Məhkəmə qərarları › İş №1(005)-424/2023

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Hökm — İş №1(005)-424/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(005)-424/2023 01.09.2023 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Saat 11:30 Bakı şəhəri, Nərimanov rayon məhkəməsinin hakimi Əlisoy Xalidə Kəramət qızının sədrliyi, məhkəmə iclasının katibi İsmayılzadə Pərvin Pərviz oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Bakı şəhər X1 Müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, müdafiəçi – “Yusifbəyli və Partnyorları” Bürosunun vəkili X14, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 02 mart 1973-cı ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nərimanov rayonu, Yusif Cəmənzəminli küçəsi ev 127 mənzil 9-da qeydiyyatda olmaqla Bakı şəhəri, Xətai rayonu, 3-cü Şərq küçəsi, “Hünər qüllələri” yaşayış kompleksi 7-ci mərtəbə, mənzil 21 ünvanında yaşayan, barəsində xx.xx.2023cü il tarixli qərarla “Başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan özünün narkotik vasitəyə olan təlabatını ödəmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikası ərazisində dövriyyəsi qanunla qadağan edilmiş kustar üsulla hazırlanmış şəxsi istehlak miqdarından artıq miqdarda 1,008 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı Bakı şəhəri, Xətai rayonu, 3-cü Şərq küçəsi, “Hünər qüllələri” yaşayış kompleksi 7-ci mərtəbə, mənzil 21 ünvanında yerləşən evinə daşıyaraq gətirib saxlamış, 27 iyun 2023-cü il tarixdə saat 12-30-da Nərimanov RPİ-nin əməkdaşları ilə birlikdə Nərimanov rayon məhkəməsinin 24 iyun 2023-cü il tarixli axtarış və götürmə istintaq hərəkətlərinin aparılmasına dair qəbul edilmiş qərarına əsasən həmin mənzildə axtarış istintaq hərəkəti aparılan zaman, mənzilin sanitar qovşağı otağında yerləşən rəfdən əldə etdiyi vasitənin hissəsi olan bir ədəd bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,573 qram narkotik vasitə heroin və otağın dəhlizdəki dolabın rəfində qızılı rəngli dəmir qabın içərisində gümüşü rəngli folqanın üzərində cüzi miqdarda narkotik vasitə olan heroin izləri aşkar edilərək götürülmüş, bundan sonra X15 şübhəli şəxs qismində ünvan 1 ünvanında yerləşən Nərimanov RPİnin istintaq şöbəsinə gətirilmiş, həmin gün saat 17-15-də Nərimanov RPİ-nin inzibati binasında onun üzərinə video çəkilişlə şəxsi - axtarış və götürmə keçirilərkən əynindəki ağ-göy rəngli şalvarın sağ yan cibindən əldə etdiyi narkotik vasitənin digər hissəsi bir ədəd sellofan kəsiyinə bükülmüş bükümdə kustar üsulla hazırlanmış, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0,435 qram olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə baxışında verdiyi etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmədə təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 27 iyun 2023-cü il tarixdə təxminən saat 13 radələrində onun yaşadığı Bakı şəhəri Xətai rayonu “Hünər Qüllələri” yaşayış kompleksindəki evinə Nərimanov rayon polis idarəsinin əməkdaşlarının gəldiklərini və onlar özlərini təqdim etdikdən sonra qeydiyyatda olduğu Bakı şəhəri Nərimanov rayonu Yusif Cəmənzəminli küçəsi 127 saylı evin 9 saylı mənzildə və daimi yaşdığı Bakı şəhəri Xətai rayonu 3-cü Şərq küçəsində yerləşən “Hünər Qüllələri” yaşayış kompleksindəki 7-ci mərtəbə 21 saylı mənzilində Nərimanov rayon məhkəmənin qərarına əsasən axtarış keçirilməsi ilə bağlı qərarla tanış etdiklərini, hüquq və vəzifələrinin izah olunduğunu bildirmişdir. Bundan sonra o, axtarış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Mənzildə keçiriləcək axtarış və götürmənin iki nəfər əvvəllər tanımadığı şəxsi hal şahidi qismində evinə dəvət edilərək axtarış keçirilməsinə başlanıldığını bildirmişdir. Mənzildə axtarış keçirilməzdən əvvəl ona mənzildə qanunla qadağan olunmuş əşya varsa onların təqdim edilməsi təklif edildiyini bildirmişdir. O, müstəntiqə mənzildə qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Bundan sonra mənzildə axtarışın başlanıldığını və axtarış zamanı mənzilin sanitar qovşağında 2 ədəd bükümdə maddə aşkar edildiyini və həmin bağlamanın açılaraq içərisinə baxış keçirildiyini bildirmişdir. Həmin bağlamanın içərisində bir ədəd selofan bükümə baxış keçirilən zaman həmin bükümdə qəhvəyi rəngli maddə aşkar edildiyini bildirmişdir. Bundan sonra, müstəntiq tərəfindən o, Nərimanov RPİ-nin istintaq şöbəsinə gətirildiyini və polis idarəsində şübhəli şəxs kimi saxlanıldığını bildirmişdir. Ona hüquq və vəzifələrinin izah edildikdən sonra, onun xahişi ilə dövlət hesabına müdafiəçi təyin edildiyini və müdafiəçinin iştirakı ilə müstəntiq tərəfindən üzərinə polis əməkdaşı bir xanım tərəfindən üzərinə video çəkilişlə şəxsi-axtarış keçirməsinə dair qərarla tanış edildiyini və şəxsi axtarışın video çəkilişlə keçirilməsinə etiraz etmədiyini bildirmişdir. O, könüllü surətdə üzərində olan şalvarının sağ yan cibindən bir iki gün bundan əvvəl qeydiyyatda olduğu Nərimanov rayonu Y.Çəmənzəminli küçəsindəki evininavtomobil dayanacağında yerdən təsadüfən tapdığı və götürdüyü bir ədəd selofan bükümdə içərisində narkotik vasitə heroin bükümünü təqdim etdiyini bildirmişdir. Həmin bükümü götürdükdən sonra şalvarının sağ yan cibinə qoyub saxladığını bildirmişdir. Xanım polis tərəfindən üzərinə şəxsi axtarış keçirilməsi davam etdirildiyini, lakin üzərində başqa heç bir əşya, maddə aşkar edilmədiyini və götürülmədiyini bildirmişdir. Həmin selofan büküm açıldıqda içərisində kiçik həcmdə qəhvəyi rəngli, spesifik iyli maddə aşkar edildiyindən, həmin bükümün qablaşdırıldığını, boş zərifə qoyularaq götürüldüyünü bildirmişdir. Bu barədə protokol yazıldığını və iştirakçılar o, cümlədən onun və müdafiəçisi tərəfindən protokol oxunulduqdan sonra imzalandığını bildirmişdir. O, heç vaxtı narkotik və psixotrop maddələrin satışı və qəbulu ilə məşğul olmadığını bildirmişdir. Üzərindən aşkar edilmiş heroin bükümünü o, təsdüfən evin avtomobil dayanacağında yerdə tapdığını, ilk dəfə istifadə etmək istəyini, baş ağrısı olanda qəbul etmək istədiyini bildirmişdir. Evindən aşkar olunmuş heroin bükümünün isə həşaratlar üçün maddə olduğunu bildiyini və həmin bükümdə olan düz-naftalinin xeyli vaxt olar ki, Yaşıl bazarda xatırlamadığı bir şəxsdən aldığını bildirmişdir. Onun üzərinə və evində keçirilmiş axtarış zamanı polis əməkdaşları tərəfindən ona qarşı heç bir təziq və zor göstərilmədiyini bildirmişdir.Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində həbslə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmədə dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Nərimanov Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsində əməliyyat müvəkili vəzifəsində xidmət etmişdir. 27 iyun 2023-cü il tarixdə təxminən saat 12 radələrində Nərimanov RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru X11 icraatında olan cinayət işi üzrə faktiki olaraq Bakı şəhəri Xətai rayonu 3-cü Şərq küçəsi “Hünər Qüllələri” yaşayış kompleksi 7-ci mərtəbə mənzil 21-də yaşayan, Bakı şəhəri Nərimanov rayonu Y.Çəmənzəminli küçəsi 127 saylı evin 9 saylı mənzilində qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşayış evində Nərimanov rayon məhkəməsinin qəbul etdiyi qərar əsasında axtarış və götürmə keçiriləcəyi ona və digər polis əməkdaşlarına bildirildikdən, qərarla tanış edildikdən sonra və həmin axtarışda hal şahidlərinin iştirakını da təmin etmək məqsədi ilə iki nəfərdən ibarət hal şahidi də dəvət olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs mənzilində axtarışın video çəkilişlə keçirilməsinə qəti etiraz etdiyini, bunu onun qadın olması, özünə ayıb hesab etməsi ilə əsaslandırdığını, qeydiyyatda olduğu mənzilin isə satdığını bildirdiyini və ərizə təqdim etdiyini bildirmişdir. Müstəntiq Təqsirləndirilən şəxs xahişini qəbul etdikdən sonra, ev sahibinə, hal şahidinə hüquq və vəzifələri izah edildiyini və sonra Təqsirləndirilən şəxs mənzildə qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü olaraq onların təqdim edilməsinin təklif olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs mənzilində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olmadığını bildirmiş və bundan sonra onlar tərəfindən həmin mənzildə axtarışa başlanıldığını bildirmişdir. Mənzildə axtarış zamanı sanitar qovşağında yerləşən dolabın rəfində yuxarı hissədə 2 ədəd bükümdə maddə şəffaf skoçla bağlanılmış bükümün aşkar edildiyini və həmin bağlama açılaraq içərisinə baxış keçirildiyini, baxış zamanı içərisində lentlə sarılmış, gümüşü rəngli folqada ağ rəngli maddələrin aşkar edildiyini və Elay xanım onların naftalin olduğunu, onların xırda hissəciklərindən paltarların arasına qoyduğunu, həşaratları məhv etmək üçün istifadə etdiyini bildirmişdir. Həmin bağlamanın içərisində bir ədəd selofan bükümə baxış keçirilən zaman bükümdə qəhvəyi rəngli maddə aşkar edildiyini və həmin maddənin nə olduğu barədə Elaydan soruşulduqda o, onun da naftalin-duz olduğunu, mənzildə dolablarının içərisində həşaratları məhv etmək üçün istifadə etdiyini dediyini bildirmişdir. Həmin bağlama onların, Elayın və hal şahidlərinin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılaraq götürüldüyünü bildirmişdir. Bundan sonra, axtarış davam etdirildiyini və mənzilin giriş hissəsində yerləşən dolabın rəfində bir ədəd qızılı rəngli kiçik həcmli dəmir qab və onun içərisində bir ədəd gümüşü rəngli üzərində spesifik iyli qara və qəhvəyi rəngli yanıq izləri olan folqa aşkar edildiyini bildirmişdir. Həmin folqada olan izləri nə olduğu barədə soruşulduqda o, dəmir qabda evdən xoşagələn buxur iyu gəlməsi üçün “buxur” adlanan maddə yandırdığını və bu məqsədlə istifadə etidiyini izah etdiyini bildirmişdir. Polis əməkdaşları həmin qabı folqa qarşıq boş zərfə qoyaraq qablaşdıraraq götürdüklərini, bundan sonra mənzildə axtarış davam etdirilsə də, evdə başqa şübhəli hər hansı bir əşya, maddə aşkar edilmədiyini və götürülmədiyini bildirmişdir.Axtarış başa çatdıqdan sonra, axtarış və götürməyə dair protokol tərtib edildiyini və protokol iştirakçılar tərəfindən oxunulduqdan sonra imzalandığını və protokolun bir surəti Təqsirləndirilən şəxs təqdim olunduğunu bildirmişdir. Mənzildə axtarış və götürmə başa çatdıqdan sonra ev sahibi Təqsirləndirilən şəxs və onlar Nərimanov rayon polis idarəsinin istintaq şöbəsinə gəldiklərini bildirmişdir. Bundan sonra, müstəntiq tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmış və ona hüquq və vəzifələri izah edildikdən sonra onun xahişi ilə hüquqlarının müdafiə edilməsi ilə bağlı müdafiəçi təyin olunmuşdur. X21 müdafiəçisinin iştirakı ilə üzərində hər hansı bir qanunsuz əşya və ya maddənin olub-olmaması şifahi olaraq soruşulduğunu, əgər vardırsa həmin maddə və ya əşyanı könüllü olaraq təqdim etməsi ona təklif olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs əynindəki ağ göy qarışıq rəngli şalvarının cibindən bir ədəd selofan kəsiyinə bükülmüş bükümü könüllü olaraq təqdim etdiyini, həmin büküm açıldıqda içərisində spesifik qoxuya malik maddənin olduğu müəyyən edildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş 01 ədəd bükümdəki maddə Təqsirləndirilən şəxs, onun müdafiəçisi və digər iştirakçıların iştirakı ilə qablaşdırıldığını, möhürlə möhürləndiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 Bəhram digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək cinayət işi ilə bağlı qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barəsində digər Şahid3 və X12 məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında adıçəkilən şahidlərin ibtidai istintaqda vermiş olduqları ifadələri elan edilmiş və ifadələri digər Şahid2 ilə eyni məzmunlu olmuş, qeyd olunan faktları bir daha təsdiq etmişdir. Məhkəmədə tədqiq olunan "Axtarış və götürmə aparılması haqqında” 27 iyun 2023cü il tarixli protokoldan və foto cədvəllərdən aydın olmuşur ki, axtarış zamanı mənzildə giriş hissədə sağda yerləşən sanitar su qovşağ otağındakı rəfin yuxarı hissəsində bir ədəd (dolabdan) iki ədəd bükümdə şəffaf skocla bağlanmış büküm aşkar edilərək götürülmüşdür. Sellofan bağlama açıldı və içərisində lentlə sarılmış gümüşü falqanın içərisində 02 ədəd ağ rəngli şühbəli maddə aşkar edilmişdir. Həmin bağlamanın içərisində 01 ədəd sellofan bükümdə qəhvəyi rəngli maddə aşkar edilmişdir. Mənzildə giriş hissədə olan dolabın rəfində bir ədəd sarı rəngli dəmir qab və onun içərisidə gümüşü rəngli falqa aşkar edilmişdir. Falqanın üzərində yanmış halda qara-qəhvəyi rəngli izlərin olduğu müəyyən oldunmuşdur. Məhkəmədə tədqiq olunan Şübhəli şəxsin üzrəinə axtarış və götürmə aparılması haqqında 27 iyun 2023-cü il tarixli protokoldan və və işə əlavə edilmiş DVD diskə baxış keçirilərkən aydın olmuşur ki, X10 əynindəki ağ göy qarışıq rəngli şalvarının sağ yan cibindən bir ədəd selofan kəsiyinə bükülmüş bükümü könüllü olaraq təqdim etdi. Həmin büküm açıldıqda içərisində spesifik qoxuya malik maddənin olduğu müəyyən edildi. Bundan sonra şübhəli şəxs qismində saxlanılan Elnarə Niftullalının üzərinə onun müdafiəçisi və digər iştirakçıların iştirakı ilə şəxsi axtarış aparıldı, lakin üzərində hər hansı qanunsuz saxlanılan əşya aşkar edilmədi. Bundan sonra ondan həmin maddənin nə olduğu soruşulduqda, o, həmin maddəni yaşadığı Nərimanov rayonu Y.Çəmənzəminli küçəsində yerləşən evinin alt hissəsində avtomobil dayanacağında yerdə taparaq götürdüyünü bildirmiş, həmin maddənin heroin olduğunu özünün istifadəsi üçün saxladığını bildirdi. Bundan sonra aşkar olunmuş 01 ədəd bükümdəki maddə X5, onun müdafiəçisi və digər iştirakçıların iştirakları ilə qablaşdırıldı, möhürlə möhürləndi. Məhkəmədə tədqiq olunan 28 iyun 2023-cü il tarilxi mobil telefona baxış keçirilməsi ilə bağlı protokoldan görünür ki, X7 məxsus mobil telefona baxış keçirilmiş və cinayət işi ilə əlaqəli heç bir əhəmiyyətli hal aşkar edilməmişdir. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların Məhkəmə fiziki-kimyəvi eskpertizasının xx.xx.2023-cü il tarixli 6/3558 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №44” dairəvi möhür əksləri olan üç ədəd zərfdə: -üzərində “X5 üzərindən aşkar edilmiş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,435 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - üzərində “X5 yaşadığı evindən aşkar edilmiş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd selofan bükümdə təmiz çəkisi 0,573 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 2 (iki) ədəd üzəri yapışqan lentlə sarılmış gümüşü rəngli folqa bağlamada ayrıayrılıqda təmiz çəkiləri 109 qram, 65 qram, ümumi təmiz çəkisi 174 qram olan ağ rəngli maddələr narkotik vasitələrə, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Təqdim olunmuş 2 (iki) ədəd selofan bükümdə olan heroin xarici görünüş əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidir. - üzərində “X5 evindən aşkar edilmiş ...” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki bir ədəd qızılı rəngli dəmir qabın içərisində gümüşü rəngli folqanın üzərində narkotik vasitə olan heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı. Eksperitza tədqiqatının dəyəri 65 manatdır. Məhkmədə tədqiq olunan Azərbaycan Respublika Narkoloji X19 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlamanın xx.xx.2023-cü tarixli, 4371 nömrəli rəyindən görünür ki, X6 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X10 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq olunan “Sübutların qiymətləndirilməsi haqqında” 28 iyun 2023-cü il tarixli qərardan görünür ki, X3 üzərindən və evindən aşkar edilən ümumi təmiz 1,008 qram çəkidə narkotik vasitə heroinin kimyəvi eksperiza tədqiatından sonra qalmış təmiz qalığı - 0,908 qram və bir ədəd qızılı rəngdə içərisində narkotik vasitə heroin izləri olan lüşü rəngli folqa saxlanılması üçün Nərimanov RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin iş üzrə 01 ədəd DVD disk maddi sübüt kimi tanınmışdır. Məhkəmədə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Belə ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinmiş və 600 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Cəriməni tam ödəmişdir. Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.3.1, 243.2.1, 243.2.2-ci maddələri ilə təqsirli bilinən X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.4-cü maddələri ilə CM-nin 62-ci maddəsi tətbiq edilməklə şərti maliyyə vahidinin 500 misli miqdarında cərimə cəzasına, CM-nin 243.2.1ci maddəsi ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplama yolu ilə birləşdirilərək qəti olaraq şərti maliyyə vahidinin 600 (altı yüz) misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 243.2.2-ci maddəsi ilə ona bəraət verilmişdir. Məhkəmədə tədqiq olunan “Şübhəli şəxsin tutulması haqqında” 27 iyun 2023-cü il tarixli protokolundan görünür ki, X10 27 iyun 2023-cü il tarixdə saat 16:00-da şübhəli şəxs qismində saxlanılmışdır. Məhkəmədə tədqiq olunan “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” 28 iyun 2023-cü il tarixli qərarından görünür ki, X10 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Adın, Ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2022-ci il tarixdən adını Təqsirləndirilən şəxs kimi dəyişdirmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərin edildiyini, 1.0.9-cu maddəsində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərin edilməsini, 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərin edildiyini nəzərdə tutmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-nin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 144-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, birbiri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini həll etmiş və belə nəticəyə gəlmişdir ki, ibtidai istintaq orqanı, Təqsirləndirilən şəxs əməlini düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif etdiyindən o, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakteri və ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun törətmiş olduğu cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamında göstərilmişdir ki, məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Sərəncamda məhkəmələrə tövsiyə olunmuşdur ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsində göstərilir ki, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə CM-nin 52-1.2-ci maddəsində nəzərdə tutulan vəzifələri qoyur və CM-nin 52-1.3-cü maddəsində nəzərdə tutulmuş vəzifələri qoya bilər. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 3 saylı qərarında məhkəmələrə tövsiyə etmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, tutma altında saxlanıldığı 01 (bir) gün (27-28 iyun 2023-cü il) azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, CM-nin 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, ekspertiza rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülməlidir. Cinayət işində maddi sübut kimi götürülərək Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, ümumi təmiz 1,008 qram çəkidə narkotik vasitə heroinin kimyəvi eksperiza tədqiatından sonra qalmış təmiz qalığı - 0,908 qram və bir ədəd qızılı rəngdə içərisində narkotik vasitə heroin izləri olan gümüşü rəngli folqa məhv edilməlidir. Cinayət işinə əlavə edilmiş bir ədəd DVD disk cinayət işinə əlavə edilərək saxlanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65.00 manat Təqsirləndirilən şəxs alınaraq X2 hesabına keçirilməlidir. Qeyd olunanlara əsasən və CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 03 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tutma altında saxlanıldığı 01 (bir) gün (27-28 iyun 2023-cü il) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq ona 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata götürülsün. İş üzrə maddi sübut - Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş, ümumi təmiz 1,008 qram çəkidə narkotik vasitə heroinin kimyəvi eksperiza tədqiatından sonra qalmış təmiz qalığı - 0,908 qram və bir ədəd qızılı rəngdə içərisində narkotik vasitə heroin izləri olan gümüşü rəngli falqa məhv edilsin. İş üzrə maddi sübut - Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman çəkilmiş videogörüntünün köçürüldüyü 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 65,00 (altmış beş) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutularaq X2 hesabına keçirilməlidir. Hökmdən elan olunduğu, məhkuma isə hökmün surəti verildiyi andan 20 gün müddətində Bakı şəhəri Nərimanov rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən Xalidə Əlisoy

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar