Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-421/2023 10.10.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 10:00 Hakim Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclas katibi Cəfərov Nizami Firdovsi oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-649/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilən hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Nərimanov Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 14 sentyabr 2022-ci il tarixdə, saat 05 radələrində kirayədə yaşadığı ünvan 3 ünvanında yerləşən yaşayış evində olarkən onunla eyni ünvanda kirayədə yaşayan otaq yoldaşı Zərərçəkmiş şəxs yatmasından istifadə edib sonuncuya məxsus otaqda olan bir ədəd 800 manat dəyərində “Huavei Nova 9SE” markalı, imei kodu 867-722-058-075-988 və 867-722-058- 400-988 olan mobil telefonu, onun üzərində olmuş hər birinin dəyəri 5 manat olan ümumi 10 manat dəyərində ***-***-**-** saylı və ***-***-**-** saylı GSM mobil nömrələri, 30 manat dəyərində dəridən olan pulqabını və pul qabında olan 750 manat nağd pulu və 25 manat dəyərində qulaqcığı, ümumilikdə 1615 manat dəyərində əmlakı götürərək gizli olaraq talayıb Zərərçəkmiş şəxs 1615 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə ilə 14 aprel 2023-cü il tarixdə gecə saat 03 radələrində Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi, 44 saylı yaşayış binasının həyətində yerləşən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “malların anbarda saxlanma müqaviləsi” ilə icarəyə götürdüyü fiziki şəxs X6 məxsus saxlanc yeri hesab olunan qaraja giriş qapısının üzərində olan qıfılı özü ilə gətirdiyi dəmir parçası ilə sındırma yolu ilə qanunsuz daxil olub, oradan "xxxx" MMC-yə məxsus 1 ədəd 2500 manat dəyərində 125 mm diametrli «BVN» markalı, 1 ədəd 600 manat dəyərində 200 mm diametrli «VKMZ» markalı, 1 ədəd 650 manat dəyərində 225mm diametrli «VKMZ» markalı havalandırma qurğusunun sorucu ventilyatorlarını və 1 ədəd 250 manat dəyərində «GRUNDFOS» markalı, üzərində “2.20kvv MOT MG 90LC-24FF165-D1” yazıları olan sirkulyasiya mühərrikini, ümumilikdə 4000 manat dəyərində əmlakı gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə 4000 manat dəyərində ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə çoxdan baş verdiyindən ətraflı xatırlamır, həmçinin hadisə vaxtı içkili olmuşdur. 2022-ci ilin avqust ayında ünvan 3 ünvanında kirayə mənzil taparaq orda yaşamağa başlamışdır. O, kirayə qaldığı ünvanda adını sonradan bildiyi Zərərçəkmiş şəxs ilə evdə birlikdə kirayə yaşamağa başlamışdır. 14 sentyabr 2022-ci il tarixdə, saat 05:00 radələrində həmin yaşadığı yəni, ünvan 3 ünvanına gəlmiş və otağın pəncərəsinə qoyulan Eyvazın mobil telefonunu və mobil telefona məxsus qulaqcığını görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğundan həmin mobil telefonu və qulaqcığı oğurlayaraq oradan uzaqlaşmış, həmin əşyaları pəncərədən götürdüyü zaman Eyvaz yatmış olmuşdur. Eyvazdan pul götürmədiyini bildirmişdir. Mobil telefonun özünə məxsus karopkasının otaqdakı siyirmədə olduğunu bildiyi üçün onu da götürmüş ki, mobil telefonu satarkən çətinlik çəkməsin. Telefonu Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti ünvanında yerləşən “Neftçilər Metrostansiyası” yaxınlığında yerləşən hal-hazırda xatırlamadığı mağazaya 200 (iki yüz) manata satmış, əldə etdiyi pulu isə öz istirahəti üçün xərcləmiş, bundan əlavə oğurladığı mobil telefona məxsus qulaqcığı bir müddət özü istifadə etdikdən sonra xatırlamadığı yerdə itirmiş, qeyd olunan oğurluq hadisəsini tək törətmiş, oğurluq hadisəsində başqa kiminsə iştirakı və məlumatı olmamışdır. Bundan başqa bildirmişdir ki, 14 aprel 2023-cü il tarixdə pula ehtiyacı olduğu üçün qərara gəlmişdir ki, hansısa ünvandan oğurluq edərək əldə edilmiş əşyanı satmaqla pul əldə etsin və həmin pulu şəxsi tələbatları üçün xərcləsin. Bu məqsədlə gecə saat 03 radələrində tək Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 44 saylı yaşayış binasının həyətinə gəlmiş və həmin yerdə yerləşən qarajlardan oğurluq etmək qərarına gəlmişdir. Həmin yerdə hərlənib qarajlara baxaraq hansı qarajın qapısının üzərində olan qıfılın daha asan sındırmaq mümkün olmasına baxmış, qarajlardan birini seçib yaxınlaşaraq qapısının üzərində olan qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə güc verib sındırdıqdan sonra qapsını açmışdır. Qarajın içərisinə daxil olaraq içərisində çoxlu sayda nasoaslar və ventilyatorlar vardır. Həmin yerdən 1 ədəd istifadə olunmamış 125 mm diametrli «BVN» markalı, 1 ədəd istifadə olunmamış 200mm diametrli «VKMZ» markalı, 1 ədəd istifadə olunmamış 225mm diametrli «VKMZ» markalı havalandırma qurğusunun sorucu ventilyatorlarını və 1 ədəd markasını dəqiq bilmədiyi sirkulyasiya nasosunu oğurlayıb qarajdan kənara yığmış və sonra şübhə yaratmamaq üçün qarajın qapılarını bağlayıb sındırdığı qıfılını üzərinə asaraq həmin yerdən aralaşmışdır. Oğurladığı qeyd olunan əşyaları daşıyıb ailə üzvlərinin yaşadığı evin yaxınlığına gətirmiş və həmin yerdə gizli bir yerdə gizlətmişdir. Həmin qarajdan oğurluq etməyi barədə kiməsə bildirməmiş, həmin günün sabahısı küçələrdə dəmir məlumatları yığan tanımadığı şəxslərlə danışıb oğurladığı 1 ədəd istifadə olunmamış 125mm diametrli «BVN» markalı havalandırma qurğusunun sorucu ventilyatorunu 200 manata, digər 2 ədəd ventilyatorlarının hər birini 150 manata sataraq əvəzində cəmi 350 manat pul almışdır. Həmin şəxslərə qeyd olunan əşyaları satarkən aldadaraq özünə məxsus olduğunu demiş, oğurluq olması barədə bildirməmişdir. Oğurladığı nasosu əvvəllər istifadə olunduğu üçün sata bilmədiyindən həmin əyşanı sonrdan ailə üzvlərinin yaşadığı evə gətirib həyətdə pilləkənin altına qoymuş və orada qalmışdır. Ailə üzvlərinə həmin əşyanın oğurluq olması barədə deməmiş, aldadaraq guya hansısa tanışına məxsus olduğunu və bir müddət sonra nasosu götürüb tanışıma verəcəyimi demişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslərə vurmuş olduğu maddi ziyanı hal-hazırda maddi sıxıntıları olduğu üçün ödəniş edə bilmir. Əməlindən səmimi peşman olmasını, maddi ehtiyacının olması səbəbilə oğurluq etmək məcburiyyətində qalmasını, ailənin yeganə gəlir mənbəyi olmasının nəzərə alınmasının və barəsində yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 3 ünvanında 2020-ci il tarixdən kirayə yaşamış, kirayə qaldığı ünvanda otaq yoldaşları olmuşdur. Həmin ünvanda heç bir problem olmadan yaşamış, 13 sentyabr 2022-ci il tarixdə, saat 23:00 radələrində işdən kirayə yaşadığı ünvana gəlmiş, o, evə gəldiyi zaman otaq yoldaşı evdə olmamış və axşam yeməyini yedikdən sonra 14 sentyabr 2022-ci il tarixdə, saat 03:00 radələrində öz yatağına yaxın olan pəncərəyə mobil telefonunu və pul qabını qoyaraq yatmışdır. Səhər saat 09:00 radələrinədə oyandıqda pəncərəyə qoyduğu əşyaları yerində tapa bilməmiş və bu səbəbdən ev sahibinə bu barədə məlumat vermişdir. Bundan sonra başa düşmüşdür ki, otaq yoldaşı Təqsirləndirilən şəxs tərəfindən ona məxsus “Huavei Nova 9SE” markalı, mobil telefonunu, onun üzərindəki sim nömrələri, qulaqcığı, pul kisəsi və onun içərisində olmuş nağd pulu oğurlanmışdır. Belə ki, hadisə zamanı Təqsirləndirilən şəxs tərəfindən ona məxsus dəyəri 800 manat olan “Huavei Nova 9SE” markalı, mobil telefon, onun üzərində olmuş hər birinin dəyəri 5 manat olan ümumi 10 manat dəyərində mobil nömrələrim, 30 manat dəyərində dəridən olan pulqabısı və pul qabında olan 750 manat nağd pulu, həmçinin 25 manat dəyərində qulaqcığı oğurlamış və baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1615 manat maddi ziyan dəymişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxslə barışmamış ona dəymiş maddi ziyan ödənilməmişdir. Hal-hazırda təqsirləndirlən şəxsdən şikayətçidir və ödənişinin tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki, yaşayış evlərində istilik sistemlərinin qurlaşdırılması, havalandırma qurğularının soyuducu ventilyatorlarının və sirkulyasiya nasoslarının qurlaşdırılması və təmiri ilə məşğul olan "xxxx" MMC-nin direktoru vəzifəsində işləyir, həmin şirkətin əməkdaşlarının işlərinə nəzarət edir. Direktoru olduğu şirkətə məxsus istifadə olunmuş və ya təzə avadanlıqların saxlanılması məqsədilə Bakı şəhəri, Nərimanov rayonu, F.Yusifov küçəsi 44 saylı yaşayış binasının həyətində yerləşən qarajı icarəyə götürərək həmin qarajda qeyd etdiyi kimi şirkətə məxsus avadanlıqlar saxlanılır. Qeyd olunan qarajın içərisindəki əşyalara nəzarət onun tərəfindən keçirilir, buna görə, qarajın qapılarının bağlanılması üçün üzərində olan qıfılının açarları onda olur və başqa kimdəsə yoxdur. Şirkətin işi ilə bağlı qeyd olunan qarajda saxlanılan avadanlıq lazım olduqda o, gedib baş çəkərək həmin əşyanı götürür. Sonuncu dəfə qeyd olunan qaraja 04 aprel 2023-cü il tarixdə gedərək lazım olan əşyanı gtürüb sonra qarajın qapılarının üzərində olan qıfılı açarla bağlamışdır. O, qarajdan lazım olan avadanlıqları götürdükdən sonra qarajda şirkətə məxsus 1 ədəd 125 mm diametrli «BVN» markalı, 1 ədəd 200 mm diametrli «VKMZ» markalı, 1 ədəd 225 mm diametrli «VKMZ» markalı havalandırma qurğularının sorucu ventilyatorları, 1 ədəd istifadə olunmuş sirkulyasiya nasosu, çoxlu sayda markalarını hazırda xatırlamadığı su nasosları və digər avadanlıqlar qalmışdır. 03 may 2023-cü il tarixdə saat təxminən 15 radələrində qeyd olunan qarajı şirkətə icarəyə vermiş Nicat Hacıyev onunla telefon vasitəsi ilə əlaqə saxlayıb bildirmişdir ki, avadanlıqların saxlanıldığı qarajın qapısı açıq vəziyyətdədir və üzərində olan qıfıl sınıq vəziyyətdə kimsə tərəfindən üzərinə asılmışdır. Bundan sonra o, tək qeyd olunan qarajın yerləşdiyi yerə gəlib qaraja yaxınlaşdıqda görmüşdür ki, həqiqəqtən qapının üzərində olan qıfıl naməlum kimsə tərəfindən sındırılmışdır və sınıq vəziyətdə üzərinə asılmışdır. O, qaraja daxil oduqdan sonra içərisində olan avadanlıqların yerində olub-olmamasını yoxlmış və məlum olmuşdur ki, əşyalardan 1 ədəd 2500 manat dəyərində istifadə olunmamış 125 mm diametrli «BVN» markalı, 1 ədəd 600 manat dəyərində istifalə olunmamış 200 mm diametrli «VKMZ» markalı, 1 ədəd 650 manat dəyərində istifalə olunmamış 225 mm diametrli «VKMZ» markalı havalandırma qurğusunun sorucu ventilyatorlarını və 1 ədəd 150 manat dəyərində istifadə olunmuş markasını hazırda dəqiq xatırlamadığı sirkulyasiya nasosunu oğurlamışdır. Qalan əşyalar oğurlanmadığına görə qarajın içərisində qalmışdır. Oğurluq hadisəsinin baş verməsini tam dəqiq etdikdən sonra o, Nərimanov rayonu 17-ci Polis Şöbəsinə gələrək hadisə ilə bağlı rəsmi ərizə vermişdir. Qeyd olunan əşyların oğurlanması nəticəsinə şirkətə ümumilikdə 3900 manat məbləğində maddi zərər vurulmuşdur. Qeyd olunan hadisə 04 aprel 2023-cü il tarixdən 03 may 2023-cü il tarixədək olan müddətdə baş vermiş, hadisənin kim tərəfindən və necə törədildiyini bilmir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, təqsirləndirilən şəxs tərəfindən bir ədəd “Grundfos” markalı mühərrik qaytarılmışdır, digər oğurlanan əşyalar qaytarılmamış və ziyan ödənilməmişdir. Hal-hazırda təqsirləndirlən şəxsdən şikayətçidir və ödənişinin tam şəkildə ödənilməsini tələb edir. Məhkəmə iclasında dindirilən Şahid ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X14 küçəsi ev 9-da ailə üzvlərimlə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Qeyd olunan ünvanda onunla birlikdə ögey qardaşları Təqsirləndirilən şəxs, X7 və onların anası X8 yaşayırlar. Son vaxtlar Təqsirləndirilən şəxs onun yanında yaşamır amma anası Maral və qardaşı İslam onunla birlikdə yaşamağa davam edirlər. 2023-cü ilin aprel ayının axırları dəqiq xatırlmadığı tarixdə Qəhrəman yaşadığı evə gəlmiş və özü ilə 1 ədəd sirkulyasiya nasosu gətirmişdir. O, Qəhrəmandan həmin nasos barədə maraqlanmış və onun evinə nə səbəbə gətirdiyini soruşmuş, sonuncu ona demişdir ki, həmin su nasosu hansısa tanışına məxsusdur və bir neçə günə gəlib həmin nasosu aparacaqdır. Qəhrəman ondan xahiş etmişdir ki, həmin nasosu tanışına verənə kimi məvəqqəti onun yaşadığı evdə pilləkənin altına qoyub orada qalsın. Onun Qəhrəmanın sözlərinə inanıb su nasosunu müvəqqəti yaşadığı evinə həyətində saxlamasına icazə vermişdir. 03 may 2023cü il tarixdə yaşadığı evə bir neçə nəfər polis əməkdaşı gəlib Nərimanov rayonu 17-ci Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları Qəhrəmanın yaşadığı evə su nasosu və ya digər elektrik avadanlıqları gətirməsini soruşmuş, o, polis əməkdaşlarına bildirmişdir ki, bir neçə gün əvvəl Qəhrəman yaşadığı evə sirkulyasiya nasosu gətirmişdir, qeyd olunan nasosu olduğu yerdən götürüb polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxta kimi onun bu barədə heç bir məlumatı olmamış, həmin əşyanın oğurluq olmasını bilsəydi heç vaxt Qəhrəmana həmin əşyanı yaşadığı evin həyətində saxlanılmasına icazə verməzdi. Məhkəmədə tədqiq olunan xx.xx.2023-cü il tarixli Nərimamov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Nümayəndə Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 65 küçəsində qarajda oğurluq olması faktı ilə müraciət etmişdir. Məhkəmədə tədqiq edilən “Hadisə yerinə baxış keçirilməsi” haqqında xx.xx.2023-cü il tarixli protokoldan və foto cədvəllərdən görünür ki, X1 məxsus əşyaların oğurlanması faktı yaşadığı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev 65 ünvanında baş vermişdir. Məhkəmədə tədqiq olunan xx.xx.2022-ci il tarixli Nərimamov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Zərərçəkmiş şəxs ünvan 6 ünvanında oğurluq olması faktı ilə müraciət edilmişdir. Cinayət işinin icraata qəbul edilməsi, cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və eyni icraatda birləşdirilmiş cinayət işinin ibtidai istintaqı ********* nömrə altında davam etdirilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/9189 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd “Huavei Nova 9 SE” markalı mobil telefonun satış üçün komplektləşdirılməsinə daxil edilən aksesuarların olmaması, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin sentyabr ayına olan orta bazar qiyməti nəzrəi hesablama yolu ilə təxminən 300,00 manat müəyyən edilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 3-16-16/2-9/5495/2023 nömrəli ekspert rəyindən görünür ki, 01 ədəd “Grundfos” markalı, üzərində “2.20 kW MOT MG 90-LC2-24FF165-D1 yazıları olan mühərrikin istifadəsində olması nəzərə alınmaqla 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilmişdir. Axtarışda olan şəxsin tutulması barədə xx.xx.2023-cü il tarixli protokoldan görünür, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:20 radələrində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, X9 əvvəllər məhkum olunmuşdur. Belə ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-283/2019 saylı, xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.1, 181.2.2, 181.2.5, 177.1-ci maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Aslanov X2, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş cəkilməmiş qalan 08 ay 26 gün müddətinə cəzadan şərti olaraq azad edilmişdir. xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından şöbənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X11 şəxsə ünvanlanmış sorğuya əsasən xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən xəstəxanada müalicədə olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, iş üzrə bir ədəd 01 ədəd “Grundfos” markalı, üzərində “2.20 kW MOT MG 90-LC2- 24FF165-D1 yazıları olan mühərrik sübut əhəmiyyətlo olduğundan maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınmışdır. Məhkəmədə tədqiq edilən “Şühbəli olan şəxsin tutulması” haqqında 04 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 may 2023-cü il tarixdə, saat 20:10 radələridə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)- 649/2023-cü il tarixili, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs oğlurlamış olduğu Zərərçəkmiş şəxsa məxus pul qabında 750 manat məbləğində pulun olması ilə razılaşmaması barədə ifadələrinə tənqidi yanaşır və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və belə qənaətə gəlir ki, qeyd olunan hallar məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadələri, "Hadisə yerinə baxış keçirilməsi haqqında” protokollardan və istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlindən peşman olmasını cəzanı yüngülləşdirən ha kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvəllər də mülkiyyət əleyhinə cinayət törətməsi səbəbindən azadlıqdan məhrumetə cəzasının təyin edilməsinə baxmayaraq, məhkumun yenidən eyni xaraterli əməllər törətməsi onun cəza çəkdiyi dövrdə islah yoluna qədəm qoymaması kimi qiymətləndirilir. Həmçinin bu hal təqsirləndirilən şəxsin şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalı və əvvəllər ona təyin edilmiş cəzaların onun islah olunmasına xidmət etmədiyi qənaətinə gəlinməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən əvvəllər ağır cinayət törətməsinə görə xx.xx.2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi tərəfindən ona azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, cəzadan şərti azad edilmiş və xx.xx.2021-ci ildə cəza müddəti başa çatmışdır. Həmin cinayət əməlini törətdiyi zaman Təqsirləndirilən şəxs 16 (on altı) yaşı olması, yəni yetkinlik yaşına çatmaması hazırki iş üzrə ona residivə görə cəza təyin edilməsinə mane olur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Bununla yanaşı Cinayət Məcəlləsinin 18.4-cü və 18.4.2-ci maddələrinə əsasən residivin müəyyən edilməsi zamanı yetkinlik yaşına çatmayanlar tərəfindən törədilən cinayətlər nəzərə alınmır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müəssisəsinin növü ilə bağlı, məhkəmə belə nəticəyə gəlir Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan xx.xx.2023-cü il tarixdən hesablanmalı və tutma altında saxlanıldığı 02 (iki) gün (02-03 may 2023-cü il) çıxılmalı və barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işi üzrə maddi sübut kimi tanınmış, 01 ədəd “Grundfos” markalı, üzərində “2.20 kW MOT MG 90-LC2-24FF165-D1 yazıları olan mühərrik sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100.00 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlaklar, üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı müddətində hüquqlarını müdafiə etmiş Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatı üçün 180 (yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 15 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3 maddələri ilə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs istintaq zamanı tutma altında saxlanıldığı 2 (iki) gün (02-03 may 2023-cü il) ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay, 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə sübut - 01 ədəd “Grundfos” markalı, üzərində “2.20 kW MOT MG 90-LC2- 24FF165-D1 yazıları olan mühərrik sahibinə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının ümumi dəyəri 100.00 (yüz ) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, X3, kod 210005, VOEN **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VOEN **********, hesab AZ34CTRE********************) keçirilsin. Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən ibtidai istintaq müddətində təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 30 (otuz) iş saatı üçün cəmi 180 (yüz səksən) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri 15 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan edildiyi andan 20 gün müddətində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Xalidə Əlisoy
Məhkəmə qərarları › İş №1(005)-421/2023
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-421/2023
10.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver