sənədlərin qaydasında olduğunu əməkdaşlar onlara bildirmişlər. Bütün sənədlər onun iştirakı ilə yoxlanılıb. O, polis şöbəsində olan zaman həmin torpağı 30 min manata satışa qoyduğunu demişlər və o da həmin torpaq sahəsinin tərəfindən yox, sahibi tərəfindən satışa qoyulduğunu bildirmişdir. Həmin torpaq sahələrini satdığı gün alıcılarla birlikdə təkrarən yoxlatdırmışdır. Orucdan torpaq sahəsini 30 min manata almışdır. Mütəxəssislərin gedib torpaqları ölçmələrindən məlumatı olmamışdır. Sənədlər yoxlanılandan sonra onlara etibarnamə verilmişdir. İki satış arasında 1-2 ay fərq olmuşdur. Pulu ona avtomobildə veriblər. Avtomobil zavodunun işçilərinin onda etibarnaməsi olmuşdur və o da zərər çəkmiş şəxslərin adına etibarnamə vermişdir. Etibarnamə ona həm sərəncam, həm sahiblik, həm istifadə hüquqlarına dair verilmişdir. Hadisə 2021-ci il tarixdə baş vermişdir. Satışdan 3-4 ay sonra həmin şəxslər ondan şikayət etmişlər. Arzu ona 24.000 manat pul vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 (mülki iddiaçı) ifadəsində göstərmişdir ki, o, Kamillə görüşən zaman iki oğlu yanında olmuşdur. Əmlak Xidmətində torpağa aid sənədləri göstərəndə torpağın strukturuna baxmışlar. Onlara əsas kitabçanın olmasını bildirmişlər. Kamil də kitabçanın onun yanında olmasını deyərək təqdim etmişdir. Bundan sonra onlara Əmlak Xidmətində torpağın özəlləşdirilməsi üçün 3-4 daş hasar çəkilməsinin vacib olmasını bildirmişlər. Hasar çəkilməsi üçün Kamilin evində qalan ustalar gəlmişdir. Həmin ustalar mütləq beton tökülməli olduğunu demişlər. Ustaları Kamilin vasitəsi ilə tanımışlar. Bundan sonra beton tökülmüş və beş daş hasar çəkilmişdir. Digər torpaq sahəsində isə imkanları olmadığından tikinti işi aparılmamışdır. Bir ildir ki, ora getmirlər. Cinayət işi başlandıqdan sonra onlara maraqlı olmamışdır. Kiçik oğlu ilə mühəndisi götürüb torpaq sahəsinə getmişlər. Çünki rüsum ödənildikdən sonra mühəndis torpağa baxış keçirməli idi. Söhbət əsnasında mühəndis torpağı kimdən aldıqlarını soruşanda onlar da Kamildən aldıqlarını bildirmişlər. Bu zaman mühəndis onlara bildirmişdir ki, hələ ev tikməsinlər. Torpağın sənədləri tam hazır olsun daha sonra ev tiksinlər. Bu söhbətdən bir müddət sonra onlara torpağın dövlətə məxsus olmasına dair bildiriş gəlmişdir. Bundan sonra onlar Kamili yığaraq məlumat vermişlər. Həmin vaxt isə Kamil Moskva şəhərində olmuşdur. Kamil onlara şikayət etməmələrini və Bakıya qayıdan kimi məsələni həll edəcəyini demişdir. Daha sonra onlara məlum olmuşdur ki, satılan torpaqlar Kamilə məxsus deyil. Torpaqlar dövlətin torpaqlarıdır. Kamil onları aldatmaq üçün yanında Süleyman adlı şəxsi də gətirmişdir. Lakin Süleymanla onun əri tanış çıxmış və bundan sonra Kamil geri çəkilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Sonda məhkəmədən vermiş olduğu mülki iddianın tam təmin edilməsini xahiş etdi Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, Sovqatı və İlqarı tanımır. Torpaq sahəsini elandan oğlanları və həyat yoldaşı tapmışdır, sonra isə baxmağa onu da aparmışlar. DƏDRX-da ekspert olmuşdur və sənədləri ona göstərmişlər. Həmin ekspert isə onlara sənədlərin strukturunun hazır olduğunu, lakin kimə məxsus olmasını bilmək üçün dövlət rüsumunun ödənilməsini və hasar çəkilməsini bildirmişdir. Onlar iki torpaq sahəsi almışlar. Torpaq sahəsinin birinə dair bildiriş daxil olmuşdur ki, bu dövlətə məxsusdur, digərinin isə bildirişi gecikirdi və o, buna görə dəfələrlə qaynar xəttə müraciət etmişdir. 25 min manatın içində onlar Kamil ilə torpaq sahəsini və 500 ədəd daş alınması barədə razılaşmışlar. Sonra oğlu daşlara baxış keçirdikdən sonra daşlar xoşuna gəlməmişdir və onlar imtina etmişlər. 1000 manatı geri tələb etmişlər, lakin o pul geri qaytarmamışdır. 4000 manat məbləğində pul icra hakimiyyətindən icazə alınması üçün, 2000 manat məbləğində pul isə polisin razılığının alınması üçün vermişlər. Polisdən icazə alınması üçün Kamilə pulu verdikdən sonra polis əməkdaşı tikinti aparılan yerə gəlmiş və tikintinin sökülməsini bildirmişlər. Bununla bağlı onlar Kamilə müraciət etmişlər və Kamil həqiqətən də bu məsələni həll etmişdir. Onlar əvvəl həmin torpaq sahəsini satışa qoymuşlar, lakin polisə Kamildən şikayət etdikdən sonra elanı silmişlər. Onlara DƏDRX-dan heç bir sənəd verilməmişdir. Kamilə əgər pul verməsələr idi Kamil o torpaqda hansısa tikinti işləri aparmağa icazə verməzdi. Onlar torpağı alan zaman çıxarışının olmamasını bilirdilər. Məhz çıxarış olmadığına görə torpağı Kamildən daha ucuz qiymətə almışlar. Kamil onlara banka borcu olduğundan torpağı dəyər dəyməzinə satdığını bildirmişdir. Kamil onlara hansısa problem yaransa həll edəcəyini demişdir. Bu söz onlarda şübhə yaratmamışdır. Çünki Kamil yaşadığı yeri də onlara göstərmiş və sözünün ağası olduğunu demişdir. Onlar Kamilə 24000 manat verən zaman qəbz imzalatmamışlar. Tikinti işləri zamanı polis əməkdaşları ora gələrkən o, orada olmamışdır. Bunu ona əri danışmışdır. Hasarlar tikilən zaman maneə yaradan olmamışdır. Əlavə olaraq Kamil onlardan sahə müvəkkilinə vermək üçün 200 manat pul almışdır. Tikinti zamanı o iştirak etməmişdir. Kamilə 24.000 manat torpaq üçün vermiş və əlavə olaraq mişar daşlarının pulu adı ilə 1000 manat da almışdır. Ümumilikdə torpağın pulu kimi əslində 25.000 manat vermişlər. Hasar tiktirdikdən sonra torpaq sahəsinin sənədlərini Əmlak Xidmətinə təqdim etmişlər. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 (mülki iddiaçı) ifadəsində göstərmişdir ki, o, torpaq sahəsini elanlar səhifəsindən görmüşdür. Elanda gördükdən sonra mobil telefonla həmin şəxslə danışmış və torpaq sahəsinə baxmışdır. Razılıq əldə edildikdən sənədləri götürüb Əmlak Xidmətinə gedərək yoxlatdırmışlar. Oranın işçiləri sənədlərdə nöqsan olmadığını, sadəcə olaraq hasar tikilməli olduğunu bildirmişlər. Sonradan notarial qaydada torpaq sahəsini 8870 manat pul ödəyib almışdır. Daha sonra hasar tikintisinə başlamışdır. Hasar tikdikdən sonra məlum olmuşdur ki, torpaq sahəsi “Avtomobil Bağçılar Cəmiyyəti”nə məxsus deyil və bundan sonra o, tikintini dayandırmışdır. Təqsirləndirilən şəxsə qarşı şikayətçidir. Sonda məhkəmədən vermiş olduğu mülki iddianın tam təmin edilməsini xahiş etdi. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 10 sot torpaq sahəsinə 8870 manat pul vermişdir. Real olaraq həmin ərazidə torpaq sahəsinin bir sotunun qiyməti ilə bağlı maraqlanmamışdır. Problem yarandığına görə sonradan maraqlananda həqiqətdə torpaq sahəsinin daha baha olduğunu öyrənmişdir. Torpaq sahəsinin məxsus olduğu Səftər adlı şəxsin və onun həyat yoldaşının şəxsiyyət vəsiqələri, Kamilin şəxsiyyət vəsiqəsi, birdə X1 Cəmiyyətinin üzvlüyünə dair vəsiqə təqdim olunmuşdur. Əmlak Məsələləri üzrə Dövlət Xidmətində sənədlərə baxış keçirmişlər, hər hansı çatışmazlıq olmadığını və bu sənədlər əsasında çıxarış almağın mümkün olduğunu, lakin hasarın çəkilməsinin vacib olduğunu bildirmişlər. O, hasar tikintisini tamamlamadığıma görə çıxarış almaq üçün müraciət etməmişdir. Pulu avqust ayının 1-də vermişdir. Sənədlərin saxta olduğunu o, şübhələnib ətrafdan maraqlandıqdan sonra bilmişdir. Asan Əmlakda işləyən mühəndislərin köməyi ilə öyrənmişdir. Saxta sənədlərlə bağlı o, Kamilə bildirmişdir, o isə belə bir məsələnin olmasının mümkün olmamasını, olduğu halda isə pulu geri qaytaracağını bildirmişdir. Lakin sonradan müxtəlif bahənələrlə pulu verməkdən yayınmışdır. Pulu verməklə saxta olmağının arasında müddət bir həftə olmuşdur. Torpaq sahələrinin çıxarışlarının olmamasını öncədən bilmişdir. Kamil ona notarial qaydada etibarnamə vermişdir və o da bundan sonra ödənişi etmişdir. Sənədlərə vizual baxış keçirmiş və problem olmadığını, 4 hasar qaldırılmasını və rüsumun ödənilməsini bildirmişlər. Kamil ona daş təklif etməmişdir. Amma icazə alınmasında köməklik edə biləcəyini və eyni zamanda tikinti işlərinə başlayan zaman su verəcəyini demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, həyat yoldaşı ilə oğlanların internet saytlarının birində torpaq sahəsi görüb bəyənmişlər. İlkin proseslərin hamısında onlar iştirak ediblər, sonrakı tikinti proseslərində isə özü də iştirak etmişdir. Razılaşmaya görə bir neçə daş müxtəlif vaxtlarda torpaq sahəsinə gətirilməli idi. Tikintiyə başlamazdan əvvəl bir daha Kamildən hər hansı problemin olub-olmayacağını soruşmuş, Kamil isə heç bir problemin olmayacağını bildirmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, Kamilə 25 min manat əlavə 6200 manat məbləğində pul vermişlər. İcra Hakimiyyəti və Polisdən onlara tikinti ilə bağlı heç kəs yaxınlaşmamışdır. Kamil özü onlara icazə alınmalı olduğunu bildirmişdir. Əvvəl 4000 manat vəsaiti İcra Hakimiyyətindən icazə üçün vermişdir, üzərindən bir həftə sonra isə polisdən icazə alınması üçün 2000 manat, 200 manatı isə hissə-hissə olmaqla sahə müvəkkilinə verilməsi üçün Kamilə vermişlər. 4000 manat məbləğində pulu o, İcra Hakimiyyətinin qabağında Kamilə vermişdir. Həmin vaxt maşında həyat yoldaşı da olmuşdur. Sonra Kamil ilə birlikdə İcra Hakimiyyətinin binasına girmişlər, 2-ci mərtəbədə Samir adlı şəxsin yanına getmişlər. Ora çatdıqda Kamil ona çöldə gözləməsini bildirmişdir. Sonra isə gəlib 3500 manat pula razı olmadıqlarını 4000 manat istədiklərini dedi. Bundan bir müddət sonra polisdən icazə alınması ilə bağlı məsələ ortaya çıxmışdır. Onda da yenə kiminləsə görüşmüşdür. Daha sonra isə 200 manat pulun da sahə müvəkkilinə verilməli olduğunu demişdir. Torpağın sotu 1250 manatdan, ümumilikdə 25 min manata yaxın pul etmişdir və üzərində də Kamil onlara daş verməli imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, internet saytların birində torpaq sahəsi görüb bəyənmişlər. Həmin torpaq sahəsi adi sahə olmuşdur. Daha sonra zəng edib maraqlanmışlar və Kamil onlara torpaq sahəsinin sənədlərinin çıxarışa getdiyini bildirmişdir. Valideynləri Təqsirləndirilən şəxsla söhbət etmiş və Kamil orada valindeynlərinə torpaq sahəsinin sənədləri ilə bağlı heç bir problem olmayacağını vəd etmişdir. Yekunda danışıb, torpaq sahəsinin daşla birlikdə alınmasına 25 min manat ödəniləcəyinə razılaşmışlar. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, 25 min manat pulun torpaq sahəsi üçün verilməsinə o iştirak etmişdir. Sonradan pulların verilməsində iştirak etməmişdir. İki torpaq sahəsinin sənədləri “Avtomobilçi” bağçılar cəmiyyətinin sənədləri olmuşdur. Kamil onlara demişdir ki, bu sənədlər çıxarışa gedir. Daha sonra onlar Asan Əmlaka getmiş və orada bunu təsdiq etmişlər. Lakin hasar çəkilməsini bildirmişlər. Hasar çəkildikdən sonra onların əməkdaşları kadastrın ölçülməsi üçün gələcəkdilər. Onlar hasarın tikilməsi üçün daşı tökdükdən sonra Kamil onlara bildirmişdir ki, tikinti aparılması üçün İcra Hakimiyyətinin və polisin icazəsini almaq lazımdır. Məhkəmə iclasına dəvət edilmələrinə baxmayaraq şahidlər Şahid6, Şahid1, Şahid3 və Şahid2 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onların ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 1983-cü ildən "Bakı Avtomobil” ASC-də müəyyən vəzifələrdə işləmişdir Təxminən bir il əvvəl tanışı Oruc Səmədov ona yaxınlaşaraq Kamil adlı şəxsə borclu olduğunu, həmin şəxsə torpaq verdiyini, lakin sənəd vermədiyini, bu məqsədlə "xxxx" ASC-də işlədiyi üçün torpağı onun adına sənədləşdirərək sonradan Kamilin adına keçirməyə köməklik etməyini istəmişdir. Əvvəlcə Oruca köməklik etməkdən imtina etmiş, lakin Oruc dəfələrlə ondan bu barədə xahiş etdiyindən və onunla 40 ilə yaxın Avtomobilçi Bağçılıq Cəmiyyətində işləmələrini və yaşlı olmasını nəzərə alıb ona kömək etməyə razılaşmışdır. Belə ki, Oruc hər dəfə onun yanına gələndə ondan xahiş etmişdir ki "səndən artıq dərəcədə xahiş edirəm, mən Kamil adlı şəxsin pulunu almışam. Kamil uzun müddət idi ki, burada yaşamırdı. Rusiya Federasiyasında yaşayırdı, indi də gəlib torpağını istəyir, mən də məcburam ki. həmin ona satdığı torpaq sahəsinin sənədin cəmiyyətin bir üzvünün adına sənədləşdirim, torpağın sənədi qanuni olsun, sona o gedib özünə çıxarış alar. Bunun üçün də sən mənim yaxınımsan, çoxdandır biri-birimizi tanıyırıq, mənə kömək elə torpaq sahəsini sənin adına sənədləşdirim, sən yalnız notariusda etibarnamə verəcəksən”. Orucu uzun müddət tanıdığından ona inanaraq razılaşmışdır. Oruc sonuncu dəfə onun iş yerinə gələndə onun yanında Kamil adlı şəxs də olmuşdur, sonuncu Orucun ona dediklərini bir daha təsdiq etmişdir. Məcbur qalıb Orucun ona yaxınlığını, eyni zamanda Kamilin Orucun dediklərini təsdiq etməsini nəzərə alıb onlara etibarnamə verilməsinə razılıq vermişdir. Bir müddət keçdikdən sonra Oruc Kamil adlı şəxslə onun iş yerinə gəlib bildirmişdir ki, bütün sənədlər hazırdır, gedək notariusa. Lakin, hansı sənədlərin hazırlanmasına və hansı yolla hazırlanmasını bilməmişdir. Bundan sonra onların avtomobilinə əyləşib birlikdə Xətai rayonu H.Aslanov metrostansiyasının yaxınlığında yerləşən notariat kontoruna getmişlər. Orada tərəfindən Kamil adlı şəxsə torpaqdan istifadəyə dair etibarnamə tərtib edilmiş və həmin etibarnaməyə imza etmişdir. Etibarnamənin rüsumunu Kamil ödəmiş, sonra onlar onu iş yerinə gətirmiş və sağollaşıb getmişlər. Bir müddət sonra polisə dəvət edildikdən sonra ona məlum olmuşdur ki, Kamil və Oruc onun adına saxta sənədlər tərtib edib guya ona Avtomobilçi bağçılıq cəmiyyətinin balansında olan torpaq sahələrindən 10 sol torpaq sahəsi ayrılmış, bununla əlaqədar cəmiyyətin üzvü olmağı barədə kitabça tərtib edilmiş. Oruc tərəfindən cəmiyyətin mərhum sədrinin imzası çəkilmiş və möhürlənmişdir. Lakin, özü həmin sənədlərə baxmadan Kamilə etibarnamə vermişdir. Bundan sonra Kamilgil onun və digər şəxslərin verdiyi etibarnamə əsasında bir neçə şəxsi aldadaraq torpaq sahələrini satmışlar. Kamilə etibarnamə verərkən sonuncu və Orucdan hər hansı bir məbləğdə pul almamışdır. Şahid3 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, əvvəllər Avtomobilçi-bağçılıq bostançılıq cəmiyyətinin üzvü olmuşdur. Sonradan həmin cəmiyyət ləğv edilmişdir. Dəqiq tarix yadında deyil. 2022-ci il tarixdə əvvəllər Avtomobilçi-bağçılıq bostançılıq cəmiyyətinin sədri işləmiş X4 ona yaxınlaşıb bildirmiş ki, Avtomobilçi-bağçılıq bostançılıq cəmiyyətinin üzvü olduğu üçün ona Pirallahı rayonu, Dübəndi bağları yaşayış massivində torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsini onun adına sənədləşdirmək lazımdır. O, etiraz etməmiş, bir neçə gün sonra Oruc ona yaxınlaşıb müəyyən sənədləri göstərib torpaq sahəsinin adına sənədləşdirilməsi ilə bağlı olduğunu və həmin sənədlərə imza etməsini bildirmişdir. O da sənədlərə baxmadan imza etmişdir. Bir neçə gün sonra isə Oruc ona bildirmişdir ki, həyat yoldaşını da götürüb birlikdə notariusa gedib Kamil adlı şəxsə etibarnamə versin. O səbəbini soruşduqda Oruc bildirmiş ki. Kamil adlı şəxs torpaq sahəsinin sənədləşdirilməsi prosesi ilə məşğul olacaqdır, ona görə də. həmin şəxsə etibarnamə vermək lazımdır. O da etiraz etməmişdir. O. həyat yoldaşı və Oruc birlikdə hazırda yadında qalmayan bir yerdə notariusa getmişlər, orada o və həyat yoldaşı bilmədikləri sənədlərə imza etmişlər və yaşadığı evə gəlmişlər. Sonradan o eşitmişdir ki. Oruc və Kamil barəsində müəyyən şəxslər şikayət etmişlər. Maraqlandıqda ona məlum olmuş ki, Oruc və Kamil onun kimi əvvəllər Avtomobilçi-bağçılıq bostançılıq cəmiyyətinin üzvləri olmuş şəxsləri aldadıb saxla sənədlər əsasında torpaq sahələri sənədləşdirmiş və onlardan etibarnamə alaraq həmin saxla sənədlər əsasında hazırlanmış torpaq sahələrini müəyyən şəxslərə salıb pullarını ələ keçirmişlər. Lakin, onun əvvəlcədən həmin torpaq sahəsinin saxla sənədlər əsasında onun adına sənədləşdirilməsindən və saxta sənədlər əsasında hazırlanmış həmin torpaq sahəsinin Kamil adlı şəxsə verilməsi ilə hər hansı bir məlumatı olmamışdır. Bununla bağlı Oruc və Kamil adlı şəxslər tərəfindən ona hər hansı bir məbləğdə pul verilməmişdir. Eyni zamanda o da. həmin şəxslərə pul verməmişdir. Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 1968-ci ildən "Bakı Avtomobil” ASC-də müəyyən vəzifələr tutmuşdur. Təxminən bir il əvvəl tanışı Oruc Səmədov ona yaxınlaşaraq Kamil adlı şəxsə borclu olduğunu, həmin şəxsə torpaq verdiyini, lakin sənəd vermədiyini, bu məqsədlə "xxxx" ASC-də işlədiyi üçün torpağı onun adına sənədləşdirərək sonradan Kamilin adına keçirməyə köməklik etməyini istəmişdir. Əvvəlcə Oruca köməklik etməkdən imtina etmiş, lakin Oruc dəfələrlə onun yanına gəlib bildirmişdir ki, səndən artıq dərəcədə xahiş edirəm, mən Kamil adlı şəxsin pulunu almışam. Kamil uzun müddət idi ki, burada yaşamırdı. Rusiya Federasiyasında yaşayırdı, indi də gəlib torpağını istəyir, mən də məcburam ki. həmin ona saldığım torpaq sahəsinin sənədini cəmiyyətin bir üzvünün adına sənədləşdirim, torpağın sənədi qanuni olsun, sona o gedib özünə çıxarış alar. Bunun üçün də sən mənim yaxınımsan, çoxdandır biri-birimizi tanıyırıq, mənə kömək elə torpaq sahəsini sənin adına sənədləşdirim, sən yalnız notariusda etibarnamə verəcəksən”. Oruc sonuncu dəfə onun iş yerinə gələndə onun yanında Kamil adlı şəxs də olmuşdur, sonuncu Orucun ona dediklərini bir daha təsdiq etmişdir. Məcbur qalıb Orucun ona yaxınlığını, eyni zamanda Kamilin Orucun dediklərini təsdiq etməsini nəzərə alıb onlara etibarnamə verilməsinə razılıq vermişdir. Bir müddət keçdikdən sonra Oruc Kamil adlı şəxslə onun iş yerinə gəlib bildirmişdir ki, bütün sənədlər hazırdır, gedək notariusa. Lakin, hansı sənədlərin hazırlanmasına və hansı yolla hazırlanmasını bilməmişdir. Bundan sonra onların avtomobilinə əyləşib birlikdə Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən notarial kontoruna getmişlər. Orada tərəfindən Kamil adlı şəxsə torpaqdan istifadəyə dair etibarnamə tərlib edilmiş və həmin etibarnaməyə imza etmişdir. Etibarnamənin rüsumunu Kamil ödəmiş, sonra onlar onu iş yerinə gətirmiş və sağollaşıb getmişlər. Bir müddət sonra polisə dəvət edildikdən sonra ona məlum olmuşdur ki, Kamil və Oruc onun adına saxta sənədlər tərtib edib guya ona Avtomobilçi bağçılıq cəmiyyətinin balansında olan torpaq sahələrindən 10 sot torpaq sahəsi ayrılmış, bununla əlaqədar cəmiyyətin üzvü olmağı barədə kitabça tərtib edilmiş, Oruc tərəfindən cəmiyyətin mərhum sədrinin imzası çəkilmiş və möhürlənmişdir. Lakin, özü həmin sənədlərə baxmadan Kamilə etibarnamə vermişdir. Bundan sonra Kamilgil onun və digər şəxslərin verdiyi etibarnamə əsasında bir neçə şəxsi aldadaraq torpaq sahələrini salmışlar. Kamilə etibarnamə verərkən sonuncu və Orucdan hər hansı bir məbləğdə pul almamışdır. Şahid6 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, Bakı şəhər sakini Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayından etibarən tanıyır, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavəti olmamışdır. 2022-ci ilin iyul ayının 20-də Orxan sosial şəbəkədə Bina.az saytına baxdıqda, orada Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları yaşayış massivində 0,20 ha torpaq sahəsinin 25000 manata satılması barədə elan yerləşdirilmişdir. Valideynləri Orxana və ona torpaq sahəsi almaq istəyirmişlər, gələcəkdə orada iki ev inşa etsinlər. Ona görə də Orxan elan barədə atası Oqtaya və anası Arzuya dedikdə, onlar razılıq vermişlər və qərara almışlar ki, gedib yerində torpaq sahəsinə baxsınlar. Yerləşmə mövqeyi xoşlarına gəlsə, alacaqmışlar. Bundan sonra Oqtay elanı yerləşdirmiş şəxsin mobil nömrəsi ilə, yəni ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Elanı yerləşdirmiş şəxs zəngə cavab verdikdən sonra, Oqtay həmin şəxsə bildirmişdir ki, onlar elanda onun torpaq sahəsi satdığını görmüş və görüşüb torpaq sahəsinə baxmaq istəyirlər. Həmin şəxs də Oqtaya bildirmişdir ki, narahatçılıq yoxdu, nə vaxt istəyirsə, baxa bilər. Bundan sonra Oqtay həmin şəxsdən nə səbəbə bu ölçüdə torpaq sahəsinin belə qiymətə satmasını, yəni dəyərindən ucuz qiymətə satmasını soruşduqda, həmin şəxs bildirmişdir ki, banka 80000 manat borcu vardır, fayizi yığılıb, evinə dirəniblər, ona görə də məcburan dəyər dəyməzə satır, başqa torpaq sahəsi də vardır, onu baha qiymətə satar. Bundan sonra Oqtay həmin şəxsdən adını soruşmuş, həmin şəxs adının Kamil olmasını bildirmişdir. Bundan sonra onlar Kamillə aralarında görüşmək üçün razılıq əldə etmiş, beləliklə həmin günü Oqtay, Orxan və o, satılan torpaq sahələrinə baxmaq üçün Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları yaşayış massivinə getmişlər, orada zəngləşib Kamillə görüşmüşlər. Kamil onlara satdığı torpaq sahələrini göstərmiş, torpaq sahələri orada yerləşən Qaya restorandan aşağıda yerləşirmiş, Torpaq sahəsindən bir qədər aralı Xəzər dənizinin Pirallahı rayonu ərazisində yerləşən sahil ərazisi vardır. Torpaq sahəsinə baxmışlar, torpaq sahələrinin yerləşdiyi ərazi xoşlarına gəlmişdir. Lakin torpaq sahəsi özü nahamar idi, orada bərpa işləri görmək lazım olacaqdı. Bundan sonra onlar Kamildən torpaq sahəsinin sənədinin olub olmamasını soruşmuşlar, Kamil onlara demişdir ki, torpaq sahəsinin sənədi vardır, narahat olmayın. Bundan sonra onlar da Kamilə demişlər ki, nə vaxt sənədləşməni apara bilərik, Kamil onlara demişdir ki, xx.xx.2022-ci il tarixdə Nərimanov rayonu ərazisində yerləşən Asan əmlakın qarşısında görüşüb sənədləşməni apararıq, orada notarius da vardır. Evdə olarkən Arzu bu barədə Oqtaydan soruşmuş, Oqtay olduğu kimi Arzuya danışmışdır. Arzu da bunu eşidib sevinmişdir. Fikirləşdi ki, hər iki oğluna ev tikəcək. 22 iyul 2022-ci il tarixdə səhər saat 10 radələrində Arzu, o və Orxan zəngləşib Nərimanov rayonu ərazisində yerləşən Asan əmlakın yerləşdiyi əraziyə getmiş və həmin vaxt Oqtay işdə olduğundan, oraya gələ bilməmişdir. Həmin tarixdə orada onlar Kamillə görüşmüş və orada Kamil onlara torpaq sahələrinin sənədlərini təqdim etmişdir. Arzu torpaq sahələrinin sənədlərinə baxanda sənədlərin içərisində iki ədəd çıxarış görmüşlər. Həmin çıxarışlar «Avtomobilçi» bağçılıq – bostançılıq cəmiyyətinin idarə heyətinin 31 nömrəli xx.xx.1999-cu il tarixli protokolu əsasında tərtib edilmişdir və cəmiyyətin iclas protokolunun çıxarışından görünür ki, «Avtomobilçi» bağçılıq – bostançılıq cəmiyətinin balansında olan, həmin cəmiyyətin üzvü ünvan 3 ünvanında yaşayan Şahid1 adına Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları yaşayış massivindən, yəni 4/3 Şimal küçəsi 15/16 sahəsində 0,10 ha torpaq sahəsi istifadəyə verilmişdir, digər sənəd «Avtomobilçi» bağçılıq – bostançılıq cəmiyətinin idarə heyətinin 28 nömrəli xx.xx.1998-ci il tarixli protokolu əsasında tərtib edilmişdir və cəmiyyətin iclas protokolunun çıxarışından görünür ki, «Avtomobilçi» bağçılıq – bostançılıq cəmiyətinin balansında olan, həmin cəmiyyətin üzvü ünvan 4 ünvanında yaşayan Şahid2 adına Bakı şəhəri Pirallahı rayonu Dübəndi bağları yaşayış massivindən, yəni 4/3 Şimal küçəsi 17/18 sahəsində 0,10 ha torpaq sahəsi istifadəyə verilmişdir, bundan başqa sənədlərin içərisində satılan torpaq sahələrinin planı da var idi, bundan əlavə Şahid1 və Şahid2 «Avtomobilçi» bağçılıq – bostançılıq cəmiyətinin üzvü olmaları barədə sənədlərin içərisində «bağçının üzvlük kitabçası»nın surəti də var idi, həmin hər iki üzvlük kitabında torpaq sahələrinin ayrılması bir daha qeyd olunurdu, çıxarışların üzərində dairəvi «Avtomobilçi» bağçılıq – bostançılıq cəmiyəti sözləri yazılmış möhür əksi də olmuşdur. Lakin Arzu torpaq sahəsinin çıxarışının əmlak komitəsi tərəfindən verilməsi barədə məlumatı olduğundan, Kamilə dedi ki, axı bu sənəd deyil, çıxarış belə olmur. Kamil Arzuya demişdir ki, onlara satmış olduğu torpaq sahələrinin sahibləri cəmiyyətin üzvü olduqları üçün, bunlara çıxarış belə verilir. Sonradan torpağın sahibləri istədikdə, gedib öz adlarına əlavə çıxarış alırlar, amma sizə təqdim etdiyim sənədlər çıxarış alınması üçün əsas sənədlərdir. Sonra biz asan əmlakın içərisində yerləşən notariusa getdik, orada Kamil hər iki torpaq sahələrinin sahibləri tərəfindən torpaq sahələrinin tərəfimizdən mülki qaydada idarə edilməsi və sair hüquqlar əldə etməyimiz barədə mənim və Arzunun adına mülki etibarnamə tərtib etdi, həmin etibarnamələrin rüsumlarını da biz ödədik, yəni hər iki etibarnaməyə görə 75 manat pul ödənildi. Arzuda Kamilə inandı, fikirləşdi ki, pula ehtiyyacı olduğundan satır. Lakin yenə də tərəddüd etmişdir. Kamilə demişdir ki, qoy axşam həyat yoldaşı ilə bu məsələni birdə müzakirə etsinlər. Çünki verdiyi məbləğ az pul deyil, elə axşamda sizə bu barədə məlumat verərlər. Kamil isə Arzuya dedi ki, yox indi nə edirsənsə, indi et, çünki mən sizdən sonra banka getməliyəm, tələsirəm, əgər indi alınmazsa, axşama torpağın hər sotun 2500 manata verəcəyəm. Bundan başqa, Kamil Arzuya dedi ki, mənim orada boş sahədə 5000 ədəd mişar daşım vardır, mən həmin mişar daşını da torpaq sahələri ilə birlikdə 25000 manata sizə satıram, yəni torpaq sahələrinin qiyməti 24000 manat edir, 1000 manat da mişar daşlarının qiymətidir, onsuzda həyəti hasara almaqa istəfadə edərsiniz. Arzu da torpaq sahəsinin ucuz olduğunu və Kamilin razılaşdığını görüb məcburiyyətdən ona demişdir ki, gözləsin. O, Kamilin yanında qalmışdır. Arzu isə orxanla evə getdi, evdən 25000 manat pulu götürüb yenidən asan əmlakın qarşısına gəlmişdir. Orada Kamil onların maşınına oturmuşdur. Həmin vaxt Arzu 25000 manat pulu sayıb Kamilə vermişdir. Kamil də pulu sayıb qəbul etmişdir. Bundan sonra da torpaq sahəsinin sənədlərini Arzuya təqdim etmişdir. Onlar torpaqların alınması barədə sənədləri də götürüb yaşadıqları evə gəlmişdir. Oqtay bunu eşidəndə sevinmişdir. Arzuya dedi ki, səhər gedib torpaq sahəsində nə iş görəcəkləri ilə bağlı ətraflı danışarlar. Səhərisi, o, orxan və Oqtay torpaq sahəsindən qonşuluqda yerləşən mişar daşlarına baxmağa getmiş, orada görmüşdür ki, mişar daşları haradansa sökülmüşdür. Hasar etməyə yararsızdır, ona görə də kamillə danışmışlar və ona demişdir ki, bu daşlar yararsızdır. Kamil onların 1000 manat pulunu qaytarsın. Kamil də onlara demişdir ki, torpaq sahəsini mişar daşları ilə birlikdə satmışdir. Sonra o, orxan və Oqtayla evə gəlmişlər. Arzuya bu barədə danışmışlar. X9 demişdir ki, aldıqları torpaq sahəsinin onlara aid hissəsini hasara almaq lazımdır, çünki sonradan kimsə onların torpaq sahəsində səhv tutmasın. Arzuda razılıq vermişdir. O, Oqtay və orxan birlikdə yenidən torpaq sahələrinin yerləşdiyi əraziyə getmişlər. Orada Kamilə demişdir ki, usta lazımdı burada mişar daşından hasar hörsün, Kamildə usta və fəhlələri tapmışdı, Oqtay ustadan soruşdu ki, 20 sot torpaq sahəsinin hasarının hörülməsinə nə qədər pul alacaqsınız, usta Oqtaya dedi ki, hər kvadratına görə 6 manat pul alacağam, hasar 1 metr hündürülüyündə tikiləcəkdir. Bundan sonra o, orxan və Oqtayla birlikdə Pirallahı rayonu ərazisində yolun kənarında dayanmış yük maşınları ilə danışıb 3000 manat qiymətində 5000 ədəd mişar daşı aldıq və yeni aldığımız torpaq sahəsinə boşaltdıq. Sonra orxan işi ilə əlaqədar getməli oldu, lakin mütəmadi olaraq evnən danışırdı, tikinti barədə soruşurmüş. xx.xx.2022-ci il tarixdə fəhlələr çəkiləcək hasarın bünövrəsini qazmağa başladılar, qazıntı işləri 2-3 gün çəkdi, sonradan isə qazdıqları bünövrəyə beton tökdülər, qurumasını gözlədilər. Sonra Kamil onlara demişdir ki, hasar inşa etmək üçün rayon icra hakimiyyətindən icazə almalıdılar, bunun üçün də müəyyən məbləğ ödənilməlidir. Onlar Kamildən soruşmuşlar ki, nə qədər pul ödəmək lazımdır. Kamil onlara demişdir ki, 3500 manat pul vermək lazımdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Oqtay Arzudan 3500 manat pulu aldı, sonra isə Kamillə Pirallahı rayon icra hakimiyyətinə getdilər, orada Oqtayı icra hakimiyyətinin inzibati binasına buraxmamışdılar, Kamil özü də Oqtaya demişdir ki, sən gəlmə maşında məni gözlə, pulu mənə ver, özüm aparıram. Kamil Oqtaydan maşında 3500 manat pulu alıb icra hakmiyyətinə getmişdir, bir az sonra isə qayıdıb Oqtaya demişdir ki, bununla razılaşmırlar, gərək 500 manat da əlavə verəsən, bundan sonra Oqtay əlacsız qalıb əlavə olaraq 500 manat pulu da kamilə vermişdir, kamil gedib icra hakimiyyətində kiminləsə görüşdükdən sonra gəlib maşına oturmuşdur, Oqtaya demişdir ki, razılıq verdilər, indi hasarı çəkə bilərsən. Sonra isə Kamil Oqtaya demişdir ki, polisə də pul vermək lazımdır, onların da razılığını almaq lazımdır, Oqtay kamildən soruşmuşdu ki, polisə nə qədər vermək lazımdır, Kamil Oqtaya demişdir ki, polisə 2000 mana pul vermək lazımdır. Bundan sonra Oqtay Arzudan xx.xx.2022-ci il tarixdə 2000 manat da pulu almışdır, Pirallahı rayonunda bazarın yanında 2000 manat pulu Kamilə vermişdir, Kamildə pulu alandan sonra ona demişdir ki, sən maşında gözlə, mən gəlirəm, sonra Kamil gedib bir müddət sonra qayıtdıqdan sonra, Oqtaya demişdir ki, polisi də həll etdim, narahat olma, gedib hasarını inşa edə bilərsən, səni heç kim narahat edə bilməz. 2022-ci ilin avqust ayının axırlarında ustalar hasarı inşa etməyə başladılar, həmin vaxt Arzu da torpağa aid bütün sənədləri götürüb Nərimanov rayonu ərazisində yerləşən Asan əmlaka getdi, ora sənədləri təqdim etdim ki, Kamildən aldığımız torpaqların çıxarışını alım, orada Arzu ümumilikdə iki torpaq sahəsinin çıxarışının alınmasından ötrü 250 manat rüsum ödədi, Arzuya orada dedilər ki, sizə bu barədə məlumat veriləcəkdir. 2022-ci ilin sentyabr ayının əvvəllərində Orxanın torpaq sahənin hasarının çəkilməsi işi tam başa çatdı, Elxanın torpaq sahəsinin hasarının beton bünövrəsi tökülsədə, hasarının çəkilməsini müvəqqəti saxladıq. Həmin ərəfədə Kamil Oqtaya demişdi ki, ərazinin sahə rəisi buralarda olur, ona da 200 manat hörmət etmək lazımdır, Oqtay da kamilə demişdi ki, narahatçılıq yoxdur, çağır verim. Kamil də Oqtaya demişdi ki, səndən pul götürməz, mənə ver, özüm çatdıraram, sonradan Kamil Oqtaya demişdi ki, mən özümdən sahə rəisinə 200 manat pul vermişdir ki, onlara narahatçılıq yaratmasın, sən həmin pulu mənə verərsən. Bundan sonra Oqtay 100 manat pulu Pirallahı rayon ərazisində Kamilə vermişdi, qalan 100 manat pulu da Kamilin kartına iki dəfəyə 50 manat, 50 manat olmaqla, köçürmüşdür. Həmin vaxtlar Arzunun mobil telefonuna əmlak komitəsinin əməkdaşı zəng vurdu, Arzuya dedi ki, mühəndisəm, gəlmişəm, torpaq sahələrinin yerləşdiyi əraziyə, sizdə gəlin, torpaqlarınızın harada yerləşməsini göstərin, oradan gps vasitəsilə yoxlayaq, əmlaka təqdim edək, görək həqiqətən torpaq sahələrinin sənədləri düzdür, ya yox. Bundan sonra mən Arzu ilə Pirallahı rayonu Dübəndi bağları yaşayış massivinə getdim, Dübəndi bağları yazılan yerdən mühəndisi götürdük, mühəndisin adı tariyel imiş. Tariyellə birlikdə torpaq sahələrinin yerləşdiyi əraziyə getdik, oradan tariyel aparat vasitəsilə torpaq sahəsinin yerləşdiyi ərazinin kordinatlarını müəyyən etdi, ölçü işləri apardı, sonra isə Tariyellə birlikdə qayıdanda, Tariyel bizdən soruşdu ki, siz torpaq sahələrini kimdən almısınız, biz də kamildən aldığımızı bildirdik, tariyel gülümsəyərək bizə dedi ki, digər torpaq sahəsinin hasarını hələ inşa etməyin, gözləyin sənədinizi alın sonra inşa edərsiniz. 2022-ci ilin oktyabr ayının 31-də Arzuya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri dövlət xidməti Daşınmaz Əmlakın dövlət kadastrı və Reyestr publik hüquqi şəxsin 1 saylı ərazi idarəsindən imtina məktubu verildi və məktubda, Kamil tərəfindən bizə satılan birinci 10 sot torpaq sahəsinin avtomobilçi bağçılıq cəmiyyətinin balansında deyil, dövlətin balansında olması qeyd olunmuşdu, ona görə də həmin torpaq sahəsinin çıxarışının verilməsindən imtina edilmişdi, digər torpaq sahəsinin çıxarışının verilməsi işi isə bir qədər yubanırdı. 2022-ci ilin noyabr ayının 18-də Arzuya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri dövlət xidməti Daşınmaz Əmlaıkq dövlət kadastrı və Reyestr publik hüquqi şəxsin 1 saylı ərazi idarəsindən imtina məktubu verildi və məktubda, Kamil tərfindən bizə satılan ikinci 10 sot ölçüdə torpaq sahəsinin avtomobilçi bağçılıq cəmiyyətinin balansında deyil, dövlətin balansında olması qeyd olunmuşdu, ona görə də həmin torpaq sahəsinin çıxarışının verilməsindən imtina edilmişdi. Bundan sonra Arzu həmin cavab məktubu ilə əlaqədar 1 saylı ərazi idarəsinə getdi, istədi ki, maraqlanım nə səbəbə çıxarış verilməsindən imtina etmişlər, orada Arzunu başa saldılar ki, Kamilin satmış olduğu 20 sot torpaq sahəsi bağçılıq cəmiyyətinin deyil, dövlətə məxsusdur, yəni kamil bizi aldadıb torpaq sahəsini sizə satmışdır, pulunuzu ələ keçirmişdir». Arzu həmin vaxtı evə gəldi, məlum hadisə ilə əlaqədar biz kamillə əlaqə saxlamaq istədik, lakin onun mobil nömrəsinə həyat yoldaşı cavab verərək, burada olmadığını bildirdi, onun başqa bir nömrəsini onlara vermişdir. Onlar həmin mobil nömrə ilə əlaqə saxlamış və Kamilə çıxarışın verilməsindən imtina edilməsi və deyilmiş məlumatlar barədə bildirmişdir. Kamil onlara demişdir ki, narahat olmayın, heç yerə getməyin, mən gəlib həll edəcəyəm, torpağı mən satmışam, özüm də gəlib həll edəcəyəm, uzağı məhkəmədə həll edəcəyik. Arzu kamilə dedi ki, mən məhəkəməyə gedən deyiləm, özün gəl sən torpaq sahəsini bizə satmısan, özün də çıxarışının alınmasını həll et. Kamil də Arzu ilə razılaşdı. Təxminən iki gün keçəndən sonra biz yenə də kamillə əlaqə saxladıq, Kamil bizə Moskvada olduğunu, bir neçə gün sonra qayıdıb görüşəcəyini bildirdi. Arzu dedi ki, Kamil yalan danışır, o evdədir. Sonra mən, Arzu, Oqtay və orxan kamilin evinə gəldik, qapını döydük, lakin qapını açan olmadı. Kamil edilən zənglərə cavab vermirdi. Sonradan Arzu dəfələrlə kamilə zəng vurdu, lakin kamil telefon zənglərinə cavab vermədi. Bir az sonra kamil evinin giriş qapısını açdı, çölə çıxdı, bizimlə görüşdü. Arzu Kamilə dedi ki, sən nə səbəbə bizi aldatdın, sənədi olmayan torpaq sahəsini bizə satdın, həm də bizə yalan məlumat verdin ki, torpaq sahəsi cəmiyyətin balansındadır, əslində heç cəmiyyətin balansında da deyil, dövlətin balansındadır. Bundan sonra kamil Arzuya dedi ki, narahat olmayın, həmin sizə satdığım torpaq sahələrini istəyən var, satım sizin pulunuzu ödəyərəm, narahat olmayın. Bundan sonra biz hərdəfə Kamillə əlaqə saxlayaraq, pulumuzu istədikdə, kamil hər dəfə bizə yalan məlumatlar verərək, bəhanələr gətirərək, torpaq sahələrini satacağını və pulumuzu ödəyəcəyini desə də, vədlərinə əməl etmədi, bizi hər dəfə aldatdı. Biz tam əmin olduq ki, kamil bizi aldatmışdır, saxta sənədlər əsasında bizə 25000 manata 20 sot torpaq sahəsini satmışdır, həmçinin əlavə olaraq bizdən icra hakimiyyətinə və polisə icazə alınması adı ilə 6000 manat almışdır, həmçinin bizi inandırmışdır ki, artıq almış olduğumuz torpaq sahəsində hasar çəkə bilərik, bizdə bununla əlaqədar əlavə inşaat materialları almışıq, yəni Kamildən orxan və mənim üçün alınan 20 sot torpaq sahəsinin hasara alınması üçün ümumilikdə 4846 manat dəyərində mişar daşı almışıq, bundan başqa yenə də hasarın çəkilməsi üçün ilkin olaraq hasarın bünövrəsinin qazılması üçün 690 manat pul sərf edilmişdir, bundan başqa hasarın bünövrəsinin tökülməsi üçün lazım olan dəmir armaturlar, xamutlar, sement, məftil və həmin tikinti materillarının daşınması üçün istifadə edilən yük maşının qiymətləri ümumi hesablanmaqla, 2536 manat pul sərf edilmişdir, bundan başqa mənim adıma alınmış 10 sot torpaq sahəsinin hasarının bünövrəsinin tökülməsi üçün lazım olan dəmir armaturlar, xamutlar, sement, məftil və həmin tikinti materillarının daşınması üçün istifadə edilən yük maşının qiymətləri və hər iki həyətin hasarının bünövrəsinin betonunun tökülməsi üçün gəlmiş beton qarışdıran maşının qiymətləri və betonun hasarın bünövrəsinə tökülməsi qiymətləri ümumi hesablanmaqla, 5648 manat pul sərf edilmişdir. Bundan başqa, növbəti günlərdə artıq hasarın çəkilməsi və hasarın çəkilməsi üçün istifadə edilən tikinti materialları və fəhlələrin zəhmət haqqısı ümumi hesablanmaqla, 3183 manat pul sərf edilmişdir, beləliklə Kamildən aldığımız həyətdə hasarda çəkdik və ona görə müəyyən xərclər çəkmişlər. Kamilin onlara saxta sənədlər əsasında torpaq satmasını bilməmişdirlər. Təqsirləndirilən şəxs onlara ümumilikdə 47903 manat ziyan vurmuşdur. Həmçinin məhkəmə iclasında ölmüş təqsirləndirilən şəxs X2 ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs X4 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, 2007-ci ildə ləğv edilmiş “Avtomobilçi” bağçılıq cəmiyyətinin idarə heyətinin üzvü olmuş, həmin cəmiyyətin ləğv olunanadək sədri X5 olmuşdur. İnqilab Orucov təxminən 2018- 2019-cu illərdə ölmüşdür. “Avtomobilçi" bağçılıq cəmiyyəti xx.xx.1988-ci il tarixdə mövcud olmuş, hazırda isə fəaliyyətini dayandırmış. Bakı Xüsusiləşdirilmiş Avtomobillər Zavodunun işçilər tərəfindən yaradılmışdır. Cəmiyyət yarandıqdan sonra Bakı şəhər xalq deputatları sovetinin icraiyyə komitəsinin xx.xx.1987-ci il tarixli 20/396 nömrəli qərarı əsasında zavodun işlərinə paylanması üçün Dübəndi qəsəbəsinin ərazisində ayrılmış 12 ha torpaq sahəsi cəmiyyətin üzvü olan zavod işçilərinə paylanmışdır. Bundan sonra müstəqillik dövründə tərtib olunmuş sənədlər əsasında işçilər öz torpaq sahələrinə çıxarışlar almağa başlamışdır. Həmin torpaq sahəsi ilə yanaşı cəmiyyət üçün elektrik stansiyası, avtodayanacaq yeri, idman meydançası və qaz paylayıcı sahə kimi istifadə edilməsi məqsədilə 1.2 ha torpaq sahəsi ayrılmışdır. Təxminən 1998-1999-cu illərdə cəmiyyət üzvlərinin iclaslarının birində həmin 1.2 ha torpaq sahəsinin də işçilər arasında bölünməsi qərara alınmışdır. Həmin torpaq sahəsi cəmiyyətin 11 üzvü arasında hər birinə 10 sol olmaqla ayrılmış, bir pay isə keçid üçün yol kimi saxlanılmışdır. Son dövrlərə qədər əsasən, ilkin olaraq cəmiyyətə ayrılmış 12 ha torpaq sahəsinin sənədləşdirilməsi ilə məşğul olmuşlar. Cəmiyyətin sədri İnqilab Orucov rəhmətə getməzdən əvvəl cəmiyyətin möhürünü ona təhvil vermişdir. Özü isə həmin möhürü bir müddət sonra itirsə də Nizami RPİ-dən aldığı arayış əsasında cəmiyyətin möhürünü yenidən düzəltdirmiş və həmin möhürü özündə saxlamışdır. Qeyd etdiyi kimi 1,2 ha torpaq sahəsindən 10 sot torpaq sahəsi ayrılmış şəxslərdən biri də X3 olmuşdur. Yaquba “Avtomobilçi" bağçılıq cəmiyyətinin ümumi yığıncağının xx.xx.1999-cu ildə keçirilmiş 31 nömrəli iclasında cəmiyyətin məişət avadanlıqları boş saxlanılmış 9.10 nömrəli bağ sahələri verilmişdir. Təxminən 10 il əvvəl Yaqub Babayevin öldüyünü, ailə üzvlərinin Rusiya Federasiyasına köçdüyünü eşitmişdir. Onun torpaq sahəsi ilə heç kim maraqlanmamış, heç kəs onlardan bu barədə sənəd tələb etməmişdir. Təqsirləndirilən şəxs 2003-cü ildən tanımış, onunla əvvəllər aralarında narazılıq, düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs əvvəlcə zavodun işçilərinin birinin torpaq sahəsini onun iştirakı olmadan almış, sonradan özü ona torpaq sahələrinin zavod işçilərindən alınmasında vasitəçilik etmiş, bu yolla Kamil zavod işçilərinə paylanmış bir neçə ay torpaq sahəsini almışdır. 2022-ci ilin iyul ayında Kamillə əlaqə saxlayıb yuxarıda ifadəsində göstərdiyi 11 pay torpaq sahəsinin bir neçəsini ona sala biləcəyini bildirmişdir. Kamil isə ona həmin yerləri göstərməsini demiş, bir neçə gün sonra Kamillə görüşmüş və sonuncuya həmin torpaq sahələrini göstərmişdir. 11 pay sahə bir-biriləri ilə yanaşı yerləşirdi. 11 pay torpaq sahələrindən 5-nin sahibi torpaq sahəsinin satılmasına razılıq verməmiş. 5-i isə torpaq sahələrinin salı İmasına razılıq vermişdir. 1 pay torpaq sahəsi isə Yaqub Babayevin adına rəsmiləşdirilmişdir. Yaqub öldüyündən, həmçinin sonuncu onun işçisi olduğundan və aralarında yaxşı münasibətləri olduğu üçün İlqar Səfərovu tapmış və ona Yaqubun adına verilmiş torpaq sahəsini onun adına rəsmiləşdirib salmaq üçün ondan əmək kitabçasının surətini istəmiş, torpaq sahəsini saldıqdan sonra ona hörmət edəcəyini, yəni pul verəcəyini bildirmişdir. İlqar da onunla razılaşmış və sonuncudan əmək kitabçasının iş yerindən təsdiq edilmiş surətini götürmüşdür. xx.xx.1999-cu il tarixli 31 nömrəli iclas protokolundan çıxarışı Xalqlar dostluğu metrostansilasmın yaxınlığında olan çap yerlərinin birində çap etdirmiş, daha sonra həmin çıxarış blankında olan boş qrafa lari özü əl ilə doldurmuş, özündə olan möhürlə çıxarışı möhürləmiş və İnqilab Orucovun adının qarşısından imza etmişdir. Həmçinin Şahid3 adına bağçının üzvlük kitabçasını hazırlamış, həmin kitabçada olan blankları doldurmuş idarənin katib qrafasının qarşısından öz imzasını, idarə heyətinin sədri qrafasının qarşısından isə İnqilabın imzasını icra etmişdir. İdarənin katibi özü olduğu üçün həmin qrafam özü imzalamışdır, yəni İlqar Səfərov cəmiyyətin üzvü olmamışdır. Cəmiyyətin üzvləri yalnız həmin cəmiyyət tərəfindən torpaq sahəsi verilmiş şəxslər ola bilərdilər, həmin dövrdə İlqara da torpaq sahəsi verilmədiyindən məcbur olub Yaqub Babayevin adına olar torpaq sahəsinin İlqara verilməsi barədə saxla sənədlər hazırlamışdır. Daha sonra həmin sənədləri Təqsirləndirilən şəxs vermiş, daha sonra isə özü. Kamil və İlqar xx.xx.2022-ci il tarixdə notariusa getmiş, notariusda İlqar Kamilə həmin torpaq sahəsi ilə bağlı etibarnamə vermiş, sonuncu da İlqara 200 manat pul vermiş, həmçinin notariat xərclərini qarşılamışdır. Həmin vaxt İlqarın arvadı Rüxsarə də torpağın Kamilə satılmasına etiraz etməməsi barədə ərizə vermişdir. Bundan sonra bilmişdir ki, həmin torpaq sahəsi Kamil tərəfindən Sadiq adlı şəxsə satılmış, sonuncu da həmin torpaq sahəsinin sənədlərinin saxla olması barədə şikayət etmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən cəmiyyətin sədri İnqilabın uzun müddət əvvəl öldüyünü, sənədlərə də özünün imza etdiyini bildirmişdir. Həmçinin Kamil özü bilirdi ki. bütün sənədlər köhnə tarixə hazırlanır, sənədlərin hazırlanmasında tərəfindən saxtakarlığa yol verilir. Kamildən 30.000 manat pul almamışdır. Kamillə aralarında olan razılaşmaya əsasən həmin torpaq sahələri satıldıqdan sonra əldə olunan pul ikisinin arasında bölünəcəkdi. Belə ki, Kamil özü ona yaxınlaşıb bildirmişdir ki, Dübəndi bağları yaşayış massivində 06 ədəd hər biri 0,10 ha ölçüdə torpaq sahəsi vardır, həmin torpaq sahələrinə guya cəmiyyətin balansında olması barədə sənəd düzəltsin, sonra həmin torpaq sahələrini salıb əldə etdikləri pulu yarı bölərlər. Bundan sonra Kamillə razılaşmış, əvvəlcə sonuncu ilə həmin torpaq sahələrinin yerləşdiyi yerə getmişlər, həmin vaxt orada torpaq sahələrinin dövlətə məxsus olmasını görmüş. Kamilə isə bildirmişdir ki. gərək əvvəlcə həmin torpaq sahələrini cəmiyyətin üzvlərinin adlarına sənədləşdirsin, sonra həmin torpaq sahələrini salsın. Kamil də onunla razılaşmış və nə lazımdırsa etməsini demişdir. Cəmiyyətin 4 üzvünün adına həmin torpaq sahələrinin 04 ədəd 0.10 ha hissəsini saxla yolla sənədləşdirmiş, iclas protokolundan çıxarış tərtib etmişdir ki, həmin sənədlərin təsdiq edilməsini isə vəfat etmiş cəmiyyətin sədrinin adına sənədləşdirmiş, onun yerinə imza etmiş, ləğv edilmiş cəmiyyətin möhürünü də həmin sənədlərin üzərinə vurmuş, qalan 2 torpaq sahəsini isə Kamilin ona verdiyi iki nəfər şəxslərin şəxsiyyət vəsiqələri əsasında saxla yolla sənədləşdirmiş, guya həmin şəxslər cəmiyyətin üzvüdürlər. Sonradan Kamil həmin torpaq sahələrini salsa da, aralarında olan razılaşmaya əsasən ona hər hansı bir məbləğdə pul verməmişdir. Kamil onu aldadıb kağıza ondan 30.000 manat almağı barədə qəbz yazdırıb çıxarış almaq üçün qəbz lazım olduğunu bildirmiş və ona inanıb həmin qəbzi yazmışdır. Qeyd olunan torpaq sahələrini saxla sənədlər əsasında hazırlayıb Kamilə verdikdən sonra onunla mütəmadi olaraq əlaqə saxlasa da. sonuncu torpaq sahələrinin satılmadığını, müştəri axtardığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” 17 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən torpaq sahəsi Dübəndi bağları massivində yerləşən Qala-Pirallahı yolu ilə Pirallahı qəsəbəsi istiqamətində hərəkət edərkən yolun üzərində olan “MSOil” YDM-nin qarşısında olan geriyə dönmə qurğusunda geri – Qala qəsəbəsi istiqamətində döndükdə sağa dönən 2-ci yolayırıcına döndükdə 13-cü döngədə sağa döndükdə 500 metr irəli gəldikdə sol tərəfdə yerləşən torpaq sahəsidir. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair AR DİN-nin BƏSİİ əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” 30 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və onun barəsində 01 ay 24 gün müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. 11 may 2023-cü il tarixli “Tutma” protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. “Həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında” 12 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş və onun saxlanıldığı MSY-dən dərhal azad edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında 12 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin 19 may 2023-cü il tarixli qərardan görünür ki, görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti 02 ay, yəni 24 iyul 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1105/2023 nömrəli, 22 iyul 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti 13 avqust 2023-cü il tarixədək uzadılmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-415/2023 nömrəli, 01 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərər çəkmiş şəxslərin, habelə şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, ölmüş təqsirləndirilən şəxsin məhkəmə iclasında elan edilmiş ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs məhkəmə istintaqında ittiham edildiyi əməldə özünü təqsirli hesab etməyərək, ümumiyyətlə hər hansı cinayəti törətməməsi bağlı ifadəsinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında olan ifadələr, o cümlədən ibtidai istintaq hərəkətlərinin aparılmasına dair protokolların məzmunu, habelə məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxslərin, ölmüş təqsirləndirilən şəxsin məhkəmə iclasında elan edilmiş ifadəsinin, habelə şahidlər tərəfindən verilmiş ifadələrin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət əməllərinin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmiş və təqsirləndirilən şəxsin məhkəmə baxışında heç bir mötəbər hala əsaslanmayan ifadəsi ittihamı təkzib edən sübut kimi qəbul edilə bilinmədiyindən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin bu hallara istinad edilməklə qurulmuş müdafiəsi onun törətdiyi cinayət əməllərinə görə nəzərdə tutulmuş cinayət məsuliyyətindən yayınmağa cəhd kimi qiymətləndirilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli Qərarında qeyd edilir ki, törədilmiş əməl o halda Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun (1-ci bənd); dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür (2-ci bənd); dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür (3cü bənd); dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir (4-cü bənd); şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun (5-ci bənd); dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar (39-cu bənd). Həmin Qərarın 34-cü bəndində göstərilir ki, CM-in 34.2-ci maddəsinin tələblərinə uyğun olaraq qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş dələduzluq (CM-in 178.2.1-ci maddəsi) hesab edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, həm qabaqcadan əlbir olmuş bir qrup şəxs, həm də mütəşəkkil dəstə tərəfindən törədilmiş dələduzluq cinayətlərinə dair işlərə baxarkən hər bir təqsirləndirilən şəxsin cinayətin obyektiv cəhətinin icrasına yönəlmiş konkret hərəkətlərinin nədən ibarət olmasını və bunu təsdiq edən sübutları tam və hərtərəfli araşdırsınlar və yekun məhkəmə aktlarında araşdırılmış sübutlara istinad etməklə təqsirləndirilən şəxslərin hər birinin təqsirlilik dərəcəsini müəyyən etsinlər. Qanunvericiliyin bu tələblərinə, həmçinin, iştirakçılıqla törədilmiş dələduzluğa dair işlərə baxılarkən də əməl edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla ələ keçirməklə təkrar törədildikdə – dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsinə əsasən bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.1-ci və 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını (əsas: iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surəti) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilən əsas cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmçinin, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu, 11 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək tutma altında saxlanıldığı və 19 may 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək ev dustaqlığında olduğu cəmi 04 ay 04 gün müddət cəza müddətinə hesablanmalı, cəzaçəkmə müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qismində qətimkan tədbirinə dəyişdirilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir ki Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Bundan başqa, məhkəmə zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddiaların dəlillərini və cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddialar qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CPM-nin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs (mülki cavabdeh) – Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə təqsiri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapdığından onun vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyəti yaranmışdır. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 30.200 manat məbləğində və Zərərçəkmiş şəxs2 8870 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilindiyi üçün bu əməllərin törədilməsi ilə əlaqədar mülki iddiaçılara vurduğu maddi ziyan da onun tərəfindən ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin olunmalı, maddi ziyana görə 30.200 manat və ödənilmiş dövlət rüsumuna görə 234 manat, cəmi 30.434 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə ödənilməlidir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin olunmalı, maddi ziyana görə 8870 manat və ödənilmiş dövlət rüsumuna görə 121 manat, cəmi 8991 manat məbləğində pul təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs tutularaq zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs üzərində 03 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək həbsdə və ev dustaqlığında olduğu, 11 may 2023-cü il tarixdən 12 may 2023-cü il tarixədək tutma altında saxlanıldığı və 19 may 2023-cü il tarixdən 13 avqust 2023-cü il tarixədək ev dustaqlığında olduğu cəmi 04 ay 04 gün müddət azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə hesablanaraq onun üzərində qəti olaraq 02 il 07 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 01 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qismində qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılsın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə 30.200 manat və ödənilmiş dövlət rüsumuna görə 234 manat, cəmi 30.434 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs1 xeyrinə ödənilsin. Cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Maddi ziyana görə 8870 manat və ödənilmiş dövlət rüsumuna görə 121 manat, cəmi 8991 manat təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs alınaraq zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 xeyrinə ödənilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hafiz Kamranov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar